Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 sentyabr 2012-ci il tarixli



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə1/4
tarix07.01.2017
ölçüsü1,4 Mb.
  1   2   3   4

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 

kollegiyasının 27 sentyabr 2012-ci il tarixli 

30 saylı qərarı ilə təsdiq edilmişdir 

 

 

 

 

 

 

 

 

 

 

 

BAŞ AĞRILARININ 

DİFERENSİAL DİAQNOSTİKASI ÜZRƏ 

KLİNİK PROTOKOL 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı - 2012 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

56.12  


B 29 

 

 



 

 

 



 

 

 



 

B 29  Baş ağrılarının diferensial diaqnostikası üzrə klinik protokol, 

2012. – 36 səh. 

 

 



Bu klinik protokol ABŞ-ın Beynəlxalq  İnkişaf Agentliyi 

tərəfindən maliyyələşdirilən “İlkin Səhiyyə Xidmətlərinin 

Gücləndirilməsi” Layihəsinin dəstəyi ilə hazırlanmışdır.  

 

 2

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 3

Klinik protokolun redaktoru: 

C.Məmmədov  

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və 

İslahatlar Mərkəzinin direktoru, t.f.d. 

 

Klinik protokolun tərtibçilər heyəti: 

R.Rzayev  

Səhiyyə Nazirliyinin baş uşaq nevropatoloqu, 

Azərbaycan Tibb Universitetinin 

Nevrologiya və tibbi genetika kafedrasının 

dosenti, t.f.d. 

M.Salihov Azərbaycan Tibb Universitetinin  

 Ailə təbabəti kafedrasının müdiri, t.f.d. 

А.Məmmədbəyli Azərbaycan Tibb Universitetinin 

 Nevrologiya 

və tibbi genetika kafedrasının 

 dosenti, 

t.f.d. 

 

F.Məmmədbəyov Azərbaycan Tibb Universitetinin 



 Nevrologiya 

və tibbi genetika kafedrasının 

 dosenti, 

t.f.d. 


T.Sadıqova Azərbaycan Tibb Universitetinin            

 II 


Daxili 

xəstəliklər kafedrasının dosenti, t.f.d. 

E.Ağamalıyev 

Ə.Əliyev adına Azərbaycan Dövlət 

 

Həkimləri Təkmilləşdirmə İnstitutunun 



 Nevrologiya 

kafedrasının baş laborantı 

S.Qazıyeva Səhiyyə Nazirliyi İctimai Səhiyyə və 

 

İslahatlar Mərkəzinin Tibbi keyfiyyət 



 standartları şöbəsinin həkim-metodisti 

Rəyçilər:  

Ş.Mahalov 

Səhiyyə Nazirliyinin baş nevropatoloqu, 

 Azərbaycan Tibb Universitetinin 

Nevrologiya və tibbi genetika kafedrasının 

müdiri, professor, t.e.d. 

R.Həsənov 

Ə.Əliyev adına Azərbaycan Dövlət 

 

Həkimləri Təkmilləşdirmə İnstitutunun 



 Nevrologiya 

kafedrasının dosenti, t.f.d. 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 





Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri 

Sübutların 

etibarlılıq 

dərəcəsi 

Sübutların mənbələri 

(elmi tədqiqatların tipləri) 

Ia 

Sübutlar meta-analiz, sistematik icmal və ya 

randomizasiya olunmuş klinik tədqiqatlardan (RKT) 

alınmışdır 



Ib 

Sübutlar ən azı bir RKT-dən alınmışdır 



IIa 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış, nəzarət 

edilən, randomizasiya olunmamış tədqiqatdan 

alınmışdır 



IIb 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış kvazi-

eksperimental tədqiqatdan alınmışdır 

III 

Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli

korrelyasion tədqiqatlar, ayrı-ayrı halların 

öyrənilməsi) alınmışdır 



IV 

Sübutlar ekspertlərin rəyinə və ya klinik təcrübəyə 

əsaslanmışdır 

 


 5

Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası 

Tövsiyənin 

etibarlılıq 

səviyyəsi 

Tövsiyənin əsaslandığı sübutların etibarlılıq 

dərəcəsi 

RKT-lərin yüksək keyfiyyətli meta-analizi, sistematik 

icmalı  və ya nəticələri uyğun populyasiyaya şamil 

edilə bilən, sistematik səhv ehtimalı çox aşağı olan 

(++) irimiqyaslı RKT. 

Sübutların etibarlılıq dərəcəsi Ia. 



Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların 

yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud 

Sistematik səhv riski çox aşağı olan (++) yüksək 

keyfiyyətli kohort və ya klinik hal - nəzarət tipli 

tədqiqat, yaxud 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) RKT. 

Sübutların etibarlılıq dərəcəsi Ib və IIa. 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) kohort və ya 

klinik hal - nəzarət tipli və ya nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqat, yaxud 

Nəticələri uyğun populyasiyaya bilavasitə  şamil edilə 

bilməyən, sistematik səhv riski çox aşağı olan və ya 

yüksək olmayan (++ və ya +) RKT. 

Sübutların etibarlılıq dərəcəsi IIb. 

Klinik hallar seriyasının təsviri, yaxud 

Nəzarət edilməyən tədqiqat, yaxud 

Ekspertlərin rəyi. 

Yüksək səviyyəli sübutların mövcud olmamasının 

göstəricisidir. 

Sübutların etibarlılıq dərəcəsi III və IV. 

 

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 6

İxtisarların siyahısı 

BA  

- baş ağrısı 

СО  

- karbon monooksid 

EÇS  

- eritrositlərin çökmə sürəti  

EEQ  

- elektroensefaloqrafiya 

EGBA  

- epizodik gərginlik baş ağrısı 

FDE  

- fosfodiesteraza 

GBA - gərginlik baş ağrısı 

XBH  

- xoşxassəli beyindaxili hipertenziya 

XBT-10 - Xəstəliklərin Beynəlxalq Təsnifatı (10-cu baxış) 

IHS - International Headache Society (Baş Ağrılarının 

  

 

Beynəlxalq Assosiasiyası) 



İİV  

- insanın immunçatışmazlığı virusu  

ICHD-II - 

The International Classification of Headache 



  

 

Disorders 2

nd

 Edition (Baş Ağrılarının Beynəlxalq     



2-ci Təsnifatı) 

KBA - klaster baş ağrısı 

KBT  

- kəllə-beyin travması 

KQNBA - konyuktivanın qızarması və göz yaşının axması ilə  

  

 

müşayiət olunan qısa müddətli bir tərəfli nevroloji baş 

 

  ağrıları 



KQYP  

- kalsitonin genomuna yaxın peptid 

KS  

- kəllə sinirləri  

KT  

- kompüter tomoqrafiyası 

KVBA - kranial vegetativ simptomlu qısa müddətli bir tərəfli 

nevralgiya baş ağrıları 



QSİƏD  

- qeyri-steroid iltihab əleyhinə dərmanlar 

QİÇS  

- qazanılmış immunçatışmazlığı sindromu 

QBQ 

- qapalı bucaqlı qlaukoma 

МRT  

- maqnit rezonans tomoqrafiyası 

MSS  

- mərkəzi sinir sistemi 

PBA  

- punksiyadan sonra baş ağrısı 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 7

PET  

- pozitron-emission tomoqrafiyası 

PH  

- paroksizmal hemikraniya 

PTBA  

- posttravmatik baş ağrıları 

SAQ - subaraxnoidal qansızma

 

 



sAMF  

- siklik adenozin monofosfat 

SBA  

servikogen baş ağrıları 

sQMF  

- siklik quanozin monofosfat 

TİH - tranzitor işemik həmlə 

ТVS  

- trigeminal vegetativ sefalgiyalar 

ÜSN  

- üçlü sinirin nevralgiyası 

ÜST 

- Ümumdünya Səhiyyə Təşkilatı 

 

Protokol  ilkin səhiyyə  səviyyəsində çalışan sahə  həkimləri, ailə 

həkimləri və  təcili və  təxirəsalınmaz tibbi yardım həkimləri üçün 

nəzərdə tutulmuşdur.  

 

Pasiyent qrupu: baş ağrısı olan 18 yaşdan yuxarı şəxslər. 

 

Protokol baş  ağrılarının mümkün səbəblərinin araşdırılması  və 

diferensial diaqnostikasının təkmilləşdirilməsi üzrə sübutlu təbabətə 

əsaslanan metodik tövsiyələrin verilməsi məqsədini daşıyır. 



Giriş 

Baş Ağrılarının Beynəlxalq Təsnifatında 200-dən çox baş  ağrısı 

növü qeyd edilir. Bu klinik protokolda ən geniş yayılmış birincili baş 

ağrılarından (miqren və gərginlik BA) və bəzi az rast gəlinən birincili 

baş ağrılarından ətraflı məlumat təqdim olunub. 

Protokolda ikincili baş  ağrılarının “təhlükə  əlamətləri  və  əsas 

müayinə növləri göstərilib. 

Baş nahiyəsində olan hər hansı  ağrı  və ya diskomfort hissinə 

baş ağrıları deyilir. Baş ağrıları başı örtən toxumalarda – dəri, əzələ, 

başın vətər dəbilqəsində  və onlarda olan damarlarda, kəllə sümüyü 

sümüküstlüyündə, beyin qişaları və onların damarlarında, kəllədaxili 

vena və arteriyalarda olan ağrı reseptorlarının qıcıqlanması zamanı 

əmələ gəlir. 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 8

Ümumi müddəalar 

Baş  ağrıları çox geniş yayılmış haldır və  əhalinin 90%-dən 

çoxunda həyatı boyunca baş verir. Səhiyyənin ilkin səviyyəsində 

müraciətlərin 4,4%-i, ambulator nevroloji müraciətlərin isə 30%-i 

BA ilə bağlıdır. 

Miqren  əmək qabiliyyətinin  əhəmiyyətli dərəcədə itirilməsinə 

gətirən birincili baş  ağrılarının ağır formasının  ən geniş yayılmış 

növüdür. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) miqreni 15-44 yaş hədlə- 

rində olan qadınlar üçün 20 ən ağır xəstəlik siyahısına daxil etmişdir. 

Gərginlik baş ağrılarına əhalinin 40%-də rast gəlinir. 

Baş  ağrılarının diferensiasiyasında həkimlər tez-tez çətinliklərlə 

qarşılaşırlar. Baş  ağrılarının nadir hallarda, beyin şişləri kimi, ciddi 

səbəblərinin mümkünlüyü həm həkimləri, həm də  xəstələri narahat 

edir. Bununla yanaşı, düzgün diaqnozun qoyulması ümumi praktika 

həkimlərinə  xəstələrin vaxtında ixtisaslaşmış tibbi yardıma 

göndərilməsi üçün imkan yaradır. 

Birincili baş  ağrılarının bir çox növlərinin effektiv müalicə 

üsulları mövcuddur, buna baxmayaraq, bir çox halda xəstəyə əsassız 

olaraq analgetiklər təyin olunur. BA-nın müalicəsi üçün istifadə 

edilən dərmanlar özləri də BA-nın səbəbi ola bilər. 

Əksər hallarda birincili baş  ağrısının müalicəsi ilkin səhiyyə 

xidməti səviyyəsində aparıla bilər. Nadir hallarda əlavə müayinələrin 

aparılması tələb olunur.  

XBT-10 ÜZRƏ TƏSNİFAT 

G 43   Miqren 

G 43.0   Aurasız miqren (sadə miqren) 

G 43.1   Aura ilə gedən miqren (klassik miqren) 

Miqren: 


 

Baş ağrısız aura 



 

Bazilyar 



 

Ekvivalentlər 



 

Ailəvi hemiplegik 



 

Hemiplegik: 



 

Kəskin başlanğıcda aura ilə 



 

Uzunmüddətli aura ilə 



 

Tipik aura ilə 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



G 43.2   Miqrenoz status 

G 43.3   Ağırlaşmış miqren 

G 43.8   Digər miqren 

Oftalmoplegik miqren 

Retinal miqren 

G 43.9   Dəqiqləşdirilməmiş miqren 

G 44   Baş ağrısının digər sindromları 

G 44.0   “Histamin” baş ağrısı sindromu 

Xronik paroksizmal hemikraniya 

Xroniki paroksizmal hemikraniya 

● 

xronik 



● 

epizodik        

“histamin” baş ağrısı

G 44.1   Digər rubrikalarda təsnif olunmayan damar mənşəli baş 

ağrısı 

G 44.2   Gərginlik tipli baş ağrısı 

Gərginliklə bağlı xronik baş ağrısı 

Gərginliklə bağlı epizodik baş ağrısı 

G 44.3   Xronik posttravmatik baş ağrısı 

G 44.4   Digər rubrikalarda təsnif olunmayan dərman qəbulu ilə 

bağlı baş ağrısı 

Dərman maddəsini müəyyənləşdirmək lazım gəldikdə xarici 

səbəblərin əlavə kodundan istifadə edilir (XX sinif). 

G 44.8   Digər dəqiqləşdirilmiş baş ağrısı sindromu 

G 50   Üçlü sinirin zədələnməsi 

G 50.0   Üçlü sinirin nevralgiyası 

Paroksizmal üz ağrısı sindromu 

Ağrılı tik 

G 50.1   Atipik üz ağrısı 

G 50.8   Üçlü sinirin digər zədələnmələri 

G 50.9   Üçlü sinirin dəqiqləşdirilməmiş zədələnməsi 

R 51   Baş ağrısı  

 

 9

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

10

Baş ağrıları aşağıdakı növlərə bölünür:  



Birincili – bu halda BA hər hansı  əsas xəstəliklə  əlaqəli deyil. 

Buraya miqren, gərginlik baş  ağrıları  və digər birincili baş  ağrıları 

növləri aiddir. 

İkincili – bu halda BA əsas xəstəliyin baş verməsi səbəbindən 

meydana çıxır və infeksion, şiş, damar, medikamentoz və digər 

mənşəli baş ağrılarını əhatə edir. 

Birincili baş ağrıları 

İlkin səhiyyə xidməti müəssisələrinə tibbi yardım üçün müraciət 

edən xəstələrin əksəriyyəti birincili baş ağrılarından əziyyət çəkir. 

Bir xəstədə bir növdən çox birincili baş  ağrıları ola bilər (məsələn, 

aurasız miqren, gərginlik baş ağrıları).  

Baş ağrılarının hər bir növünə ayrı-ayrılıqda baxılmalıdır. 

Birincili BA zamanı nevroloji müayinə heç bir patologiyanı aşkar 

etmir və instrumental müayinələr nəticəsiz olur. BA-nın 

qiymətləndirilməsi üçün anamnezin toplanması müstəsna rol oynayır. 

O, BA-nın növünün və “təhlükə əlamətlərinin” müəyyən edilməsinə 

yardım edir. Anamnezin qeyri-dəqiq toplanması, adətən, BA-nın 

növünün qeyri-düzgün müəyyən edilməsinə səbəb olur. 

Birincili baş ağrılarının növləri: 

 



Miqren 

 



Gərginlik baş ağrıları 

 



Klaster baş ağrısı və digər trigeminal sefalgiyalar 

 



Paroksizmal hemikraniya 

 



Konyuktivanın qızarması və göz yaşının axması ilə qısa müddətli 

birtərəfli nevralgik baş ağrıları (KQNBA) 

 

Digər birincili baş  ağrıları  (hemicrania continua, yeni gündəlik 



davamlı baş ağrısı və s.) 

Miqren 

Miqren ağır formalı birincili baş  ağrısının  ən geniş yayılmış 

növüdür. Yayılma dərəcəsinə görə 10% kişilərdə, 22% qadınlarda 

müşahidə olunur. 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

11

Miqren ağrılarının səciyyəvi xüsusiyyətləri: 

 

birtərəfli 



 

pulsasiya edən 



 

bir neçə dəqiqədən bir neçə saata qədər müddətdə artan 



 

intensivliyinə görə: orta ağır və ağır 



 

ürəkbulanma, qusma, işığa və səsə qarşı həssaslığın artması ilə 



müşayiət olunur 

 



əmək qabiliyyətinin itirilməsi 

 



adi fiziki yükdən BA-nın güclənməsi 

Miqren tutmaları ildə bir dəfədən hər gün baş verən tutmalara 

qədər, davamı

 

isə 4-72 saat



 

ola bilər.  



Miqren üçün qıcıq olan amillər 

Müəyyən amillər miqren tutmasına qıcıq ola bilər (qeyd etmək 

lazımdır ki, sadə bir qıcıq miqren tutmasının başlanmasına səbəb ola 

bilər, halbuki bir neçə amilin kombinasiyası tutmaya çox nadir 

hallarda səbəb olur): isti, soyuq, müxtəlif qoxular, parlaq işıq, səs-

küy, fiziki gərginlik/hərəkət, xronik stress, yuxu pozğunluğu, 

vaxtsız/pis qidalanma, tütünçəkmə,  сinsi yetkinlik dövrü, 

menstruasiya və ya ovulyasiya, menopauza, hamiləlik, dərman amili 

(nitroqliserin, oral kontraseptivlər, hormonal terapiya, opiat və 

barbituratlar, nifedipin və s.), qida məhsulları (sitrus meyvələri, 

tərkibində kofein, nitritlər və aspartam olan qida məhsulları, yetişmiş 

pendir, şokolad, alkoqol, monosodium qlutamatlı qida məhsulları və s.). 

Miqrenin iki  əsas növü müəyyən edilir: aurasız miqren (köhnə 

təsnifata görə sinonimlər – sadə miqren, hemicrania simplex) və 



auralı miqren (sinonimlər – klassik miqren, assosiasiya olunmuş 

miqren, oftalmik, ağırlaşmış miqren və s.). 



Miqren aurası  – miqren baş  ağrılarının  əvvəlində  və ya ondan 

öncə baş verən simptomların kompleksidir. Tipik aura vizual və/və 

ya sensor hissiyyatın müvəqqəti pozulmasından və/və ya nitqin 

disfaziyası simptomlarından ibarətdir. Simptomlar müsbət (məsələn: 

işıqlanma, ləkələr,  əyri xətlər, iynə batması) və  mənfi (görmənin 

itməsi, dilin tutulması) ola bilər. Simptomlar 5 dəqiqə  ərzində tam 

formalaşır və 60 dəqiqə ərzində keçir. Auranın müxtəlif simptomları 

ardıcıl olaraq baş verə bilər. 

Auranın qəfil başlandığı, simptomlarının ardıcıl deyil, eyni 

zamanda baş verdiyi zaman, mənfi xarakterli və ya çox qısa müddətli 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

12

olması hallarında, tranzitor işemik həmlə barədə düşünmək lazımdır



Uzun sürən aura baş ağrısının ikincili səbəbinin ehtimalını artırır. 


Kataloq: upl -> books -> pdf
pdf -> XƏZƏR 2014, №2 bu sayda güMÜŞ DÖVRÜN ŞAİRLƏRİ
pdf -> Əbdülrəhmanlı N. Qurban. Yüzilin “Əli və Nino” əfsanəsi. Poman-xronika. Bakı, Qanun, 2014, 604 səh. Redaktor: Tapdıq Yolçu Korrektor: Ceyran Abbasova
pdf -> Hamiləlik haqqında hər şey: Qadın və Gələcək uşaq
pdf -> Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)
pdf -> Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir
pdf -> M Ə h ə m m ə d t a ğ I s I d q I 1 5 0 MƏHƏMMƏd tagi siDQİ Ə s ə r L ə r I
pdf -> Тофиг щаъыйев
pdf -> AZƏrb ay can miLLİ elmlər akademiy asi folklor institutu
pdf -> Azərbaycan dilinə tərcümə olunmuş əsərlərin kataloqu a
pdf -> ARİstotel poetika “Ş Ə r q -q ə r b”

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə