Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ baki döVLƏt universiteti Sərbəst iş



Yüklə 42,18 Kb.
tarix16.12.2023
ölçüsü42,18 Kb.
#181535
Almaniya dövlətinin siyasi sistemi


AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ

Sərbəst iş

Fakültə: Beynəlxalq münasibətlər və iqtisadiyyat


Kurs: 3
Qrup: 114
Fənn: Xarici siyasətin təhlili
Müəllim: Sevinc Qafarova
Tələbə: Elmar Namazov
Mövzu: Almaniya dövlətinin siyasi sistemi

Bakı-2023
Almaniya siyasi sistemi üçün die Behörde anlayışı mühüm əhəmiyyət kəsb edir. "İnzibati prosedurlar haqqında" Federal Qanuna əsasən ictimai idarəçilik vəzifələrini yerinə yetirən istənilən idarə die Behörde kimi qəbul edilir. Federasiya və torpaqlar öz orqanlarına malikdirlər. Dövlət vəzifələrinin yerinə yetirilməsi əsasən torpaqların vəzifəsidir (Əsas Qanunun 30-cu maddəsi), Federasiya isə yalnız məhdud sahələrdə inzibati səlahiyyətlərə malikdir, dövbt vəzifələrinin yerinə yetirilməsi sahəsində icra-sərəncam səlahiyyətləri torpaqlara məxsusdur. Alman ədəbiyyatında bilavasitə və vasitəli idarəçilik fərqləndirilir. Bilavasitə idarəçilikdən Federasiyanın inzibati səlahiyyətlərini öz orqanları vasitəsi ilə yerinə yetirdiyi hallarda danışılır. Əksinə, vasitəli idarəçilik o zaman özünü göstərir ki, inzibati vəzifələr Federasiya tərəfindən yaradılan inzibati subyektlər tərəfindən yerinə yetirilsin. Bunlar korporasiyalar (məsələn, vəkillər palatası) və ya idarələr (ictimai-hüquqi tele və radiostansiyalar, Əmək üzrə Federal idarə) ola bilər.

Bilavasitə federal idarəçilik prinsipcə üç mərhələli iyerarxik struktura malikdir: yuxarı fede ral orqanlar (Federal kansler, federal nazirlər), orta səviyyəli federal orqanlar (məsələn, Yuxarı maliyyə direksiyaları) və aşağı səviyyəli federal orqanlar (məsələn, sərhəd və gömrük xidmətləri). Bundan başqa yuxarı federal orqanlara tabe olan federal orqanlar da (məsələn, ətraf mühitin mühafizəsi üzrə federal idarə) mövcuddur. Bu strukturlarla yanaşı, digər idarələr də fəaliyyət göstərir. Məsələn, federal səlahiyyətli idarələr (informasiya mühafizəsi üzrə, əcnəbilərin işi üzrə), yaxud federal müəssisələr (federal tipoqrafiya). Orta və aşağı səviyyəli federal orqanlar, habelə vasitəli idarəçiliyi həyata keçirən inzibati subyektlər qanun əsasında yaradılır. Bu orqanların və ya korporasiyaların vəzifələri də qanunla müəyyən olunur. Yuxarı federal orqanlar arasında səlahiyyət bölgüsü siyasi maraqlar nəzərə alınmaqla həyata keçirilə bilər.


Federal idarələrin fəaliyyəti və torpaqların idarələrinin federal qanunları icra etmək üzrə fəaliyyəti "İnzibati prosedurlar haqqında" Federal Qanunla tənzimlənir. Torpaqların idarələrinin inzibati fəaliyyəti isə torpaqların hüquq normaları - adətən, eyni cür adlanan – “İnzibati prosedurlar haqqında” qanunlarla nizamlanır.

Ümumiyyətlə, idarəetmə fəaliyyəti Almani yada beş pillədən ibarətdir:


1. federal orqanların idarəetmə fəaliyyəti;
2. torpaqların idarəetmə fəaliyyəti;
3. dairələrin idarəetmə fəaliyyəti;
4. rayonların və rayonlar səviyyəsində olan şəhərlərin idarəetmə fəaliyyəti;
5. icmaların idarəetmə fəaliyyəti.
Federal orqanların idarəetmə fəaliyyəti fe deral prezidentin, hökumətin və federal idarələrin fəaliyyətini əhatə edir. Prezident ölkədə icra hakimiyyətinin başında durur. Federal nazirləri təyin etmək və istefaya göndərmək, habelə kanslerin namizədliyini Bundestaqa təklif etmək hüququ prezidentə məxsusdur. О həm də hökumətin iclaslarında iştirak edir, normativ akt olan olan qərarların işlənib hazırlanmasında iştirak edir, bütün federal məmurları və zabitləri müvafiq idarələrin təqdimatı üzrə vəzifəyə təyin və azad edir. Federal hökumət Almaniyanın ali orqanları sistemində başlıca yer tutur. O, çoxsahəli icra orqanlarını birləşdirərək və onların fəaliyyətini əlaqələndirərək, ölkə həyatının bütün tərəflərinə təsir göstərmək imkanına malikdir. О, qanunların icrası ilə əlaqədar qərarlar, Bundesratın razılığı ilə isə qanun qüvvəli aktlar qəbul edə bilər. Federal hökumət Bundestaqla razılaşma əsasında aşağı orqanların idarəetmə aktları qəbul etmək səlahiyyətlərinə aid mübahisələri həll edir.
Həmçinin bütün idarələrdən, o cümlədən torpaqların idarələrindən zəruri sənədlərin təqdim edilməsini tələb etmək hüququna malik dir. О, qanunçuluğa nəzarət edilməsi üçün bütün təsisatlara, həmçinin torpaqların ali idarəetmə orqanlarına onların razılığı ilə öz müvəkkillərini göndərə bilər, onlara federal qanunların yerinə yetirilməsinə dair konkret göstərişlər verə bilər.

Bəzi hallarda Bundestaq öz səlahiyyətinə aid məsələlər üzrə akt qəbul etmək hüququnu hökumətə həvalə edə bilər. Federal hökumət reqlamentini özü müəyyən edir, sonradan bu reqlament prezident tərəfindən bəyənilməlidir (Əsas Qanunun 65-ci maddəsi). Federal hökumət federal kanslerdən və fe deral nazirlərdən ibarətdir. Federal kansler fed eral nazirlərdən birini özünün müavini təyin edir. Hökumət başçısı olan Federal kansler prezidentin təklifi ilə Bundestaqda onun üzvlərinin əksəriyyəti tərəfindən seçilir və sonuncunun qarşısında məsuliyyət daşıyır. Hazırda Almaniyada aşağıdakı sahələr üzrə nazirliklər yaradılmışdır: xarici işlər, daxili işlər, ədliyyə, maliyyə, müdafiə, ailələrin və qocaların işləri üzrə, qadınların və gənclərin işləri üzrə, səhiyyə, nəqliyyat, ekologiya, poçt və telekommunikasiya, inzibati-memarlıq planlaşdırması və şəhər tikintisi, tədqiqat və texnologiya, təhsil və elm. Bütün federal nazirlər federal kanslerin təqdimatı ilə prezident tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.
Onların səlahiyyətləri andiçmə anından başlanır və yeni Bundestaqın çağırılmasından sonra başa çatır. Federal nazirlər və federal kansler hər hansı bir digər məvacibli vəzifə tuta bilməz, kommersiya fəaliyyəti ilə məşğul ola bilməzlər. Nazir Bundestaqın deputatı ola bilməz.
Federal kansler və hökumətin başqa üzvləri Bundestaqda partiya fraksiyalarının tutduğu mövqeyə əsasən seçilir. Federal hökumət qanunvericilik təşəbbüsü hüququna, həmçinin maliyyə sahəsində geniş səlahiyyətlərə malikdir. О, büdcənin tərtibində iştirak edir, habelə büdcənin icrası prosesində onu dəyişdirmək təşəbbüsü ilə çıxış edə bilər, yəni büdcəyə yeni xərclər daxil etmək və yaxud gələcəkdə belə xərclərin büdcədə nəzərdə tutulmasını təklif etmək hüququna malikdir. Federal hökumət federal maliyyə nazirinin iştirakı olmadan maliyyə fəaliyyətinə aid qərar, yaxud onun rəyini nəzərə almadan qərar qəbul etdikdə, maliyyə naziri protest verə bilər. Federal hökumətin iclaslarının protokolları prezidentə göndərilir. О, protokolun məzmunu və ya redaktəsi ilə əlaqədar etirazmı bildirə bilər. Fikir ayrılığı yarandığı halda protokol hökumətə qaytarılır və o, mübahisəli məsələ barədə öz rəyini bildirməlidir.
Federal hökumətin qərarları səlahiyyətli nazirlərin imzaladıqları normativ aktdır. Qərarlar federal kanslerin idarəsi tərəfindən qeydə alındıqdan sonra qüvvəyə minir. Almaniyanın idarəetmə mexanizmində kanslerin rolu olduqca böyükdür. O, ölkənin daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyən edir. Mühüm nəzarət funksiyalarına malik olan kansler federal hökumətin istənilən üzvünü öz iclaslarına çağıra, istintaq komissiyasını təyin edə bilər. Hökumətin fəaliyyəti Bundestaqı qane etmədikdə ona etimadsızlıq göstərilir. Kanslerin istefaya getməsi ilə bütün hökumət istefaya getməlidir. Bundestaq federal kanslerə etimadsızlıq göstərə bilər, lakin bunu yeni kansler seçmək yolu ilə edə bilər (buna konstruktiv etimadsızlıq deyilir). Lakin əgər Bundestaq əvvəlki kanslerə öz etimadsızlığında israrlı olarsa və yenisini seçməzsə onda prezident Bundestaqı buraxa bilər.
Dövlətin başçısı olan respublika prezidenti Bundestaqın üzvlərindən və proporsional prinsip əsasında torpaqların xalq nümayəndəliyi tərəfindən seçilən bərabər sayda üzvlərdən ibarət xüsusi orqan olan Federal Məclis tərəfindən səs çoxluğu ilə 5 il müddətinə seçilir. Prezident qanunları elan edir, hökumətin iclaslarında iştirak edir, vəzifəli şəxsləri (federal hakimləri, bir sıra federal qulluqçuları) təyin və azad edir, əfvetmə hüququnu həyata keçirir. Prezident Almaniyanı digər dövlətlərlə münasibətlərdə təmsil edə, Bundestaqı vaxtından əvvəl buraxa bilər. O, Almaniyanın adından müqavilələr bağlayır. Prezidentin verdiyi aktlar hökumət başçısı və ya müvafiq nazir tərəfindən kontrassiqnasiya edilməlidir. Prezident ali dövlət idarəçiliyində həlledici rol oynamır. Belə ki, Əsas Qanun prezidenti silahlı qüvvələrə komandanlıq etmək hüququndan məhrum edir.
Dinc şəraitdə bu vəzifə müdafiə nazirinin, müharibə zamanı isə kanslerin üzərinə qoyulur. Konstitusiyanın 61-ci maddəsinə görə prezi dent Əsas Qanunu və ya digər federal qanunu qəsdən pozduqda, o, tutduğu vəzifədən kənarlaşdırıla bilər. Bu halda Bundestaq və Bundesrat prezidenti ittiham etmək barədə Federal Konstitusiya Məhkəməsi qarşısında məsələ qaldırır. Bunun üçün Bundestaq və Bundesratın üzvlərinin üçdə iki hissəsinin səs çoxluğu tələb olunur. Prezidentin təqsir və vəzifədən kənarlaşdırılma məsələsini Federal Konstitusiya Məhkəməsi həll edir. Konstitusiyadan göründüyü kimi, ölkədə əsas siyasi fiqur prezident deyil, kanslerdir. Əsl hakimiyyət hökumətin, xüsusilə onun sədri olan kanslerin əlində cəmləşir. Bundestaqda partiya çoxluğunun lideri kansler vəzifəsinə təyin edilir.
Kansler müstəqil olaraq (Bundestaqla hesablaşmadan) Nazirlər Kabinetini təşkil edir və prezident üçün məcburi sayılan, nazirlərin azad olunması barədə təqdimat verir. Torpaqların hökumətləri baş nazirdən və nazirlərdən ibarətdir. Torpaqların nazirləri torpaqların baş naziri tərəfindən vəzifəyə təyin edilir və bu barədə landtaqlara (yerli nümayəndəli orqanlara) məlumat verilir. Torpaqların nazirlə ri baş nazir və landtaq deputatları qarşısında andiçmə mərasimindən sonra vəzifələrinin icrasına başlayırlar. Müvafiq federal orqanlarla yanaşı, torpaqların hökumətləri və nazirlikləri səviyyəsində orqanların mövcudluğu Almaniyanın dövlət quruluşunun federal forması ilə şərtlənir və ölkənin yerli idarəetmə orqanlarının sistemini müəyyənləşdirən mühüm xüsusiyyətdir. Hazırda ölkədə 16 torpaq, deməli, 16 baş nazir və bir o qədər də hökumət vardır. Xarici işlər və müdafiə sahəsində idarəetmənin federal hökumətin səlahiyyətində saxlanılması ilə əlaqədar torpaqlarda müvafiq nazirliklər yoxdur. Qalan sahələrdə torpaqlardakı nazirliklər sistemi yerli ehtiyaclar və xüsusiyyətlər nəzərə alınmaqla federal nazirliklər sistemini təxminən təkrarlayır, bu da mərkəzin və torpaqların sıx əlaqələrini və yerli işlərə mərkəzdən əməli rəhbərliyi təmin edir. Torpaqlar dairələrə bölünür. Dairələrin ümumi sayı 50-yə qədərdir, һəг bir dairəyə torpaqların hökumətinin müvəkkili rəhbərlik edir. Onun əsas vəzifəsi dairə ərazisində qanunlara əməl edilməsinə nəzarət etmək, habelə kommunal idarəetmə orqanları üzərində nəzarət funksiyasını həyata keçirməkdir.
Digər inzibati ərazi vahidləri sayı 460-dan çox olan rayonlar və sayı 180-ə yaxın olan rayon hüquqi statusu olan şəhərlərdir. Rayonlar idarəetmə aparatının aşağı orqanıdır. Rayonun nümayəndəli orqanı kreystaq və yaxud kraystratdır (rayon məclisi). Rayonun rəhbəri - landrat bilavasitə əhali tərəfindən və ya rayon məclisində seçilir.
Rayonun tərkibinə kiçik icmalar (kiçik şəhər və qəsəbələr) daxil ola bilərlər. İcmalar müəyyən idarəetmə funksiyalarmı - məktəblərin, peşə təhsili müəssisələrinin, gimnaziyaların, habelə əhali üçün kommunal-təsərrüfat xidmətlərinin saxlanılması funksiyalarmı icra edirlər. İcma əhalisinin ümumi sayı nadir hallarda 30 min nəfəri ötür. İcmalarda da idarəetmə aparatının başçısı landrat və burqomistrlərdir: onların həmin vəzifələri tutma qaydası yerli ənənələrdən asılı olaraq fərqlənir. Məsələn, Baden-Vürtemberq, Bavariya torpaqlarında onlar əhali tərəfindən, Hessen, Şimali Reyn-Vestfaliya torpaqlarında isə bələdiyyə orqanları tərəfindən seçilir. Əhalisi 50 min nəfərdən çox olan icmalarda burqomister ober-burqomistr adlanır. İcma fəaliyyət göstərdiyi ərazidə ümumi idarəetmənin müstəsna və müstəqil daşıyıcısıdır.
Əsas Qanunun 28-ci maddəsinə əsasən icmalar və onların birliklərinin yerli cəmiyyətin bütün işlərini qanunlar çərçivəsində tənzimləmək hüququ təmin edilir. İcmanın əsas orqanı bələdiyyə şurasıdır. O, icmanın idarə olunmasının əsas prinsiplərini müəyyənləşdirir və əgər icmanın problemlərinin һəlli qanunvericiliklə burqomisterin səlahiyyətinə aid edilməmişdirsə, yaxud bələdiyyə şurası öz səlahiyyətini burqomisterə həvalə etməmişdirsə, bələdiyyə şurası həmin problemləri həll etməyə səlahiyyətlidir. İcmanın mühüm məsələləri (bələdiyyə qulluqçularının işə qəbulu, vəzifəyə təyin və vəzifədən azad edilmə və s.) üzrə qərar qəbul etmək səlahiyyəti yalnız bələdiyyə şurasına məxsusdur. Bələdiyyə şurasına başçılıq edən burqomistr 8 il müddətinə seçilir, bələdiyyə icra aparatına rəhbərlik edir və icmanın təmsilçisidir. Əgər icma əhalisinin sayı iki mindən çoxdursa, o, ştatda olan məmur, əhali iki mindən azdırsa, müəyyən müddətə təyin edilən və ictimai əsaslarla işləyən məmurdur. İcra aparatının гəһbəri olmaqla burqomistr bütövlükdə icmanın idarə edilməsi üçün məsuliyyət daşıyır, bütün cari idarəetmə funksiyalarını həyata keçirir və bütün sərəncamçılıq vəzifələrini yerinə yetirir. Əhalisinin sayı yüz mindən çox olan icmalar da ayrıca rayonlar təşkil edib və rayon şuraları yaradıla bilər. Rayon şurası bələdiyyə şurasında həmin rayona aid bütün mühüm məsələlər üzrə öz fikrini bildirmək hüququna malikdir. Almaniya əhalisinin əksəriyyəti şəhər əhalisidir. Kənd icmalarının payına əhalinin 10%-dən azı düşür. Ölkə əhalisinin üçdə birindən çoxu hazırda kiçik şəhərlərdə yaşayır. Almaniyada kommunal orqanların hüquqları, vəzifələri, fəaliyyət obyektləri qanunda birbaşa sadalanmır. Onların fəaliyyət sahəsinə başlıca olaraq əhaliyə xidmət göstərilməsi ilə bağlı məsələlər daxildir.
Bələdiyyə idarəsinin bütün vəzifələri üç qrupa bölünür: könüllü vəzifələr, məcburi vəzifələr və tapşırılmış vəzifələr. Könüllü vəzifələrə bələdiyyə idarələrinin öz mülahizələri üzrə icra etdikləri bütün işlər aiddir. Məsələn, onlar kitabxana, muzey, idman meydançası, qocalar evi kimi sosial-mədəni təyinatlı obyektlər yaratmaq və bunların inzibati məsələlərini həll etmək hüququna malikdirlər. Bunlar işlərin ən böyük kateqoriyasını təşkil edir. Məcburi vəzifələrə torpaqların qanunvericiliyi ilə müəyyənləşdirilən vəzifələr aiddir. Bunlar sanitar nəzarəti, yol çəkilişi, yanğından mühafizə sahələri ilə bağlı vəzifələrdir. Kommunal orqanlar icmalara məcburi tapşırıqlar verir, sonuncular isə həmin tapşırıqları yerinə yetirirlər. Tapşırılan işlərə adətən polis funksiyaları, yol hərəkəti xidməti, tikinti işlərinə nəzarət, kimsəsizlərə nəzarət, əhalinin qeydə alınması və s. daxildir.
Bu funksiyaları müəyyən həcmdə icmalar, rayonlar, rayon səviyyəli şəhərlər, yəni bütün yerli özünüidarə orqanları yerinə yetirirlər. Əsas Qanuna uyğun olaraq Almaniyada polisin fəaliyyəti torpaqların səlahiyyətinə daxil olsa da, o, kommunal orqanların fəaliyyətində mühüm rol oynayır. Praktikada polis funksiyalarını əksər hissəsinin yerinə yetirilməsi bələdiyyə orqanlarının üzərinə düşür (məsələn, mitinq və nümayişlərə, kütləvi yığıncaqlara, imza toplanmasının təşkilinə, müxtəlif siyasi tədbirlərə, yarmarkalara aid qadağanedici və icazəverici tədbirlərin tətbiq olunması). İcmalar da dövlətin nəzarəti altındadır, dövlət idarələri bələdiyyə orqanlarına nəzarət üzrə qanunda nəzərdə tutulmuş səlahiyyətlərə malik dirlər. Bu sahədə hüquqi nəzarət və peşəkar nəzarət fərqləndirilir. Hüquqi nəzarət, yerli özünüidarə orqanları öz səlahiyyətləri dairəsinə aid edilmiş vəzifələri yerinə yetirdikləri zaman həyata keçirilir.
Bələdiyyə orqanları üzərində peşəkar nəzarəti onlara həvalə edilmiş səlahiyyətlərin lazımi səviyyədə icrasını təmin etmək məqsədi ilə həyata keçirilir. Bu halda dövlət nəzarəti nəinki bələdiyyə orqanları qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsinin qanunauyğunluğunu nəzərdə tutur, һəm də icmanın öz mülahizəsi üzrə həll edilən məsələləri əhatə edir. Hər iki halda müvafiq qərarlara məhkəmə qaydasında nəzarət olunur. Almaniya qanunvericiliyinə əsasən bələdiyyə orqanlarının fəaliyyəti üzərində hüquqi nəzarəti həyata keçirən orqan Daxili İşlər Nazirliyidir. Bütün icmalar üçün orta səviyyəli hüquqi nəzarət orqanı dairə idarəsidir.

İstifadə olunmuş ədəbiyyat siyahısı

  1. Abdullayev E.İ. AFR-in inzibati hüququnun xüsusiyyətləri. "Qanun", 1997, № 16.

  2. Abdullayev E.İ. Dövlət idarəçiliyi. "Dövlət və hüquq", 1997, Ib.

  3. Административное право зарубежных стран: Учебник / Под ред. А. Н. Козырина и М. А. Штатиной. Москва, Спарк, 2003.

  4. Административное право: Учебник. Под ред. Л.Л. Попова. 2-е изд., перераб. и доп. Москва: Юристъ, 2005.

Yüklə 42,18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin