“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
641
Bu vaxt ayrı bir maşın gəldi və o dəqiqə də çevrilib yolu kəsdi. Sağ qalmış kök, qırmızıbaş bir
kişi darmadağın olmuş maşınların yanında dayanıb əl-qolunu ölçdü, aşağı-yuxarı baxdı,
gizləndiyimiz talvarı görən kimi böyürə-böyürə bizə tərəf yüyürdü, əlindəki tapançadan
üstümüzə güllə yağdırdı...
– Çıxın gedin, yoxsa vuraram, – deyə Qustav qışqırdı. Kişi nişan alıb bir də atdı. İkimiz də tətiyi
birdən çəkib onu yerə sərdik.
İki maşın da gəldi və onların da axırına çıxdıq. Sonra yola sakitlik çökdü, daha gələn olmadı.
Deyəsən, onun təhlükəli olduğu barədə xəbər yayılmışdı. İmkan tapıb bu gözəl mənzərəyə
tamaşa elədik. Gölün o tərəfində balaca bir şəhər vardı. Oradan tüstü qalxırdı və birdən gördük
ki, alov artıq damdan dama keçir. Dora bir az ağladı. Onun yaşlı yanaqlarını sığalladım. –
Məgər biz hamımız ölməliyik? – deyə soruşdu. Heç kəs cavab vermədi. Həmin anda aşağıda bir
piyada göründü. O, sıradan çıxmış maşınlara baxdı, imsiləyə-imsiləyə onların yan-yörəsində
dolaşdı. Əyilib birindən əlvan çətir, dəri qadın çantası, bir şüşə şərab çıxardı. Ədəb-ərkanla
qayanın üstündə oturub şüşəni başına çəkdi.
Çantadan zər vərəqə bükülmüş nəsə çıxarıb yedi, şüşəni boşaltdı, sonra da çətiri qoltuğuna vurub
kefi kök, damağı çağ yola düzəldi. Arxayın addımlarla gedirdi və mən Qustava dedim:
– Sən indi bu qəşəng oğlana güllə atıb beynini odlaya bilərsən? Allah özü şahiddir ki, mən
bacarmaram.
– Heç lazım da deyil, – deyə dostum mızıldandı. Ancaq, deyəsən, onun da ürəyi ağrıdı. Rəhmdil,
arxayın, uşaqtək saf, günahsız bir adam görən kimi, indiyəcən tərifəlayiq, lazımlı hesab olunan
əməlimiz o dəqiqə səfeh, iyrənc bir şeyə çevrildi. Lənət şeytana, nə qədər qan töküldü! Utandıq...
Deyilənə görə, hətta generallar da müharibə vaxtı hərdən belə hisslər keçirirlərmiş!
– Gəlin çıxıb gedək, – Dora sızıldadı, – aşağı düşək. Maşınlarda yeməyə mütləq bir şey tapılar.
Hələ acmamısınız, ay bolşeviklər?
Aşağıdan – alova bürünmüş şəhərdən həyəcanlı, qorxunc zəng səsləri eşidildi. Düşməyə
başladıq.
Sipəri adlamaq üçün Doraya kömək eləyəndə, onun dizindən öpdüm. Qız ucadan güldü. Həmin
anda qol-budaq sındı və ikimiz də heçliyə yuvarlandıq...
Yenə də dəyirmi dəhlizdə idim və ov macərasının havası da hələ başımdan çıxmamışdı. Hər
yandan, hər qapıdan saysız-hesabsız lövhələr adama gəl-gəl deyirdi:
_____________________________________________________
İstədiyin heyvana və bitkiyə çevrilə bilərsən
______________________________________________________
______________________________________________________
Kamasutra
Hind məhəbbət sənətinin tədrisi
Yeni başlayanlar üçün kurs. Məhəbbət sənətinin 42 müxtəlif növü
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
642
_____________________________________________________
Ləzzət dolu intihar
Qarnın cırılana kimi güləcəksən
______________________________________________________
Ruha çevrilmək istəyirsən?
Şərq müdrikliyi
_______________________________________________________
Ah, kaş min dənə dilim olaydı
Yalnız kişilər üçün
______________________________________________________
Avropanın qürubu
________________________
Qiyməti ucuzlaşdırılıb. Seyrəklikdir
______________________________________________________
Sənətkarlıq mücəssəməsi
Musiqinin köməyilə zamanın məkan çevrilməsi
______________________________________________________
Gülən göz yaşları
Yumor kabineti
______________________________________________________
Guşənişinlik oyunları
Hər cür ünsiyyətə dəyər
______________________________________________________
Lövhələr bir-birinin ardınca düzülmüşdü. Birində belə yazılmışdı:
______________________________________________________
Şəxsiyyət yaratmaq dərsi
Müvəffəqiyyətinə bəri başdan zəmanət verilir
____________________________________________________
Bu lövhə diqqətimi cəlb elədi və həmin qapıdan girdim.
Alaqaranlıq, sakit bir otaq idi. İçəridə bir kişi şərqlilər sayağı bardaş qurub döşəmənin üstündə
oturmuşdu. Qarşısında iri şahmat taxtasına oxşayan bir şey vardı. İlk baxışda elə bildim dostum
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
643
Pablodur. Ən azı, əynində Pablonunkuna oxşayan əlvan ipək gödəkcə vardı. Gözləri də onunku
kimi qara idi, parıldayırdı.
– Pablosunuz? – deyə soruşdum.
– Heç kiməm, – kişi mehribanlıqla cavab verdi. – Burada heç kəsin adı yoxdur, heç birimiz də
şəxsiyyət deyilik. Mən şahmatçıyam. Şəxsiyyət yaratmaq dərsi almağa gəlibsiniz?
– Bəli, buyurun.
– Elə isə lütfən öz fiqurlarınızdan bir az mənə verin.
– Hansı fiqurları?
– Bayaq şəxsiyyətinizin parçalandığı fiqurları deyirəm. Axı fiqursuz oynaya bilmərəm.
Mənə bir güzgü göstərdi və gördüm ki, vahid şəxsiyyətim çoxlu «mən»ə parçalandı, özü də
bayaqkından artıq oldu. Ancaq bunlar lap balaca – təxminən şahmat fiqurları boyda idi və kişi
inamla, sakitcə bir neçəsini götürüb şahmat taxtasının böyründə yerə düzdü. Tez-tez eşitdiyi nitqi
və ya mühazirəni təkrar edirmiş kimi yeknəsəq bir səslə danışmağa başladı:
– «İnsanın daimi vahidliyi» adlı yanlış, bədbəxtlik gətirən nəzəriyyə sizə məlumdur. Bir də o
məlumdur ki, insan bir yığın qəlbdən, çoxlu «mən»lərdən ibarətdir. Şəxsiyyətin zahiri
vahidliyinn bu cür müxtəlif fiqurlara parçalamaq səfehlik hesab olunur və elm də buna
şizofreniya kimi ad qoyub. Elm bir tərəfdən haqlıdır, çünki ümumi rəhbərlik, necə deyərlər,
nizamlama, qruplaşdırma olmasa, çoxluğun ağzını bir yerə yığmaq heç cür mümkün deyil. Eyni
zamanda da haqsızdır, ona görə ki, bu cür saysızhesabsız «mən»lərin altında gizlənən mənaları
bircə dəfə ömürlük nizamlamağın bəs edəcəyinə inanır. Elmin bu səhvi bəzi pis nəticələrə gətirib
çıxarır. Ancaq onun bircə şeyə xeyri var ki, dövlətə qulluq edən müəllimlərin, tərbiyəçilərin işini
yüngülləşdirir, onları fikirləşməkdən, təcrübə aparmaqdan azad edir. Həmin səhvin nəticəsidir ki,
əlacsız dəlilərin çoxu «normal», hətta ictimai həyat üçün dəyərli adam hesab olunur, bəzi
dahilərə də, əksinə, hamı dəli kimi baxır. Ona görə də biz elmi psixologiyadakı bu yarımçıqlığı
yeni bir anlayışla doldurub, adını da yaratmaq sənəti qoymuşuq. Bununla öz «mən»inin
parçalandığını görənlərə göstəririk ki, həmin hissləri müxtəlif düzümdə yenidən birləşdirmək
olar və ona görə də həyat adlı oyunda hamı istədiyi şəkildə, istədiyi qədər iştirak edə bilər.
Yazıçı bir yığın fiqurdan dram əsərini necə yaradırsa, biz də öz «mən»imizin parçalandığı
fiqurlardan yeni-yeni qruplar yaradırıq. Hamısı da ayrı biçimdə, ayrı istəkdə, ayrı-ayrı
vəziyyətlərdə… Bir baxın!
Sakitcə, ehmalca mənim fiqurlarımı – bütün o qocaları, cavanları, uşaqları, qadınları, kədərliləri,
xoşbəxtləri, güclüləri, zəifləri, diribaşları, acizləri götürüb cəld hərəkətlə qarşısındakı taxtanın
üstünə düzdü, oynatmağa başladı. Müxtəlif qruplar, ailələr, münasibətlər, mübarizələr,
dostluqlar, düşmənciliklər yarandı. Hamısı da özlüyündə kiçik bir dünya idi. Heyran-heyran
tamaşa edən gözlərim önündə bu canlı, ancaq nizamlı balaca dünyanı hərəkət etdirməyə başladı:
oyun, mübarizə qızışdı, müqavilə bağlandı, döyüşdülər, sevişdilər, evləndilər, doğub törədilər...
Əslində, çoxpersonajlı, çılğın, gərgin bir dram əsəri idi...
Sonra şən hərəkətlə əlini taxtanın üstünə çəkib, bütün fiqurları yerə tökdü, bir yerə yığdı, yaxşını
yamandan seçən sənətkar kimi düşünə-düşünə həmin fiqurlardan tamamilə yeni, özu də başqa
biçimdə, başqa münasibətlərdə, başqa əlaqələrdə bir oyun yaratdı. İkinci də birinciyə oxşayırdı:
eyni dünya idi, eyni materialdan tikilmişdi, ancaq çaları, ritmi dəyişmiş, motivləri güclənmiş,
vəziyyətləri təzələnmişdi.
Beləliklə, bu ağıllı usta hərəsi bir hissəm olan fiqurlardan dalbadal müxtəlif oyunlar düzəltdi.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
644
Hamısı da uzaqdan bir-birinə oxşayırdı, hamısının da eyni dünyadan gəldiyi, eyni kökdən
yarandığı bilinirdi, ancaq bununla belə, hamısı da tamamilə yeni idi.
– Həyat adlı oyun bax budur, – deyə nəsihətə başladı. – Gələcəkdə öz həyatınızı istədiyiniz kimi
qurar, canlandırar, dolaşdırar, zənginləşdirərsiniz – hamısı öz əlinizdədir. Sözün yüksək
mənasında dəlilik hər cür mudrikliyin başlanğıcı olduğu kimi, şizofreniya da hər bir sənətin, hər
bir fantaziyanın əvvəlidir. Hətta alimlər yarımçıq da olsa başa düşüblər ki, «Şahzadənin
möcüzəli buynuzu» adlı o gözəl kitabda yazıldığı kimi, hər hansı alimin əzablı, inadcıl əməyi
xəstəxanalara göndərilmiş bir sıra dəli
sənətkarların dahiyanə əməkdaşlığı sayəsində yüksələ bilər. Bu balaca fiqurları da özünüzlə
götürün.
Onların yaratdığı həyat oyunu sizə hələ çox sevinclər bəxş edəcək. İndi qorxunc bir uyuğa
çevrilib ovqatınızı korlayan fiqurları sabah ikinci dərəcəli zərərsiz bir oyuncağa çevirəcəksiniz.
Bu gün, sanki, təpədən-dırnağacan bədbəxtliyə, günüqaralığa məhkum olunmuş hər hansı zavallı
fiquru da növbəti oyunda şahzadəyə döndərəcəksiniz. Sizə xoş günlər arzulayıram, cənab!
Minnətdarlıq əlaməti olaraq bu istedadlı şahmatçıya baş əydim, fiqurları da cibimə doldurub dar
qapıdan çıxdım.
Elə bilirdim, geri qayıdan kimi döşəmənin üstündəcə oturub saatlarla, lap əbədiyyətin özü qədər
həmin fiqurlarla oynayacam, ancaq dəyirmi, işıqlı dəhlizə çatar-çatmaz məndən güclü olan yeni
bir axarın qoynuna düşdüm. Gözlərim önündə bir plakat alışıb-yanmağa başladı:
____________________________________________________________
Yalquzaq təliminin möcüzəsi
____________________________________________________________
Bu yazı qəlbimdə müxtəlif duyğular oyatdı: keçmiş həyatımın, tərk etdiyim gerçəkliyin min cür
qorxusu, əzab-əziyyəti ürəyimi yamanca göynətdi. Əlim əsə-əsə qapını açdım və gördüm ki, bir
yarmarka xanəsindəyəm. İçərisində dəmir qəfəs düzəldilmişdi və həmin qəfəs də məni balaca
səhnədən ayırırdı. Ortada bazar çərçilərinə oxşayan lovğa bir cənab – təlimçi dayanmışdı. Uzun
bığları, möhkəm əzələləri, əynində də bər-bəzəkli sirk paltarı olmasına baxmayaraq, bu kişi lap
iyrənc dərəcədə mənə bənzəyirdi. Yaman acınacaqlı səhnə idi: həmin qüvvətli kişi heyvərə,
qəşəng, ancaq bir dəri bir sümük qalan, qul təki yazıq-yazıq baxan canavarın başına it kimi ip
salıb oynadırdı.. Qansız bir təlimçinin belə
nəcib, eyni zamanda da biabırçı dərəcədə itaətkar vəhşi heyvanı cürbəcür oyunlar çıxarmağa,
görünməmiş tamaşalar göstərməyə məcbur etməsi maraqlı olduğu qədər də dəhşətli, şirin olduğu
qədər də iyrəncdi.
Ancaq kişi – mənim bir parçamdan yaranan o lənətə gəlmiş əkiz qardaşım öz canavarını yaxşı
əhliləşdirmişdi, əsl möcüzə idi. Heyvan onun əmrlərini diqqətlə yerinə yetirir, it kimi hər
sözünü, işarəsini başa düşür, gah dizi üstə çökür, özünü ölülüyə qoyur, gah da nökərçilik edir, bir
kömbə çörəyi, yumurtanı, bir parça əti, dolu səbəti ədəblə, itaətkarlıqla ağzına alıb gətirir. Bunlar
bir yana, təlimçinnn yerə tulladığı qamçını dişi ilə götürüb, dözülməz dərəcədə yaltaqlana-
yaltaqlana, quyruq bulaya-bulaya onun dalınca aparırdı. Sonra səhnəyə bir dənə adadovşanı, bir
dənə də dümağ quzu buraxdılar. Düzdür,
dişlərini qıcadı, ağzının suyunu saxlaya bilmədi, ancaq yenə də heç birinə toxunmadı. Təlimçinin
əmri ilə titrəyə-titrəyə döşəməyə sinmiş heyvanların üstündən ustalıqla hoppandı, bu az imiş
kimi, sonra da onların arasında uzandı, qabaq pəncələri ilə ikisini də elə qucaqladı ki, deyərdin,
hamısı bir ailədir.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
645
Adamın ürəyi yerindən oynayırdı. Axırda da insanın əlindən bir parça şokolad alıb yedi. Bu
canavarın öz təbiətini necə fantastik dərəcədə dəyişdiyinə baxmaq əsl işgəncəydi və ona görə də
tüklərim biz-biz oldu.
Ancaq ikinci hissədə həyəcanlanmış tamaşaçı da, canavarın özü də bu işgəncələrin əvəzini aldı.
Xalis təlim proqramı qurtarıb, təlimçi də şəstlə, şirin təbəssümlə quzu-canavar dəstəsinə baş
əyəndən sonra rollar dəyişdi. Harriyə oxşayan təlimçi ikiqat olub qamçısını canavarın ayaqları
altına atdı və bayaqkı heyvan kimi yazıq görkəm aldı, titrəməyə, büzüşməyə başladı. Canavar isə
gülə-gülə dodaqlarını yaladı. Əvvəlki əzab-əziyyətindən, saxtakarlığından nişanə qalmadı.
Gözləri alışıb-yandı, bütün bədəni tarımlandı, təzədən tapdığı vəhşiliyin qoynunda əsl canavara
döndü.
İndi o əmr edir, insan da yerinə yetirirdi. Canavarın göstərişi ilə insan diz çökdü, canavar rolunu
oynadı, dilini çıxarıb ləhlədi, doldurulmuş dişləri ilə öz əynindəki paltarı cırıq-cırıq elədi. İnsan
təlimçisinin əmri ilə yazıq gah iki ayağı üstə, gah da dördəlli yeridi, nökərçilik elədi, özünü
ölülüyə vurdu, canavarı belinə mindirib gəzdirdi, qamçısının dalınca apardı. Xüsusi istedadla, lap
it kimi, görünməmiş təhqirlərə, alçaqlığa dözdü. Səhnəyə qəşəng bir qız çıxdı, bu əl kişisinə
yaxınlaşdı, çənəsini sığalladı, yanağını yanağına söykədi, ancaq o, heyvansayağı dayanıb heyvan
kimi də qaldı, başını bulayaraq həmin gözələ dişlərini ağartdı. Axırda da lap canavar kimi qıcadı
və qız da qorxusundan qaçıb getdi. Qabağına şokolad qoydular, ancaq ikrahla imsiləyib geri
itələdi. Nəhayət,
bayaqkı ağ quzu ilə kök ada dovşanını gətirdilər və qabil insan son bacarığını göstərdi, canavar
rolunu oynadı. Əsl tamaşa idi: o, əlləri, dişləri ilə fəryad qoparan heyvancığazları didik-didik
elədi, parçaladı, irişə-irişə onların buğlanan çiy ətini gəmirdi, məst ola-ola, ləzzət ala-ala isti
qanını içdi.
Dəhşət içində geri qaçdım. Bildim ki, bu sehrli teatr xalis cənnət deyil. Üzdən gözəl görünən üst
qatını götürəndə, başdan-ayağa cəhənnəmə dönürmüş... Aman Allah, məgər burada da qurtuluş
yoxdu?
Qorxu içərisində ora-bura vurnuxur, ağzımda qan dadı, şokolad dadı hiss edir, ikisindən də
iyrənir, həsrətlə bu kədərli dalğanın qoynundan çıxmağı arzulayır, var gücümlə gözlərim önünə
daha xoş, daha dözümlü mənzərələr gətirməyə çalışırdım. Daxilimdə bir səs baş qaldırdı:
«Dostlar, belələri lazım deyil!» Eymənə-eymənə müharibə vaxtı hərdən gözümə sataşan o iyrənc
cəbhə şəkillərini xatırladım: yumaq kimi bir-birinə sarılmış cəsədlər... əleyhqaz altında ağaran
dişlər... şeytan sifətinə dönmüş üzlər... Müharibəyə düşmən kəsilmiş bir insanpərvər kimi belə
şəkillərdən dəhşətə gəldiyim zamanlar nə qədər səfeh olmuşam?! Bu gün bildim ki, heç bir
təlimçi, heç bir nazir, heç bir general, heç bir axmaq mənim yaddaşımdakı kimi dəhşətli, vəhşi,
qəzəbli, çiy, səfeh xatirələrə, hadisələrə dözə bilməz.
Nəfəsimi dərib yüngülləşdim, lap tamaşanın əvvəlində o qəşəng oğlanı özünə çəkən lövhəni
xatırladım:
____________________________________________
Butün qızlar sənindir
_____________________________________________
Mənə elə gəldi ki, hamısını üst-üstə götürəndə, bundan yaxşısı yoxdur. O lənətə gəlmiş canavar
dünyasından canımı qurtardığıma sevinərək içəri girdim.
Möcüzəyə bax: bu əfsanə, bu doğmalıq qəlbimi riqqətə gətirdi... Gənclik ətri üzümə vurdu,
yeniyetmə, ərgən çağlarının ab-havasına bələndim, damarlarımdan keçmişin qanı axmağa
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
646
başladı. Bir az bundan əvvəlki əməllərim, fikirlərim, varlığım yoxa çıxdı. Təzədən cavanlaşdım.
Bircə saat, bircə an bundan avvəl mənə elə gəlirdi ki, məhəbbətin, vurğunluğun, həsrətin nə
olduğunu bilirəm, ancaq sən demə, hamısı yaşlı bir adamın məhəbbəti, həsrəti imiş. İndisə yenə
cavandım və içimdə duyduğum odalov, zorla harasa dartıb aparan həsrət, şehli mart küləyi kimi
səngiyən iztirablar da cavanlaşmış, təzələnmiş, saflaşmışdı. Ah, o unudulmuş od-alov birdən-birə
necə də kükrədi, keçmişin melodiyası gah dalğalandı, gah həzinləşdi, qanım coşub-qaynadı,
qəlbim harayla, nəğmə ilə doldu! İndi on beş, on altı yaşlı bir oğlandım, beynim latın, yunan
sözlərilə, gözəl-gözəl şeirlərlə dolmuşdu. Fikrim-düşüncəm şan-şöhrət həvəsindəydi, böyük
sənətkar olmaq arzusu ilə yaşayırdım. Ancaq qəlbimi sarmış bu alovların ən güclüsü, ən odlusu,
ən dəhşətlisi məhəbbət alovu, qadın həsrəti, əvvəlcədən duyduğum üzüntülü nəşə həvəsiydi.
Balaca, doğma şəhərimizin başı üzərindəki qayalı təpədə dayanmışdım. Hər yandan şehli külək
ətri, ilk bənövşə qoxusu gəlir, aşağıdan axan çay da, evimizin pəncərələri də bərq vururdu. Hər
şey ilk gənclik illərinin çılğın, poetik çağlarında olduğu kimi dil açıb nəğmə deyir, ətir saçır,
təzələnir, saflaşır, min rəngə boyanır, bahar nəsiminin qoynunda xəyal kimi süzə-süzə nura
bələnirdi. Təpənin zirvəsində dayanmışdım və külək də uzun saçlarımı yellədirdi: xəyali bir
məhəbbət həsrətinə dalaraq, qeyriixtiyari, yenicə göyərməyə başlayan koldan yarıyacan çırtlamış
bir tumurcuq qopardım. Gözlərim
önünə gətirib diqqətlə baxdım, qoxladım (onun ətrini duyan kimi keçmiş xatirələrin hamısı bircə-
bircə baş qaldırdı), sonra o yaşıl növrəstəni indiyəcən heç bir qızı öpməmiş dodaqlarım arasına
alıb oynatdım, çeynəməyə başladım. Yalnız kəskin, tünd qoxunu duyanda dəqiq bildim ki, niyə
bu vəziyyətə düşdüm: hər şey geri qayıtmışdı. İlk gənclik dövrünün son anlarını, yenicə girmiş
baharın ilk bazar gününü bircə saatlığa təzədən yaşadım. Həmin günü ki, tək-tənha gəzərkən
Roza Kraylerə rast gəldim, utana-utana salam verdim, dəlicəsinə ona vuruldum.
O zaman məndən xəbərsiz öz xəyal dünyasına qapılaraq tək-tənha təpəyə çıxan o gözəl qıza
hürkək bir həsrətlə baxdım, yoğun hörüklərə vurulmuş saçlarını, küləkdən yellənə-yellənə,
yanaqlarını sığallayan tellərini gördüm. Ömrümdə ilk dəfə qız gözəlliyini duydum. Küləyin zərif
tellərlə oynaması necə də gözəldi, heç həqiqətə oxşamırdı. Şümşad bədəninə yapışan mavi, nazik
paltarı adamın ürəyinə od salırdı və bayaq çeynədiyim tumurcuğun acıtəhər ədvəli dadı məni o
şirin bahar həsrətinə, bahar
qoxusuna necə bələmişdisə, qızı görəndə də qəlbim eləcə dəhşətli bir məhəbbət həsrəti, qadın
nəfəsi, min cür istək, min cür vəd, təsvirə gəlməyən nəşə, görünməmiş bir çaşqınlıq, qorxu,
iztirab, ülvi bir rahatlıq, sonsuz bir günah duyğusu ilə duydu. Ah, dilim bayaqkı ağı bahar
dadından od tutub yanırdı!
Ah, şıltaq külək onun dağınıq saçlarını, qırmızı yanaqlarını necə də sığallayırdı! Sonra mənə
yaxınlaşdı, gözlərini qaldırdı, tanıdı, yanaqları bircə anlığa allandı, baxışlarını yana çevirdi.
Başımdakı konfirmand papağını çıxarıb salam verdim və Roza özünü toplayıb xanımlarsayağı
qaşlarını dartaraq təbəssümlə salamımı aldı, məhəbbət, umacaq pərəstişlə dolu baxışlarıma
bələnə-bələnə asta, inamlı, təkəbbürlü addımlarla keçib getdi.
Bu əhvalat otuz beş il əvvəl, bazar günü baş vermiş və indi bircə anlığa qayıtmışdı: yenə o təpə,
o şəhər, o mart küləyi, o tumurcuq qoxusu, Roza, qəhvəyi saçlar, getdikcə dalğa-dalğa qalxan
həsrət, boğazıma tıxanıb qalmış şirin qoxu... Hər şey əvvəlkinin eyni idi və mənə elə gəlirdi ki,
ömrümdə heç kəsi onda Rozanı sevdiyim qədər sevməmişəm. Ancaq indi onu başqa cür
qarşılamaq imkanı yaranmışdı. Gördüm ki, məni tanıyan kimi qızardı. Gördüm ki, qızardığını
gizlətməyə çalışdı. Bildim ki, məndən xoşu gəlir, bu görüş onun da ürəyincədir. Yenə də
papağımı çıxarıb yanımdan keçənə kimi dümdüz dayanmaq əvəzinə, heç bir qorxuya,
utancaqlığa baxmadım, qəlbimin dediklərini elədim, ucadan:
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
647
– Roza! Allaha şükür ki, gəldin, ey gözəllər gözəli! Bilirsən, səni necə sevirəm?! – dedim.Bəlkə
də, bu sözlər heç yerinə düşmədi, ancaq indi ağıl yeri deyildi və ona görə də kifayət elədi.
Roza, xanım ədası ilə özünü çəkmədi, dayanıb mənə baxdı, yanaqları qıpqırmızı pörtdü:
– Salam, Harri, məni, doğrudan, sevirsən?
Bu sözləri deyəndə qonur gözləri alışıb-yandı və mən o dəqiqə hiss elədim ki, Rozanı əldən
buraxdığım həmin bazar günündən bəri bütün keçmiş həyatım, məhəbbətim saxta, dolaşıq,
mənasız və bədbəxt imiş. Ancaq bu dəfə səhvimi düzəltdim, hər şey dəyişdi, lap yaxşı oldu.
Əl-ələ verib asta addımlarla getməyə başladıq. Həddən artıq xoşbəxt idik. Həddən artıq da sıxılır,
nə edəcəyimizi, nədən danışacağımızı bilmirdik. Və ona görə də nəfəsimiz kəsilənəcən gah
yüyürdük, gah yortduq, axırda da dayandıq. Ancaq əlimizi buraxmamışdıq. İkimiz də
uşaqlığımıza qayıtmışdıq, nə edəcəyimizi bilmirdik. O bazar heç ilk öpüşü dadmasaq da,
xoşbəxtlərin xoşbəxtiydik. Dayanıb nəfəsimizi dərdik, otların üstündə oturduq. Bir əlini əlimə
alıb sığalladım, Roza da o biri ilə utana-utana saçlarımı tumarladı, sonra ayağa durub yanaşı
dayandıq, boyumuzu ölçdük. Mən bir barmaq hündür idim, ancaq ona bildirmədim, dedim ki,
boyumuz birdir, Allah bizi bir-birimiz üçün yaradıb, gələcəkdə evlənəcəyik. Roza dedi ki,
burnuna bənövşə qoxusu dəydi, diz çöküb yenicə boy verən bahar otlarının arasında bənövşə
axtarmağa başladıq, bir neçə gödək saplaqlısını tapdıq, mən dərdiklərimi ona, o da özününküləri
mənə bağışladı. Və sərin düşəndə, qürub edən günəşin saçaqları qayalara sancılanda, dedi ki, evə
getməlidir. İkimiz də kədərləndik. Çünki ötürə bilməzdim. Ancaq bununla belə, aramızda elə bir
ülfət yaranmışdı ki, ikimiz üçün də müqəddəs idi. Yuxarıda, qayaların arasında qaldım, Rozanın
verdiyi bənövşələri qoxladım, sonra bir yarğanın başına uzanıb aşağıya – şəhərə baxdım, onun
zərif kölgəsi təzədən görünüb qaça-qaça quyunun yanından, körpüdən keçənəcən gözlərimi
çəkmədim. Bildim ki, evlərinə çatdı, otaqları bir-bir gəzdi. Mən isə uzaqlarda, təpənin başında
uzanmışdım. Qəlbimdən ona tərəf bir tel uzanıb gedir, bir cərəyan axır, bir ülfət uçurdu.
Sonralar gah burada, gah orada, gah qayaların arasında, gah da hasarların dibində bütün baharı
görüşdük və yasəmənlər çiçək açmağa başlayanda ilk dəfə hürkək-hürkək öpüşdük. Heyif ki,
uşaq olduğumuzdan çox şeyi qanmırdıq və ona görə də öpüşümüzdə hələ o od-alov, o həsrət yox
idi. Yalnız hərdən cəsarət edərək pərişan saçlarını asta-asta sığallaya bilirdim. Ancaq bu
məhəbbətin, bu səadətin hamısı özümüzünkü idi və hər utancaq hərəkətimizlə, kəsik-kəsik
sözlərimizlə, hürkək-hürkək gözləməyimizlə yeni bir səadətə qovuşur, məhəbbət nərdivanında
bir pillə də qalxırdıq. Bəxt ulduzunun parıltısına isinə-isinə Roza ilə, bənövşə ilə başlayan
məhəbbət dolu həyatımı təzədən bir də yaşadım.
Roza itib getdi, İrmqrad gəldi, günəş yandırıb yaxmağa başladı, ulduzlar məst oldu, ancaq heç
biri axıracan qalmadı. Pillə-pillə yuxarı qalxdım, çox şey görməli, çox şey öyrənməli oldum,
İrmqradı da, Annanı da itirdim. Gəncliyimdə sevdiyim qızların hamısını təzədən sevdim,
ürəklərinə məhəbbət odu saldım, hərəsinə bir şey verdim, hərəsindən bir bəxşiş aldım. Nə vaxtsa
təsəvvürlərimdə yaşayan arzular, xəyallar, imkanlar həqiqətə çevrildi, canlandı. Ah, siz ey bircə
yay, bircə ay, bircə gün sevdiyim
gözəl günlər, İda və Lore!
Başa düşdüm ki, indi mən bir az əvvəl həvəslə özunü məhəbbət otağına salan o qəşəng, çılğın
oğlanam. Varlığımın, həyatımın yüzdən, mindən bir hissəsini təzədən canlandırıb yaşayıram və
«mən»imin qalan hissələri də araya girmir, heç bir mütəfəkkir mane olmur, Yalquzaq onu
incitmir. Heç bir şair, heç bir xəyalpərvər, heç bir əxlaq vaizi onun yerini dar eləmir. Yox, mən
indi yalnız və yalnız sevən bir gəncdim. Səadətim də, iztirabım da yalnız məhəbbət səadəti,
məhəbbət iztirabı idi... İrmqrad mənə rəqs etməyi, İda öpməyi öyrətmişdi. Gözəllər gözəli Ema
|