“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
598
– Bəlkə, özün tapasan? Tapa bilsən, çox şad olardım. Mənə bir yaxşı-yaxşı bax! Heç hiss
eləməyibsən ki, hərdən oğlana oxşayıram? Məsələn, elə indinin özündə?
Bəli, sir-sifətinə diqqətlə baxanda gördüm ki, düz deyir, həqiqətən, oğlana oxşayır. Bir az da
baxan kimi, sifəti hər şeyi açıb dedi, məni öz uşaqlığıma qaytardı, dostumu xatırlatdı. Onun adı
Herman idi. Qız, sanki, bircə anlığa həmin Hermana döndü. Heyrətlə dedim:
– Əgər oğlan olsaydın, adın Herman olardı.
– Kim bilir, bəlkə də, oğlanam, paltarımı dəyişmişəm, – deyə bic-bic gülümsədi.
Bu ifadə izahatda verilib.
Tapdığıma çox sevindi, gülə-gülə başı ilə təsdiqlədi. Həmin anda şorba gəldi, yeməyə başladıq.
Lap uşaq kimi sevindi. Xasiyyətində xoşuma gələn, məni ovsunlayan ən gözəl, özünəməxsus
cəhət o idi ki, tam ciddi olduğu halda birdən-birə şənlənə bilirdi və ya əksinə; bunları eləyəndə
də heç dəyişmirdi, sanki, ağıllı uşaqdı. İndi bir anlığa şənləndi, öz fokstrotu ilə məni çaş-baş
qoydu, hətta ayağımı da basdı. Ləzzətlə xörəyi təriflədi, dedi ki, belə geyinib-kecinməyə çox
əziyyət çəkmiş olaram, ancaq xarici görkəmimdə çatışmazlıq hələ də çoxdur... Aralığa salıb
soruşdum:
– Necə elədin ki, birdən-birə oğlana oxşadın, mən də adını tapdım?
– Ah, hamısını özün elədin. Bəs sən başa düşmürsən, cənab alim, mən ona görə xoşuna gəlirəm,
ona görə lazımam ki, sənin üçün güzgü rolunu oynayıram, mənim daxilimdə elə bir şey var ki,
səni başa düşür, sənə cavab verir?! Əslində, bütün insanlar bir-biri üçün güzgü olmalıdır, bir-
birinə cavab verməlidir, tən gəlməlidir, ancaq sənin kimi qəribə adamlar lap möcüzə olur, tez
tilsimə düşür, başqalarının gözündən heç nə oxuya bilmir, heç nə də veclərinə gəlmir. Belə bir
tip qəflətən onun gözlərinin içinə baxan, ona cavab verən, doğma görünən adama rast gələndə,
əlbəttə, sevinir.
– Sən hər şeyi bilirsən, Hermine! – deyə heyrətlə qışqırdım. – Necə deyirsən, elə də var! Ancaq
sən tamamilə ayrı adamsan! Sən mənim əksimsən, məndə olmayanların hamısı səndə var.
Cavabı çox qısa oldu:
– Sənə elə gəlir. Belə daha yaxşıdır.
Doğrudan da, mənim üçün sehrli güzgüyə dönmüş sifətinə indi qalın bir ciddilik pərdəsi çəkilirdi
və qəflətən tamam örtüldü, faciəli bir sifətə çevrildi. Asta-asta, hər sözdə dayana-dayana dedi:
– Bura bax, ogün dediklərini unutma. Dedin ki, sənə əmr eləyim, əmrimə tabe olmaqdan xoşun
gəlir. Bunu unutma ha! Onu da bil ki, balaca Harri, mən sənin üçün nəyəmsə, sifətim sənə hər
şeyi necə açıb deyirsə, nəyəsə daxilən bağlıyamsa, doğmayamsa, demək sən də mənim üçün
eləsən. Bu yaxınlarda «Qara Qartal»da səni o cür yorğun, ümidsiz, ölgün görən kimi bildim: nə
desəm, eləyəcəksən, ürəyimdən keçdi ki, sənə əmr eləyim. Mən də bunu edəcəyəm, ona görə də
söhbətə başladım və dost olduq.
Elə ciddi, elə gərgin danışırdı ki, hamısını başa düşə bilmirdim və onu bu söhbətdən
yayındırmağa, sakitləşdirməyə çalışdım. Ancaq yalnız qaşlarını dartmaqla: «Lazım deyil», –
dedi, sərt nəzərlərlə üzümə baxdı, buz kimi soyuq bir səslə sözünə davam etdi:
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
599
– Gərək sözündən qaçmayasan, körpə bala. Bax indidən deyirəm, yoxsa peşman olarsan. Hələ
məndən çox əmrlər alacaqsan, hamısını da yerinə yetirəcəksən. Qorxma, yaxşı, xoşagələn
əmrlər də olacaq, sənə ləzzət verəcək. Lap axırda da son əmrimi yerinə yetirəcəksən, Harri.
– Yetirəcəm! – Qeyri-ixtiyari dilləndim. – Axırıncı əmrin nə olacaq?
Nə olduğu ürəyimə dammışdı, ancaq Allah bilir, haradan duymuşdum. Soyuğa çıxmış adamlar
kimi üşərgələndi, yavaş-yavaş öz xəyal dünyasından ayrılmağa başladı. Gözlərini üzümdən
çəkmirdi.
Birdən-birə lap tutuldu:
– Ağıllı adam bunu sənə deməzdi. Ancaq hələlik ağıllı olmaq istəmirəm, Harri, bu dəfə heç
istəmirəm. Tamam başqa cür olmaq istəyirəm. Diqqətlə qulaq as! İndi eşidəcəksən, bir azdan
unudacaqsan, dediyimə güləcəksən, sonra da ağlayacaqsan. Qulaq as, körpə balam! Səninlə
ölüm-dirim oyunu başlamaq istəyirəm, qardaş, ancaq başlamazdan əvvəl kartımı açıb sənə
göstərmək istəyirəm.
Bu sözləri deyəndə elə gözəldi ki, adamın ağlı başından çıxırdı. Alışıb-yanan gözlərindən mənalı
bir kədər süzülürdü. Deyərdin ki, onlar hər əzaba qatlaşıb, heç birinə də «yox» deməyib.
Çətinliklə danışırdı, elə bil, nəsə mane olurdu. Sanki, bərk şaxtaya düşmüş, sifəti donmuşdu, ona
görə də çənəsi tərpənmirdi. Ancaq hərdən görünən dilinin ucu ağzında tərpəndikcə dodaqlarına,
cəhənglərinə heç də baxışlarına, səsinə uyuşmayan şirin bir həssaslıq, həzin bir nəşə süzülürdü.
Qısa qıvrım saçları şumal qaşlarına dağılmışdı və hərdən düz orada – saçların töküldüyü yerdə
oğlana oxşarlığın, hermafrodit sehrin həzin dalğası baş qaldırırdı. Qorxa-qorxa ona qulaq
asırdım, ancaq, elə bil, huşum özumdə
deyildi, sanki, alayuxulu idim.
– Məndən ona görə xoşun gəlir ki, – sözünə davam etdi, – səbəbini demişəm – səni yalqızlığın
əlindən almışam, cəhənnəmin qapısından qaytarmışam, təzədən ayıltmışam. Ancaq səndən daha
çox şey umuram. İstəyirəm ki, mənə vurulasan. Dayan, etiraz eləmə, qoy sözümü axıracan
deyim! Hiss edirəm ki, məndən çox xoşun gəlir, mənə minnətdarsan, ancaq hələ vurulmayıbsan.
Lakin elə eləməliyəm ki, vurulasan, çünki bu, mənim peşəmdir. Axı mən özümu kişilərə
sevdirməklə dolanıram.
Ancaq yaxşı yadında saxla, elə bilmə ki, sənə valeh olduğum üçün belə eləyirəm. Sənə
vurulmamışam, Harri. Sən necə, mən də elə... Ancaq mən sənə nə üçün lazımamsa, sən də mənə
onunçün lazımsan.
İndi ona görə sənə lazımam ki, hər şeydən ümidini üzübsən, bir təkan lazımdır ki, səni itələyib
suya salsın, təzədən ayıltsın. Ona görə lazımam ki, rəqs etmək öyrədəcəm, gülmək öyrədəcəm,
yaşamaq öyrədəcəm. Ancaq sən mənə bu gün lazım deyilsən, sonralar gərək olacaqsan, özü də
çox vacib, xeyirli bir iş üçün! Özümü sənə sevdirəndən sonra, axırıncı əmrimi verəcəm, sən də
onu yerinə yetirəcəksən.
Həm sənin üçün yaxşı olacaq, həm də mənim üçün.
O, qonur-bənövşəyi rəngli, yaşıl damarlı səhləb çiçəklərindən birini qaldırdı, başını ona tərəf
əyib, diqqətlə gülə baxdı:
– Sənin üçün asan olmayacaq, ancaq eləyəcəksən. Əmrimi yerinə yetirərək məni öldürəcəksən.
Dediyim bu idi. Daha heç nə soruşma!
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
600
Səhləb çiçəyinə baxa-baxa susdu, sifətindəki gərginlik çəkilib getdi elə bil, ləçək çırtıltı ilə
açıldı, baxışları hələ də bir nöqtəyə zillənib qalsa da, dodaqlarına qəfil, zərif bir təbəssüm qondu.
Oğlan saçı kimi qıvrımsaçlı başını buladı, bir qurtum su içdi, birdən yadına düşdü ki, qabağında
yemək var, iştahla, ləzzətlə onun üstünə düşdü.
Bu etirafın hər sözünü aydınca başa düşmüşdüm, son əmrini də deməmişdən duymuşdum, hətta
«məni öldürəcəksən» deyəndə də diksinmədim. Hər sözü inandırıcı idi, tale yazısı kimi
səslənirdi və hamısını da qəbul etdim, heç bir müqavimət göstərmədim, lakin bütün bunlar nə
qədər ciddiliklə deyilsə də, gerçəkliyinə tam inana bilmirdim. Qəlbimin bir hissəsi onun
ağzından çıxan sözləri bircə-bircə canına çəkib hamısına inanır, o biri hissəsi isə özünə təsəlli
verə-verə deyirdi ki, bax çox ağıllı, sapsağlam, özünə inanan Hermine də hərdən sayıqlayır, onun
da qürub edən çağları olur. Son söz ağzından çıxan kimi qeyri-reallıq, xəyal dünyası öz qalın
pərdəsini bu qəribə səhnənin üzünə çəkdi.
Ancaq mən hələ də Hermine kimi kəndirbaz cəldliyilə həqiqətin, gerçəkliyin qoynuna atıla
bilmirdim.
– Demək, nə vaxtsa səni öldürəcəm? – Mən yenə də bayaqkı sözlərin təsiri altındaydım, o isə
artıq gülür, böyük bir cidd-cəhdlə boşqabındakı quş ətini doğrayırdı.
– Elədir, – deyə soyuqqanlılıqla başını tərpətdi. – Daha bu barədə kifayətdir, yemək lazımdır,
Harri. Zəhmət olmasa, mənə bir az salat gətirt. İştahan yoxdur? Mənə elə gəlir, başqalarında öz-
özünə alınan şeyləri sənə öyrətmək lazımdır. Hətta yeməkdən ləzzət almağı da! Elə isə bura bax,
körpə balam, bu, ördək bududur, onun dümağ ətini sümükdən ayıranda əsl bayram olur, adamın
iştahı açılır, əvvəlcə həyəcanlanır, sonra ürəyi sevinclə döyünür, elə bil, sevən adam ilk dəfə öz
sevgilisinin köynəyini çıxarmağa kömək edir. Anladın? Yox? Sən lap qoyunsan ki! Dayan, indi
bu buddan bir az sənə verərəm, özün görərsən. Bax belə... indi ağzını aç! Ah, sən heç adam içinə
çıxası deyilsən ki! İlahi, indi də gözü onun-bunun üzündə qalıb ki, onu yedirtdiyimi görən
oldumu?! Qorxma, ay yetim, səni utandırmaram! Əgər nədənsə zövq almaq üçün sənə başqasının
icazəsi lazımdırsa, deməli, doğrudan da, yazıq adamsan!
Bir az bundan əvvəlki səhnə, elə bil, yerli-dibli olmamışdı və adam heç inanmaq istəmirdi ki, bu
gözlər bir neçə dəqiqə əvvəl dəhşət içərisində bircə nöqtəyə zillənib qalmışdı. Ah, belə eləyəndə,
Hermine lap həyatın özü kimi olur, hökmü əvvəlcədən bilinməyən bir ana dönürdü. İndi
yeməkləməşğul idi, gah ördək budu, gah da salat götürürdü. Tort, likör də bir ayrı məna kəsb
eləyirdi, sevincin, ittihamın, söhbətin, fantaziyanın mövzusuna çevrilmişdi. Boşqablar
yığışdırılan kimi təzə bir fəsil başladı. Mənə təpədən-dırnağacan bələd olan, həyatı, bəlkə də,
bütün müdriklərdən yaxşı başa düşən bu qadın uşaqlıq edirdi. Bircə anın həyat adlı oyununu çox
məharətlə oynayaraq, məni zorla öz şagirdinə çevirirdi. Heç bilmirəm bu, müdriklik idi, yoxsa
adi sadəlövhlük – ancaq kim ki bir anın hökmü ilə yaşamağı bacarır, kim ki gündəlik həyatla
ayaqlaşmağın, rastına çıxan hər xırda gülün qədrini bilir, kim
ki hər anın dəyişən hökmünü qiymətləndirir, onun həyatdan qorxusu olmaz!
Bəlkə, iştahası böyük olan, ağzının dadını çox yaxşı bilən bu şən uşaq həm də özünə ölüm
diləyən bir xəyalpərvər, ruhi xəstə, ya da qəsdlə özünü sevdirib, adamı quluna çevirmək istəyən
bir afət idi? Yox, ola bilməzdi! Sadəcə olaraq, özünü bütün varlığı ilə bircə anın ixtiyarına verir,
eşitdiyi hər bir şad xəbəri də, qəlbinin dərinliklərindən qopan səksəkələri də eyni dərəcədə qəbul
edir, onları daxilən yaşayırdı.
Vur-tut ikicə dəfə gördüyüm Hermine haqqımda artıq hər şeyi bilirdi, sanki, heç nəyi ondan
gizlətmək mümkün deyildi. Ola bilsin ki, mənəvi dünyamı tam başa düşmür, musiqiyə, Geteyə,
Novalisə, Bodlerə münasibətimi bütün varlığı ilə dərk etmirdi, lakin bunun özu də sual altındaydı
və çox güman ki, heç biri də onun üçün çətin olmazdı. Qoy bir də lap çətin olsun, axı «mənəvi
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
601
həyatım»dan nə qalmışdı ki? Hamısı çilik-çilik olub öz mənasını itirməmişdimi? Ancaq şübhə
etmirəm ki, o birilərini – şəxsi problemlərimi, qayğılarımı başa düşəcək. Bir azdan onunla
Yalquzaq, traktat haqqında, indiyəcən yalnız özümün bildiyim, heç kəsə demədiyim şeylər
barədə danışacağıq.
Dözməyib o dəqiqə başladım:
– Hermine, bu yaxınlarda başıma qəribə iş gəlib, tanımadığım bir adam mənə çap olunmuş bir
kitab verib, yarmarka reklamlarına oxşayır, içində də mənim başıma gələnlər, nə edəcəyim
olduğu kimi yazılıb. Özün de, qəribə şey deyil?
– O kitabçanın adı nədir ki? – ötəri soruşdu.
– «Yalquzaq haqqında traktat»dır.
– Oho, Yalquzaq! Əntiqə adı var. Həmin Yalquzaq da sənsən? Mütləq sən olmalısan?
– Hə, mənəm. Mən yarıinsan, yarıcanavaram və ya özümə belə gəlir.
Cavab vermədi. Sınayıcı nəzərlərlə, diqqətlə gözümün içinə, əllərimə baxdı. Bircə anlığa sifətinə
bayaqkı kimi dərin ciddilik, qüssəli iztirab çökdü. Mənə elə gəldi ki, nə fikirləşdiyini duydum;
görəsən, məndəki canavarlıq onun «son əmr»ini yerinə yetirməyə bəs edəcəkmi?!
– Yəqin, bu da öz uydurmandır, – yenə şənlənməyə başladı, – ya da xoşuna gəlirsə, poetik
fantaziyandır. Lakin mənasız da deyil. Bu gün canavar deyilsən, ancaq onda göydən düşmüş
kimi restorana girəndə, bir az vəhşiyə oxşayırdın, mənə də xoş gələn bu oldu.
Qəflətən dayandı, elə bil, nəsə yadına duşdü, həyəcanla dedi:
– Necə də pis səslənir! «Vəhşi!» «Yırtıcı heyvan!» – heyvanlar haqqında belə danışmaq olmaz!
Düzdür, çox vaxt dəhşətli olurlar, ancaq insanlara nisbətən daha təbiidirlər.
– «Təbii» nədir? Bununla nə demək istəyirsən?
– Məsələn, götür o heyvanlardan birini: ya pişiyi, ya iti, ya quşları, ya da lap elə heyvanxanadakı
iri, gözəl pumanı, zürafəni! Görəcəksən ki, hamısı təbiidir, heç biri heç nədən çəkinəcəkli deyil,
nə edəcəklərini, necə edəcəklərini də yaxşı bilirlər. Heç biri sənin xoşuna gəlmək üçün artistlik
eləməz.
Daşlar, çiçəklər, göydəki ulduzlar kimi necə varsa, elə də qalacaqlar. Başa düşürsən?
Başa düşürdüm.
– Heyvanlar çox vaxt kədərli olur, – sözünə davam etdi, – insan da nə vaxtsa diş ağrısına, pul
itirdiyinə görə deyil, bircə saatlığa həyatı olduğu kimi dərk etdiyi üçün kədərlənəndə, onun da
kədəri əsl kədər olur və onda bir az heyvana oxşayır. Həmin anda insan çox kədərli görünür,
ancaq həmişəkindən təbii, həmişəkindən gözəl olur. Bunlar həqiqətdir! Birinci dəfə görəndə sən
də eləydin, ay Yalquzaq!
– Yaxşı, Hermine, bəs mənim haqqımda yazılan kitaba sözün nədir?
– Ah, bilirsənmi, həmişə fikirləşməkdən xoşum gəlmir. Bu barədə ayrı vaxt! Bir gün verərsən,
oxuyaram. Ya da yox, əgər nə vaxtsa oxuyası olsam, özün yazdığın kitablardan verərsən.
Qəhvə istədi və sanki, bir anlığa nədənsə narahat oldu, dalğınlaşdı, sonra yenə üzü güldü,
deyəsən, fikirləşib axtardığını tapdı.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
602
– Aha! – Sevinclə dilləndi. – Tapdım!
– Nəyi?
– Fokstrot! Bayaqdan o barədə düşünürdüm. De görüm, hərdən bir-iki saat rəqs eləmək üçün
otağın var? Eybi yox, lap balacası da yarayar, təki səndən aşağı mərtəbədə yaşayan olmasın ki,
yuxarıda tıqqıltı eşidən kimi gəlib dava-dalaş salmasın. Demək, varındır, lap yaxşı! Onda rəqs
etməyi evdəcə öyrənərsən.
– Elədir, – çəkinə-çəkinə dilləndim, – daha yaxşı. Ancaq elə bilirdim, musiqi də lazım olacaq.
– Əlbəttə, lazım olacaq. Bura bax, musiqini mağazadan alacaqsan; uzaqbaşı rəqs müəlliminə
verəcəyin qədər xərcin çıxacaq. Müəllimə verəcəyin isə qazanc qalar, özüm öyrədərəm. Elə
eləsən, istədiyimiz vaxt musiqimiz olacaq, qrammofon da axırda qazanc qalacaq.
– Qrammofon?
– Bəs necə. Balaca bir cihaz alarsan, iki-üç dənə də val...
– Əla! – Səsimi ucaltdım. – Əgər, doğrudan da, mənə rəqs etməyi öyrədə bilsən, axırda o
qrammofonu qonorar kimi sənə verəcəm. Razısan?
Bunu çox cəsarətlə desəm də, ürəkdən gəlmədi. Zəhləm gedən həmin cihazı kitablarla dolu
balaca iş otağımda heç cür təsəvvür edə bilmirdim və rəqslə də o qədər aram yox idi. Fikirləşdim
ki, bu da bir fürsətdir, sınamaq olar, ancaq əmindim ki, yaşım keçib, ağırlaşmışam, daha öyrənə
bilmərəm.
Zərbə zərbə üstündən gəlir, hamısı da çox gözlənilməz, ağır olurdu, hiss edirdim ki, köhnə
ərköyün bir musiqi bilicisi kimi qrammofona, caza, müasir rəqs musiqisinə qarşı daxilimdə nə
vardısa, hamısı ayağa qalxıb. Əslində, heç kəs ürək eləyib məndən öz otağımda – Novalisin, Jan
Polun yanında, xəyallarımın sığınacağına çevrilmiş bir hücrədə Amerikanın son dəbli rəqs
estradalarını çaldırmağı, həmin havaya da oynamağı tələb edə bilməzdi. Ancaq indi bunu tələb
eləyən «bir kimsə» deyil, Hermine idi, onun da əmr etməyə ərki çatırdı. Razılaşdım. Əlbəttə,
razılaşdım.
Səhəri gün nahar vaxtı qəhvəxanada görüşdük. Mən gələndə Hermine artıq içəridə oturub çay
içirdi və adıma rast gəldiyi bir qəzeti təbəssümlə mənə göstərdi. Vətənimin çox həyasız irticaçı
qəzetlərindəndi, vaxtaşırı da mənim haqqımda kəskin həcvlər verirdi. Müharibə başlayanda ona
qarşı çıxmış, qurtaranda da hamını dincliyə, səbirli olmağa, insanlığa, özünütənqidə çağırmış,
gündən-günə kəskinləşən, azğınlaşan, vəhşiləşən milli çalışdırmanın əleyhinə çıxmışdım. Bu da
növbəti hücumlardan biriydi, ancaq pis yazılmışdı, yarısını redaktor özü quraşdırmış, yarısını da
ona oxşayan qəzetlərdən çırpışdırmışdı. Məlum şeydi ki, yalnız köhnəlmiş ideologiyanın
müdafiəçiləri belə pis yaza bilər, öz təsərrüfatını belə baxımsız qoyar, belə başdansovdu idarə
edə bilərdi. Hermine həmin məqaləni oxuyandan sonra xəbər tutmuşdu ki, Harri Haller ziyankar
adamdır, əsli-kökü bilinmir və əlbəttə, nə qədər ki, belə adamlar, belə fikirlər yaşayır, gənclər də
qatı düşməndən qisas almaq üçün mübariz ovqatda deyil, sentimental bəşəri ideyalar ruhunda
tərbiyə olunacaq, deməli, ana vətənin də işləri heç vaxt düz gətirməyəcək.
– Bu, sənsən? – deyə Hermine adımı göstərdi. – Elə isə özünə yaxşıca düşmən qazanmısan,
Harri. Bunlar səni əsəbiləşdirmir?
Bir neçə sətir oxudum: eyni şeylərdi, belə çeynənmiş, ürəkbulandıran sözlərə çoxdan adət
etmişdim.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
603
– Yox, – dedim, – əsəbiləşdirmir, öyrəncəliyəm. Bir-iki dəfə demişəm ki, hər bir xalq, hətta hər
bir insan saxta «müqəssir axtaran» siyasətin beşiyində xumarlanmaqdansa, papağını qabağına
qoyub fikirləşməli, öz səhvlərini, nəzərdən qaçırdıqlarını, pis adətləri ilə müharibədəki, eləcə də
dünyanın başqa bədbəxtliklərindəki günahını aydınlaşdırmalı və bilməlidir ki, növbəti
müharibədən can qurtarmağın yeganə yolu budur. Bunu mənə heç cür bağışlamırlar, çünki
hamısı «günahsızdır».
İmperatorun da, generalların da, iri sənayeçilərin də, siyasətçilərin də, qəzetlərin də zərrə qədər
günahı yoxdur, hamısı safdır! Demək olar ki, dünyanın işləri lap əntiqə gedir, yalnız bir neçə
milyon insanın meyiti yerdə qalıb. Bilirsənmi, Hermine, bu cür həcvlər məni daha əsəbiləşdirə
bilməsə də, hərdən kədərləndirir. Həmvətənlərimin üçdə ikisi belə qəzetləri oxuyur, hər səhər,
hər axşam bu sözləri eşidir.
Onların beynini yeyir, öyrədir, qızışdırır, narazı salır, əsəbiləşdirirlər. Hamısının da son
məqsədi, son istəyi, hər şeydən əvvəl, müharibədir. Getdikcə yaxınlaşan, birincidən də betər
olacaq müharibə!
Bunların hamısı çox aydın, çox da sadədir, istəyən başa düşər. Kim bircə saat fikirləşsə, eyni
nəticəyə gələ bilər. Amma bu heç kəsin ürəyincə deyil, heç kəs növbəti müharibədən qaçmaq
istəmir, heç kəs özünü də, balalarını da növbəti kütləvi qırğından qorumaq haqqında düşünmür.
Halbuki hamısına baha başa gələcək. Bircə saat düşünmək, bircə anlığa özünə qayıdıb dünyanın
qarmaqarışıqlığında, kinküdurətində öz payını müəyyənləşdirmək lazımdır, vəssalam. İşə bax,
heç kəs də bunu istəmir. Deməli, hər şey beləcə davam eləyəcək və minlərlə insan da günbəgün
səylə müharibəyə hazırlaşacaq. Bunu başa düşən gündən iflic olmuşam, ümidim üzülüb. İndi
mənim üçün heç bir ideal, «Vətən» yoxdur.
Bunların hamısı yeni müharibəyə hazırlaşan cənablar üçün pərdədir. İndi insan kimi
düşünməyin, danışmağın, yazmağın mənası qalmayıb, beynindəki yaxşı fikirləri oyatmağın da
xeyri yoxdur. Bunları eləyən iki-üç adam da hər gün minlərlə qəzetin, jurnalın, çıxışların, açıq və
gizli iclasların hücumuna məruz qalır. Hamısı da bunun əksini deyir, dediklərinə də yetir.
Hermine maraqla qulaq asırdı.
– Elədir, – axır ki, dilləndi, – haqlısan. Əlbəttə, yenə müharibə olacaq və bunu bilmək üçün qəzet
oxumaq da lazım deyil. Düzdür, adam kədərlənir, ancaq xeyri yoxdur. Bu da mütləq öləcəyini
bilən, lakin əlindən heç nə gəlməyən adamın kədərlənməsi kimi bir şeydir. Ölümə qarşı mübarizə
aparmaq ən nəcib, ən gözəl, ən ülvi, ən şərəfli işdir, əziz Harri, müharibəyə qarşı çıxmaq da elə.
Amma bu mübarizə həmişə ümidsiz bir Don Kixotluq olur. – Bəlkə də, elədir, – sərtləşdim, –
ancaq bu cür həqiqətlərə göz yummaqla, «onsuz da bir azdan öləcəyəm» – deyib hər şeyə
tüpürməklə bütün həyatı bayağılaşdırırıq, axmaq vəziyyətində qoyuruq.
Hə, deməli, belə çıxır ki, hər şeyi atmalıyıq, mənəviyyatdan da, mübarizədən də, insanlıqdan da
üz döndərməliyik? Meydanı şöhrətpərəstliyə, pula verməliyik, qabağımıza bir parç pivə qoyub
növbəti səfərbərliyi gözləməliyik?
Hermine heyrətlə üzümə baxdı. Bu baxışdan rişxənd də, kinayə də, hiyləgərlik də, həssas bir
doğmalıq da, bunlarla bərabər, həm də kədər, ağıl, dərin ciddilik yağırdı.
– Heç biri lazım deyil, – ana nəvazişi ilə dilləndi, – mübarizənin mənasızlığını bilməklə sənin
həyatın heç vaxt bayağılaşmaz, axmaq vəziyyətdə qalmaz. Ən böyük bayağılıq odur ki, Harri,
nəsə yaxşı, ideal bir şeyin uğrunda mübarizə aparasan və ona da çatasan. Məgər ideallar ona görə
yaranıb ki, sən onlara çatasan? Məgər biz insanlar ölümdən can qurtarmaq üçün yaşayırıq? Yox,
biz əvvəlcə ondan qorxmaq, sonra isə sevmək üçün yaşayırıq, elə ona görə də həyat hərdən lap
möcüzəyə dönür. Sən hələ uşaqsan, Harri. Deyilənləri eşit, dur gedək, bu gün işimiz çoxdur.
Mən bu gün bir daha müharibə,
|