30
Ehtimal edilən itkilərin kompleks təhlili zaman riskin qiymətləndirilməsi üçün
riskin bütün mənbələri və onlardan üstün olanları müəyyən edilməlidir.
Ehtimal
edilən itkilər a) təyin edilən və ya əsas itkilərə və b) əlavə itkilərə bölünürlər. Adətən,
riskin kəmiyyətcə qiymətləndirilməsində əlavə itkilər nəzərə alınmır.
Risk yaradan əsas amillərə a) xarici mühitin təhdidləri və məhdudiyyətləri;
b) fors-major hadisələr, müəssisədaxili təhdidlər, heyətin bacarıqsızlığı, tərəfdaşların
vicdansız və tutarsız hərəkətləri aiddir.
Xarici mühitin ciddi təhlükə törədən təhdid və məhdudiyyətləri mütləq nəzərə
alınmalıdır. Xarici təhdidlərə mütəşəkkil cinayətkarlıq, reketçilik, ayrı-ayrı şəxslərin
cinayətkar və fırıldaqçı hərəkətləri, haqsız rəqabət və bu kimi digər fəaliyyətlər
aiddir. Xarici mühitin məhdudiyyətləri, məsələn, siyasi, demoqrafik və iqtisadi mühit
amilləri bir sıra hallarda müəssisənin bazar fəaliyyətinə əngəl törədir.
Sahibkarlıq riskinin yaratdığı itkilərin hesablanmasında
müxtəlif metodlardan
istifadə edilir. Məsələn, ehtimal edilən itkinin həcmi aşağıdakı düsturdan istifadə
etməklə hesablanır:
u
a
i
q
e
H
Q
M
M
I
(1.8)
burada:
q
M - məhsul vahidinin satış qiyməti;
i
M
- məhsulun ehtimal edilən azalmasının ümumi həcmi;
a
O
- məhsul vahidinin qiymətinin ehtimal edilən azalması;
u
H
- istehsal və realizə edilməsi nəzərdə tutlan məhsulun ümumi
həcmidir.
Düsturdakı birinci toplanan əmək məhsuldarlığı, avadanlıqların boş dayanması,
iş vaxtı itkisi və bu kimi digər amillər nəticəsində məhsul istehsalı və realizasiyasının
azalmasının yaratdığı itkilərin həcmini ifadə edir. İkinci toplanan isə müəyyən
səbəblərdən, məsələn, bazar konyunkturasının dəyişməsi səbəbindən məhsulun
ucuzlaşması nəticəsində yaranan itkilərin həcmini xarakterizə edir.
Xammal və material, yanacaq, elektrik enerjisinin sərfində yol verilən israfçılıq
nəticəsində yaranan itkilərin həcmi aşağıdakı düsturun köməyilə müəyyən edilir:
31
n
1
i
i
i
i
IR
RO
I
(1.9)
burada:
i
RO
- i növ material resursu vahidinin qiyməti;
i
IR
- i növ material resursunun sərfində yol verilən israfçılığın həcmi;
i – material resursların sayıdır.
Nəqliyyat tariflərinin, məhsul satışının, əmək haqqının, aksizlərin, vergi stavka-
larının və ödənişlərinin və təbii itkilərin artması nəticəsində yaranan itkilərin həcmi
faktiki xərclərin normativ xərclərlə müqayisə edilməsi
yolu ilə birbaşa hesablama
metodu ilə müəyyən olunur.
Marketinq. Marketinq bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən
müəssisələrin istehsal-təsərrüfat fəaliyyətinin mühüm tərkib hissəsidir. Marketinq
müəssisənin məhsul istehsalının və xidmətin göstərilməsinin bazarın tələbatına
uyğunlaşdırılmasına yönəldiyindən o, müəssisənin menecmentinin funksiyalarından
biridir. Bu baxımdan marketinq müəssisənin digər funksiyaları: maliyyənin,
istehsalın və kadrların idarə edilməsi idarə edilməsi ilə yanaşı,
onun idarə
edilməsində mühüm yer tutur. Marketinqin vəzifəsi müəssisənin istehsal-satış
fəaliyyətini bazarın tələbatına uyğunlaşdırmaqla onun bütün növ korporativ
resurslarından istifadənin effektliliyinin yüksəldilməsidir.
Marketinqin instrumentariyasını istehsal edilən məhsulların (göstərilən, yerinə
yetirilən xidmətin) istehlakçıların tələbatına uyğunlaşdırılmasına yönəlik tədbirlər
sistemi kimi təsvir etmək olar. Marketinqdən müəssisənin bazar uğuru qazanması
məqsədi ilə istifadə edilməsi bazar münasibətləri şəraitində idarəetmənin konseptual
imkanları ilə müşaiyət olunmalıdır. Bu, marketinqin bazar idarəetmə nəzəriyyəsi
olduğunu ifadə edir və özündə bütün növ resurslardan səmərəli istifadə edilməsi ilə
yanaşı müəssisənin fəaliyyətinin effektliliyinin bazarın inkişafından, onun
vəziyyətindən, tələbatın həcmindən və s. asılı olduğunu göstərir.
Müəssisədə marketinqin idarə edilməsi müəssisənin məqsəd (və
ya məqsəd-
lərinə) nail ounması üçün hədəf istehlakçıları ilə münasibətlərin yaradılması və
qorunub saxlanmasına yönəlik proqramın hazırlanmasını, onun realizasiyasını, ona