AZƏrbaycan miLLİ elmlər akademiyasi aa. Bakixanov adina tariX İnstitutu



Yüklə 48 Kb.
Pdf görüntüsü
səhifə33/41
tarix05.05.2017
ölçüsü48 Kb.
1   ...   29   30   31   32   33   34   35   36   ...   41

460
münaqişənin  dinc  siyasi  vasitələrlə  aradan  qaldınlması  yollan  göstərildi.  Lakin 
ATƏM-in  P raqa və  Helsinkində keçirilən  iclaslan və orada qəbul edilən qsrarlar 
Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  məsələsinin  dinc  yolla  həlli  üçiin  heç 
bir əhəmiyyətə m alik olmadı.19
1992-ci  ilin  fevralında  hər  cür  silahla  silahlanmış  erməni  hərbi  hissəbri 
azərbaycanlılara  qarşı  tarixdə  misli  görünməyən  faciələr  torətdilər.  1992-ci  il 
fevralın  əvvəllərində  Şuşamn  Malıbəyli,  Kəlbəcərin  Ağdavan  kəndləri  erməni 
silahlı  quldurları tərəfmdən ələ keçirildi.  Həmin kəndlərdə dinc  sakinlər arasında 
100-dən  çox  ölən,  140-dan  çox  yaralanan  və  əsir  düşən  var  idi.  Apanlan 
araşdırm alardan  məlum  olur  ki,  erməni  silahlı  birləşmələrinə bu  əməliyyatlarda 
Rusiyanm 366-cı  motoatıcı alayı yaxmdan kömək etmişdir.  1992-ci il fevralın  13- 
də  düşmənin  növbəti  hücumu  Xocavənd  rayonunun  Qaradağh  kəndi 
istiqamətində  oldu.  Burada  qanlı  döyüşlər  4  gündən  artıq  davam  etdi.  Qanlı 
döyüşlərdə kənd dəfələrlə əldən-ələ keçdi.  Qeyri-bərabər döyüşlərdə erməni silaşlı 
birləşmələri  Q aradağlı  kəndini  ələ  keçirdi.  Kənd  ələ  keçirilən  zaman  92  nəfər 
özünümüdafıə  taborunun  döyüşçüsü  və  54  nəfər  dinc  kənd  sakini  azğınlaşmış 
erməni  vandalları  tərəfındən  öldürülərək  silos  quyusuna  atılmışlar.  Grməni 
quldur  dəstələri  117  nəfər dinc  kənd  camaatmı (uşaq,  qoca,  qadın, cavan) girov 
götürmüş  və  onlardan  77  nəfəri  amansızlıqla  qətlə  yetirmişlər.20  Ermsni 
quldurları  Q aradağlı  kəndinin  Vərəndəli  fermasmı  ələ keçirərkən burada işləyən 
6  nəfər  azərbaycanlıya  əvvəlcə  işgəncələr  vermiş,  sonra əl-ayaqlarını  bağlayaraq 
benzin  töküb  yandırmışlar.  Qaradağlı  kənd  sakini,  sağıcı  Qaragöz  ana  yağı 
düşməndən  azyaşlı  oğlu  İltifatı öldürməməyi, nə cəza varsa onun özünə verməyi 
xahiş etdikdə iyrənc düşmən ana ilə oğulu fermadan tapdıqları zəncirlə bir-birina 
bağlamış  və  elə  vəziyyətdə  od  vurub  yandırmışdılar.21  Erməni  vandalları 
Xocalıda bundan da qəddar vəhşiliklər törətmişlər.
1992-ci  ilin  fevralında erməni cəlladları tərəfındən Xocalınm ələ keçirilmasi 
üçün  məxvi  plan  hazırlanmışdı.  Plana  görə,  fevralın  25-də  gecə  hər  tərəfdən 
Xocahnı  mühasırəyə  almalı,  burada  yaşayan  azərbaycanlıların  hamısını  məhv 
etməli, qədim yaşayış məskəni olan Xocalını yandırmaqla xəritədən silməli idilər.
461

«Plan»m  müvəffəqiyyətlə  həyata  keçirilməsi  üçün  Xocalıya  3  birləşmiş  erməni 
silahlı  hərbi  qüwələri  müxtəlif istiqamətlərdə,  eyni  vaxtda  hücum  etməli  idilər. 
Rusiyanın 366 alayı, erməni hərbi birləşmələri, habelə xarici ölkələrdən gətirilmı'ş 
muzdlu quldur dəstələri  mayor  Seyran  Oqanyanm,  m ayor  Yevgeni  Nabogixinin 
və  mayor  Lixodyanm  rəhbərliyi  altında  müsəlman  qanına  susayan  vandallar 
xüsusi qəddarhq nümayiş etdirmişdilər.22
Bu  zaman  Respublika  rəhbərliyinin  laqeydliyi  ucbatından  Xocalınm 
müdafıəsi  lazımi  səviyyədə  təşkil  olunmamışdı.  80  nəfərdən  ibarət  Xocalı 
özünümüdafıə taburu  heç  bir zirehli texnika  ilə silahlandırılmamışdı.  Onlara  Şıx 
briqadasımn  ikinci  taburu  və  20  nəfərdən  ibarət  m inaatanlar  batareyası  kömək 
edirdi.  60 nəfərlik  milis  dəstəsi  təyyarə meydanını  qoruyurdu.  Cəmi  160  nəfərlik 
müdafıəçisi olan Xocalı, güclü və namərd hərbi birləşməyə malik düşmənlə üz-üzə 
qaldı.23
1992-ci  il  fevrahn  25-də  saat  21-də  erməni  hərbi  birləşmələri  Xocalıya 
hücum  etdilər.  İlk  zərbə hava  limanına  endirildi.  Hava  limanının  müdafiəsini  22 
nəfərlik dəstə ilə Əlif Hacıyev öz üzərinə götürmüşdü.  Ə.Hacıyev  düşmənin güclü 
hücumunu  3  dəfə  dəf edə  bildi.  Lakin  qeyri-bərabər  qüvvələrlə  qələbə  çalmaqın 
çətin  olduğunu  görən  Ə JIacıyev  dispeçer  məntəqəsini  partlatdı  ki,  hava  limanı 
düşmən əlinə keçməsin.  Döyüşlərdə Ə.Hacıyev ağır yaralandı  və qəhrəmancasma 
həlak oldu. Ölümündən sonra Xüsusi Təyinatlı Milis Dəstəsinin Komandiri, milis 
mayoru Əlif Hacıyevə göstərdiyi şücaətə görə Azərbaycanın  Milli Qəhrəmanı adı 
verildi.24
Düşmən  tankları,  zirehli  maşınlan  güclü  artilleriya  hazırlığmdan  sonra 
Mehdıkənd,  Qaraguh  və  Daşbulaq  tərəfdən  Xocalıya  soxuldular  və  küçə 
döyüşləri başlandı.  İgid komandir Tofıq  Hüseynov öz döyüş yoldaşları  ilə qat-qat 
güclü  düşmənin  hücumlarımn  qarşısını  almaqla,  onlarla  adam m   mühasirədən 
çıxmasma şərait yaratdı. Mühasirəyə düşən T.Hüseynov son gülləni özünə vurdu. 
Ölümündən sonra ona Azərbaycanm Milli Qəhrəmanı adı verildi.25
Həmin  gecə  Xocalı  şəhəri  yandınldı.  Sağ qalan  əhali  qarlı-şaxtalı  gecədə 
ayaqyahn-başıaçıq  Ağdama  tərəf  qaçmağa  başladı.  Y aralılann  çoxu  donvur-
462
madan  öldü.  Sağ  qalanlar  isə  Qaraqaya  adlı  yerdə meşədən çıxarkən  pusqudan 
çıxan  erməni  faşistləri  tərəfindən  gülləboran  edildi.  Yüzlərlə  köməksiz  qoca, 
qadm ,  uşaq  həlak  oldu.  Erməni  faşistləri  yarahlara  işgəncə  verib  meyitləri 
eybəcər  hala  salır,  qadın  və  qızlan  təhqir edirdilər.  Erməni  quldurları  Xocahda 
azərbaycanlılara  qarşı  soyqınm  törətdilər.  Həmin  dəhşətli  gecədə  613  nəfər,  o 
cümlədən,  106  qadın,  83  azyaşlı  uşaq,  70  qoca  öldürüldü,  1000  nəfər  Xocalı 
sakini  güllə  yarası  alaraq  şikəst  oldu,  1275  nəfər  əsir  alındı,  8  ailə  bütövlükdə 
məhv edildi,  56 nəfər xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandmldı. Qəddar 
düşmən  azərbaycanlıların başının dərisini diri-diri soyur, gözlərini çıxanr, bədən 
üzvlərini kəsir, dırnaqlarmı və dişlərini çəkir, hamilə qadmlann qannlannı süngü 
ilə deşirdılər.26
Ümummilli 
liderimiz 
H.Ə.Əliyev 
çıxışlarından 
birində 
«Xocah 
soyqırımı»ndan  bəhs  edərək  demişdi:  «Bəşər  tarixinə  öz  vəhşiliyinə  və  cəza 
üsullarımn  ağılasığmaz  qəddarlığma  görə  ən  qanlı  kütləvi  terror  hadisəsi  kimi 
düşmüş  Xocah  soyqınmından  bir  neçə  il  keçir:  1992-ci  ilin  o  müdhiş  fevral 
gecəsində Ermənistan hərbi birləşmələri keçmiş SSRİ-yə məxsus 366-cı motoatıcı 
alayın  köməyi  və  bilavasitə  iştirakı  ilə  Azərbaycanın  Xocalı  şəhəri  yerlə yeksan 
edilmiş,  günahsız  dinc  əhaliyə,  o  cümlədən,  uşaqlara, qocalara,  qadınlara divan 
tutm uş,  misli  görünməmiş  vəhşilik  aksiyası  həyata  keçirilmişdir.  Erməni 
millətçiləri  və  onların  havadarlarının  insanlıqla  bir  araya  sığmayan  mürtəce 
mahiyyəti  Xocalı  soyqırımında  bütün  çılpaqlığı  ilə  üzə  çıxdı...  Əslində  Xocalı 
soyqınm ı  XX  yüzilliyin  nə  böyük  insan  faciələrindən  biridir.  Xocalıdakı  insan 
qırğmınm  yer  kürəsinin  hər  hansı  bir  güşəsində  baş  verməsinin  qarşısuıı  almaq 
üçün 
Xocah 
soyqırımı 
həqiqətlərini 
dünya 
ictimaiyyətinə 
hərtərəfli 
çatdırmalıyıq».27  H.Əliyevin  təşəbbüsü  ilə Xocah  faciəsinin  səbəbləri,  mahiyyəti 
təhlil  olunub  xalqa  çatdırıldı.  Həmçinin,  H.Əliyevin 
1997-ci  il  25  fevral 
Fərm anı  ilə,  1997-ci  ildən  Xocalıda  azərbaycanlıların  soyqınmı  qurbanlan 
xatirəsinə  ehtiram   əlaməti  olaraq  hər  il  Azərbaycanda  fevrahn  26-da saat  17-də 
Sükut Dəqiqəsi elan olunmuşdu.28
463

Xocalı faciəsi cəmiyyətdə siyasi  gərginliyi dah a da  artırdı.  Xalqın  tələbi  ilə 
Ali  Sovetin  1992-d  il  martın  5-6-da  keçirilən  fovqəladə  sessiyasmda 
A.Mütəllibov  istefa  verməyə məcbur oldu.  Xalq  ümid  edirdi  ki,  ancaq  H.Əliyev 
hakimiyyətə gələrsə gələcəkdə baş verə biləcək daha  böyük  faciələrin qarşısı altna 
bilər.  Lakin  Azərbaycan  Xalq  Cəbhəsi  vəziyyətdən  istifadə  edib  hakimiyyətə 
gəlmək  istəyirdi.  Moskva  isə  Azərəbaycan  hakimiyyətində  vəziyyəti  daha  da 
gərginləşdirmək üçün A.Mütəllibovu hakimiyyətə gətirməyə çalışırdı.  Bu vaxt Ali 
Sovetin sədri E.Qafarova istefa verdi və onun yerinə  deputat  Yaqub Məmmədov 
seçildi.29 Bəhs olunan  dövrdə,  iqtidarla-müxalifət  arasında  anlaşılmazlıq  yarandı 
və nəzərdə  tutulmuş  koalison  hökumət  yaratm aq  mümkün  olmadı.  Ölkədə  «əsl 
hərc-mərclik  dövrü  başladı».  Ali  Sovet  1992-ci  il  iyunun  7-də  yeni  prizident 
seçkiləri  müəyyən  etdi.30  Azərbaycanda  yaranm ış  dərin  siyasi  böhrandan  yağı 
düşmon  çox  məharotlə  istifadə  edib  torpaqlarım ızın  işğalını  sürətbndirdi  və 
genişləndirdi.
1992-ci  ilin  əwəllərində  Azərbaycanın  nüfuzlu  təşkilatlara  üzv  olması  və 
dünyanın  güclü dövlətləri  ilə yaxınlaşması  prosesi  gücləndi.  İlk  növbədə, Türkiyə 
ilə  1992-ci  il  yanvarın  24-də  «Dostluq,  əməkdaşlıq  və  m ehriban  qonşuluq 
haqqında müqavilə»nin imzalanması,31 Türkiyənin  baş naziri Süleyman  Dəmrəlin 
Bakıya  rəsmi  səfəri,  1992-ci  il  martın  15-də  İranla  «Azərbaycan-Ermənistan, 
Dağlıq  Qarabağ  münaqişəsinin  dayandırılması  haqqtnda»  memorandium 
imzalanması,  1992-ci  il  martm  2-də  Azərbaycanın  bərabərhüquqlu  üzv  kimi 
BMT-yə  qəbul  olunması  və  BMT-nin 
Azərbaycanda,  Azərbaycanın  Nyu- 
Yorkda Daimi Nümayəndəliyinin fəaliyyətə başlaması  Rusiyanı təşvişə saldı.  İlk 
növbədə, Türkiyə, İran, Azərbaycan  birliyi Türk-müsəlman dünyasının  birliyi idi 
və  bu  böyük  gücdən  Rusiya  dövləti  ehtiyat  edirdi.32  Eyni  zamanda,  Rusiya 
Qafqazda  nüfuzuna  xələl  gələcəyindən  təşvişə  düşmüşdü.  O na  görə  də,  Rusiya 
Azərbaycana  təzyiqini  artırdı  və  erməni  quldurlarına  dəstək  verərək  1992-ci  il 
martın  12-də Tər-tər, Qazax, Tovuz, Ağdam, Cəbrayıl, Fizuli istiqamətində güclü 
hücuma başladtlar.33
Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  nizamlanması 
istiqamətində  ATƏM-in  YVŞK-in  missiyası  mühüm  addımlar  atdt.  1992-ci  il 
m artın  19-23-də  ATƏM-in  YVŞK-nin  sədri  Yan  Kubişin  başçılıq  etdiyi 
nümayəndə  heyəti  ikinci dəfə  münaqişə bölgəsinə səfər etdi.34 Dağlıq  Qarabağ, 
Bakı 
və  Yerevanda  olan  nümayəndəliyin  məqsədi  Qarabağda  atəşin 
dayandırılması, ATƏM-in müşahidəçilərinin münaqişə bölgəsində yerləşdirilməsi 
imkanlarını  öyrənmək  idi.  1992-ci  il  martın  23-24-də  Helsinkində  ATƏM-in 
YVŞK-nin  9-cu  iclasında  münaqişə  bölgəsində  atəşi  dərhal  dayandıraraq 
münaqişə edən  bütün  tərəflər ATƏM-in  çərçivəsində Dağlıq Qarabağa dair sülh 
konfransınm   tezliklə  keçirilməsi  üçün  hər  cür  şərait  yaratmağa  çağırdılar. 
ATƏM-in  Xarici  İşlər  Nazirləri  Şurasınm  marttn  24-də  keçirilən  birinci  əlavə 
görüşündə  Dağlıq  Qarabağda  mövcud  vəziyyət  müzakirə  olundu.  ATƏM-in 
Nazirlər  Şurası  YVŞK-nin  zəmanəti  əsasında  münaqişənin  sülh  yolu  ilə 
nizamlanması  istiqamətində  aparılan  danışıqlann  səmərəliliyini  təmik  etmək 
üçün  ATƏM-in  Dağlıq  Qarabağa dair sülh  konfransının  çağırılması  haqqında 
qərar  qəbul  etdi.  Nazirlər  raztlaşdılar  ki,  Minskdə  çağınlacaq  konfrans  ABŞ, 
Rusiya,  Türkiyə,  Fransa,  Almaniya,  İtaliya,  İsveç,  Çexoslovakiya,  Belarus, 
Azərbaycan  və  Ermənistan  nümayəndolorinin  iştirakı  ilə  keçirilsin.  Bebliklə, 
Dağlıq  Q arabağ  probleminin  dinc  yolla  həllinə  kömək  etmək  məqsədilə  11 
dövlətin  və  3  həmsədrin  (ABŞ,  Rusiya  və  Fransa  nümayəndələrinin)  iştirakı  ito
1992-ci  il  m artın  24-də  ATƏM-in  Minsk  qrupu  yaradıldı.35 Lakin  xarici siyasət 
mövcud realhqlar nəzərə alınmaqla düzgün qurulmadığmdan nüfuzlu dövlətlər Öz 
məqsədlərinə  nail  olmaq  üçün  daha  münasib  şərait  yaranmasını  gözləyirdilər. 
M insk  qrupu  ilə  paralel  Rusiyamn  xarici  işlər  naziri  Kozerev  bu  sahədə  öz 
dövlətinin  mənafeyinə  uyğun  iş  aparması  da  Ermənistan-  Azərbaycan,  Dağlıq 
Q arabağ münaqişəsinin daha da mürəkkəbləşməsinə səbəb oldu.36
Rusiyanın müdaflə naziri  P.Qraçovun  Y.Məmmədova təkidli tələblə  1992- 
ci  il  m artın  17-də  Rəhim  Qazıyev  Azərbaycan  Respublikasınm  müdafıə  naziri 
vəzifəsinə  təyin  edildi.37  Moskva,  Azərbaycanda  yaranmış  daxili  siyasi 
böhrandan  istifadə  edib  ənənəvi  təxribatçılıq  fəaliyyətini  genişləndirdi.  Məqsəd
465

daha  böyük  ərazilərin  işqalına  rəvac  verməklə  müstəqil  Azərbaycam  diz 
çökdürmək idi.  Azərbaycan  Müdafıə  Nazirinin  1992-ci  il  30  aprel  tarixli əmri ilə 
Şuşa  və  Laçm  Xalq  Cəbhəsi  könüllülərindən  ibarət  hərbi 
hissələr  buraxıldı.38 
Şuşa  taborunun  komandiri  R.Qəmbərov  müəmmah 
şəkildə  öldü.39  Cəbhədə 
mövcud  silahlı  qüvvələr  arasında  münaqişə  yarandı.  Rus  və  erməni  təxribat 
maşını  öz  işini  görmüşdü.  Azərbaycanm  gücü  parçalanm ış  və  deməli  həm  də 
zəifləmişdi.  Belə  bir  çətin  vəziyyətdə  Azərbaycan  xalqınm  çoxsayh  izdihamlı 
mitinqləri  keçirilməyə  başlandı.  M art-aprel  aylarını  əhatə  edən  mitinq  Bakıda, 
Naxçıvanda,  Şəkidə,  Zəngilanda,  Ağdamda,  Fizulidə və  digər  şəhərlərdə davam 
etdi.  Mitinqçilərin  əsas  tələbi 
prezident  seçilmək  üçün  yuxarı  yaş  senzini 
müəyyənləşdirən  maddənin  ləğv  edilməsi  idi.40  X atırladaq  ki,  bu  maddəni 
A.Mütəlibov  xalqm  içərisində  böyük  nüfuza  malik  H.Əliyevin 
prezident 
seçkisində  namizədliyini  irəli  sürməmək  xatirinə  vermişdi.  Çünki  A.Mütəllibov 
bilirdi  ki,  xalq  ümummilli  liderini  sevir  və  Azərbaycanın  gələcək  nicatım
H.Əliyevlə  bağlayır.  Dərin  düşüncəyə,  güclü  dünya  siyasətinə  malik  H.Əliyev 
kimi  tarixi  şəxsiyyətə  xalqın  ehtiyacı  var  idi.  Xalqın  nicat  yolu  yalnız  onıınla 
bağlı idi.41
Azərbaycanda  yaranmış  daxili  siyasi  böhrandan  istifadə  edən  erməni 
silahlı  birləşmələri  Azərbaycamn  qədim  yaşayış  məskəni  Şuşanı  işğal  etməyi 
planlaşdırdı.  Şuşanm  müdafiəsinin  olduqca  böyük  hərbi-strateji  və mənəvi-siyasi 
əhəmiyyəti var idi. Uzun müddət mühasirədə qalan Şuşanı güclü düşmən hücumu 
gözləyirdi. Şuşanm ətrafmda çox böyük hərbi texnika və canlı  qüvvə toplaşmışdı. 
Vaxtilə  366-cı  alaya  məxsus  bütün  texnika  (o  cümlədən  90  ağır  hərbi  texnika) 
minlərlə  silah  və  sursat,  180  hərbi  mütəxəssis  ermənilərə  təhvil  verilmişdir.42 
Həmin  silahlardan  -   80  ədəd  T-72  tankı,  6  min  başdan  ayağa  hər  cür  silahla 
silahlanan  erməni  quldur  dəstələri  və  xaricdən  m uzdla  tutulm uş  xüsusi  dəstə 
Şuşanı mühasirəyə almışdılar.43
Şuşarnn  müdafıəsi  isə  olduqca  zəif  təşkil  olunm uşdu.  İlk  növbədə, 
satqınhğın  nəticəsində  Şuşanın  ətrafında  minalanmış  sahələr  zərərsizləşdirilmiş, 
şəhəri  müdafıə  edən  xeyli  döyüşçü  «məzuniyyət»ə  buraxılmışdı.  Şəhərdə  olan
466
müdafıəçi  dəstələr  arasında  ziddiyyətlər  törədilmiş,  parçalanma  baş  vermişdir. 
Şuşa taburu  ştatında  1500 döyüşçünün adı olduğu halda, şəhərə hücum olan gün 
burada  500  döyüşçü  və  cəmi  24  ağır hərbi  texnika  var idi.44  Hərbi  rabitə  lazımi 
vəziyyətdə  deyildi.  Xüsusi  milis  taburunun  döyüşçüləri  mayın  4-dək  Şuşadan 
çıxarılıb  Böyük  Kirsə  apanlmışdı.  Düşmənə  böyük  informasiya  axını  var  idi. 
H ətta,  iş  o  yerə  çatmışdır  ki,  Şuşa  ətrafmdakı  mövqelərimizdə  yerləşən 
əsgərlərdən «müsahibə» alınaraq Moskva televiziyası ilə göstərilmişdi.45
1992-ci  il  mayın  7-dən  8-nə  keçən  gecə  düşmən  şəhəri  güclü  artilleriya 
atəşinə  tutdu.  6  minlik  böyük  hərbi  qüw ə  və  72  tankla  hücum  edən  birləşmiş 
erməni,  rus  və  muzdlu  ordu  mayın  9-da  Şuşanı  işğal etdi.44  Döyüşlərdə  şəhərin 
155  müdafiəçisi  şəhid  olmuş,  167  nəfər  yaralanmış,  20  nəfər  itgin  düşmüşdü.47 
Düşmən  hücumu  vaxtı  Şuşanm  27  sənaye  tikinti  müəssisəsi,  103  mədəni-maarif 
ocağı,  31  qəsəbə  və  kəndi,  249  tarixi  abidə  və  muzeyi  dağıdılmışdı.  İşğal 
zonasm da  Şuşanın  289  kvadrat  kilometr  ərazisi  qalmış,  əhalisinin  24009  nəfəri 
məcburi  köçkünə  çevrilmişdir.48 Şuşanm  süğutu  ilə erməni  faşistləri  tərəfındən 
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğah başa çatdı.
Şuşanın süqutundan az sonra Azərbaycanm milli hərbi hissələri Laçını tark 
etməyə başladı.  Bu isə vəziyyəti daha da gərginləşdirdi. Hakimiyyəti ələ keçirmək 
üçün  müxtəlif  silahh  dəstələrin  Bakıya  qaytanlması  Azərbaycan  xalqına 
xəyanətdən  başqa  bir  şey  deyildir.  Moskvanın  fitvası  ilə  A.Mütəllibov 
tərəfdarlan Ali Sovetin  1992-ci il mayın  14-də keçirilən sessiyasında onu  yenidən 
hakimiyyətə  qaytardılar.  A.Mütəllibov  hakimiyyətdə  möhkəmlənmək  üçün 
dərhal  fövqəladə  vəziyyət  tətbiq  etmək,  siyasi  azadlıqları  məhdudlaşdırmaq 
haqqında  fərman  verdi.  Milli  Şura  buraxıldı  və prezidcnt  seçkiləri  ləğv  edildi.49 
Demokratik  qüvvələr  isə  mitinq  keçirib  parlamentin  14  may  tarixli  qərarının 
Konstitusiyaya  zidd  olduğunu  bəyan  edərək  parlamentə  bu  qəran  ləğv  etmək 
barədə  ultimatum  verdilər.  Ultimatum  müddəti  qurtardıqdan  sonra  mitinqə 
toplaşanlar  AXC  liderlərinin  başçılığı  altında  onların  cəbhədən  çıxarıb 
gətirdikləri  hərbi  qüvvələrin  köməyi  ilə  Parlament  binasına  hücum  etdilər. 
Parlament  binası,  Prezident  sarayı,  Teleradio  Şirkəti  və  digər  məntəqələr  ələ
467

keçirildi.  A.Müətllibov  gizlicə  Rusiyaya  qaçdı.50  Y aranm ış  böhrandan  çıxmaq 
üçün  mayın  16-17-də  tərəflər  arasında  sövdələşmə  oldu.  Koalison  hökumət 
yaradılması və tsa Qəmbərovun Ali Sovet sədriliyinə namizəd göstərilməsi qərara 
alındı.5,Ali  Sovetin  1992-ci  il  mayın  18-də  keçirilmiş  sessiyasında  Ali  Sovetin 
sədri  Yaqub  Məmmədovun  istefasmı  qəbul  edildi,  İsa  Qəmbərov  Azərbaycan 
Respublikası  Ali  Sovetinin  sədri  seçildi.  Yeni  seçkilərə  qədər  prezident 
səlahiyyətlərini  yerinə  yetirmək  ona  verildi.  AXC  və  keçmiş  kommunistlərdən 
ibarət Koalision hökumət yaradıldı.52
Bakıda  hakimiyyət  davası  getdiyi  vaxt  silahlı  qüvvələrin  Laçından 
çıxarılmasından  istifadə  edən  düşmən  1992-ci  il  maym  18-də  Laçını  işğal  etdi. 
Laçını ələ keçirmək Ermənistana hava kimi, su kimi  lazım  idi.  Çünki  Ermənistan 
Dağlıq  Qarabağı  daim,  maneəsiz  özünə  bağlamaq  istəiyrdi.  Ermənistan  ilə 
Dağlıq  Qarabağ  arasında  isə  Laçın  rayonu  durur  və  əsas  yol  da  Laçından 
keçirdi. Əgər Laçm rayonu  varsa demək  Ermənistanla  Dağlıq  Qarabağ arasında 
bilavasitə  əlaqə  yoxdur.  Ermənilər  isə  bilavasitə  əlaqə  yaratm aq  istəyirdilər  və 
buna  1992-ci  il  maym  18-də  nail  oldular.53  Ümummilli  liderimiz  H.Ə.Əliyev 
çıxışlanndan  birində  göstərmişdir  ki,  «böyük  strateji  əhəmiyyətə  malik  Şuşa  və 
Laçın  rayonlannın  Ermənistan  silahlı  qüvvələri  tərəfındən  işğal  edilməsi 
Azərbaycanın  başında  duran  adam lann  xəyanətəinin,  satqınlığının  nəticəsində 
reallaşdı və bu xəyanəti xalqımız heç vaxt bağışlamayacaq».54
Laçının  işğalı  nətəicəsində  Dağlıq  Q arabağ  separatçıları  ilə  Ermənistan 
arasında birbaşa əlaqə-dəhliz  yarandı.55
Ermənistanın  xarici  dövlətlərdə  Azərbaycana  qarşı  apardığı  informasiya 
müharibəsinin  nəticələrindən  biri  də  Azərbaycanı  ABŞ  yardımmdan  məhrum 
edən,  ABŞ  Konqresinin  qəbul  etdiyi  «Azadlığı  M üdafıə  Aktı»na  «907-ci 
düzəliş»-dir. «907-ci düzəliş»  1992-ci il oktyabnn 24-də ABŞ  Konqresi tərəfındən 
qəbul  edilmişdir.  Konqresdə  göstərəilmişdir  ki,  Azərbaycan  hökuməti  Dağlıq 
Qarabağ və Ermənistana  qarşı  bütün  blokadaları  dayandırm ayınca  ona  yardım 
göstərilməyəcəkdir.56  H.Ə.Əliyevin  apardığı  gərgm  və  uğurlu  xarici  siyasət
nəticəsində  2002-ci  ilin  yanvarın  28-də  «Azadlığı  Müdafiə  Aktmna  «907-ci 
düzəliş»in qüvvəsi dayandırılmışdı.
1992-ci  il  iyunun  7-də  keçirilən  prezident  seçkilərində  AXC-nin  sədri 
Əbülfəz  Elçibəy  prezident  seçildi.  Azərbaycanda  AXC-Müsavat  hakimiyyəti 
başlandı.  Bəhs  etdiyimiz  dövrdə,  SSRİ-nin  hərbi  əmlakınm  bölüşdürülməsi 
haqqında Daşkənd müqaviləsinə əsasən Azərbaycana verilən silah və hərbi sursat 
əsasında  ordunun  təchizatı  nisbətən  yaxşılaşdı.57  Prezidentin  1992-ci  il  iyun 
Fərmanı  ilə Orduda  Vahid  Komandanlıq  yaradıldı.  Bütün  bunlar işğal olunmuş 
ərazilərimizin  bir  hissəsinin  düşməndən  təmizlənməsinə  səbəb  oldu.s>Lakin 
Azərbaycanın  MDB-yə  qoşulmaması  Moskvanı  narahat  etmiş  və  ona  görə  də 
Ermənistana  hərbi  yardımı  gücləndirmişdi.  1993-cü  ilin  fevralında  Ermənistan 
ordusu  MDB-nin  7-ci  ordusunun  128-ci  motoatıcı  alayının  və  muzdlu 
əsgərlərinin  iştirakı  ilə  1992-ci  ilin  ikinci  yarısında  düşmən  işğalından  azad 
edilmiş  ərazilərimiz  yenidən  düşmən  əlinə  keçdi.”   Kəlbəcər rayonu  Ermənistan 
və  Ağdərə  tərəfdən  güclü  atəşə  tutuiaraq  blokadaya  alındı.  Bu  zaman 
Moskvadan  idarə  olunan  qüvvələr,  hakimiyyəti  ələ  keçirmək  üçün  mübarizəyə 
başladılar.  1993-cü  ilin  iyununda  Gəncədə  hərbi  qiyam  baş  Verdi.  Həmin  il 
«Talış  M uğan  Respublikası»  və  «Ləzgistan  dövləti»  yaratmaq  cəhdləri  edildi.60 
Azərbaycan  bütövlükdə  məhv  olmaq  təhlükəsi  qarşısında  idi.  Bakı  isə  vahimə 
içərisində yaşayırdı.  Xalqı və dövlətimizi belə bir çətin vəziyyətdən xilas  edəcək 
səriştəli,  təmkinli,  dünyagörmüş  rəhbər  lazım  idi.  Azərbaycan  xalqının  tələbi  ilə 
iqtidar  H.Ə.Əliyevi  Bakıya  dəvət  etdi.  1993-cü  il  iyunun  15-də  H.Ə.Əliycv 
Azərbaycan  Respublikası  Ali  Sovetinin  sədri  seçildi.  Həmin  gün  doğrudan  da 
xalqımızın  «Milli  Qurtuluş  Günü»  idi.61  Çünki,  H.Əliyevin  Bakıya  gəlişi  ilə 
törədilən  vətəndaş  müharibəsinin,  separatçılığın  qarşısı  alındı,  Azərbaycanın 
parçalanması təhlükəsi aradan qalxdı.
1993-cü  il  oktyabnn  3-də Azərbaycan  xalqı  H.Ə.Əliyevi altemativ əsasda, 
səs  çoxluğu  ilə  Respublikanm  Prezidenti  seçdi®  O,  dövlət  müstəqilliyini 
möhkəmləndirmək,  ərazi  bütövlüyünü  və tam  suverenliyi  təmin  etmək,  əhalinin 
rifahını yaxşılaşdırmaq vəzifələrini həyata keçirəcəyini bəyan etdi. Tezliklə dövtot
469

intizamının,  qanunçuluğun,  ordunun  möhkəm bndirilm əsinə  başlandı.  Lakin 
keçmiş  ordu  quruculuğundakı  əyintibr,  səfərbərlikdən  yaymma  və  fərarilik 
halları  mövcud  idi.  Müxtəlif  siyasi  qüvvələrin  sadiq  hərbi  hissələrinin  döyüş 
böigələrində törətdikləri təxribat  nəticəsində  1993-cü  il  aprelin  3-6-da  Kəlbəcər, 
iyulun 23-də Ağdam, avqustun  18-də  Cəbrayıl,  avqustun  23-də  Fizuli,  avqustun 
31-də Qubadlı,  oktyabrın  29-30-da  Zəngilan  düşmənin  əlinə  keçdi.63 Ermənistan 
silahlı birləşmələri tərəfındən  Azərbaycan  torpaqlarının  işğalı  açıq-aşkar təcavüz 
aktı  idi.  Bundan  dərhal  sonra  Azərbaycan,  bölgədə  yaranmış  vəziyyətlə  bağlı 
BMT 
Baş  katibi  və  Təhlükəsizlik  Şurasımn  (TŞ)  sədrinə  məlumat  verdi. 
Azərbaycan  dövlətinin  tələbilə  BMT  TŞ-da  Azərbaycan  torpaqlarının  işğalı  və 
işğalçılarm dərhal qeyri-şərtsiz ərazini tərk etməsi  haqda qətnamələr qəbul edildi. 
Belə  ki,  BMT  TŞ-nm  1993-cü  il  30  apreldə  822  saylı,  29  iyulda  853  saylı,  14 
oktyabrda  874  saylı,  12  noyabrda  884  saylı 
qətnam ələrində  işğal  olunmuş 
Azərbaycan  ərazilərindən  işğalçı  ordunun  dərhal,  tam am ilə  və  qeyri-şərtsiz 
çıxarılması tələbi öz əksini tapsada  Ermənistan  müxtəlif bəhanələrlə onlan yerins 
yetirməkdən imtina etdi.64
Qətnamələrdə  Ermənistana  doğma,  Azərbaycana  ögey  münasibət  açıq- 
aşkar görünürdü.  Bu Qətnamələrdən  yalnız  birincisində  Ermənistanm  adı çəkilir 
və  ondan  tələb  olunurdu  ki,  Dağlıq  Q arabağa  təsir  göstərsin.  BMT  TŞ-nıa 
sənədlərində Azərbaycan  torpaqlannm   işğalmı  «yerli  erməni  qüvvələri»nin əli ilə 
apanlması vurğulantrdı.
Ümumiyyətlə,  BMT  TŞ-nın  qəbul  etdiyi  qətnamələrdə  Ermənistan 
təcavüzkar dövlət kimi  tamnmadı.  Qəbul  edilən  bütün  bu  sənədlərdə  münaqişə 
Ermənistan-Azərbaycan  münaqişəsi  kimi  yox,  Dağlıq  Q arabağ  regionunda  və 
onun ətrafında münaqişə kimi qiymətləndirildi.  Təcavüzkara  qarşı qətnamələrdə 
sanksiyalann  nəzərdə  tutulmaması  Erm ənistanın  işğalçılıq  siyasətini  davam 
etdirməsinə  və  nəticədə,  Azərbaycan  ərazilərinin  20  faiz  hissəsinin  işğal 
edilməsinə gətirib çıxardı.  Başqa sözlə,  ABŞ,  Rusiya,  Fransa və  dünyanın başqa 
apancı 
dövlətləri 
tərəfmdən 
dəstəklənən 
Erm ənistan, 
BMT 
TŞ-nın

Yüklə 48 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə