AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ
Tələbə: Bədəlov Cabir
Qrup: 101a5
İş və güc. Potensial enerji
Cisimlərin yerdəyişməsi onlara tətbiq olunan qüvvə nəticəsində baş verir. Fizikada həm qüvvəni, həm də yerdəyişməni birgə xarakterizə edən iş adlı kəmiyyətdən istifadə olunur. İş elə fiziki kəmiyyətə deyilir ki, yerdəyişmə istiqamətində qüvvənin qiyməti və cismin yerdəyişmə icra etdiyi məsafə böyük olduqca daha böyük olsun. Tərifdən aydın olur ki, iş yerdəyişmə istiqamətində qüvvə ilə yerdəyişmənin hasilinə bərabərdir. Şəkil 1-ə əsasən demək olar ki, iş
kimi təyin olunur. Burada a təsir edən qüvvə ilə yerdəyişmənin istiqaməti arasındakı bucaqdır. İş skalyar-cəbri kəmiyyətdir. a bucağının qiymətindən asılı olaraq iş müsbət ( a < 90 ), mənfi ( a > 90 ) və sıfır ( a = 90 ) ola bilər.
Şəkil 1-də F1 qüvvəsinin işi müsbət, F2 qüvvəsinin işi mənfi, F^ qüvvəsinin işi isə sıfırdır. Yerdəyişməyə perpendikulyar qüvvə iş görmür. İş additiv kəmiyyətdir. Əgər cismə bir neçə qüvvə təsir edərsə (şəkil ş2), görülən iş hər bir qüvvənin ayrılıqda gördüyü işlərin cəbri cəminə bərabərdir:
Eynilə, əgər f1 qüvvəsi ilə cisim S1, f2 qüvvəsi ilə S2 və s. yerdəyişmələri icra edərsə, görülən iş elementar işlərin cəmi kimi təyin olunar:
İşin ölçü vahidi onun təyin olunduğu (f1) ifadəsinə görə adlanır:
İşin sistemdən kənar vahiddəri kimi erq və elektronvolt ( eV ) işlədilir:
Görülən işin qiyməti ilə yanaşı onun yerinə yetirilmə yeyinliyi- güc adlı kəmiyyət məna kəsb edir. İş icra edən mexanizmlər güclərinə görə fərqlənirlər. Tərifə görə orta güc
kimi hesablanar. Burada ΔA- Δt müddətində maşın və ya mexanizmin gördüyü işdir. Güc də iş kimi skalyardır, lakin hesabi kəmiyyətdir. Ani gücü tapmaq üçün (f2) ifadəsindən limitə keçmək lazımdır:
Beləliklə, ani güc işin zamana görə I tərtib törəməsidir. Əgər iş sabit qüvvənin təsiri ilə görülürsə, güc üçün
ifadəsini alarıq. Burada u işin icrası zamanı cismin aldıgı sürət, Fs isə dartı qüvvəsi ilə bərabərləşən sürtünmə qüvvəsidir. Güc vahidi olaraq BS- də Vatt (Vt) qəbulolunmuşdur.
Güc vahidindən istifadə edərək praktikada Vt ×san = Coul və 1kilovatt×saat = 3,6×106 C iş vahidlərindən istifadə olunur.
Ümumi halda cismə dəyişən qüvvə təsir etdikdə işi təyin edək. Tutaq ki, cismin yerdəyişməsi üzrə təsir edən qüvvə şəkil ş3-də təsvir olunan kimi dəyişir. Bu halda işi (f1) düsturu ilə təyin etmək olmaz. İşi təyin etmək üçün yerdəyişməni çox kiçik hissələrə bölək. Bölünmüş hissələrdə qüvvəni sabit qəbul etmək mümkün oldugundan, görulən iş ştrixlənmiş sahə ilə təyin olunar:
İş additiv kəmiyyət olduğundan, bütün yerdəyişmə üzrə görülən iş elementar işlərin cəminəqüvvənin dəyişmə xətti ilə hüdudlaşmış fiqurun sahəsinə- bərabər olacaqdır.Bu halda iş inteqrallama ilə təyin oluna bilər:
Qarşılıqlı təsir enerjisinə potensial enerji deyilir.
Potensial enerji –
Bir neçə cismin və ya bir cismin hissələrinin vəziyyəti ilə müəyyən olunan enerjidir.
Əsasən Ep və ya Wp ilə işarə olunur.
Ölçü vahidi
.
Hündürlüyə qaldırılmış cisim potensial enerjiyə malik olur.
h hündürlüyə qaldırlmış cismin potensial enerjisi:
Ep=mgh.
Əgər cisim aşağı istiqamətdə hərəkət edirsə (hündürlük azalırsa), onda potensial enerji azalır.
Əgər cisim yuxarı istiqamətdə hərkət edirsə (hündürlük artırsa), onda potensial enerji artır.
Elastik deformasiya olmuş yay potensial enerjiyə malik olur.
Elastiki deformasıya olmuş yayın potensial enerjisi:
(I) düsturunu düsturunda yerinə qoyaraq alırıq: Elastiki deformasiya olmuş yayın potensial enerjisinin II düsturu: (II) düsturunu düsturunda yerinə qoyaraq, alırıq:
Elastiki deformasiya olmuş yayın potensial enerjisinin III düsturu:
(III)
1. Tarazlıq vəziyyətində olan yayın potensial enerjisi sıfıra bərabərdir.
2. Yaya bərkidilmiş cismin tarazlıq vəziyyətindən uzaqlaşması zamanı yayın potensial enerji artır.
3. Yaya bərkidilmiş cismin tarazlıq vəziyyətinə yaxınlaşması zamanı yayın potensial enerji azalır.
Dostları ilə paylaş: |