AZƏrbaycan miLLİ elmlər akademiyasi aa. Bakixanov adina tariX İnstitutu



Yüklə 48 Kb.
Pdf görüntüsü
səhifə7/41
tarix05.05.2017
ölçüsü48 Kb.
1   2   3   4   5   6   7   8   9   10   ...   41

ıoı

və  istehsalat  intizamı  gücbnmişdi.  Dağlıq  Qarabağ  əhalisi  ön  və  arxa  cəbhənin 
strateji mallarla təmin olunmasıtıda öz layıqli köməyini göstərmişdir.
Azərbaycan ziyalıları müharibənin ilk günlərindən  bütün səy və yaradıcılıq 
fəaliyyətlərini  qəsbkar  faşist  Almaniyasına  qarşı,  mübarizəyə,  azadlığın,  sivil 
cəmiyyətin  qorunm asm a  yönəltdilər.  İctimai  və  humanitar  sahədə  çalışan 
alimlərimiz xalqm qəhrəmanlıq tarixindən, döyüş ənənələrindən bəhs edən əsərlər 
yaratdılar.  Yazıçılar,  şairlər,  bəstəkarlar,  rəssamlar  öz  əsərləri  vasitəsilə 
insanlarda  vətənə  məhəbbət,  duşmənə  nifrət  hissi  aşılayır,  faşist  işğalçıları 
üzərində qələbəyə inam  yaradırdılar.  Böyük Vətən müharibəsində cəbhəyə və ölkə 
iqtisadiyyatma  xidmət  və  qayğı  göstərməklə  Azərbaycan  xalqı,  öncə  onun 
ziyalıları  Sovet  Ordusunun  alman-faşizmi  üzərində  qələbəsinə  mühüm  töhfə 
vermişlər.
Böyük  Vətən  müharibəsində  arxa  cəbhədə  olduğu  kimi  ön  cəbhədə  də 
xalqımızın  m ərd oğul  və  qızları  böyük qəhrəmanlıqlar göstərmişdir.  Müharibədə 
Sovet ittifaqı  xalqları 27 milyon nəfərdən artıq şəhid vermişdi. Azərbaycan  SSR- 
dən  cəbhəyə  getmiş  700000  nəfərə  qədər  döyüşçüdən  300000  nəfəri  həlak 
olmuşdu.  Böyük  Vətən  müharibəsi  cəbhələrində  H.Aslanov,  S.Qəniyev, 
M.Əbilov,  H.Hüseynov,  A.Abdullayev,  Y.Abdullayev,  A.Abasov,  Q.Zeynalov, 
T.Əliyarbəyov,  A.Vəzirov,  A.Qazızadə,  B.Mehdiyev,  D.Nəcəfov,  N.Kərimov  və 
başqa  sərkərdə  və  komandirlərimiz  ölkəni  faşizm  bəlasından  qurtarm aq  üçün 
böyük  hərbi  təşkilatçılıq  qabiliyyəti  və  əsgəri  rəşadət  göstərdilər.  Xalqımızın 
mərd  oğullarmdan  121  nəfəri  döyüşlərdəki  rəşadətinə  görə  Sovet  İttifaqı 
Qəhrəmanı  adm a  layiq  görüldü.  30  nəfər  azərbaycanlı  döyüşçü Şöhrət  Orderinin 
hər üç dərəcəsi  ilə,  176 min  nəfər isə müxtəlif orden və medallarla təltif edildilər. 
Partizanlarımızda  müqavimət  hərəkatm da  fəal  iştirak  edərək  mərdlik  və  şücaət 
göstərmiş, düşməndən amansız intiqam almışdılar.
Böyük Vətən  müharibəsi dövründə Dağhq Q arabağdan 45 min nəfər oğlan 
və  qız  cəbhəyə  getmiş,  Vətənə  hədsiz  sədaqət,  mərdlik,  fədakarlıq  və  igidlik 
nümayiş  etdirmişdiləT.  22  min  nəfər  Dağlıq  Q arabağ  sakini  vətənin  azadlıq  və 
istiqlaliyyəti  uğrunda  döyüşlərdə  qəhrəmanlıqla  canını  qurban  vermişdi.  Onlar
Sovet  Ordu  hissələrində,  partizan  dəstələrində,  müqavimət  hərəkatı  sıralannda 
hitlerçilərə qarşı  vuruşmuşlar.  Dağlıq Qarabağda anadan olmuş  15 min  döyüşçü 
döyüş  orden  və  medallan  ilə  təltif  edilmiş,  18  nəfəri  Sovet  İttifaqı  Qəhrəmanı 
kimi  yüksək 
ada  layiq  görülmüşlər21.  Onlardan  bir  neçəsinin  döyüş  yohınu 
xatırlatmaq  yerinə  düşərdi:  Smolensk  meşələrində  fəaliyyət.  göstərən  PaTtizan 
dəstəsində  «Partizan  Aliyə»  adı  ilə  tamnan  Aliyə  Fətulla  qızı  Rüstəmbəyova 
Qarabağm  tacı  Şuşada  dünyaya  göz  açmışdır  (1907-ci  ildə).  Tibb  İnstitutunu 
bitirən  Aliyə  Böyük  Vətən  müharibəsinin  elə  ilk  günündən  öz  ərizəsi  ilə  alman 
faşizminə  qarşı  müharibəyə  getdi.  Müharibənin  ilk  günlərində  böyük  bacanğa 
malik  olması  aşkar 
edilmiş  və  qeyrətli  azərbaycanlı  qızı  Tibb-sanitariya 
batalyonuna  rəis  təyin  edilmişdir.  Dərin  zəkaya  malik  cərrah  Aliyə  minlərlə 
insanı  ölümün  pəncəsindən  xilas  etmişdir.  1941-ci  ilin  əvvəllərində  yaralanaraq 
əsir  düşən  Aliyə,  1942-ci  ilin  əvvəllərində  əsirlikdən  qaçmış  və  Smolenskdə 
partizanlara qoşulmuşdur.  Cəmi  35 bahar yaşayan həssas, nikbin, qeyrətli Vətən 
övladı  1942-ci  ildə qəhrəmancasına  həlak  olmuşdur22.  Təlim,  tərbiyə  və  təhsilini 
Şuşada  alan  və  ölümündən  sonra  «Böyük  Vətən  Müharibəsi  Qəhrəmanı»  adma 
layiq görülən «Partizan Aliyə» ilə bütün Azərbaycan xalqı fəxr edə bilər.
Sovet  İttifaqınm  donanma  admiralı  İ.S.İsakov  Böyük  Vətən  müharibəsi 
illərində  qoşunlara  bacarıqlı  rəhbərlik  etdiyinə,  igidlik  və  qəhrəmanlıq 
göstərdiyinə  görə  Sovet  İttifaqı  Qəhrəmanı  adı  almış,  6  Lenin  ordeni,  3  Qırmızı 
Bayraq  Ordeni,  2  dəfə  birinci  dərəcəli  Uşakov  ordeni,  birinci  dərəcəli  Vətən, 
Müharibəsi  və  Qırmızı  Ulduz  ordenləri  ilə,  bir  çox  medallarla,  habelə  bir  sıra 
xaricı dövlətlərin ordenləri ilə təltif olunmuşdur11.
Rostov  şəhərinin  xatirə  lövhəsində  bir  igid  şuşalmın  da  adı  həkk  olub: 
«Qaraşov Aslan  Məmməd oğlu (10.XI.1919,  Şuşa -   12.02.1943,  Rostov)».  Aslan
1939-cü ildə ordu  sıralarına  çağırılmış  və Böyük  Vətən  müharibəsində  artilleriya 
batareyasının  komandiri  təyin  edilmişdir.  O,  Şimali  Qafqazm  azad  edilməsində 
böyük  igidlik  göstərmişdir.  Rostovun  Semernikova  kəndində  gedən  döyüşlərdə 
cəsur  dövüşçü  Aslan  düşmənin  8  tankını  yandırmış  və  özü  də  həlak  olmuşdur.

Möhkəm əqidəli  şuşalı balasına Böyük Vətən Müharibəsi qəhrəmanı adı verilrniş, 
«Qırmızı  Bayraq» ordeni və çoxlu medallarla təltif edimişdir.
Təhsilini  Leninqrad  və  Moskva  hərbi  məktəbində  almış  A.F.Vəzirov 
Böyük Vətən müharibəsi illərində Zaqafqaziya cəbhəsi  Şimal ordu qrupunun 5-ci 
dağ m inaatan -  mühəndis briqadasımn, 3-cü Ukrayna cəbhəsinin Qırmızı Bayraq 
Ordenli  51-ci  mühəndis-istehkam  briqadasınm  tərkibində  olmuş  və  sonra 
briqadaya  kom andirlik  etmişdir.  Polkovnik  A.F.Vəzirov  göstərdiyi  şücaətə  görə 
Sovet 
tttifaqı  Qəhrəmanı,  4  Qırmızı  Bayraq  Ordeni,  II  dərəcəli  Boqdan 
Xmelnistki ordeni və medallarla təltif olunmuşdur25.
Xocavənd  rayonunda  anadan  olmuş  M.A.Parseqov  1940-cı  ildən 
artilleriya  diviziyasma  komandirlik  etmişdir.  O,  Mannerheym  xəttinin 
dağıdılmasmda,  Kiyevin  müdafıəsində,  Yapon  militaristlərinin  darmadağm 
edilməsində  fəal  iştirak  etmiş  və  öz  əsgər  borcunu  şərəflə  yerinə  yetirmişdir. 
Göstərdiyi  xidmətlərə  görə  general-polkovnik  M .A.Parseqova  Sovet  İttifaqı 
Qəhrəmanı adı verilmişdir26.
Bütün  Azərbaycan  xalqınm  fəxri  sayılan  Quliyev  Yaqub  Allahqulu  oğlu 
1900-cu  ildə Şuşada dünyaya göz açmışdır.  1920-ci illərdə vzvod komandiri, rota 
komandiri,  türkmən  süvari  polkunun  qərargahınm  rəisi,  1938-ci  ildə Türküstan 
dağ-süvari  briqadası  qərargahının  rəisi,  1939-cu  ildə  O rta  Asiya  Hərbi  dairə 
qərargahının  rəis  müavini,  1942-ci  ildə  97-ci  süvari  diviziyasmm  komandiri 
vəzifələrində  işləmişdir.  Dərin  düşüncəli  Y aqub  sovet  hərbi  xadimi  adm a  layiq 
görülmüş  və general mayor rütbəsi  almışdır.  İgid şuşalı Stalinqrad vuruşmasmda 
qəhrəmancasına  həlak  olmuşdur.  Xalqımız  ölməz  qəhrəmanı  ilə  fəxr  edə  bilər. 
Onun  adı  Mamay  təpəsindəki  xatirə  ansamblına  yazılmış,  Türkmənistanda 
Yaqubun  adm a  abidə  qoyulmuş  və  bır  məşhur  küçəyə  Y.Quliyevin  adı 
verilmişdir.  Ölümündən  sonra  Y.A.Quliyev  Lenin  ordeni,  sağlığmda  isə  2  dəfə 
«Qırmızı  Bayraq»  ordeni  ilə  təltif  olunmuşdur.  Lenin  ordenli  generalm  adına 
Şuşada da küçə vardır27.
DQM V-nin  H adrut  rayonunun  M etstağlar  kəndində  anadan  olmuş 
S.A.Xudyakov  general  və  aviasiya  marşalı  rütbəsinədək  yüksəlmişdir.  O,
Moskva  ətrafm da  gedən  döyüşlərdə,  Kursk,  Oryol,  Belqrad  və  solsahil 
Ukraynasmm  azad  olunmasmda,  Yassı-Kişinov  əməliyyatlannda  fəal  iştirak 
etmişdir.  İgidlik  və  mərdlik  nümayiş  etdirdiyinə  görə  S.A.Xudyakov  bir  sıra 
orden və medallarla təltif olunmuşdur.
Dərin  düşüncəsi,  möhkəm  iradəsi,  qibtə  olunan  vətənparliyi  ilə  xalqımızın 
sevimlisinə  çevrilmiş,  həm  zahirən,  həm  də  mənən  əsl  azərbaycanlı  və  türk  oğlu 
adm a  layiq  olan  Xəlil  Məmməd  oğlu  Məmmədov  gözəlliklər  diyarı  Şuşada 
dünyaya  göz  açmışdır  (1916).  1940-cı  ildə  tank  batalyonunun  alay  məktəbini 
bitirən  Xəlil  tank  komandiri  təyin  edilmişdir.  Böyük  Vətən  müharibəsində  rota 
və  batalyon  komandirləri  vəzifəsində  işləyən  X.Məmmədov  Kerç,  Krım,  Şimali 
Qafqaz,  Ukrayna,  Moldava,  Ruminiyamn  azad  edilməsində  qəhrəmanlıqlar 
göstərmişdir.  Göstərdikləri qəhrəmanlıqlara görə Xəlil  Məmmədova  1945-ci  ildə 
Sovet  Ittifaqı  Qəhrəmanı  adı  verilmiş  və  general-mayor  rütbəsinədək 
yüksəlmişdir.  X.Məmmədov  Qırmızı  Bayraq,  Aleksandr  Netski,  2  Qırmızı 
Ulduz,  Şərəf nişanı  ordenləri  və  medallarla  təltif edilmişdir.  Qəhrəmanın  həyatı 
bugünkü gəncliyimizə gözəl öməkdir.
Bütün  Taqanrok  sakinləri  arasında  «məğlubedilməz»  ləqəbi  ilə  tanman 
Şuşa  rayonunun  Zarıslı  kənd  sakini  Əli  Rza  oğlu  Bədəlov  müharibə  başlayan 
vaxtdan  öz  ərizəsi  ilə  cəbhəyə  getdi.  Cəsur  topçu  Ə.R.Bədəlov  Mozdok, 
Taqanrok,  Melitopol,  Kişinyov  ətrafmda,  M acanstan  və  Polşada  gedən 
döyüşlərdə  yüzlərlə  alman  tankını  məhv  etmişdir.  Ali  Baş  Komandanlığınm 
imzaladığı təşəkkür əmrində onun adı həmişə birinci çəkilmişdir.
Şuşalı  Əmir  Məmmədoğlu  Rüstəmov  müharibə dövründə,  azərbaycanlılar 
arasm da  birinci  texnik-mühəndis  olmuşdur.  1942-ci  ildə  Qafqaz  uğrunda  gedən 
döyüşlərdə  düşmən  obyektlərinin  yerini  və  hücum  üçün  planı  Ə.Rüstəmov  çox 
dəqiqliklə çəkmişdir.  K apitan Ə.Rüstəmov  1942-ci ilin yanvarxnda  56-cı orduya, 
sonra isə 25-ci m inaaxtaranlar briqadasma komandirlik etmişdir.  General-mayor 
rütbəsinədək  yüksələn  komandir  çoxlu  orden  və  medallann  sahibidir.  Böyük 
Vətən  müharibəsi dövründə Dağlıq  Qarabağdan  onlarca döyüşçü -  Sovet İttifaqı 
qəhrəmanı  A.C.Qasparov,  Bəylər  və  Əşrəf  Cahangirovlar,  Musa,  Baxış  və

Alyoşa  Hüseynov  qardaşları,  Kamran  Məmmədov  v.ı  başqaları  fovqəiadə 
mərdlik göstərmişdilər.
Beləliklə,  Böyük  Vətən  müharibəsi  SSRİ-nin  qələbəsi  ilə  başa  çatdı. 
Qələbənin  əidə  edilməsində bütün  Azərbaycan  xalqmm,  o  cümlədən  DQMV-nin 
əhalisinin  böyük  xidmətləri  olmuşdur.  Alman  faşizm  üzərində  qələbə  əldə 
edilməsinin  ən  başlıca  səbəbi  ölkənin  və  xalqm  bütün  gücünün  səfərbər 
edilməsində idi.  Həmçinin ölkə rəhbərliyi  inzibati  idarəçiiik  metodlarım daha  da 
möhkəmləndirib, iqtisadiyyatı qısa bir zamanda hərbin tələbləri əsasmda yenidən 
qura bildi və xalqlann iqtisadi, hərbi, mənəvi  qüvvələrini  birləşdirdi.  Azərbaycan 
xalqı  ikinci  dünya  müharibəsində  SSRİ-nin  qalib  çıxmasma  öz  layiqli  töhfəsini 
vermiş,  adı  XX  əsrdə  qəsbkarhğa  və  mürtəce  qüvvələrə  qarşı  mütərəqqi 
qüwələrin  tarixi səlnaməsinə qızıl  hərflərlə əbədi  həkk  olunmuşdur.  Azərbaycan 
xalqı  Böyük  Vətən  müharibəsinin  ağır  yükünü  öz çiyinlərində  daşımış  və  faşizm 
üzərində  tarixi  qələbə  qazanılmasmda  mühüm  rol  oynamışdır.  Ümummilli 
liderimiz  H.Ə.Əliyev  çıxışlanndan  birində  qeyd  etmişdir:  «1941-1945-ci  illər 
Azərbaycan  xalqınm  tarixində  çox  görkəmli  yer  tutur  və  xalqımızın  tarixində 
parlaq  səhifələrdəndir...  Ikinci  dünya  müharibəsi  əyani  şəkildə  bir  daha  təsdiq 
etdi  ki,  Azərbaycan  xalqı  ən  ağır  sınaqlardan  üzüağ  çıxmağa,  misilsiz  şücaət  və 
rəşadət  nümunələri  göstərməyə  qadir  olan  çox  dözümlü  və  qəhrəman  xalqdır. 
Faşizm  üzərində  qələbədən  sonra  xalqımızm  keçdiyi  yol  Azərbaycanm  gələcək 
milli azadlığma, müstəqilliyinə gedən yol olm uşdur...  Azərbaycan  yüksək inkişaf 
yolu  keçdi  və  böyük  iqtisadi,  intellektual  potensial  topladı.  Bunların  əsasmda 
xalqımız öz müstəqilliyini əldə etdi və dünya birliyində öz yerini tutdu»28.
V FƏSİL
DAĞLIQ QARABAĞ MUXTAR VİLAYƏTİNDƏ tQTİSADİ VƏ 
SOSİAL HƏYAT (1946-1950)
İkinci  dünya  müharibəsində  Azərbaycan  xalqı  bütün  iqtisadi,  hərbi  və 
mənəvı  gücünü  səfərbər  edərək  SSRİ-nin  qalib  çıxmasına  öz  layiqli  töhfəsini 
vermiş  və  XX  əsrdə  qəsbkarlığa  və  mürtəce  qüvvələrin  tarixi  səlnaməsinə  öz 
admı  qızıl  hərflərlə  əbədi  həkk edirmişdir.  Azərbaycanm  oğul  və qızları  faşızmə 
qarşı  mərdliklə  vuruşaraq  121  nəfər  Sovet  İttifaqı  Qəhrəmanı  adma  layiq 
görülmüş,  arxada  çalışan  əməkçilərimiz cəbhəyə  böyük  köməklik  göstərmişdilər. 
Müharibənin  bütün  ağırlığım  öz  çiynində  çəkən  Azərbaycan  xalqı  öz  milli 
sərvətlərinin xeyli hissəsini itirmişdir.
Müharibə  Azərbaycanın  hər  yerinə,  o  cümlədən  onun  ayrılmaz  tərkib 
hıssəsi  olan  DQMV-nin  bütün  təsərrüfatına  çox  ağır  zərbə  vurdu.  1945-ci  ildə 
vilayət  sənayesində ümumi  məhsul  istehsalı  1940-cı  illə  müqayisədə  təxminən  22 
faiz  aşağı  düşmüşdü.  Müvafıq  illərdə  ipək  parça  istehsalı  120  min  m2-dən  93,6 
min  m--ə,  xam  ipək  98  tondan  76,4  tona,  pendir  istehsalı  61  tondan  48  tona, 
şərab  istehsalı  40000  dkl-dən  3120  dkl-ə,  konyak  istehsalı  1000  dkl-dən  780 
dekletrə, taxta şalban  1300 m3-dən,  1014 m 3-ə,  əhəng  120 tondan 94 tona,  mebel 
istehsalı  26 min  m anatdan  20 min  m anata enmişdi1.  M üharibə illərində  DQMV- 
də  istehlak  malları  istehsalı  kəskin  surətdə  aşağı  düşmüşdü.  1945-ci  ildə  1940-cı 
ilə  nisbətən  pambıq  istehsalı  2,4  dəfə  azalmış,  əkin  sahəsi  4  min  hektardan  1,2 
min  hektara  enmişdi.  Barama  istehsalı  114  tondan  72  tona,  yun  istehsalı  109 
tondan  85 tona  qədər azalmışdı.  DQMV-də  1940-cı ildən  1945-ci ilin  sonunadək 
iribuynuzlu m al-qaranm  sayı  87,6  min başdan  78,5  min başa,  davarlann  sayı  isə
160,4  min  başdan  140,2  min  başa  enmişdi2.  Kənd  təsərrüfatmın  maddi  texniki 
bazası xeyli zəiflənmişdi.
1940-cı  ildə  Azərbaycanda  əhalinin  sayı  3304,1  min  nəfər,  o  cümlədən

edilməsi  ilə  bağlı  əhalinin  sayı  1945-ci  ildə  17,65  faiz  azalmışdı3.  Müharibə 
dövründə  Dağlıq  Qarabağda  fəhlə  və  qulluqçularm  bacarıqh  və  işlək  hissəsinin 
ön  cəbhəyə  səfərbər  edilməsi  ilə  əlaqədar  onlann  sayı  15  faiz  aşağı  düşmüşdü. 
Faşizm  üzərində  qələbədən  sonra  Respublikamızda  xalq  təsərrüfatı  bərpa 
olunmağa  başlandı.  SSRİ  Dövlət  Müdafıə  Komitəsinin 26  may  1945-ci  il  «Silah 
istehsalınm  azaldılması  ilə  əlaqədar  olaraq  sənayeni  yenidən  qurmaq  sahəsində 
tədbirlər  haqqmda»kı  qərarmdan  sonra  Azərbaycanda  sənayenin  bərpası  və 
inkişafı  üçün  mühüm  tədbirlər  görüldü.  Belə  ki,  müharibə  qurtardıqdan  sonra 
müəssisələrdə  8  saatlıq  iş  günü  və  illik  məzuniyyətlər  bərpa  edildi.  Həmçinin
1945-ci  il  dekabrın  1-dən  başlayaraq  müharibə  illərində  istıfadə  edilməmiş 
məzuniyyətlərə görə pul kompensasiyasınm ödənilməsinə başlandı4.
Sənaye  və  kənd  təsərrüfatmı  müharibədən  əvvəlki  səviyyəyə  çatdırmaq 
məqsədilə  Azərbaycan  SSR  Ali  Sovetinin  1946-cı  il  martm  18-dək  keçirilmiş 
birinci  sessiyasmda  1946-1950-ci  illəri  əhatə  edən  dördüncü  beşillik  plan  qəbul 
edildi5.
1945-ci  illər  sonlarmda  Azərbaycan 
XKS  qərarı  əsasında  xalq 
təsərrüfatmın  inkişaf etdirmək  məqsədib  DQMV-nin  ümumi  büdcəsi  41  milyon 
294  min  m anat  məbləğində  təsdiq  edilmişdir  ki,  bu  da  1944-cü  illə  müqayisədə 
12,2 faiz çox idi6.
DQMV-də  dördüncü  beşillik  planda  sənayenin  bərpa  və  inkişaf  üçün 
aşağıdakı  tapşırıqlann  yerinə  yetirilməsi  planlaşdırılmışdı.  1950-ci  ildə  DQMV- 
nin sənayesi:  600 min  kərpic,  800 min  tikinti  daşı,  1300 ton əhəng,  1  milyon  200 
min  ədəd, kirəmid,  300  min  kubmetr  taxta,  18500  kubmetr  odun,  28  min  metr 
pambıq  parça,  548  min  m etr ipək  parça,  3,1  min  kvadrat metr xalça,  60  min cüt 
ayaqqabı,  200  min  cüt  corab,  48  min  ədəd  trikotaj  üst  paltan,  80  min  ədəd 
trikotaj  alt  paltarı,  51  min  ton  yağ,  100  ton  qənnadı  malı,  110  dekaletr  üzüm 
şərabı, 20 ton metal qab-qacaq və 1600 ədəd araba verməli idi7. Planda həmçinin, 
mövcud  mexaniki  emalatxana  əsasmda  mexaniki  zavod  tikilməsi  nəzərdə 
tutulmuşdu.  Dağlıq  Qarabağda  tikiləcək  həmin  zavodun  3  sexi  -   mexaniki, 
tökmə  və  avtomabil  təmiri  sexləri  -   1950-ci  ilin  sonunda  başa  çatdınlmalı  və
108
sonrakı  beşilliklərdə  yeni  sexlər  yaradılmalı  idi8.  Bünövrəsi  1945-ci  ilin 
ortalarm dan  qoyulan  Xankəndi  ağac  emalı  fabriki  qısa  bir  m üddətdə  başa 
çatdırılmalı  idi.  Həmçinin  sonraiar  DQM V-nin  mərkəzinə  çevrilmiş  Xankəndi 
şəhərində yeni  əhəng zavodu,  kirəmid kərpic zavodu, faner sexi,  «Qarabağ Çaxır 
Tresti»  üçün  şərab  an b an   və  yeni  mətbəə  binası  tikmək. planlaşdırılmışdır9. 
DQMV-nin  sənaye  işçiləri  qarşıya  qoyulan  vəzifələrin  müvəffəqiyyətlə  həyata 
keçirilməsi  üçün  bütün  güclərini  səfərbər  etməyə  başladılar.  Vilayətdəki  rezin 
sənayesi,  yäğ  pendir  sənayesi,  tikinti  ləvazimatı,  meşə  emalı,  toxuculuq,  tikiş, 
gön-dəri,  yeyinti  və  başqa  sənaye  müəssisələri  1946-cı  ildə  Bakıdan  gətirilmiş 
avadanlıqlar  hesabına  yenidən  qurularaq  təm ir  olundu.  Artıq  1947-ci  ildə 
DQMV-də  sənayenin  ayrı-ayn  sahələrində  xeyli  irəliləmələr  diqqəti  cəlb  edirdi. 
Bu isə öz növbəsində  Azərbaycan  hökümətinin  bölgəyə olan  xüsusi  diqqətindən 
irəli gəlirdi.
Dağlıq  Q arabağda  inkişaf  etmiş  sənaye  sahələrindən  biri  ipək  emalı 
sənayesi  idi.  Q arabağ  ipək  emalı  sənayesi  1947-ci  ildə  plam  121,3  faiz  yerinə 
yetirmişlər10.  1950-ci  ildə  isə  Dağlıq  Q arabağ  ipəkçiləri  mərkəzə  m əlum at  verib 
planı  artıqlaması  ilə  və  vaxtmdan  əvvəl  yerinə  yetirməsi  haqda  məlumat 
vermişdilər.  Əgər  1940-cı  ildə Q arabağ  ipək  kombinatı dövlətə  98  to n   xam  ipək 
vermişdilərsə  1950-ci  ildə  bu  rəqəm  120  to n a   çatmışdır11.  Həmçinin  müvafiq 
illərdə  ipək  parça  istehsalı  120  min  kvadrat  metrdən  163  min  kvadrat  metrədək 
artmışdır12.
Ümummilli  liderimiz  H.Ə.Əliyev  çıxışlarından  birində  1946-1950-cı  illəri 
təhlil 
edərək 
belə 
qiymətləndirmişdir: 
«Müharibədən 
sonrakı 
illərdə
respublikamız  iqtisadiyyat  və  mədəniyyətin  yeni  yüksəliş  mərhələsinə  qədəm 
qoydu.  A rtıq  1948-ci  ildə  respublika  sənayesi  müharibədən  əvvəlki  səviyyəni 
ötmüş,  ...energetika  və  su  təsərrüfatı  tikintiləri  genişlənmiş,  kənd  təsərrüfatımn 
maddi texniki bazası xeyli möhkəmlənmişdir»1J.
DQM V-nin  sənayesi  əsasən  kənd təsərrüfatı  xammalı  emal  edir.  Vilayətin 
sənaye  məhsulunun  yarıdan  çoxunu  yeyinti  sənayesi,  əsasən  şərabçılıq  verır. 
1946- 1950-ci illərdə dövlətimizin  bölgəyə ayırdığı vəsait hesabına vilayətdə şərab-
109

spirt  sənayesi  də  sürətlə  inkişaf  edib  genişlənirdi.  Burada  fəaliyyət  göstərən 
konyak  spirt  zavodu,  şərab  və  konyak  zavodları,  spirtsiz  içkilər  zavodu,  likor 
zavodu  və başqa  zavodlar  1946-cı  ildə  yenidən  qurularaq  başa  çatdınlm ışdır14. 
Həmin  zavodlar əsasmda  yaradılmış  «karvintrest»  müəssisələrinin  gücü  ildən-ilə 
artınlmışdır.  «Karvintrest»in  buraxdığı  məhsullarm  tam  olmayan  siyahısı  -   adi 
şərab,  şirin  şərab,  konyak,  spirt-rektifikat,  tut  spirti,  üzüm  spirti,  texniki  spirt, 
bəhməz,  meyvə  suları,  turşaşirin  içkilər,  qazlı  su  və  sair  bu  kimi  məhsullar 
DQMV-də  spirt  sənayesinin  nə  qədər güclü  inkişaf etdiyini  göstərir.  DQMV-də 
1946-1950-ti  illərdə  spirt-şərab  sənayesinin  inkişafmı  aşağıdakı  rəqəmlərdən  də 
görmək  olar.  Belə  ki,  1940-cı  ildə  vilayətdə  40  min  dkl.  şərab  istehsal 
edilmişdirsə,  1950-ci  ildə şərab istehsalı 4 dəfədən çox artaraq  165 dkl.  olmuşdur. 
Həmçinin  müvafıq  illərdə  konyak  istehsalı  1000  dkl-dən  artıb  6000  dkl-ə 
çatmışdır15.
1946-1950-ci  illərdə  DQMV-də  tikinti  ləvazimatı  sənayesi  də  genişlənirdi. 
Kərpic,  kirəmit,  əhəng  və  mexaniki  təmir  zavodlarınm  m əhsullanndan  təkcə 
vilayətin  ərazisində  deyil  qonşu  rayonlarda  da  istifadə  olunurdu.  Bəhs  edilən 
dövrdə  DQMV-də  iki  böyük  müəssisə  yaradıldı.  Bunlardan  biri  ağac  emalı 
fabriki idi ki, həmin  fabrik vilayət əhalisinin mebelə olan ehtiyacmı tam ödəyirdi. 
Əgər  1940-cı ildə DQMV-də 26 min manatlıq mebel istehsal edilmişdirsə,  1950-ci 
ildə bu göstərici  173 min manata çatmışdır16.  Eyni  zamanda taxta zavodunun da 
işə düşməsi  tikintinin  inkişafına  təkan verdi.  Bölgədə taxta  şalban  istehsalı  1940- 
cı ildə  1,3 min kubmetrdən,  1950-ci ildə 2 min kubmetrədək yüksəlmişdi17.
DQMV-də  yerli  sənayenin  daha  böyük  sürətlə  inkişafı  üçün  hər  cür  şərait 
mövcud  idi.  Bu,  ilk  növbədə  Azərbaycan  hökümətinin  bölgəni  yeni  texnika  və 
ixtisaslı  kadrlarla  təmin  etməsi,  ayrılan  vəsaitin  miqdlarmm  ildən-ilə  artırılması 
ilə  bağlı  idisə,  digər  tərəfdən  bölgədə  bir  sıra  mədən  yataqlarının  tapılması  ilə 
əlaqədar  idi.  1946-1950-ci  illər ərzində  DQMV-də çox  böyük m iqdarda mərmər, 
sement,  Islandiya  şpatı,  litoqrafıya  daşları,  gil,  təbaşir  və  sair  yataqlar  aşkar 
edilmiş  və  yerli  sənayenin  inkişafma  təkan  vermişdir.  Dağlıq  Q arabağ  sənət 
kooperasiyası  100  çeşiddə  məhsul  buraxırdı.  Yerli  meşə  m ateriallanndan,  cır
ııo
meyvələrdən  və  sair  istifadə  əsasında  külli  m iqdarda  çoxişlənən  m allar  istehsal 
olunurdu18.
Təsadüfi 
deyildir  ki, 
DQMV-nin 
sənət 
kooperasiyası 
ittifaqmııı 
müəssisələri  araba  və  kirəmid  istehsalı  cəhətdən  1950-ci  ilin  göstəricilərinə  görə 
Azərbaycanda birinci yeri  tutm uşdur19.
1946-1950-ci  illər ərzində DQM V-də yeni artellər, tikinti materialları,  saxsı 
qab,  trikotaj  mallar,  corab,  ayaqqabı,  mebel,  şirniyyat  və  sair  istehsal  edən 
em alatxanalar  açılmışdır.  Bəhs  edilən  dövr  ərzində  vilayətdə  sənət  və  əlillər 
kooperasiyasınm  buraxdığı  məhsullar  8,5  dəfə,  fəhlələrin  sayı  isə  25  dəfə 
artmışdır.  Burda  fəaliyyət  göstərən  mexaniki  zavod  isə  ildən  ilə  böyüyərək 
vilayətin  kolxoz  və  müəssisələrinin  ehtiyaclannı  ödəyirdi.  Digər  sənaye 
sahələrindən olan  xalça toxunm ası,  yağ-pendir sənayesi,  asfalt-beton  istehsalı  və 
çörək  zavodunun  da  işində  böyük  irəliləyişlər  diqqəti  cəlb  edirdi.  Təkcə  pendir 
istehsalmdakı artım  1940-ci ildəki 61  tona qarşı  1950-ci ildə 113 tona çatm ışdır20.
1950-ci  ildə  1940-cı  illə  müqayisədə  DQMV-də  sənayenin  necə  inkişaf 
etdiyini aşağıdakı cədvəldən də aydın görmək olar:
Sıra
jVo-Sİ
Məhsulun növləri
Ölçü vahidi
1940
1950
1
Ipək parça
min m2
120
163
2
Xam ipək
ton
98
120
3
Pendir və brmza
ton
61
113
4
Şərab
min dkltr.
40
165
5
Konyak
min dkltr.
1
6
6
Taxta-şalban
min m 3
1,3
2,0
7
Mebel
min manat
26
173
8
Ağac materialları
m3
1,3
2,0
9
Əhəng
ton
1222
1313
10
Kərpic
min ədəd
172
729
11
Kirəmid
min kub metr
43
49,5
111

12
Yonulmuş daş
min kub metr
46,8
42,7
13
Elektrik enerjisi
min kub metr
1514
4669
Beləliklə bəhs  edilən  illərdə Azərbaycan hökıimətinin  DQMV-nə yaxmdan 
qayğısı  nəticəsində  sənayenin  bütün  sahələri  inkişaf  edir  və  qarşıya  qoyulan 
vəzifələr  vaxtmda  və  artıqlaması  ilə  yerinə  yetirilirdi.  Nəticədə  1940-cı  ilə 
nisbətən  1950-ci ildə DQMV-də sənaye məhsalu istehsalı  74 faiz  artmışdır  ki,  bu 
da  ümumi  Azərbaycan  üzrə  olan  orta  göstəricidən  69  faiz,  Naxçıvan  Muxtar 
Respublikasmm  orta  göstəricilərindən  30  faiz  çox  demək  idi21.  Lakin  aparılan 
tədqiqatlar  nəticəsində  məlum  olur  ki,  vilayət  rəhbərliyi  yeni  sənaye  sahələrinin 
yaradılmasmda ikili  mövqe tutmuşdular.  Təəssüflə qeyd etmək  lazımdır ki,  uzun 
illər Qarabağımızm, sonralar isə DQMV-nin mərkəzi olmuş Şuşada  1946-1950-ci 
illər  ərzində  bir  dənədə  olsun  müəssisə  açılmamışdır.  Xankəndində,  Hadrudda, 
Xocavənddə,  Ağdərədə,  Əskəranda  açılan  yeni  sənaye  sahələri  isə  ermənilərin 
daha çox məskunlaşdıqları ərazilərdə yaradtlmışdır.
1946-1950-ci  illəri  əhatə  edən  dördüncü  beşillik  planda  sənaye  ilə  yanaşı 
kənd  təsərrüfatınm  da  inkişafı,  müharibədən  əwəlki  səviyyəyə  yüksəldilməsi  və 
bu  səviyyəni  ötüb  kcçmək  əsas  vəzifə  kimi  irəli  sürülmüşdü.  Beşillik  planda 
DQMV-də  buğda  əkininin  hər  hektanndan  80  pud  buğda,  hər  hektardan  20 
sentiner  pambıq,  barama  qurdunun  hər  qutusundan  55kq  barama,  hər 
hektardan  2,8  sentiner  yonca  toxumu  və  6  sentiner  xaşa  toxumu  götürməyi, 
atların  sayım  25  faiz,  qaramalın  saymı  10  faiz,  o  cümlədən  inok  və  camışlarm 
sayını  25  faiz,  davarların  saymı  11  faiz  artırm aq  nəzərdə  tutulm uşdu22.  Eyni 
zamanda hər yüz doğar heyvandan  20  buzov,  80  qulun  və  102  quzu əldə  etmək, 
hər inəkdən 2300 kiloqram süd sağmaq, hər qoyundan 50 faiz artıq yün qırxmaq 
(1946  illə  müqayisədə)  Dağlıq  Qarabağ  kənd  təsərrüfatı  ilə  məşğul  olan 
əməkçilərinin mühüm vəzifələrindən idi23.
Dağhq  Qarabağda  kənd  təsərrüfatınm  bərpa  və  inkişafı.  həmişə 
Azərbaycan  hökümətinin  diqqət  mərkəzində  olmuşdur.  ÜİK(b)PMK-nm  fevral 
(1947-ci  il)  plenumunun  «Müharibədən  sonrakı  dövrdə  kənd  təsərrüfatını
112
yüksəltmək  tədbirləri  haqqmda»  qərarmdan24  sonra 
Azərbaycan  höküməti 
DQMV-də  əkin  sahələrinin  genişləndirilməsi,  dənli  və  texniki  bitkilərin 
məhsuldarlığımn yüksəldilməsi, heyvanlarlığm məhsuldarlığınm artırılması, MTS 
və  sovxozlann  işinin  yaxşılaşdırılması,  kənd  təsərrüfatı  maşmlan  istehsalmm 
artırılması  barədə  tədbirlərin  həyata  keçirilməsi  nəticəsində  bölgədə  kənd 
təsərrüfatmm  istehsalat-texniki  bazası  xeyli  möhkəmləndirildi.  1946-1950-ci 
illərdə  Azərbaycan  höküməti  bu  sahəyə  109,6  milyon  manat  vəsait  qoymuşdu. 
Həmin  vəsait  hesabma  Dağlıq  Qarabağa  198  traktor  (15  at  gücündə),  33  taxıl 
kombayını,  154  yük  maşını  və  çoxlu  miqdarda  digər  kənd  təsərrüfatı  maşım  və 
çoxlu  m iqdarda  digər  kənd  təsərrüfatı  maşm  və  alətləri  verildi25.  DQMV-də
1940-ci  ilə  nisbətən  yük  avtomobillərinin  sayı  1950-ci  ildə  5  dəfə  artmışdı. 
Ümumi  Azərbaycan  üzrə  bu  artım  təxminən  3,5  dəfə  idi26.  1946-1950-ci  illərdə 
Azərbaycanın  kəndlərində  yaradılmış  12 MTS-dən  3-ü,  3  MHS-dən  1-i  DQMV- 
nin payma düşürdü27.
DQMV-da 
1946-1950-ci 
illərdə 
irriqasiya 
tikintisi 
genişləndirildi. 
Tərtərçay,  Xaçmçay,  Qarqarçay,  Köndələnçay  və  Quruçaydan  təsərrüfatların 
suvanlması üçün yeni kanallar çəkildi.
t)İK (b)P  MK-nin  1946-cı  il  19  sentyabr  tarixli  «Kolxozlarda  kond 
təsərrüfatı  arteli  Nizamnaməsinin  pozuntularını  ləğv etmək  tədbirləri  haqqında» 
qərarına28  uyğun  olaraq  Azərbaycan  höküməti  DQMV-də  kənd  təsərrüfatınm 
təşkili  təsərrüfat  cəhətdən  möhkəmləndirilməsi  üçün  mühüm  tədbirlər  həyata 
keçirməyə  başladı. 
Belə  ki,  DQMV-də  kolxozlarm  ictimai  mülkiyyəti 
möhkəmləndirildi,  torpaqlardan  istifadə  edilməsi  nizama  salmdı,  kolxozçulann 
əməyi səmərəli təşkil edildi.  Göstərilən qərara uyğun olaraq DQMV-də kolxozlar 
birləşdirilməyə  başlandı.  Belə  ki, 
1946-1950-ci  illər  ərzində  DQMV-də 
kolxozların  sayı  195-dən  91-ə  endi29.  Nəticədə  isə  ixtisara  düşən  kolxozlardan 
1600  nəfər  inzibati  işçı  istehsalata  göndərildi.  Bəhs  edilən  dövrdə  DQMV-də 
ümumi əkin sahəsində azalma halı müşahidə edilmişdir.
113

1940-1950-ci  illərdə  Azərbaycan  SSR  DQMV-də  ayrı-ayrı  kateqoriyalar 
üzrə əkin sahələrinin ümumi həcmini aşağıdakı  cədvəldən də aydın görmək olar: 
(min hektarla):
Sıra
JMe-si
Əkin sahəsinin növləri
1940
1950
1
Ümumi əkin sahəsi
82,0
79,1
2
Dənli bitkilər
70,6
67,8
a.
Buğda
41,9
39,7
b.
A rpa
17,3
3
Texniki bitkilər
4,1
2,4
o cümlədən,
a.
Pambıq
3,0
1,3
b.
Tütün
0,3
4
K arto f və tərəvəz
2,3
2,2
o cümlədən,
a.
K arto f
1,5
1,4
b.
Tərəvəz
0,5
0,6
5
Yem bitkiləri
5,0
6,7
DQMV-nin  iqtisadiyyatında  ən  mühüm  sahələrdən  biri  taxılçılıqdır. 
Azərbaycan  höküməti  DQMV-də  taxılçılığm  inkişafı  üçün  yeni  növ  taxıl 
«Arandəni»  buğdası  və  «Şirvandəni»  arpası  toxum alan  verdi.  «Arandəni» 
buğdası  vilayətdə  daha  yüksək  effekt  verdiyi  üçün  1949-cü  ildə  bütün  əkin 
sahəsinin  dörddə  üçündə  əkilməyə  başlandı30.  Dənli  bitkilər  Dağlıq  Qarabağın 
bütün  rayonlarmda  əkilirdi:  1940-cı  ildə  dənli  bitkilər  ümumi  əkin  sahəsinin  86 
faizini təşkil edirdi.  Yəni  81969 hektar ümumi əkin sahəsindən  70609 hektarında 
dənli  bitkilər  əkilmişdi31.  1950-ci  ildə  isə  79152  hektar  ümumi  əkin  sahəsindən 
67768  hektannda  dənli  bitkilər  əkilmişdi32.  Faiz  hesabı  ilə  götürüldükdə  bu 
ümumi  əkin  sahəsinin  85,6  faizinı  təşkil  edir.  Taxıl  əkini  sahəsinin  nisbi 
azalmasma  baxmayaraq  yeni  aqrotexnika  üsullannm  tətbiqi,  becərmə  işlərinin
114
yaxşılaşdırılması,  toxumçuluq  işlərinin  düzgün  qurulması  nəticəsində  DQMV-də 
əkin  sahələrinin  məhsuldarlığı  xeyli  artmışdı.  Belə  ki,  1940-cı  ildə  DQMV-də 
dövlətə  7014  ton  taxıl  təhvil  verilmişdirsə,  1950-ci  ildə  bu  göstərici  7668  tona 
çatmışdır33.  Dağlıq  Qarabağm  kənd  təsərrüfatında pambıqçılıq  xüsusi  yer tutur. 
DQMV-nin  Ağdərə  rayonunda  pambıq  əkini  ilə  daha  geniş  məşğul  olurdular. 
1913-cü  ildə  DQMV-də  cəmi  500  hektar  sahədə  pambıq  əkilirdisə  1946-1948-ci 
illərdə  1500  hektar  sahədə  pambıq  əkilmişdi34.  Qabaqcıl  aqrotexnikadan  və 
zəngin  təcrübədən  istifadə  əsasmda  pambıq  tarlalarının  becərilməsi  xeyli 
yaxşılaşdırılmış  və  tarlalardan  yüksək  məhsul  götürülmüşdür.  1947-ci  ildə  hər 
hektardan  13,1  sentner  əvəzinə  16,2  sentner,  yəni  1913-cü  illə  müqayisədə  3 
dəfədən  artıq  məhsul  götürülmüşdür.  DQMV-nin  pambıqçıları  1940-cı  ildə 
dövlətə  3,1  min  ton  pambıq  təhvil  vermişdilərsə  1948-ci  ildə  bu  göstərici  4  min 
tonu keçmişdi35.
Azərbaycan  SSR  XKS-nin  1944-cü  il  qərarına  əsasən  1949-1950-ci  illərdə 
DQMV-də  pambıq  sahələri  ixtisar  edilməyə,  əvəzində  yeni  bir  bitki-qvaula 
əkilməyə  başlandı.  Hələ,  1928-ci ildən  Ağdərənin  M arquşadan sovxozunun elmi- 
tədqiqat  stansiyasmda  qvaula  bitkisinin  toxumçuluğu  və  aqrotexnikası  ilə 
məşğul  olmağa  başlamışdılar.  Ağdərə  rayonunun  iqlimi  və  torpağı  qvaula  əkini 
üçün  yararlı  olduğundan  1929-cu  ildən  burada  həmin  bitki  əkilməyə 
başlanmışdır.  DQMV-də  əsas  etibarilə  avqustifolum  «Pioner-Qarabağ»  çeşidi 
əkilirdi.  Həmin  növ  9-10  faiz  kauçuk  veridi36.  1946-cı  ildə  Ağdərənin  Talış, 
M adaqız,  Çaylı,  M arağa,  M arquşavan,  Həsənqaya,  Levonarx,  Lüləsər, 
M aqavuz,  Seysulan,  M axrataq,  Orataq,  Ksabet,  Gülyataq  və  Canyataq 
kəndlərində  156 hektar sahədə qvaula bitkisi əkilmişdir.  36 hektar saədə isə ştillik 
salınmışdır.  Qvauladan  təbii  kauçuk  əldə  etməkdən  ötrü  və  xammal  bazasmın 
.  təşkil edilməsi üçün DQMV-də zavod tikilməsi zərurəti ortaya çıxmışdır. Belə bir 
zavod  1946-cı  ildə  Ağdərənin  Madağız  kəndində  tikilmişdir37.  Sonrakı  illərdə 
həmin  bitkinin  əkin  sahəsi  genişləndirilmiş  və  DQMV-də  böyük  həcmdə 
qvauladan yüksək keyfiyyətli kauçuk almaq üçün əsas baza təşkil olunmuşdur.
115

İpəkçilik  Dağlıq  Qarabağ  zəhmətkeşlərinin  ən  çox  sevdiyi  peşələrdən 
biridir.  1946-1950-ci  illərdə  Azərbaycan  dövləti  bu  sahəyə  də  xüsusi  diqqəl 
yetirmiş  və  DQMV-də  tut  və  çəkil  bağlannm   sahəsini  xeyli  genişləndirmiş, 
bölgəyə yeni növ, daha məhsuldar baram a qurdu vermiş və ixtisaslı  mütəxəssislər 
göndərmişdir.  1940-cı  illə  müqayisədə  1950-ci  ildə  tut  bağları  2  dəfə  artırılaraq 
883  hektara  çatmışdır38.  Barama  qurdu  becərmək  texnikasını  öyrənmək 
sahəsində  baram a  məhsulu  xeyli  yüksəlmişdir.  1924-cü  ildə  hər  qutu  barama 
qurdundan  18,5  kiloqram  baram a  götürüldüyü  halda39,  1950-ci  ildə  bu  rəqəm
50,4  kiloqrama  çatmışdır.  DQMV-nin  kum darlan  1950-ci  ildə  dövlətə  122  ton 
baram a təhvil vermişdilər40 ki,  bu da  1924-cü illə müqayisədə  2  dəfə,  1940-cı  illə 
müqayisədə  isə  20  faiz  artıq  idi.  DQMV-nin  kum darlan  Qarabağ  ipək  emalı 
sənayesinin əsas xammal bazası hesab olunurdu.
1946-1950-ci  illərdə  bağçılıq,  xüsusilə  üzümçülük  DQMV-də  kolxozlarm 
iqtisadiyyatında  əsas  sahələrdən  birini  təşkil  edirdi.  Azərbaycan  höküməti 
bölgədə üzümçülüyün inkişafı üçün  bir sıra tədbirlər həyata keçirdi.  Belə ki, üzüm 
bağlarını  1940-
cj
  ildəki  1970  hektardan  2408  hektaradək  genişləndirdi  (1950-ci 
ildə)41.  Bağlar  salmarkən  mexanizasiyadan  istifadə  etməyi  nəzərdə  tutan 
mütərəqqi  üsullar  tətbiq  olundu.  Bütün  sahələrdə  cərgə  ilə  dəmir-beton 
dayaqlarla  üzüm  əkininə  başlandı.  Yeni  və  daha  məhsuldar  üzüm  növləri 
gətirilərək  DQMV-də əkilməyə başlandı.  Əvvəllər üzüm  bağları  təkcə  Xocavənd 
və  H adrud  rayonlarmda  əkilirdisə,  indi  Xankəndi  və  Ağdərə  rayonlarm da  da 
yeni  üzüm  bağları  salmdı. 
Azərbaycan  hökümətinin  gördüyü  tədbirlər 
nəticəsində  əmək  məsrəfi  azalaraq,  üzümün  maya  dəyəri  aşağı  düşdü  və 
məhsuldarlıq  artdı.  Bütün  bunların  nəticəsi  idi  ki,  1940-cı  ildə  DQM V-də  1565 
ton üzüm yığımı  artaraq  1950-ci ildə 3646 tona çatmışdır42.  Tədarük edilən üzüm 
isə işlənmək üçün Qarabağ şərab sənayesi trestinə verilirdi.
DQMV-nin  çoxillik bitkiləri  içərisində  şahtut  ağaclan  görkəmli  yer  tutur. 
Çox  qulluq  tələb  etməyən  bu  ağac  Dağlıq  Qarabağ  ərzisində  qədimdən 
becərilirdi.  Şah-tut  spirt  istehsalmda  əsas  xammaldır.  Bundan  başqa  ondan 
bəhməz,  mürəbbə  hazırlamr  və təzə  halda  yeyilir.  Şah-tut  digər  tu t  növlərindən
116
fərqli  olaraq  çoxlu  bar  verir,  dadlıdır  və  şəkərlilik  faizi  32-yə  bərabərdir43. 
M üharibənin  başlanması  ilə  əlaqədar  baxımsızlıq  ucbatm dan  şah-tut  bağları
1945-ci  iidə  1940-cı  illə  müqayisədə  2  dəfə  azalmışdı.  1946-1950-ci  illərdə  yeni 
şah-tut  bağları  yaradılmış  və  1950-ci  ildə  şah-tut  bağlarmm  ümumi  sahəsi  1734 
hekıara çatmışdır44. Bu isə  1940-cı illə müqayisədə 2 dəfə arüq.dem ək idi.
] 946-1950-ci  illərdə  DQMV-də  tütün  istehsah  sahəsində  də  xeyli 
irəlilayişlər  əldə edildi.  1946-cı  ildə əkin sahəsi  artmldı  və yeni  növ  tütün bölgədə 
əkilməyə  başlandı.  Nəticədə  tütün  istehsah  1940-cı  ildə  99  ton  idisə,  1950-ci  ildə 
artaraq  164  tona  çatdı45.  Tütün  DQMV-də  yüksək  gəlirli  və  prespektivli  sahə 
olduğundan sonrakı illərdə bu sahəyə xüsusi diqqət yetirildi.
1946-1950-ci  illəri  əhatə edən  beşillik  planda  DQMV-də tərəvəz,  kartof və 
yem  bitkiləri  sahələrinin  də  inkişafı  nəzərdə  tutulmuşdu.  1940-cı  ildə  Vilayətin 
təsərrüfatları  1537 hektarda  kartof,  543 hektarda  tərəvəz  və 4966  hektar sahədə 
yem  bitkiləri  əkmişdilərsə,  1950-ci  ildə  yem  bitgiləri  6740  hektar,  kartof  1431 
hektar,  tərəvəz  568  hektarda  əkilmişdi46.  Müvafıq  illərdə  DQM V-də  kartof 
istehsah  1137  tondan  1229  tona,  tərəvəz  istehsalı  503  tondan  544  tona,  yem 
bitkiləri  isə  5000  tondan  6700  tona  çatdı47.  Onu  da  qeyd  edək  ki,  kartof  və 
tərəvəz yerli əhalinin tələbatmı ödəyirdi.
1940-cı  illə  müqayisədə  1950-ci  ildə  ümumi  əkin  sahəsinin  azalmasma 
baxmayaraq  kənd  təsərrüfatı  məhsulları  istehsalında  artım  müşahidə  edilmişdir 
ki, bunu aşağıdakı cədvəldən də aydm görmək olar:
Sıra
JSö-si
Məhsulun növləri
Ölçü vahidi
1940
1950
1
Taxıl
ton
7014
7668
2
Tütün
ton
99
164
3
K artof
ton
1137
1229
4
Tərəvəz
ton
503
544
5
Uzüm
ton
1565
3646
6
Ət (diri çəkidə)
ton
1427
2480
117

7
Süd və süd məhsulları
min tonla
2,6
5,1
8
Yumurta
min ədədlə
289
1857
9
Yun
min tonla
109
206
10
Barama
min tonla
114
152
Heyvandarlıq  DQMV-nin  iqtisadiyyatında  ən  əsas  vo  həlledici  sahəbrdən 
biridir.  DQMV-nin  bərəkətli  otlaqlan,  geniş  düzənlikləri,  əlverişli  iqlim  şəraiti, 
təmiz  dağ  bulaqları  maldarlığın  inkişafma  zəmin  yaratmışdır.  Lakin  müharıbə 
başqa  sahələrdə  olduğu  kimi  heyvandarhq  təsərrüfatına  da  öz  mənfı  təsırmi 
göstərmişdi. 
Azərbaycan 
höküməti 
1946-1950-ci 
illərdə 
DQMV-də 
heyvandarhğm  inkişafı  üçün  xüsusi  tədbirlər  gördü.  Belə  ki,  bölgəyə  150 
aqronom  göndərildi  və  26  aqronom   məntəqəsi  yaradıldı48.  DQM V-nin  bütün 
kolxozlarına  böyük  m iqdarda  şvis  inəklər,  memos  qoyunlar,  cins  ayqır  və 
donuzlar verildi.  Bütün  zootexnika və  baytarlıq  tələblərini  ödəyən onlarla böyük 
heyvandarlıq binası tikildi  və onlann sayı  1948-ci ildə 746-ya çatdırıldı49.  H ər bir 
kolxozda  əmtəə ferm alanm n sayı  artırılaraq  5-ə  çatdırıldı50.  Hər  bir fermaya  isə 
yüzlərlə  mal-qara  verildi.  Yem  bitkilərinin  əkin  sahələri  genişləndirildi. 
Dövlətimiz  bölgəyə ildən-ilə ayrılan  vəsaitin  miqdarmı  artırdı.  Görülən  tədbirlər 
nəticəsində  DQMV-də  bütün  kateqoriyalardakı  təsərrüfatlarda  1950-ci  ildə  mal- 
qaranm   sayı  əvvəlki  illərlə  müqayisədə  xeyli  artmışdır51.  Bunu  aşağıdakı 
cədvəldən də aydm görmək olar (min baş ilə)52.
Sıra
sayı
Kateqoriyalar
1913
1920
1940
1950
1
Qaramal
63,7
50,7
87,6
85,9
2
Qoyunlar
102,2
39,4
102,6
158,7
3
Keçilər
4,8
-
57,8
44,4
4
Donuzlar
13,8
5,9
'26,1
31,7
Cəmi:
184,5
96,0
274,1
320,2
118
Cədvəldən  görür.düyü  kimi  1950-ci  ildə  mal-qaranm  sayında  1940-ci  ilə 
nisbətən  15  faiz  artım  olmuşdur.  1940-cı  illə  müqayisədə  1950-ci  ildə 
heyvandarlıq  məhsulları  istehsalmda  da  yüksək  artım  müşahidə  edilmişdir.  Belə 
ki,  bəhs  edilən  illərdə  mal-qara  və  quş  əti  (diri  çəkidə)  1427  tondan  2480  tona, 
süd məhsulları  2,6 min tondan 5,1  min tona, yumurta 289 min ədəddən  1857  min 
ədədə, yun  109 tondan 206 tona çatmışdır53.
Ançılıq 
Dağlıq 
Qarabağ 
ərazisində 
yaşayan 
əhalinin 
qədim 
məşğuliyyətlərindən  biridir.  Xüsusilə  subalp  və  dağətəyi  qurşaqlarda  külli 
m iqdarda  bitən  şirəli  bitkibr  DQMV-də  ançılıq  işinin  inkişaf  etməsi  üçün 
əlverişli  şərait  yaratmışdır.  Arıçılıq  prespektivli  və  gəlirli  sahə  olduğundan 
Dağlıq  Qarabağm  hər  yerində  əhali  arı  saxlayırdı.  Məlum  hadisə  ilə  bağlı  XX 
əsrin  40-cı  illərinin  birinci  yarısında  arıçılıq  sahəsində  geriləmə  halı  müşahidə 
edilmişdir.  Azərbaycan  höküməti  1946-cı  ildə  Xankəndi  Arı  Damazlıq 
Mərkəzinin  işini  yenidən  qurması  üçün  vəsait  ayırdı.  Bölgəyə  yeni  arı  ailələri 
gətirildi.  1946-1950-ci  illərdə  DQMV-də  arıçılıq  həm  eninə,  həm  də  dərininə 
inkişaf  etdi.  Belə  ki,  1934-cü  ildə  vilayətin  41  kolxozunda,  1940-cı  ildə  58 
kolxozunda  a n   saxlamlırdısa,  1950-ci  ildə  bu  rəqəm  70-ə  çatmışdır54.  Şişkinin 
rəhbərlik  etdiyi  Xankəndi  Arı  Damazlıq  Mərkəzi  vilayətdə  yeni,  məhsuldar 
növlər yetişdirməyə başladı. Nəticədə hər pətəkdən 25-35 kloqram  bal əldə edildi.
1940-cı  ildə  müqayisədə  1950-ci ildə  DQMV-də  arı  ailələrinin sayı  2 dəfədən  çox 
artdı.  Belə  ki, müvafiq  ilbrdə vilayətdə arı  ailələri  4944-dən  9972-yə çatdı.  1950- 
ci  ildə bal istehsalı  1927-ci  illə müqayisədə  3  dəfə çoxaldı55.  Beləliklə,  1946-1950- 
ci  illərdə  DQMV-nin  xalq  təsərrüfatmm  müvəffəqiyyətlə  bərpa  edilməsi, 
dördüncü  beşilliyin  əsas  istehsal  tapşırıqlarının  yerinə  yetirilməsi,  sənayenin, 
kənd təsərrüfatının, tikintinin, nəqliyyat və rabitənin texniki səviyyəsinin daha da 
yüksəlməsi  ilə  əlamətdar  oldu.  Sənayedə  müharibədən  sonrakı  birinci  beşillik 
plan  4  il  müddətində  yerinə  yetirildi.  1940-cı  ildə  nisbətən  1950-ci  ildə  DQMV 
sənayesinin  ümumi  məhsulu  74  faizi  ötüb  keçdi.  Belə  ki,  xam   ipək  istehsalı  22 
faiz,  ipək  parça  istehsalı 36 faiz,  şərab  istehsalı  50  faiz,  konyak  istehsalı  5  dəfə, 
yağ istehsalı 4,9 dəfə,  yağlı pendir istehsalı  85 faiz, mebel istehsah  6,8  dəfə, əhəng
119

10  faiz,  kərpic  4,5  dəfə,  kirəmid  12  faiz,  ağac  materialları  istehsalı  65  faiz, 
elektrik  enerjisi  istehsalı  3  dəfə  artdı56.  E)QMV-də  fəaliyyət  göstərən  iri 
müəssisəıər -   Q arabağ ipək  emalı  müəssisəsi,  Qarabağ  Şərab Tresti,  Yağ-pendir 
zavodu,  Mebel fabrik, Qarabağ tikiş fabriki, Çörək fabriki və başqa müəssisələr -  
Azərbaycan  höküməti  tərəfindən  avadanlıqlarla  təmin  edilirdi.  Nəticədə  isə 
istehsalın  gücü  artırıldı,  məhsulların  çeşidləri  genişləndirildi  və  keyfiyyəti 
yaxşılaşdı.  DQMV-nin  kənd təsərrüfatı bitkilərinin əkin sahəsi  1950-ci ildə  1945- 
ci  ilə  nisbətən  4  min  hektar  artaraq  79,1  min  hektara  çatdı  və  ümumi  məhsul 
istehsalmın həcmi  1940-cı  illə  müqayisədə  32  faiz  çox  oldu.  Belə  ki,  taxıl  yığımı 
654  ton,  üzüm  2081  ton,  diri  çəkidə  mal-qara  və  quş  əti  1053  ton,  süd  və  süd 
məhsulları  2,5  ton,  yum urta  1568  min  ədəd,  baram a  38  ton,  xırda  buynuzlu 
heyvanlar  27  faiz,  donuzların  sayı  22  faiz  artdı57.  Beləliklə,  Azərbaycanda  və 
onun aynlmaz tərkib hissəsi olan DQMV-də Mərkəzi hökümətin həyata keçirdiyi 
tədbirlər  nəticəsində  yeraltı  və  yerüstü  sərvətlərimiz  bir  yerdə  və  hazır  şəkildə 
cəmləşərək  «beynəlmiləlçilik»  şüan  altında  Ermənistana  və  Rusiyaya  daşımr, 
talan edilirdi.

Yüklə 48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə