Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7.78 Mb.
PDF просмотр
səhifə95/115
tarix25.04.2017
ölçüsü7.78 Mb.
1   ...   91   92   93   94   95   96   97   98   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

533 


Ağarəhim susdu, iki rumka dalbadal konyak içdi, siqaret çəkdi... 

- Biri elə Janet... Mən onu uçurumdan qurtarmışam, amma o, məni sevmir. Demirəm, mənə 

etinasızdır. Ürəyim mənə deyir ki, onu xilas etdiyim o uçuruma o, məmnuniyyətlə qayıdar... 

Burda məntiq aramağa cəhd etməyin. Mən elə bilirdim, qadınlar dünyanı xilas edəcək, sən demə, 

bu, onlarlıq deyil... 

 

Moskvadan qayıdandan sonra Ağarəhim doğrudan da, evdən eşiyə çıxmırdı. Əvvəlki kimi, daha 



çox anası ilə olurdu. Anasının otağında ayağını altına yığıb, xalçanın üstündə oturar, onun 

söhbətlərinə qulaq asardı: atasının ayaqları axır vaxtlar yaman ağrıyır, yəqin, dənizdəndi, böyük 

bacısının uşaqlarının dördü də qızılca çıxarıb. Hərdən də çox ehtiyatla qonşu qızlarından söz 

salırdı - necə gözəldilər, tərbiyəlidilər. Ağarəhimi qız söhbəti maraqlandırmırdı. Tutu xanımsa 

ümidini üzmürdü.  

Bir gün Ağahüseyn Ağazalı yanına çağırdı, eyham vurdu ki, əmisi oğluna qarşı diqqətli olsun.  

- Sən başa düşürsən də nəyi nəzərdə tuturam. Şəhəri göstər ona, görmədiyi, özünün getmədiyi 

yerləri... Başa düşürsən məni?.. Pula da qızırqanma... Səni öyrətmək nə lazım? 

Kazino Ağarəhimin xoşuna gəldi. Birinci gün 200 manat uduzsa da, razı halda restorana gəldilər. 

Ağarəhim bahalı şərab sifariş verdi, Ağazal da razılıqla başını yırğalayırdı.  

- Ağazal, bəlkə, yenə şampanski?  

- Olar.  

- Burda istridyə (dəniz ilbizi) satırlar? 

- Qurbağadı-nədi, onnan? Qurbağa deyilsə, gətirt, mənə, yaxşısı budur, osetrin.  

Əmisinin tapşırığını canla-başla yerinə yetirən Ağazal əvvəllər dostları ilə daha çox kiçik, rahat 

aşxanalara gedərdilər. Əla cız-bız, qovurma, piti, gürzə, kabablar bir yana, burda daha sərbəst 

olurdular. İstənilən stola yaxınlaş, tanımadığın adamla söhbətə giriş, zurna-balabanın sədaları 

altında rəqs elə. Yox, Ağazal qətiyyən o fikirdə deyildi ki, zəngin restoranlarda yaxşı yeməklər 

olmur, özünü rahat hiss eləmir. Əksinə, rahat məxmər kresloda oturub, mavigözlü, dekolte 

geyinmiş gözəllərə baxmaq çox xoşdur. Hələ biləndə ki, belə gözəlləri hərdən öz stoluna dəvət 

də edə bilərsən, vəcdə gəlmişdi və birini gözaltı eləmişdi. Ancaq bu vaxt ağlasığmaz bir hadisə 

baş verdi. Necə deyərlər, Ağahüseynin qorxduğu başına gəldi; həmişə səksəkə içində düşünürdü 

ki, oğlu bir gün elə hoqqa çıxaracaq ki, bütöv nəslə bəs edəcək... 

Həmin gün Ağarəhim, həmişəki kimi, uduzmuşdu. Pərtliyindən bulud kimi qaralmışdı.  

Ağazalın da pulu qurtarmışdı. Ağarəhim əmisi oğlunun dirsəyindən tutub onu restorana 

dartmağa başladı.  

- Arıq da olsa gücü vardı. Məni onsuz da tanıyırlar, etibar edirlər. Restoranda orkestr çalır, bir 

qız oxuyurdu. Salonun ortasında on-on iki nəfərlik kampaniya oturmuşdu. Bəzilərini tanıyırdım, 

stollarında 2-3 qız vardı... Qızlardan biri... - ömrümdə elə gözlər görməmişdim. Nə isə... Boş yer 

yox idi. Ofisiant yaxınlaşdı, mən onun qulağına pıçıldadım. Bir anda kiçik stol gətirib onların 

düz yanında açdılar... Sən demə, Ağarəhim də qızı görüb. Nədən bildim? Ofisianta göstəriş 

verirdi: onu gətir, bunu qoy, adətən bunu mən eləyirdim, özü də belə ucadan yox. O isə istəyirdi 

hamının diqqətini cəlb eləsin. Sərxoş deyildi. Oynayanda 3-4 qədəh içmişdik - ondan sərxoş 

olmazlar ki... 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

534 


Hamı bizə baxırdı. Həmin gözəl də Ağarəhimə elə baxdı ki, əmioğlum özünü itirdi... 

Nə baş verdi? Əlbəttə, cavanlar bizdən incidilər, guya saçının qeyri-adi rəngi, gözəl gözləri olan 

bu qızın Ağarəhimə baxmasında biz günahkarıq. Ələlxüsus gombul, keçəl, qırxa yaxın yaşı olan 

birisi bizə girişmək istəsə də, mənim baxışımdan başa düşdü ki, bu, ona baha başa gələr... 

Əvvəl başladı qıza fransızca nəsə deməyə, qız qıpqırmızı qızardı. Sonra bizə acıqlı-acıqlı baxdı. 

Əvvəl özümü saxladım, ürəyimdə dedim, sənin payını vermək mənə borc olsun. Elə bil məni 

eşitdi, təzədən başladı qıza əl uzatmağa. Qız dimdik oturub qımıldanmırdı. Gombul qızın 

düymələrini açmağa başladı, sonra koftasını soyundurdu.  

 

Baxdım ki, Ağarəhim kreslonun qoltuqlarından necə sıxıbsa, barmaqları ağappaqdı. Gombul öz 



işindəydi, stoldakılar pas gediblər, Ağarəhimsə, elə bil kreslosuna batıb. 

Qonşu stoldakılar da zillənib durmuşdular... Ağarəhim yerindən sıçrayıb, stoldakı butulkaları bu 

adama sarı tolazladı. Kişi başını tutmuşdu, Ağarəhimsə uzun əlləriylə onu çırpırdı. Vəhşiyə 

dönmüşdü. Düzü, bunu ondan gözləmirdim. Gombulun dostları köməyə cumdular, biri 

Ağarəhimin boynunun ardına butulkanı necə vurdusa, əmioğlum yerə sərildi. Sonra... əvvəl 

gombulu, sonra bir-ikisini yerində oturtdum, ən çox da Ağarəhimə xoş olsun deyə. Qalanları 

çəkildilər bir kənara.  

Restoranda küçəmizin cavanlarından da vardı. Onlardan biri yaxınlaşıb soruşdu: 

- Ağazal, kömək lazımdır?  

- Ağarəhimi apar, fayton çağır. Qalanları mənlikdir... 

Madmazel Janet - restorandakı qızı belə çağırırdılar - Bakıya iki il əvvəl gəlmişdi. Riqa 

yaxınlığındakı şəhərcikdə ata evindən qaçmışdı. 16-yaşlı gimnaziya tələbəsi bir fırıldaqçının 

şirin dilinə uyub, ehtiraslı sevgi oyununda yanmışdı. Sonra da oğlan xəbərsiz-ətərsiz aradan 

çıxmışdı. İki il sonra Janet Əbülfəz ağanın qırmağına keçmişdi - həmin bu gombulun.  

Gənc mühəndis - Əbülfəz kiçik kerosin zavodu almışdı, xaricdən lazımi avadanlıq gətirtmişdi. İl 

yarım sonra işləri yağ kimi getməyə başlamışdı. Tezliklə yeni sexlər açdı, elə o vaxtdan da 

Bakının müəyyən dairələrində görünməyə başladı. Əsədullayev, yaxud Muxtarov kimi milyonçu 

olmasa da, kifayət qədər varlı idi. Riqada da elə o zamanlar olmuşdu. Üçüncü dərəcəli 

meyxanələrin birində gördüyü bu qızı dəbdəbəli nömrəsinə gətirmiş, o saat da başa düşmüşdü ki, 

tale ona çox qiymətli bir brilyant əta eləyib... Qıza elə qayğı və diqqət göstərdi ki, bir həftə sonra 

Janet artıq özünə gəlmişdi. 

İki-üç həftə sonra hiss etdi ki, qıza bağlanıb. Hesabla, gərək çoxdan Bakıda olaydı. İki gün də 

keçdi, Janetdən ayrılmağın çox çətin olduğunu başa düşən Əbülfəz ağa ona pansion axtarmaqda 

kömək etdi, yarım ilin kirayə haqqını da əvvəlcədən ödədi.  

- Səndən bir xahişim var, Janet, özündən muğayat ol, Allaha and olsun, sənə olan hisslərim 

səmimi hisslərdir, ancaq sənə evlənə bilmərəm, Bakıda mənim arvadım var, onun atası mənə çox 

yaxşılıqlar eləyib. Heç oğlanlarım da böyüyəndə məni bağışlamazlar. Hələlik burda yaşa, sonra 

bir şey fikirləşərik... 

Və sözünün üstündə durdu. Bir müddət sonra Janet teleqram və xərclik aldı; Əbülfəz ağa onu 

Bakıya çağırırdı... 

Bu altı ayda Əbülfəz ağanın işləri yağ kimi gedir, əli də yaxşı gətirirdi. O, bunu Janetin ayağının 

sayalı olması ilə bağladı və yaxşı əlamət kimi qiymətləndirdi.  



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

535 


Janet köhnə həyatına qayıtmaq istəmirdi. Amma bununla belə, Əbülfəz ağaya da xüsusi meyli 

yox idi. Bir-iki gün tərəddüd etdi, iki həftə sonra Bakıya yola düşdü. İlk iki ayı elə bilirdi cənnətə 

düşüb. Şəhərin mərkəzində rahat, ikiotaqlı mənzil, hər cür şərait, bahalı xalı-xalça... Əbülfəz ağa 

onun ən kiçik arzusunu da yerinə yetirirdi, hər gələndə bahalı hədiyyələr gətirirdi.  

Dostları onu valehedici şimal gözəli ilə görməyə adət etmişdilər. Hərdən də deyinirdilər; a kişi, 

Bakıda gözəl qadın qəhətiydi məyər? Axır vaxtlar Əbülfəz ağa çox dəyişmişdi. Hərdən dəhşətə 

gəlirdi ki, nə vaxtsa ağlagəlməz dərəcədə arzuladığı qadına niyə indi bu qədər nifrət edir. 

Qəsdənmi, bilməyərəkdənmi, tez-tez hər xırda şey üstündə dalaşırdı, hətta əl qaldırdığı da 

olmuşdu ona.  

Tez-tez Janetdən yaxa qurtarmaq barədə düşünürdü. Bəlkə pul verib Riqaya yola salsın... ya da 

qoy hara istəyir çıxıb getsin... Ancaq mavi gözlərinə gözü sataşanda, əlinə belə toxunanda başını 

itirirdi.  

Janet ağıllı qadın idi. Öz vəziyyətini yaxşı başa düşürdü. Bununla belə, onun qəlbi, ruhu zalım, 

qəddar ola bilmirdi. İstəyirdi onu rahat buraxsınlar. Bu adamları görmək, onların saxta 

komplimentlərini eşitmək istəmirdi.Dinclik, sakitlik arzulayırdı... 

Və o məşum gecədən sonra belə bir imkan düşdü. 

 

Ağarəhimi küçəyə çıxaran kimi özünə gəldi, o dəqiqə də Janeti xəbər aldı. Əbülfəz ağa ilə 



gələnlərdən biri Janeti aradan çıxara bilmişdi... 

 

Səhəri gün yuxudan xoş əhvalla oyanan Ağarəhimə elə gəlirdi ki, illərlə ona əzab verən bir 



tapmacanın cavabını tapıb, zümzümə eləyə-eləyə aşağı enib səhər yeməyini yedi. Atası evdə yox 

idi - köhnə adətiydi, işıqlaşar-işıqlaşmaz evdən çıxırdı.  

- Ana, necə bilirsiz, evlənmək istəyirəm? 

Tutu xanımın nitqi tutuldu, ürəyindən olsa da, oğlundan belə sual gözləmirdi.  

- Lap yaxşı, - Tutu xanım tez özünü ələ aldı.  

- Mən də belə fikirləşirəm. Odur ki, qərara aldım - evlənirəm.  

- Atan da sevinəcək. Özün seçmisən, ya biz axtaraq? 

- Özüm seçmişəm, siz narahat olmayın.  

- Kimin qapısına gedəcəyik? Ata-anası kimdir?  

- Elçilik olmayacaq. Mən özüm danışacam onunla. 

- Hə, indi çoxu belə eləyir. Ancaq baban rəhmətlik Ağamürsəlin xoşuna gəlməzdi bu, gəlinin ata-

anası da inciyər. Qız özü də, inanmıram razı ola. 

- Razı olar. Yola gətirərəm. 

- Kimdi gözaltın, doğrudanmı ata-anası izn verər buna? 

- Ata-anası yoxdur. Özü də Bakıdan deyil, bizim millətdən də deyil. Biriynən yaşayır, ancaq mən 

bu tipdən icazə almaq fikrində deyiləm.  



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

536 


Burda anasının nitqi qurudu, dili tutuldu. Hər halda, on-on beş dəqiqə kəlmə kəsmədi.  

Ağarəhim otağına qayıtdı, geyinib, küçəyə çıxdı. Qapı arxasınca bağlanandan sonra nın səsi 

gələndə Tutu xanım qalxıb çığıra-çığıra küçəyə qaçdı, qonşu uşağı Ağazalın dalınca göndərdi.  

- Adə, baban Ağamürsəlin evi dağılsın, mənim bu bədbəxt balamı haralara aparmısan? O ... ilə 

onu hansı xarabada tanış eləmisən, od düşsün o yerə... Ürəyimə dammışdı... Kimdi bu xarici ki, 

Ağarəhim ona evlənmək istəyir... 

Ağazal deməyə söz tapmırdı, eşitdiyi xəbərdən quruyub qalmışdı. Qulluqçu qadın otağa girib 

nahara nə hazırlanacağını soruşdu. 

- Zəhər. 

Qadın heç nə başa düşməyib bir də soruşdu ki, xanım, nahara qonaq olacaq?  

- Rədd ol burdan, it qızı it. 

Tutu xanım daha da qəzəbləndi. Çevriləndə gördü ki, Ağazal çıxıb.  

Ağarəhim kazinoya tərəf gedirdi; Janetin harada yaşadığını öyrənmək istəyirdi. Gözətçi, 

deyəsən, sərxoşdu, acıqlı-acıqlı deyindi; heç bir madmazel-zad tanımır. Ağarəhim əlini cibinə 

salan kimi gözdən itdi, on dəqiqə sonra gəlib soruşdu ki, dünən gecəki davanın səbəbkarı olan 

madmazeli axtarırmı? Əmin olandan sonra evin səmtini nişan verdi.  

Günorta Ağarəhim Janetin yaşadığı ünvanı tapdı. Qapının zənginə əvvəl heç kəs çıxmadı. 

Nəhayət, qapı aralandı. 

- Madmazel, mənəm, Ağarəhimdir. 

Qapı örtüldü, sonra yenidən açıldı, bu dəfə bir az çox aralandı.  

Janet bu qəribə oğlanı o saat tanıdı. Niyəsə ona qanı qaynadı; görkəmindən, gözlərindən bir 

məsumluq, köməksizlik yağırdı ...  

Belə gözlər ancaq son dərəcə xeyirxah insanlarda ola bilərdi. Azacıq tərəddüddən sonra Janet 

gənci otağa dəvət elədi. Bu qəribə oğlandan nə desən gözləyirdi, ancaq eşitdiyi sözdən elə 

diksindi ki, özünü itirdi. Kandardan girər-girməz Ağarəhim onunla evlənmək istədiyini bildirdi. 

Cavab gəlmədiyini görüb davam elədi.  

- Mən, əlbəttə, mən sizin... hm... çox da varlı deyiləm. Deyə bilmərəm ki, sizinçün hər şey 

etməyə imkanım var. İşləyəcəyəm, mən heç də pis mütəxəssis deyiləm. And içirəm ki, siz 

mənim arvadım olmağa razı olsanız... Allah və insanlar qarşısında sizə görə məsuliyyətimi 

vicdanla yerinə yetirəcəyəm.  

Ağarəhim yenə nə isə demək istədi, ancaq söz tapmadı; görünür, lazımi sözü tapmadı. Susub 

məsum, xeyirxah, bir az da çaşqın nəzərlərlə Janetə baxdı.  

- Mən sizi elə az tanıyıram... 

- Bəli, haqlısız, sizin ani qərarınıza ümid edə bilmərəm, ancaq başa düşün, uzatmaq da olmaz... 

Ah, siz, axı, məni, əlbəttə, sevmirsiz... Ancaq eybi yox, axı, mən də sizi çox sevmirəm... Yəni 

demək istəyirdim... xətrinizə dəyməsin, görünür, düzgün çatdıra bilmədim fikrimi... 

Ümumiyyətlə, aldatmaq istəmirəm. Həqiqətən sizi sevmirəm, ancaq... 

- Yazığınız gəlir mənə... Acıyırsız... 

- Elədir... 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

537 


Deyəsən, yenə də alınmadı, qıpqırmızı qızardı, üzünü yana çevirdi.  

- Əyləşin, niyə ayaq üstə durmuşuq? 

- Mümkünsə... su verərdiz mənə.  

Demək çətindir, Janeti bu qəribə gəncin təklifini qəbul etməyə nə vadar etdi. Başa düşmüşdümü 

ki, əl çəkən deyil, sözündən qaçan deyil, ya şüuraltı dərk etmişdi ki, bu təklif onunçün normal 

həyata qayıtmağa cəhd və son saman çöpüdür? 

Ağarəhim sözünün üstə durdu. Janetin razılığını alan kimi Poçtovı küçəsində çox da böyük 

olmayan bir mənzil tutdu. Janet Əbülfəz ağanın ağlasızmaz hərəkət və davranışlarından 

qurtardığına sevinirdi.  

Oğlunun küçə qadını ilə evlənmək qərarını eşidən Ağahüseyn hirsindən otağından eşiyə çıxmadı. 

Gecə düşəndə isə, böyük qardaşı Ağa Tağıgilə getdi, içəri keçmədi, qardaşlar iki saatacan 

küçələri dolaşdılar. Səhərigün isə otağından çıxıb Tutu xanıma dedi:  

- Qoy rədd olub getsin.  

Ağarəhim Samux meşələrinə gəlib çıxmasının qısaca tarixçəsi belə idi...  

İsmayıl bəy meşəbəyinin evinə gecə yarısı, Məşədi Cəmilin uzaq qohumu olan bir kəndlinin 

ikitəkərli arabasında gəldi. Yolu rahat gəldilər. Arabanı birmərtəbəli geniş evin qabağında 

saxlayan arabaçı yerə atıldı, yaxınlaşıb pəncərəni döydü. İşıq yandı, qapı cırıldadı, ucaboy bir 

kişi eyvanda görüşdü. Arabaçı ilə nəsə danışdılar və kişi aşağı düşdü.  

İsmayıl bəy də arabadan endi.  

- Xoş gördük, İsmayıl bəy, çox şadam, gəlin, gəlin keçin evə. Xoş-beşdən sonra ev yiyəsi yemək 

təklif elədi, onu da dedi ki, əlindən bir şey gəlməsə də, qayğanaq bişirə bilər.  

Qonaq təşəkkür edib dedi ki, gecdir, həm də yolda şam ediblər.  

- Onda otağınızı göstərim, dincəlin, Allah qoysa, sabah danışarıq... Hə, səhər tez durursuz? 

- Hə. 


- Çox gözəl, mən də tezdən dururam.  

Ağarəhim nədənsə ləngidi, ani fikirləşib əlavə etdi: 

- Hə, bir də... Bir sözlə... mən tək deyiləm... bir qadın da var. Arvadım, belə deyək... Sabah sizi 

tanış edərəm. Otağı mənim otağımla yanaşıdır.  

Bundan sonra Ağarəhim tələsik çıxdı, İsmayıl bəyi eyvanın o biri başındakı otağa gətirdi.  

Geniş taxt, kiçik yazı stolu, kitab şkafı, pəncərədə, ipək olmasa da, çit pərdə asılmışdı, şəhərdəki 

kimi. Son ayların hadisələrindən yorğun düşmüş adam üçün rahatlıq adına hər şey vardı və neçə 

aydan sonra ilk dəfə İsmayıl bəy dərin yuxuya getdi. 

Səhər su səsinə oyandı. Qalxıb pəncərəyə yaxınlaşdı, pərdəni çəkib baxdı və gözünə inanmadı. 

Sudan bir pəri çıxırdı. Zərif hərəkətlərlə saçını alnından çəkib, ağacın budağından dəsmal 

götürüb büründü və asta-asta evə sarı getdi... 

Axşamtərəfi Ağarəhim İsmayıl bəyin otağına gəldi, bir saatacan ordan-burdan danışdılar, birdən 

yadına düşdü ki, bura niyə gəlib.  


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

538 


- Allah xatirinə, bağışlayın, İsmayıl bəy, mən, axı, sizi dəvət etməyə gəlmişəm. Məsələ belədir 

ki, biz saat altıda şam edirik, bu vaxt sizi qane etmirsə, mən Janetə deyərəm... 

İsmayıl bəy onu sakitləşdirdi, dedi ki, elə o da evdə yeməyə bu vaxt oturur, narahat olmasın.  

İsmayıl bəy hiss edirdi ki, Ağarəhim arvadını onunla tanış etmək istəmir. Səbəb təkcə qısqanclıq 

deyildi, hərçənd bu da vardı. Ancaq Ağarəhim ehtiyatsız sözdən, qeyri-ciddi sualdan çəkinirdi. 

Məsələn, neçə uşağınız var, yoxdusa, nə əcəb?..  

...Onlar hər axşam birlikdə yeməyə otururdular. Janetin gözəl əl qabiliyyəti varmış. 

Avropasayağı açılmış stol arxasında gecədən xeyli keçənədək oturar, ötənlərdən-keçənlərdən 

danışardılar. Bəzən sözləri çəp də gəlirdi, belədə Janet səssizcə bir kənara çəkilər, hərdən də 

kişilərin söhbətinə bir replika ilə müdaxilə edər, ya da xatırladardı ki, sabah onları iş gözləyir. 

Doğrudan da, Ağarəhim hər səhər tezdən yaxın kəndlərə gedər, meşədə kəsilməli ağacların 

yerini müəyyənləşdirərdi.  

İsmayıl bəy isə kəsilmiş ağacların, kötüklərin tədarüküylə məşğul olardı. Yükləri Kürün 

sahilindəki körpüyəcən müşayiət edir, burada şirkətin nümayəndəsinə təhvil verərdi. Bu şirkət ov 

tüfəngləri istehsalı ilə məşğul olurdu. Evə piyada qayıdırdı, hərdən də yerlilərdən birinin qayığını 

kirayə götürürdi. İlk baxışda işi elə də çətin görünmürdü. Sahəyə gəlib kəsilməli, mişarlanmalı 

ağacları göstər, otur özünçün papirosunu tüstülət. Əslində isə, hər ağac silah üçün yaramırdı, çox 

möhkəm, düyünsüz, düz, sağlam ağac olmalıydı. Ağarəhim İsmayıl bəyə çox kömək edirdi, 

gözucu baxıb ağacın içinin necə olduğunu deyə bilirdi. Hələ torpağın nəm olması vacibdi, ağacın 

tacına günəş düşməliydi. Yaxında hansı ağac bitib, hansı quşlar qonur budaqlarına, ağacı necə 

kəsmək lazımdı, hansı prinsiplə mişarlanmalıdır və s. və i. a. 

İsmayıl bəy sonralar da Ağarəhimin fenomenal biliyinin öz xalqının xeyrinə lazımınca istifadə 

olunmadığından təəssüflə danışırdı.  

Kişilər saat beşə işdən qayıdardılar, Ağarəhim bəzən çox gec gəlirdi, zarafat deyildi, Samux 

meşələrinin ümumi sahəsi iyirmi beş min hektardan artıq idi. Az qala hər gün on-on beş göstəriş 

gəlirdi və meşəbəyi bu göstərişlərin yerinə yetirilməsi üçün ora-bura vurnuxmalı olurdu. Üstəlik, 

Ağarəhim balıq ovunu çox sevirdi, hərçənd əlidolu gəldiyi az olurdu, halbuki o vaxtlar Kürdə 

balığı hətta əllə tutmaq mümkün idi.  

İsmayıl bəy Samux meşələrində düz iyirminci ilin qışınacan qaldı. Gəncədən xəbərlər gəlirdi: 

ordu hissələri şəhər zəhmətkeşlərini azad edib, qərb tərəfə hərəkət edirlər. Elə bu ərəfədə elə bir 

hadisə baş verdi ki, İsmayıl bəyin həyatı yenidən alt-üst oldu.  

Ağarəhimin tez-tez gecikməsinə İsmayıl bəy əvvəllər bir elə də əhəmiyyət vermirdi, həm də, 

açığı, stol arxasında onu görməyəndə elə də dilxor olmurdu. Sonra hiss elədi ki, ər-arvadın 

münasibətlərində nəsə bir qəribəlik var. Ağarəhim onunla bir qalxıb öz otağına gedirdi. Əvvəllər 

təəccüblənirdi, sonra fikirləşirdi ki, ola bilər, Janet onun otağına gedir, ya da gecədən xeyli 

keçmiş Ağarəhim arvadının yanına gəlir. Sonra hiss elədi ki, nə ondandı, nə bundan. Neyləməli, 

hərə öz həyatını yaşayır.  

Amma o qış günü neçə gündən bəri başlayan yağış kəsmək bilmirdi, qara buludlar havanı bir az 

da ağırlaşdırırdı, palçıq dizə çıxırdı. İsmayıl bəy tezdən oyansa da, yatağından qalxmağa 

tələsmirdi. Taxtda o yan-bu yana çevrilir, yağış damcılarının damın dəmirini döyəcləməsinə 

qulaq asırdı. Durmaq lazımdır, çay içmək pis olmaz, bəlkə, Janetə də nəsə lazımdı? Hələ 

Ağarəhim... yenə üç gündü harasa yoxa çıxıb, bir söz də deməyib. Üç gündür İsmayıl yeməkdən 

sonra çox oturmaq istəmir. Bir-iki kəlmə nəsə danışırlar, sonra qalxır, gecəniz xeyrə qalsın, 

Janet, mən gedim, bir-iki işim qalıb hələ...  



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

539 


Dördüncü gün İsmayıl bəy yeməkdən sonra iki saatacan Janetlə oturdu, özü də bilmədən həyatını 

danışmağa başladı.  

Qadın əlindəki ilmələri bir kənara qoydu, toxumağa ara verdi, geniş açılmış gözlərini ona 

zilləyib diqqətlə qulaq asmağa başladı (sonralar İsmayıl bəy xatırlayırdı ki, məhz bu dibsiz mavi 

gözlərdə oxuduğu dərin ağrı, iztirab onu məhv elədi). 

Bir də onda ayıldı ki, saat onu keçib. Tələsik qalxdı, üzr istəyib otağına getdi, ürəyində başladı 

özünü danlamağa:bu nə zəiflikdi, tanımadığın yad qadına ürəyini boşaldırsan, özü də başqasının 

arvadına - nə isə... Sonra belə fikirləşdiyindən utandı, paltarlı-paltarlı özünü taxta saldı, nə qədər 

elədisə, gözünü yuma bilmədi. Qalxıb pəncərəyə yaxınlaşdı, alnını soyuq şüşəyə dayayıb durdu. 

Nə qədər keçdi, bilmədi. Birdən qapı cırıltısı eşitdi, sonra addım səsləri... Kimsə onun qapısını 

tıqqıldatdı, sakit, yalvarırmış kimi... 

Səhərə yaxın İsmayıl bəy çıxıb getdi. Getdi, Ağarəhimlə görüşmədən getdi. Qəlbində bir ağırlıq 

vardı. Meşədən nə vaxt, necə çıxdığını xatırlamırdı, yola çıxıb fayton tutdu, axşama yaxın öz 

evinə gəlib çatdı. Nə yol boyu, nə Gəncənin küçələrində bir tanışa belə rast gəlmədi. Necə 

deyərlər, Allah saxladı. 

 

Qapını arvadı açdı. Təpədən-dırnağa islanmış ərini qarşısında görən qadın bir neçə dəqiqə 



dinməz-söyləməz ərinin üzündən tökülən damlalara baxa-baxa donub qaldı. 

Birinci İsmayıl bəy özünə gəldi, ayağını içəri qoydu, arvadını qucaqlayıb mətbəxə apardı.  

Gəncədə iki gün heç kəs bilmədi ki, İsmayıl bəy qayıdıb. Üçüncü gün arvadı təkid elədi ki, 

Həsən ağaya xəbər vermək lazımdır və evdən çıxdı.  

Yağış kəssə də, torpaq hələ yaş idi. Həsən ağa o saat gəldi, Məsti də dabanbasma içəri girdi və 

Həsən ağanın üstünə düşdü.  

- Ayə, Həsən, bu cavandı, başa düşmür, bəs sənə nə olub? Sən də başını itirmisən? Heç 

fikirləşirsənmi bu nə deməkdir?  

Elə bu vaxt çay gəldi, yanında da hər dəm-dəstgahı. Böyük qardaş o saat yumşaldı, barışdırıcı 

tövrlə dedi:  

- Hə, yaxşı, sən bir fikirləş gör neynirik.  

- Sən narahat olma, Məsti. Hər şey yaxşı olacaq. Allah İsmayıl tərəfədir. Çayını iç, mən də bir 

mürəbbənin dadına baxım.  

- Mənə elə gəlir, İsmayıl rahatca bir-iki ay Gəncədə qala bilər, əlbəttə, ehtiyatlı olmalıyıq. Qoy 

ara tam sakitləşsin, ordu cəmi iki aydır Gəncədən çıxıb, çətin ki bu tezliklə bura qayıdar. Hələ nə 

bir qayda-qanun, nə də aydın bir idarəçilik sistemi var. Düzdü, hökumətə işləmək, xəbər vermək 

istəyənlər Gəncədə də olmamış deyil. Məncə, bir on il çəkər qaydaya düşməkləri, onda dəqiq 

bilərlər kim neynir, kim nə vaxt yatıb, nə vaxt durur... 

Sonra səsinə bir qədər ciddilik verib İsmayıla dedi: 

- Sən də artıq-əskik danışma, zirzəmi məsələsini hamı bilir, ancaq vaqon əhvalatını bilən yoxdur. 

Elə belə də demək lazımdı ki, yoxladılar, başa düşdülər ki, mənim heç bir günahım yoxdur, 

buraxdılar. Mən də getdim Samuxa... Ürəyimə damıb, bu bolşeviklər tezliklə cilovu bir az 

buraxacaqlar. Rusiyada aclıqdır, fabriklər də işləmir, sonrasına baxarıq. Bəlkə, ticarətlə məşğul 

oldun... 


1   ...   91   92   93   94   95   96   97   98   ...   115


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə