AZƏrbaycan d L haqqinda



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə9/11
tarix21.04.2017
ölçüsü4,51 Kb.
#14973
1   2   3   4   5   6   7   8   9   10   11

N TQ N RAB TƏL L Y . Íèòã  ïðîñåñèíäÿ ÿýÿð ñþçëÿð éåðëè-éåðèíäÿäèðñÿ, cöìëÿëÿð äöçýöí ãóðóëìóøñà, 
ìþâçó ðàáèòÿëè, ÿëàãÿëè øÿêèëäÿ øÿðù îëóíóðñà, äåìÿëè, èíôîðìàñèéà âåðÿí èôàäÿ åòäèéè ôèêðè éàõøû áèëèð, îíóí 
ìàùèééÿòèíè ùÿðòÿðÿôëè äÿðê åäèð. Áu âàõò ùàäèñÿíèí, ôàêòûí èçàùîëóíìà àðäûcûëëûüû ìÿíòèãÿ ÿñàñëàíûð. 
Öìóìèééÿòëÿ, àðäûcûëëûãëà øÿðù îëóíàí ìàòåðèàë éàõøû àíëàøûëûð, ìÿíèìñÿíèëèð. 
 
Natiq  fikrini  sərbəst,  aydın,  ardıcıl,  yığcam  və  təsirli  ifadə  edə  bilmək  üçün  ədəbi  tələffüz  qaydalarını 
gözləmək,  cümlələri  düzgün  qurmaq,  sözləri  yerli-yerində  işlətməklə  yanaşı,  nəzərdə  tutduğu  məzmunu 
özünəmüvafiq forma ilə ifadə etməyi də bacarmalıdır. Başqa sözlə, nitq həm də rabitəli olmalıdır.   
Nitqin rabitəliliyi üçün aşağıdakılara əməl edilməlidir: 
      1.  Nitq  məzmunca  dolğun  olmalıdır.  Bunun  üçün  natiq  nitqin  predmetini  –haqqında  danışacağı  (və  ya 
yazacağı) əşyanı, hadisəni, əhvalatı və s.-ni yaxşı mənimsəməli, onun mahiyyətini hərtərəfli dərk etməlidir. Əgər 
şə
rhçi  beynəlxalq  aləmdə  baş  verən  hadisəni,  onu  doğuran  səbəbləri  özü  yaxşı  bilmir,  aydın  təsəvvür  etmirsə, 
həmin  hadisənin  nə  ilə  nəticələnəcəyi  proqnozunu  verə  bilmirsə,  onun  söhbəti,  şübhəsiz  ki,  dinləyici  üçün 
qənaətləndirici  ola  bilməz.  Başqa  bir  misal.  Əgər  müəllim  təhlil  edəcəyi  bədii  əsəri  oxumayıb,  onun  haqda 
başqalarının fikirləri əsasında təhlil aparır, rəy söyləyirsə, bu, lazımi effekti verə bilməz. 

 
137
2. Hər hansı bir məsələ barəsində danışılarkən (və ya yazılarkən) müəyyən məntiqi ardıcıllığa riayət olunmalıdır. 
Başqa  cür  desək,  fikrin  izah  olunması  ardıcıllığı  məntiqə  əsaslanmalıdır.  Məsələn,  tutaq  ki,  mühazirəçi 
Azərbaycan dilinin orfoqrafiyası  barədə danışmağı (yazmağı) planlaşdırmışdır. O, fikirlərini belə bir ardıcıllıqla 
şə
rh etməlidir. 
 1) Orfoqrafiya haqqında məlumat, orfoepiya anlayışı 
2) Orfoqrafik qaydalara əməl olunmasının vacibliyi. 
3) Orfoqrafiyanın orfoepiya ilə əlaqəsi. Onların oxşar və fərqli cəhətləri. 
4) Azərbaycan dili orfoqrafiyasının tarixi, onun formalaşması və inkişafı. 
5) Müasir Azərbaycan dili orfoqrafiyasının əsas qaydaları: 
a) saitlərin təsnifatı; 
b) samitlərin təsnifatı; 
c) bəzi qrammatik formaların yazılış qaydaları. 
Belə  bir  ardıcıllıqla  şərh  olunan  material,  söylənilən  fikir  yaxşı  dinlənilir,  asan  başa  düşülür.  Əks  halda 
nitqdə rabitə pozulur, fikirdə ümumi bir qarışıqlıq yaranır, deyilənlər çətin anlaşılır, yadda qalmır. 
3.  Danışan  (yazan)  əsas  və  ikinci  dərəcəli  məsələləri  bir-birindən  ayırmağı  bacarmalıdır.  Natiq  şərhində  əsas 
məsələ  üzərində  xüsusi  dayanmalı,  söhbətin  mahiyyətini  dinləyiciyə  çatdırmalıdır.  Onun    nəzərində  tutduğu 
məsələdə ikinci dərəcəli fikirlər əsas  fikrin izahına, anlaşılmasına kömək etməlidir. Amma bəzən nitqdə bu tələb 
gözlənilmir. Danışan mövzuda az əhəmiyyətli məsələlər üzərində daha çox dayanır, uzunçuluğa yol verir ki, belə 
nitqdə fikir zəif və natamam ifadə olunur. Əsas fikri çatdıra bilməyən natiqin nitqi, şərhi maraqsız olur, dinləyici 
belə söhbətdən tez can qurtarmağa çalışır.  
4.  Natiq  öz  sözü,  cümləsi,  düşüncəsi,  üslubu  ilə  danışmalıdır.    Özgə  dili  ilə,  hazır  cümlələrlə  danışmaq  nitqin 
keyfiyyətini  aşağı  salır,  onu  canlılıqdan  məhrum  edir.  Natiq    məlum  olanları  şərh  etdikdə  belə onları  öz  dili  – 
ifadə tərzi ilə daha bitkin, daha maraqlı bir formada dinləyicilərə çatdırmağı bacarmalıdır.  

 
138
 
 
N TQ N OR J NALLIĞI. Nitqin məziyyətlərindən biri onun orijinallığıdır. Bu, nitqdə özünəməxsusluqdur, 
bir  şəxsin  başqalarından  fərqli  danışması  və  yazmasıdır.  Nitqin  orijinallığı  bir  neçə  cəhətdən  özünü  göstərir  ki, 
bunlardan  birincisi  fərdi  tələffüz  tərzidir.  Nitqin  tələffüz    baxımından  fərqlənməsi,  nəzərə  çarpması  aşağıdakı 
amillərlə daha çox bağlı olur: 
1. Səslərin, sözlərin aydın diksiya ilə tələffüzü. 
2. Söz və qrammatik formaların orfoepik qaydalar əsasında tələffüzü. 
3. Bir qədər ucadan, aramla danışmaq və oxumaq. 
4.  Bir  qədər  astadan  danışmaq,  nitq  fasilələrində  daha  münasib  sözlər  fikirləşib  tapmaq  və  nitqini    davam 
etdirmək. 
5.  Danışıq  və  xüsusən  oxu  prosesində  intonasiya  çalarlarından  daha  bacarıqla,  məzmuna  uyğun    şəkildə 
istifadə edə bilmək. 
6. Danışanın səciyyəvi söz, ifadə, sitat, sintaktik konstruksiyalar, frazeoloji ifadələr, aforizmlər, atalar sözü, 
zərb-məsəllər və s. işlətməsi, nitqin xüsusi tərzdə qurulması. 
Nitqin  orijinallığını  təmin  edən  vasitələrdən  biri  də  bədii  təsvir  vasitələridir.  Bədii  təsvir  vasitələrindən 
(məcazi mənada işlədilən söz və ifadələr, təşbeh, metafora, mübaliğə və s.; müxtəlif üslubi priyomlar – sözlərin 
təkrarı və ya buraxılması, inversiya, ritorik-natiqanə suallar və s.) yerində, həm də uyarlı bir şəkildə istifadə nitqi 
təsirli,  parlaq,  obrazlı  etməklə  bərabər,  ona  orijinallıq  da  gətirir.  Həmin  vasitələrdən  nitqdə  istifadə  bacarığına 
yiyələnmək üçün natiq müntəzəm olaraq bədii əsərləri mütaliə etməli, yazıçı və şairlərin dilindəki natiqlik sənəti 
baxımından  daha  yararlı  və  münasib  söz  və  ifadələrə,  digər  təsvir  vasitələrinə  diqqət  yetirməli,  onlardan  yeri 
gəldikcə  istifadə  etməyə  çalışmalıdır.  Volterin  təbirincə  desək,  “adamlar  yaxşı  yazıçıları  mütaliə  etdikcə,  yaxşı 
danışmağa vərdiş edirlər”. 

 
139
 
N TQ N  EKSPESS VL Y   VƏ  EMOS ONALLIĞI.  Ekspressivlik  (mənalılıq,  təsirlilik,  ifadəlilik)  nitqin 
obrazlığı, emosional keyfiyyəti, təsirliliyi deməkdir. Emosionallıq (həyəcan) emosiyanın ifadə edilməsi, emosiya 
ilə dolu olan, həyəcanlı, tez təsirlənən, tez mütəəssir olan mənadır. 
Ekspressivlik, emosionallıq və obrazlılıq bir-bir ilə əlaqədardır, onlar birgə təzahür edir. Emosionallıq ancaq 
patetik çıxışlarda, qızğın və coşqun nitqlərdə, məntiqi ardıcıllıq və təmkinlə söylənilən mühazirələrdə özünü 
göstərir. 
Ekspressivlik dilin bütün səviyyələrində müxtəlif vasitələrin köməyi ilə əldə edilir: fonetika, intonasiyanın 
ünsürləri (ton, vurğu, temp, fasilə və s.); leksika (sinonim, antonim, frazeologizm və s.); morfologiya (zaman, növ, 
şə
kil, nida və s.); sintaksis (nəqli, əmr, elliptik, ritorik sual və s. cümlələrlə); ekspressivliyə xidmət edən vasitələrlə. 
Emosionallıq yaradan başlıca dil vahidləri bunlardır: 1) hiss adları olan sözlər (təəssüf, kinayə, sevinc və s.); 
2) deyilən fikrə danışanın emosional münasibətini ifadə edən səciyyələndirici sözlər (alçaq, şərəfsiz, dələduz, 
fırıldaq, əziz); 3) neytral sözlərdə emosional qiymətləndirici sinonim kimi işlənən sözlər (qaçmaq-əkilmək, getmək 
- sürüşmək, ölmək-gəbərmək, cəhənnəmə vasil olmaq və s.); 4) məcazi mənalı sözlər və birləşmələr; 5) sintaktik və 
morfoloji ekspressiv vasitələr (ritorik fiqurlar, emosional qiymətləndirici şəkillər və s.; 6) emosional nidalar və 
ə
datlar (heyhat, əfsus, yazdı ki, ay gəldi ha). Emosional boya əlavə məna çalarıdır. Emosional boya dil faktı, dil 
hadisəsidir. Emosionallığın “rəngli” növləri üslubi cəhətdən neytral olan nitq fonunda təzahür edir. Sözün bütün 
emosional boyalarını iki böyük qrupda əks etdirmək olar: a) müsbət çalarlı emosional boyalar (təntənəli, dəbdəbəli, 
adi və s.); b) mənfi çalarlı emosional boyalar (etinasızlıq, dolama, həqarət və s). 
 
 
 
 
 
 

 
140
N TQ MƏDƏN YYƏT N N BAŞQA ELMLƏRLƏ ƏLAQƏS  
 
Hər bir insana bəllidir ki, yaşad
ığımız dünya keşməkeşli hadisələrlə dolu bir aləmdir. Maddi aləmin bu 
m
ürəkkəb proseslərini elm sahələri araşdırır, müəyyən nəticələr əldə edir. Maddi aləmin müxtəlifliyi, elmlərin 
də  m
üxtəlif  şaxələrə  bölünməsinə  gətirib  çıxarır.  Nitq  mədəniyyəti  də  bu  elmlərdən  biridir.  Başqa  elm 
sahələrində  olduğu  kimi,  bu  sahədə  də  cəmiyyətin  tələblərindən  doğan  zəruri  məsələlər  diqqət  mərkəzində 
durmal
ıdır.  Cəmiyyətin inkişafı  ilə bərabər  inkişaf  edib bu günümüzə gəlib  çatan bir çox  elmlər kimi,  nitq 
mədəniyyəti  elmində  də  həllini  g
özləyən  məsələlər  mövcuddur.  Çünki  nitq  mədəniyyəti  uzun  illər  başqa 
elmlərin tərkibində formalaşm
ışdır. Qədim Yunanıstandan tutmuş bir çox dünya ölkələrində təşəkkül tapmış 
nitq  mədəniyyəti  bu  g
ün  də  müxtəlif  elmlərlə  əlaqəli  şəkildə  inkişafını  davam  etdirir.  Nitq  mədəniyyətinin 
aşağ
ıdakı elmlərlə əlaqəsi mövcuddur: 
1.
  Dilçilik  
2.
  Ədəbiyyat 
3.
  Üslubiyyat  
4.
  Psixologiya  
5.
  Pedaqogika  
6.
  Tarixlə  
7.
  Etika 
8.
  Estetika 
9.
  Fiziologiya 
10. Məntiq və s. 

 
141
Qeyd edək ki, bu b
ölgü şərti xarakter daşıyır. Burada əsas elmlər nəzərdən keçirilir. Siyahıya fəlsəfəni, 
mətnş
ünaslığı, ədəbiyyatşünaslığı, fizikanı, hətta riyaziyyatı da əlavə etmək olar. 
Nitq mədəniyyətinin b
ütün elmlərin açarı olan dillə əlaqəsi haqqında I fəsildə ətraflı məlumat vermişik. 
Onun ədəbiyyatla əlaqəsindən dan
ışanda birinci növbədə yadda saxlamalıyıq ki, ədəbiyyat həyatı bədii 
obrazlarla əks etdirən s
öz sənətidir. Deməli, həm nitqin, həm də ədəbiyyatın materialı sözdür. Ədəbiyyat xalq 
aras
ında  ən  geniş  yayılmış  elm  sahələrindən  biridir.  Bu  sənət  hamının  (qocaların,  cavanların,  ziyalıların, 
uşaqlar
ın, böyüklərin və başqalarının) diqqətini cəlb edib. Ədəbiyyat böyük auditoriyanı əhatə edir. Ona görə 
də  şair  və  yaz
ıçılarımız  əsəri  yazarkən, hər  bir  söz  haqqında,  cümlə  haqqında  dərindən  düşünüb,  ona  yeni 
rəng, 
çalar,  məna  verib  sonra  işlədirlər.  Beləliklə,  yazıçı  özü  bilmədən,  natiqlik  sənətinə  xidmət  edir.  Yəni 
nitqin  g
özəlliyinə  xidmət  edən  bu  ifadələr  bədii  təsvir  və  ifadə  vasitələrinin,  bədii  üslubun  yaranmasına, 
inkişaf  etməsinə  gətirib 
çıxarır.  Bədii  ədəbiyyatda  istifadə  olunan  məcazi  mənalı  sözlər,  sinonimlər,  cinas 
qafiyənin yarad
ılmasında işlənən omonimlər və s. nitqin qurulmasında mühüm rol oynayır. Bədii əsərlərin 
dilinin  tədqiqində  dil
çi  dil  vahidlərini  təhlil  edərkən  yazıçının  nitq  qabiliyyətini,  dildən  istifadə  yollarını 
ayd
ınlaşdırmağa  çalışır.  Bu  da  ədəbiyyatın  nitq    mədəniyyəti    ilə    əlaqəsi,      elmi    nailiyyətlərin  qarşılıqlı 
istifadə olunmas
ı nəticəsində əldə edilir. 
Nitq  mədəniyyətinin 
üslubiyyatla  əlaqəsi  daha  geniş  şəkildə  özünü  göstərir.  Belə  ki,  hər  bir  yaradıcı 
adam nitqini 
öz səviyyəsinə uyğun qurur, müvafiq funksional üsluba müraciət edir. Üslubiyyat nitqin bütün 
məna 
çalarlarını,  fonetik,  leksik,  qrammatik  cəhətlərini  əhatə  edir.  Üslubiyyat  həm  də  kamil  nitqin 
prinsiplərini araşd
ırır, təhlil edir. Üslubiyyat elmi varlığını nə qədər gec təsdiq etsə də, müstəqil elm kimi çox 
geniş  şəkildə  təbliğ  olunmaqdad
ır.  Bu  haqda  alimlərin  (prof.  Ə.  Dəmirçizadə,  prof.  A.Qurbanov)  dəyərli 
tədqiqat işləri, kitablar
ı, məqalələri diqqəti cəlb edir. 
Ümumiyyətlə, üslubiyyat dilin təzahürü olan nitqi hərtərəfli öyrənib tədqiq edir. 
Nitq  mədəniyyətinin  psixologiya  ilə  əlaqəsi  də  araşd
ırılmağa  ehtiyacı  olan  problem  kimi  öz  həllinin 
təhlilini  g
özləyir.  Psixologiya  insan  xarakterlərini,  hər  bir  xarakterin  spesifik  xüsusiyyətlərini  öyrənir. 
Professor  A.Qurbanov  yaz
ır:  «Bu  mexanizmlər  içərisində  nitq,  ünsiyyət  və  təfəkkür  proseslərinin  tədqiqi 
dil
çilik  və  psixologiya  elmlərini  hansı  nöqtədə  isə  birləşdirir  və  əlaqələndirir».  Fikrini  davam  etdirən 

 
142
professor A.Qurbanov daha sonra yaz
ır: “Bu tədqiqatlarda nitq fəaliyyəti, nitq və qavrayış, nitq mexanizmi, 
radio verilişlərində nitqin mənimsənilmə x
üsusiyyətləri, vurğunun mənimsənilməsi, danışıq səsləri etalonları, 
qrammatik  kateqoriyalar
ın  mənimsənilməsi,  qrammatik  təhlillərin  patologiyası,  daxili  nitq  fasiləsinin 
mənimsənilməsi, nitq ax
ınında sözün quruluşu və s. məsələlər araşdırılır. Dilçi alimlərin öz tədqiqatlarında 
psixolinqvistikan
ın  əldə  etdiyi  nəticələrdən  istifadə  etməsi,  şübhəsiz  ki,  onların  işinə  müsbət  təsir  göstərir. 
Nitqin daxili cəhətini 
öyrənən dilçi müəyyən psixoloji hadisələrdən yan keçə bilməz. Məsələn, nitqin növləri 
həm dil
çini, həm də psixoloqu maraqlandırır». 
Gətirdiyimiz  sitatdan  ayd
ın  olur  ki,  nitq  insan  psixologiyası  ilə  daim  sıx  əlaqədə  inkişaf  edir.  nsan 
psixologiyas
ı onun nitqi ilə ayrılmaz tellərlə bağlıdır. Bəzən natiqlər çıxış edərkən həyəcanlanır və bir müddət 
özlərini  ələ  ala  bilmirlər.  Keçirilən  gərginlik  nitqin  gözəl  ifadə  olunmasına  (dəqiq,  faktlarla,    səlis,    aydın,  
ard
ıcıl və s.) maneçilik törədir. Ona görə də natiq düşdüyü vəziyyətdən çıxmaq üçün psixi cəhətdən hər hansı 
maneəyə qalib gəlməyi, əsəblərini cilovlamağ
ı bacarmalıdır.  nsan psixologiyasının müxtəlifliyi onun nitqində 
əks olunur. 
Natiq nitqini şərh edərkən, ona psixoloji cəhətdən tam haz
ır olmalıdır. Onun nitqinin gözəl olması üçün 
psixoloji haz
ırlıq olduqca faydalı və məqsədəuyğundur. 
Nitq  mədəniyyətinin  pedaqogika  ilə  əlaqəsi  uzun  bir  tarixə  malikdir.  Qədim  Yunan
ıstanda,  xüsusilə 
Afinada yetişən ritorlar natiqlik sənətinin sirləri ilə bərabər, təlim, tərbiyə, təhsil haqq
ında da məlumat verir 
və  tədris  prosesində  nitqlə  bərabər  pedaqogika  elmini  də  inkişaf  etdirirdilər.  Tədris  prosesi  ilə  s
ıx  şəkildə 
bağl
ı  olan  pedaqogika  natiqlik  sənəti  ilə  qarşılıqlı  şəkildə  müəyyən  prinsiplərin,  problemlərin  həllində  
m
ühüm  əhəmiyyət kəsb  edir. 
Pedaqogika elmi tədris prosesində, nitqin qurulmas
ında və şifahi şərhdə əsas rol oynayan konkretliyin, 
bəzən 
ümumiliyin  rolunu  müəyyənəşdirir.  Pedaqogika  həm  də  nitq  zamanı  natiqə  özünü  aparmaq 
qaydalar
ını öyrədir. Yersiz hərəkətləri, jestləri, «deməli», «mənə elə gəlir», «filan», «alimlərin dediyinə görə» 
və s. kimi ifadə və s
özləri lüzumsuz olaraq işlətməkdən çəkindirir. 
Pedaqogika  natiqlik  sənətinin  əsas  prinsiplərinin,  nitqin  qurulmas
ı  yollarının,  elmi-nəzəri  biliklərin, 
mənbələrdən d
üzgün istifadə olunmasında natiqə istiqamət verir. 

 
143
Ümumiyyətlə,  natiqlik  sənəti  ilə  pedaqogikanın  əlaqəsi  özünü  həm  təlim-tərbiyə  prosesində,  həm  də 
tədqiqat işinin apar
ılmasında göstərir. 
Nitq mədəniyyətinin tarixlə əlaqəsi. Tarix cəmiyyətin yaranmas
ını, inkişafını öyrənən bir elmdir. Tarix 
b
ütün elmlərlə əlaqəli şəkildə öyrənilir. Hər bir elm yarandığı gündən öz tarixini yaşadır. Natiqlik sənəti, nitq 
mədəniyyəti  də  belə  elmlərdən  biridir.  Yarand
ığı  gündən  bu  günümüzə  qədər  müəyyən  inkişaf  mərhələləri 
ke
çmiş  cəmiyyət  həyatında,məişətində  baş  verən  hər  hansı  bir  dəyişikliyi  tarixin  yaddaşına  həkk  edir.  Bu 
qədim  abidələrin,  salnamələrin  -məxəzlərin  vasitəsi  ilə  bug
ünkü  tədqiqatçılar  xalqın  keçmişinə  aid 
m
ülahizələr, mühakimələr yürüdə bilir. Natiqlik sənəti də məhz, belə bir tarixi yol keçmiş, tədqiq olunmuş, 
m
üəyyən müvəffəqiyyətlər əldə etmişdir. Natiqlik sənətinin ilk rüşeymlərini araşdırmaq, tədqiq etmək üçün 
onun tarixinə nəzər salmaq laz
ımdır. Məhz, məsələyə bu baxımdan yanaşdıqda nitq mədəniyyətinin tarixi, 
s
öz yaradıcılığı,  sözə verilən qiymət haqqında mütəxəssis fikirləri əsas götürülür. 
Nitq mədəniyyətinin tarixlə əlaqəli inkişaf etməsinin əsas amillərindən biri budur ki, s
özlərin mənasının 
daralmas
ını və ya genişlənməsini, yeni semantik məna kəsb etməsini, arxaikləşməsini müəyyənləşdirir. 
Ümumiyyətlə,  bu  bir  həqiqətdir  ki,  nitq  mədəniyyəti  ilə  tarix  elmi  bir-biri  ilə  sıx  şəkildə  əlaqədardır. 
Tarix
çi əldə etdiyi nəticəni nitq vasitəsi ilə (istər yazılı, istərsə də şifahi yolla) şərh edir. Belə şərh faktlarla, 
m
ülahizələrlə, sübutlarla, dəlillərlə, əşyalarla bağlı şəkildə edilir. Bu da nitq mədəniyyətinin əsas prinsiplərini 
m
üəyyənləşdirir. 
Nitq  mədəniyyətinin  etika  ilə  əlaqəsindən  dan
ışarkən  birinci  növbədə  rus  xalq  məsəlini  xatırlamaq 
yerinə d
üşərdi: «Ruslar qonağı geyiminə görə qəbul edir, ağlına görə yola salır». Hər bir şəxsin özünü necə 
maskalamas
ından  asılı  olmayaraq,  nitqi  ağlını  əks  etdirir.  Natiq  olmaq  istəyən  hər  bir  şəxs  bütün  etik 
normalara riayət etməlidir. Natiq dan
ışarkən səsinə münasib tembr seçməli, jestlərdən düzgün istifadə etməli, 
mimika ilə mənalar ifadə etməlidir. 
Natiq  olmaq  istəyən  şəxs  b
ütün  davranış  qaydalarını  gözəl  mənimsəməlidir.  Natiqin  yerişi,  baxışı, 
hərəkəti,  geyimi,  nəzakəti, 
üzünün  ifadəsi  dinləyicidə  ona  qarşı  rəğbət  hissi  oyatmalıdır.  Bəzi  natiqlər  etik 
normalara d
üzgün əməl etmədiyi üçün dinləyicilərin rəğbətini qazana bilmir. Məsələn, bəzən elə olur ki, üzü 
t
üklü,  kostyumları  standarta  uyğun  gəlməyən  natiq  yorğun  halda  tribunaya  doğru  yaxınlaşır.  Bu  hər  bir 

 
144
dinləyicidə  natiqə  qarş
ı  mənfi  hisslər  oyadır.  Bəzən  də  natiq  həddindən  artıq  bər-bəzəyə  aludə  olur.  Belə 
vaxtda  dinləyici  onun  nitqindən 
çox,  bər-bəzəyinə  diqqət  edir.  Natiq  fikirləşməlidir  ki,  mən  auditoriya  ilə 
necə 
ünsiyyət  yaradım,  nitqimi  necə  başlayım?  Olduqca  həssas  və  tələbkar  dinləyicilər  natiqin  səsinin 
titrəməsini,  həyəcanlanmas
ını,  bir  an  çaşıb  qaldığını  da  duyub  hiss  edirlər.  Təcrübəli  natiqlər  isə  belə 
momentləri nitqlərində etdikləri pauza ilə az da olsa aradan qald
ırırlar. 
Natiqlər 
çıxış  edərkən  qalstukunu,  pencəyinin  düyməsini,  əlindəki  təbaşiri  və  yaxud  qələmi  oynada-
oynada  fikrini  ifadə  edir.  Etika  nitqin  şərhi  zaman
ı  göstərilən  bu  nöqsanların  aradan  qaldırılmasına 
k
öməklik  göstərir.  Bir  anlığa  məşhur  natiq  Demosfenin  natiqlik  sənətinə  gəlişini  xatırlamağa  ehtiyac 
duyulur. Həqiqətən, etika ilə nitq mədəniyyətinin əlaqəsi vacib məsələdir. 
Nitq  mədəniyyətinin  estetika  ilə  əlaqəsi.  Nitqin  g
özəl  ifadəsi  dedikdə  gözəllik,  ülvilik,  faciəvilik, 
komiklik  -  estetikan
ın  əsas  kateqoriyaları  yada  düşür.  Bizi  əhatə  edən  obyektiv  varlığın  dərk  edilməsində 
(estetikan
ın mühüm rolu vardır. Estetik kateqoriya olan gözəllik yalnız insanlara məxsusdur. Estetik gözəllik 
insana məxsus olduğu kimi, dil də, nitq də, nitq mədəniyyəti də insana məxsusdur. Həyatda baş verən hər bir 
hadisəni estetik surətdə dərk edib qavrayan insan, əsasən, bədii dil və sənətkarl
ıq, nitq, habelə estetik zövq, 
bədii obraz, bədii ustal
ıq kimi estetik kateqoriyaların tədqiqində özünü göstərir. 
Hələ  qədim  yunan  filosofu  Aristotel  «Poetika»  əsərində  bir  s
ıra  dil  qanunauyğunluqlarını  estetikanın 
kateqoriyalar
ı  baxımından  şərh  edir. «...  ifadələri  bir-birinə  nə  isə  xüsusi bir  tərzdə  qataraq  istifadə  etmək 
laz
ımdır  ki,  qlossa,  metafora,  zinət  və digər  bu  kimi  başqa  növlər  nitqin  təravət  və  ucalığını  aşağı  endirib 
y
ıpranmış  hala  salmasın, ümumən işlənən sözlər  isə  nitqə aydınlıq gətirsin.  fadənin aydınlığına, səlisliyinə 
s
özlərin  uzadılması,  qısaldılması  və  dəyişdirilməsi  az  təsir  etmir,  sözlər    yeni  şəkildə  səsləndiyindən  nitqi 
təravətləndirir». 
Bu  g
özəllik  qanununa  əsaslanıb  dilin  ahəngdarlığına,  zərifliyinə,  musiqililiyinə  və  başqa  estetik 
keyfiyyətlərinə dair maraql
ı əsər yaradır.  
Həmin  əsərlərdə  klassiklərimizin  yarad
ıcılığında  dilimizin  gözəlliyini  əks  etdirən  poetik  ifadələr,  bədii 
vasitələr, qanadl
ı sözlər, onların rəngləri, məna çalarları, zövqü oxşayan müasir şəxs adları, yer adları və s. öz 
əksini tapm
ışdır». 

 
145
Gətirilən  sitatlardan  da  ayd
ın  olur  ki,  natiqlik  sənəti,  nitq  mədəniyyəti  nə  qədər  estetikaya  yaxın  bir 
elmdir.  Estetikan
ın  əsas  kateqoriyalarından  biri  olan  gözəllik  ən  ümumi  və  geniş  anlamdır.  Estetik 
qiymətləndirmə  isə  insan  təfəkk
ürünün  məhsuludur.  Bu  əsas  şərtdir.  Nitqin  qurulmasında  qeyd  olunan  bu 
prinsiplər m
ühüm rol oynayır. Gözəl nitq dinləyiciyə estetik zövq və ləzzət verir. Auditoriyanı məftun edir, 
dinləyicilərin  fəall
ığını  artırır.  Estetik  kateqoriya  olan  «gözəllik  kateqoriyası  daxilində  qəşənglik,  gözəllik, 
incəlik, heyranl
ıq kimi bölgülər», dərəcələr və rənglər tapmaq olar. Habelə komiklik kateqoriyasında gülüş, 
rişxənd,  istehza,  ifşa,  yumor,  satira,  parodiya  kimi  m
üxtəlif  münasibət  dərəcələri  və  boyaları  vardır. 
Bunlardan başqa fəlsəfə elminin bir s
ıra kateqoriyaları (mündəricə, forma, materializm, idealizm, ideyalılıq 
və  s.)  estetika  elmində  də  işlənməkdədir.  Bu  elmin  incəsənətə  aid  bəhsində  sənətş
ünaslıq  məfhumlarından, 
d
üstur  və  istilahlarından  da  istifadə  olunur.  Əlbəttə,  canlı  həyat  və  incəsənət  hadisələri,  insanların  estetik 
fəaliyyəti bu d
üsturların, istilah və kateqoriyaların hamısından zəngin və rəngarəngdir. Amma, hər halda bu 
kateqoriyalar həyat
ın estetik təzahürlərinin tipik və ümumi cəhətlərini əhatə və ifadə edə bilir».  
Deməli, estetika elə bir elmdir ki, onu həyat
ın bütün sahələrinə şamil etmək mümkündür. O ki qaldı nitq 
mədəniyətinə,  natiqlik  sənətinə  və  incəsənətin  digər  n
övlərinə,  estetika  onlarla  nəinki  əlaqədə,  hətta  birgə 
inkişaf  edir.  Nitq  mədəniyyətinə  xas  olan  m
üəyyən  prinsiplər,  qanunauyğunluqlar,  mündəricə,  forma  və 
məzmun, ideyal
ılıq və s. məsələlər həm də estetikanın tədqiq obyektidir. Gözəlliyə, gözəllərin tərifinə yüksək 
qiymət verən b
öyük Azərbaycan şairi Nizami Gəncəvi «Leyli və Məcnun» poemasında Leyli surətini estetik 
bir dil zənginliyi ilə belə ifadə etmişdir: 
 
Murad dastan
ının ilk səhifəsi, 
G
özəllik mülkünün baş sərkərdəsi,  
Yeddi ulduz kimi g
özəl camallı,  
O g
öylər duruşlu, göylər cəlallı, 
G
özəl cəlalına ay həsəd çəkən, 
 
H
üsnüylə sərvin də bağrını sökən.  

 
146
Ümidi, qorxunu mat qoyan hünər,  
O, aydan, g
ünəşdən irs alan dilbər,  
O, b
ütpərəstlərin səcdə mehrabı.  
O, saray qəndili, g
ülşən gülabı...  
H
üsnün, gözəlliyin ziynət mayəsi  
Şəkər dillilərin naz sərmayəsi... 
 
B
öyük  şairin  bu  kəlamından  sonra  gözəlliyi,  sözü,  söz  sənətini  ifadə  etmək  üçün  yeni  bir  söz  deməyə 
s
özün qüdrəti çatmadı. 
Nitq  mədəniyyətinin  əlaqədə  olduğu  elmlərdən  biri  də  fiziologiyad
ır.  Nitqin  əmələ  gəlməsində 
orqanizmin bir s
ıra üzvləri iştirak edir. Nitqin əmələ gəlməsində fiziologiyanın tədqiq obyekti olan danışıq 
üzvləri (ağ ciyər, boğaz, qırtlaq, ağız boşluğu, burun boşluğu, dilçək, üst damaq, alt çənə, dil, diş, dodaqlar), 
əsəb  sistemi  m
ühüm  rol  oynayır.  nsan  nitqinin  əmələ  gəlməsində  və  öyrənilməsində  fiziologiyanın  əvəzsiz 
xidməti vard
ır. Nitq prosesində fəaliyyət göstərən səslər ictimai mənası olan səslərdir. 
Əgər  normal  insan
ın  «nitq  prosesində  fəaliyyət  göstərən  üzvlər»i  möhkəm  və  mürəkkəb  sistem 
hal
ındadırsa,  bunların  birinin  zədələnməsi  nəticəsində  nitq  prosesində  müəyyən  çatışmazlıq,  anormallıq 
əmələ  gələ  bilər.  Məsələn,  beyinin  zədələnməsi  nitq  fəaliyyətinin  pozulmas
ına  səbəb  olur.  nsan  beyninin 
m
üəyyən  hissələrinin  zədələnməsi  nəticəsində  nitq  fəaliyyətində  bu  və  ya  başqa  qüsurlar  yaranır.  Belə  ki, 
xəstələrin  bəzisi  s
özləri  tələffüz  edə  bilmir,  digəri  dərketmə  qabiliyyətini  itirir  və  s.  Nitq  fəaliyyətinin 
pozulmas
ına səbəb olan başqa faktlar da vardır. Məsələn, insanda ciddi yorğunluq, sarsıdıcı qorxu, gərgin 
əsəbilik nəticəsində də nitqin pozulmas
ı halları baş verə bilər.” (A.Qurbanov) 
Nitqin  əmələ  gəlməsində  iştirak  edən  dan
ışıq  üzvlərindən  hər  birinin  möhkəm  və  sağlam  olması  əsas 
şərtdir. Bu 
üzvlərdən birinin anormallığı mütləq nitqə qüsur gətirir. Məsələn, dilin böyüklüyü səslərin düzgün 
tələff
üz  olunmasına  (r  səsi  l  kimi,  ş  səsi  s  kimi,  j  səsi  z  kimi  tələffüz  olunur)  mane  olur.  Nitqin  səlis  ifadə 
olunmas
ında, səs tembrlərindən düzgün istifadə edilməsində eşitmə üzvünün də mühüm rolu vardır. 

 
147
Son vaxtlar natiqlik sənəti cəmiyyətin inkişaf
ı ilə əlaqədar bir çox nailiyyətlər əldə etmişdir. Son dövrün 
məhsulu  olan  kibernetika  da  nitq  mədəniyyəti  ilə  əlaqəli  xassəyə  malikdir.  Kibernetikada  istifadə  olunan 
rabitə və informasiya sistemi natiqlik sənətində, x
üsusilə də nitqin hazırlanmasında istifadə olunur. Bundan 
əlavə,  kibernetik  maş
ınların  köməyi  ilə  sözlərin  işlənmə  tezliyi,  lüğət  tərkibinə  daxil  olan  sözlərin  təhlili, 
səslərin və fonemlərin tədqiqi, c
ümlədə söz sırası, mətnlərin tərcümə olunması və s. məsələlər öz həllini tapır. 
Kibernetik  maş
ınlar  həm  də  nitqə  xidmət  edən  bir  sıra  amilləri  özündə  birləşdirir.  Məsələn,  yazılmış 
nitqin  məzmununu  olduğu  kimi  yaddaş
ına  köçürür.  stənilən  vaxt  həmin  nitqi  bu  maşın  vasitəsi  ilə  əldə 
etmək  olar.  Beləliklə,  natiq  yaz
ılı  nitqin  üzünün  koçürülməsini,  dinləyicilərə  çatdırılmasını  tezləşdirir  və 
səliqəyə sal
ır. 
ndi kibernetik maş
ınlar vasitəsilə natiqlik sənətinin son nailiyyətləri tədqiq olunur, öyrənilir. 
Nitq  mədəniyyəti  eyni  zamanda  fəlsəfə  ilə  də  əlaqəlidir.  Fəlsəfə  insanlarda  m
üəyyən  bir  dünyagörüşü 
yarad
ır,  həm  də  obyektiv  gerçəklikdə  onun  yerini  müəyyənləşdirir.  nsan  onu  əhatə  edən  aləmdə  nə 
qazan
ırsa,  fəlsəfənin  dialektik  qanunları  ilə  əlaqələndirir.  Bu  dərketmə  istər  yazılı  nitqlə,  istərsə  də  şifahi 
nitqlə reallaş
ır. Hətta fəlsəfənin bəzi prinsipləri, nitqin prinsipləri ilə üst-üstə düşür. 
Nitq  mədəniyyəti  ilə  daha  geniş  şəkildə  əlaqədə  olan  elmlərdən  biri  də  məntiqdir.  Məntiq  təfəkk
ür 
qanunlar
ından bəhs edir. Ona görə də nitq mədəniyyəti ilə sıx şəkildə bağlıdır. Məntiq elminin əsas tədqiqat 
obyekti və predmeti təfəkk
ür prosesidir. Nitq mədəniyyətinin əlaqədə olduğu digər elmlərdən fərqli olaraq, 
məntiq bizi əhatə edən obyektiv ger
çəkliyin dərk olunmasını tədqiq edir. Bu xüsusiyyət onu digər elmlərdən 
fərqləndirir və d
üzgün təfəkkürün formalarını, qanunlarını, həyatı dərk etmə yollarını öyrənir. Dil təfəkkürün 
maddi formas
ı kimi fəaliyyət göstərir. Nitq isə dilin cilalanmış, rəngə, boyalara salınmış təzahür formasıdır. 
Natiq  dilin  b
ütün  incəliklərindən  istifadə  edir.  Nitqini  qurarkən  bir  çox  çətinliklərlə  üz-üzə  qalır. 
Nitqimi necə qurum,  fikrimi necə ifadə  edim?  Faktlar
ı,  dəlilləri dinləyici ilə necə  bölüşüm?-kimi  suallar  ilə 
qarş
ılaşır. Bu zaman natiqin köməyinə məntiqi qanunlar gəlir. Natiq məntiqin vasitələrindən zərgər dəqiqliyi 
ilə  istifadə  edir.  Bu  da  təbii  bir  prosesdir. 
Çünki  məntiq  şüurumuzla  birbaşa  bağlıdır.  Məntiq  şüurla  bağlı 
olduğu 
üçün,  nitqlə  də  qırılmaz  tellərlə  bağlıdır.  Əgər  məntiqin  qanunlarından  düzgün  istifadə  etməsək, 
nitqimiz  dolğunluğunu,  zənginliyini,  d
üzgünlüyünü  itirər.  Çünki  məntiq  fikrin  təzahür  formalarını  öyrənir. 

 
148
Bunlar
ı  vəhdət  halında  qəbul  edən  natiq  dolğun  və  zəngin  nitq  yaratmağa  nail  olur.  Hər  bir  məntiqi 
kateqoriyan
ın araşdırılmasında, onun mahiyyətinin açılmasında nitq xüsusi rol oynayır. Natiq nitqin gözəl 

ılanması üçün düzgün təfəkkürə meyl etməlidir. Məhz, düzgün təfəkkür dəqiq nəticələr əldə etməyə imkan  
verir.    Bura  s
übutları,    mühakimələri,  mülahizələri  də  əlavə  etmək  olar.  Bundan  əlavə  nitqin  əsas 
prinsinlərindən  olan  və  onun  əsas
ını  təşkil  edən  fonetik  (bura  intonasiya,  vurğu,  sözlərin  düzgün 
hecalanmas
ı), leksik, morfoloji, semantik, sintaktik sistemin öyrənilməsində də məntiqi kateqoriyalar mühüm 
rol  oynay
ır.  Onu  da  qeyd  edək  ki,  məntiq  həmişə  filologiya  elmləri  ilə  sıx  əlaqədə  olub  və  onların 
öyrənilməsində, araşdırılmasında, müəyyən nəticələr əldə etməyə imkan və şərait yaradıb. Çünki düzgün və 
məntiqi  təfəkk
ür  olmadan  elmdə  heç  bir  nailiyyət  əldə  etmək  olmaz.  Əslində  məntiq  bütün  elmlərin 
tədqiqində  istifadə  olunan  bir 
üsuldur.  Bütün  elmlər  ümumidən  xüsusiyə  və  ya  əksinə,  xüsusidən  ümumiyə 
gedən tarixi yolu ayd
ınlaşdırır. 
«Tarix 
çox böyük ölçüdə ümumi və təkcə, zəruri və təsadüfi, başlıca və ikinci dərəcəli və i.a. hadisələrin 
qəribə bir 
çulğaşmasıdır. Tarixi proseslər müxtəlif nöqteyi-nəzərdən, müxtəlif üsullarla öyrənilir. Bunlardan 
biri tarixi 
öyrənərkən hadisələrin bütün  təfərrüatını, bütün rəngarəngliyini nəzərdə tutur. Bu tarixi tədqiqat 
üsuludur.  Digəri  tarixi  prosesdə  təkrarlanan  ümuminin  öyrənilməsini  nəzərdə  tutur.  Bu  artıq  məntiqi 
üsuldur. Məntiqi üsul əslində tarixi üsuldur, lakin çoxlu təfərrüatdan, təsadüflərdən, təfsilatdan təmizlənmiş 
halda olan tarixi 
üsuldur. 
Tarix  və  məntiqi  tədqiqat 
üsulları  vəhdət  halındadır,  axı  bunların  köməyi  ilə  eyni  bir  predmetin 
meydana  gəlməsi  və  inkişaf
ı  öyrənilir.  Bunlardan  birinin  unudulması  və  ya  digərinin  mütləqləşdirilməsi 
nəzəriyyədə  və  praktikada  ciddi  səhvlərə  gətirib 
çıxarır.  Tarixi  üsula  laqeydlik  göstərilməsi  subyektivizmə, 
predmetsiz  nəzəriyyəbazl
ığa,  real  tarixi  proseslə  əlaqələndirilməyən  məntiqi  mülahizələrə  gətirib  çıxarır. 
Məntiqi  metodun  unudulmas
ı  isə  bu  prosesi  ümumilikdən,  daxili  əlaqədən  məhrum  olan  emprik  faktorlar 
y
ığını kimi təsəvvür etməyə gətirib çıxarır. 
Predmeti  onun  hərəkəti  və  inkişaf
ı  halında,  onun  daxili  əlaqələri  halında  tədqiq  etmək  üçün  daha  bir 
üsul abstraktdan konkretə yüksəltməkdir». (A.Afanasiyev) 

 
149
Sitatdan bəlli olur ki, məntiqi və tarixi idrak 
üsulları nitqdə aparılan  ümumiləşdirmələr və konkretləşmə 
fikrin  ifadəsinə  (istər  zəif  fikrin,  istərsə  də  dolğun  fikrin)  xidmət  edir.  Ona  g
örə  də  filosoflar  məntiqi  fikri 
ifadənin  təzah
ür  forması  kimi  qəbul  edirlər  ( stər  formal  məntiqi,  istərsə  də  dialektik    məntiqi).      Fikrin 
dolğunluğu,  zənginliyi,  elmiliyi  hələ  nitqin  qəbul  olunmas
ı  demək  deyildir.  Nitqdə  qoyulan  elmi  məsələ 
(m
übahisə də demək olar) əsaslı surətdə faktlarla, sübutlarla təsdiq olunmalıdır. Məhz, bu mərhələdən sonra 
məntiqi şəkildə dinləyiciləri raz
ı salmaq olar. 
Ümumiyyətlə,  hər  hansı bir  elmi  kəşf,  irəli  sürülən  fikir,  ixtira  təcrübədən  və  sınaqdan  keçirilir,  sonra 
ona  m
üəlliflik  şəhadətnaməsi  verilir.  Bu  yenə  də  məntiqi  təfəkkürə  əsaslanır.  Məntiqi  təfəkkür  isə  öz 
n
övbəsində yüksək inandırıcılıq qabiliyyətinə malik olur. 
Natiq nitqini qurarkən (m
övzusundan asılı olmayaraq) məntiqi təfəkkürün qanunlarını dərindən bilməli 
və fikrini ş
üurlu surətdə ifadə etməlidir. Bu nitq mədəniyyətinin əsas amillərindən biridir. Qeyd edək ki, bəzi 
natiqlər  bu  qanunauyğunluqlara  məntiqin  qanunlar
ını  bilmədən  əməl  edirlər.  Bu  nitq  mədəniyyətinin 
məntiqi təfəkk
ürlə nə qədər yaxın olduğunu sübut edir. 
Məntiqi qanunlar
ın nitq üçün nə qədər əhəmiyyətli olduğunu aydınlaşdırmaq üçün bir anlığa fikirləşək 
ki,  hər  hans
ı  bir  mövzuda  nitq  hazırlayırıq  və  bu  nitqdə  məntiqi  təfəkkürə  aid  qanunları,  normaları 
işlətməyib,  onlar
ın  üstündən  sükutla  keçirik.  Əvvəla,  nə  qədər  çalışsaq  da,  bu  mümkün  deyil.  mkan 
daxilində məntiqi təfəkk
ürə xas olan qanun və normalardan az istifadə edək. Sonra yazdığımız nitqi oxuyaq. 
Hər  halda  (əgər  buna  nitq  demək  m
ümkünsə)  özümüz  nitqin  ilk  tənqidçisinə  çevriləcəyik.  Deməli,  nitq 
mədəniyyətini məntiqi təfəkk
ürdən ayırmaq qeyri-mümkündür. 
Nitqin  ayd
ın,  məntiqi  olmasının  xüsusi  əhəmiyyəti  vardır.  Bunun  üçün  hər  hansı  bir  obyektin, 
məfhumun, əşyan
ın hissələrini əks etdirən ən sadə, elementar anlayışdan, getdikcə daha mürəkkəb anlayışa, 
elmi nəzəriyyəyə, sistemə doğru hərəkət etmək laz
ımdır. Ona görə də məntiqi təfəkkürün müxtəlif forma və 
qanunlar
ı vardır. Bunlardan dörd əsas qanunu nəzərdən keçirək: 
1. Eyniyyət qanunu 
2. Ziddiyyət qanunu 
3. 
Üçüncünü istisna qanunu 

 
150
4. Kafi - əsas qanunu  
Öz üzərində çalışan, natiq olmaq istəyən hər bir şəxs bu dörd əsas qanunu dərindən bilməlidir. 
Eyniyyət  qanunu  əsas   qanunlardan   biridir. Bu qanunun x
üsusiyyəti ondan ibarətdir ki, hər hansı bir 
predmet, əşya, məfhum, obyekt hal
ında yürüdülən fikir (burada mübahisə də, mühakimə də ola bilər) eyni, 
birmənal
ı olmalıdır. Buradan   elə bir nəticə çıxmamalıdır ki, natiqin nitqində şərh etdiyi hər hansı predmet 
ətalətdədir.  Predmet  də, həyat da inkişaf  edir, dəyişir. Natiq  təsvir  etdiyi  predmeti daha  dərində 
öyrənir və 
birmənal
ı  şəkildə  mövzusunda  əks  etdirdiyi  məfhuma  münasibətini  bildirir.  Natiq  nitqində  təyin  etdiyi 
predmeti pərakəndəlikdən qurtar
ır. Eyni zamanda ona birmənalı yanaşır və müəyyən nəticələr əldə edir. 
Əlimizdə  olan  materiallar
ın  bolluğundan  istifadə  edib  belə  bir  nəticəyə  gəlirik  ki,  eyniyyət  lap  qədim 
d
övrlərdən,  şifahi  xalq  ədəbiyyatından  bu  günümüzə  qədər  yazılmış  hər  hansı  bir  ədəbi  növdə,  məqalədə, 
rəydə və s. janrlar
ın yaranmasında özünə möhkəm yer tutmuşdur. Eyniyyət  hər  yerdə-  cəmiyyətlə  insanlar, 
təbiətlə  canl
ılar  arasında  yaranıb  inkişaf  etmişdir.  Buna  görə  qədim  insanlar  təbiətlə  öz  aralarında  bir 
yax
ınlıq, eynilik hiss edirdi. Ona görə də qədim xalqların yaratdığı hər hansı bir  abidənin kökü eynidir, lakin 
bu eynilik sonralar insanlar
ın təxəyyülünə, təfəkkürünə təsir edib fərqlənmişdir. Mirəli Seyidova istinad edən 
.Musayev yaz
ır: 
«Hər  bir  xalq
ın  şifahi  yaradıcılığı  orijinaldır,  doğmadır,  özünəməxsusdur.  Bununla  belə,  həmin 
yarad
ıcılıq  prosesi müəyyən  yad  təsirlərə  də  məruz  qalmışdır.  Belə  ki,  xalq  istilalara  məruz qaldıqca  onun 
yaddaş
ına hücumlar edilib, lakin onu tamamilə dağıtmaq, yox etmək heç kəsə müyəssər olmayıb.» 
Təbiəti  dərketmədəki  oxşarl
ıq,  bəlkə  də  eynilik  xalqların  təfəkkür  tərzində,  düşüncəsində  oxşarlıq 
yaratm
ışdır. Bu oxşarlıq həm də xalqların həyat tərzindəki yaxınlıqla bağlıdır. 
Məşhur  Amerikal
ı  türkoloq  -  alim  (şumerşünas)  S.N.Kramerə  istinad  edən  .Musayev  yazır:  «Şumer 
atalar  s
özü  ən  azı üç  min beş yüz  il bundan əvvəl  yazıya  alınmışdır  ki, bunların  da  əksəriyyəti yəqin daha 
qədimlərdə yaranm
ış,  şifahi  şəkildə nəsildən-nəslə keçərək yaşamışdır.  Bunlar bizdən  hər  cəhətcə  fərqli  bir 
xalq  tərəfindən  yarad
ılmışdır.  Bu  xalqın  öz  dili,  öz  coğrafi  mühiti,  öz  adət-ənənəsi,  öz  dini,  öz  siyasi  və 
iqtisadi  prinsipləri  olmuşdur.  Lakin  b
ütün  onlarla  birlikdə  qədim  Şumer  atalar  sözü  heyrətamiz  dərəcədə 

 
151
bizimkinə yax
ındır. Biz onlarda da öz arzu və ümidlərimizin, öz zəiflik və çətinliklərimizin, öz görüşlərimizin 
inikas
ını çox aydın bir şəkildə görməkdəyik». 
Deməli,  b
ütün  xalqlar  ayrı-ayrılıqda  eyni  nəticələrə  gəliblər.  Axı  bütün  xalqların  bioloji  kökü  birdir. 
Bioloji  k
ökü  bir  olanların  düşundükləri  və  təsəvvürlərinin  kökü  də  bir  olmalıdır.  Belə  olan  halda,  hansısa 
xalq  d
üşüncə  tərzini  hansısa  xalqdan  götürüb  -  konsepsiyası  kökündən  yanlışdır.  Çünki  bu  cür  yanaşma 
xalqlar
ın kökünə ayrılıq salır, bəzi xalqların qədim, bəzilərinin törəmə olduğu ideyasını yaradır və nəticədə 
əsass
ız mübahisələr və lazımsız müharibələr üçün bəhanə yaradır. 
Eyniyyət  qanununun  əsas  x
üsusiyyətlərini,  cəmiyyətin  və  təbiətin  inkişafında  nə  kimi  rol  oynadığını 
natiq nəzərdən qa
çırmamalıdır. 
Ziddiyyət  qanunu.  Bu  qanun  da  natiq 
üçün  əhəmiyyət  kəsb  edir.  Natiq  bu  qanunu  da  dərindən 
öyrənməli və nitqində yerli-yerində istifadə etməlidir. Bu qanun söylənilən zidd fikrə münasibəti ifadə edir. 
Hər  hans
ı  bir  predmetə,  hadisəyə  münasibət  bildirən  şəxslərin  dünyagörüşü  müxtəlif  olduğu  üçün,  onların 
irəli  s
ürdüyü  konsepsiya  da  rəngarəng  olur.  Yəni  fikirlərin  biri  düzgün,  o  biri  yanlış  ola  bilər.  Bu,  nitqin 
m
übahisəli,  canlı ifadə olunmasına  şərait  yaradır və  düzgün  yeridilən  fikri müdafiə  edir.  Ziddiyyət qanunu 
irəli s
ürülən iki zidd fikrin birini təsdiq, o birini təkzib edir. Yəni fikirlərdən biri düzdür. Lakin onu yaddan 
çıxarmaq  olmaz  ki,  bu  prinsip  predmetin  müəyyənliyinə,  onun  varlığına  arxalanır.  Məsələn,  tutaq  ki,  «bu 
gələn mənim dostum Akifdir», eyni zamanda «bu gələn mənim dostum Akif deyil» fikrini iddia edə bilərik. 
Ona g
örə ki, bu fikirlərin yalnız biri doğru ola bilər. Məntiqi ziddiyyət qanunu belə fikirlərin işlənməsinə yol 
vermir.  Ziddiyyət  qanunu  elmi  nəzəriyyələrin,  s
ınaqdan  çıxmış  ixtiraların,  düsturların,  təriflərin  ifadə 
olunmas
ında  nitqə  daxil  edilir.  Məsələn,  hamı  bilir  ki,  isim  əşyanın  adını  bildirir,  sifət  əşyanın  əlamət  və 
keyfiyyətini bildirir və yaxud atalar s
özü, zərbi-məsəllərin bu qanuna heç bir ehtiyacı yoxdur. « gidin igiddən 
ehtiyat
ı artıqdır», «Saxla samanı, gələr zamanı», «Mərdi qova-qova namərd edir» və s. 
Bəzən elə hallar da olur ki, y
ürüdülən fikirlərin heç biri düz olmur. Ziddiyyət qanunu hər iki fikrin səhv 
olduğunu  ayd
ınlaşdırır  və  düzgün  hökm  çixarılmasına  imkan  və  şərait  yaradır.  Deməli,  ziddiyyət  həm 
həyatda, həm də s
özdə özünü göstərir. Ona görə də işi ilə əməli düz gəlməyən adamlara ziddiyyətli adam kimi 
qiymət verirlər. S
özü ilə əməli, işi düz gəlməyən natiqlər müəyyən yığıncaqlarda, elmi-nəzəri konfranslarda, 

 
152
m
üzakirələrdə çıxış edərkən müvəffəqiyyət qazana bilmir, uğursuzluğa düçar olur. Ziddiyyət qanunu həyatın 
b
ütün  sahələri  kimi  nitq  mədəniyyəti  ilə  də  əlaqəli  şəkildə  inkişaf  edir  və  müxtəlif  elmlər  bu  ziddiyyətlərlə 
məşğul olur. Ziddiyyətlər həm daxili, həm də xarici olur. 
M
üxtəlif  elmlərin  bu  ziddiyyətləri  müəyyən  predmetin,  məfhumun  biri  o  birinə  təsir  göstərdiyi  əks 
tərəflərin qarş
ılıqlı mübarizəsindən doğur, yaranır. 
Xarici  ziddiyyətlər  isə  m
üəyyən  predmeti,  məfhumu  əhatə  edən  mühitlə,  bu  mühitin  predmetlərlə 
ziddiyyətli  m
ünasibətlərindən  irəli  gəlir.  Ziddiyyət  qanunu  əməli  fəaliyyətin  mühüm  tələblərindən  biridir. 
Ziddiyyət qanunu hadisələrin təhlil edilməsinə, fikirlərin s
übut olumasına, idrak prosesinə də aiddir. Həyatın 
əsas qanunlar
ının şərhi məhz ziddiyyətdən başlayır. 
Üçüncünü istisna qanunu iki fikrin birinin doğru, digərinin yalan olduğunu isbat edir. Üçüncü hökm və 
ya fikir ola bilməz. Yaln
ız düzgün təfəkkürdə bu qanun özünə yer tapır. Bəzi xüsusiyyətlərinə görə ziddiyyət 
qanununa oxşay
ır, lakin ondan fərqlənir. Bu fərq ondan ibarətdir ki, nitq zamanı ortaya çıxan mübahisədən 
ayd
ın  olur  ki,  fikirlərdən  biri  doğrudursa,  şübhəsiz  ki,  digəri  yalan  olacaq,  üçüncü  fikir  ola  bilməz.  Bu 
üçüncünü istisna qanunudur. Üçüncünü istisna qanunu həmişə zidd fikirlərə aid olur. Məsələn, Əli vaxtında 
gəldi. Əli vaxt
ında gəlmədi. Bu cümlələrdə biri doğru, o biri yanlışdır. Qıraqdan kimsə söhbətə qoşulub təkid 
etsə  ki,  vaxt
ında  gələn  Əli  yox,  Akifdir.  Bu  hökm  yenə  də  Əlinin  vaxtında  gəlmədiyi  hökmünü  ifadə  edir. 
Üçüncü orta bir fikir yoxdur. Üçüncünü istisna qanunu fikrin ümumi və xüsusi formalarını da ifadə edir. Bu 
zaman yenə də fikirlərdən biri yalan, digəri isə m
ütləq doğru olmalıdır. Üçüncü ola bilməz. Tutaq ki, natiq 
belə bir ziddiyyətli h
ökm irəli sürür. 
1) Meydana toplaşan camaat
ın hamısı şairə rəğbət hissi ilə baxırdı. 
2) Meydana toplaşan camaat
ın bəzisi şairə rəğbət hissi ilə baxırdı. 
Yenə də 
üçüncü hökm ola bilməz. 
Onu da qeyd edək ki, natiq nitqində ziddiyyətli fikir s
öyləyirsə, üçüncünü istisna qanunundan istifadə 
edirsə,  təsdiq  ilə  inkar  aras
ında  orta  bir  şey  olmadığını,  qeyri-müəyyənliyi  dəqiqləşdirməli,  bu  problemi 
aradan  qald
ırmalı,  fikrin  yalanlığını  açıb  göstərməlidir.  Bəzi  natiqlər  hiss  etmədən  bu  prinsipin  üstündən 

 
153
s
ükutla  keçir.  Lakin  dinləyicilər  tələbkar  olduqda  natiq  çıxılmaz  vəziyyətdə  qalır.  Belə  olan  halda  natiqə 
üçüncünü istisna qanunu kömək edir. 
Bəzən də elə olur ki, natiq məsələnin mahiyyətinə diqqət vermədən fikrin birinin doğru, digərinin yalan 
olduğunu təsdiq edir. Bu məsələnin həlli demək deyildir. Hətta dinləyicilərdə də m
ücərrəd bir anlayış yaradır. 
Buna  g
örə  natiq  hökmü  predmetin,  məfhumun  və  ya  hadisənin  dərindən  öyrənilməsi  yolu  ilə  verə  bilər. 
Üçüncünü istisna qanunu həm natiqin, həm də nitqin prinsipial olması, hadisənin düzgün şərhi üçün ən gözəl 
vasitədir.  Natiq  nitqini  haz
ırlayarkən,  fikrin  gerçəkliyini,  şəxsi  biliyini,  müşahidə  və  mülahizələrini  gərgin 
əməyi nəticəsində başqa fikir və m
ülahizələrlə əlaqələndirməlidir. 
Kafi  əsas  qanunu.  Bu  qanunun  əsas  x
üsusiyyəti  ondan  ibarətdir  ki,  yürüdülən  fikir  dəqiq  faktlara 
əsasland
ırılmış  olsun.  Kafi  əsas  qanunu  gerçəklikdə  əks  olunan  fikirləri  və  müddəaları  başqa  bir  fikirlə 
əsasland
ırır.   Kafi  əsas  qanunu  məntiqi  cəhətdən əsaslandırılmamış hər bir fikri rədd edir. Natiq nitqini 
qurarkən  belə  bir  m
üddəa  irəli  sürə  bilər  ki,  dünyada  ilk  yaşayış  yeri,  qədim  insanların  məskəni 
Azərbaycand
ır.  Bu  fikri  təsdiq  edən  heç  bir  fakt,  dəqiq  məlumat,  sübut  yoxdur.  Ona  görə  də  kafi  əsas 
qanunu pozulur,  bu c
ümlədəki  fikir  başqa  bir  fikirlə əlaqələnə bilmir. 
Yaddan 
çıxarmaq olmaz ki, nitq elə qurulmalıdır ki, hər bir fikrin, konsepsiyanın, müddəanın məntiqi 
əsasland
ırılması  nitqi  məntiqsizliyə  aparmasın,  mövzunun  məqsəd  və  vəzifəsi,  məzmun  və  forması,  ideyası 
m
üəyyən faktlara söykənmiş olsun. Məsələn, Bakı Azərbaycanın paytaxtıdır. Mən Bakı şəhərində yaşayıram. 
Azərbaycan  şairlər diyar
ıdır və s. belə cümlələrdə kafi əsas qanununa heç bir ehtiyac hiss olunmur. Fikrin 
məntiqi cəhətdən doğruluğu he
ç bir şübhə yaratmır. 
Deməli, nitqi qurarkən və yaxud şərh edərkən faktlara tez-tez m
üraciət düz deyil və buna heç ehtiyac da 
yoxdur.  Təcr
übə  göstərir  ki,  hər  bir  faktı  nitqə  gətirmək  onun  şərhini  çətinləşdirir.  Natiq  ümumi  biliyi, 
konsepsiyan
ı kənarda qoyur, tək-tək predmetlər, hadisələr haqqında fikir yürüdür. Məsələn, bütün metallar 
qiymətlidir. Fikir belə ifadə olunur, metallar qrupuna aid olan mis, q
ızıl, aliminium, bürünc, gümüş və s. bu 
ümumi  fikirdə  əks  olunur.  Lakin  qızıl  qiymətli  metaldır  -  dedikdə,  xüsusi  bir  metaldan  söhbət  getdiyi 
oxucuya və ya dinləyiciyə dərhal ayd
ın olur. 

 
154
Kafi  əsas  qanunu  təfəkk
ür  prosesi  ilə  bağlı  olduğundan,  fikrin  düzgünlüyü,  əsaslandırılması  üçün, 
gətirilən faktlara, dəlillərə, h
ökmlərə söykənir. Buna məntiqi əsas deyilir. Bu da həmişə real əsasla bağlı olur 
və  əlaqə  yarad
ır. Natiq kafi  əsas qanunundan  yerli-yerində  istifadə  etməlidir. Faktları əsaslandırmaq  üçün 
natiqə həmişə m
üəyyən sübutlar lazımdır. Bəs sübut nədir? Sübutun xarakterinə, xüsusiyyətlərinə keçməzdən 
əvvəl  bir  məsələni  nəzərdən  ke
çirmək  məqsədəuyğundur.  Natiq  nitqini  qurarkən,  hökmən  sınaqdan 
çıxarılmış,  təcrübədən  keçmiş,  elmi  dəlillərlə  ifadə  olunmuş  hökmləri  üstün  tutmalıdır.  Əgər  natiq  bu 
konvensiyan
ı əsas götürməsə, onda nitqin məntiqi qanunlardan kənarda qalacağı şübhə doğurmur. Məsələn, 
natiq he
ç bir elmi əsasla əlaqələnməmiş fikirləri nitqə daxil edibsə, onda o, fakt qarşısında aciz qalacaq və ya 
fikrini  əsasland
ırmağa  dəlil,  sübut  tapa  bilməyəcək.  Məsələn,  sağ  gözün  səyriməsi  xoş  xəbərdən,  sol  gözün 
səyriməsi  pis  xəbərdən  məlumat  verir.  Qaş
ığın  yerə  düşməsi  qadın,  bıçağın  yerə  düşməsi  kişi  qonağın 
gələcəyindən xəbər verir. Faktlara s
öykənməyən belə fikir və mülahizələri kafi əsas qanunu rədd edir. Odur 
ki,  natiq  bir  məsələdən  digərinə  ke
çərkən  fikirdə  qırıqlıq  hiss  olunmamalıdır.  Nitqdə  irəli  sürülən  fikir 
əsasland
ırılmış  şəkildə  olmalıdır.  Fikirdəki  mülahizələr  həyati  faktlara  əsaslanmalı,  aydın,  konkret,  səlis 
olmal
ıdır.  Nitqin  hər  bir  müddəası  düzgün  və  sərrast  nəticə  ilə  qurtarmalıdır.  Natiq  irəli  sürdüyü  hər  bir 
konsepsiyan
ı sübuta yetirməlidir. Fikri sübuta yetirmək üçün məntiqi priyomlarından və üsullarından düzgün 
istifadə etməlidir. S
übut üç hissədən ibarət olur.  
1. Tezis 
2. Əsas (dəlil)  
3. S
übutetmə 
Tezis həqiqətə uyğun olmal
ıdır. Tezis gələcəkdə görüləcək işlərin həqiqi yolunu təmin edir. Lakin son 
vaxtlar  natiqlik  sənətinə  uyğun  gəlməyən,  həqiqətdən  uzaq  tezislər  də  yaz
ılır.  Onu  da  qeyd  edək  ki,  tezis 
b
ütün elmləri əhatə edə bilmir. Həyat hadisələrini əks etdirən tezislər bəzən özünü doğrulda bilmir. Məsələn, 
uzun illər təbliğ olunan d
ünya sosializm sistemi, bərabərlik, qardaşlıq və s. tezislər özünü doğrultmadı. 
Əsas  (dəlil).  Elm  aləmində  təsdiq  olunmuş,  təcr
übədən,  sınaqdan  çıxmış  hər  hansı  bir  əsas  (dəlil) 
s
übutun  tərkib  hissəsidir.  Əsas,  obyektiv  gerçəklikdə  məntiqi  qanunların  ən  düzgün  ifadə  olunmasında 
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə