 I bitik. Tarixi qaynaqlar (2014)  II bitik



Yüklə 11,02 Mb.
Pdf görüntüsü
səhifə9/35
tarix31.01.2017
ölçüsü11,02 Mb.
#6897
1   ...   5   6   7   8   9   10   11   12   ...   35
    Bu səhifədəki naviqasiya:
  • Kanqlı

 
 
Tunc dövrü 
 
79 
                                                 

z
ələrindən Dağıstan və Quzey Qafqaz bölgələrinə, hətta III minilin ortala-
rından sonra Orta Anadolu və Fələstinə qədər gedib çıxmışdır. Ərzurum 
bölg
əsində
 
Karazhöyük keramiki 
əllə yapılmış, qabartma spiralvari naxış, 
şəkil  və texnoloji baxımdan  Fələstindəki  Kirbet-kerak  kulturu ilə eyni 
olub Kür-Araz kulturunu bir 
əsr (2300-2200) davam etdirən lokal variant-
lardan biridir.  
Kür-Araz kulturu m.ö. III minilin 
ortalarında Qafqaz dağlarını aşan 
uruqlarla  Quzey  Qafqazda  da 
yayılır. Həmin minilliyin ikinci yarısında 
burada yaranan Maykop kulturu yerli g
ələnəklə yanaşı, bir sıra əlamətlə-
rin
ə görə Güney Qafqaz arxeoloji abidələrini təkrar edir.
86
 
Əgər Anadolu-
da  hat  dilind
ə batı prototürk uruqlarının dilindən alınma kut «ruh» kimi 
onlarla söz ortaya 
çıxırsa, analoji durum Qafqazın quzeyində prototürk-
protoqafqaz 
əlaqələri  ilə  gerçəkləşir.  Orta  Anadolu  və  Quzey  Qafqaza 
prototürk (protoaz
ər) dilinin ilk örnəyini Kür-Araz kultur dairəsində olan 
uruqla
rın apardığı anlaşılır. Sonrakı çağlarda həmin bölgələrə belə köçlər 
protoaz
ər boyları tərəfindən dəfələrlə təkrar olunmuşdur.  
 
Bugünki 
coğrafi adları ilə desək, Kür-Araz hövzələri ətrafında Da-
ğıstanın  mərkəz  bölgəsindən  tutmuş  Güney  Gürcüstan,  Yuxarı  Fərat-
Muradsu  vadil
əri, Van-Urmu-Xəzər yaxaları boyunca əhatəyə alınan bir 
çevr
ə daxilində yayılmış Kür-Araz kulturunu yaradıb inkişaf etdirən pro-
totürk 
uruqları güney qonşuluqda yaranan Sumer-Elam dövlətləri qədər 
monumental  tikinti,  d
ərin  sosial  təbəqələşmə,  yazı  gələnəyi  sahələrində 
inkişaf etməsə də, metalişləmə və heyvandarlıq sahəsində xeyli irəli gedə 
bilmişdilər.  Metallurgiyanın  inkişafı  ilə  xarakterik  olan  tunc  dövründə 

müş, qızıl, mis və tuncdan müxtəlif əşyalar hazırlanırdı. Misə nisbətən 
aşağı temperaturla əldə olunan tunc daha möhkəm idi, tuncdan hazırla-
nan  niz
ə, xəncər kimi silahlar misdən bərk olduğu üçün analoji mis-daş 
silahlar 
azaldı, davamlı əmək alətləri və bəzək əşyaları getdikcə çoxaldı. 
Meta
lişləmənin tunc mərhələsi soba və kürələrin təkmilləşməsinə, sonralar 
q
əlibtökmə texnikasının yaranmasına gətirib çıxartdı.
87
 
 
mübahis
əyə  ehtiyac  qalmır,  çünki  akad  mətnləri  sami  tayfaların  yuxarı  İkiçayarasına 
m
əhz həmin dövrdə gəlməsini ortaya qoyur.
 
86 
Авдусин
, 96. 
87 
Daşdan çoxişlənən, gil və mumdan isə birdəfəlik qəliblər hazırlanırdı. Lazım olan alə-
tin  fiquru  mumdan 
hazırlanır,  üzərinə  duru  gil  tökülür,  gil  suvaq  qalın  qata  çatanda 
deşik açılır və odda qızdırılan bu nəsnənin mumu əriyib tökülür, bərkimiş gil qəlibinin 
 
80 
                                                                                                                        

Mis
ə mərgümüş, sürmə, arsen, sink, nikel və qalay ərintiləri qat-
maqla yeni keyfiy
ətli tunc metalın əldə olunması o dövrün böyük uğuru 
idi,  lakin  bel
ə ərinti verən filiz mədənləri çox vaxt ayrı-ayrı bölgələrdə 
olur; birind
ən mis, digərindən misə qatılan bu və ya digər filiz çıxır. Ona 
gör
ə də metalişləmə həm bölgə, həm də ölkələrarası əlaqələrin genişlən-
m
əsinə səbəb olurdu.Tunc əldə etmək üçün ən uzaq ölkələrdən gətirilən 
qalay istisna olmaqla,  dig
ər filiz mədənləri Gədəbəy, Daşkəsən, Qafan, 
İrəvan mahalı (Şamluq, Çamluq, Sisimədən,
 
N
əzəryurdu, Çubuxlu,
 
Axtala), 
Qara
dağ, Binəmar,
 
Xorasan, D
əclənin yuxarı hövzəsi daxil olmaqla,
 
Az
ər-
bay
canın bir çox bölgələrində vardı.
 
Bu  s
əbəbdən m.ö. III minildə Azər-
baycan  metallurgiya  ölk
əsinə  çevrilmiş,  onun  ətraf  bölgələrlə  əlaqəsi 
genişlənmişdi.
88
  Çatal-höyük,  Çayönüt
əpəsi  qazıntılarının  metallurgiya 
tarixini m.ö.VII-VI minill
ərə apardığını yazan Y. N. Çernıxa görə, Quzey 
Qafqaz  v
ə Doğu Avropada ilk metalişləmənin inkişafına təkanı Güney 
Qafqazın erkən tunc dövrü metal ustalarının mis məmulatı vermiş və bu 
t
əsir m.ö. II minilin ortasına qədər davam etmişdir.
89
 
 
Metalişləmədə  yaranan  dönüş
 
əkinçilik  sahəsinin  inkişafına  səbəb 
oldu. Metal oraq v
ə xış əkinçi üçün geniş imkanlar açdı. Əkin yerləri to-
xayla 
yanaşı, yeni şum aləti olan xışla əkilir, bunun üçün qoşqu heyvanı 
at v
ə öküzdən isifadə olunur, cütə qoşma əkinçiliyi yaranırdı. Tunc dövrü 
ya
şayış məskənlərində arxların artması suvarma işinin geniş yayıldığını, 
buğda, arpa, darı çeşidləri və quyu formalı taxıl anbarlarının varlığı da 
taxıl məhsulu artımını göstərir. Tunc dövründə xırda və iribuynuzlu hey-
van
ların artması, ev atı, ulaq və yeni əhliləşən dəvələrin bu təsərrüfata 
qatılması kəmiyət artımı yaratdı,
 
bu da 
heyvandarlıqda keyfiyət dəyişməsi 
il
ə  nəticələndi.  Məskən  ətrafı  otlaqlar  daha  həcmi  böyümüş  maldarlıq 
üçün  kifay
ət etmirdi, yaz aylarından dağlıq və dağətəyi otlaqlara çıxan 
maldarlar 
artıq dağ-aran yollarında yarımköçəri mövsüm yaşamına başla-
dılar.  Beləliklə,
 
Az
ərbaycanda  yeni  yaranan  yaylaq  kulturu  maldarlığı 
içi la
zım olan formanı alırdı. Bura tökülən metal ərintisi qəlibin içində soyuyandan son-
ra gil 
qabıq qırılır içindən hazır fiqurlu tunc alət çıxırdı.   
88 
Suriya  bölg
ələrini  IV-III  minillərdə  Güney  Qafqaz  metalla  təmin  edirdi
 (
Иессен

6).    
89 
Черных
, 47-57;  
Az
ərbaycan  arxeoloqları  da  metaləritmə  işinin  kənardan 
g
əlmədiyini yazırlar: «Son zamanlar Güney Qafqazda, xüsusilə I Kültəpədə çoxlu sayda 
tökm
ə-qəlib  və  metal  əşyaların  üzə  çıxması  metallurgiyanın  bura  kənardan  gəlməsi 
fikrini  tamamil
ə  inkar  edib,  onun  yerli  mənşəli  olmasını  sübur  edir» 
(
Абибуллаев

194). 
 
81 
                                                                                                                        

əkinçilikdən ayırmış oldu.
90
 
Güney
 
v
ə
 
Quzey Az
ərbaycanda, Ərmən dağ-
larında m.ö. III minillikdə xırda davarın artması arxeoloji bəlgələrlə or-
taya 
çıxmışdır.  Tunc  dövrünün  orta  çağlarında  Orta  Asiya  və  Güney 
Az
ərbaycan  bölgələrində  əhliləşən  ikihürgüclü  dəvələrdən  bu  dövrün 
sonunda  d
əvəçilik  təsərrüfatı  və  yükdaşıma  karvanları  formalaşmışdı. 
Qobustan  qaya  r
əsmlərində, Qaraköpəktəpə,
 
II Kült
əpə və
 
sair  abid
ələrdə 
izi  qalan  ev 
atları  sonralar  ilxıçılıq  təsərrüfatının  yaranmasına  gətirib 
çıxartdı. 
Tunc  dövrünün 
ayrı-ayrı  mərhələsində  təkcə  maldarlıq,  əkinçilik 
deyil,  h
əm də silah, alət, bəzəklə bağlı metalişləmə - dəmirçi peşəsinin, 
toxucu  v
ə  dulusçu  sənətinin  də  ayrıldığını  görmək  olur.  Arxeoloji  qa-
zıntılar  sənətkarlıq,  xüsusilə  dulusçu  emalatxanaları  üzə  çıxartmışdır. 
Önc
ə  boyasız,  sonralar  isə  qara,  qırmızı  boyalı  həndəsi  fiqur,  heyvan 
şəkilli müəyyən kompozisiya ilə naxışlanan qulplu, cilalı, parıltılı saxsı 
qablar 
çoxalır. Güneydə daha çox qara, quzeydə isə qırmızımtıl rəngli 
saxsı qablar yayılmışdı. Bu çağda bəzək əşyaları, silah-yaraq və möhür-
damğalar hazırlanması xeyli artır. 
Erk
ən tunc dövründə ilk təkərli araba meydana çıxdı. V. G. Childe, 
T. S. Piggott, Y. A. 
Şer və başqa mütəxəssislər ilk təkər və arabanın m.ö. 
IV  minild
ə Urmu-Van gölləri arasında yaranıb III-II minillərdə buradan 
dünya
nın digər bölgələrinə yayıldığını yazırlar.
91 
  Kosmik  uçaq  k
əşfinin 
XX 
əsrdə verdiyi effekt kimi, o çağda da arabanın icadı bəşəriyət üçün 
böyük  texniki  t
ərəqqi  idi.  İlk  təkərlərin  hazırlanması  üçün  lazım  olan 
b
ərk ağac və metal Azərbaycanda bol idi, Kür-Araz kulturu və orta tunc 
dövrün
ə  aid  basırıqlarda  xeyli araba  modelli  fiqurlar, hətta bütöv  araba 
tapılmışdır. Bu çağda təkər qutsal hesab olunduğu üçün bir çox basırıq-
larda t
əkər fiqurlarına rast gəlmək olur.
92
 
90 
Əvvəllər atdan qoşqu və yük heyvanı kimi istifadə olunmuşdur, m.ö.II minilin orta-
larında isə ilk ata minən protoazər dəliqanlısı bütün dünyada ilk dəfə atçılıq, süvarilik 
kulturunun 
başlanğıcını qoydu. 
91  
Шер
 
1980;  
ДА,
 
1985,
 
195-198;
  
Кожин
,176;
  
Гамкрелидзе
  - 
Иванов
,733-736, 950.  
 
92 
T
əkər-araba və cəng arabası modelinə tunc dövrü boyunca Azərbaycanın hər guşəsin-
d
ə rast gəlmək olur: Dəclə-Urmu arası bölgələrdə Təpə-Qavra, Hasanlu, Asur, Xəzər hö-
vz
əsində
 
T
əpə-Hisar,
 
Astarada  Telmank
ənd  kurqanı,
 
Qazaxda  Baba-D
ərviş,
 
Dağıstanda 
V
əlikənd, Çemikənd, Naxçıvanda Kültəpə, İrəvan mahalında Lori-berd, Şenqavit, Ariç, 
Örd
əkli abidələri. Hətta Borçalıda bütöv araba tapılmışdır
 (
ДА,
 1985, 195-198; 
 
82 
                                                 

T
əkər-arabanın ilk dəfə türk boyları tərəfindən yaranması faktı türk 
eposlarında  orta  əsrlərəcən  davam  etmişdir.  Fəzlullah  Rəşidəddin  türk 
boyadları  tarixini  yazarkən  qanqlı  etnonimi  barədə  deyir: «Ona  qədər 
t
əkər yox idi, ona görə də arabanı ilk düzəldən onlar oldular.Gərək olan 
yükl
əri,
 
q
ənimətləri bu arabalara yükləyib apardılar
 
v
ə bu səbəbdən Oğuz 
onlara 
Kanqlı, yəni arabaçılar, arabası olanlar adı verdi».
93
 
Tunc  dövründ
ə tikinti işləri də yeni çalarlarla fərqlənir. Daş özül 
üz
ərində çiy kərpicli dairəvi ev tipləri, nal şəkilli ocaqlar çoxalır. Dairəvi 
v
ə düzbucaqlı evlərlə yanaşı, tapınaq yerləri, pir-ocaq, istehkam qalaları 
tikilir, 
yaşayış məskəni divarlarla dairəyə alınırdı. Belə qala və qalaçalar 
b
əzən orta tunc dövründə çox böyük daşlarla tikildiyi üçün siklop «təpə-
göz» tikilisi 
adlanır. Uzun basırığa «oğuz qəbiri» deyilməsi də maraqlıdır. 
Kurqanaltı basırıqların üstünü içəridən qatbaqat bir-birinə yaxın qoyulan 
daşlarla yığma tağbənd şəklində bağlanması da yayğındır. Belə tikililərə 
oğuz evi deyilməsi gələnəyi erməni dilində hələ
 
d
ə davam edir.
94
  
Kurqan g
ələnəyi tunc dövründə xeyli gəlişdi. Basırıq əşyalarının qıt 
v
ə ya zəngin olması artıq III minilin başında özünü göstərir. Adi basırıq-
dan  böyüklüyü  v
ə  içindəki  qiymətli  əşyaların  zənginliyinə  görə  seçilən 
basırıqların ortaya çıxması icma quruluşundakı dəyişiklikdən xəbər verir; 
icma patriar
xı, onun ailə üzvü torpağa dəbdəbəli törənlə tapşırılır. Göycə 
gölü 
yaxınlığında bir başçı ilə birlikdə 11 nəfərin də dəfni aşkar olunmuş, 
bel
ə basırıqlarda uruq başçısı ilə yanaşı onun qulluqçularının da basdırıl-
Кожин
, 191;  
Мащмудов
,16;  
Абибуллаев
, 139;  
Деведжян
, 28-
29). 
 
93 
Ряшидяддин
, 13;   
   
Sumerd
ən  quzeyə  qalxıb,  IV  minilin  ortalarına  yaxın  İkiçayarasının  quzeyində 
Ubeyd  kulturunu  g
əlişdirən  kəngərləri  (kiengi)  və  təkər-arabanın  məhz  həmin  çağda, 
h
əmən bölgədə (Van-Urmu arasında) ortaya çıxdığını xatırlasaq, Rəşidəddinin qələmə 
aldığı  «Oğuznamə»də
 
arabaya
 
«kanq»

arabalı
 
boya
 
«
kanqlı»
 
deyilm
əsini
 
n
əzərə
 
alsaq
,
 
t
əkər-araba icad edənin kimliyi aydınlaşar.
 
Akad v
ə het dillərində yüngül arabaya hansı 
dild
ən alındığı bilinməyən xulu-kanni, xulu-kannum deyilir (Qamkrelidze, İvanov,733). 
Burada kann sözunün *kanq «araba» ola bil
əcəyi və cəng~kanq eyniliyi ehtimalı vardır.  
94 
«Doma  Oquzov»  ifad
əsi  erməni  arxeoloji  əsərlərində  geniş  işlənir.
 
Bu  ça
ğın  tikili-
l
ərində istifadə olunan yığma tağbənd azər boylarına məxsus tikmə üsulu kimi erməni 
dilind
ə azaraşen «azər tikməsi» adlanır 
(
Деведжян
, 23-24); 
Azaraşen üsulu Ur-
artu ça
ğından
 
önc
əki tikililərdə
 
d
ə
 
istifad
ə
 
olunmuşdur
 
(Martiros
ən, 24)

Görk
əmli
 
arxi-
tektor  C
əfər  Qiyasi  bu  barədəki  söhbətimizdə  qeyd  etdi  ki,  gürcü  arxitektorları  da 
darbazi  terminini  az
ər  üsulu  olan  tağbəndi  konusvari  daralan  baca,  dar  başlı 
anlamında işlədir. 
 
83 
                                                                                                                        

dığı  aydınlaşmışdır.  Kür-Araz  kulturu  çağından  basırığa  əmək,  məişət 
al
ətləri, silah və bəzək əşyaları ilə yanaşı, kult və inancla bağlı araba, təkər 
fiqur
ları, tısbağa, ölünün baş tərəfinə cam, kasa qoyulması gələnəyi artır. 
Prototürk 
uruqları ölülərini qıvrılmış, bükülü formada basırığa qoyur, üzə-
rin
ə qırmızı oxra tökürdülər.
 
Bütün  bu  etnik  ad
ətlər bütövlükdə prototürk 
uruq
larının basırıq kulturu gələnəyini formalaşdırmış və onlar bu kul-
turu miqrasiya etdikl
əri regionlara daşımışlar.  
Qazma torpaq (x
əndək), ölünün ətrafını daşlarla və ya ağac tirlərlə 
(k
əsmə) bağlamaq və belə qurulan basırıqların üstünə torpaq, daş və ya 
daşla torpaq birlikdə yığılır, belə qabarma basırıqlar kiçik təpəcikdən bö-
yük t
əpələrə qədər müxtəlif hündürlükdə olur ki, bunlara da kurqan de-
yilir.  B
əzi kurqanların ətrafına dairəvi düzümdə böyük daşlar - kromlex, 
basırığa yaxın daş heykəl - nişandaş qoyulur. Kür-Araz kulturu ilə başla-
yıb  3-4  min  il  davam  edən  bu  gələnəklərin  Orta  Asiya-Güney  Sibir  və 
Quzey  Qafqaz-
İtil-Tuna  ovalıqlarına  Azərbaycandan  (Ön  Asiya)  köçən 
uruqların apardığı heç kimdə şübhə yaratmır.
95 
 
Erk
ən və orta tunc dövründə kurqan kulturunun protoazər uruq və 
boylarına aid özəlliyi onun altındakı basırıqda tək, bəzən çox sayda qır-
mızı oxralı skeletin ayaq və qollarının bükülü olmasıdır. Digər atributlar 
is
ə  aşağı-yuxarı  kiçik  fərqli  əlamətlərlə  protoazər  uruqlarının  dialektlər 
üzr
ə  məskunlaşdığı  lokal  bölgələrdə  saxsı  qablar,  əmək  alətləri,  silah, 
b
əzək əşyalarında ortaya çıxır ki, buna da təbii baxmaq lazımdır. Tipoloji 
95
 
Yalnız İsmayıl bəy Miziyev bu miqrasiyanın əks istiqamətdə baş verdiyini, Kurqan 
kulturunun
 
yaranma
 
öz
əyinin
 
is
ə
 
İtil-Ural
 
arası
 
oldu
ğunu
 
yazır
 
(
Мизиев,
 
1990,
 
26-
32).
 
Lakin  ruhunu
 
incitm
ək
 
ist
əmədiyim
 
m
ərhum
 
İsmayıl
 
b
əyin
 
bu
 
fikril
ə
 
razılaşmaq 
mümkün  deyil,  çünki  Qafqazdan 
yuxarı  bölgələrdə  ortaya  çıxan  bu  arxeoloji  abidələr 
basırıq  gələnəyi  və  metal  əşyaları  ilə  Ön  Asiyadan  gəlmə  idi  və  bunu  əks  etdirən 
b
əlgələr elə İsmayıl bəyin hər iki kitabında kifayət qədərdir
 (
Мизиев,
 
1986,
 
30-33; 
1990,
 
13-14). 
Kür-Araz  kulturuna q
ədər də mövcud əlaqənin yönü elmi ədəbiyatda 
güneyd
ən quzeyə verilir.  
   
Əksər Avropa alimləri kimi, T.V.Qamkrelidze və V.V.İvanovun birlikdə yazdığı fun-
damental 
əsərdə də kurqan-basırıq kulturunun Quzey Qafqaz - Güney Rusiya çöllərinə 
Ön Asiyadan getm
əsi indiyə qədər əldə olunmuş çox zəngin arxeoloji bəlgələrlə sübut 
olunur 
(
Гамкрелидзе, Иванов
 1984). 
Lakin 
miqrasiyanın yönünü düzgün verən bu 

əlliflər  həmin  kulturu  aşağıdan  yuxarı  daşıyanları  haqsız  olaraq,  protohindavropa 
uruqları kimi təqdim etməyə çalışmışlar

Ancaq 
geniş elmi müzakirələrə səbəb olan bu 
fikir  ciddi  akademik-elmi  dair
ələrdə  tarixçilər  tərəfindən  qəbul  olunmadı,  çünki  «bu 
ehtimal  dil,  tarix  v
ə arxeoloji baxımdan aşılmaz çətinliklə qarşılaşır»
 (
ИДВ,
 1988, 
38). 
 
84 
                                                 

ya
xınlığını saxlamaqla, belə kiçik fərqlərin yaranması Azərbaycan sınır-
ları dışına çıxan prototürk uruqlarının arxeoloji abidələrində daha qaba-
rıqdır. Bu da təbiidir, çünki mərkəzi ocaqdan uzaqlaşdıqca, yeni-yeni et-
noslarla 
qarşılaşdıqca  etnoqrafik  innovasiyaların,  yerli  gələnəklə  çulğa-
laşmanın  örnəkləri  arxeoloji  kulturda  özünü  büruzə  verməlidir.  Kurqan 
kulturu  v
ə qədim türkcə olan kurqan sözü bir müddət prototürk və türk 
boylarının «pasportu» kimi qalsa da, sonralar başqa etnosların da kultur 
g
ələnəyinə daxil olmuşdur. Orta tunc çağında az da olsa, bəzi kurqanlar-
da 
ölüyandırma adəti də görünür, Azərbaycanda bəzi basırıqların içində 
tonqal 
qalanması halları qeydə alınmışdır. 
Kurqan kulturu 
atributlarından biri də daş heykəl və atdır. Daşdan 
düz
ələn qadın heykəlciklərinin Qobustanda hələ mezolit dövründən bəlli 
olduğunu qeyd edən Firuzə xanım Muradova buradakı Kür-Araz kulturu-
nun son 
çağlarına aid 3 №-li kurqanda tapdığı daş insan heykəlinin bütöv 
Ön
 
Qafqazda ilk
 
örn
ək olduğunu yazır.
96 
 Bel
ə
 
daş
 
heyk
əllərin tunc
 
dövrün-
d
ən sonra basırıq yanında nişandaş kimi qoyulması doğu və batı prototürk 
saqa, alban, hun, x
əzər, kuman, qıpçaq boyları içində geniş yayıldığı kimi, 
kurqanaltı basırıqlara at gömülməsi də türk etnosunun arxeoloji kulturunda 
əsas atributlardan birinə çevrilmişdir.
97
 
 
Kült
əpə, Qaraköpəktəpə, Göytəpə kimi bir sıra abidələrdə həyatın 
III minil boyu davam etm
əsi göstərir ki, Kür-Araz kulturu dövründə pro-
toaz
ər uruqlarının stabil yaşayış məskənləri olmuşdur. Lakin elə bölgələr 
d
ə var ki, orada stabillikdən danışmaq olmur, yanğın izləri, yaşayış məs-
k
əninin tərk edilməsi və yenidən məskunlaşma, qonşu ölkələrdən olan 
basqınlar artıq erkən tunc dövründə toqquşma və lokal savaşların baş-
lan
dığını bəlli edir. Belə qarşıdurmalara səbəb çay-su və quru tranzit yol-
larına nəzarət, meşə ağacı, mineral qaş-daş, metal, mal-heyvan qəniməti 
əldə etmə və əsiralma, yeni otlaqlar davası, ərazi genişləndirmə olayları 
idi. Bu durum uruq 
başçılarına yeni statuslar gətirdi. Onsuz da maldarlı-
ğın ayrılması ilə kişi kultu üstün mövqeyə çıxırdı və soy başçıları içindən 
96 
Мурадова,
 1979, 39-41. 
97
 
Kurqan 
ətrafına  daş  hekəllərin,  at  və  qoç  daşların  qoyulması  sonrakı  çağlarda 
yayılsa da, kurqanaltı basırığa daşdan at fiquru qoyulmasının ilk örnəyi m.ö.III minilliyin 
orta
sına aid Telmankənd (Astara) kurqanında üzə çıxmışdır.
 
Bu 
kurqanı açan tanınmış 
arxeoloq F
ərman bəy burada araba fiquru ilə yanaşı, ucunda at başı yonulmuş uzunsov 
bir 
daş tapmışdır
 (
Мащмудов
, 1987).    
 
 
85 
                                                 

daha 
döyüşkən olanı uruq başçısı seçilirdi. Əvvəllər kiçik, lokal döyüş-
l
ərə uruq başçıları səviyəsində rəhbərlik kifayət edirdisə, artıq böyük iddi-
alar 
qarşısında iki və daha artıq uruq birləşməsi ilə yaranan boya yeni 
statuslu 
başçı lazım idi.  
Kür-Araz  kulturunun  orta 
çağlarına  qədər  Azərbaycanın  bir  çox 
bölg
əsində belə boylar və boy başçıları ortaya çıxmışdı. Sumer yazılı epo-
su «En-Merkar v
ə Aratta bəyi» bu barədə tutarlı bəlgələr verir. Hətta Kür-
Araz  kulturunun  sonunda  Urmu  hövz
əsi  ilə  İkiçayarasında  böyük  Qut 
dövl
əti yaranır. Prototürk uruqları m.ö. III minillik boyunca ibtidai icma 
quruluşundan  boy  qurumuna  qədər  ictimai-siyasi  evolyusiya
 
keçmiş,
 
bu
 
minilliyin son 
əsrlərində
 
ilk
 
dövl
ətlərini
 
qura 
bilmişlər.  
Kür-Araz  kulturu  dövründ
ə  prototürk  uruqları  boya  çevrilmiş  və 
onların  dilində  yeni  ictimai-siyasi  terminlər  yaranmışdır;  əvvəllər  *ur 
sözünd
ən uruq «qəbilə» yarandığı kimi, bu dövrdə də *bod sözündən dia-
lektl
ər  üzrə  bod~but~boy  fonetik  variantlı  boy  «tayfa»  termini,  *baq 
sözünd
ən baq~beg fonetik variantları ilə yeni anlam kəsb etmiş bəy sözü 
işlənməyə başlamışdır. Uruqlar birliyi olan boy qurumunun başçısı olan 
b
əy hakimiyətinin simvolu yay idi, oq «ox» isə boyun tərkibindəki uruq-
ların simvolu olub, üç-oq, beş-oq şəklində onların sayını bildirirdi. Bu 
çağlarda subar, kanqar, qut, as, lulu, turuq kimi çoxlu protoazər boyadı 
vardı və Aras, Asar, Kuar, Baq (bağa), Qut, Qam, Al (al anası) və sair bu 
kimi mifik 
dünyagörüşlə, inancla bağlı iyə adları işlənir, Tenqer (tanrı) 
il
ə bərabər bu iyələr də qutsal sayılırdı. Ocaq, su, dağ, daş kimi təbiət 
kultları  əvvəlki  çağlardan  vardı,  sonra  bu  sıraya  metal,  at,  qılınc  kimi 
kultlar 
əlavə olundu. Bütün bu inanc sistemi, ictimai-siyasi, sosial durum 
inkişaf edib gəlişdikcə protoazər dili də cilalanıb zənginləşir, cəmiyətlə 
birg
ə dildə də həmin inkişaf mərhələləri əks olunurdu. 
Erk
ən tunc çağında qaya rəsmləriylə yanaşı, piktoqram - şəkilli ya-
zıdan da istifadə olunmağa başlanmışdı. Prototürk uruqları kimi, onların 
güney 
qonşuları sumer və elamlar da piktoqramlardan istifadə edirdilər, 
lakin 
şəkilli yazıdan simvolik işarə - ideoqramlara keçən bu etnoslardan 
yalnız sumerlər həmin ideoqramları mixi yazıya çevirə bildilər. Elamlar 
v
ə İkiçayarasına gəlib yerləşən sami akadlar həmin sumer yazısına uyğun 
öz
əl yazılarını formalaşdırdılar. Qaya rəsmləri, piktoqram və ən çox da 
uruq-boy 
damğalarını uzun müddət davam etdirən protoazər boyları isə 
Aralıqdənizi tərəflərdə yaranan yarı heca-yarı hərfli runik yazını mənim-
 
86 

s
ədilər. Həmin dövrə aid yazı hələ tapılmasa da, sonrakı çağlarda onun 
izin
ə daş-qaya üzərində və xalı-xalça sənətində rast gəlmək olur.
98
 
 
Az
ərbaycanın erkən tunc kulturunu Dağıstan və Qafqaz aşırımları  
il
ə Quzey Qafqaza daşıyan uruqlar kimi, əks yöndə miqrasiya edən uruq-
ların da olması təbii idi. Azərbaycanın quzey bölgələrinə sızan uruqlar 
əsasən protoqafqaz etnoslarının
 
doğu qolunu təşkil
 
ed
ən protohurri uruq
 
v
ə
 
boyları olub, bir qismi ana yurdlarına yaxın Qafqazın güney ətəklərində 
oturdu,  bir  qismi  d
ə  Van  hövzəsinə  qədər  irəli  getdi.  Kür-Araz  kultur 
m
əkanına  düşən  bu  gəlmə  etnos  öz  etnik  gələnəyini,  doğu  protoqafqaz  
dilini mühafiz
ə edə bildi. Erkən və orta tunc dövründə Azərbaycanın qu-
zeyind
ə  iki  etnosun  yaşaması  arxeoloji  kulturda  elə  bir  köklü  dəyişmə 
yaratmadı, yalnız lokal kultur variantların adda-budda ortaya çıxması da 
bunu  göst
ərir.  Həmin  protoqafqaz  boylarının  törəmələri  olan  ləzgi,  udi, 
çeçen, 
inquş, buduq, saxur, avar, qırız, xınalıq kimi boyların azər boyları 
il
ə yalnız dil fərqi vardır, digər etnoqrafik göstəricilərin çoxu üst-üstə dü-
şür. Çox güman ki, udi, avar, xınalıq, çeçen adları onlara qonşu azər boy-
larının dilindən yadigar qalmışdır, buduq adının isə boy qurumu yaranan 
erk
ən  tunc  dövründə  ortaya  çıxması  şübhə  doğurmur,  çünki  yad  etnik 
uru
ğun protoazər boy federasiyasına qoşulmasu *bud-uq «boya qoşulan 
uruq» 
adında aydın görünür. Buduq boyu o çağda bəy sözünü də hansı 
formada 
almışsa, indiyə qədər həmin fonetik formada (baq) işlədir. 
Protoaz
ər boylarının Quzey-Qafqazla əlaqəsi quzeyə
 
olan kiçik köç-
l
ər, III minilin ortalarından sonra orada yaranan Maykop kulturu və onun 
üz
ərində yaranıb, II minil boyu davam edib genişlənən digər Quzey Qaf-
qaz arxeoloji kulturlar tunc dövrünün sonuna q
ədər Ön Qafqazla əlaqənin 
k
əsilmədiyini göstərir. Maykop kulturu və sonrakı lokal kulturlar Ön Qaf-
qaz maldar b
oylarının quzeyə köçməsi ilə yaranmışdı.
99
 
 
Ora kurqan kul-
turu aparan boylar bir müdd
ət bükülü gömmə gələnəyini saxlamış, sonra 
t
ədricən yerli ölünü uzatma adəti üstün mövqeyə çıxmışdır, bu da gəlmə-
98 
  Elam 
piktoqramlarına bənzəyən yazılar Azərbaycanın güney bölgələri Təpə-Yəhya, 
Sialk  IV,  Qodint
əpə  abidələrində,  ideoqram  yazılar  Şamaxı-Xızı  bölgələri  arasındakı 
Quşçu, Altıağac, Göylər, Udulı kəndlərində üzə çıxmış, qayaüstü rəsmlər isə Azərbay-
ca
nın  əksər  bölgələrində  -  Abşeron,  Qobustan,  Armudlu  (İrəvan  mahalı),  Kəlbəcər, 
K
əmərli,  Gəmiqaya  və  sair  abidələrdə  vardır 
(
Фитуни, 
1927
, 185;
 
Щямзя Вяли,
 
1998; 
Рзайев,
  1984, 93-94;  1985
;  Ялийев,
  1992; 
Ъяфяров,
 
1999). 
99 
Авдусин, 1977, 96;  История Дагестана, 83.
  
 
87 
                                                 

l
ərin assimilyasiya olunduğunu göstərən bəlgədir. Güman ki, prototürk 
boyların IV minillikdə başlanıb Kür-Araz kulturu boyu davam edən quzey 
köçl
ərində
 
iştirak edən uruq və
 
boylar qaraçay-balkar v
ə kumuq xalqının 
ulu 
babaları protobalkar və protokumuqlar olmuşdur.   
Q
ədim kartvel-türk dil paralelləri göstərir ki, protoazər boylarının 
güney protoqafqazdilli boylarla da t
əması olmuşdur. Belə təmas nöqtələri 
Borçalı-Axıska ilə Kiçik Asiyanın quzey-doğu bölgələri və sonrakı Kol-
xida kulturunun ya
yıldığı ərazilər arasındakı sınır bölgələri idi. Arxeoloq-
lar  III  minillikd
ə  Kiçik  Asiyada  10-dan  artıq  kulturun  olmasını  qeyd 
edirl
ər.
100
 H
əmin  minilin  sonunda burada  hat,  azzi  boylarının yaşaması 
yazılı qaynaqlarda əks olunsa da, arxeoloji kultur çeşidlərinə görə burada 
ən azı 5-6 müxtəlifdilli etnik toplumun varlığı şübhəsizdir. Onların sıra-
sında prototürk dilinin parçalanma çağlarında bura gəlib yerləşmiş batı 
prototürk 
uruqlarından olması da mümkündür, II minilin başlarından isə 
burada 
batıdan gələn hindavropadilli boylar görünür və Van yaxasından 
yuxarı qalxan qaşqay boyları ilə burada prototürkcə sözlər ortaya çıxır.  
Göyt
əpə  saxsı  qablarında  cızma-basma  naxışlar  bütöv  Kür-Araz 
kulturu 
yayılan ərazilərdə göründüyü kimi, Göytəpə, Hasanlu abidələrin-
d
əki  böyük  saxsı  qablar  üzərində  yapma  spiralvari  naxışlar  da  Borçalı-
Qazaxda, 
Ağrı ətəyi abidələrdə, Ərzurum civarında Karaz, Elazığ civa-
rında  Xəzərtəpə,  Van  civarında  Yaycı  kimi  abidələrdə  təkrar  olunur.
101
 
Bel
əliklə, Anadolu protoqafqaz, protohindavropa dillərində danışan boy-
larla  y
anaşı,  bəzi  prototürk  boylarının  da  məskəninə  çevrilir.  Kür-Araz 
kulturu 
basırıqları  yaşayış  məskənlərindən  kənara  çıxmışdı,  Anadoluda 
is
ə məskəndaxili küp və sənduqə basırıqlarda ölünü arxasıüstə uzatmaq, 
çöm
əlmiş halda gömmək, ölüyandırma gələnəyi davam edirdi.
102
 
 
Bu 
çağlarda Anadoluda Turova (Troya), Alacahöyük kimi şəhərtipli 
yaşayış  məskənləri  çoxalırdı.  Kayseri  civarındakı  Kaniş  şəhərində  asur 
tacirl
ərinin ayrıca məhəlləsi (karum) vardı, burada m.ö. XIX əsrin ortala-
rından başlayaraq 150  il davam edən Kültəpə yazıları ticarət sənədləri 
olsa da,  b
əzi yer-yurd adları ilə yanaşı, burada Aquz, Saklı, Dada, Ata, 
Azu,  Panak,  Tarxun,  Tuman  kimi  prototürk 
şəxs adları da əks olunmuş-
dur.
103
 
 Bu 
çağlarda hat boyları Qızılirmaq hövzəsində, qaşqay boyları isə 
100 
ИДВ, 1988, 32.
 
101 
Исмаилов,1977, 48-50;  Kınal, 1987, 48-49. 
102
 
Kınal, 1987, 80. 
103 
КТИК, 1968. 
 
88 
                                                 

onlardan 
yuxarıda  Qaradənizin  güney-batı  bölgələri  istiqamətində  yayıl-
mışdı, II minilin başlarından gəlib hat bölgələrini zəbt edən hindavropa 
dilli hetl
ər burada böyük Het dövlətini qurdular. Bu dövlət m.ö.1200-cü 
ill
ərə qədər Kiçik Asiyada hegemonluğu əldə saxlaya bildi. 
Güney Az
ərbaycanda, Urmu hövzəsi ilə Dəclənin sol yaxaları ara-
sında m.ö. IV minilin sonunda xırdabuynuzlu heyvanın artmasıyla bağlı 
maldar 
uruqların dağlıq bölgələrə qalxması yeni-yeni yaşayış məskənləri 
salınmasına səbəb olmuşdu. Luristan qazıntıları III minilə qədər əkinçi-
maldar  sakinl
ərin  çoxaldığını,  lakin  həmin  minildə  bir  tərəfdən  Çiqa-
Paxan  kimi  böyük  sah
əli  abidələrin  boşaldığını,  digər  tərəfdən  onların 
ətrafında təbii mühafizəsi olan yeni kiçik yaşayış məskənləri salındığını 
göst
ərir.
104 
 
Bu  bölg
ələrə  səpələnən  lulu,  qut,  turuk  və  sair  protoazər 
boyla
rı güney qonşuları kassi-elam,  güney-batı qonşuları akad-sumerlər
 
il
ə müəyyən ilişkilər qurmuşdular. Bu ilişkilər bəzən barış içində ticarət 
əlaqələri, bəzən də savaş içində ərazi davası şəklində davam edirdi. Hələ 
prototürk 
çağının sonunda, IV minilin ikinci yarısında Bars əyaləti boşal-
mış, sonra burada elam uruqları yerləşmişdi. Əvvəlki sakinlərin geyimi 
il
ə ilgili yaranmış bölgənin adı isə bugünə qədər yaşayır.
105 
  Erk
ən tunc 
ça
ğının sonuna doğru Elam sınırına yaxın Qiyan IV abidəsi hələ bükülü 
ba
sırıq adətini, həmin çağın elam abidələri isə uzadılmış ölü basırığı gə-
l
ənəyini əks etdirir. Zaqros dağları və onun ətəklərində Çiqa-Sabza, Təpə-
Badxur, Çiqa-Kabud, Bataki, Çiqa-Bala kimi abid
ələr arxeoloji baxımdan 
geniş tədqiq olunmayıb,  buradakı Təpə-Cəmşidi abidəsi Qiyan ilə eyni 
xarakterlidir. Luristan 
qazıntıları burada gəlişmiş kultur üzə çıxarmışdır. 
Bağdad-İran  yolunda  Sari-Pula  yaxın  Padir  dağında  lulu  bəyinin  qaya-
üstü r
əsmi və akadca yazı həkk olunmuşdur. Lakin elam yürüşləri qarşı-
sında lulu boylarının davam gətirmədiyi, yuxarı Urmu hövzələrinə çəkil-
diyi ehtimal olunur. Elam 
çarı Kutik-İnşuşinak m.ö.XXII əsrin əvvəlində 
qutlar  üz
ərində qələbə çaldığını qeyd etmişdir. Elam arxeoloji qazıntıları 
göst
ərir ki, Qiyan abidəsindən aşağıdakı ərazilərdə, bütöv Xuzistan böl-
g
əsində böyük inkişaf olmuş, evlər artmış, qəsəbələr böyümüş, şəhərsal-
ma, m
əbədtikmə, dulus və metalişləmə yüksək səviyəyə qalxmışdır. Artıq 
104 
ИИ, 21.
 
105 
Buradakı uruq başçıları çiyinlərinə bars dərisi atdığı üçün onların ərazisi Bars bölgəsi 
adlanmışdır. Eyni adlı bölgə Urmu gölü hövzəsində də vardı. Bu güney bölgəyə tunc 
dövründ
ən sonra
 
g
əlib
 
elamlara 
qarışan
 
ari 
boyları artıq bu ərazinin əhalisi kimi pars
 
adlanmışdır.
 
Yuxarıdakı
 
Bars
 
bölg
əsində
 
is
ə barsil türk
  
boyu 
yaşayırdı.
 
 
89 
                                                 

burada  boy  (bod)
 
qurumundan  budun  (bodun)
 
qurumuna  keçid,
 
dövl
ət 
quru
luşu,  hökmdar  basırığı  və
 
piktoqram 
yazılar  görünməyə  başlayır. 
Elam  t
əsiri Azərbaycanın güney-doğu bölgələrinə də sirayət edir. Sialk 
IV-d
ə silindrik möhürlər, protoelam piktoqramlarına bənzəyən yazıların 
ortaya 
çıxması bunu aydın əks etdirir. Q. Çayld bu təsiri «lazurit yolu-
nu  n
əzarət  altına  alma»  kimi  qiymətləndirir,  güman  ki,  burada  elam 
tacirl
ərinin məhəlləsi  varmış. 
Erk
ən  tunc  çağlarında  Azərbaycanın  güneyində  bir-birilə  rəqabət 
aparan  Elam  v
ə  Sumer  kimi  iki  dövlət  yaranmışdı.  Sumerdə  öncə  Kiş, 
sonra  Uruk 
şəhər-dövlətə çevrildi. Bu şəhər-dövlətlər arasında hegemon-
luğu ələ almaq üçün savaşlar olurdu. M.ö. 2700-cü illərdə Kiş şəhərinin 
çarı En-Menbaraqesi, sonra oğlu Aqanın güneydəki Uruk şəhərinin baş 
kahini v
ə çarı Bilqamıs ilə vuruşması sumer yazılarında əks olunmuşdur. 
Sonrakı Uruk çarlarından biri En-Merkar da Urmu civarında olan Aratta 
bölg
əsinin bəyi ilə gah dostluq, gah da savaş münasibətlərində olmuş və 
d
əfələrlə  Arattaya  qasid  göndərmişdir.  Bu  əlaqələrdən  geniş  bəhs  edən 
sumer  m
ətnləri Güney Azərbaycanın erkən tunc çağı durumuna aid qiy-
m
ətli məlumatlar verir. Bəlli olur ki, protoazər boyları bu dağlıq bölgədə 
d
əmyə əkin və maldarlıqla məşğul olur, burada boy başçısı bəy hökmdar 
sayılır, saray elitası içində baş kahinə hörmət edilirdi. Arattada ilk türk 
b
əylik qurumunun formalaşdığı aydın olur. Burada qiymətli mineral və 
metal
işləmə sahəsində bacarıqlı ustaların yetişməsi,  Sumer kimi gəliş-
miş bir ölkədə tikilən məbədin bəzək işlərində arattalı ustalara ehtiyac 
olma
sı Azərbaycanda sənətkarlığın inkişafıni göstərən yazılı sənədlərdir.  
H
ələ m.ö.IV minildən İkiçayarasına başlanan sami axınları bütöv 
tunc  dövrü  boyunca 
dalğa-dalğa davam etmişdir. Ərəbistan çöllərindən 
g
ələn  bu  axınların  öncülləri  akadlar  idi.  Onlar  quzeydən  Sumerə  daxil 
olub 
buraları zəbt edəndən sonra akad sülalələrinin hakimiyəti get-gedə 
genişlənir və Azərbaycanın güney-batı sınırları dəfələrlə onların hücumu 
qarşısında qalır. Bu durumda protoazər boylarını birləşdirən qut boyları 
ön
ə çıxır, akad qoşunlarını məğlub edib, ilk böyük türk dövlətini qurur, 
İkiçayarasının orta və güney bölgələrini də öz hakimiyətləri altına alırlar. 
Bir 
əsr davam edən Qut dövləti dağılır, protoazər boyları yenidən ayrı-
ayrı bəyliklərə parçalanır. Erkən tunc dövrünün son əsrlərində baş verən 
bu  olaylar  Az
ərbaycanın  bəzi  bölgələrində  şəhərsalma,  qala  və  qalaça 
tikm
ə işlərinə təkan verir. Naxçıvanda şəhər tikili qalıqlarının üzə çıxarıl-
 
90 

ması bunu aydın göstərir. Erkən tunc dövründə əhali artımı da yeni-yeni 
m
əskənlərin salınmasına səbəb olmuşdur. 
Erk
ən tunc dövrü protoazər boylarının quzey, batı və güney sınır-
larında yaranmış durumu gözdən keçirdik. Doğu qonşuluqda və Xəzərin 
güney-
doğusunda yerləşən bölgələr də eneolit əkinçiliyi üzərində inkişaf 
edirdi. Türkm
ənistanın güneyindəki Altıntəpə, Namazqatəpə IVAnau III 
abid
ələri, Özbəkistanın güneyindəki Sapallı kompleksi erkən tunc döv-
rünü 
əks etdirir. Bu abidələrdə ilk dulus çarxlarından istifadə, dulusçu 
emalat
xanasının ortaya çıxması, boyalı keramikadan nazik divarlı, cilalı 
v
ə bir rəngli saxsı qablara və toxadan xış əkinçiliyinə keçmə, metalişləmə 
v
ə maldarlığın inkişafı görünür. Ən önəmlisi isə Orta Asiyada şəhərsal-
ma kulturu Az
ərbaycanı xeyli qabaqlamışdı. Burada saman qarışıqlı gil 
evl
ər böyük divarlarla əhatə olunmuş sahələrdə tikilirdi. Çoxotaqlı evlər 
v
ə dövrünə görə möhtəşəm məbədlər (Altıntəpə) şəhər tipli yaşamın ilk 
örn
əkləri idi. Namazqatəpədə 27 otaqlı bina qalıqlarının üzə çıxarılması 
da göst
ərir ki, burada tikinti işi çox irəli getmişdir.
106 
 
 
Protoaz
ər boylarını doğu prototürk bölgələri ilə bağlayan, həm də 
zaman  keçdikc
ə dilləri bir-birindən uzaqlaşan bu iki qol arasında körpü 
rolunu oynayan Orta
 
Asiya prototürkm
ənləri tunc dövrünün erkən çağını 
stabil 
inkişaf, orta və
 
son 
çağlarını isə bu ərazidən keçən böyük miqrasiya 
olayları fonunda keçirmişlər.
 
Aral 
yaxası
 
Amu-d
ərya deltasında isə Anau 
əkinçi kulturundan fərqlənən Tazabaqyab kulturu yaranmışdı. Azərbay-
ca
nın  güney-doğu  bölgələrindən  gələn  boylar  burada  Suyarqan  əkinçi-
maldar  kulturunu 
formalaşdırmışdı.
 
Xar
əzm-Azərbaycan
 
ilişkilərinin
 
ilk 
örn
əklərindən  biri  olan  Suyarqan  kulturu  Canbas-6,  Gökçə-2,  Bazar-2 
abid
ələrində qeyd olunmuşdur.
107
  
Orta tunc dövrünün sonunda 
Əfqanıstanın quzey,
 
Orta 
Asiyanın gü-
ney, Az
ərbaycanın güney-doğu və Xorasan bölgələri ari boylarının axınla-
rına məruz qalır.
 
Bunlar
 
Qarad
ənizin quzey bölgələrindəki Ata yurdların-
dan qopub 
doğuya gedən hindavropa boyları idi, onlar artıq m.ö. II mini-
lin 
ortalarında Aral hövzəsinə gəlib çatmışdılar. Sonrakı əsrlərdə isə qeyd 
etdiyimiz 
ərazilərə səpələnmiş, sonra buradan iki qola (iran, hind) ayrılıb, 
106  
Авдусин,
  1977, 98-99; 
Мартынов,
  1982, 94-95; 
Шишкин,
  1981, 
163-170. 
107 
Мартынов
 1982, 96.  
 
91 
                                                 

biri Hindistana, dig
əri Elama getmişdir. Bu yeni etnik miqrasiya arxeoloji 
kulturda d
ərin iz qoymuşdur. 
Arazdan  quzeyd
ə olduğu kimi, Güney Azərbaycanda da Kür-Araz 
kulturu sona q
ədər davam etmişdir. Daş özül üzərində tikilisi olan və əllə 
düz
əlmiş spiralvari naxışlı, qulplu qara cilalı saxsı qablar, çoxlu mis əşya-
lar 
aşkar edilən Göytəpənin «K» layında kultur təbəqə 6,6 metr olub, bütöv 
III minilliyi 
əhatə edir. Təbrizə yaxın Yanıqtəpədə isə iki mərtəbəli evin 
qalıqları üzə çıxarılmışdır.
 
Kür-Araz kulturu III minilin sonunda
 
inki
şafla 
bağlı keyfiyət dəyişmələrinə uğrasa da, onun
 
«
yayıldığı ərazilərin tarixi 
inkişafı II minildə də üzvi şəkildə davam etmişdir».
108
 
Ancaq  bu 
ərazilərdən  kənarda  qalan  Təpə-Hisar,  Turəngtəpə,  Xu-
rab, 
Şahtəpə, Çeşme-Ali kimi avtoxton abidələrdə kultur inkişaf ləngiyir, 
erk
ən tunc dövrünün sonlarına doğru buradakı boyalı şəkilli saxsı qablar 
aradan 
çıxır, yerini boz və qara cilalı, pardaxlı qablar tutur. Hisar III «B» 
qatında yanğın altında qalmış çox qiymətli qab-qacağın tapılması burada 
b
əy evi olmasını göstərir. Xəzər dənizinin güney hövzəsində olan abidə-
l
ərin çoxu Orta Asiyadakı Namazqatəpə abidəsi kimi eyni vaxtda, m.ö. II 
minilin  birinci 
yarısında  boşalır.  Əhalinin  kütləvi  surətdə  bu  bölgələri 
t
ərk etməsi orta tunc dövründə at və dəvənin artması, atçılığın inkişafı, 
araba
ların geniş yayılması ilə mümkün olmuşdur.
 
Birinci böyük köç pro-
totürk dilinin 
dağıldığı dövrdə olmuşdu, bu isə ikinci böyük köç idi və 
buradan 
çıxanlar Xəzərin hər iki sahili boyunca yuxarı qalxmış, böyük 
bir kütl
ə də Orta Asiyadan keçərək, Qazaxıstan-Güney Sibir və Türküstan 
t
ərəflərə getmişdir. Zaman-zaman doğuya miqrasiya edən prototürk boyları 
oraya 
metalişləmə,
 
atçılıq və qoyunçuluq sənətlərini apararaq,
 
böyük  kul-
turlar 
qurmuş, orada türklərin ikinci Atayurdunu yaratmışlar.  
Kür-Araz  kulturundan  sonra  Az
ərbaycanın  sınırlarında  yaranmış 
başqa etnik kulturların əhatəsində batı prototürk boylarının tarixi-coğrafi 
konturları xeyli daraldı. Azərbaycan sınırları dışında başqa etnik toplum 
içind
ə qalan prototürk boyları çox yerdə dilini itirib assimilyasiya olundu, 
lakin protoaz
ər boylarının məskunlaşdığı Urmu-Göycə və Kür-Araz höv-
z
ələrində eyni etnik kultur orta tunc çağında da davam etdi. Oturaq yaşam 
əkinçilik, tikinti, metalişləmə, dulusçuluq, toxuculuq, ticarət sənətlərinin 
yeni  keyfiy
ətlər qazanmasına imkan açırdı. Əkinçilər tarla bitkilərindən 
əlavə  bostan  tərəvəzi  və  ərik,  badam,  heyva,  alma,  armud,  şaftalı,  nar  
108 
ИДВ,
 1988, 38. 
 
92 
                                                 

kimi 
cır meyvə ağacları əkib-becərməklə bağçılıq kulturuna yol açırdı-
lar.  Üzüm 
çeşidlərini  artırıb,  şərabçılıqla  məşğul  olur,  taxıl  döymədə 
artıq vəldən istifadə edirdilər.Yun-keçə toxucu məmulatı artır, polixron 
çeşidli boyalı qablar çoxalır, döymə və lehimləmə üsulu ilə hazırlanmış 
b
əzəklər geniş yayılır. Tuncdan hazırlanan qazan, balta, xəncər, iskənə, 
biz, 
bıçaq, ox-nizə ucluqları metalişləmə sənətinin inkişafını göstərir. Bu 
çağda böyük ustalıqla hazırlanmış Luristan metal əşyaları ətraf bölgələrə 
v
ə sınır dışına yayılır. 
Orta tunc dövrü protoaz
ər boylarının həyatında maldarlığın ən məh-
suldar m
ərhələyə çatması ilə xarakterikdir. Damazlıq heyvan, keçi, qoyun 
cinsl
ərinin artması, cins mal-qara ilə yanaşı dəvə və atların da çoxalması, 
süd m
əhsulundan geniş istifadə maldarlığı səmərəli peşəyə çevirmiş,
 
çoban, 
ilxıçı və dəvəçi sənəti üstün mövqeyə çıxmışdı. Xüsusilə atçılıq sənəti 
Urmu  hövz
əsində, Qarabağ və Xəzərin güney bölgələrində misilsiz nai-
liy
ətlər əldə etmiş, burada yetişdirilən at cinsləri Orta Asiya, İkiçayarası 
v
ə Kiçik Asiya istiqamətində aparılan ticarətdə bir nömrəli mala, Azər-
baycan is
ə bütöv Ön Asiya ölkələri üçün atçılıq bazasına çevrilmişdi. Bu 
da b
əllidir ki, hər yerdə yük və qoşqu heyvanı kimi istifadə olunan atdan 
ilk d
əfə Azarbaycanda minik heyvanı kimi istifadə olunmuş, dünyada ilk 
süvarilik burada 
yaranmışdır. 
Orta tunc 
çağında əvvəlki dairəvi evlər aradan çıxır, düzbucaqlı və 
2-3 
otaqlı  evlərin  daş  özül  üzərində  divarı  çiy  kərpicdən,  bəzi  yerlərdə 
möhr
ə, gillə suvaqlı çubuq, bəzi yerlərdə də çay daşından tikilir, mühafi-
z
ə divarları və qalalar artır, tikililər sistemə düşür. Bəzi bölgələrdə qala 
içind
ə sənətkarlıq məhəllələri, şəhərtipli məskənlər salınır, küçələrə daş 
döşənir (II Kültəpə). Azərbaycanda möhtəşəm müdafiə qalaları tikilsə də, 
Sumer-Elam, Anadolu v
ə Türkmənistanın tikinti kulturundan geri qalır. 
Son  tunc  dövründ
ə  Azərbaycanın  ayrı-ayrı  bölgələrində  bir  neçə 
lokal kultur 
yaranır ki, bu da protoazər boylarının ayrı-ayrı dialektlərini 
v
ə
 
boy  birl
əşmələrini gerçəkləşdirən
 
durumun 
yaranmasından xəbər verir. 
Bunların sırasında  Xocalı-Gədəbəy, Naxçıvan  Talış-Muğan kulturu 
adlanan  lokal  arxeoloji  kulturlar  seçilir.  Birinci  kultur  G
əncə-Qarabağ 
zona
sını və Kürün sağ hövzəsini əhatə edir və saxsı məmulatı (qabarıq 
küp, 
darboğaz,  təkqulplu  qab,  cam)  və  daşdan  düzəlmiş  kuzə,  qapaqlı 
v
ə enliağız qablar ilə seçilir. Burada saxsı nehrələr də üzə çıxarılmışdır. 
Ən çox Qazax-Gəncə ovalığında qeydə alınmış bu lokal kultur Gədəbəy 
v
ə Daşkəsəndə dağlıq,  dağətəyi və yaylaq yerlərindəki siklop tikililəri 
 
93 

il
ə fərqlənir. Başqalaça, Böyükqalaça, Pirqalaçası, Pirqalaqapısı, Çoban-
daşı kimi adlar daşıyan belə siklop tikililəri sırasında Azorqalaçası adıın-
dakı azor etnonimi qədim azər boylarından yadigar qalmışdır. Əkin-biçin 
v
ə maldarlıqla məşğul olan əhali dulus çarxından istifadə edir, bəzəkli 
n
əsnələr düzəldir, metalişləmə sənətini davam etdirirdi. İki-üç əsr sonra 
bu 
geniş  ərazilərdə,  Göycə  hövzəsi,  Ağrı-Ələyəz  ovalıqlarında  yaşayan 
boyların adını biz urartu yazılarında görəcəyik. 
Arxeoloji 
ədəbiyatda  Naxçıvan  və  ya  Qızılvəng  mədəniyəti  adlı 
arxeoloji abid
ələr boyalı qabları ilə seçilir. Əslində, boyalı qablar orta və 
son  tunc  dövrl
ərində,  həm  də  təkcə  Naxçıvan  bölgəsində  deyil,  bütöv 
Arazboyu v
ə Urmu ətrafı bölgələrdə üzə çıxarılmışdır ki, bu da müəyyən 
dialekt  koynesi 
ətrafında  sıx  əlaqəsi  olan  boyların  arxeoloji  kulturudur. 
Buradan  X
əzər  tərəfə  getdikcə,  Muğan  düzənliyindən  başlayıb  Lənkəran 
ovalığı-Talış dağlarına qədər digər bir lokal kulturun yayıldığını görmək 
olur.
  
Dağətəyi  və
 
düz
ənlik  yerlərdə  əkinçilik,  bəzək-düzək,
 
metali
şləmə, 
dulusçu s
ənəti, yaylaqlarda isə maldarlıqla məşğul olan kaspi boylarının 
bu  kulturu  qara 
cilalı  saxsı  qabları,  Ön  Asiya  tipli  xəncər  və  silindrik 
möhürl
əri ilə fərqlənir. Son tunc çağı lokal kulturlar sırasında Abşeron-
Qobustan, 
Şəki-Zaqatala,  Quba-Xaçmaz  və  Dağıstanda  yerli  boylarla 
protokumuq 
boylarının  birgə  Qayakənd-Xoroçoy  abidələri  də  vardır. 
Bütün  bu  lokal  abid
ələr  eyni  basırıq  kulturu  fonunda  yalnız  regional 
dialektl
ər üzrə bir-birindən fərqlənir.
109 
 
Son  tunc  dövrü 
basırıqlarında əvvəlki çağların daş qutu, xəndək, 
kurqan, kromlex g
ələnəyi davam edir, bəzi abidələrdə atla birgə gömmə 
(G
əncə,  Xaçbulaq,  Naxçıvan,  Qarabağ,  Talıs)  özünü  göstərir,  tək-tək 
hallarda  f
ərqli etnik adət kimi ölüyandırma, parçalama, uzanıq gömmə 
özünü göst
ərsə də, əksər basırıqlar bükülü gömmə adətini təkrar edir. Son 
tunc
 
dövrünü protoaz
ər
 
dialektl
ərinin gəlişmə çağı hesab etmək olar,
 
çünki 
109 
Az
ər  dilinin  dialekt  və  şivələri  həmin  lokal  arxeoloji  kulturların  regionlar  üzrə  ya-
yılmasını aydın əks etdirir. Dialektlərin coğrafi prinsiplə dörd qrup üzrə təsnifini akad. 
M
əmmədağa Şirəliyev vermişdir
 (
Ширялийев
 1968, 16-17): 1)
 

Yüklə 11,02 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə