4
- müəssisənin iqtisadi təhlükəsizlik səviyyəsinin qiymətləndirilməsi və təmin
edilməsinin tədqiqi, onun təhlili və ona yanaşmaların sistemləşdirilməsi
vasitəsi ilə
iqtisadi təhlükəsizliyin təmin edilməsi sxeminin hazırlanması və onun
qiymətləndirilməsi göstəricilərinin strukturunun müəyyən edilməsi;
- iqtisadi təhlükəsizliyin sistemyaradıcı elementlərinin
müəyyən edilməsi
əsasında iqtisadi təhlükəsizliyin vəziyyətinin optimal səviyyəsini təmin edən
təsvirinin və qiymətləndirilməsinin struktur-məntiqi modelinin hazırlanması;
- strateji marketinqin realizasiyası prosesində müəssisənin iqtisadi
təhlükə-
sizliyinin
ekspress qiymətləndirmə metodunun və monitorinq
sisteminin işlənib
hazırlanması.
Tədqiqatın informasiya bazası və işlənməsi metodları. Tədqiqat işində
normativ-hüquqi aktlardan, təlimatlardan, ixtisaslaşmış
ədəbiyyatdan, istehsal-təmir
müəssisəsinin statistik və mühasibat hesabatlarından istifadə edilmişdir.
Tədqiqat işinin elmi-nəzəri əsasını bazar iqtisadiyyatının ideologiyası, struktur-
funksional təhlil, detallaşdırılan sistemli yanaşma,
iqtisadi nəzəriyyə, sosiologiya,
strateji və maliyyə menecmenti,
strateji marketinq, idarəetmə qərarlarının qəbulu
nəzəriyyəsi və s. təşkil edir.
Bir sıra məsələlərin həll edilməsində SWOT-analiz, sistemin morfoloji təhlili və
sintezi, ekspert qiymətləndirməsi, qərarların qəbulunun çoxkriteriyalı metodlarından
istifadə edilmişdir.
Dostları ilə paylaş: