“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
622
qovuşan əsl insanın saldığı iz idi. «Əbədiyyət»in özü də, əslində, zəmanənin qurtuluş, müəyyən
mənada saflığa qayıtması, qayıdıb təzədən bir də kainata qovuşması demək idi.
Mariyanı adətən şam elədiyimiz yerdə axtardım, ancaq tapmadım, hələ gəlməmişdi. Şəhər
kənarındakı sakit meyxanada, hazır stolun arxasında oturub gözləməyə başladım. Fikrim hələ də
bayaqkı söhbətin yanındaydı. Hermine ilə danışdığımız sözlər mənə elə doğma, elə yaxın idi ki,
sanki, keçmiş mifoloji dünyamdan, xəyallar aləmindən gəlirdi. Sonsuz kainata qovuşmuş,
unudulmuş, xəyala dönmüş ölməzlər və onların üzünə efir kimi çəkilmiş büllur əbədilik. O
xəyali dünyanın soyuq, ulduz kimi işıq saçan aydınlığı... Görəsən, bunlar nə üçün mənə belə
doğma idi? Fikrə daldım, yadıma Motsartın «Kassasiya»sından, Baxın «Yaxşı köklənmiş
klavir»indən bəzi pyeslər düşdü və həmin
soyuq ulduz parlaqlığı, həmin efir şəffaflığı bu musiqinin qoynunda bərq vura-vura süzməyə
başladı.
Bəli, doğrudan da, bu musiqi dönüb kainata çevrilmiş zəmanə kimi bir şey idi və onun üzərində
də nəhayətsiz, qeyri-adi bir aydınlıq, əbədi, ilahi gülüş süzulürdü. Ah, yuxuda gördüyüm o qoca
Gete də bura yaman yaraşırdı. Və qəflətən hər tərəfdən həmin müəmmalı gülüş – ölməzlərin
gülüşü eşidildi. Elə bil, tilsimə düşmüşdüm və tilsimli-tilsimli də qoltuq cibimdəki qələmi
çıxardım, kağız axtardım, axırda şərabların qiymət kağızı gözümə sataşdı, onu çevirib, arxa
tərəfinə şeir yazdım və bir gün sonra onu
cibimdə tapdım.
Həmin şeir belə idi.
ÖLMƏZLƏR
Yer üzündən bizə sarı elə can atır
Gecə-gündüz inad ilə həyat həvəsi.
O həvəsin çətinliyi, dəhşəti vardır,
Nəşə dolu ehtirası, ölüm nəfəsi.
O nəfəsin mayasında əbədi tamah,
Ehtiraslı cəlladların tökdüyü qanlar,
Qorxu, həsəd tanrısının hər an qovduğu
Qatil, vaiz, ya sələmçi donlu insanlar.
Bu insanlar qovrulurlar, tüstülənirlər,
Yavaş-yavaş çürudükcə didxor olurlar.
Mənən yanıb külə dönən ömürlərində
Vəhşi eşqdən, səadətdən zövq də alırlar.
Öz-özunü yeyir, yeyir,
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
623
Sonra qaytarır yediyini o insanlar –
Belədir qayda.
Bu dünyaya müharibə, nifaq salırlar,
Gözəl sənət əsərləri verirlər ya da.
Öz səadət evlərini – yansa da belə –
Xəyallarla bəzəyirlər uşaqsayağı.
Bələnirlər gəldi-gedər sevinc rənginə,
Unudurlar axirəti, təmiz əxlaqı.
Pozğunluqlar edə-edə ölür insanlar.
Amma yenə baş qaldırır həyat həvəsi.
Yenə qaçır istək, sevinc, nəşə dalınca
Bir gün gəlir, bu yolda da çıxır nəfəsi.
Bizsə ulu ulduzların parıldadığı
Fəzaların qucağında yaşamaqdayıq.
Nə kişiyik, nə qadınıq, nə gənc, nə qoca,
Nə gün, nə də saat yükü daşımaqdayıq.
Adilərin qismətidir sevinc, qəm, kədər
Günah edin, qorxu çəkin – düşün təlaşa.
Şəhvət dolu nəşəniz də, lap qətliniz də
Bizim üçün «Dünya» adlı adi tamaşa!
Çünki günəş deyil bizdə zaman ölçüsü,
Hər günumüz yüz illərdən daha da uzun.
Səksəkəli ömrünüzçün gülünc sayırıq
Biz görəndə taleyini ölən ulduzun.
Kainatın qışı ilə nəfəs alırıq,
Dostlaşırıq göylərdəki qərib ruhlarla.
Biz ölməzik, biz bilirik görüşməyəcək
Həyatımız nə payızla, nə də baharla.
Çünki ölməz olanların ömrü əbədi
Əsl ruhlar ola bilməz adicə qonaq,
Sonsuzluqlar ölçüsündə yaşayanların
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
624
Gülüşü də ulduzlartək donuq və parlaq...
Sonra Mariya gəldi. Şam yeməyini bitirib birlikdə tutduğum evə getdik. Bu gecə o,
həmişəkindən gözəl, hərarətli, səmimi idi. Mənə elə nəvaziş göstərdi, elə oxşadı ki, az qala,
huşum başımdan çıxdı...
– Mariya, – dedim, – sən bu gün ilahələr kimi əliaçıqlıq eləyirsən. Gəl ikimizi də birdən
öldürmə, axı sabah maskarad balıdır. Görəsən, sabah sənin kavalerin kim olacaq?! Ay mənim
gözəl çiçəyim, qorxuram nağıllardan gəlmiş şahzadə ola, səni qaçırdıb apara, mən də heç vaxt
tapammayam.
Məni bu gün elə öpüb-oxşayırsan ki, yalnız əsl sevənlər ayrılıq anında son dəfə belə öpüb-
oxşayırlar.
Dodaqlarını qulağıma söykəyib pıçıldadı:
– Danışma, Harri! Hər görüş son görüş ola bilər. Hermine sənə sahib olan kimi məni
unudacaqsan. Bəlkə də, elə sabah sahib oldu...
Həmin gecə keçirdiyim qəribə hissləri, o qeyri-adi, acılı-şirinli, qoşatəbiətli ovqatı hələ indiyəcən
görməmişdim. Doğrudan da, əsl səadət idi: Mariyanın gözəlliyi, vurğunluğu, yaşımın bu ötmüş
vaxtında ehtiras dünyasının bəxş etdiyi nəşənin, təmasın, sərbəstliyin, zövqü-səfanın zərif
dalğaları qoynunda uyumaq... Ancaq bunların hamısı həmin səadətin yalnız üz qabığıydı. Daxili
isə mənalarla, gərginliklə, gələcəklə doluydu və mən də məhəbbətlə, nəvazişlə, o vüsal
anlarından məst ola-ola, aşıbdaşan səadətin həsrətli qoynunda xumarlana-xumarlana qəlbimin
dərinliklərində hiss edirdim ki, taleyim hürkmüş xam at kimi başını dik tutaraq qorxa-qorxa,
həsrətlə, ölüm həvəsiylə uçuruma,
fəlakətə doğru şığıyır. Bir az bundan əvvəl qorxa-qorxa, hürkə-hürkə şəhvani məhəbbətin gəldi-
gedər nəşəsindən necə qaçırdımsa, Mariyanın şux, hamıya pay düşən gözəlliyindən necə
qorxurdumsa, indi də ölümdən eləcə qorxurdum. Lakin bu elə bir qorxu idi ki, tezliklə özünün
fədakarlığa, qurtuluşa çevriləcəyini bilirdi.
Səssiz-səmirsiz vüsal anının üzüntülü nəşəsinə təslim olaraq özümüzü həmişəkindən də artıq
bir-birimizin ixtiyarına verdiyimiz dəqiqələrdə qəlbim Mariya ilə, onun bəxş etdiyi səadətlə
vidalaşırdı. Onun sayəsində ölümqabağı bir dəfə də özümü uşaq kimi həyatın üst qatındakı
əyləncələrin qoynuna atdım, gəldi-gedər sevinclərin ardınca qaçdım, naməhrəmliyin günahsız
dünyasında gah uşağa, gah da heyvana döndüm, elə hala düşdüm ki, əvvəlki həyatımda ona
yalnız nadir bir təsadüf kimi rast gəlmişdim. Çünki şəhvani həyatı və naməhrəmliyi həmişə
günah hesab eləmiş, mənəvi dünyanın adamı kimi özümü onlardan qorumuşdum. Ancaq indi
Hermine ilə Mariya o məşum cənnət bağını mənə göstərdilər, minnətdarlıq hissi ilə ona mehman
oldum, lakin tezliklə də oranı tərk etmək vaxtı gəlib çatdı. Çünki həddən artıq gözəl, həddən
artıq hərarətli idi.
Mənim alnıma isə həyatın zirvəsinə qalxmaq, onun sonsuz günahlarını yumaq yazılmışdı. Asan
həyat, asan məhəbbət, asan ölüm – bunların heç biri mənim üçün deyildi.
Qızların işarəsindən başa düşürdüm ki, sabahkı balda, ya da ondan sonra qeyri-adi nəşələr,
əyləncələr nəzərdə tutulur. Bəlkə də, bu, son gün olacaq. Bəlkə də, Mariyanın ürəyinə daman düz
çıxacaq. Bəlkə də, bu gün axırıncı dəfə bir yerdə yatırdıq və bəlkə də, sabahdan özgə bir ömür
yolu başlayacaqdı...
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
625
Coşqun bir həsrət, dəhşətli bir qorxu məni bürüdu. Bütün varlığımla Mariyaya sarıldım, titrəyə-
titrəyə, acgözlüklə bir dəfə də onun cənnət bağının bütün cığırlarından keçdim, cəngəlliklərinə
baş vurdum, oradakı ağacların şirin meyvələrindən daddım...
Gecəki yuxusuzluğun əvəzini gündüz çıxdım. Səhər-səhər hamama getdim, yorğun-arğın halda
evə qayıtdım, yataq otağının pərdələrini kip çəkdim. Soyunarkən şeir əlimə gəldi, ancaq tez də
yadımdan çıxdı, tələsik yerimə girdim. Mariyanı da, Hermineni də, maskarad balını da unudaraq
bütün günü yatdım. Yalnız axşamüstü durub üzümü qırxanda yadıma düşdü ki, bir saatdan sonra
maskarad balı başlayır və mən özümə yaxalıqlı köynək axtarmalıyam. Kefi kök, damağı çağ
hazırlaşmağa başladım, şam etmək məqsədi ilə evdən də bir az tez çıxdım.
İlk dəfə idi ki, maskarad balına gedirdim. Düzdür, əvvəllər də bir-iki dəfə belə müsamirələrdə
iştirak etmişdim. Hətta bəzən xoşuma da gəlmişdi, lakin heç vaxt rəqs etməmiş, yalnız tamaşaçı
olmuşdum. Başqalarının da bu haqda heyranlıqla danışması, danışılanlara qulaq asması həmişə
mənə çox gülünc görünmüşdü. Ancaq bugünkü bal mənim üçün də hadisəyə çevrilmişdi və onu
qorxu-qarışıq bir maraqla gözləyirdim.Qadınsız getdiyim üçün qərara aldım ki, içəri hamıdan
sonra keçim. Hermine də belə məsləhət görmüşdü.
Bir vaxtlar oylağım olmuş, küskün kişilərin bütün gecəni şərab içə-içə yalandan subaylıq
çağlarına qayıtdıqları «Dəmir dəbilqə»yə son vaxtlar az-az gedirdim. Çünki indiki həyat tərzimə
uyğun gəlmirdi. Amma bu axşam nəsə məni zorla çəkib oraya apardı. Qismətin, ayrılığın
səksəkəli sevinci məni bürüdüyü anda həyatımın bütün dolayları, xatirə oylaqları bir də həsrətlə
keçmişin gur işığına bələndi. Həmin işıq əvvəllər daimi müştərisi olduğum bu balaca, tüstülü-
dumanlı meyxanaya da düşdü.
Bir vaxtlar onun ən primitiv «bihuşdarı»sı hesab olunan bircə şüşə yerli şərab bir gecəni də öz
tənha yatağımda keçirməyə, bircə gün də həyata dözməyə bəs eləyirdi. O zamandan bəri çox
şeyin – bundan da təsirli «dərman»ların dadını görmüş, ondan da şirin zəhərlər içmişdim.
Gülümsəyə-gülümsəyə o qədim meyxanaya girdim. Sahibə «xoş gəldin» elədi, qaradinməz daimi
müştərilər də başlarını tərpətdilər. Qızardılmış cücə təklif elədilər və elə ondan da gətirdilər, təzə
Elzas şərabı qalın çapma stəkanda bərq vurdu, dümağ, tərtəmiz taxta masalar, divardakı qədimi
sarı haşiyələr üzümə güldü.
Yeyib-içən zaman qəlbimi sarımış bədbinlik, ayrılıq hissləri, keçmiş həyatımın bir-birinə
calanmış bütün ağrılı-acılı şirin duyğuları daha da gücləndi. Heç vaxt ölüb getməyən bu duyğular
indi məhv olmaq üçün yetişirdi. «Müasir» insan buna sentimentallıq deyir. Onun daha heç
nədən xoşu gəlmir.
Hətta çox müqəddəs hesab elədiyi şeylərdən də, girəvə düşən kimi yaxşı marka ilə dəyişmək
istədiyi avtomobilindən də zəhləsi gedir. Bu müasir insan qoçaqdır, iş biləndir, sağlamdır,
soyuqqanlı və ciddidir, tayı-bərabəri yoxdur, növbəti müharibədə də özünü əməlli-başlı
doğruldacaq. Ancaq bunların mənə dəxli yoxdu, çünki nə müasir insan idim, nə də keçmişin
nümayəndəsi: zamanın axarından ayrılmışdım, harayasa ölümə tərəf gedir, getdikcə də ona
yaxınlaşırdım. Sentimentallığın əleyhinə deyildim, əksinə, çox sevinirdim ki, nə yaxşı, mənim
də viranə qəlbimdə hisslərə bənzər nəsə var.
Beləliklə də, özümü bu qədimi meyxana ilə bağlı xatirələrin, içəridəki qədimi yöndəmsiz
kətillərin yaratdığı şirin duyğuların, vətən həsrətinə bənzəyən şərab və tüstü qoxusunun, o köhnə
adətdən qalmış işartının, hərarətin ixtiyarına buraxdım. Ayrılıq nə gözəl, nə həzinmiş! Taxta kətil
də, çapma stəkan da, meyvə dadı verən sərin Elzas şərabı da, bu otaqda hər şeyin, hamının
doğmalığı da, haçansa qardaş olduğum o xəyalpərvər, düşkün sərxoşların sifətləri də mənə çox
əziz idi. Hamısından meşşan sentimentallığının qoxusunu alırdım. Həmin qoxu da ərgənlik
çağlarımın meyxanalarda keçən romantik
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
626
günləri ilə ədvələnmişdi. Onda meyxanaya getmək, şərab içmək, siqaret çəkmək yasaq
olunduğundan hamısı əlçatmaz, ləzzətli şeylər sayılırdı və yaman da dəbdə idi… Həmin anda
heç içimdəki Yalquzaq da baş qaldırıb dişlərini qıcamadı, o şirin xəyalları pərən-pərən salmadı.
Rahatca oturub keçmişin, sönmüş bir ulduzun zəif işartısına isindim...
Bir çərçi içəri qovrulmuş şabalıd gətirdi, ondan bir ovuc aldım. Sonra gülsatan yaşlı qadın gəldi,
ondan da bir neçə qərənfil alıb sahibəyə bağışladım. Yalnız yeməyin pulunu vermək üçün adətim
üzrə əlimi pencəyin cibinə atanda hiss elədim ki, frak geymişəm. Maskarad balı! Hermine!
Ancaq hələ çox tez idi, «Qlobus» restoranına indidən getməyə ürək eləmədim. Hiss etdim ki, son
vaxtlar iştirakçısı olduğum bütün müsamirələrdəki kimi yenə də daxilimdə nəsə bir etiraz
duyğusu baş qaldırdı: böyük, ağzına kimi dolu, səsli-küylü otaqlara heç girmək istəmirdim, o yad
ab-havada əhlikeflərə qoşulub rəqs etməkdən uşaq kimi utanırdım.
Veyllənə-veyllənə gəlib bir kinoteatrın yanına çıxdım. Qabağında topa-topa işıqlar, rəngarəng iri
afişalar sayrışırdı və bir-iki addım gedəndən sonra geri qayıdıb içəri girdim. Təxminən saat on
birə qədər qaranlıqda rahatca otura bilərdim. Əlində zəif işıqlı fənər tutmuş xidmətçi məni içəri
apardı, pərdələrin arasından sivişib zülmət kimi qaranlıq zala girdim, boş yer tapıb oturdum və
birdən-birə əhdi-ətiq əyyamına düşdüm. Bu elə filmlərdən idi ki, sanki, pul qoparmaq üçün deyil,
böyük bir xərc hesabına, böyük bir diqqətlə, müqəddəs, nəcib məqsədlər naminə çəkilmişdi.
Hətta ilahiyyat müəllimləri də günortadan sonra öz şagirdlərini ona baxmağa gətirirdi. Musa
peyğəmbərlə israillilərin
Misirdəki macəraları çəkilmişdi və cürbəcür adamlar, atlar, dəvələr, saraylar, zəngin fironlar, bir
də isti qum səhralarında əziyyət çəkən yəhudilər təsvir olunurdu. Gördüm ki, saçını Uolt Uitmen
kimi daramış bu bər-bəzəkli səhnə Musası əlində uzun bir əsa qaşqabaqla, odlu-odlu, mübarizə
allahı Vodanın yerişi ilə yəhudilərin qabağına düşüb səhra ilə gedir. O, Qırmızı dənizin sahilində
dayanıb allaha üz tutdu, dəniz iki bölündü, ortasından yol açıldı və həmin yol da sulardan
yaranmış dağların arasındakı dərəyə
bənzədi (keşişin bu dini filmə gətirdiyi konfirmandlar kinoçəkənlərin həmin səhnəni necə
yaratdıqları barədə uzun-uzadı mübahisə edə bilərdilər). Gördüm ki, peyğəmbər və vahimə
basmış adamlar oraya girdilər. Onların arxasınca fironun döyüş arabaları peyda oldu. Sahildəki
misirlilər əvvəlcə karıxdılar, qorxuya düşdülər, sonra da cəsarətlə irəli atıldılar, sulardan
yaranmış dağlar ağız-ağıza gəldi, qızıl zirehli zəngin fironu da, döyüş arabalarını da,
döyüşçülərini də uddu. Və bu zaman Hendelin iki bas üçün yazdığı ecazkar duetini xatırladım:
həmin hadisə orada çox gözəl təsvir olunurdu. Sonra Musanın
Sinay dağına çıxdığını gördüm. İndi o, kədərli, sıldırım qayaların arası ilə gedən qüssəli bir
qəhrəman idi və gördüm ki, Yehova orada dalğaların, tufanın, işıq siqnallarının vasitəsi ilə on
dənə ehkamı ona çatdırdı. Həmin anda onun özünə layiq olmayan xalqı dağın ətəyində Qızıl
Dana heykəli ucaldıb yallı gedir, görünməmiş şənlik edirdi. Oturub bunlara baxmaq özümə də
qəribə xəyal kimi gəlirdi. Nə vaxtsa uşaqlığımız üzərinə qeyri-adilik, başqa bir dünya haqqında
dumanlı təsəvvürlər pərdəsi çəkən müqəddəs keçmişi, onun qəhrəmanlarını, möcüzələrini pul
qazanmaq xətrinə sakitcə oturub özləri ilə
gətirdikləri kökəni yeyən, qədirbilən tamaşaçılara göstərirdilər! Zəmanəmizdəki mədəniyyətin
ucuzluğundan, dəyərsizliyindən xəbər verən bir səhnə! İlahi, gərək belə alçaqlığın qabağını
almaq xətrinə misirlilərdən başqa yəhudilər də, yer üzündə qalanlar da məhv olaydı, bu gün
bizim öldüyümüz o dəhşətli, yalançı, tədrici ölümdənsə, məcburi, ləyaqətli bir ölümün qurbanı
olaydı! Kaş olaydı!
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
627
Qəlbimdə baş qaldıran o gizli etiraz səslərini, maskarad balı qarşısındakı əsassız qorxu hisslərini
nə kino, nə də onun yaratdığı təəssürat azalda bilmədi, əksinə, onları daha da artırdı və axırda
Hermineni xatırlayaraq özümü «Qlobus»a getməyə məcbur eləyəsi oldum.
Gecikmişdim, artıq balın qızğın çağıydı və heç soyunmağa macal tapmadım, birdən-birə maskalı
izdihamın arasına düşdüm, yaxın adam kimi hərə bir tərəfə dartışdırdı, qızlar şampan şərabı
satılan yerə çəkmək istədi, təlxəklər əlini çiynimə qoyaraq «sən» deyə müraciət etməyə
başladılar. Heç birinə yaxınlıq verməyib ağzına kimi dolu zalları birtəhər keçərək asılqana
çatdım və nömrəni alan kimi cibimdə yaxşı-yaxşı gizlətdim ki, bəlkə, bu hərc-mərclikdən bezib
onu tez götürəsi oldum.
Böyük binanın bütün otaqlarında bayram şənliyi idi, zalların hamısında, hətta zirzəmidə də rəqs
edirdilər. Bütün dəhlizlər, pilləkənlər maskaya, rəqsə, musiqiyə, gülüşə bələnmişdi, adam
əlindən tərpənmək olmurdu. Sıxıla-sıxıla bu basabasın arası ilə zənci kapellası olan otaqdan xalq
musiqisi çalınan zala keçdim, bərq vuran əsas zaldan çıxıb dəhlizlərə, pilləkənlərə, barlara,
bufetlərə, şampan içilən yerlərə baş vurdum. Divarların çoxu ən müasir rəssamların yöndəmsiz,
əyləncəli şəkilləri ilə bəzədilmişdi. Burada nə cür adam desən tapmaq olardı: sənətkar, jurnalist,
alim, tacir və bir də şəhərin
bütün əyyaşları... Orkestrlərin birində mister Pablo oturub şövqlə öz yoğun kərənayını üfürürdü.
Məni görən kimi kərənayda bir qıy vurdu. Basabasa düşüb gah bu otağa, gah da o birinə keçdim,
gah aşağı düşdüm, gah yuxarı qalxdım. Zirzəmidəki dəhlizlərdən biri cəhənnəmsayağı
bəzədilmişdi və içəridəki iblislər ansamblının guppultusundan qulaq tutulurdu. Yavaş-yavaş yan-
yörəmə göz gəzdirməyə başladım ki, bəlkə Herminedən, Mariyadan birini görəm. Sonra diqqətlə
axtardım, bir neçə dəfə əsas zala dürtülməyə çalışdım, ancaq heç birinə düşə bilmədim: gah
sıxışdırıb yoldan çıxartdılar, gah da
içəridən çıxan izdiham imkan vermədi. Gecə yarı olmuşdu, ancaq heç birini tapa bilməmişdim.
Rəqs eləməsəm də, istilənmişdim, başım hərlənirdi və yaxındakı boş kətillərin birində –
tanımadığım adamların arasında oturub bir qədəh şərab gətirtdim, fikirləşdim ki, mən yaşda olan
adamın, belə hayküylü şənliyə gəlməsi yersizdir. Qüssəli-qüssəli şərabdan içərək qadınların
çılpaq qollarına, çiyinlərinə baxdım, gözlərim önündən qəribə-qəribə maskarad paltarları geymiş
adamlar gəlib keçdilər. Bəziləri yüngülcə çiynimə toxundular. Dizimin üstündə oturmaq, ya da
rəqs etmək istəyən bir neçə qızı sakitcə özümdən araladım. Onlardan biri ucadan «Qoca kaftar»
dedi və düz də elədi. İstədim içib cəsarətlənəm, kefim açılsın, ancaq şərab da ləzzət eləmədi,
ikinci qədəhi güclə axıra çatdırdım. Getdikcə hiss etməyə başladım ki, Yalquzaq başımın üstünü
kəsdirib dişlərini qıcayır. Buralar mənim yerim deyildi, ona görə də bir şey alınmadı. Xoş
niyyətlə gəlmişdim, ancaq kefim açılmadı, bu aşıb-daşan sevinclər, gülüşlər, çılğınlıq mənə çox
saxta, gülünc görünürdü.Beləliklə də, saat birdə peşman-peşman, hirsli-hirsli paltomu geri almaq
üçün özümü birtəhər asılqana çatdırdım. Bu, məğlubiyyət, təzədən yalquzaqlığa qayıtmaq demək
idi və Hermine də bunu ömrundə mənə bağışlamazdı. Amma başqa yolum da yox idi. İzdihamın
arasından birtəhər keçərək asılqana tərəf gedə-gedə bir də diqqətlə yan-yörəyə baxdım ki, bəlkə
rəfiqələrimdən hansınısa görə
biləm. Sən demə, boş şey imiş! Axır ki, balaca pəncərəyə çatdım, arakəsmənin o biri tərəfindəki
nəzakətli kişi nömrəmi almaq üçün əlini irəli uzatdı, qoltuq cibimi axtardım və birdən gördüm
ki... nömrə yoxdur! Lənət şeytana, bircə bu çatmırdı. Qüssə-kədər içində zalları dolaşa-dolaşa,
oturub o dadsız-tamsız şərabdan içə-içə yarımçıq getməmək üçun özümlə mübarizə aparanda,
tez-tez əlimi cibimə aparmış və həmişə də görmüşdüm ki, nömrə yerindədir. İndisə yoxsa
çıxmışdı! Hər şey mənə qarşı çevrilmişdi.
– Nömrəni itiribsən? – böyrümdə peyda olan sarı-qırmızı qiyafəli balaca şeytan civildədi:
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
628
– İstəyirsənsə, mənimkini götür, dostum, – deyib nömrəni mənə uzatdı. Qeyri-ixtiyari onu alıb
barmaqlarım arasında fırladanda, balaca, diribaş cırtdan qeybə çəkildn.
Balaca, yumru karton birkadakı nömrəyə baxmaq üçün onu yuxarı qaldıranda gördüm ki, heç
rəqəm deyilən şey yoxdur, yalnız xırda hərflərlə nəsə cızmaqara olunub. Kişidən xahiş etdim ki,
bir az gözləsin və yaxınlıqdakı fənərin altına gedib, yazını oxudum. Xırda, əyri-üyrü həriflərlə
cızılmış sözlər güclə oxunurdu:
Bu gecə saat dörddən sonra sehrli teatr
– Yalnız dəlilər üçün –
Giriş haqqı – ağıldır.
Hamı üçün deyil. Hermine cəhənnəmdədir.
İpi bircə anlığa əldən çıxmış oyuncaq ani, keyləşmiş sükunətdən ayrılaraq təzədən necə hərəkətə
gəlir, rəqs etməyə başlayırsa, mən də özümü eləcə bayaq arasından yorğun-arğın, səssiz-
səmirsiz, həvəssiz-həvəssiz keçib gəldiyim izdihama vurdum. Çevik bir hərəkətlə, həvəslə,
coşqunluqla geri qayıtdım, sanki, sehrli bir məftil çəkib aparırdı. Heç bir günahlı bəndə
cəhənnəmə belə tələsməzdi. Bir az bundan əvvəl lak çəkmələr ayağımı sıxır, bürkü nəfəsimi
kəsirdi. Ancaq indi quş kimi səkə-səkə onestep ritmi üstündə zalları bir-bir adlayıb cəhənnəmə
üz qoydum. Havadakı sehri duydum, hərarət, coşqun musiqi, sayrışan rənglər, qadınların çılpaq
çiyinlərindən yayılan xoş ətir, nəşə dolu gülüş, rəqslərin ritmi, alışıb-yanan gözlərin parıltısı
məni öz qoynuna alıb yırğalaya-yırğalaya irəli apardı. Bir ispan rəqqasəsi özünü qucağıma atdı:
«Gəl rəqs edək!» – «Olmaz – dedim, – cəhənnəmə tələsirəm.
Ancaq həvəslə səndən bir öpüş alardım». Maskanın altındakı qırmızı dodaqlar mənə tərəf gəldi
və yalnız öpəndə bildim ki, Mariyadır. Onu bərk-bərk qucaqladım, dodaqları yay qızılgülü kimi
pardaxlandı. Elə dodaq-dodağa da rəqs etdik, oynaya-oynaya Pablonun yanından keçdik.
Vurğunvurğun öz həzin saksofonunu inildədirdi və onun gözəl, dalğın, vəhşi baxışları işıq saça-
saça bizi öz qoynuna aldı. Ancaq heç iyirmicə addım atmamışdıq ki, musiqi kəsildi, peşman-
peşman Mariyanı buraxdım.
Onun hərarətindən vəcdə gələrək dedim:
– Səninlə bir də həvəslə rəqs edərdim, Mariya. Gəl bir az o tərəfə gedək. Bu gözəl çiyinə
vurulmuşam, onu bircə anlığa da mənim ixtiyarıma ver! Ancaq işə bax, Hermine deyib ki,
gəlsin!
Cəhənnəmdədir!
– Belə olacağını bilirdim! Əlvida, Harri, səni məhəbbətlə yad edəcəm.
Vidalaşıb getdi. Bu, ayrılıq idi, payız idi, pardaxlanmış qızılgül ətrinə bələnən tale idi…
Qaça-qaça yoluma davam etdim, uzun dəhlizlərdəki nəvazişli izdihamların arasından keçib,
pilləkənlə cəhənnəmə düşdüm. Qətran kimi qapqara divarlardan gur işıqlı, gözləri kor eləyən
fənərlər asılmışdı, iblislər ansamblı da lap coşmuşdu. Hündür bar kətilində qəşəng bir oğlan
oturmuşdu.
Əynində frak vardı, maska da taxmamışdı və bircə anlığa rişxəndlə mənə baxdı. Rəqs edənlər
məni divara sıxdı; bu dar otaqda qırxa yaxın adam cüt-cüt rəqs edirdi. Böyük bir maraqla,
çəkinə-çəkinə bütün qadınlara baxdım: çoxu hələ maskada idi, bəziləri də üzümə güldü, ancaq
|