Zeynalova Ülkər İlham qızı “Müəssisələrin iqtisadi təhlükəsizliyinin təmin edilməsində strateji marketinqin tətbiq edilməsi”


 Müəssisənin iqtisadi təhlükəsizliyinin komponentləri



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə7/21
tarix08.01.2023
ölçüsü1,02 Mb.
#78746
1   2   3   4   5   6   7   8   9   10   ...   21
Zeynalova-lk-r-lham-q-z-

1.2. Müəssisənin iqtisadi təhlükəsizliyinin komponentləri 
Belə qəbul edilmişdir ki, müəssisənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi 
sahəsi kifayət qədər genişdir və özündə bazar münasibətləri şəraitində müəssisənin 
fəaliyyətinin stabilliyini təmin edən iqtisadi, istehsal, ictimai və hüquqi münasi-
bətləri, həmçinin material, informasiya, intellektual və insan resurslarını birləşdirir. 
Elmi və konstruktor tədqiqatlarının nəticələri, əsas formullar, texnoloji yeniliklər, 
məhsulun nümunələri, kapitalın strukturu, patentin saxlanması, investisiya planları, 
məhsulun, işin və xidmətlərin maya dəyəri, mühafizənin saxlanması xərcləri
mühafizənin təşkili sxemi və s. geniş insanlar dairəsi üçün asan əlçatan olduğu halda 
bu şərtlərə uğurla əməl etmək mümükün deyildir. Müəssisənin iqtisadi təhlükəsizliyi 
bir sıra kəmiyyət və keyfiyyət göstəriciləri ilə xarakterizə olunur. Bunlardan ən 
vacibi iqtisadi təhlükəsizliyin səviyyəsidir. İqtisadi təhlükəsizlik səviyyəsi dedikdə 
bütün növ resurslardan müəssisənin iqtisadi təhlükəsizlik səviyyəsi meyarlarına 
uyğun istifadə edilməsinin vəziyyətinin qiymətləndirilməsi başa düşülür. 
İqtisadi təhlükəsizliyin komponentlərini daha ətraflı nəzərdən keçirmək üçün 
onu şərti sxem şəklində nəzərdən keçirək. Bu, qarşıya qoyulan vəzifəni, yəni 
idarəetmə qərarlarının qəbulu məqsədi ilə iqtisadi təhlükəsizliyin vəziyyətinin formal 
təsviri vəzifəsini əyani surətdə təsvir etməyə imkan verəcəkdir. Yuxarıda izah 
edilənləri ilkin olaraq şəkil 1.1-də verilmiş sxsem formasında təsvir etmək olar. 
Bunun üstünlüyü müəssisənin fəaliyyətinin müfəssəl təsvirinə ehtiyacın olmamasıdır. 
İndi müəssisənin iqtisadi təhlükəsizliyinin hər bir komponentini nəzərdən 
keçirək. 
Müəssisənin istehsal-maliyyə təhlükəsizliyi. Müəssisənin istehsal-maliyyə 
təhlükəsizliyi dedikdə, müvafiq maliyyə təminatı ilə möhkəmləndirilmiş istehsal 
tsiklinin stabil işlək vəziyyətdə olması və ya fəaliyyət göstərməsi başa düşülür. 
İqtisadi təhlükəsizliyin istehsal və maliyyə təhlükəsizliyinə bölünməsi və onların 
ayrı-ayrılıqda nəzərdən keçirilməsi iqtisadi təhlükəsizliyin lüzumsuz parçalanmasına 
və onun qiymətləndirilməsinin çətinləşməsinə səbəb ola biləcəyindən ümumi 
komponentlərin nəzərdən keçirilməsi daha məqsədəuyğundur. Onu da qeyd etmək 


19 
lazımdır ki, iqtisadi təhlükəsizliyə aid ədəbiyyatda [26, 34] bu istiqamətlər kifayət 
qədər ətraflı öyrənilmişdir və müstəqil tədqiqat sahəsidir. Burada əsas vəzifə iqtisadi 
təhlükəsizliyin vəziyyətinin kompleks qiymətləndirilməsidir. Buna isə iriləşdirilmiş, 
lakin çox tutumlu (həcmli) detallaşdırma ilə nail olmaq mümkündür. Buna görə də 
istehsal və maliyyə göstəricilərinin qiymətləndirilməsi üçün maliyyə və istehsal 
təhlükəsizliyinin nəyi ifadə etdiyini dəqiqləşdirmək lazımdır. 
İstehsal təhlükəsizliyi dedikdə elmi tədqiqatlar və təcrübə-konstruktor işlə-
mələri, marketinq fəaliyyəti, istehsal tsikli, maliyyə fəaliyyəti, təchizat fəaliyyəti və 
idarəetmə fəaliyyəti də daxil olmaqla müəssisənin fasiləsiz və effektli fəaliyyəti başa 
düşülür. 
Onların vəzifəsini keyfiyyətin idarə edilməsi vasitəsi ilə məhsulun rəqabət 
qabiliyyətliliyinin yüksəldilməsi və müəssisənin infrastrukturu daxilində müəssisənin 
fəaliyyətinə təsir edən amillər formasında təsvir etmək olar. Elmi-tədqiqat və təcrübə-
Müəssisənin iqtisadi təhlükəsizliyi 
Mal
iy

Funksional 
elementlər 
Kapital 
T
ex
n
ik

İn
tel
le
kt
ua

Texnika, 
texnolo-
giya, ava-
danlıq 
K
ad

H
üq
uq

İn
fo
rma
si
y

Kadrlar 
Hüquq 
İnfor-
masiya 
Korporativ 
resurslar 
İstehsal-maliyyə 
təhlükəsizliyi 
Sosial 
təhlükəsiz-
lik
İnformasiya-bazar 
təhlükəsizliyi 
Şəkil 1.1. Müəssisənin iqtisadi təhlükəsizliyinin komponentləri 


20 
konstruktor işlərinin vəziyyəti istehsal prosesinin təkmilləşdirilməsi imkanını əks 
etdirir və və müəssisənin elmi-texniki potensialının səviyyəsini göstərir. 
Marketinq xidmətinin imkanları hədəf seqmentinin əsaslandırılmış surətdə 
seçilməsini və bu seqmenti formalaşdıran istehlakçıların tələbatlarının ödənilməsi 
üçün zəruri olan məhsulların istehsalını təmin edir. Bu həm kəmiyyət, həm də 
keyfiyyət ölçülərində ifadə oluna bilər. 
İstehsal tsikli sonradan bölüşdürmə və satış sisteminə daxil olacaq əmtəə-
material qiymətlilərinin istehsalı prosesidir. Istehsalın imkanları müəssisənin iqtisadi 
sisteminin işlək vəziyyətdə olmasının nüvəsi olduğundan, onun vasitəsi ilə müəs-
sisənin bütün fəaliyyətinin effektli inkişaf perspektivi müəyyən olunur. 
Müəssisənin maliyyə imkanları qarşıya qoyulmuş məqsəd və ya məqsədlərə nail 
olunma vasitəsidir. Müəssisənin maliyyə imkanı vasitəsilə həm də müəssisənin 
inkişaf perspektivləri qiymətləndirilir və əsaslandırılır. 
Təchizat fəaliyyəti istehsal prosesinin fasiləsiz və ahəngdar davam etməsi üçün 
müəssisənin zəruri xammal və materiallarla, enerji və dəstləşdirici məhsullarla təmin 
edilməsidir. Daim dəyişən bazar situasiyasına uyğunlaşmaq lazım gəldiyindən 
təchizatın imkanları istehsal prosesinin fasiləsiz və ahəngdar həyata keçirilməsi ilə 
yanaşı müəssisənin inkişaf perspektivinə ciddi təsir edir.
İdarəetmə fəaliyyəti istehsal prosesinin bütün mərhələlərini - müəssisənin 
strategiyasının hazırlanmasından, gəlirlərin bölüşdürülməsinə kimi olan mərhələləri
əhatə edir. Bu, xətti və funksional rəhbərlik metodlarında, insani münasibətlər 
sistemində, kadrların ixtisas səviyyəsinin artırılmasında, işçilərin sağlamlığının 
mühafizəsində və əməyin motivasiya modellərində istifadə olunan korporativ 
mədəniyyətin mühüm elementidir. Şübhəsizdir ki, idarəetmə fəaliyyəti özündə 
müəssisənin fəaliyyətinin bütün istiqamətlərini birləşdirir və sistemi həyat 
qabiliyyətli vəziyyətə gətirir. 
Maliyyə təhlükəsizliyi iqtisadi sistemin sağlamlaşdırılması və onun artımı üzrə 
məqsədli praktiki işdir. Başqa sözlə, maliyyə təhlükəsizliyi yalnız bütünlükdə 
müəssisənin iqtisadi sisteminin effektli fəaliyyətini deyil, həm də onu təşkil edən 


21 
bütün bölmələrin təhlükəsiz fəaliyyət göstərməsini nəzərdə tutur. Maliyyə 
təhlükəsizliyi konsepsiyasının əsas prinsipi maliyyə vəsaitlərinin qorunub saxlanması 
vasitəsilə qoyulmuş maliyyə vəsaitlərindən məqsədli istifadə edilməsi və bu 
vəsaitlərin tez və effektli şəklidə özünü ödəməsi üçün şəraitin yaradılmasıdır. 
Deməli, maliyyə təhlükəsizliyi konsepsiyasının bu əsas prinsiplərinin realizasiyası 
maliyyə vəsaitlərindən vaxtlı-vaxtında istifadə edilməsi sisteminin yaradılması ilə 
yanaşı onların özünü ödəməsinə nəzarət edilməsini də nəzərdə tutur. Maliyyə-iqtisadi 
mexanizminin fəaliyyətinin təhlili göstərir ki, maliyyə təhlükəsizliyinin effektli 
sisteminin formalaşdırılması yalnız iqtisadi təhlükəsizliyin təmin edilməsinin vacib 
amili deyil, həm də onun hərəkətverici qüvvəsidir. Böyük ehtimalla demək olar ki
maliyyə üçün təhlükə və təhdidlər nə qədər az olarsa ondan əldə edilən vəsaitlərin 
həcmi bir o qədər yüksək olacaqdır. Lakin maliyyə təhlükəsizliyinin tam və bütöv 
sistem kimi formalaşdırılması üçün maliyyə-pul alətlərinin fəaliyyətinin təhlil 
edilməsi zəruridir. Bu təhlilin əsas istiqaməti və son nəticəsi iqtisadi artımı təmin 
edən sistemin konseptual əsaslarının işlənib hazırlanması olmalıdır. Burada cari 
maliyyə-iqtisadi problemlərinin həllinə yönəlik maliyyə siyasətinin məqsədyönlü 
təhlilinə xüsusi diqqət yetirilməlidir. 
Beynəlxalq praktikada müəssisənin maliyyə stabilliyinin qiymətləndirilməsində 
çoxsaylı göstəricilərdən: rentabellik əmsalı, likvidlik əmsalı, kapital qoyuluşunun 
effektliliyi əmsalı, özünüödəmə müddəti, xüsusi və cəlb edilmiş dövriyyə 
vəsaitlərinin nisbəti, dövriyyə vəsaitləri üzrə qısamüddətli öhdəliklərin ödənilməsi 
əmsalı və s. göstəricilərdən istifadə edilir. Qeyd etmək lazımdır ki, amerikalı 
mütəxəssislər daha çox gətirilmiş xalis mənfəət, maksimal pul axınları və ya 
zərərsizlik nöqtəsi və bu kimi digər göstəricilərdən istifadə edirlər [22]. Dünya 
praktikasında müəssisənin bu göstəriciləri üzrə iqtisadi təhlükəsizliyin optimal 
normativləri də müıəyyən edilmişdir. Məsələn, xüsusi və cəlb edilmiş dövriyyə 
vəsaitlərinin nisbəti 1:1, likvidlik əmsalı 1 və ondan yüksək səviyyədə, dövriyyə 
vəsaitləri üzrə qısamüddətli öhdəliklərin ödənilməsi əmsalı 2, kapitalın xalis 
rentabelliyi kredit stavkasından yüksək olmalıdır və s. 


22 
İqtisadi təhlükəsizliyin maliyyə göstəriciləri aşağıdakı 3 qrupa bölnür [10, 22]. 
Birinci qrup göstəricilərə 
1
K və 
2
K
likvidlik əmsalı göstəriciləri daxildir. Bu 
əmsallar aşağıdakı düsturun köməyilə hesablanılır: 
p
a
1
D
:
D
K

(1.1) 
burada:
a
D
- dövriyyə aktivlərinin həcmi; 
p
D - dövriyyə passivlərinin həcmidir. 


p
m
a
2
D
:
E
D
K


(1.2) 
burada 
E
m
- əmtəəlik ehtiyatın həcmidir. 
1
K əmsalı dövriyə vəsaitlərinin likvidliliyini, 
2
K
əmsalı dövriyyə vəsaitlərinin 
likvidliliyinin sürətini xarakterizə edir. Dünya praktikasında uğurlu fəaliyyət göstərən 
sənaye müəssisələri üçün 
1
K >1,8 və 
2
K
>1,0 olması tövsiyə olunur. Bu əmsallar 
müəssisədə normativdən artıq hazır məhsul ehtiyatının yaranmasını məhdudlaşdırır. 
İkinci qrup əmsallar əmtəəlik ehtiyatlarının dövriyyəsini 
 
3
K və dövriyyə 
vəsaitlərindən istifadənin effektliliyini 
 
4
K
xarakterizə edir. Bu əmsalların 
kəmiyyəti aşağıdakı düsturla müəyyən edilir: 
d
u
3
E
:
X
K

(1.3) 
burada: 
u
X
- məhsulun istehsal və satışına sərf edilən xərclərin ümumi məbləği; 
d
E
- məhsul ehtiyatının dəyəridir. 
a
s
4
M
:
G
K

(1.4) 
burada: 

s
G
məhsul satışından əldə edilən gəlirlərin məbləği
a
M
- mütləq aktivlərin məbləğidir. 
Dünya praktikasında uğurlu fəaliyyət göstərən sənaye müəssisələri üçün 
3
K
>2,8 və 
4
K
> 1,6 olması tövsiyə olunur. 
Üçüncü qrup göstəricilərə 
5
K
və 
6
K
mənfəətlilik əmsalları aiddir: 


%
100
G
:
M
K
s
x
5


(1.5) 
burada: 
x
M
- vergilər ödənildikdən sonra müəssisənin sərancamında qalan xalis 
mənfəətin məbləğidir. 


23 


%
100
M
:
M
K
a
x
6


(1.6) 
Dünya praktikasında uğurlu fəaliyyət göstərən sənaye müəssisələri üçün 
5
K
>8,2% və 
6
K
> 14,7% olması tövsiyə olunur. 
Müəssisənin maliyyə fəaliyyətini təhlil edilərkən bu əmsalların köməyilə 
aşağıdakı nəticələrə gəlmək olar: 
1. Əgər bütün əmsalların kəmiyyəti yuxarıda qeyd olunan rəqəmlərdən yüksək 
olarsa, onda müəssisənin effektli işlədiyini söyləmək olar. 
2. Əgər bu əmsallardan hər hansı birinin kəmiyyəti təklif edilən kəmiyyətdən, 
yəni normativdən müəyyən qədər aşağı olarsa, onda həmin göstərici daima 
müəssisənin rəhbərliyinin nəzarətində olmalıdır. 
3. 
3
K
və 
4
K
əmsallarının kəmiyyəti təklif edilən səviyyədən aşağı olduğu 
halda müəssisənin rəhbərliyi müəssisənin bütün aktivlərinin məhsuldarlığını və 
marketinq tədbirlərinin effektliliyini təhlil etməlidir. 
Əksər əmsalların kəmiyyəti müəyyən edilmiş səviyyədən ciddi surətdə aşağı 
olduqda müəssisənin bütün fəaliyyəti hərtərəfli və dərindən təhlil edilməlidir. 
Müəssisənin maliyyə vəziyyəti təhlil edilərkən müəssisənin maliyyə dayanıqlılığını 
əks etdirən müflisləşmə ehtimalı göstəricisi mütləq nəzərdən keçirilməlidir. Bu 
göstərici aşağıdakı formula ilə müəyyən olunur: 










a
s
a
f
a
d
a
m
a
a
e
M
:
G
0
,
1
M
:
G
(
3
,
3
M
:
S
6
,
0
M
:
B
4
,
1
M
:
D
2
,
1
B





(1.7) 
burada: 
m
B
- bölüşdürülməyən gəlirlərin məbləği; 
d
S
- adi və güzəştli səhmlərin bazar dəyəri; 
f
G
- əsas fəaliyyətdən əldə edilən gəlirlərin məbləğidir. 
Bu göstəricinin kəmiyyətindən asılı olaraq müəssisənin müflisləşmə ehtimalı 
belədir: 1,8-ə kimi olduqda müəssisənin müflisləşmə ehtimalı çox yüksəkdir, 1,81-
2,7 olduqda müəssisənin müflisləşmə ehtimalı yüksəkdir, 2,71-3,0 olduqda 
müəssisənin müflisləşməsi mümkündür, 3-dən böyük olduqda müəssisənin 
müflisləşməsi ehtimalı çox aşağıdır. Bu göstəricinin kəmiyyətinin aşağı olması 
müəssisənin maliyyə fəaliyyətinin daha ətraflı və dərindən təhlili üçün bir siqnaldır. 
İqtisadi 
təhlükəsizliyin 
vəziyyətinin 
qiymətləndirilməsinin 
mümkün 


24 
variantlarının təhlili sayəsində aşağıdakı nəticələrə gəlmək olar: 
a) həddən artıq formal olduğundan və müəssisənin fəaliyyətinin bu və ya digər 
tərəflərinin vəziyyətini əks etdirmədiyindən və bunlar idarəetmə qərarlarının qəbulu 
prosesinin 
ləngiməsinə 
səbəb 
olduğundan 
nisbi 
maliyyə 
əmsallarının 


6
2
1
K
,.......
K
,
K
istifadə edilməsi kifayət qədər çətindir; 
b) yanaşmanın sadəliyi və fəaliyyətin vəziyyətinin detallaşdırılmış və ətraflı 
təhlilinə ehtiyac olması səbəbindən müflisləşmə ehtimalı göstəricisinin tətbiqi də 
məqsədəuyğun deyildir; 
c) müəssisənin fəaliyyət göstəricilərindən istifadə etməklə onun istehsal-
maliyyə vəziyyətinin qiymətləndirilməsinin inteqrasiya olunmuş sistemindən istifadə 
etmək lazımdır. İstifadə olunan bu göstəricilər əyani, çevik, həmçinin onun tətbiqi 
sadə və tutumlu olmalıdır. 
Müəssisənin sosial təhlükəsizliyinin vəziyyətini qiymətləndirmək üçün onun real 
və sosial təhdidlərini daha tam əks etdirən kifayət qədər konkret və imkan daxilində 
idarə olunan göstəricilərin seçilməsi zəruridir. Bu göstəricilərə kadr axınını, işçilərin 
ixtisas səviyyəsinin aşağı düşməsini, heyətin qocalmasını, həvəsləndirmə sisteminin 
olmamasını, sosial müdafiə səviyyəsinin azalmasını və bu qəbildən olan digər 
amilləri aid etmək olar (şəkil 1.2). 
Müəssisənin sosial təhlükəsizliyinin ən vacib amillərindən biri sosial stabillikdir. 
Sosial stabillik müəssisənin təşkilatdaxili xarakterli neqativ, ziddiyyətli situasiyaların 
qarşısını almaq qabiliyyətini əks etdirir və onun iqtisadi təhlükəsizliyinin 
vəziyyətinin qiymətləndirilməsinin ən vacib meyarlarından biridir. Sosial sferanın 
fəaliyyətinin qeyri-stabilliyi isə, əksinə, müəssisənin fəaliyyət mexanizmini tamamilə 
dağıdır. Çünki heyətin öz vəzifələrinə neqativ münasibəti, düzəldilməsi mümkün 
olmayan neqativ nəticələrə səbəb olur.
Spesifik xüsusiyyətlərini nəzərə almaqla sosial stabillik sisteminin yaradılması 
və təkmilləşdirilməsi müəssisənin iqtisadi təhlükəsizliyinin təmin edilməsinin zəruri 
komponentidir. Belə bir sistem yalnız iqtisadi təhlükəsizliyinin ümumi vəziyətini 
düzgün qiymətləndirməyə deyil, həm də müəssisənin potensialını qiymətləndirməyə 


25 
imkan verir. Bu isə, öz növbəsində, müəssisənin daxili imkanlarını nəzərə almaqla 
idarəetmə qərarlarının qəbulunda mühüm əhəmiyyət kəsb edir. Strateji məqsədlər 
müəssisənin imkanlarının proqnoz qiymətlərinə əsaslanmaqla müəyyən edilir. Sosial 
təhlükəsizliyin daimi monitorinq sistemi mövcud olduğu halda gələcək dövr üçün 
müəssisənin potensialının real qiymətləndirilməsi ehtimalı artır. Sosial təhlükəsiz-
liyin qiymətləndirilməsi göstəricilərinin işlənib hazırlanması müvafiq sosial 
stabilliyin artırılması və mümkün neqativ nəticələrin aradan qaldırılması üzrə 
tədbirlər sistemi ilə müşayiət olunmalıdır. Bu sistemdə təhdidlərin baş vermə 
ehtimalını və ya mümkün neqativ nəticələrin ölçüsünü azaltmağa imkan verən 
profilaktik tədbirlərin mövcud olması çox faydalıdır. 

Yuxarıda izah edilənləri nəzərə almaqla sosial təhlükəsizliyi iki istiqamətdə: 
intellektual və kadr resursları istiqamətində qiymətləndirmək olar. Bu, mahiyyət eti-
barilə kadr potensialının vəziyyətinin bütün istehsal tsiklinə təsir edən səviyyəsidir. 
Belə ki, bir tərəfdən, daha yaxşı nəticələrə nail olmaq üçün əməyin stimullaş-
So
sial təhlükəsizlik 
Sosial inkişaf 
Əmək haqqının səviyyəsi 
Əmək haqqının yaşayış minimumuna nisbəti 
İşçilərin sayı (gənclər, mütəxəssislər) 
Kadr işinin təşkili səviyyəsi (təlim, 
həvəsləndirmə, tərbiyə etmə, kadr axını və 
s.) 
İşçilərin sosial müdafiə sistemi 
Şəkil 
1.2. 
Müəssisənin 
sosial 
təhlükəsizliyinin 
vəziyyətinin 
qiymətləndirilməsi göstəriciləri 


26 
dırılması, digər tərəfdən, inkişaf perspektivi imkanına malik olmaq və strateji məq-
sədlərə nail olunması üçün intellektual potensialın artırılması zəruridir. 
Sosial təhlükəsizlik son dərəcə şərti məfhum olduğundan sosial inkişafın 
səviyyəsi hər bir müəssisə tərəfindən müstəqil surətdə müəyyən edilir. Buna görə də 
sosial inkişafın qiymətləndirilməsi göstəriciləri tövsiyyə xarakterlidir və digər 
göstəricilər vəziyyəti imkan daxilində obyektiv əks etdirə bildiyi halda həmin 
göstəricilərlə əvəz oluna bilər. Hal-hazırda idarəetmə aparatının bazar dəyişiklik-
lərində, yeni texnologiyaya çevik reaksiya verməsini əks etdirən idarəedicilər 
komandasında gənc mütəxəssislərin və ya gənc menecerlərin payı göstəricisindən 
istifadə edilir. 
Iqtisadi təhlükəsizliyin birinci iki komponentinin – istehsal-maliyyə və sosial 
komponentlərinin məzmununun təhlili əsasında belə bir nəticəyə gəlmək olar: onların 
vəziyyəti müəssisədaxili fəaliyyətin effektliliyini əks etdirir və müvafiq olaraq 
müəssisənin rəhbərliyi tərəfindən idarə edilir. Lakin bazarda uğurlu fəaliyyət 
göstərmək üçün müəssisə bu komponentlərin tələb edilən səviyyəsinə nail olmaqla 
yanaşı o, xarici ətraf mühitlə sazlanmış və nizamlanmış əlaqə qura bilməlidir. Bu 
əlaqə əvvəlcə informasiya xarakteri daşıyır. Müasir dəyişkən və müasir burulğanlı 
şəraitdə müəssisənin obyektiv və etibarlı informasiyaya malik olması çox mühüm 
əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, artıq yuxarıda qeyd edildiyi kimi, 
iqtisadi təhlükəsizliyin üçüncü elementini informasiya bazar komponenti təşkil edir.
İndi iqtisadi təhlükəsizliyinin bu iki tərkib hissəsini – informasiya və bazarı 
nəzərdən keçirək. Əsaslandırılmış inkişafa nail olmaq üçün müəssisəyə, bir tərəfdən, 
fəaliyyətini obyektiv və hərtəfli xarakterizə edən informasiya lazımdır, yaxud 
rəqiblərin təşəbbüsü ələ keçirməməsi üçün müəssisə informasiyanı müdafiə edə 
bilməlidir. Digər tərəfdən, inkişaf strategiyasını bazar diktə etdiyindən və ya kifayət 
qədər imkanların mövcud olduğu halda bazara qəbul etdirildiyindən (bu da başlan-
ğıcdan informasiya kanalları vasitəsi ilə həyata keçirilir) informasiyaya tələbat bir-
başa bazarda aktivliklə əlaqədardır. Gələcəkdə inteqrasiya imkanını əldə etmək 
məqsədi ilə a) informasiya təhlükəsizliyi və sənaye casusluğu və b) bazar riski 


27 
situasiyalarında iqtisadi təhlükəsizlik məsələlərini nəzərdən keçirək. 

Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin