Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə104/115
tarix25.04.2017
ölçüsü7,78 Mb.
#15742
1   ...   100   101   102   103   104   105   106   107   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

586 


an! Həmin səhnə gözlərim önündə getdikcə daha aydın canlanır və ürəyim yerindən oynaya-

oynaya qorxular qorxusunu hiss edirdim: ölüm qorxusu!  

Bəli, mən ölümdən dəhşətli dərəcədə qorxurdum. Başqa çıxış yolu görməsəm də, nifrət, 

ümidsizlik, iztirablar içində boğulsam da, heç nə mənə sevinc, ümid verməsə də, o edamdan, o 

son andan, buz kimi ülgücü ətimə çəkməkdən yaman qorxurdum. 

Çox qorxduğum bu vəziyyətdən ayrı çıxış yolu görmürdüm. Əgər qorxu ilə ümidsizliyin 

bugünkü mübarizəsində qorxu qalib gəlsəydi də, sabah, biri gün, ya da haçansa həmin ümidsizlik 

gəlib məni yenə tapacaq, özümə bəslədiyim nifrət hissi onu daha da qızışdıracaq, ta həmin işi 

görənəcən, bıçağı gah götürəcək, gah da qaytarıb yerinə qoyacaqdım. Elə isə bu gün yaxşıdır! 

Özümə ürək-dirək verirdim, sanki, qorxmuş uşağı sakitləşdirirdim, ancaq həmin uşaq mənə 

qulaq asmır, baş götürüb qaçır, yaşamaq istəyirdi... Elə bil, nəsə məni qabağına qatıb qovurdu. 

Tir-tir titrəyirdim. Evə qayıtmaq,  

onu yenə təxirə salmaq fikrini beynimdə dolandıra-dolandıra uzaqdan-uzağa qaldığım binanın 

başına fırlanırdım. Gah bu meyxanada, gah o birində ilişib qalır, bir qədəh, iki qədəh içir, 

təzədən küçələrə düşür, gendən-genə qarşımdakı məqsədin – ülgücün, ölümün yan-yörəsində 

gəzişirdim. Əldən düşərək gah skamyalardan birində, gah fəvvarənin qırağında, gah da 

tumbaların üstündə oturur, ürəyimin döyüntülərinə qulaq asır, alnımdan sellənən təri silir, 

təzədən durur, qorxu içimi gəmirə-gəmirə, qəlbimdə həyat həsrəti alovlana-alovlana küçələrin 

canına düşürdüm. 

Beləliklə, gecənin tən yarısında,  əldən-ayaqdan uzaq, yaxşı tanımadığım bir restorana gəlib 

çıxdım. Kəskin rəqs musiqisinin səsi pəncərələrdən bayıra süzülürdü. İçəri girəndə, qapının 

üstündə köhnə bir lövhə gördüm: «Qara Qartal». Adamla doluydu. Tüstü, şərab qoxusu, səs-küy 

içərini başına götürmüşdü, arxadakı zalda rəqs edirdilər. Orada musiqi yaman fəğan qoparırdı. 

Sadə, kasıb geyimli adamların toplaşdığı birinci zalda qaldım. Arxa tərəfdəki ziyafət salonlarında 

geyimli-kecimli adamlar da gözə dəyirdi. Basabasa düşüb, bufetin böyründəki masaya tərəf 

sıxışdırıldım. Divarın dibindəki skamyada solğun bənizli qəşəng bir qız oturmuşdu. Əynində 

nazik, dərin biçimli bal paltarı vardı, saçına da soluxmuş bir gül taxmışdı... Ona tərəf gəldiyimi 

görəndə, diqqətlə, mehribanlıqla üzümə 

baxdı, gülümsəyib bir az yana çəkildi, mənə yer elədi. 

– İcazə olar? – deyib yanında əyləşdim.   

– Əlbəttə! Sənə olar! Kimsən ki? 

– Təşəkkür edirəm, – dedim. – Heç cür evə gedə bilmirəm... Bacarmıram... İcazə versəydiniz elə 

buradaca... yanınızda qalardım... Yox, evə qayıda bilmirəm.. 

Başını elə tərpətdi ki, sanki, məni anladı və başını yırğalayanda, alnından qulaqlarına tərəf 

qıvrımlanmış birçəklərinə baxdım, gördüm ki, oraya taxdığı soluxmuş çiçək kameliyadır. O biri 

zalda musiqi uğuldayır, bufetdə isə xidmətçilər tələsə-tələsə aldıqları sifarişləri sadalayırdılar. 

– Burada qal! – Səsi xoşuma gəldi. – Evə niyə gedə bilmirsən ki? 

– Bacarmıram! Evdə məni... gözləyir... yox, bacarmıram… çox dəhşətlidir. 

– Onda qoy gözləsin, sən də getmə. Yaxın gəl, əvvəlcə eynəyini sil, axı, heç nə görmürsən. Bax 

belə... İndi yaylığını ver. Nə içəcəyik? Burqund şərabı? 

O, eynəyimi sildi. İndi solğun, sərt ifadəli çöhrəsini, qan-qırmızı boyanmış dodaqlarını,  


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

587 


parıldayan ala gözlərini, soyuqluq yağan hamar alnını, gicgahında pırpızlanmış birçəklərini 

aydınca görürdüm. Mehribanlıqla, bir az da rişxəndlə qeydimə qalmağa başladı, şərab gətirtdi, 

qədəhini qədəhimə vurdu, ayaqqabılarıma baxdı: 

– Aman Allah, haradan gəlirsən belə? Elə bil, Parisdən buracan piyada gəlibsən. Axı bal  

şənliyinə bu cür gəlməzlər... 

Gah «bəli», gah «xeyr» dedim, bir az güldüm. Susdum ki, o danışsın. Xoşuma gəlirdi və özümə 

də lap mat qalmışdım, çünki belə cavan qızlardan uzaq gəzmiş, onlara etibar eləməmişdim. 

Rəftarı elə idi ki, bu cür rəftar indi mənə çox lazımdı. Ah, həmin vaxtdan hər an, hər saat eləcə 

oldu. Mənə lazım olan qədər ehtiyatlı, mənə lazım olan qədər istehza ilə davranırdı. Bir 

buterbrod da sifariş verib, məni güclə yedirtdi. Şərab süzüb: «Bir qurtum iç,  – dedi,  – ancaq 

birdəfəyə içmə».  Sonra mənim üzüyolalığımı təriflədi. 

– Əhsən!  – deyib məni həvəsləndirdi.  – Səninlə yola getmək asandır. Gəl mərcə girək, sən 

çoxdandır heç kimin sözünu eşitmirsən, eləmi? 

– Bəli, mərci uddunuz. Bəs bunu haradan bildiniz? 

– Elə çətin şey deyil. Üzüyolalıq da yemək, içmək kimi bir şeydir – kim onların üzünü çoxdan 

görməyibsə, ona minnət eləmək lazım deyil. Mənim dediklərimi eləməkdən xoşun gəlir, düzdür? 

– Elədir, böyük məmnuniyyətlə! Özünüz hər şeyi bilirsiniz. 

– Səninlə dolanmaq asandır. Bəlkə də, dostum, səni evdə gözləyəni də, nədən qorxduğunu da 

deyə bilərdim. Lakin özün bilirsən ki, bu haqda danışmağa dəyməz. Elədir? Boş şeydir! Kim 

özünü asmaq istəyirsə, gedib asacaq. Çünki bunun bir səbəbi var. Əgər hələ yaşayırsa, onda 

yalnız həyatı haqqında düşünməlidir. Bundan asan heç nə yoxdur. 

– Ah,  – dedim,  – belə asan olsa nə vardı ki! Allah özü şahiddir ki, həyatım haqqında çox  

düşünmüşəm, ancaq xeyri olmayıb. Bilmirəm, özünü asmaq, bəlkə də, çətindir... Ancaq yaşamaq 

ondan da betərdir! Allah özü bilir, necə çətindir! 

– Yaxşı, özün görəcəksən ki, asandan da asandır. Əvvəlini artıq başlamışıq: eynəyini sildin, 

yedin, içdin. Gərək indi də şalvarını, ayaqqabını bir az qaydaya salasan – bunlar mütləq lazımdır. 

Sonra mənimlə şimmi oynayacaqsan. 

– Görürsünüzmü,  – yenə coşdum,  – haqlı imişəm! Mənim üçün dünyada sizin dediyinizi  

eləməməkdən çətin şey yoxdur. Təəssüf ki, bunu bacarmayacağam. Nə şimmi, nə vals, nə polka, 

nə bilim daha nələr... nələr  – heç birini oynaya bilmirəm. Ömrümdə rəqs etməyi öyrənməmişəm. 

İndi gördünüzmü hər şey dediyiniz qədər də asan deyilmiş?!Qəşəng qızın qan kimi qırmızı 

dodaqlarında təbəssüm oynadı, oğlan kimi qısa vurulmuş başını  

buladı. Ona baxanda elə bildim ki, uşaqlıq çağlarımda vurulduğum Roza Krayslerdir, gəlib 

durub, ancaq onun saçları qonur idi, bir az da qaraya çalırdı. Yox, bilmədim, bu tanımadığım qız 

mənə kimi xatırlatdı. Bircə onu bildim ki, kimsə lap uzaqda keçmişdən, oğlan çağlarımdandır. 

– Yavaş,  – o, səsini ucaltdı,  – yavaş! Deməli, rəqs edə bilmirsən? Heç bacarmırsan? Hətta 

unestep də? Özün də deyirsən ki, Allah bilir, həyatda nə qədər çətinlik görmüsən! Deməli, yalan 

danışıbsan, əzizim, heç yaşına yaraşmır. Əgər rəqs etmək istəmirsənsə, necə deyə bilərsən ki, 

yaşamaq qeydinə qalıbsan? 

– Əgər bacarmıramsa?.. Axı heç öyrənməmişəm. 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

588 


Güldü: 

– Ancaq yazmağı, oxumağı öyrənibsən. Düzdür, yəqin, saymağı da bilərsən, bunlardan  əlavə, 

çox güman ki, latın, fransız dillərini nə bilim, daha nələri öyrənmisən?! Mərc gələrəm ki, on ya 

on iki il məktəbə gedibsən, sonra instututda oxumusan, hətta, bəlkə, dissertasiya da yazıbsan, Çin 

dilində, ya da ispanca danışa bilirsən. Yoxsa belə deyil? Deməli, belədir! Ancaq rəqs öyrənməyə, 

azacıq da olsun, vaxt, pul tapmayıbsan... Belə de... 

– Ata-anam günahkardır,  – özümə bəraət qazandırdım,  – latını, yunanı, bütün dediklərinizi 

öyrənməyə onlar məcbur edib. Ancaq rəqsə qoymayıblar. Bizlərdə dəb deyildi, heç özləri də 

bacarmırdı... 

Soyuq nəzərlərlə, ikrahla üzümə baxdı və yenə sifətində məni təzədən gənclik illərinə qaytaran 

bir ifadə düyünləndi. 

– Belə de... Demək, ata-anan günahkar imiş! Bu axşam «Qara Qartal»a gəlməyə onlardan icazə 

alıbsan? Alıbsan? Deyirsən, çoxdan ölüblər? Aha, belə de! Deməli, cavanlığında çox itaətkar 

olduğun üçün rəqs etməyi öyrənmək istəməyibsən... Qoy olsun! Ancaq heç inanmıram ki, sən 

onda quzu kimi uşaq olubsan. Bəs sonra? Bu uzun illəri neyləyibsən? 

– Ah!  – deyə boynuma almalı oldum.  – Heç özüm də bilmirəm. Oxudum, musiqiyə getdim, 

kitablarla məşğul oldum, yazıb-pozdum, gəzib-dolaşdım... 

– Həyat haqqında lap qəribə təsəvvürlərin var. Deməli, həmişə çətin, mürəkkəb işlərə başın 

qarışıb, asanları isə unudubsan? Vaxt olmayıb? Həvəs yox idi? Qoy olsun! Allaha şükür ki, sənin 

anan mən deyiləm... Hə, sonra da özünü elə göstəribsən ki, guya, həyatın hər sahəsinə baş 

vurubsan, ancaq heç nə tapmayıbsan... Yox, belə yaramaz! 

– Çox danlamayın! – xahiş elədim. – Axmaqlığımı özüm də bilirəm. 

– Yaxşı, yaxşı, mənə nağıl danışma! Heç də axmaq deyilsən, cənab professor, hətta deyərdim ki, 

çox ağıllısan! Mənə elə gəlir ki, ağıllı axmaqsan,  əsl professorsan. Bir buterbrod da ye, sonra 

danışarsan. 

Yenə buterbrod gətirtdi, üstünə düz səpdi, bir az da xardal çəkdi, kəsib özünə də götürdü, məcbur 

eləyib məni də yedirtdi. Yedim! Rəqsdən başqa, nə deyirdisə, eləyirdim. Kiminsə dediyini 

eləmək, kiminsə yanında oturmaq nə gözəl imiş! Səndən nəsə soruşur,  əmr edir, danlayır... Əgər 

professorla arvadı da belə eləsəydilər, küçələrə düşməzdim. Yox, yox, yaxşı ki, belə oldu, yoxsa 

çox şey itirərdim! 

– Heç adını demədin? – qəflətən soruşdu. 

– Harri. 

– Harri? Bu ki uşaq adıdır! Saçlarına dən düşsə də, lap uşaqsan, Harri. Çox uşaqsan, bir adam 

lazımdır ki, sənə qulluq eləsin. Daha rəqs barədə danışmayacam. Başını niyə elə qırxdırmısan?  

Arvadın, istəklin yoxdur? 

– Arvadım yoxdur, ayrılmışıq. İstəklim var, ancaq burada yaşamır, hərdənbir görürəm, çox vaxt 

da sözümüz düz gəlmir.  

Astadan fit çaldı: 

– Deyəsən,  çox çətin  adamsan ki,  səninlə heç  kim yollaşa bilmir.  İndisə de görüm bu axşam 

nə olmuşdu ki, küçələri əldən salırdın? Dalaşmışdın? Pul uduzmuşdun?  



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

589 


Bu suala cavab vermək çox çətin idi.– Görürsünüzmü,  – sözə başladım.  – Əslində, xırda şeydi. 

Bir professora qonaq getmişdim...  

Lakin mən özüm professor deyiləm... Hə, gərək heç getməyəydim, çünki adamlarla bir yerdə 

oturmağı, laqqırtı vurmağı çoxdan yadırğamışam. Ora gedəndə də hiss edirdim ki, axırı yaxşı 

qurtarmayacaq...  

Elə şlyapamı asanda, ağlıma gəldi ki, onu tez götürəsi olacam... Hə, o professorun evində, stolun 

üstündə bir şəkil vardı... Həmin səfeh şəkil məni özümdən çıxartdı...  

Sözümü kəsdi:   

– Nə şəkil? Niyə? 

– Getenin şəkli idi. Bilirsiniz də, şair Geteni deyirəm. Ancaq şəkildə özü kimi deyildi... heç 

demək də olmaz, yüz il bundan əvvəl ölüb... Hansı müasir rəssamsa onu təsəvvür elədiyi kimi 

çəkib.  


Həmin şəkil məni özümdən çıxartdı, lap zəhləm getdi... Bilmirəm, məni başa düşürsünüzmü? 

– Lap yaxşı başa düşürəm, narahat olma. Hə, sonrası!   

– Hələ bundan  əvvəl professorla da sözümüz düz gəlməmişdi. O da, demək olar ki, bütün 

professorlar kimi vətənpərvər idi, müharibə vaxtı xalqı aldatmaq üçün  əlindən gələni  

əsirgəməmişdi.  

Əlbəttə, bunu təmiz ürəklə eləmişdi. Mən isə müharibənin  əleyhinəyəm. Hə, burası bəsdir, 

sonrasını danışım. Gərək o şəklə heç baxmayaydım...   

– Gərək baxmayaydın. 

– Hə, birincisi, Geteyə yazdığım gəldi. Axı onu çox, lap çox sevirəm... Sonra da fikirləşdim ki... 

ya fikirləşdim, ya da hiss elədim... Elə bilirdim, özümə tay adamlarla oturmuşam, onlar da 

Geteni mənim kimi sevir, mənim kimi təsəvvür edirlər... Amma sən demə, bu zövqsüz, saxta, şit 

şəkilə vurulublarmış... heç görmürlər ki, həmin şəklin ruhu Gete ruhunun tam əksidir. Özü də 

çox xoşlarına gəlir... Bir də ki, mənə nə var, gəlir, qoy gəlsin... Ancaq birdən-birə onlara olan 

etibarım, dostluq, yaxınlıq, doğmalıq hisslərim sönüb getdi. Onsuz da, dostluğumuz elə möhkəm 

deyildi... Hə, ona görə də əsəbiləşdim, kədərləndim, gördüm ki, tək qalmışam, heç kəs məni 

anlamır! Başa düşürsünüz? 

– Burada başa düşülməyəcək nə var ki, Harri? Bəs sonrası? Şəkli başlarına çırpdın? 

– Yox, dişimin dibindən çıxanı deyib əkildim. Evə qayıtmaq istəyirdim, ancaq... 

– Ancaq evdə bu səfeh uşağı danlamaq, sakitləşdirmək üçün anası yox idi! Ah, Harri, az qala 

sənə yazığım gəlir, lan uşaqsan, özün kimisi yoxdur... 

Əlbəttə, onunla razı idim. Bir qədəh də şərab verdi. Əslində, indi mənə elə ana kimiydi. Ancaq 

hərdən görürdüm ki, çox gözəldir, çox cavandır. 

– Hə, deməli, – yenə sözə başladı, – deməli, Gete yüz il bundan qabaq ölüb, Harri də onu çox 

sevir, tamam başqa cür təsəvvür edir, necə göründüyünü bilir və özünün də buna haqqı var, elə 

deyilmi? Ancaq Getenin vurğunu olan rəssamın isə   onu təsəvvür etdiyi kimi çəkməyə haqqı 

yoxdur…  

Heç professorun da, ümumiyyətlə, heç kəsin yoxdur. Çünki bu, Harrinin ürəyincə deyil, sinirə 

bilmir, ona görə də mütləq dişinin dibindən çıxanı deyib  əkilməlidir. Ağıllı adam olsaydı, 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

590 


rəssama da, professora da gülərdi, vəssalam. Axmaq olsaydı, «Gete»lərini onların təpəsinə 

çırpardı. Lakin o hələ uşaq olduğu üçün evə qaçır, özünü asmaq istəyir. Başına gələni gözəlcə 

anlayıram, Harri. Gülməli əhvalatdır. Gülməyim tutur. Dayan, belə tez-tez içmə! Burqund 

şərabını yavaş-yavaş içərlər, yoxsa adamı yandırar. Hər şeyi də sənə demək lazımdır, ay körpə 

uşaq! 

Baxışları on altı yaşlı dayələrin baxışı kimi ciddiləşdi. 



– Hə də, – razılıqla dilləndim, – hər şeyi deyin. 

– Nəyi deyim? 

– Nəyi bilirsiniz, hamısını. 

– Yaxşı, deyərəm. Bir saatdır sənə «sən» deyirəm, ancaq sən hələ də «siz»lə danışırsan. Həmişə 

də latınca, yunanca danışırsan. Çətin-çətin sözlər işlədirsən! Əgər qız sənə «sən» deyirsə və 

ondan da zəhlən getmirsə, ona «sən» de.  Hə, indi bir şeyi öyrəndin. Qaldı ikincisi: yarım saat 

bundan  əvvəl bildim ki, adın Harridir. Ona görə bildim ki, soruşdum. Ancaq mənim adımı sən 

hələ soruşmaq istəmirsən. 

– Yox, yox, nə danışırsız, istəyirəm.   

– Çox gecdir, körpə bala! İşdir bir də görüşsək, onda soruşarsan. Bu gün deməyəcəm. Hə, indi 

isərəqs etmək istəyirəm. 

O qalxmağa hazırlaşanda, ovqatım birdən-birə korlandı. Qorxdum ki, çıxıb gedəcək, tək 

qalacam, hər şey təzədən başlanacaq. Bayaqkı qorxu, bayaqkı dəhşət məni təzədən bürudü, elə 

bil, bircə anlığa kəsmiş diş ağrısı yenidən başladı, beynimdən tüstü çıxdı. Aman Allah, məni 

nələr gözlədiyini heç unuda bilərdimmi? Yoxsa nəsə dəyişmişdi? 

– Dayan! – ləliməyə başladım, – getməyin... Getmə! Əlbəttə, nə qədər istəyirsən, rəqs elə, ancaq 

çox uzaq getmə, qayıt gəl, qayıt! 

Gülə-gülə ayağa durdu. Elə bilirdim ucaboyludur, ancaq nazikbədən olsa da, çox hündür deyildi.  

Yenə kimisə xatırladım. Ancaq kimi? Tapa bilmədim... 

– Qayıdacaqsan? 

– Qayıtmağına qayıdacam, amma tez olmayacaq. Yarım saat, bəlkə də, bir saat çəkdi. Bir də 

deyim: gözlərini yum, bir az yat. Bu, sənə çox lazımdır. 

Durub yol verdim, getdi. Donunun ətəyi dizlərimə toxundu, gedə-gedə balaca dəyirmi güzgüyə 

baxdı, qaşlarını daradı, çənəsini kirşanladı. Sonra rəqs zalında gözdən itdi. Yan-yörəmə 

boylandım: tanımadığım üzlər, papiros çəkən kişilər, mərmər stolların üstünə dağılmış pivə, səs-

küy, qıyya, böyrümdə də rəqs musiqisi. Demişdi ki, yatım. Ah, körpə balam, sən haradan biləsən 

ki, mənim yuxum dovşandan da səksəkəlidir! Belə bir bazarda, özü də otura-otura, pivə 

parçlarının cingiltisində heç yatmaq olar? Bir qurtum şərab içdim, cibimdən siqar çıxardım, 

gözlərimlə kibriti axtardım, ancaq, əslində, heç çəkmək istəmirdim, ona görə də stolun üstünə 

qoydum. «Gözlərini yum!» – demişdi. Allah bilir bu səs onda haradan idi: əsl ana səsinə 

oxşayırdı; şəfqətli idi, ürəkdən gəlirdi. Gördüm ki, bu səsi eşitmək mənə xoş gəlir. İtaətkarlıqla 

gözlərimi yumdum, başımı divara söykədim, beynimə min cür səs düşdü. Belə yerdə yatmaq 

həvəsinə özüm də guldüm, istədim rəqs zalının qapısına yaxınlaşıb oğrunoğrun baxım – axı o 

qəşəng qızın necə oynadığına baxmalı idim – durmaq istədim, lakin indi bildim ki, saatlarla 

küçədə ora-bura qaçmaq məni lap yorub, əldən salıb, ona görə də yerimdən tərpənmədim. 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

591 


Ana tapşırığına  əməl edərək artıq yatırdım. Özü də şirin-şirin yatır, yuxu da görürdüm. Aydın, 

gözəl bir yuxu idi. Çoxdan beləsini görməmişdim. Yuxuda görürdüm ki: 

...Köhnə dəbli qəbul olağında oturub gözləyirdim. Əvvəlcə yalnız onu bilirdim ki, 

əlahəzrətlərdən biri məni yanına çağırtdırıb, sonra yadıma düşdü ki, cənab fon Gete özü qəbul 

edəcək. Heyif ki, buraya yaxın adam təki deyil, hansı jurnalınsa müxbiri kimi gəlmişdim. Bu da 

məni çox narahat edirdi, heç cür başa düşmürdüm ki, hansı şeytan məni belə işə qoşub. Bundan 

əlavə bir əqrəb də heç rahatlıq vermirdi. Əvvəlcə üzdə idi, qıçımla yuxarı dırmaşırdı. Əlbəttə, bu 

balaca qara həşərata imkan vermədim, o dəqiqə vurub saldım, ancaq hara düşdüyünü görmədim, 

axtarıb tapmağa da ürək eləmədim. 

Həm də tam əmin deyildim: bəlkə də, mənim gəldiyimi Geteyə deyil, Matissona demişdilər. Bir 

dəfə onu yuxuda Bürgerlə dəyişik salmışdım, Molliyə yazılmış şeirləri onunku bilmişdim. Yeri 

gəlmişkən, Mollini görməyi yaman arzulayırdım, onu incə, məlahətli, şən bir qadın kimi 

təsəvvür edirdim. Kaş o lənətə gəlmiş redaksiyanın tapşırığı ilə gəlməmiş olaydım! Bu 

narazılığım getdikcə artdı, tədricən Geteyə sarı yön aldı, birdən-birə ona qarşı olmazın şübhələr, 

məzəmmətlər yarandı. Bax buna qəbul deyərəm! Ancaq əqrəb qorxulu da olsa, haradasa lap 

yaxında da gizlənsə, ola bilsin ki, heç də pis əlamət deyildi. Mənə elə gəldi ki, bəlkə də, yaxşı 

əlamətdir, çox güman ki, Molli ilə əlaqəsi var: ya onun elçisidir, ya da Heraldika heyvanıdır. 

Qadın məkrinin, günahlarının  əcəb qorxulu Heraldika heyvanı! Bəlkə, bu heyvanın adı elə 

Vulpius idi? Ancaq həmin anda xidmətçilərdən biri qapını açdı, durub içəri girdim. 

Bəstəboy, zabitəli Gete qarşımda dayanmışdı və doğrudan da, klassik sinəsində böyük bir ulduz 

ordeni parlayırdı... Sanki, yenə dövlət işləri ilə məşğul olur, gələnləri qəbul edir, özünun 

Vaymardakı muzeyindən yenə də dünyanın gərdişinə nəzarət edirdi. Çünki məni görər-görməz, 

qarğa kimi udqunaudquna başını yırğaladı və şəstlə dedi: 

– Deməli, siz cavanlar bizim özümüzlə, işlərimizlə tam razı deyilsiniz? 

– Elədir ki var! – Onun nazik baxışları üstümə soyuq su çilədi. – Biz cavanlar, əslində, sizinlə 

razı deyilik, cənab qoca! Siz həddən artıq təntənəlisiniz,  əlahəzrət, həddən artıq lovğa, həddən 

artıq təkəbbürlü, həddən az da səmimi! Ən vacibi axırıncısıdır: həddən az səmimisiniz! 

Bəstəboy qoca başını bir az irəli uzatdı və onun sərt, rəsmi adamlara xas büzülmüş dodaqlarında 

ani bir təbəssüm düyünlənəndə, özü də birdən-birə canlananda, ürəyim ayağımın altına düşdü. 

Çünki qəflətən «Qürub göylərdən endi» şerini xatırladım, yadıma düşdü ki, o şerin sözləri bu 

kişinin ağzından çıxıb. Əslində, həmin andaca təslim oldum, basıldım və gərək onun qarşısında 

diz çökəydim. Lakin özümü şax tutdum, onun təbəssümlü dodaqlarından qopan sözlər qulağımda 

cingildədi: 

– Aha, belə çıxır ki, səmimi olmadığımı mənə irad tutursunuz? Danışığa bax! Bəlkə, bir az 

xırdalayasınız?! 

Həvəslə, çox böyük bir həvəslə xırdalamaq istəyirdim: 

– Cənab fon Gete, bütün dahilər kimi, siz də insan həyatının mənasızlığını, puçluğunu lap yaxşı 

bilmisiniz, duymusunuz: bir anın səadətini də, onun acınacaqlı şəkildə saralıb-solduğunu da, 

coşqun, müqəddəs bir məhəbbətlə təbiətin itirilmiş məsumluğu uğrunda əbədi ölüm-dirim 

mübarizəsinə girişən  

ən ülvi hisslərin yalnız və yalnız gündəlik həyatın amansız dustaqlığı ilə mükafatlandırıldığını 

da, dəhşətli heçlikdə, kamilləşməyə deyil, gəldi-gedərliyə,  əbədi çarpışmalara, diletantlığa 

məhkum olduğunu da  – bir sözlə, insan olmağın mənasızlığını, müsibətlərini, puçluğunu 

bilmisiniz. Bütün ömrünüz boyu da hamısının  əksini vəsf etmisiniz, inamdan, nikbinlikdən dəm 

vurmusunuz, özünüzü də, başqalarını da yalandan  əbədiyyətə, mənəvi mübarizənin mənasına 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin