“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
635
çanavar tamam qıc olub gedirdi. Bircə anlığa içimdə – özü də lap dərinlərdə nəsə astaca tərpəndi,
xatirə, həsrət, peşmançılıq kimi oranı göynətdi. Bu ani sıxıntı tezliklə öz yerini təzə bir hissə
verdi: sanki, kokainlə keyləşdirilmiş damaqdan ağrıyan dişi çəkib çıxarırlar, sən də yüngülləşib
dərindən nəfəs alır və təəccüblənirsən ki, nə yaxşı, ağrı hiss eləmədin. Həmin duyğuya yeni bir
şənlik, gülüş həvəsi qoşuldu, daha özümü saxlaya bilmədim, ürəkdən güldüm.
Dumanlı şəkil diksinib yox oldu, güzgünün dəyirmi səthi, sanki, od tutub yandı, qaraldı,
tutqunlaşdı, şəffaflığını tamam itirdi. Pablo gülərək əlindəki şüşə qırığını tulladı, o da diyirlənə-
diyirlənə sonu-sonucu görünməyən dəhlizdə gözdən itdi.
– Yaxşı güldün, Harri, – dedi, – hələ ölməzlər kimi gülməyi də öyrənəcəksən. Axır ki, Yalquzağı
məhv etdin. Ülgüclə öldürmək olmazdı. İndi onu dirilməyə qoyma! Tezliklə bu səfeh gerçəkliyi
tərk edəcəksən. Bir azdan qardaşlıq şərəfinə badə də qaldıracağıq, əzizim. Heç vaxt bugünkü
kimi xoşuma gəlməyibsən. Lazım bilsən, sonra fəlsəfəyə dalar, mübahisə açar, istədiyin qədər
musiqidən, Motsartdan, Qlukdan, Platondan, Getedən danışarıq. İndi özün başa düşəcəksən ki,
əvvəllər nə üçün alınmırdı. Çox güman ki, bəxtin gətirəcək, yalnız bu günlüyə də olsa canın
qurtaracaq. Çünki sənin intiharın son intihar deyil: biz indi sehrli teatrdayıq, gördüklərinin heç
biri də gerçək deyil, hamısı
şəkildir. Özün üçün ən gözəl, şən şəkillərdən seç, sübut elə ki, doğrudan da, o şübhəli
şəxsiyyətinə vurulmayıbsan! Əgər onu yenidən qaytarmaq istəsən, onda gərək indi göstərəcəyim
güzgüyə bir də baxasan. Ancaq ataların çox müdrik bir sözü də var: divarda iki güzgüyə
baxmaqdansa, əlindəki balaca güzgüyə baxmaq yaxşıdır. Ha, ha! (Yenə o gözəl, dəhşətli gülüş!)
Belə-belə işlər... indi qısaca, şən bir mərasimi yerinə yetirmək lazımdır. Sən öz şəxsiyyətinin
eynəyini atmısan. İndisə yaxın gəl, əsl güzgüyə bax! Xoşuna gələcək.
Gülə-gülə, oxşaya-oxşaya, nəvazişlə məni geri döndərdi, divardakı nəhəng güzgü ilə üzbəüz
dayandım. Orada özümə baxdım.
Bircə anlığa çoxdan tanıdığım Harrini gördüm. Bu dəfə kefi çox kök idi, üzü gülür, işıq saçırdı.
Ancaq onu yenicə tanımışdım ki, parça-parça oldu, hər parçadan ikinci, üçüncü, onuncu,
iyirminci fiqurlar yarandı və bu nəhəng güzgü bircə anın içində Harrilərlə, Harri parçaları ilə
doldu. Həmin saysız-hesabsız Harrilər gözlərim önündə şimşək kimi çaxır, tanıyan kimi yoxa
çıxırdı. Bir neçəsi yaşıdım idi. Bəziləri qocalmış, bəziləri də lap uluya çevrilmişdi. Elələri də
vardı ki, çox cavan, yeniyetmə, oğlan, məktəbli, südəmər körpə idi. Əlli yaşlı Harrilərlə iyirmi
yaşlılar hoppanır, ora-bura qaçışırdı. Bu cür otuz yaşlı, əlli yaşlı, ciddi, şən, ləyaqətli, gülünc,
geyimli-kecimli, cır-cındırlı, çılpaq, keçəl, qıvrımsaçlı Harrilərin hamısı özüm idim. Hərəsi də
bircə anlığa gözlərim önündə şimşək kimi çaxır, tanışlıq verir, sağa-sola səpələnir, güzgünün
içərilərinə gedir, bəziləri də oradan kənara çıxırdı.
Onlardan biri – özü də çox yaraşıqlısı, cavanı gülə-gülə Pablonun qucağına atılıb onu qucaqladı,
ikisi də harasa çıxıb getdi. Biri də – bu, xüsusilə xoşuma gəldi: təxminən on altı-on yeddi
yaşlarında qəşəng, cazibədar bir oğlan idi – dəhlizdə şimşək kimi ora-bura qaçır, acgözlüklə
bütün qapılardakı lövhələri oxuyurdu. Onun arxasınca düşdüm. Qapılardan birinin qarşısında
dayandı və mən onun üstündəki yazını oxudum:
Həmin qəşəng oğlan hoppanıb, pul atmaq üçün qoyulmuş yarığa girdi, qapının o biri tərəfində
gözdən itdi.
Pablo da görünmürdü. Deyəsən, güzgü də, onunla bərabər saysız-hesabsız Harrilər də yoxa
çıxmışdı. Hiss edirdim ki, tək qalmışam, teatr da büsbütün ixtiyarıma verilib və maraqla qapıları
bircə-bircə gəzdim, hərəsində bir elan, bir çağırış, bir ümid oxudum.
Üstünə: yazılmış lövhə məni özunə cəzb etdi, ensiz qapını açıb içəri girdim.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
636
Səs-küylü, həyəcanlı bir aləmə düşdüm. Küçələr avtomobillə dolu idi. Bəziləri də zirehlənmişdi
və piyadaları ovlayır, onları xurd-xəşil eləyib evlərin divarlarına yapışdırırdı. O dəqiqə başa
düşdüm: insanlarla maşınlar arasında mübarizə gedir! Çoxdan hazırlanan, çoxdan gözlənilən,
çoxdan hamını qorxuya salan döyüş, nəhayət, başlamışdı. Hər tərəf meyitlə, xurd-xəşil olmuş
adamlarla, əzilmiş, əyilmiş, yanmış avtomobillərlə dolu idi. Bu dəhşətli səhnənin üzündə dövrə
vuran təyyarələr də evlərin damından, pəncərələrindən atəşə tutulmuşdu. Divarlara vurulmuş
nəhəng, alovlu plakatların məşəl kimi yanan iri hərfləri bütün milləti maşınlara qarşı mübarizə
aparan insanların tərəfinə keçməyə, maşınların köməyi ilə camaatın qanını sora-sora piylənmiş
geyimli-kecimli, ətirli varlıları öz nəhəng, hıqqıltılı, nəriltili, uğultulu avtomobilləri ilə birlikdə
məhv etməyə, fabrikləri yandıraraq təhqir olunmuş torpağı bir az təmizləməyə, yükünü
yüngülləşdirməyə çağırırdılar ki, ot bitsin, üzünə sement pərdə çəkilmiş aləmdə meşə, çəmən,
təpə, çay, bataqlıq yaransın. Başqa plakatlar isə – bunlar daha yaxşı tərtib olunmuş və çox aydın,
çox ağıllı, çox təsirli yazılmışdı, çox da sadə rənglərdən istifadə edilmişdi – bunun əksinə
olaraq bütün varlıları, ağıllı adamları həyəcanla anarxiya təhlükəsindən xəbərdar edir, sözün əsl
mənasında adamı ovsunlayan ifadələrlə qayda-qanunun əməyin, mülkiyyətin, mədəniyyətin,
hüququn nə olduğunu başa salır, maşınları insanın ən böyük, ən yeni kəşfi kimi tərifləyir və
deyirdilər ki, yalnız onların köməyi ilə hamı tanrıya çevrilə bilər. Fikirli-fikirli, heyran-heyran o
qırmızı, yaşıl rəngli plakatları oxudum, hamısının da odlu natiqlik məharəti, möhkəm məntiqi
məni ovsunladı.
Hamısı haqlı idi. Getdikcə qızışan atışma nə qədər mane olsa da, gah bunun, gah da o birinin
qarşısında dayanır və oxuduqlarımın hamısına da inanırdım. Əsas məsələ aydın idi: müharibə
başlamışdı. Özü də çox gözəl, çox mənalı müharibəydi. Bu müharibə imperatorluq, respublika,
sərhəd, bayraq, məslək və bunlara bənzər zahiri, saxta ideyalar, mənasız şeylər uğrunda getmirdi.
Sadəcə olaraq, bu həyatdan bezənlər, havası çatmayanlar öz narazılıqlarını belə kəskin şəkildə
ifadə edir, metala dönmüş sivilizasiya dünyasını biryolluq məhv etməyin binasını qoyurdular.
Gördüm ki, hamının gözü vurubdağıtmaq, öldürmək ehtirası ilə alışıb-yanır və o vəhşi güllər
mənim də içimdə baş qaldırıb pardaxlandı, qəhqəhə çəkib güldü. Sevinə-sevinə mübarizəyə
qoşuldum.
Hər şeydən ləzzətlisi də məktəb dostum Qustavın birdən-birə yanımda görünməsi oldu. Uşaqlıq
çağlarımdakı dostlarımın ən çılğını, ən güclüsü, ən həyatsevəri Qustavı çoxdan unutmuşdum.
Onun mavi gözlərini görəndə, ürəyim yerindən oynadı. Mənə əl elədi və sevinə-sevinə ardınca
getdim.
– İlahi, sənə də rast gəlmək olarmış, Qustav! Nə sənətin sahibi oldun? – deyə sevinc içərisində
qışqırdım.
Uşaqlıq çağlarında olduğu kimi acı-acı güldü.
– Ay heyvan, məgər indi sual vermək, laqqırtı vurmaq yeridir? İlahiyyat professoru oldum. Hə,
axır ki, kim olduğumu bildin. Ancaq, xoşbəxtlikdən, indi ilahiyyat vaxtı deyil, cavan oğlan,
müharibədir. Getdik. Tırıldaya-tırıldaya bizə tərəf gələn minik avtomobilinin sürücüsünü güllə
ilə vurub aşırdı, meymun cəldliyilə içəri tullandı, maşını saxlayıb məni də götürdü, üstümüzə
yağan güllələrin, böyrü üstə çevrilmiş avtomobillərin arası ilə irəli şığıdı, şəhərdən aralandı.
– Fabrikantların tərəfindəsən? – deyə dostumdan soruşdum.
– Eh, nə bilim, hər kəsin öz zövqü var, ora çatanda baxarıq.
– Yox, dayan, elə bir fərqi olmasa da, mən başqa partiyanı seçməyin tərəfdarıyam. Mən
ilahiyyatçıyam, ulu babam Lüter öz dövründə kəndlilərə qarşı mübarizə aparan knyazlara,
varlılara kömək durub, indi gəl onun səhvini bir az düzəldək. Nə pis maşındır, ancaq çox güman
ki, bir neçə kilometr də aparacaq!
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
637
Külək kimi, səma övladları kimi uğuldaya-uğuldaya şəhərdən çıxdıq, sakit, yaşıl mənzərənin
qoynu ilə xeyli getdik, böyük bir düzənlikdən keçdik, sonra yavaş-yavaş nəhəng bir dağa
dırmaşdıq.
Axırda dümdüz, sürüşkən bir yolda dayandıq. Bu yol sıldırım qayaların, alçaq sipərlərin
arasından keçib sərt dolaylarla qalxır, lap uzaqlarda parıldayan mavi bir gölə tərəf gedirdi.
– Nə gözəl yerlərdir! – dedim.
– Çox gözəldi. Adına Ox yolu da demək olar. Harri, görərsən, burada hələ çox oxlar sınacaq.
Yolun kənarında bir piniya ağacı vardı və onun da başında taxtadan talvara oxşar şey
quraşdırılmışdı: müşahidə məntəqəsi idi. Qustav mənə bic-bic göz vurub şaqqanaq çəkdi. Tez
maşından düşüb ağaca dırmaşdıq, tövşüyə-tövşüyə köşkdə gizləndik. Yaxşı yer idi, hətta tüfəng,
tapanca, gülləqutuları da vardı. Heç nəfəsimizi dərib pusquda durmağa macal tapmamış
yaxınlıqdakı döngədən iri, cah-cəlallı bir maşının boğuq, qəzəbli uğultusu eşidildi. Nərildəyə-
nərildəyə hamar dağ yolu ilə bizə tərəf gəlirdi. Əlimizdə tüfəng hazır dayanmışdıq. Çox maraqlı
idi.
– Sürücünü nişan al! – Qustav tez əmr elədi və ağır maşın bizə çatdı. Sürücünün göy rəngli
papağını nişan alıb tətiyi çəkdim. Kişinin başı sinəsinə endi, maşın irəli şığıyıb qayaya dəydi,
geri atıldı, iri eşşəkarısı kimi qəzəblə yaxındakı alçaq daş-divara çırpıldı, arxası üstə çevrildi, ani,
sakit bir şaqqıltı ilə qayanı aşıb uçuruma yuvarlandı.
– Vəssalam, – deyə Qustav güldü, – o biri də mənim boynuma.
Artıq ikinci maşın yaxınlaşırdı. İçində üç-dörd sərnişin qısılıb oturmuşdu. Biri qadın idi və onun
başındakı yaylığın ucu üfüqi vəziyyətdə yellənirdi. Açıq mavi rəngli bir yaylıqdı və ona yazığım
gəldi: kim bilir, bəlkə də, arxasında ən gözəl qadının üzü gülürdü. Aman Allah, əgər biz,
doğrudan da, qaçaqqaçaq oynayırdıqsa, görkəmli sələflərimiz kimi hərəkət eləmək daha düzgün,
daha gözəl olardı: yəni, o şərəfli qan hərisliyini gözəl xanımlara aid etməzdik. Ancaq Qustav
artıq nişan alıb atmışdı. Sürücü diksinib yana yıxıldı, maşınsa dik qayaya çırpılıb göyə qalxdı,
arxası üstə düşəndə, təkərləri göydə
fırlandı. Dayanıb bir az gözlədik: tərpəniş yox idi. İçəridəkilər, sanki, tələyə düşmüşdülər, heç
qımıldanmırdılar. Təkərləri də qəribə tərzdə fırlanırdı. Ancaq qəflətən bir gurultu qopdu, alov
dilimləndi.
– «Ford»dur, –Qustav dedi. – Gərək düşüb yolu təmizləyək.
Aşağı enib alışmış maşına baxdıq. Çox tez yanıb qurtardı. Cavan ağaclardan ling düzəldib onu
itələyə-itələyə yolun kənarındakı uçuruma yuvarlatdıq, kol-kos xeyli şıqqıldadı. Maşını
döndərəndə, meyitlərdən ikisi yerə düşüb qalmışdı.
Paltarlarının yarısı yanmışdı. Birinin pencəyi yaxşı qalmışdı və onun ciblərini axtardım ki, bəlkə,
kim olduğunu öyrənək. Dəri pulqabı çıxdı. İçində vizit kağızları vardı. Birini götürüb, üstündəki
yazını oxudum: «Jat tcam asi»
– Çox incə məsələdir, –Qustav dedi. – Doğrudan da, indi öldürdüyümüz adamların kim
olmasının fərqi yoxdur. Onlar da bizim kimi bədbəxt bəndələrdir, adın heç bir mənası yoxdur.
Bu dünya dağılmalıdır – biz də onun içində! Onca dəqiqə suyun altında qalmaq ən rahat
ölümdür! Haydı, iş başına!
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
638
Meyitləri də maşının arxasınca tulladıq. Artıq təzəsi fit verə-verə yaxınlaşırdı. Onu elə yoldaca
vurduq. Sərxoş adamlar kimi bir dəfə yerində fırlandı, sonra irəli şığıdı, çevrilib dayandı, kəsik-
kəsik tırıldadı. Sərnişinlərdən biri yerindən tərpənmədi. O biri – rəngi qaçmış qəşəng qız
maşından düşdü.
Mehribanlıqla salam verib, qulluq göstərmək istədik. Ancaq çox qorxduğundan danışa bilmir,
sərsəm nəzərlərlə üzümüzə baxıb susurdu.
– Yaxşı, əvvəlcə baxaq görək bu qoca cənabın vəziyyəti necədir, – deyə Qustav ölmüş
sürücünün arxa tərəfində oturub hələ də yerindən tərpənməyən sərnişinə tərəf döndü. Kişinin
qısa vurulmuş saçlarına dən düşmüşdü, ağıllı qonur gözləri açıq idi, ancaq, deyəsən, pis
yaralanmışdı, hər halda, ağzından qan gəlirdi, boynu da əməlli-başlı əyilmişdi, heç tərpədə
bilmirdi.
– İcazənizlə özümü təqdim edim, möhtərəm cənab: mənim adım Qustavdır. Cəsarət edib
sürücünüzü öldürdük. İcazənizlə, kiminlə danışmaq şərəfinə nail olduğumuzu bilərdik!
Qocanın soyuq, kədərli, qonur gözləri bizə zilləndi, astadan:
– Baş prokuror Lörinqəm, – dedi. – Siz təkcə sürücümü deyil, özümü də öldürdünüz. Hiss
edirəm ki, axırım çatıb. Axı bizi niyə məhv etdiniz?
– Maşını yüksək sürətlə sürdüyünüzə görə.
– Biz normal sürətlə gedirdik.
– Dünən normal olan şeylər bu gün qeyri-normal hesab olunur, cənab baş prokuror. Fikrimizcə,
indi maşının hər hansı sürəti yüksək sürətdir. Ona görə də bütün avtomobilləri məhv edirik.
Başqa maşınları da...
– Öz silahlarınızı da?
– Əgər vaxtımız qalsa, bunlara da növbə çatacaq. Çox güman ki, sabah, ya da birisi gün
hamısının axırına çıxacağıq. Özünüz bilirsiniz ki, yer kürəmizdə adamların sayı iyrənc dərəcədə
artmışdı. Bəli, indi nəfəs almaq üçün hamıya hava çataçaq.
– Hamını öldürürsünüz? Heç kimə fərq qoymursunuz?
– Əlbəttə! Ancaq şübhəsiz ki, bəziləri heyifdir. Məsələn, yanınızdakı bu gənc, qəşəng xanıma
heyfim gəlir. Yəqin, qızınızdı…
– Xeyr, stenoqrafçımdır.
– Daha yaxşı. İndisə, buyurun düşün, ya da içazə verin özumüz düşürək, çünki maşın məhv
olmalıdır.
– Mən də onunla bir yerdə məhv olmağı üstün tuturam.
– Öz işinizdir! İcazə verin bir şeyi də soruşaq. Siz prokurorsunuz. Heç çür başa düşə bilmirəm ki,
adam necə prokuror ola bilər. Siz başqalarını – ən çox da bədbəxt bəndələri ittiham etməklə,
onlara cəza verməklə dolanırsınız. Elə deyil?
– Elədir. Mən ancaq borcumu yerinə yetirmişəm. Bu, vəzifəm idi. Cəlladın vəzifəsi mənim
məhkum etdiyim adamları öldürmək olduğu kimi – bu da mənim vəzifəmdir. İndi siz özünüz də
həmin vəzifəni yerinə yetirir, adamları qırırsınız.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
639
– Düzdür. Ancaq biz vəzifə borcunu yerinə yetirmək üçün deyil, zövq almaq üçün öldürürük.
Daha doğrusu, bu dünyadan zövq almadığımız, ümidsizliyə qapıldığımız üçün öldürürük. Ona
görə də öldürmək bizə ləzzət verir. Öldürməkdən heç ləzzət almamısınız?
– Daha dözə bilmirəm, insafınız olsun, başladığınız işi axıra çatdırın. Əgər siz «borc»un nə
olduğunu başa düşürsünüzsə...
Susaraq dodaqlarını büzdü, sanki, tüpürmək istədi. Ancaq azacıq qan gəldi, o da çənəsinə yapışıb
qaldı.
– Bircə dəqiqə! – deyə Qustav nəzakətlə onun sözünü kəsdi. – Doğrudan da, mən «borc»un nə
olduğunu başa düşmürəm. İndi heç anlamıram. Əvvəllər onunla işim çox olub. Onda ilahiyyat
professoru idim. Bundan əlavə əsgər olmuş, müharibə eləmişəm. O vaxt mənə «borc» kimi
görünən hər şey, nüfuzlu adamların, rəhbərlərin verdiyi əmrlər, əslində, pis əməllər idi, əlacım
olsaydı, hamısının əksini edərdim. Ancaq «borc»un nə olduğunu başa düşməsəm də, günahın nə
olduğunu bilirəm. Bəlkə də, hər ikisi eyni şeydir. Hansı ananınsa məni doğması öz günahımdır.
Deməli, yaşamağa məhkum olunmuşam, hansı dövlətinsə təbəəsi, əsgəri olmağa, öldürməyə,
silahlanmaq üçün vergi verməyə borcluyam. İndi, lap elə bu dəqiqənin özündə, həyatın
günahları, bir vaxtlar müharibədə olduğu kimi, məni yenə də öldürməyə məcbur edir. Ancaq indi
öldürməyə nifrət etmirəm, günaha təslim olmuşam, qoy bu səfeh, ağzı tıxaclı dünya darmadağın
olub getsin. Mən də bir tərəfdən kömək eləyər, özüm də onunla bərabər məhv olaram.
Prokuror çox çalışdı ki, qanlı dodaqlarına təbəssum ifadəsi versin. Yaxşı alınmasa da, xoş niyyəti
bilindi.
– Lap yaxşı, – dedi, – elə isə biz həmkarıq. Buyurun, öz borcunuzu yerinə yetirin, cənab həmkar!
Bu aralıqda qəşəng qız yolun kənarına yıxılıb huşunu itirmişdi. Həmin anda yeni bir maşın fit
verə-verə sürətlə bizə tərəf gəlirdi. Qızı qırağa çəkib qayaya sıxıldıq, təzə gələn birdən-birə
çevrilib yolda qalmış maşının üstünə çıxanda, sürücü var gücü ilə əyləci basdı, maşın şahə
qalxdı, ancaq sağ-salamat da yerə enib dayandı. Tez tüfənglərimizi götürüb təzə gələnlərə
tuşladıq.
– Düşün! – Qustav əmr etdi. – Əllər yuxarı!
Üç kişi idi və hamısı da düşüb itaətkarlıqla əllərini qaldırdılar. Qustav soruşdu:
– İçinizdə həkim var?
Dedilər ki, yoxdur.
– Onda zəhmət çəkib bu cənabı ehmalca maşından çıxarın, ağır yaralanıb. Sonra da öz
maşınınıza götürüb yaxınlıqdakı şəhərə aparın. Haydı, irəli!
Tezliklə qoca cənabı o biri maşında rahatlayıb Qustavın əmri ilə yola düşdülər.Bu aralıqda özünə
gəlmiş qız da baş verən hadisələri izləyirdi. Belə gözəl qənimət çox xoşuma gəldi.
– Xanım qız, – deyə Qustav ona tərəf döndü, – sizə iş verən adamı itirdiniz. Çox güman ki, o
qoca cənaba yalnız bununla bağlı idiniz. Sizi işə götürürəm, bizə yaxşı yoldaş olun! Bu da belə...
İndi tələsmək lazımdır, bir azdan burada çətin olacaq. Ağaca çıxa bilərsinnz, xanım qız? Bəli?
Elə isə getdik. Hərəmiz bir tərəfdən kömək edərik, çıxarsınız.
Beləliklə, üçümüz də tələm-tələsik ağacın başındakı talvara qalxdıq. Qızın halı yuxarıda
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
640
xarablaşdı, bir qədəh konyak verdik. Azacıq dincələndən sonra tamam özünə gəldi, hətta buradan
gölün, dağın əntiqə göründüyünü qeyd elədi və dedi ki, adı Doradır.
Həmin anda təzə bir maşın gəldi, saxlamayıb çevrilmiş avtomobillərin yanından ehtiyatla keçdi
və o dəqiqə də sürəti artırdı.
– Ay tənbəllər! – deyə Qustav güldü və sürücünü aşırdı. Maşın bir az «rəqs elədi», qayaya dəydi,
onu sındırdı, sonra da uçurumun başında çəpinə dayandı.
– Dora, – dedim, – tüfəng atmağı bacarırsınız?
Bacarmırdı. Tüfəngi doldurmağı bizdən öyrəndi. Əvvəlcə alınmadı. Barmağını da yaraladı,
qışqıra-qışqıra ingilis leykoplastrı istədi. Qustav başa saldı ki, müharibədir, o da gərək ağıllı,
cəsur qız olduğunu göstərə. Bununla da hər şey qaydasına düşdü.
– Bəs bizim axırımız necə olacaq? – deyə qız sonra soruşdu.
– Bilmirəm, – ona Qustav cavab verdi. – Dostum Harrinin qəşəng qadınlardan xoşu gəlir, sizinlə
dost olacaq.
– Axı onlar polis, əsgər gətirib bizi öldürəcəklər.
– Daha polis-zad yoxdur. İndi bizim ikicə yolumuz var, Dora: ya sakitcə burada oturub keçmək
istəyən maşınları məhv etmək, ya da özümüz ayrı maşına minib buradan getmək, başqalarının
gülləsinə tuş gəlmək. Kimin tərəfində olmağımızın fərqi yoxdur. Mən qalmağın tərəfdarıyam.
Aşağıdan təzə bir maşın ucadan fit verə-verə keçirdi. O dəqiqə işini bitirdik, çevrilib yerindəcə
qaldı, təkərləri göydə fırlandı.
– Qəribədir, – dedim, – güllə atmaq nə gözəl şey imiş! Mən də əvvəllər həmişə müharibənin
əleyhinə olmuşam!
Qustav gülümsədi:
– Bəli, indi dünyada adamların sayı lap çoxalıb. Əvvəllər o qədər də hiss olunmurdu. Amma indi
hamının təkcə hava deyil, üstəlik maşın həvəsinə də düşdüyü dövrdə hiss olunur. Əlbəttə, bizim
indi elədiklərimizin hamısı ağılsızlıqdır, uşaqlıqdır. Elə keçmiş müharibənin özü də böyük bir
uşaq oyunu idi... Ancaq bir azdan insanlar bu çoxalmanın qarşısını almaq üçün ağıllı yollar
tapacaq. Hələlik isə belə dözülməz vəziyyətlərə çox ağılsız yanaşırıq. Əslində, lap düzgün
hərəkət edirik: seyrəldirik.
– Bəli, – dedim, – bizim bu hərəkətlərimiz sərsəmlikdir, lakin bəlkə də, yaxşı, lazımlı işlərdir.
İdrakı həddən artıq gərginləşdirməklə ağla sığmayan şeyləri bəşəriyyətin ağılla yoluna qoymağa
çalışması heç də yaxşı deyil. Onda amerikanların, bolşeviklərin idealları kimi ideallar yaranır:
onların ikisi də həddən artıq ağıllıdır, amma həyatı sadəlövhcəsinə sadələşdirməklə onu
amansızcasına zorlayır, talan edirlər. Bir zamanlar ən yüksək ideal hesab olunan insan obrazı
getdikcə klişeyə çevrilə bilər.
Bəlkə, biz dəlilər onu təzədən yüksəklərə qaldırdıq.
Qustav güldü:
– Cavan oğlan, çox ağıllı sözlər danışırsan, sənin kimi elm dəryasına qulaq asmaq qazancdır,
adama ləzzət verir. Bəlkə də, haradasa bir az haqlısan. Ancaq indi zəhmət çək, tüfəngini doldur!
Sən çox xəyalpərvər adama oxşayırsan. Bayaqkı təkələrdən biri hər an gələ bilər və heç birini də
fəlsəfə ilə öldürə bilmərik, gərək lülədə güllə olsun.
|