tapşırığının adı: Düzgün yazı vərdişlərinin aşılanması
üçün tələb olunan şərtlər. Yazıda
maillilik və rabitəlilik prinsipi.
Düzgün yazı vərdişlərinin aşılanması üçün tələb olunan şərtlər. Yazı təliminin metodik tələblərə uyğun şəkildə təşkili , hər şeydən əvvəl müəllimin xəttindən və onun öyrətmə qabiliyyətindən asılıdır. Təcrübə göstərir ki , I sinifdə dərs müəllimlərin əksəriyyətinin xətti kalleqrafik tələblərə cavab vermir. Orta ixtisas məktəbləri və universitetlərdə belələrinin xəttini düzəltmək üzərində iş aparılmır. Aparılsada yenə lazımi nəticə vermir. Səbəb onların ibtidai təhsil aldığı zaman yazılarında hüsnxətt qaydalarına və kalleqrafiya qaydalarına lazımi fikir verilməməsidir. Müəllim sinif yazı taxtasında hərflərin yazılışı priyomlarının öyrədilməsinə diqqət yetirməlidir. O, yazı işinə xüsusi diqqət yetirməli , lazım gələndə düzgün yazı formasını əks etdirən əyani vəsait hazırlamalıdır. Müəllim yaxşı xəttə yiyələnərsə , uşaqlara düzgün yazı nümunəsi verə və ondan yaxşı nəticə əldə edə bilər. Şagirdlərin hərflərin quruluşunu , onların ardıcıl yazılmasını başa düşmələri üçün müəllim yazı taxtasında əyani nümunələr yazıb göstərməlidir.Təcrübə göstərir ki, yazı taxtasında tabaşirlə dəqiq , gözəl yazan müəllimin şagiedləri düzgün və gözəl yazırlar. Müəllim yazı taxtasında yazı yazarkən elə dayanmalıdır ki, bədəni ilə qolun hərəkətinin qarşısını örtməsin, şagirdlər hər bir hərfin , sözün yazılmasını izləyə bilsinlər. Şagirdlər bədənin , dəftərin, qələmin tutulmasının, barmaqların, biləyin, qolun vəziyyətini və hərəkətini düzgün nizamlamalı və ilk tanış olmayan hərfi köçürmək qaydasını izləməlidir. İlk günlərdən şagirdlərə dəftərin yaxşı və səliqəli saxlanmasını öyrətmək lazımdır. Bu, çox böyük tərbiyəvi əhəmiyyət kəsb edir.
Şagirdlərə dəftərin səhifəsinin tərtibi ilə əlaqədar aşağıdakı qaydaları izah etmək lazımdır:
Əlifba təlimi dövründə hərflərin öyrədilməsi ardıcıllığının başlıca prinsipi səslərin asan tələffüz olunması və nitqdə çoxişləkliliyidir.Bu prinsipə uyğun olaraq mövcud Azərbaycan dili-1 dərsiliyində Aa,Nn, Əə, Oo, Uu, Rr, Ll hərfləri əlifba təliminin birinci mərhələsində tədris olunur. Sətr hərflərindən n, u, i yazılışına görə asan olduğu halda , a, o, kimi yazılışı çətin hərflər əvvəl öyrədilir. A, R, L kimi böyük hərflərin çətinliyi isədaha çoxdur. Azərbaycanda hərfflərin kiçiyi və böyüyü ardıcıl təqdim edilir. Öyrənilmiş yeni hərfin sonrakı dərslərdə təkrarlanması mühüm şərtdir.