15
hadisələr, məsələn, fors-major hadisələr, qanunvericilik aktlarında edilən
dəyişiklik-
lər, valyuta məzənnəsində baş verən dəyişikliklər, xammal və materialların,
göstərilən xidmətlərin haqqının artıb-azalması və s. nəticəsində meydana çıxan
neqativ hadisələr aiddir.
Cədvəl 2.1
İqtisadi təhlükəsizliyin təhlükə və təhdidlərin təsnifləşdirilməsi
Təhlükə və
təhdidlərin adı
Təsnifləşdirmə əlaməti
Təhlükə və təhdidlərin müxtəlifliyi
Təhlükə
1. Baş vermə ehtimalına
görə
-yalançı
- potensial
- real
2. Fəaliyyət sferasına görə - sosial
- siyasi
- hərbi
- iqtisadi
- ekoloji
- demoqrafik
- genetik
- informatik
- mədəni
- hüquqi
- mənəvi
- intellektual
- energetik
- elmi-texniki
Təhdid
Miqyasına görə
- planetar
- beynəlxalq
- regional
- milli
- lokal
Subyektiv neqativ hadisələrə fiziki və hüquqi şəxslərin
bilərəkdən etdikləri
hərəkətlər və ya idarəetmə qərarlarının qəbulunda yol verdikləri səhvlər, ayrı-ayrı
idarəetmə strukturlarının və ya ya bütünlükdə müəssisənin işçilərinin qeyri-effektiv
işi nəticəsində yaranan neqativ hadisələr aiddir.
Yuxarıda izah edilənlərə əsaslanmaqla müəssisənin fəaliyyətinə iqtisadi, mənəvi
və digər ziyan vuran subyektlərin məcmusunu aşağıdakı kimi təsnifləşdirə bilərik:
16
1. Vicdansız xüsusi şəxslər;
2. Qeyri-mütəşəkkil cinayətkar elementlər;
3. Mütəşəkkil cinayətkar dəstə;
4. Beynəlxalq sənaye şiponaj təşkilatı;
5. Xarici ölkələrin xüsusi xidmət orqanları;
6. Vicdansız
əməkdaşlar;
7. Korrupsiyalaşmış dövlət orqanları və məmurlar;
8. Vicdansız rəqiblər;
9. Vicdansız tərəfdaşlar və müştərilər.
Qeyd edilənlərə əsaslanmaqla təsərrüfat subyektlərinin təhlükəsizliyinə təsir
edən amilləri şərti olaraq a) daxili və b) xarici təhdidlərə bölə bilərik. Başqa sözlə, bu
amillər təsərrüfat subyektinin təhlükəsizliyinin xarici və daxili təhdidləri kimi
müəyyən edilə bilər.
A. Q. Şavayev təsərrüfat subyektinin təhlükəsizliyini təhdid edən daxili amillərə
aşağıdakıları aid edir [24]:
- müəssisənin işçilərinin cinayətkar və digər
qeyri-qanuni hərəkətləri və
əməlləri;
- kommersiya sirri olan məlumatların qorunması rejiminin pozulmasını;
- texniki vasitələrdən, ilk növbədə kompyuterdən istifadə qaydasında yol verilən
səhvləri;
- cinayətkarlara özlərinin məqsədini həyata keçirilməsi üçün ilkin şərait yaradan
digər qayda və nizam-intizam pozuntularını.
Müəssisənin əməkdaşlarının cinayətkar və digər qanuna zidd hərəkətləri və ya
fəaliyyəti, onların mütəşəkkil cinayətkar dəstə və sənaye şiponaj strukturları ilə
əlaqəsinin olmadığını nəzərdə tutur. Bu hadisələrin səbəbləri maddi və ya psixoloji
qəbildən olan bütün ziddiyyətlər və digər mənfi həyat situasiyaları ola bilər. Məlum
olduğu kimi, hüquqi davranışdan fərqli olaraq cinayətkar davranış dəyərlər, baxışlar
və sosial məqsədlərdə kök salır. Kriminalist alimlərin tədqiqatlarında insanların
spesifik maraqlarını və dəyərlər orientirlərini müəyyən edən tələbatların strukturunda
17
təhrif etmələrə yol verildiyi qeyd olunur. Bu isə cinayətkar iqtisadi davranış obrazı
formalaşdırır.
Təsərrüfat subyektlərinin təhlükəsizliyinə təhdid törədən xarici amillərə
aşağıdakılar aiddir [24]:
a) haqsız rəqabət, digər təsərrüfat subyektlərin və dövlət müəssisələrin rəqabəti;
b) dövlət və yerli idarəetmə orqanlarının sistemindəki korrupsiya;
c) tərəfdaşlar tərəfindən müqavilə şərtlərinin yerinə yetirilməsində yol verilən
ciddi pozuntular;
ç) dövlət nəzarət və hüquq-mühafizə orqanlarının qanuna zidd hərəkətləri;
d) xarici ölkələrin təsərrüfat orqanlarının
- xarici ölkədəki rəqiblər üçün faydalı təsirin göstərilməsinə;
- xammal mənbələrindən istifadə edilməsinin aradan qaldırılmasına,
sənayenin
və infrastrukturun mühüm sahələrinin inkişaf etdirilməməsinə;
- xarici bazarların ixracatçı ölkənin rəqabətqabiliyyətli məhsullarını qeyri-
qanuni qəbul etməsinə;
- təsərrüfat subyektlərinin rəqabət qabiliyyətliyinin zəiflədilməsinə;
- ölkədən “ağıl sahiblərinin” axın prosesinin stimullaşdırılmasına;
- ölkəmizdən kapitalın və strateji baxımdan mühüm xammalların qeyri-qanuni
çıxarılmasına;
- ölkəmizin təsərrüfat subyektlərinə mənəvi cəhətdən köhnəlmiş və dəst
olmayan avadanlıqların göndərilməsinə yönəlik hərəkətləri.
e) ölkəmizin iqtisadiyyatına beynəlxalq mütəşəkkil
dəstələrin və cinayəkar
şəxslərin daxil olması və s.
İqtisadi ədəbiyyatda və rəsmi sənədlərdə iqtisadi təhdidlərin müxtəlif variantları
təklif edilir. Həm də bu zaman onun məhdudiyyətsiz genişlənməsi, ona iqtisadiyyatın
keçid dövrünə xas olan adi çatışmazlıqların daxil olması baş verir. Bu cür yanaşmada
iqtisadi təhlükəsizlik iqtisadi inkişafın ümumi xarakteristikalarında “əriyir” və bunun
əsasında onun təmin edilməsi üzrə tədbirlər hazırlamaq çətinləşir.