“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
604
qəzetlər haqqında düşünməyəcəyəm. Bəs sən?
– Yox, yox, mən də sənin kimi.
Bir yerdə (ilk dəfə idi ki, şəhərdə qoşa gəzirdik) musiqi alətləri satılan mağazaya getdik,
qrammofonlara baxdıq, açıb-bağladıq, çaldırdıq. Biri xoşumuza gəldi. Qəşəng, həm də ucuz idi.
Götürmək istədim, ancaq Hermine tərəddüd elədi. Axırda onu almağa qoymadı, ayrı mağazaya
getdik, orada da böyüyündən tutmuş balacasınadək növbənöv, ucuz-baha qrammofonların
hamısına baxdıq, qulaq asdıq və bütün bunlardan sonra əvvəlkinə qayıdıb həmin cihazı almağa
razılıq verdi.
– Görürsən, – dedim, – istəsən, belə əziyyət çəkməzdik.
– Doğrudan? Bəs sabah bu cihazı başqa vitrində, özü də 20 frank ucuz qiymətə görsəydik, necə
olardı? Bu bir yana, nəsə almaq adama ləzzət verir və ləzzət aldığın şeyin də mütləq dadına
baxmaq lazımdır. Sən hələ çox şeyi öyrənməlisən.
Bir xidmətçi tapıb aldığımızı mənim mənzilimə gətirtdik.
Hermine iş otağımı diqqətlə nəzərdən keçirdi, sobanı, divanı təriflədi, stulların rahatlığını
yoxladı, kitablardan bəzilərini götürüb baxdı, uzun müddət sevgilimin şəkli önündə dayanıb ona
tamaşa elədi. Qrammofonu kamodun üstündəki kitabların arasına qoymuşduq. Axır ki məşğələ
başladı. Fokstrot çaldırdı, ilk hərəkətləri göstərdi, əlimdən tutub məni oynatmağa başladı.
İtaətkarlıqla onun arxasınca yortur, stullara ilişir, əmrlərini yerinə yetirir, heç nə başa düşmür,
tez-tez də ayağını tapdalayırdım. Nə qədər həvəssizdimsə, o qədər də küt idim. İkinci rəqsdən
sonra özünü divanın üstünə saldı, uşaq kimi güldü:
– Pərvərdigara, – dedi, – nə yaman küt imişsən. Adicə yerişlə get, elə bil, küçədə gəzirsən,
gərginləşmək lazım deyil. Deyəsən, tərlədin, eləmi? Yaxşı, beş dəqiqə dincələk. Yadında saxla:
elə ki öyrəndin rəqs etmək də fikirləşmək kimi sadəcə bir şeyə çevrilir. Onu öyrənmək də çox
asandır. İndi insanların düşünmək əvəzinə, cənab Halleri vətən xaini adlandırdığına, sakitcə
oturub növbəti müharibəni gözləməyinə səbirlə dözəcəksən.
Bir saatdan sonra çıxıb getdi, dedi ki, narahat olmayım, gələn dəfə yaxşı olacaq. Mənsə başqa
fikirdəydim, səfehliyimə, ləngliyimə pərt olmuşdum. Özümə elə gəlirdi ki, bu bir saat ərzində
heç nə öyrənməmişəm, gələn dəfə də yaxşı olmayacaq. Yox, rəqs etmək üçün gərək
anadangəlmə vergin olaydı. Məndəsə heç biri – nə şənlik, nə saflıq, nə arsızlıq, nə də cəldlik
vardı. Axı çoxdan bilirdim ki, belədir.
Ancaq işə bax, sonrakı dəfə, doğrudan da, yaxşı alındı. Hətta özümə də ləzzət verdi və dərsin
axırında Hermine dedi ki, indi fokstrotu oynaya bilərəm. Lakin eşidəndə ki, sabah onunla
restorana gedib rəqs etməliyəm, məni dəhşət bürüdü, qəti etiraz elədim. O isə soyuqqanlılıqla
verdiyim sözü xatırlatdı, dedi ki, sabah «Balans» mehmanxanasına çay içməyə gəlim.
Həmin axşam evdə idim, nəsə oxumaq istəyir, ancaq bacarmırdım. Sabahkı gündən qorxurdum.
Fikirləşəndə ki, mənim kimi yaşı ötmüş, hürkək, həssas, qəribə bir adam nəinki caz musiqisi
çalınan müasir, bayağı çayxanalardan, restoranlardan birinə getməli, hətta bacarmaya-bacarmaya
tanımadığı adamların arasına düşüb oynamalıdır, lap dəhşətə gəlirdim. Boynuma alıram ki, sakit
iş otağımda cihazı qoşub asta-asta, lap barmaqlarımın ucunda fokstrotu təkcə məşq elədikcə,
özüm özümə gülür, özüm özümdən utanırdım. Səhəri gün «Balans» mehmanxanasında balaca bir
orkestr çalır, çay, viski verilirdi. İstədim Herminenin başını qatam, ona görə də qoğal gətirtdim,
dedim ki, şərab içək, lakin dediyindən dönmədi:
– Sən buraya kefə gəlməmisən! Rəqs dərsidir.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
605
İki-üç dəfə onunla rəqs etməli oldum. Arada məni saksafon çalanla tanış elədi. Qarayanız,
qəşəng, cavan bir oğlandı. Ya İspaniyadan, ya da Cənubi Amerikadan gələnə oxşayırdı.
Herminenin dediyinə görə, bütün alətlərdə çalır, dünyanın bütün dillərində danışa bilirdi.
Deyəsən, bu senyorla çox yaxın, lap dost idilər... Onun qarşısında bir dənə balaca, bir dənə də iri
saksafon vardı, gah onda, gah da bunda çalır, parıldayan qapqara gözləri ilə oynayanları diqqətlə
süzürdü. Bu günahsız, qəşəng oğlana qarşı qəlbimdə nəsə qısqanclığa oxşar bir hiss baş
qaldıranda, özüm də təəccübləndim. Məhəbbət qısqanclığına oxşamırdı. Çünki Hermine ilə
aramda sevgidən söhbət gedə bilməzdi. Daha çox mənəvi bir dost qısqanclığı idi, çünki o, qızın
göstərdiyi marağa, xüsusi diqqətə, hətta ehtirama o qədər də layiq deyildi. «Qəribə tanışlarım
olacaq burada!» – deyə narazılıqla ürəyimdən keçirdim.
Sonra Hermineni bir neçə dəfə başqası rəqsə dəvət elədi. Tək qaldım, indiyəcən zəhləm getdiyi
musiqiyə qulaq asdım. «İlahi, – deyə fikirləşdim, – indi də belə yerlərə gəl, tanımadığın,
bilmədiyin, zəhlən gedən, həmişə uzaq gəzməyə çalışdığın, nifrət elədiyin avaralar, əhlikeflər
dünyasına öyrəş, mərmər stolların, caz musiqisinin, fahişələrin, ticarət agentlərinin bu yaltaq,
yeknəsəq dünyasından zövq al!» Kədər içində çaydan içir, oynayanları seyr edirdim. Baxışlarım
iki qəşəng qıza ilişib qaldı:
ikisi də yaxşı oynayırdı. Heyran-heyran, qibtə eləyə-eləyə onların cəldliyinə, gözəlliyinə,
şənliyinə, necə inamla rəqs etdiklərinə baxdım.
Bu vaxt Hermine gəlib çıxdı, məndən narazılıq elədi. Dedi ki, buraya üz-gözümü turşutmağa,
səssiz-səmirsiz oturmağa gəlməmişəm, özümü toplayıb rəqs eləməliyəm. Necə? Heç kəsi
tanımıram?
Heç lazım da deyil. Burada heç xoşuma gələn qız yoxdur? Bayaqkı qızlardan birini göstərdim.
Özü də ən gözəliydi. Yaxında durmuşdu, əynində qəşəng məxmər don vardı, qısa vurulmuş sərt,
sarışın saçları, qadın əllərinə oxşayan toppuş əlləri adamın ağlını aparırdı. Əl çəkmədi ki, bu
dəqiqə dur, onu rəqsə dəvət elə. Ümidsiz-ümidsiz etiraz elədim:– Bacarmaram, – deyə lap
yazıqlaşdım. – Əgər cavan, qəşəng olsaydım gedərdim! İndicə qocalmış, keyləşmiş bir
avarayam, heç rəqs etməyi də bacarmıram, mənə gülər!
İkrahla üzumə baxdı:
– Ancaq mənim gülməyim heç vecinə deyil! Nə qorxaqsanmış. Ürək eləyib qıza yaxınlaşan hər
kəs o vəziyyətə düşə bilər, bəxtlə olan şeydir. Demək, sən də ürək elə, Harri, uzaqbaşı qoy
gülsün, yoxsa üzüyolalığına daha inanmaram.
Dediyindən dönmədi. Ürəyim çırpına-çırpına ayağa durdum, musiqi başlayan kimi qıza
yaxınlaşdım.
– Əslində, boş deyiləm... – Qız iri, oynaq gözlərini mənə dikdi. – Ancaq, deyəsən, yoldaşım
barda ilişib qaldı... Yaxşı, gəlin!
Belindən tutub ilk addımları atdım və çox təəccübləndim ki, nə yaxşı rədd eləmədi. Artıq
kiminlə oynadığını hiss eləmişdi, ona görə də özü məni oynatmağa başladı. Əntiqə oynayır, məni
də arxasınca çəkib aparırdı. Bircə anlığa rəqsin bütün qayda-qanunlarını, nə edəcəyimi unutdum,
onunla bir yerdə süzməyə başladım. Tarım budların, oynaq dizlərin təmasını duydum. Təravətli,
qəşəng hüsnünə baxıb boynuma aldım ki, bu gün ömrümdə ilk dəfə rəqs edirəm. Gülümsəyərək
məni ürəkləndirdi, vurğun baxışlarıma, yaltaq sözlərimə sözlə deyil, naz-qəmzə ilə, bizi daha da
yaxınlaşdıran, bir-birimizə
toxunduran, ağlımı başımdan çıxaran işvəli hərəkətləriylə cavab verdi. Sağ əlimi belinə
dolamışdım.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
606
Xumarlana-xumarlana, diqqətlə ayaqlarının, əllərinin, çiyinlərinin hərəkətini izləyirdim və özüm
də çox təəccüblənirdim ki, nə yaxşı bircə dəfə də olsun ayaqlarını tapdalamadım. Musiqi kəsilən
kimi dayandıq, növbəti rəqs başlayanacan əl çaldıq, təzədən böyük bir həvəslə, məhəbbətlə,
ehtiramla həmin mərasimi təkrar etdim.
Rəqs sona yetəndə (yaman da tez qurtardı) o məxmər qız öz yerinə getdi və Hermine qəfildən
yanımda peyda oldu. Sən demə, bizə baxırmış.
– İndi nəsə hiss elədin? – Gülə-gülə məni təriflədi. – Gördün ki, qadın ayağı stol ayağı deyil?
Əhsən! Allaha şükür ki, foksu öyrəndin, sabah bostona keçərik, üç həftədən sonra «Qlobus»da
maskarad balı olacaq.
Fasilə elan olundu, gedib yerimizdə oturduq. Bir azdan o qəşəng, cavan saksafonçalan – cənab
Pablo da gəldi, başı ilə salam verib Herminenin yanında oturdu. Deyəsən, lap yaxın dost idilər.
Boynuma alıram ki, bu cənab elə ilk görüşdən xoşuma gəlməmişdi. Qəşəng idi, bunu danmaq
olmazdı, üzdən də, boydan da gözəl görünürdü, ancaq bunlardan başqa onda heç bir müsbət
cəhət tapa
bilmirdim. Onun üçün çox dil bilmək də çətin deyildi, çünki «buyurun», «təşəkkür edirəm»,
«əlbəttə», «mütləq», «hello» kimi sözlərdən başqa, heç nə danışmırdı, ancaq, insafən, bunları bir
neçə dildə deyə bilirdi. Yox, senyor Pablo danışmırdı və deyəsən, bu qəşəng kabalyeronun çox
fikirləşməklə də arası yox idi. Peşəsi caz kapellasında saksafon çalmaqdı, bu sənətə də
məhəbbətlə, ehtirasla vurulmuşdu: bir də görürdün ortada əl çalır, camaatı ruhlandırır, uzada-
uzada «O... o... o... ha... ha... hello kimi səslər çıxarırdı. Elə bil, bu dünyaya yalnız gözəl olmaq,
qadınların xoşuna gəlmək, ən yeni dəbli qalstuk
vurmaq, barmağına üzük taxmaq üçün gəlmişdi. Əyləncəsi də ondan ibarət oldu ki, bizimlə
oturdu, üzümüzə gülümsədi, tez-tez qolundakı saata baxdı, ustalıqla bir-iki dəfə papiros bükdü.
Qara kreol gözlərində, qapqara qıvrım saçlarında romantikadan, qayğıdan, düşüncədən əsər-
əlamət yox idi.
Yaxından baxanda, bu gözəl ekzotik yarımallah öz xoşagələn hərəkətləri ilə şən, ərköyün oğlan
uşağına oxşayırdı, vəssalam! Çaldığı alət barədə, caz musiqisinin səs çalarları haqqında söhbətə
başladım ki, qarşısındakının musiqidən başı çıxan, ondan ləzzət almağı bacaran bir adam
olduğunu görsün. Ancaq yaxınlıq vermədi və ona, daha doğrusu, Hermineyə hörmət xətrinə caz
musiqisinə nəzəri cəhətdən az da olsa bəraət qazandırmağa çalışanda mənə də, çəkdiyim əziyyətə
də xeyirxah bir təbəssümlə güldü.
Çox güman ki, cazdan əvvəl, cazdan əlavə musiqi növünün olduğundan heç xəbəri yox idi.
Mehriban oğlandı. Həm mehriban, həm də nəzakətli və iri, bomboş gözlərində həmişə qəşəng bir
təbəssüm oynayırdı. Lakin deyəsən, aramızda heç bir yaxınlıq yoxdu, onun üçün vacib,
müqəddəs olan şeylər mənə tamamilə yad görünürdü, ümumi dil də tapa bilmirdik. Lakin
sonralar Hermine mənə çox qəribə bir şey danışdı. Pablo həmin o söhbətdən sonra mənim
haqqımda deyib ki, çox bədbəxt adamdır, ona qayğı ilə yanaş! Hermine niyəsini soruşanda,
cavab verib ki, «Yazıq, çox yazıq adamdır! Bir onun
gözlərinə fikir ver: gülə də bilmir!»
Qaragöz oğlan vidalaşıb gedəndən sonra musiqi çalındı və Hermine ayağa durdu:
– Bəlkə, bir dəfə də mənimlə rəqs edəsən, Harri? Yoxsa, daha istəmirsən?
Bayaqkı qızla olduğu kimi özümü büsbütün unutmasam da, Hermine ilə də asan, sərbəst, həvəslə
rəqs etdim. Özünü mənim ixtiyarıma buraxdı, zərif bir ləçək kimi tez uyğunlaşdı, gah yaxınlaşan,
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
607
gah da uzaqlaşan gözəllikləri yenə duydum, hiss etdim. Herminedən də qadın ətri, məhəbbət
ətri gəlirdi, onun oynamağı da naməhrəmliyin həzin, intim nəğməsini pıçıldayırdı, ancaq heç
birinə cavab tapmır, özümü büsbütün unudub onun ixtiyarına verə bilmirdim. Mənə çox yaxın
idi, dost olmuşduq, bacım idi, taleyi taleyimə, özü özümə oxşayırdı, gənclik dostum xəyalpərvər
şair Hermana, mənəvi pərvazlarımın odlu yol yoldaşına bənzəyirdi.
Bunları ona danışanda:
– Bilirəm, – dedi, – lap yaxşı bilirəm. Buna baxmayaraq, nə vaxtsa özümü sənə sevdirəcəyəm,
ancaq tələsmək lazım deyil. Hələlik biz yoldaşıq, dostluğa ümid edən adamlarıq, çünki bir-
birimizə bələd olmuşuq. İndi gəl bir-birimizdən öyrənək, bir-birimizlə oynayaq. Mən öz balaca
teatrımı sənə göstərərəm, rəqs etməyi, bir az şənlənməyi, bir az da səfeh olmağı öyrədərəm, sən
isə öz düşündüklərini, bildiklərini mənə göstərərsən.
– Ah, Hermine, göstərməyə heç nəyim yoxdur, özün ki məndən yaxşı bilirsən. Sən nə qəribə
adam imişsən, ay qız! Hər şeydə məni başa düşur, qabaqlayırsan. Doğrudanmı, sənin yanında
nəsə bir qiymətim var? Doğrudanmı, səni hələ bezdirməmişəm?
Kədərli baxışlarını yerə dikdi:
– Belə danışmağından heç xoşum gəlmir. Bir o axşamı xatırla: iztirablar, tənhalıq lap axırına
çıxmışdı, ümidini itirmişdin və mənə rast gəldin, yoldaş olduq. De görüm, niyə həmin axşam
səni o dəqiqə tanıdım, başa düşdüm?
– Niyə, Hermine? Özün de!
– Çünki mən də sənin kimiyəm. Çünki mən də sənin kimi yalqızam, sənin kimi həyatı, insanları,
özümü sevməyi, ciddi qəbul etməyi bacarmıram. Axı həmişə elə adamlar olur ki, həyatdan çox
şey istəyir və onun səfehliyi, kobudluğu ilə heç cür barışa bilmirlər.
– Ay səni! – Lap heyrətə gəldim. – Başa düşürəm, dostum! Heç kəs səni mənim kimi başa düşə
bilməz! Ancaq yenə də mənim üçün tapmacasan! Sən ki həyatla belə gizlənpaç oynamağı
baçarırsan, sən ki hər xırda şeydən, hər xırda nəşədən zövq ala bilirsən, sən ki həyatda belə
mahirsən, bəs onda niyə əzab çəkirsən? Necə olur ki, sən də ümidsizliyə qapılırsan?
– Qapılmıram, Harri. Qaldı əzab çəkmək... Ah, bu sahədə təcrübəm çoxdur. Sən təəccüblənirsən
ki, rəqs etməyi bacara-bacara, həyatın üst qatını yaxşı tanıya-tanıya mən nə üçün xoşbəxt
deyiləm. Mən də, dostum, təəccüblənirəm ki, sən mənəvi aləmdə, sənət dünyasında, zəka
səltənətində ən ülvn, ən dərin mənalara vaqif ola-ola nə üçün belə bədbəxtsən! Elə buna görə də
yaxınlaşdıq, bacı-qardaş olduq.
Sənə rəqs etməyi, oynamağı, gülümsəməyi və bunlarla bərabər bir də narazı qalmaqı öyrədəcəm.
Səndən isə fikirləşməyi, anlamağı və bununla yanaşı, narazı qalmağı öyrənəcəm. Bilirsənmi, biz
ikimiz də şeytanın övladlarıyıq...
– Bəli, eləyik! Şeytan ruhdu, biz də onun bədbəxt övladları. İndi yadıma bir şey düşdü: onda
sənə dediyim Yalquzaq traktatında yazılıb ki, özü ilə bircə, ya ikicə qəlb gəzdirməsi, bircə, ya da
ikicə şəxsiyyətdən ibarət olması, əslində, Harrinin öz uydurmasıdır. Hər bir insanın yüz cür, min
cür, milyon cür qəlbi olur.
– Bu, mənim çox xoşuma gəlir! Məsələn, səndə mənəvi aləm çox inkişaf edib, əvəzində isə adi
həyat məsələlərində lap geri qalıbsan. Mütəfəkkir Harrinin yüz yaşı var, rəqqas Harri isə yarımca
günlükdür. İndi biz ikinci Harrini də, onun kimi hələ boya-boşa çatmamış balaca, səfeh
qardaşlarını da böyütməliyik. – Təbəssümlə üzümə baxdı, lap alçaqdan, tamamilə ayrı səslə
soruşdu: – Mariya xoşuna gəlir?
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
608
– Mariya? O kimdir?– Bayaq oynadığın qız. Gözəl qızdır. Çox gözəl! Mənə elə gəldi ki, bir az
vuruldun da...
– Onu tanıyırsan ki?
– Bəs necə! Lap yaxınıq. Ürəyinə çox yatıb?
– Xoşuma gəlir. Nə yaxşı ki, elə pis oynadığıma güzəştə getdi.
– Gördün?! Sən ona bir az diqqət göstərməlisən, Harri. Çox qəşəngdir, gözəl rəqs edir, özün də
artıq ona vurulubsan. Mənə elə gəlir istəyinə çatacaqsan.
– Yox, mən elə şöhrətpərəst deyiləm.
– Bu bir az yalan oldu. Bilirəm haradasa sevgilin var, yarım ildən bir görüşürsən ki, mübahisə
eləyəsən. Əlbəttə, o qəribə sevgilinə sadiq qalmağın çox yaxşıdır, ancaq icazə ver, bunu o qədər
də ciddi qəbul etməyim! Ümumiyyətlə, sənin məhəbbəti belə ciddi qəbul etməyinə də şübhəm
var. Necə istəyirsən, elə də elə, nə qədər istəyirsən, ideal bir məhəbbətlə sev, öz işindir, buna
qarışan deyiləm.
Ancaq bircə ona qarışacam ki, həyatın ən adi, xırda əməllərini də, oyunlarını da yaxşı öyrənəsən.
Bu sahədə müəllimin də özüm olacam. Lap arxayın ol, sənin o ideal sevgilindən yaxşı müəllim
olacam!
Qəşəng bir qızla yatmaq sənə çox lazımdır, ay Yalquzaq!
– Hermine, – incik-incik dilləndim, – bir mənə yaxşı-yaxşı bax, qoca kişiyəm!
– Sən balaca bir oğlan uşağısan. Rəqs öyrənməyə o qədər tənbəllik etmişdin ki, az qala, vaxtı
keçmişdi. Məhəbbət də elə! İdeal, fəci bir məhəbbətlə sevməyi əla bacarırsan, dostum, buna
şübhəm yoxdur, heç söz ola bilməz! İndisə adi, insani bir məhəbbətlə sevməyi öyrənəcəksən. İlk
addım atılıb, artıq səni bala da aparmaq olar. Ancaq əvvəl gərək bostonu öyrənəsən, ona da
sabah başlayarıq. Saat üçdə gələcəm. Yeri gəlmişkən, buradakı musiqi xoşuna gəldi?
– Əla!
– Görürsənmi, irəliləyiş var, öyrəşdin. Bu vaxtacan bütün rəqs, caz musiqilərindən zəhlən
gedirdi. Hamısına mənasız, yüngül bir şey kimi baxırdın, ancaq indi gördün ki, əslində, heç birini
ciddi qəbul etmək lazım deyilmiş, onlar da xoş, cazibədar ola bilərmiş. Yeri gəlmişkən, orkestr
Pablosuz heç nədi. Onu canlandıran, arxasınca aparan Pablodur.
Qrammofon iş otağımdakı asket mənəvi ab-havanı darmadağın etdikcə, yad amerikan musiqisi
kövrək musiqi dünyama vəlvələ saldıqca, hər yandan, hər tərəfdən indiyəcən həddən artıq
ölçülü-biçili, ciddi, qapalı qalmış həyatıma tamamilə yeni, qorxulu, qəribə şeylər yol tapmağa
başladı. Yalquzaq haqqındakı traktat da, Herminedə düz deyirmiş, hərənin min cür qəlbi
olurmuş. Mənim də içimdə hər gün köhnələrlə bərabər yeni-yeni qəlblər baş qaldırır, nəsə istəyir,
səs-küy salır və indiyəcən özümü necə aldatdığım gözlərim önündə aydınca canlanırdı.
Təsadüfən hamıdan yaxşı əxz elədiyim bir para
qabiliyyət və bacarığı hər şey hesab eləmiş, özümdən saxta bir Harri düzəldərək həmin Harrinin
həyatını yaşamışdım. Sən demə, o da poeziya, musiqi, fəlsəfə sahəsində mahir bir mütəxəssisdən
başqa, heç nə deyilmiş. Varlığımın qalan hissələrinə – cürbəcür qabiliyyətlər, ehtiraslar, arzu və
istəklər xaosuna nifrət etmiş, hamısına da yalquzaqlıq damğası vurmuşdum.
Onu da deyim ki, bu həqiqəti dərk etməyim, əvvəlki varlığımın tənəzzülü heç də xoş, ləzzətli bir
macəra deyil, əksinə, çox əzablı, hətta dözülməz bir dərddi. Hərdən qrammofon tamamilə başqa
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
609
bir melodiya üstündə köklənmiş bir aləmdə, sözun əsl mənasında, ulayırdı. Bəzən də müasir
restoranların hansındasa nərmənazik əhlikeflərin, fırıldaqçıların arasında rəqs edəndə özümü ən
əziz, ən müqəddəs şeylərə vəfasız çıxmış bir adam hesab eləyirdim. Əgər Hermine məni beş-
altıca gün tək buraxsaydı, o dəqiqə bu usandırıcı, gülünc əhlikeflik arzusundan əl çəkərdim, hər
gün görüşməsək də, gözü həmişə üstümdəydi. Məni idarə edir, qoruyur, hər hərəkətimə qiymət
verirdi. Dözə bilməyib üsyan eləmək, qurtuluş axtarmaq fikrinə düşəndə isə gülümsəyə-
gülümsəyə hər şeyi gözümdən oxuyurdu.
Əvvəllər şəxsiyyət adlandırdığım şey günü-gündən darmadağın olduqca, o cür ümidsizliyə
qapıla-qapıla nə üçün ölümdən elə qorxduğumu başa düşür və hiss etməyə başlayırdım ki, həmin
biabırçı, iyrənc ölüm qorxusu da əvvəlki saxta meşşan varlığımın bir hissəsi imiş. İndiyəcən
mövcud olan cənab Haller – o istedadlı yazıçı, Motsartın, Cetenin bilicisi, sənətin metafizikliyi,
dahilik və fəcilik haqqındakı qiymətli fikirlərin müəllifi, ağzına kimi kitabla dolu hücrəsinə
çəkilmiş bir guşənişin dalbadal özünütənqidə məruz qalır və heç birinə də dözə bilmirdi. Bu
istedadlı və maraqlı cənab Haller zəkanı, insanlığı mədh eləsə də, müharibənin amansızlığına
qarşı çıxsa da, müharibə vaxtı imkan
yaratmadı ki, onu divara söykəyib güllələsinlər. Halbuki məntiqə görə belə olmalıydı. Vəziyyətə
uyğunlaşdı, onunla barışaraq sakit həyat sürməyə başladı. Düzdür, istismarın, hakimiyətin
əleyhinə idi, lakin bankda müxtəlif sənaye inhisarlarının aksiyalarını saxlayır, heç bir vicdan
əzabı çəkmədən onlardan gələn gəliri xərcləyirdi. Hər şeydə də beləydi. Bu Harri Haller qəribə
bir ustalıqla bütün dünyaya nifrət edən idealist cildinə girsə də, özünü dərdli bir guşənişin,
qəzəbli bir peyğəmbər kimi göstərsə də, əslində, burjuydu, Hermine kimilərinin yaşadığı həyata
pis baxır, restoranlarda keçirilən
vaxta, səpələnən pullara heyfi gəlir, vicdan əzabı çəkirdi. Ancaq, bununla belə, heç birindən can
qurtarmağa, kamilləşməyə can atmır, əksinə, mənəvi əyləncələrin ona zövq verdiyi,
şöhrətləndirdiyi həmin rahat günlərin həsrətini çəkirdi. Onun nifrət bəslədiyi, istehza elədiyi
qəzet oxuyanlar da müharibədən əvvəlki rahat günlərin həsrətini beləcə çəkirdilər. Çünki bu,
görüb-götürdüklərindən nəticə çıxarmaqdan qat-qat asan idi. Lənət şeytana, bu Harri Hallerə
baxanda adamın ürəyi qalxırdı!
Lakin, bununla belə, onun getdikcə yırtılan maskasının quyruğundan tutub durur, öz mənəvi
dünyası ilə məzələnməsindən, qarışıqlıq, təsadüflər (ölüm də buraya aiddir) qarşısındakı meşşan
qorxusundan heç cür ayrıla bilmirdim. Getdikcə formalaşmağa başlayan təzə Harrini – rəqs
zallarının bu utancaq, gülməli diletantını rişxəndlə, paxıllıqla keçmişin saxta, ideal, tərs Harri
obrazı ilə tutuşdurarkən təzə Harri professorun evində Getenin portretini görən zaman köhnə
Harrini yerindən oynadan naqis cəhətləri bircə-bircə üzə çıxarırdı. Əslində, köhnə Harrinin özü
də meşşansayağı ideallaşdırılmış
Geteyə bənzəyirdi. O da baxışlarındakı nəciblik, alicənablıq, müdriklik, insanlıq brilyant kimi
bərq vuran, az qala, öz qəlbindəki alicənablıqdan vəcdə gələn mənəvi qəhrəman idi! Lənət
şeytana, ancaq bu ecazkar obraz indi şana-şana olmuşdu, bu ideal Harri Haller ərpimlənib
tökülürdü! İndi küçə çapqınçılarının soyduğu yüksək bir mənsəb sahibinə oxşayırdı, şalvarı
piltik-piltikdi. Ağlı olsaydı, özünü üst-başı tökülmüş bir adam kimi aparmağı öyrənərdi. Amma
bu cır-cındırın içində elə gəzirdi ki, deyərdin, üstü orden-medalla doludur və ağlaya-ağlaya öz
itirilmiş şərəfini təzədən geri qaytarmaq istəyir.
Musiqiçi Pablo ilə də tez-tez görüşür, ona qarşı münasibətimi təzədən saf-çüruk eləməli
olurdum.
Çünki Herminenin çox xoşuna gəlirdi, həmişə onunla bir yerdə olmağa can atırdı. Pablo
yaddaşıma mənasız bir adam, lovğa bir gözəlçə, şən, qayğısız bir uşaq kimi həkk olunmuşdu;
bir-iki xoş sözlə, şokoladla asanca başını aldatmaq olardı. Ancaq heç vaxt haqqında nə
|