Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı


İnam Atanın – Asif Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə22/31
tarix06.05.2017
ölçüsü3,35 Mb.
1   ...   18   19   20   21   22   23   24   25   ...   31

İnam Atanın – Asif Atanın Mütləqə İnam Ocağı 

 

Ata-Ocaq İlsırasının 37-ili 

Göylünün Yükümlüyündəki “Ulufərəh” Ailəsinin 

VIII “Ailə Günü” Törəninin 

Gediş yazısı 

 

Gün: 29 İnam Günü, Yağış Ayı; Yer: İnam Evi; Vaxt: 15.00 

 

Tədbir keçiriləcək Oda Amal Ruhunda hazırlanır. Təşkilatca işlərə 



Üstün məsuldur. 

Törən “Ata Ruhuna Pənah Gətirmişik!” Səcdəsiylə başlayır. 

“Ruh üstə” İçsəsini Üstün deyir. 

  

Ocaq Yükümlüsü Soylu Atalının Ailəyə Xeyir-Duası dinlənilir. 

  

Törən qonuları: 

1. Sözü nə dərəcədə tanıyıram, ya da söz mənim üçün nə deməkdir?! 

2.  Amalın  istəkləri  ilə  Həyatın  istəkləri  içimdə  döyüşürmü,  anlaşırmı? 

Nə dərəcədə səmimiyəm? 

 Qonaqların soruları olarsa, cavablandırılır. 

  

Qutsal  oxuma:  “Özüllər  özülü”  Bitiyindən  bir  hissə  oxunub  şərh 

olunur. 

  

CARLAR: 

1. İnam  –  Ata, Söz  –  Ata, Yol  –  Ata  –  İnam  yaşadır, söz  öyrədir, Yol 

sabahlaşdırır! 

2. Yükümüzdən qıraqda varlığımız yoxdur! 

  

“Ata Ruhunu Ürəyimizdə Aparırıq!”, 



“Atamız var olsun!” Səcdəsiylə Gün başa çatır. 

  

Gediş yazısını yazdı: Göylü Atalı 



25 Yağış Ayı, 37-il. Atakənd. 

  

Qəbul olunur. 



                                          Soylu Atalı 

Mütləqə İnam Ocağının Yükümlüsü 

          25 Yağış Ayı, 37-ci il. Atakənd. 

 

328 


Asif Atanın – İnam Atanın 

Mütləqə İnam Ocağı 

 

“Ulufərəh” Ailəsinin 



“Ailə Günü” toplantısında deyilmiş fikirlər 

 

 



 

Ocaq Günsırası ilə 29 Yağış Ayı, 37-ci ildə (noyabr, 2015) İnam 

Evində  “Ulufərəh”  Ailəsinin  IX  “Ailə  Günü”  toplantısı  keçirildi. 

“Ata  Ruhuna  pənah  gətirmişik!”  səcdəsilə  “Ailə  Günü”  başladı

“Ulufərəh” Ailəsinin Yükümlüsü Göylü Atalı (Ataya səcdə edib Bay-



rağı  öpür  –  Ü.A.):  Burada  Ocaqla  tanışlığı  olmayan  bir  qonağımız 

var.  Ona  görə  də  qısaca  bilgi  verim:  Asif  Ata  Ocağı  Ailələr  biçi-

mində çalışır. Bunlardan biri də Ulufərəh Ailəsidir. Hər bir Ailə aylıq 

toplantı  keçirir.  Biz  burada  Amallaşma,  Kamilləşmə,  Xalqlaşma 

hesabatı veririk. Ay içində gördüyümüz işləri, düşüncələrimizi bölü-

şürük. Ocaq səfərlər edir, görüşlər keçirir, toplantılar düzənləyir, ədə-

biyyatlar hazırlayır, saytlar işlədir, dərgi çıxarır, Atanın, Ocaqçıların 

kitabını çap edir və b.k. Məqsəd nədir? Bəllidir ki, bu gün dünyada 

baş  verən  siyasal  olaylar  var.  Bu  olaylar  toplumun  yaşamına  ciddi 

etki göstərir. Demokratiyanın gətirdiyi “hər kəsin öz fikri, öz düşün-

cəsi  var”  prinsipi  bağımsızlıq  yerinə  özbaşınalıq  yaratdı.  Hər  kəs 

çaşqın durumdadır indi. Kapitalizm  gəlişmə yerinə fəlakətlər gətirir 

təəssüf  ki.  Belə  bir  gedişə  dirəniş  göstərən,  ideyada,  düşüncədə, 


 

329 


yaşamda, Asif Ata Ocağıdır. Asif Ata Ocağı əslində Bəşərin gələcə-

yini işıqlandıran ideya daşıyıcısıdır. Bu ideyaların əsasında insanlar-

da  milli-bəşəri  yöndən  şüur  oyanıqlığı  yaranır.  Söz  yox,  Gələcəyə 

umudu  ayaqda  saxlamaq  baxımından.  Bugünkü  tədbir  buna  qulluq 

edən  tədbirlərdən  biridir.  Düzdür,  hər  kəsin  ağlında  sorğu  yarana 

bilər ki, üç-beş adam neyləyəcək ki? Əslində böyük ideyalar təklərin 

ağlında meydana gəlir, minlərin həyatını etkiləyir. Yəni bizim istədi-

yimiz durum oturuşarsa, üç-beşin ağlında, doğrudan da, bu, dünyanın 

diqqətinə sunula bilər. Biz buna inanaraq yola çıxmışıq.  

Amallaşma,  Kamilləşmə,  Xalqlaşma  hesabatı  vermək  istəyirəm. 

Amallaşmam, demək olar ki, olmayıb. Oldura bilmədim.  İçim qarı-

şıq, dolaşıq, yüklü olduğundan əlim heç nəyə yatmır. Atanın bir fikri 

var,  “Ruhaniyyat  maddiyyatla  ölçüləndə  ləyaqətsizləşir”.  Ruhaniy-

yata qulluğun iki yolu var  –  maddi və  mənəvi.  Mənəviyyat adamın 

gücü  içindəsə,  zatən  maddi  qulluğunu  əsirgəmir.  Eyni  halda,  şəxs 

həqiqəti  yaxşı  tanıdığından  ruhaniyyata  birbaşa  özgün  olmayan 

məsələlər üzərində çox dayanmır. Ən böyük zənginliyi mənəviyyatın 

arılığında gördüyündən heç vaxt yanılmır. 

Bir  şey  deyim  ki,  gözlə  görünən  qulluqda  özünü  axtarmaq,  tap-

maq  ehtiyacı  həm  də  gizli  şöhrətin  əlamətidir  (Bu  mənim  həm  də 

özüylədöyüş  üstə  fikirlərimdir).  Mən  bu  duyğunun,  üstəgəl  ağılsız-

lığın,  üstəgəl  tamahın  etkisinə  qatılıb  boyumdan,  olanaqlarımdan 

böyük işlərə qatışıram və sonucunu da ağır ödəyirəm. 

Bu günlərdə bir nəfərlə Amal üstə söhbət etmək istədim. Ağzım 

söz  tutmadı,  ağzımın,  ağlımın  kəsərsizliyi  məni  sarsıtdı.  Başa  düş-

düm ki, sıfır nöqtəsindən başlamaq gərəkirsə, başlamalıyam. Ancaq 

belə yaşamaq olmaz. Bir insanın ağılsızlıq edib, yanlış addım atması 

anlaşılandır. O insan Amal yükü daşıyır və şöhrətə, tamaha yenilirsə, 

bu  qüsurdur.  Bütün  bunlar  qana-qana  edilirsə,  bu  artıq  günahdır. 

Günahdan arınmağın yolu bütün dinlərdə tövbədir. Yəni Tanrıya və 

özünə verdiyin söz. Söz özüylədöyüşün başıdır. Söz özünü dərketmə-

nin ölçüsüdür. Hər şey sözdən başlayır, sözdə bitir. 

Elə  şey  var  ki,  bunu  topluma  açıq-açığına  sunmaq  olmur,  mən 

özümə nə demək gərəkirsə, onu demişəm. Bir sıra şeyləri sıfır nöqtə-

sindən  başlamışam.  Ataya,  sözün  böyük  anlamında,  böyük  sözü 

demişəm, ömrümdə yeni səhifə açdım və bu, doğrudan da, arı səhifə 

olacaq. Başqa yolum yoxdur. 


 

330 


Burda bir qonu var, “Amalın istəkləri ilə həyatın istəkləri içimdə 

döyüşürmü,  anlaşırmı,  nə  dərəcədə  səmimiyəm?”.  Bu  sarsıntıya  qə-

dər mənim içimdə həyatın istəkləri ilə, Amalın istəkləri anlaşdı. Yəni 

mən  Amala  özündənkeçməmdə  tam  olmuşam,  ancaq  eyni  zamanda 

həyata da bac vermişəm. Bu gün bir ruhaniyyat adamı üçün mənim 

məişət  ortamım  yaxşı  səviyyədir.  Zəruri  olan  nədirsə,  varımdır. 

Həyata son borcum var, o borcu verib bütünlüklə Amala həsr olun-

maq, bu, mənim sonucumdur. 

Xalqlaşma ilə bağlı deyim ki, bütün bu qərarlardan sonra, belə bir 

sonuca gəldim ki, həftədə ən azı bir dəfə oxullara səfər edim. Yəni 

görüş keçirmək əhvalında olmalıyam. O niyyətlə bu həftə iki oxulda 

oldum. Təəssüf ki, hər ikisində baxanlığın iznini istədilər. Bu da, ay-

dın məsələdir, alınmayan bir şeydir. Addımı geri qoymamaq, bölgə-

lərə çıxmaq qərarındayam. 

Atamız Var olsun! 

Amaldaşlarımdan  da,  qonaqlardan  da xahiş  edirəm,  əsasən  qonu 

üzərində  dayanaq, söhbətin  ikinci  aşaması çay  süfrəsi  olacaq,  əlavə 

söhbətləri o zaman edərik. 



 

Üstün  Atalı: Mütləqim,  Müqəddəsim,  ulu  peyğəmbərim  Asif 

Ataya – İnam Ataya ali səcdəylə! 

Bundan öncəki Ailə Günümüz Atagündə oldu. O gündən bu günə 

xüsusi  amallaşmam  olmayıb.  Ancaq  yön  almışam  bədii  ədəbiyyat 

oxumağa, o mənim halıma bir az duruluq gətirir. Xüsusən Tolstoyun 

əsərini  oxuyuram.  Orda  özümü  çox  görürəm.  “Etiraflarım”  əsərini 

oxudum. Oxuma çox şey verir, qazanıram. 

Kamilləşmə, Xalqlaşma hesabatım yetkin səviyyədə deyil. 

Qonu  ilə  bağlı  demək  istəyirəm.  Söz  haqqında  qonu  qoyulub. 

Demək  olar  ki,  son  vaxtlar  ixtisasımla  bağlı  söz  bolluğuna  düşmü-

şəm.  Tanış  olmayan  söz,  termin  bolluğuna  düşmüşük,  onun  içində 

itib-batır insan. 

Söz var ki, onunla çıxış yolu tapırsan, söz də var ki, onun qarşı-

sında donub qalırsan. Sözü dərk eləməyəndə, bilməyəndə, Tolstoyun 

sözü ilə desək, bilmədiyini öyrədirsən. Dediyini özün dərk edəsən ki, 

başqasına  da  öyrədə  biləsən.  Söz  sanki  mənim  ətrafıma  tökülmüş 

xəzinədir.  Əgər  fikrimi  doğru  ifadə  edirəmsə,  qarşımdakını  anlada 

bilirəmsə, onda o xəzinədən ona da vermiş oluram. Sözümün gücü, 

bax, budur. 


 

331 


İlk  gəlişi  belə,  fərəh  verir,  həyəcanlandırır.  İnsan  sözü  həsrətlə 

gözləyir. Övladın bir “ana” kəlməsi onu necə həyəcanlandırır, fərəhlə 

doldurur, sevindirir. Ondan daha artıq şeylər gözləyirsən. Əslində o 

söz səni təsdiq edən sözdür, doğmalıq yaradan sözdür. 

İçimin rəvanlığı sözümdə bilinir, təlaşı da sözümdə bilinir, dola-

şıqlığı da sözümdə bilinir; qorxusu da sözümdə bilinir, tərəddüdü də; 

eşqi  də,  harayı  da  sözümdə  bilinir.  İçsəl  dünyamızı  sözlə  aşkarla-

yırıq.  Söz  həm  də  insanı  əbədiləşdirir,  qəhrəmanlaşdırır,  kamilləş-

dirir. Söz məni Mən edəndir. Sözə görə döyülürük, sözə görə dərimiz 

soyulur,  sözə  görə  çarmıxa  çəkilirik,  sözə  görə  həm  də  böyüyürük. 

Sözü demək, düşünüb dərk etmək və onu yaşamaq gərəkdir. Üçü bir 

yerdə olanda söz öz anlamına çatır, artıq o mənim ömrümdə bugün-

ləşir. Ailə Günündə də biz halımızı sözlə ifadə edirik, ancaq hal o hal 

olmalıdır ki, yaşadığımı sözlə ifadə edə biləm. Atamız Var olsun! 



 

Türkel  Atalı:  Mütləqim,  Müqəddəsim,  ulu  peyğəmbərim  Asif 

Ataya – İnam Ataya ali səcdəylə! 

Ay  içində  Amallaşmam,  Kamilləşməm  yönündə  düşündüklərim. 

Ailə Günləri kitabını oxumuşam, o yöndə düşüncələrim olub. Bu ay 

“İnam  Evi  Günü”  tədbirini  və  Nəimi  ilə  bağlı  tədbiri  səsdən  sözə 

çevirdim.  İnam  Evi  Gününə  çağrılmışlar  arasında  Nəimi  ilə  bağlı 

tədbirə çağrılanlar da var idi. Onların arasında ola bilər ki, kiminsə 

çıxışı bir az zəif olsun, kim isə özünü təkrarlaya bilsin-filan. Önəmli 

olan gəlişin əsasında Ocaq həqiqətinin zamandan, cəmiyyətdən üstün 

olmasına  inamdır.  Ocaq  mühitindəki  səmimiyyəti,  doğru  məntiq 

əsasında həqiqətləri dərk eləməsi, bilməsidir. 

Ailə  Günü  tədbirində  Ocaq  Yükümlüsünün  dediklərindən  özüm 

haqqında  gəldiyim  qənaətlərim.  Ocaq  Yükümlüsünün  belə  bir  fikri: 

“İnsanın  üstünlük  istəyi  var,  ancaq  bioloji  tələblərlə  yaşadığı  üçün 

özünü  başqaları  ilə  tutuşdurur”.  Bu  fikirdən  sonra  özümdə  eqoizm 

duyğusunun  olduğunu  gördüm.  Gerçəkliyə  bağlı  yaşayıram  demək 

olar ki. Fikrin davamı kimi Ocaq Yükümlüsünün başqa fikrini demək 

istəyirəm:  “Ölməzlik  deyilən  bir  həqiqət  var.  Ömrün  məqsədi  ona 

yetməkdir”.  Ölməzlik  deyilən  bir  həqiqət  nə  vaxt  dərk  oluna  bilər, 

təkcə biolojiliyə bağlı yaşamayanda.  

Gerçək yaşam – zahiri üstün olmaq tələbi yaradır. Bu səbəbdən də 

içsəl  üstünlük,  içsəl  ucalıq  yaşanılmır,  bilinmir.  Ona  can  atılmır. 

Hesab edirəm ki, mən də hələ ömrümün məqsədini tam dərk eləmi-


 

332 


rəm.  İçimdəki  hansısa  deyə  bilmədiyim,  gizlətdiyim  duyğular  sirr 

deyil,  məchulluqdur.  Sirr  Anlamdır,  Allahdır.  Mənim  özümü  bütöv 

şəkildə  izah  etməməyimdə  bəzi  əngəllər  var.  Özüylədöyüşümü  – 

dəyişmək,  içdəki  sirri  aşkarlamaq,  anlamla  bir  olmaq  üçün  yetərli 

saymıram. Deyəcəyim sözü ətrafıma, onun yanaşmasına hesablamaq 

hələ də içimdə gücsüzlüyün, hardasa ikili yaşamın olmasıdır. 

Ocaqçının  ən  böyük  Mənliyi  fərəhçilik  üstə  olmalıdır.  Bir  var 

sözdə  deyirsən  mən  fərəhlənirəm,  bir  də  var,  doğrudan  da,  fərəhə 

yetmisən.  Bu  günə  kimi  tədbirlərin  çoxunda,  ay  içində  iş  görəndə, 

deyirəm  ki,  mən  fərəhlənmişəm.  Ancaq  Günev  əminin çıxışı ilə tu-

tuşduranda görürəm ki, o, doğrudan da, yetdiyini izhar edir, mən isə 

ay  içində  hansısa  olduğum  məqamı  gəlib  deyirəm.  Mənimlə  onun 

fərqini onda tutuşdurdum ki, mən hələ də o halı yaşaya-yaşaya geriyə 

doğru gedirəm. 

Həmin  o  Ailə  Gününün  kitabını  oxuyarkən  belə  bir  qənaətə 

gəldim,  o  kitabda  həm  Göylü  bacının,  həm  də  Üstün  bacının  çıxış-

larına  baxıram  ki,  mən  hardasa  iki  ay  bundan  qabaq  onu  demişəm, 

sanki o halı yaşamışam, tutuşdururam ki, onlar nə cür bu haldan çıxa 

bildilər?! 

Amallaşma,  Kamilləşmə,  Xalqlaşma  hesabatı  şəxsiyyətin  yaran-

ması  yoludur.  Bu  kitab  da  mənim  yaranmağıma  yardımçı  olub. 

Atamız Var olsun! 

 

Ayaz  Şıxalıoğlu:  Nəsiminin  həmişə  vurğunuyam.  Nəsimi,  Asif 

Atanın dili ilə desək, Mütləqdən danışırdı. Nəsiminin Allahı elə Müt-

ləq  idi.  İnsanı  Özünə  tanıtdırmaq.  Nəsimi  deyir  ki,  söz  Allahdı. 

Deməli,  söz  Mütləqdir.  Söz  mənim  üçün  Vətəndir.  Söz  Allahdır, 

vətən  Allahdır.  Həmin  şeydir.  Bununla  oynamaq  olmaz,  bu  ciddi 

məsələdir.  Sözə  xəyanət  vətənə  xəyanətdir,  bəşəriyyətə  xəyanətdir. 

Qələmi  əlinə  alan  adam,  bu  gün  Azərbaycan  üçün  yaşayır.  Bu  bir 

ehtiyacdır, onu məcbur edən həmin o Mütləqdir. Onun içindəki onu 

məcbur edir, bu da onun insanlığını göstərir. Özünü özünə tanıtdırır. 

Bunu borc sayır və heç kimə də minnət qoymur.  

Asif  Ata  deyir  ki,  insan  ömrünü  gərək  fərəhlə  yaşasın.  Fərəhə 

yetmək gərəkdir ki, yaşayasan. Bax, o insana fərəh verir. 

Sən  həqiqəti  bilirsən.  Ömrünün  anlamı  da  hamısı  orda  görünür. 

Ən  çətin  məqamlarda  sənin  için  işıqlı  olur.  Çünkü  sən  bilirsən  ki, 

kimsən.  Sən  bu  dünyaya  niyə  gəlmisən  və  niyə  yaşayırsan.  Sanki 


 

333 


cəmiyyətin vuruşduğu hamısı boş şeylərdir. Sən əbədilik üçün vuru-

şursan, sənin mahiyyətin də budur. 



 

İsa Mehdioğlu: Amallaşma haqda söhbət gedir, Söz haqda söhbət 

gedir. 


 

 

 



Söz, sözü deyən adamın içsəl güzgüsüdür. Özü nə cür şəxsiyyət-

dirsə, özünə uyğun sözü də deyəcək.  Cılız adamların ağzından cılız 

söz  eşidəcəksən,  dahilərin  ağzından  böyük  söz  eşidəcəksən.  Bu  da 

Amallaşmanın bir yönüdür. Hər bir insanın özünün Amalı olmalıdır. 

Amal onun içsəl aləmidir, arzusudur, istəyidir. O amalı insan yaxşıya 

da  apara  bilər,  pisə  də  apara  bilər.  Pisi  cəmiyyət  özündən  atacaq, 

yaxşısını qəbul edəcək. 

Bu  gün  Asif  Atanın  ideyaları  da  insanlaşma,  amallaşma  işindən 

başlayır.  Neçə  min  ildir  insanlaşma  ideyası  ortaya  atılıb,  hələ  tam 

oturuşmayıb. Yenə də mübarizə gedir. Ocaqdan mənim diləyim odur 

ki, həmin o Amallaşma, Kamilləşmə ideyasını tam yerinə yetirsinlər. 

 

Ağşın Ağkəmərli: Bildiyimiz kimi, söz insanı əks etdirən məqam-

dı.  Bu  sözün  əsasında  keçmişdəki  şəxsiyyətlərimizi  bu  günə  kimi 

gətirib  çıxardırıq.  Bu  məsələ  ilə  bağlı  Avestada,  “düzgün  düşün, 

düzgün danış, düzgün əməl et” sözünü xatırladım. 


 

334 


Sözün  təməlində  qərar  tutan  o  fikir  və  düşüncədir  ki,  bunu  biz 

Füzulidən,  Nizamidən  tutub  gəlirik.  Zaman-zaman  söz  özü  bir  məf-

kurəyə, düşüncəyə gəlib çatır. Burdan təriqətlər ortaya gəlir. Təriqət-

də sükut, sükutdan sonra nöqtə gəlir. Nöqtəvilik ordan əmələ gəlib, 

Mənsur Həllac ilə bağlı. Sükut, nöqtə, söz. Söz gəlir Hürufilikdə can-

lanır.  Bunların  sintezi  gəlir  Səfəvilikdə,  sufilikdə  özünü  göstərir. 

Ardıcıl  bir  proses  var, nöqtədən  hərfə,  hərfdən  də işə  gəlib çatanda 

biz  bunu  üç  aşamada,  17-ci  yüzillə  14-cü  yüzil  arasında  çox  açıq-

aydın görürük, ancaq dərinə gedəndə biz bunu “Avesta”da görürük. 

Bu bir xətdir. 

…  Hər  kəsə bəlli  olduğu  kimi  bu  gün  Azərbaycanda çox  həssas 

dönəm  yaşayırıq.  Bu  gün  Nardaranda  baş  verən  olaylar  həqiqətən 

məni  sarsıtdı.  Bu  olaylarda  özümdən  daha  çox şikayət  edərdim,  bir 

növ  bizim  laqeydliyimizdən  irəli  gələn  səbəblərdir.  Bu  düşünülmüş 

səkildədir. Bu yaxınlarda hicab məsələsi ilə gündəmə gəldi, “Müsəl-

man  qardaşları”  adıyla  gündəmə  gəldi.  Biz  susmaqla  məsələ  həll 

olmur. Bunun arxasında əllər var. Azərbaycanın bu gün nə gəlişmə-

sini, nə dincliyini, nə hərəkətini heç kəs görmək istəmir. Bu gün tale 

bizə qismət edibdir bu dövləti, bu bayrağı. Bizim bəzi tənqidlərimiz 

olsa  belə,  onu  dişlə-dırnaqla  qoruyub  saxlamağımız  tək-təkimizin 

milli və toplumsal borcudur.  

Şah  İsmayılın  1mln  kv.km.  torpağından  bu  gün  86  000  kv.km. 

qalıbdır.  O  da  təhlikədədir.  Biz  uşaqlarımızı  harda  böyüdək?  Bu 

bizim  evimizdir,  bu  evdə  biz  yaşayırıq.  Bu  ev  olmasa,  biz  harda 

yaşayacağıq?!  Biz  küçələrdə  böyüyəcəyik,  ya  onun-bunun  qoltu-

ğunda böyüyəcəyik. 

Bu  gün  tale  bu dövləti  bizə  qismət  edibsə,  bunu  hərtərəfli  qoru-

malıyıq.  Biz  istəmirik  ki,  kiminsə  arxa  bağçası  olaq.  Məsələsini 

atasıyla həll edə bilməyən kəs gəlib mənim evimdə həll edir. Getsin 

evində  həll  eləsin,  eləyə  bilmir.  Çünkü  atasına  gücü  çatmır.  Gücü 

çatmayanda gəlib mənim evimdə söhbət salır. İran dövləti və Rusiya 

eyni durumda yaşayırlar. Eyni ortamda yaşayırlar. İçəridə olan top-

lumsal,  siyasal,  iqtisadi  çatışmamazlıq  bu  gün  İran  dövlətini  böyük 

bir  fəlakətə  aparır.  Rusiya  da  eyni  haldadır.  Bu  günləri  Rusiya  öz 

taleyini içəridə həll edə bilmədiyi halda, İran dövləti içəridə taleyini 

həll  edə  bilmədiyi  halda,  eşikdə  şou  göstərməklə  məşğuldurlar.  Bu 

şou göstərmək mənə çox baha başa gəlir. Suriyada, Hələbdə, Şamda 

sən bir binanı salamat görmürsən. Bu, fəlakətdir ki, bu gün bu millət-



 

335 


lərin nə qədər insanı Avropanın qapılarında dilənçi kökündə yaşayır. 

Eyni  halda  bu  durumda  yaşaya-yaşaya  sığınacaq  yerlərinə  gəlib  od 

vururlar,  yandırırlar.  İnsanlar  diri-diri  yanır.  Mən  həqiqətən  indi  də 

danışanda tüklərim ürpəşir. İnsanın ürəyi yanır, bu nə durumdur? 

Bəzən İrandan söhbət aparanda elə ideal şəkildə danışırlar ki: Heç 

İranda rüşvət var? Heç İranda ac qalan var? Dünən internetdə oxuyu-

ram  ki,  Tehranda  15  milyon  əhali  var  bir  bölgədə,  250  min  nəfər 

küçədə yatır. Bunun yarısına yaxın qadındır. 

İranda bir yüksək oxul (universitet) müəllimi 3 ay bunlarla yaşa-

yıb, o yazır. Ana qarnındakı uşağı 75 min tümənə, təxminən 20 dol-

lara  satıb.  Bizim  televiziyamız  açıb  bunu  göstərmir,  görsünlər  ki, 

üzünü  tutub  cəhənnəmə  gedənlər  görsünlər  ora  nə  durumdadır.  Bu 

gün  İranda baş verən fəlakətlər bir deyil, iki deyil. Gün içində İran 

ərazisində 40 ton narkotik maddə istehsal olunur. Körpə uşaqlar nar-

kotiklə məşğuldurlar. Bu günləri bizim üzdəniraq axmaqlar üzünü tu-

tub ora getmək istəyir. Burdakı televiziya açıb göstərsin orda nə var. 

Mən bir zaman komunist idim. Mən komunist ideyasını daşıdığım 

dövrdə  o  tayda  hərəkat aparırdıq  ki,  qalib  olaq.  SSRİ-nin  bayrağını 

qutsal bir bayraq kimi bilirdik. Bizim qohumların yarısı o vaxt Milli 

Hökumət dağılandan sonra bu taya keçiblər. Biz fikirləşirdik ki, so-

vet sistemi bütün xalqları qurtaran yoldur. Bizdə sovetə, rusa böyük 

bir sevgi yaranmışdı. Bizdə belə təsəvvür yaranmışdı ki, orda krantı 

açanda birindən bal gəlir, o birindən də süd gəlir. O sevginin, o həs-

rətin əsasında mən, 89-cu  ildə, Arazı üzüb keçdim. SSRİ-nin dönə-

mində, Füzuli tərəfdən Arazı üzüb gəldim. Əhmədlidə Qulam Yəhya 

küçəsi var, biz bir müddət orda qaldıq. Mən birinci dəfə bura gələndə 

bir şey məni dəhşətə gətirdi. Gördüm pəncərələrdə dəmir barmaqlıq-

lar var. SSRİ-çilik düşüncəsində əmniyyət o qədər boldur ki, düşün-

düm  ki,  bu  dəmir  barmaqlıq  nəyə  gərəkdir?  Orda  Əhmədlidən  üzü 

aşağıda  bir  balaca  bağ  yeri  var  idi,  meyvə-tərəvəz  əkilmişdi.  Biz 

dostlar soruşduq ki, o nədir? Dedilər, birinin evi var, orada da bağça-

sıdı, meyvə-tərəvəz əkir. Biz heç düşünmürdük ki, orda yaşayan ola 

bilər. Düşünmürdük ki, o qutuda ailə yaşaya bilər. Bizim beynimizdə 

belə təsəvvür var idi. Ancaq o zaman elə bir dönəm idi ki, internet 

yox idi, televiziyaya kim çıxırdı?! Hər kəs danışa bilmirdi. Biz bunun 

olmadığına  görə  aldanmışdıq.  Yaxşı,  bu  gün  İranda  baş  verən  fəla-

kətlər niyə açıqlanmır?! Ata Xorasanda 9 körpə uşağını başına topla-

yıb,  zəhər  verib  hamısını  öldürüb.  Bu  bir  deyil,  iki  deyil,  niyə  onu 



 

336 


açıb göstərmirlər?! Ancaq İran televiziyası 20 ildir, “Səhər” deyilən 

bir televiziya ki, bunu İranda heç kim izləmir, ancaq Quzey Azərbay-

can  üçün  ağzını  açıb,  gözünü  yumur.  Özü  də  bu  taya  deyir  İrani 

Şimali.  Yaxşı,  qardaş,  nə  vaxta  qədər  susacaqsan,  nə  vaxta  qədər 

güzəştə gedəcəksən, nə vaxta qədər dinməyəcəksən? 

Bu gün biz üzümüzü tuturuq Ocağa, üzümüzü tuturuq bu sevgiyə, 

bu məhəbbətə özümüzə gəlmək üçün. Özümüzdə bir dönüş yaratmaq 

üçün.  Siz  çox  gözəl  dediniz,  böyük  hərəkatların  təməli  kiçik  oda-

larda,  az  şəxsiyyətlər  tərəfindən  qoyulur,  az  şəxsiyyətlərin  əsasında 

qoyulur. Böyük inqilablar kütlə ilə yaranmır. Az olan nüvə kimidir, 

işıq kimidir. 

 

 



 

Elçin bəy: Çox gözəl qonudur. O mənada böyük qonudur ki, söz 

əslində  ən  böyük  silahdır.  İnsanın  bu  gün  əlində  olan  ən  böyük 

silahdır. Ancaq təəssüf ki, o silah mən gözümü açandan biz gənclərə 

qadağa  qoyulub.  Biz  dərk  elədiyimiz  yaxşı  sözlərin  ardınca  getmə-

mişik.  Həqiqəti  deyən insanların,  haqqa çağıranların sonda  təhlükə-

lərlə  üzləşdiyini,  həyatdan  köçdüyünü  eşidəndə,  loru  dildə  desək, 

mənim  də  birdən  başım  divara  dəydi  qayıtdım  ki,  bəs  biz  nə  üçün 

yaşayırıq, həyatımızın mənası nədir? 

Sözümün  canı  odur  ki,  həqiqəti  deyənlərin  öldürülmə  təhlükəsi, 

tutulma  təhlükəsi  olduğuna  görə  insanlar  o  sözü  deməkdən  qorxur. 


1   ...   18   19   20   21   22   23   24   25   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə