Zeynalova Ülkər İlham qızı “Müəssisələrin iqtisadi təhlükəsizliyinin təmin edilməsində strateji marketinqin tətbiq edilməsi”



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə4/21
tarix08.01.2023
ölçüsü1,02 Mb.
#78746
1   2   3   4   5   6   7   8   9   ...   21
Zeynalova-lk-r-lham-q-z-

Tədqiqatın elmi yenilikləri. Tədqiqatın elmi yenilikləri aşağıdakılardır: 
- təhlükəsizlik elementlərini nəzərə almaqla iqtisadi təhlükəsizlik anlayışının 
dəqiqləşdirilməsi; 
- müəssisənin iqtisadi təhlükəsizliyinin vəziyyətinin qiymətləndirilməsinin 
mövcud göstəricilərindən fərqli olaraq istehsalın aktivliyini, maliyyə vəziyyətini və 
sosial inkişafı xarakterizə edən göstəriciləri, bazar göstəricilərini əhatə edən 
göstəricilər sisteminin formalaşdırılması; 
- iqtisadi təhlükəsizliyin səviyyəsini tam və ətraflı qiymətləndirməyə, 
müəssisənin inkişafının çoxsaylı alternativ variantlarını modelləşdirməyə və iqtisadi 



təhlükəsizliyin optimal səviyyəsini müəyyən etməyə imkan verən struktur-məntiq 
modelinin hazırlanması; 
- müəssisənin iqtisadi təhlükəsizliyinin vəziyyətinin ekspres qiymətləndirmə 
metodunun və monitorinq sisteminin hazırlanması. 
Tədqiqatın praktiki əhəmiyyəti. Tədqiqat işinin praktikaya tətbiqi 
müəssisənin iqtisadi təhlükəsizliyinə dair hərtərəfli əsaslandırılmış idarəetmə 
qərarları qəbul etməyə, iqtisadi təhlükəsizliyin optimal səviyyəsini müəyyən etməyə 
və müəssisənin dayanıqlı inkişafına nail olmağa imkan verəcəkdir. 



Fəsil I. İqtisadi təhlükəsizlik konsepsiyası və strategiyası 
1.1. İqtisadi təhlükəsizlik bazar iqtisadiyyatı kateqoriyası kimi 
Hal-hazırda iqtisadi təhlükəsizlik iqtisadi asılılıq və müstəqillik, sabitlik və 
qeyri-sabitlik, iqtisadi təzyiq, şantaj, məcbur etmə və aqressiya kateqoriyaları ilə sıx 
əlaqəli olan kateqoriya kimi qəbul edilir. Rus alimi E. N. Pozdnyakov iqtisadi təhlü-
kəsizliyi belə izah etmişdir: “İqtisadi təhlükəsizlik müəyyən hadisə nəticəsində bazar 
subyektlərinə (dövlətə, ayrı-ayrı regiona, müəssisəyə və ya fərdlərə) vurulan zərərdən 
və ya ziyandan müdafiə olunmadır” [19]. 
İqtisadi ədəbiyyatda iqtisadi təhlükəsizliyin 4 səviyyəsi: 1) beynəlxalq (qlobal 
və ya regional) təhlükəsizlik, 2) milli təhlükəsizlik, 3) lokal (ölkə daxilində regional 
və ya sahəvi) və 4) xüsusi (müəssisə və şəxsi) təhlükəsizlik səviyyələri qeyd olunur. 
Beynəlxalq təhlükəsizlik dedikdə heç bir xarici təzyiqə məruz qalmadan və bir-
birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı anlaşma və qarşılıqlı sərfəli əməkdaşlıq 
prinsiplərinə əsaslanmaqla dünya dövlətlərinin hər birinə müstəqil surətdə sosial və 
iqtisadi inkişaf strategiyası seçməyə və həyata keçirməyə imkan verən paktların, 
sazişlərin, razılaşmaların və yan-yana yaşamanın beynəlxalq hüquqi şərtləri 
kompleksi başa düşülür. 
Milli təhlükəsizlik – iqtisadiyyatın, ölkənin milli maraqlarının zəmanətli 
müdafiəsini, harmonik dayanıqlı sosial istiqamətli inkişafını, hətta xarici və daxili 
proseslərin əlverişsiz olduğu situasiyalarda belə kafi səviyyədə istehsal və müdafiə 
potensialını təmin edən vəziyyətidir. İstehsalın inteqrasiyası baş verdiyi hallarda milli 
təhlükəsizlik beynəlxalq təhlükəsizlik məsələsi ilə daha çox qarışır. 
Xüsusi və ya şəxsi təhlükəsizlik hüquqi, istehsal və ya təşkilati əlaqələrin, maddi 
və intellektual resursların stabil fəaliyyət göstərməsini, maliyyə-kommersiya uğuru 
qazanılmasını, elmi-texniki tərəqqiyə və sosial inkişafa nail olunmasını təmin edən 
vəziyyətidir. 
Ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi dövlətin ən vacib 
funksiyalarından biridir. Iqtisadi təhlükəsizlik problemi cəmiyyətin inkişafının hər bir 
mərhələsində iqtisadi inkişafın törəməsi kimi müəyyən olunur. Belə ki, bu problemin 



konkret məzmunu və mahiyyəti cəmiyyətin inkişafının hər bir mərhələsində 
formalaşan situasiya ilə müəyyən olunur. Ölkəmizin iqtisadi təhlükəsizliyinin təmin 
edilməsinin səciyyəvi problemləri burada formalaşmış sosial-iqtisadi situasiya ilə 
şərtlənir. 
“Milli təhlükəsizlik” anlayışı ilə yanaşı “iqtisadi təhlükəsizlik” anlayışı da 
müasir cəmiyyətin daxili və xarici siyasətinin ayrılmaz tərkib hissəsidir. Çünki 
iqtisadiyyat cəmiyyətin, dövlətin və fərdin fəaliyyətinin həyati vacib tərəfi 
olduğundan iqtisadiyytın həyat qabiliyyətliliyi, mümkün daxili və xarici təhlükələr 
yarandığı hallarda onun dayanıqlılığı qiymətləndirilmədiyi halda milli təhlükəsizlik 
anlayışı heç bir şeyi ifadə etmir. Onu da qeyd etmək lazımdır ki, müdafiə, 
informasiya, ekoloji, ərzaq, enerji və s. təhlükəsizlik məsələlərini də əhatə etdiyindən 
“milli təhlükəsizlik” məfhumu “iqtisadi təhlükəsizlik” anlayışından kifayət qədər 
geniş anlayışdır. 
Ölkəmizin iqtisadi sisteminin fəaliyyətinin müasir bazar şərtləri iqtisadi 
təhlükəsizlik problemini aktual bir problemə çevirmişdir. Ölkəmizin iqtisadiyyatının 
planlı və ya mərkəzləşdirilmiş inzibati-amirlik sistemindən bazar münasibətlərinə 
keçidi bir sıra neqativ amillərlə müşayiət olunur. Bunlara ilk növbədə qanun-
vericiliyin mükəmməl olmaması, siyasi, iqtisadi və cəmiyyətin həyatının sosial tərəf-
lərinin qeyri-stabilliyi və ən başlıcası, ölkənin gələcək inkişafının qeyri-müəyyənliyi 
aiddir. Buna görə də həm fəaliyyətin stabilliyinin, bütünlükdə cəmiyyətin maraqları 
naminə mənfəətin artırılmasının, həm də ölkənin iqtisadi sisteminin əsası olan müəs-
sisənin maraqlarının gözlənilməsinin təminatı olan iqtisadi təhlükəsizlik probleminin 
öyrənilməsi zərurəti meydan çıxır. 
Müəssisəyə təsərrüfatçılığın müstəqil subyekti kimi yanaşıldıqda iqtisadi 
təhlükəsizlik onun fəaliyyətinin stabilliyini, maliyyə-kommersiya uğurunu, elmi-
texnili tərəqqini və sosial inkişafını təmin edən hüquqi, iqtisadi münasibətlər, təşkilati 
əlaqələr, maddi və intellektual resursların müasir vəziyyəti vasitəsi kimi çıxış edir. 
Bunlar həm də iqtisadi təhlükəsizlik sisteminin idarə edilməsinin təhlilini, tərtib və 
idarə edilməsini şərtləndirir. 



Qeyd etmək lazımdır ki, müəssisənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi 
üzrə kompleks proqram hələ kifayət qədər işlənib hazırlanmamışdır. İqtisadi 
ədəbiyyatda müəssisənin iqtisadi təhlükəsizliyinin ən çox sosial-iqtisadi sistem 
baxımdan nəzərdən keçirilməsi təklif edilir [17]. Bu halda sistemin fəaliyyəti üçün 
təhlükə yaradan hadisələri bu fəaliyyətə neqativ təsir edən amillər kimi ifadə etmək 
və bu amillərin müəssisənin iş qabiliyyətinə təsir səviyyəsini müəyyənləşdirmək
olar. Ənənəvi olaraq iqtisadi təhlükəsizlik sosial-iqtisadi sistemin mühüm keyfiyyət 
xarakteristikası kimi nəzərdən keçirilir. 
Iqtisadi təhlükəsizlik aşağıdakı 3 mühüm elementdən ibarət mürəkkəb struktura 
malikdir: 
1. İqtisadi müstəqillik (təsərrüfatçılıq fəaliyyətində sərbəstlik və seçim 
azadlığı). Bu element a) istehsal, əmək və digər resurslara nəzarət edilməsi imkanını, 
b) istehsalın, effektliliyinin və məhsulun keyfiyyətinin müəssisənin rəqabət 
qabiliyyətliliyini təmin edən səviyyəsinə, həmçinin müəssisəyə daxili və xarici 
bazarlarda, kooperasiya əlaqələrində və elmi-texniki nailiyyətlərin mübadiləsində 
bərabər hüquqlu tərəfdaş kimi iştirak etməsinə imkan verən səviyyəsinə nail 
olunmasını nəzərdə tutur. 
2. Mülkiyyət formasından asılı olmayaraq əmlakın müdafiəsini, işgüzar aktivlik 
üçün şərait və təminat yaradan şəraitin yaradılmasını, situasiyanı destabilizasiya edən 
amilləri əngəllənməsini (iqtisadiyyatda kriminal strukturlara qarşı mübarizə, 
gəlirlərin bölgüsündə ciddi fərqlərin qarşısının alınmasını və bu kimi neqativ halların 
aradan qaldırılmasını) nəzərdə tutan iqtisadi durumun stabilliyi və dayanıqlığı.
3. Müasir, dinamik inkişaf edən dünyada xüsusi vacib olan daxili səbəblərdən 
törəyən inkişafa və tərəqiyyə meyllilik qabiliyyəti. Investisiya və innovasiya istiqa-
mətli işləmələr, işçilərin peşəkarlıq, maarifləndirmə və ümumi mədəni səviyyəsinin 
artırılması müəssisənin iqtisadiyyatının dayanıqlılığının və özünü qoruyub saxlama 
qabiliyyətinin zəruri və vacib şərti olur. 
Yuxarıda izah edilənləri ümumiləşdirərək belə nəticəyə gələ bilərik ki, iqtisadi 
təhlükəsizlik müəssisənin sosial-iqtisadi vəziyyətinin stabilliyini, müstəqilliyini, 



dayanıqlılığını, daimi yeniləşməsini və özünü təkmilləşdirmə qabiliyyətini təmin 
edən şərtlərin və amillərin məcmudur. 
Iqtisadi təhlükəsizliyin mahiyyətini düzgün anlamaq üçün onun “inkişaf” və 
“dayanıqlılıq” məfhumları ilə əlaqəsini nəzərdən keçirmək lazımdır. Çünki inkişaf 
iqtisadi təhlükəsizliyin komponentlərindən biridir. Belə ki, iqtisadiyyatında dəyişiklik 
baş vermədiyi halda müəssisənin “yaşama”, həmçinin daxili və xarici təhlükələrə 
müqavimət göstərmək və uyğunlaşma imkanı ciddi surətdə azalır. Təhlükəsizlik və 
dayanıqlılıq isə tam və bütöv sistem olan müəssisənin iqtisadiyyatının mühüm 
xarakteristikasıdır. İqtisadiyyatın dayanıqlılığı onun elementlərinin, şaquli, üfüqi və 
digər əlaqələrinin möhkəmliliyini və etibarlılığını, daxili və xarici “yüklənməyə” tab 
gətirmə qabiliyyətini xarakterizə edir. İqtisadiyyatın təhlükəsizliyi obyektin daxili və 
xarici təhlükələrin yaranması, həmin təhlükələrin öncədən baş verməsinin söylənməsi 
və proqnozlaşdırılması çətin olan amillər baxımından həmin obyektin vəziyyətidir. 
Müəssisənin iqtisadi sistemi, onun istehsal və maliyyə resursları və s. arasındakı 
əlaqə (nisbət) nə qədər dayanıqlı olarsa, onda müəssisə iqtisadi baxımdan bir o qədər 
həyat qabiliyyətli və deməli, onun iqtisadi təhlükəsizliyi kifayət qədər yüksək olur. 
Sistemin müxtəlif elementləri arasında nisbətin və əlaqələrin pozulması qeyri-
stabilliyin yaranmasına səbəb olur və iqtisadiyyatın təhlükəsiz vəziyyətdən təhlükəli 
vəziyyətə keçidinə dəlalət edir. 
İqtisadi təhlükəsizliyin mahiyyətini meyarlar və göstəricilər sistemi vasitəsi ilə 
aşkar etmək mümkündür. İqtisadi təhlükəsizlik meyarları iqtisadiyyatın vəziyyətinin 
onun mahiyyətini əks etdirən proseslər baxımından qiymətləndirilməsidir. Bura 
maddi və intellektual resursların, onlardan effektli istifadə edilməsinin, rəqabət qabi-
liyyətliliyinin, hüquqi müstəqilliyinin, sosial stabilliyinin və s. qiymətləndirilməsi 
aiddir. 
Iqtisadi təhlükəsizlik üçün göstəricilərdən daha çox bu göstəricilərin hüdud qiy-
mətləri vacibdir. Bu göstəricilərin hüdud qiymətləri elə bir kəmiyyətdir ki, onlardan 
kənarlaşmalar inkişafın və təkrar istehsalın normal gedişinin pozulmasına, iqtisadi 
təhlükəsizlik sahəsində neqativ və dağıdıcı meyllərin yaranmasına gətirib çıxarır. 


10 
İqtisadi təhlükəsizliyə yalnız qiymətləri onlar üçün müəyyən edilmiş hüdud 
qiymətləri daxilində olan göstəricilər kompleksinin tapılması ilə nail olmaq 
mümkündür.
İqtisadi təhlükəsizliyə, o cümlədən ölkəmizin iqtisadi təlükəsizliyinə təsir edən 
amillər iki qrupa: 1) təbii və 2) hökümətin yürütdüyü siyasət amillərinə bölünür. 
Birinci qrup amillərə a) ölkənin malik olduğu təbii ehtiyatlar, b) ölkənin yerləşdiyi 
coğrafi mövqe və c) ölkənin əmək ehtiyatları, ikinci qrup amillərə isə a) ölkənin 
iqtisadi quruluşu, b) idarəçilik metodları, c) iqtisadi qanunvericilik aktları, d) zəruri 
iqtisadi biliklər, e) ölkənin beynəlxalq əmək bölgüsündə yeri və ə) inteqrasiya aid 
edilir [1, s. 130]. 
Hər bir ölkənin iqtisadi təhlükəsizliyinin göstəriciləri və onların kəmiyyəti 
həmin ölkənin hökuməti tərəfindən müəyyən olunur. Ölkəmizin iqtisadi təhlükəsizlik 
göstəriciləri, onların hədləri və faktiki qiymətləri aşağıdakı cədvəldə verilmişdir 
(cədvəl 1.1). 
Cədvəl 1.1 
Ölkənin iqtisadi təhlükəsizlik göstəriciləri və onların həddləri 
Göstəricilər
Həddi* 
Faktiki** 
Əsas kapitala investisiya (ÜDM-ə görə %-lə)
25 
37 
Müdafiə xərcləri (ÜDM-ə görə %-lə)

8,4 
Elmə və təhsilə çəkilən xərclərin xüsusi çəkisi (ÜDM-ə görə %-lə)
1,5 
3,4 
Pul gəlirləri yaşayış minimumundan aşağı olan əhalinin xüsusi 
çəkisi (bütün əhaliyə görə %-lə) 

6,6 
10% ən yuxarı və 10% ən təminatlı olan əhalinin gəlirlərinin nisbəti 
8 dəfə 
2,1 dəfə 
İşsizliyin səviyyəsi (iqtisadi aktiv əhaliyə görə %-lə) 
5-8 
4,9 
Monetarlaşmanının səviyyəsi (ilin sonuna M2 göstəricisinin ÜDM-a 
görə çəkisi, %-lə) 

32,1 
Xarici borclar (ÜDM-ə görə %-lə) 
30 
19,8 
Inflyasiya səviyyəsi ( %-lə) 
2,5 

Daxili borclar (ÜDM-ə görə %-lə) 
30 
12,7 
Dövlət borclarının ödənilməsi üçün xərclərin ümumi çəkisi (dövlət 
büdcəsinin xərclərinin ümumi həcminə görə %-lə) 
20 
3,7
Dövlət büdcəsinin kəsiri (ÜDM-ə görə %-lə) 

4,8 
Mənbə: * - Bərxudarov M., N. Məmmədov İqtisadi təhlükəsizlik, Bakı, ADİU, 2006, s.82 
** - müxtəlif mənbələrdən əldə edilmiş məlumatlar əsasında müəllif tərəfindən 
hesablanmışdır 


11 
Cədvəl 1.1-də verilmiş məlumatlardan göründüyü kimi, müdafiə xərcləri, 
inflyasiya xərcləri və dövlət büdcəsinin kəsiri istisna olmaqla iqtisadi təhlükəsizliyin 
digər göstəricilərinin səviyyəsi ölkənin iqtisadi təhlükəsizliyi üçün heç bir təhlükə 
yaratmır. Müdafiə xərclərinin və inflyasiyanın səviyəsinin yol verilən həddən yüksək 
olmasını isə müvafiq olaraq ölkəmizin Ermənistanla müharibə vəziyyətində olması 
və dolların məzənnəsinin artması ilə izah edilir. 
İqtisadi təhlükəsizliyin təmin edilməsinin strateji məqsədi mövcudolma, inkişaf, 
stabillik, daxili və xarici təhlükələrin mənfi təsirinə qarşıdurmaq, tab gətirə bilmək 
üçün zəruri olan şəraitin yaradılmasıdır. İqtisadi təhlükəsizliyin strateji məqsədi onun 
təmin edilməsi üzrə vəzifə və tədbirlər kompleksinə uyğun olaraq konkretləşdirilir. 
İqtisadi təhlükəsizliyin vəzifələrini iki səviyyəyə: 1) makroiqtisadi və 2) mik-
roiqtisadi vəzifələrə ayırmaq olar. Makroiqtisadi səviyyənin əsas vəzifələrinə a) 
məcmu tələbin artırılmasını; b) əlverişli investisiya mühitinin yaradılmasını; c) 
ixracın stimullaşdırılmasını; d) hamı tərəfindən qəbul olunmuş prosedurlar 
çərçivəsində idxalın tənzimlənməsini və s. aid etmək olar. Dövlətin iqtisadi 
təhlükəsizliyinin təmin edilməsi sisteminin mikro səviyyəsi iqtisadi baxımdan effektli 
olan subyektlərin inkişafının dəstəklənməsinin və stimullaşdırılmasının vəzifələrinə, 
iqtisadi baxımdan effektli olmayan subyektlərin ləğv edilməsinə və yenidən təşkil 
olunmasına, davranış normalarının tətbiq edilməsinə və s. uyğun olaraq müəyyən 
edilir. Rusiyalı alim A. İ. Arxipovun fikirincə bunun üçün birincisi, “artım nöqtəsi”, 
yəni azad və rəqabətli bazarda real ödəmə qabiliyyətli tələbi tapa bilən müəssisə və 
təşkilatların aşkar edilməli, ikincisi, fəaliyyət göstərən müəssisə və təşkilatların təsər-
rüfatçılıq sistemində rol və yeri müəyyən edilməli, fəaliyyəti effektsiz olan müəssisə 
və təşkilatlar ləğv edilməli, dövlət müəssisələrin idarə edilməsinin effektliliyi 
artırılmalı, üçüncüsü, dövlət ehtiyaclarının təmin edilməsi üçün zəruri olan 
məhsulları istehsal edən müəssisələr (yalnız hərbi sifarişləri yerinə yetirən və 
konversiyaya məruz qalmayan müdafiə kompleksi müəssisələrinin, nüvə itkilərinin 
emalı müəssisələrinin və s.), həmçinin nəzarət səhm paketi dövlətə məxsus olan 
təsərrüfat subyektləri müəyyən edilməli və beşincisi, dövlətin himayəsinə ehtiyacı 


12 
olan müəssisələrin siyahısı müəyyən edilməlidir [23]. 
Qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün onların realizasiyasının 
iqtisadi təhlükənin qarşısını alan təşkilati-iqtisadi sistemi və hüquqi tədbirləri əhatə 
edən mexanizmi hazırlanmalıdır. A.İ.Arxipov və E.A.İvanov tərəfindən qlobal 
səviyyə üçün hazırlanmış formal struktura görə təsərrüfat subyektinin iqtisadi 
vəziyyətinin təhlükəsizliyi bu mərhələlərə bölünür: 1) Təsərrüfat subyektinin 
vəziyyətinin hərtərəfli xülasəsi və qiymətləndirilməsi; 2) Faktiki nəticələrin plan-
laşdırlan göstəriciləri ilə müqayisəsi; 3) Qərarların qəbulunun mərhələlərinə uyğun 
realizə edildiyi halda təmin edilməsi. 
Yuxarıda qeyd edilən proses mahiyətcə istənilən fəaliyyətə, məsələn, istehsal, 
iqtisadi, marketinq və s. fəaliyyətə nəzarət sistemidir. Buna görə də iqtisadi 
təhlükəsizliyi təmin edən mexanizm özündə a) daxili və xarici təhlükənin aşkar 
edilməsinin və proqnozlaşdırılmasının vəziyyətinin obyektiv və hərtərəfli moniti-

Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin