1. Qərar qəbul etmə anlayışı



Yüklə 27,59 Kb.
səhifə1/8
tarix30.12.2021
ölçüsü27,59 Kb.
#49343
  1   2   3   4   5   6   7   8
Belge


1.Qərar qəbul etmə anlayışı

Hər bir insan şəxsi həyatında qərar qəbul etmə prosesi ilə rastlaşır. Bu qərarların formalaşması və secimi adətən təcrübəyə əsaslanan, yəni məntiqi düşünmə yolu ilə və intuisiya əsasında baş verir. Eyni zamanda hər bir insan öz xidməti (vəzifəsini icrası) fəaliyyətində də müxtəlif qərarlar hazırlayır və qəbul edir.

Qərar qəbul etmə nəzəriyyəsində «qərar qəbul edən şəxs» (QQŞ) termini geniş istifadə olunur. Qərar qəbul edən şəxs ümumiləşdirilmiş anlayışdır.

«Qərar qəbul etmə» anlayışını dar və geniş mənada şərh etmək olar. Dar mənada qərar qəbul etmə effektli qərar variantının secilməsi və təsdiqlənməsinə yönəlmiş müxtəlif qərar variantlarının aşkarı və təhlili üzrə fəaliyyətin son aktıdır. Bu halda qərar fərdi və qruplaşdırılmış QQŞ tərəfindən müəyyən qayda əsasında yerinə yetirilmiş secim aktı kimi təsvir olunur.

Geniş mənada isə qərar qəbul etmə bir necə mərhələdən ibarət müəyyən zaman müdətində baş verən prosesdir. İdarəedici qərarın qəbulu informasiya prosesi kimi başlangıc (vəziyyət) verilənlərin haqq nəticəyə(idarəedici siqnala - əmrə, sərəncama, göstərişə) çevrilməsidir.
Beləliklə, «qərar qəbul etmə» mövcudların icərisindən bir fəaliyyət istiqamətinin, bir alternativin secilməsidir. Əgər alternativ yoxdursa, secim də yoxdur və deməli qərar da qəbul edilmir.
Qərar qəbul etməli hər bir situasiyanın xarakterik cəhəti icərisindən ən effektlisinin seciləsi alternativ (bir-birini inkar edən) fəaliyyət variantlarının mövcudluğudur. Ən effektli fəaliyyət variantının secilməsi QQŞ-nin qərarı hesab olunur. Bununla belə fəaliyyət variantları mövcud vəziyyətin saxlanmasına, həm də müəyyən dəyişikliklərin aparılmasına istiqamətlənə bilər. Strateyi xarakterli müxtəlif dəyişikliklərin aparılması ilə bağlı qərarlar ən mürəkkəb qərarlar hesab olunurlar

Ən effektli fəaliyyət variantı optimal adlandırılır. Seçmə meyarının ekstremumunu (maksimum və ya minimumunu) təmin edirsə, bu cür qərar optimal hesab olunur.

Qərarların ümumiləşdirilmiş xarakteristikası onun effektivliyidir. Bu xarakteristika qərarın itkiləri nəzərə almaqla məqsədə çatma dərəcəsini təyin edən effekti göstərir. Məqsədə çatma dərəcəsi böyük, onun reallaşmasına sərf edilən itkilər kicik olarsa qərar daha effektli hesab edilir.


Yüklə 27,59 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin