ZƏHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə4/48
tarix31.01.2017
ölçüsü4,27 Mb.
#7190
1   2   3   4   5   6   7   8   9   ...   48

 

SULTAN ƏHMƏD MĠRZƏ 

 

Sultan Əhməd Mirzə geri qayıdanda iki-üç mənzildən sonra xəstələnib 



qızıl  qızdırmaya  tutuldu.  Ura-Təpə  tərəflərində,  Ağ-Suya  gəldiyi  əsnada, 

899-cu ilin şəvval ayının ortalarında (=1494 iyul) qırx dörd yaşında bu fani 

dünyaya vida etdi. 

Doğumu  və  nəsəbi:  Sultan  Əbu  Səid  Mirzənin  taxta  çıxdığı  il,  yəni 

855-ci ildə (=1451/2) doğuldu. Sultan Əbu Səid Mirzənin oğullarının ən bö-

yüyü  idi.  Anası  Orda  Buğa  Tarxanın  qızı  və  Dərviş  Məhəmməd  Tarxanın 

böyük bacısı və Mirzənin mötəbər arvadı idi. 



Xarici  görkəmi:  uzun  boylu,  qalın  saqqallı,  qırmızı  üzlü  və  kök  bir 

adamdı. Saqqalı yalnız çənəsində vardı, iki yanağı tüksüz idi. (18 b) Söhbəti 

çox  xoşdu.  Sarığını  zamanın  adətinə  görə  çar-piç  sarıyır  və  ucunu  da  bir 

azca qabağa, qaşının üstünə sallayırdı. 



Əxlaqı və xasiyyəti: hənəfi məzhəbindən, təmiz etiqadlı bir adam idi. 

Beş rükət namazını qılır və içdiyi zamanlarda da namazını buraxmazdı. Xo-

ca Übeydullah həzrətlərinin müridi idi. Hər zaman, xüsusilə xocanın söhbət-

                                                           

1

 Müçə "rütbə" və çərgə "dərəcə" sözlərinin açıqlaması üçün bax: Qeydlər və izahlar. 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



36 

lərində fövqəladə tərbiyəli idi. Dediklərinə görə, xocanın məclisində heç bir 

zaman dizini diziylə dəyişdirməmişdir. Bir dəfə xoca həzrətlərinin söhbətin-

də, adətinin tərsinə, ayağını dəyişdirərək oturmuşdu. Mirzə qalxdıqdan son-

ra xoca həzrətlərinin əmriylə oturduğu yerə baxmışlar, orada bir sümük var-

mış.  


Təhsil  almamışdı,  ümmi  idi.  Şəhərdə  böyüdüyü  halda,  sadə  və  bəsit 

geyinirdi.  Şeirdən  nəsibi  yox  idi.  Adildi.  Xoca  həzrətlərinin  də  hər  işdə  əli 

vardı,  önəmli  məsələlər  əksər  hallarda  şəriət  yoluyla  həll  edilirdi.  Heç  bir 

zaman  verdiyi  sözün  və  dediyinin  tərsinə  hərəkət  etməzdi.  Cəsur  idi.  Hər-

çənd  ki,  öz  əliylə  bir  iş  görməyə  fürsəti  olmadı,  ancaq  bəzi  müharibələrdə 

cəsarət göstərdiyi söylənir.  

Fövqəladə (19 a) dərəsədə gözəl ox atırdı. İlbasuna

1

 atdığı oxu və tir-



gəzi  az  hallarda  yan  keçirdi.  Balqabağı

2

 meydanın  o  biri  ucundan  rahatca 



vururdu. Sonralar kökələndə qırqovul və bildirçini  piyazi

ilə  vurmağa baş-



lamışdı və yenə çox azı hədəfə dəymirdi. Quşbaz bir adamdı, quşları çox və 

yaxşı  ovlayırdı.  Uluğ  bəy  Mirzədən  sonra  onun  qədər  quşbaz  bir  padşah 

yoxdur. 

Fövqəladə dərəcədə həyalı idi. Deyilənə görə, tək olanda da, yaxın qo-

humlarının və adamlarının yanında da ayağını örtürmüş. 

Möhkən  içən  idi.  İçməyə  başladığı  zaman  iyirmi-otuz  gün  dalbadal 

içir,  içmədiyi  zaman  da  iyirmi-otuz  gün  içmirdi.  Bəzən  içki  məclislərində 

heç qalxmadan gecə-gündüz otururdu. Şərab içmədiyi günlərdə kefsiz olur-

du.  Təbiətində  xəsislik  vardı.  Az  danışan  və  yumşaq  bir  adamdı.  İradəsi 

bəylərinin əlində idi. 



Meydan müharibələri: Sultan Əhməd Mirzə dörd meydan müharibə-

sinə girdi. Bir dəfə  Şeyx Camal Arğunun kiçık qardaşı Nemət Arğun ilə dö-

yüşdü və Zamin ətrafındakı Azar-Düzündə qalib gəldi. 

Bir dəfə də [qardaşı] Ömər Şeyx Mirzəyə Havasda qalib gəldi. 

Bir  dəfə  Daşkənd  civarındakı  Çir  çayının  sahilində  Sultan  Mahmud 

xanla çarpışdı. Düzdür, bu meydan müharibəsi deyildi. (19 b) Moğol axınçı-

larının  bir  neçəsi  onun  qoşununun  arxasından  gəlib  əsgərlərin  xırda-xuruş 

əşyasını  ələ  keçirmişdi,  bu  qədər  çox  əsgər  heç  bir  çarpışma  olmadığı  və 

düşmənlə qarşılaşmadığı halda vahiməyə qapıldı. Əsgərlərin çoxu Çir çayın-

da boğuldu. 

Bir dəfə  də  Heydər Göyəldaşla Yar-yaylaq ətrafında savaşdı  və  qalib 

gəldi. 


                                                           

1

 İlbasun: bu söz yırtıcı quşlar və sərçə kimi kiçik quşlar xaricində bütün ovlanan quş-



lara verilən ümumi addır.  

2

 Balqabaq  və Balqabaq meydanı:  təlim atışları üçün hədəf  olaraq balqabağa ox atılan 



meydan olmalıdır. İstanbulda da "Ox meydanı" adlı bir meydan mövcuddur.  

3

 Piyazi: bir silah növü.  



BABURNAMƏ 

 

37 



Torpaqları:  torpaqları  Səmərqənd  və  Buxara  idi.  Buraları  ona  atası 

vermişdi.  Şeyx  Camalın  Əbdülqüddüs  tərəfindən  öldürülməsindən  sonra  

Daşkəndi,  Şahruxiyyəni  və  Sayramı  da  almışdı.  Bu  yerləri  bir  müddət  öz 

əlində saxladı, sonra Daşkəndi və Sayramı kiçık qardaşı Ömər Şeyx Mirzə-

yə  vermişdi.  Xocənd  və  Ura-Təpə  də  bir  müddət  Sultan  Əhməd  Mirzənin 

idarəsində qaldı.  



UĢaqları:  iki  oğlu  olmuş,  ancaq  kiçık  ikən  ölmüşdü.  Beş  qızı  vardı, 

bunların dördü Qutuq bəyimdən idi. Onların ən böyüyü Qaragöz bəyim de-

dikləri Rəbiə Sultan bəyimdi və onu özü sağkən Sultan Mahmud xana ver-

mişdi. Rəbiə bəyimin xandan Baba xan adlı çox yaxşı bir oğlu olmuşdu. Öz-

bəklər  Xocənddə  Sultan  Mahmud  xanı  şəhid  edəndə  onu  və  onun  kimi  bir 

neçə  uşağı  da  öldürdülər.  Sultan  Mahmud  xanın  ölümündən  sonra  Rəbiə 

Sultan bəyim Cani bəy (20 a) Sultana ərə getdi. 

İkinci qızı Ağ bəyim dedikləri Səlihə Sultan bəyim idi. Sultan Əhməd 

Mirzənin ölümündən sonra [qardaşı] Sultan Mahmud Mirzə toy edərək onu 

böyük oğlu Sultan Məsud Mirzəyə aldı. Sonra Şah bəyim və Mehrinigar xa-

nımla birlikdə Kaşğara getdi. 

Üçüncü qızı Ayşə Sultan bəyim idi. Mən beş yaşında ikən Səmərqən-

də gələndə mənimlə nişanlamışdı. Sonra qazaxlıq zamanımda Xocəndə gəl-

miş və orada evlənmişdim. Səmərqəndi ikinci dəfə alanda bir qızımız oldu, 

amma uşaq bir neçə gün sonra tələf oldu. Daşkənd məğlubiyyətindən bir az 

əvvəl böyük bacısının təhriki ilə məndən ayrıldı. 

Dördüncü qızı Sultanım bəyimdi. Onu əvvəlcə Sultan Əli Mirzə, sonra 

Teymur Sultan, daha sonra isə Mehdi Sultan almışdı. 

Qızlarının ən kiçiyi Məsumə Sultan bəyim idi. Anası arğunlardan Sul-

tan  Arğunun  əmisi  qızı  Həbibə  Sultan  bəyim  idi.  Mən  Xorasana  gedəndə 

görmüş  və  xoşlandığım  üçün  elçi  göndərmişdim,  sonra  Kabilə  gətirdib  ev-

ləndim.  Bir  qızımız  oldu,  amma  onu  doğanda  Allahın  rəhmətinə  qovuşdu. 

Qıza anasının adı qoyuldu. 

Qadınları və cariyələri: qadınlarının biri ilkin Sultan Əbu Səid Mir-

zənin  istəmiş  olduğu  Mehrinigar  xanımdı.  Mehrinigar  xanım  Yunus  xanın 

böyük qızı və anamın doğma bacısı idi. (20 b) 

Biri də tarxanlardan idi və buna görə ona Tarxan bəyim deyirdilər. 

Digəri isə Qutuq bəyimdi və Tarxan bəyimin südbacısı idi. Sultan Əh-

məd  Mirzə  onu  sevərək  almışdı.  Fövqəladə  sevimli,  ancaq  çox  hökmlü  bir 

qadın idi. Şərab içirdi. O sağ ikən Sultan Əhməd Mirzə başqa qadınların ya-

nına getməzdi. Sonra onu öldürərək bədnamlıqdan qurtuldu.  

Qadınlarından biri də Termiz xanzadələrindən Xanzadə bəyimdi. Mən 

beş  yaşında Səmərqəndə Sultan Əhməd Mirzənin  hüzuruna gələndə  evlən-

mişdi. Hələ duvağı açılmamışdı. Türk adətincə, açmağımı buyurdular, mən 

də duvağı açdım.  



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



38 

Bir  digəri  də  Əhməd  Hacı  bəyin  nəvəsi  Lətifə  bəyim  idi.  Mirzədən 

sonra  Həmzə  Sultana  ərə  getmiş  və  ondan  üç  oğlu  olmuşdu.  Mən  Həmzə 

Sultanın və Teymur Sultanın komandanlığındakı sultanları məğlub edib Hi-

sarı alanda bu sultanzadələrlə birlikdə daha bir neçə sultanzadə əlimə keç-

mişdi. Hamısını azad elədim. 

Qadınlarından biri də Sultan Arğunun əmisi qızı Həbibə Sultan bəyim 

idi. 


Əmirləri: Cani bəy Dulday Sultan Məlik Kaşğarinin kiçık qardaşı idi. 

Sultan Əbu Səid  Mirzə Səmərqəndin  idarəsini və Sultan Əhməd Mirzə isə 

öz  eşik  ixtiyarlığını  (21  a)  ona  vermişdi.  Əxlaqı  və  xasiyyəti  qəribə  bir 

adammış. Haqqında qəribə rəvayətlər var. Məsələn, Səmərqənd hakimi ikən 

özbəklərdən bir elçi gəlibmiş. Bu elçi özbək ulusunda gücü-qüvvəti ilə məş-

hur imiş. Özbəklər qüvvətli adama bükə deyirlər. Cani bəy ona  «Bükəsən? 

Əgər bükəsənsə, gəl güləşək» deyibmiş. Elçi nə qədər eləsə də, Cani bəy əl 

çəkməyibmiş.  Nəhayət,  güləşiblərmiş  və  Cani  bəy  onu  yıxıbmış.  Cəsur  bir 

adam idi. 

Başqa bir əmiri Əhməd Hacı bəy idi. O, Sultan Məlik Kaşğarinin oğ-

lu  idi.  Sultan  Əbu  Səid  Mirzə  Heratın  idarəsini  bir  müddət  ona  vermişdi. 

Əmisi Cani bəy öldükdən sonra onun payəsini də verib Səmərqəndə göndər-

di. Xoş təbiətli və cəsur bir adam idı. Təxəllüsü Vəfai idi. Divanı var, şeir-

ləri pis deyil. Bu beyt onundur: 

Məstəm, ey möhtəsib

1

, imruz zi mən dəst bidar



Ehtisabəm biqun an ruz ki, yabi huşyar. 

Ey möhtəsib, sərxoşam, bugün məndən əl çək

Məni ayıq vaxtımda sorğuya çək. 

Mir  Əlişir  Nəvai  Heratdan  Səmərqəndə  gələndə  Əhməd  Hacı  bəylə 

bərabər  olurdu.  Sultan  Hüseyn  [Bayqara]  Mirzə  padşah  olduqdan  sonra  o, 

Herata getdi və orada böyük iltifat gördü. Əhməd Hacı bəy gözəl cins atlar 

bəsləyir (21 b) və minirdi. Bu atlar əsasən özünün yetişdirdiyi atlar idi. Cə-

sur bir adamdı, ancaq komandanlığı cəsarəti kimi deyildi. Qayğısızdı. İşini-

gücünü adamları idarə edirdi. Baysunqur Mirzə Buxarada Sultan Əli Mirzə 

ilə  vuruşub  məğlub  olanda  Əhməd  Hacı  bəy  də  əsir  düşdü  və  Dərviş  Mə-

həmməd Tarxanı öldürməkdə ittiham edilərək şərəfsiz bir şəkildə qətlə yeti-

rildu. 


Başqa bir əmiri DərviĢ Məhəmməd Tarxan Orda Buğa Tarxanın oğ-

lu və Sultan Əhməd Mirzə ilə Sultan Mahmud Mirzənin doğmaca dayısı idi. 

Mirzənin hüzurunda bütün bəylərin ən böyüyü və etibarlısı o idi. Müsəlman, 

                                                           

1

 Möhtəsib: o dövrün əxlaq polisi, yaxud bələdiyyə işlərinə baxan məmur. O, köməkçi-



ləri ilə birlikdə küçədə-bazarda gəzərək tacirlərin alıcıları aldatmamasına diqqət edir, özünü 

yaxşı aparmayan adamları yerindəcə şallaqla cəzalandırırdı.  

 


BABURNAMƏ 

 

39 



həlim  və  dərviş  bir  adam  idi.  Daima  Quran  yazırdı,  şahmatı  çox  və  yaxşı 

oynayırdı. Quşçuluq  elmini gözəl  bilir və  yaxşı  quş  ovlayırdı. Axırda Bay-

sunqur Mirzə ilə Sultan Əli Mirzənin qovğasında qoca yaşında bədnamlıqla 

öldü. 


Başqa bir əmiri  Əbdüləli Tarxan idi. O, Dərviş Məhəmməd Tarxanın 

yaxın qohumlarından idi. Baqi Tarxanın anası olan Dərviş Məhəmməd Tar-

xanın kiçık bacısı onun arvadı idi. Dərviş Məhəmməd Tarxan törə və rütbə 

baxımından  ondan  böyük  olsa  da,  bu  firon  onu  nəzərə  almırdı.  Buxaranın 

idarəsi  bir  neçə  il  (22  a)  onun  əlində  qaldı.  Adamlarının  sayı  üç  minə  çat-

mışdı. Onları yaxşı saxlayır, qayğı göstərirdi. Bəxşişi, hədiyyələri, divan və 

iş yerləri, ziyafətləri və məclisləri padşahlarınkı kimiydi, idarədə müqtədir, 

ancaq  zalım, fasiq  və  kibrli bir adam  idi. Şeybani  xan onun adamı deyildi, 

ancaq  çox  zaman  onunla  oturub-dururdu.  Kiçık  sultanzadələrin  çoxu  onun 

adamı  olmuşdu.  Şeybani  xanın  bu  dərəcədə  inkişafına  və  əski  sülalələrin 

batmasına Əbdüləli Tarxan səbəb oldu. 

Başqa bir əmiri Seyid Yusif Oğlaqçı idi. Babası moğoldan gəlmə idi. 

Atasını  Uluğ  bəy  Mirzə  yüksəltmişdi.  Fikir  və  tədbiri  olduqça  yaxşı  idi. 

Cəsarəti  də  vardı.  Yaxşı  qopuz  çalırdı.  Mən  Kabilə  gələndə,  o  mənim  ya-

nımdaydı. Ona iltifat göstərmişdim, gerçəkdən də buna layiq idi. Hindistan 

səfərinə çıxdığım ilk il Seyid Yusif bəyi Kabildə qoymuşdum. O zaman Al-

lahın rəhmətinə qovuşdu. 

Bir əmiri də DərviĢ  bəy idi. Teymur bəyin iltifat göstərdiyi  İgü Tey-

mur bəyin nəslindəndir. Xoca [Übeydullah] həzrətlərinin müridi idi. Musiqi 

elmini bilir, saz çalır və şeir (22 b) yazırdı. Sultan Əhməd Mirzə Çir çayı sa-

hilində məğlub olanda Çir çayında boğuldu. 

Başqa  bir  əmiri  Məhəmməd  Məzid  Tarxan  idi.  O,  Dərviş  Məhəm-

məd Tarxanın doğma və kiçık qardaşı idi. Bir neçə il Türküstan [şəhərinin] 

hakimi  oldu.  Şeybani  xan  Türküstanı  ondan  aldı.  Fikir  və  tədbiri  yaxşı  idi. 

Heç bir şeydən qorxmayan, fasiq bir adamdı. Səmərqəndi ikinci və üçüncü 

dəfə  alanda mənim  yanıma  gəlmişdi.  Mən də  ona çox iltifat  göstərmişdim. 

Göl-Məlik müharibəsində öldü. 

Bir əmiri də Baqi  Tarxan  idi. Əbdüləli Tarxanın oğlu və Sultan Əh-

məd  Mirzənin  əmisi  oğlu  idi.  Atasından  sonra  Buxaranı  ona  vermişdilər. 

Sultan Əli Mirzə zamanında çox yüksəlmiş, adamlarının sayı beş-altı minə 

çatmışdı. Sultan Əli Mirzəyə o qədər bağlı deyildi. Şeybani xan ilə Qaleyi-

Dəbusidə vuruşaraq yenildi və Şeybani xan bu qələbədən sonra Buxara üzə-

rinə hücuma keçərək oranı tutdu. 

Quş ovuna çox müştaq idi. Yeddi yüz ov quşu olduğu söylənir. Diqqə-

təlayiq bir əxlaqı və xasiyyəti yoxdu. Bir zadəgan olaraq nemət içində böyü-

müşdü. Atasının Şeybani xana çox yaxşılığı dəymişdi, buna güvənərək onun 

hüzuruna getmişdi. Ancaq o haqq itirən və mürvətsiz adam bu yaxşılıqların 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



40 

əvəzində (23  a) ona heç nə etmədi, hörmət  və iltifat  göstərmədi.  Həqir və 

etibarsız bir vəziyyətdə Axsi vilayətində vəfat etdi. 

Başqa bir əmiri olan Sultan Hüseyn Arğun bir neçə dəfə Qaragöl ha-

kimi olduğu üçün Sultan Hüseyn Qaragöli deyə anılırdı. Fikir və tədbiri çox 

yaxşı idi. Mənim yanımda da uzun müddət olmuşdu. 



Qul Məhəmməd Buğda koçin idi, cəsarətli bir adamdı. 

Başqa bir əmiri olan Əbdülkərim EĢrit uyğur idi. Sultan Əhməd Mir-

zənin yanında eşik ağası idi. Cömərd və cəsur bir adam idi. 

Sultan  Əhməd  Mirzənin  ölümündən  sonra  bəyləri  ittifaq  edərək  dağ 

yolundan  Sultan  Mahmud  Mirzəyə  adam  göndərdilər  və  onu  dəvət  etdilər. 

Sultan  Əbu  Səid  Mirzənin  böyük  qardaşı  Mənuçöhr  Mirzənin  oğlu  Məlik 

Məhəmməd Mirzə səltənət iddiası ilə bir neçə sərsərini başına yığıb ordudan 

ayrıldı. Səmərqəndə gəldi, ancaq heç nə əldə edə bilmədi, yalnız özünün və 

bir neçə günahsız şahzadənin ölümünə səbəb oldu. 

 

SULTAN MAHMUD MĠRZƏNĠN 



SƏMƏRQƏND TAXTINA ÇIXMASI 

 

Sultan Mahmud Mirzə bu xəbəri alan kimi dərhal Səmərqəndə gələrək 



heç bir əziyyət və zəhmət çəkmədən taxta oturdu. 

Aşağı və yüksək təbəqəyə mənsub əsgərin və xalqın çoxu elədiyi bir 

çox işdən dolayı Sultan Mahmud Mirzəyə nifrət etdilər və qaçıb dağıldılar. 

Bu işlərdən biri budur: əvvəlcə bəhs edilən Məlik Məhəmməd Mirzə (23 b) 

onun əmisinin oğlu, özünün də kürəkəni idi. Sultan Mahmud Mirzə onu di-

gər dörd mirzə ilə birlikdə Göy saraya çıxarmışdı. İkisinin həyatını bağışla-

yıb Məlik Məhəmməd Mirzə ilə digər bir mirzəni asdı. Bunların bəziləri za-

tən padşah olacaq adamlar deyildi və belə bir iddiaya da heç zaman düşmə-

mişdilər. Düzdür, Məlik Məhəmməd Mirzədə bir az qəbahət vardı, ancaq di-

gərlərinin heç bir suçu və xətası yox idi. 

Sultan Mahmud Mirzənin nizam-intizamı və idarəçiliyi çox yaxşı idi. 

Ədalətli  idi.  Siyaq  elmini  [maliyyə-hesab  işi]  bilirdi.  Ancaq  zülm  və  fisqə 

mail idi. Səmərqəndə girəndə yeni qayda və nizamlar, mükəlləfiyyət və ver-

gilər  qoymağa  başladı.  Əvvəllər  kasıblar  və  dilənçilər  Xoca  Übeydullah 

həzrətlərinin  adamlarının  himayəsinə  sığınaraq  zülm  və  təcavüzdən  qurtu-

lurdu. İndi isə sığınanlar bir yana, şəxsən onlara qarşı da təcavüz və təzyiq 

göstərməyə başladılar; hətta bu təcavüz və şiddət Xocanın öz övladlarından 

da yan keçmədi. 

Özü zalım və fasiq olduğu kimi, bəyləri və adamları da zalım və fasiq 

idi. Hisar xalqı, özəlliklə də Xosrov şaha mənsub olanlar daima içməklə və 

zina ilə məşğul olurdular. O dərəcədə ki, bir gün Xosrov şahın adamlarından 

biri bir kişinin arvadını alıb götürmüş və qadının (24 a) əri Xosrov şahın ya-



BABURNAMƏ 

 

41 



nına gəlib şikayət edərək ədalət tələb etmişdi. Xosrov şah da ona bu cavabı 

vermişdi:  «Neçə  ildir  bu  qadın  səninlə  bərabər  idi,  qoy  bir  neçə  gün  də 

onunla bərabər olsun». 

Şəhər  əhalisinin,  əsnafın  və  əsgərlərin  uşaqları  zorla  çöhrə

1

 edilmək 



qorxusu  altında  evdən  bayıra  çıxmazdı.  Səmərqənd  əhalisi  Sultan  Əhməd 

Mirzənin iyirmi-iyirmi beş il sürən səltənəti zamanında bolluq içində və ra-

hat  yaşamışdı.  İşlərin  çoxu  Xoca  [Übeydullah]  həzrətləri  tərəfindən  doğ-

ruluqla və şəriətə uyğun olaraq həll edilirdi. Bu zülm və fəsad üzündən əha-

linin canı və könlü rəncidə oldu. Böyük və kiçık, fəqir və miskin hamı lənət 

və bəddua üçün əl götürüb ağız açdı. 

Həzər kon zərdi dər onhayi-rəş, 

Ki rüşti dər an aqibət sər künəd.  

Bəhəm bər məzan to təvani-dili 

Ki ahi-cənahi bəhəm bər zənəd*. 

 

Yaralı könüllərin dərdindən qorx,  

Çünki könlünün yarası nəhayət zühur edər;  

Əlindən gəldiyi qədər bir könülü incitmə, 

Çünki bir ah bir dünyanı alt-üst edər. 

Sultan  Mahmud  Mirzə  bu  zülm  və  fəsad  üzündən  Səmərqənddə  beş-

altı aydan artıq hökm sürmədi.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



                                                           

1

 Çöhrə: əslində, "üz, gözəl üz" anlamına gələn deyim burada "oğlan" mənası daşıyır.   



* Şeir Sədi Şirazinin  Gülüstan adlı əsərindən alınmışdır. 

 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



42 

 

 



 

 

 



 

 

 



 

FƏRQANƏ - 900 (2 OKTYABR 1494 - 21 SENTYABR 1495) 

 

DOQQUZ YÜZÜNCÜ ĠLĠN HADĠSƏLƏRĠ 

 

Mənim yanıma [Baburun əmisi] Sultan Mahmud Mirzədən Əbdülqüd-

düs bəy adlı bir elçi gəldi. Sultan Mahmud Mirzənin böyük oğlu Sultan Mə-

sud  Mirzə  ilə  böyük  qardaşı  Sultan  Əhməd  Mirzənin  Ağ  bəyim  [Səlihə 

Sultan bəyim] adlı ikinci qızının mərasimlə keçirilən toy hədiyyəsini gətirdi. 

Altın və gümüşdən badam və fıstıqlar düzəltmişdilər. 

Bu gələn elçinin Həsən Yaqubla qohumluğu varmış və bəzi şeylər vəd 

edərək onu [Sultan Mahmud] Mirzənin tərəfinə keçirmək istəyirmiş. (24  b) 

Həsən  Yaqub  qeyri-müəyyən  cavab  verdi,  hətta  bu  işə  könlü  varmış  kimi 

görünüb elçini  yola saldı. Beş-altı ay sonra Həsən Yaqubun rəftarı dəyişdi, 

ətrafındakılara və digər adamlara qarşı pis münasibət göstərməyə başladı. İşi 

o  dərəcə  irərli  götürdü  ki,  məni  uzaqlaşdıraraq  yerimə  [Baburun  kiçık  qar-

daşı] Cahangir Mirzəni  padşah etmək istədi. Həsən Yaqubun digər əmirlər 

və sipahilərlə

1

 də arası yaxşı deyildi. Onun bu fikrini hamı başa düşmüşdü. 



Xoca [Mövlana] qazı, Qasım Koçin, Əli Dost Tağayi, Uzun Həsən və mə-

nim  tərəfimi  tutan  digər  adamlar  nənəm  İsən  Dövlət  bəyimin  yanında  top-

laşdılar və onun yaratdığı qarışıqlığa son vermək üçün Həsən Yaqubu vəzi-

fələrindən çıxarmağı qərara aldılar. 

Qadınlar arasında fikir və tədbir xüsusunda nənəm İsən Dövlət bəyim 

kimi  bir  qadın  az  tapılardı.  Fövqəladə  ağıllı  və  tədbirli  idi.  İşlərin  çoxu 

onunla məsləhətləşdikdən sonra görülürdü. 

Həsən  Yaqub  ərkdə  idi.  Anam  və  nənəm  İsən  Dövlət  bəyim  dış  kur-

qanda,  bürcdə  idi.  Qərarın  yerinə  yetirilməsi  üçün  ərkə  getdim.  Həsən  Ya-

qub quş ovuna çıxmışdı, amma vəziyyəti xəbər aldı və geri dönmədən Sə-

mərqənd (25  a) tərəfinə  getdi. Onunla birlikdə hərəkət edən bütün adamlar 

və  bəylər  yaxalandı.  Bunlar  arasında  Məhəmməd  Bakir  bəy,  Sultan  Mə-

                                                           

1

 Sipahi və sipahilik: atlı əsgər və bu hərbi qrupa mənsub olanlar və onların gördükləri 



işi ifadə etmək üçün işlənən termin.  

 


BABURNAMƏ 

 

43 



həmməd Duldayın atası Sultan Mahmud Dulday və bir neçə kişi daha vardı, 

onlardan  bəzilərinin  Səmərqəndə  getməsinə  izin  verildi.  Eşik  ixtiyarlığı  və 

Əndicanın idarəsinin Qasım Kuçinə tapşırılması qərara alındı. 

Həsən Yaqub Səmərqənd yolunda Kəndi-Badama qədər varmışdı. Bir 

neçə gün sonra pis niyyətlərlə Axsiyə hərəkət edərək Hukan civarına gəldi. 

Bunu  xəbər  alınca  bəzi  bəylər  və  igidlər  onun  üzərinə  axınçı  olaraq  gön-

dərildi. Bu axınçı bəylər də özlərindən əvvəl bir dəstə igidi önçü olaraq gön-

dərdilər. Həsən Yaqub bunu xəbər alınca, gecə önçü olaraq göndərilmiş bu 

igidlərin  üstünə  yürüyüb  onları  ox  yağmuruna  tutdu.  Ancaq  qaranlıqda  öz 

adamlarının oxu Həsən Yaqubun kürəyinə saplandı və qaça bilmədən əməli-

nin cəzasını çəkdi. 

Çü bəd kərdi məbaş əmin zi afat 

Ki vacib şod təbiətra mükafat.  

Pislik edəndə bəladan qurtulacağını sanma, 

Çünki təbiətdə qarşılıq vacibdir.  

Bu il şübhəli yeməklərdən özümü qorumağa başladım. Bıçaqdan, qa-

şıqdan  masa  örtüsünə  qədər  hər  şeyə  qarşı  tədbirli  davranırdım.  Gecə  na-

mazlarını da daha az (25 b) buraxırdım. 

Rəbiülaxır ayında [=30 dekabr 1494-27 yanvar 1495] Sultan Mahmud 

Mirzə ağır bir xəstəliyə tutularaq altı  gün içində  vəfat etdi, qırx üç  yaşında 

idi. 

 

SULTAN MAHMUD MĠRZƏ 



 

Doğumu və nəsəbi: 857-ci ildə [=1453] doğulmuşdu. Sultan Əbu Sə-

id Mirzənin üçüncü oğlu və Sultan Əhməd Mirzənin doğma qardaşı idi. 



Xarici görkəmi: qısa boylu, seyrək saqqallı, şişman və bir az da yön-

dəmsiz bir adam idi. 



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin