Zeynalova Ülkər İlham qızı “Müəssisələrin iqtisadi təhlükəsizliyinin təmin edilməsində strateji marketinqin tətbiq edilməsi”



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə8/21
tarix08.01.2023
ölçüsü1,02 Mb.
#78746
1   ...   4   5   6   7   8   9   10   11   ...   21
Zeynalova-lk-r-lham-q-z-

İnformasiya təhlükəsizliyi və sənaye casusluğu. Bazar münasibətləri şəraitində 
ideya, məxfi informasiya və deməli, kommersiya sirri mənfəət, fayda əldə etmək 
deməkdir. Müəssisənin uğurlu bazar fəaliyyəti göstərmə qabiliyyəti həlledici 
dərəcədə kommersiya sirrinin mühafizə və ya müdafiə olunma səviyyəsindən asılıdır. 
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə kommersiya sirri üçüncü şəxsə 
məlum olmaması, qanuni əsaslarla onun əldə edilməsinin mümkün olmaması və 
informasiyanın sahibi onu lazımi dərəcədə qoruduğundan əlçatan olmaması 
səbəbindən real və ya potensial kommersiya dəyərliliyi olan informasiyadır. 
Kommersiya sirrinin qorunması probleminə yanaşmada əsas mühakimə onun 
mülkiyyət və dəyərliliyə malik olmasıdır. Bu problemin həll edilməsi üçün, birincisi, 
müəssisədə dövr edən hansı məlumatın kommersiya sirri olduğunu müəyyən etmək, 
ikincisi, kommersiya sirrinin mühafizəsi üzrə tədbirlərin işlənib hazırlanması 
lazımdır. 
Bazar münasibətlərinə keçid iqtisadi təhlükəsizlik üzrə mütəxəssislərdən yeni, 
lakin yaxın bir fəaliyyət sahəsinə - kommersiya sirrinin qorunmasına istiqamətlən-
mək bacarığı tələb etdi. Kommersiya sirrinin qorunmasının əsas, başlıca cəhəti 
məlumatın və onu təşkil edən elementlərin alğı-satqı predmeti, tamahkarlıq predmeti 
olmasıdır. Məlumatın məhsul olması keyfiyyətinə malik olması üçün ondan sərbəst 
istifadə edilməsi məhdudlaşdırılmalıdır, yəni müstəsna olaraq məlumatlar onu 
qiymətləndirən, ondan istifadə edilməsi hüdudlarını və imkanlarını müəyyən edən, 
həmçinin onların qorunmasını təşkil edən və onlara sərancam verə bilən mülkiyyət-
çisinə məxsus olmalıdır. Şübhəsizdir ki, bazar münasibətləri mütləq müəssisələr 
arasındakı rəqabəti gücləndirir. Xarici ölkələrin təcrübəsi göstərir ki, kommersiya 
sirrini mühafizə edə bilməyənlər mümkün satışının 30%-ni itirir və ya müflis olur. 
Bəzi məlumatlara görə texnoloji və işgüzar sirlər səbəbindən ABŞ biznesinə dəyən 
ziyanın illik həcmi 40 milyard $ təşkil edir. 
Tədqiqatçılar xüsusi informasiyanın texnoloji (elmi-tədqiqat və təcrübə 
konstruktor işləri, texnologiya, idarəetmə) və işgüzar (kommersiya-maliyyə) növü-


28 
nün olduğunu qeyd edirlər. Bu məfhumlardan yalnız onlar sadə olduğuna və 
müəyyən məna kəsb etdiyinə görə deyil, həm də onların hər birinin müxtəlif növləri 
və özünə məxsus xüsusiyyətləri olduğuna görə istifadə edilir. Xüsusi informasiya 
kommersiya informasiyası olduqda və onun mühafizəsi və realizsiyasının effektli 
üsulları hazırlandıqda bu bölgü xüsusilə faydalıdır. 
Texnoloji informasiya bu və ya digər avadanlıqla, dizaynla, kimyəvi tərkibi 
(formulu) və ya istehsal üsülu ilə müəyyən edilə bilər. Bunların bəziləri patentləş-
dirilə bilər. Bütün bunlar “texnologiya” kateqoriyasının təsir dairəsinə düşür və onun 
əks izahı yoxdur, yəni heç də bütün texnoloji informasiyalar patentləşdirilmir. Həqi-
qətən də çoxlu sayda ideyalar, məsələn, “nou-hau” xüsusi informasiya olmasına 
baxmayaraq patenləşdirilmir. Texnoloji informasiya işgüzar informasiyadan tətbiqi 
sferasına görə də fərqlənir. İşgüzar informasiya, müştərilərin siyahısı, müəssisənin 
marketinq planı, məhsulun rəqabətqabiliyyətliliyi və s. daha çox biznes və rəqabətlə 
əlaqəlidir.
Beləliklə, xüsusi informasiya bütünlüklə konkret bir müəssisəyə məxsus olmasa 
belə onun üçün kommersiya baxımından qiymətli olan informasiyadır. Bir sıra 
hallarda bir neçə yerdən götürülmüş və hamıya məlum olan ideya kommersiya 
baxımından qiymətli olan informasiyanın bənzərsiz (unikal) kombinasiyasını təşkil 
edir. Bəzi hallarda bu informasiyanın heç bir xərc çəkmədən və ya cüzi xərclərlə əldə 
edilməsinin mümkün olmasına baxmayaraq o, rəqiblərlə müqayisədə ona malik olan 
müəssisəyə rəqabət üstünlüyü əldə etməyə imkan verir. 
Kommersiya informasiyasının bir növü də rəqibləri və onun fəaliyyətini 
xarakterizə edən informasiyadır. Rəqiblərin fəaliyyəti haqqında konfidensial 
informasiyanın əldə edilməsinin coxsaylı üsulları vardır. Şərti olaraq bu üsulları 2 
qrupa: qanuni və qeyri-qanuni üsullara bölmək olar. Qanuni metodlara a) nəşr edilən 
mənbələr; b) rəqiblərin təşkil etdikləri yarmarkalarda, sərgilərdə iştirak etmə; c) rəqib 
müəssisələrin məhsullarının əldə edilməsi və onların tədqiqi aiddir. Qeyri-qanuni 
metodlara informasiyanın: a) rəqib müəssisələrin mütəxəssislərindən “söz çəkməklə” 
əldə ediməsi; b) aparıcı mütəxəssisləri aldatmaqla və ya tovlamaqla əldə edilməsi; c) 


29 
rəqiblərin əsas şöbələrinin işçilərinin rüşvətlə və ya bəxşişlə ələ alınması yolu ilə əldə 
edilməsi; d) məhsulun çertyojlarının, sənədlərinin və nümunələrinin oğurlanması 
yolu ilə əldə edilməsi; e) dövlət məmurlarından qeyri-qanuni yollarla əldə edilməsi 
və s. aiddir. 
Beləliklə, müəssisənin informasiya təhlükəsizliyi dedikdə onun rəhbərliyinin və 
əməkdaşlarının və müəssisənin fəaliyyət göstərdiyi xarici mühitin məlumatlılıq 
səviyyəsini təmin edən informasiya resurslarının və informasiya vasitələrinin 
vəziyyəti, həmçinin daxili və xarici təhdidlərdən həmin resursların və vasitələrin 
qorunması başa düşülür. 

Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin