Elm və İnnovativ Texnologiyalar Jurnalı Nömrə 9, 2019. 71- 83
DOI: 10.5782/2616-4418.9.2019.71
71
AZƏRBAYCANDA DÖVLƏT QULLUĞUNUN
FORMALAŞMASI XÜSUSİYYƏTLƏRİ
Həmdulla MƏMMƏDOV
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyası, Bakı, Azərbaycan
Giriş
Hər bir dövlətin dövlət qulluğu sisteminin formalaşması
tarixi və
xüsusiyyətləri birbaşa onun dövlətçilik tarixi ilə bağlıdır. Belə ki, dövlət qulluğu
dövlət idarəçiliyi aparatında peşəkar fəaliyyətdir. Müxtəlif ölkələrdə dövlət qulluğu
sisteminin elementar tərkibi və funksiyası fərqlidir. Xalqların malik olduqları
dövlətçilik təcrübələri ilə yanaşı, milli-mənəvi dəyərlər sistemi, yaxşı dövlətçilik
təcrübəsinə malik qonşu xalqlarla təmasların sıxlığı və s. amillər dövlət qulluğu
sisteminin formalaşması və təkamülü prosesində təsirli rol oynayır (
Виноградов 23).
Müasir ictimai elmdə müşahidə olunan əsas tendensiyalardan biri ondan ibarətdir ki,
milli dövlətlər səciyyəvi xüsusiyyətləri özündə ehtiva
etməklə əsasən kapitalist
münasibətlərinin məhsuludur. Bu baxımdan, dövlət qulluğu sistemi müasir
formasında əlamətlərini milli dövlətlərin meydana gəlməsi ilə ifadə etməyə
başlamışlar. Azərbaycan ərazisində dövlət idarəçiliyi təcrübəsinin zənginliyi sonrakı
mərhələlərdə dövlət qulluğu sisteminin yaranmasına və inkişafına təsir etmişdir.
72 Həmdulla Məmmədov
Dövlət qulluğu sisteminin formalaşması tendensiyası
Müasir milli dövlətlərin səciyyəvi xüsusiyyətlərindən ən əsası dövlət qulluğu
sisteminin olmasıdır. Dövlət idarəçiliyinin tarixinin dövlətin meydana gəlməsi tarixi
ilə uzlaşmasına baxmayaraq, dövlət qulluğu sisteminin formalaşması
məhz müasir
dövrün zaman çərçivəsinə aiddir. Tarixdən ilk dövlətlərin əlamətlərinin bizim eradan
əvvəl III minillikdə meydana gəlməsi məlumdur. Lakin həmin dövrdə bütün
elementləri ilə sistemli fəaliyyət göstərən dövlət qulluğundan danışmaq üçün əsas
yoxdur. Hər bor tarixi dövrün, ictimai-siyasi formasiyanın reallıqlarına uyğun dövlət
idarəetməsi təcrübəsinin olması hələ dövlət qulluğu sisteminin də olmasına dəlalət
etmirdi. Çünki, dövlətin funksiyaları haqqında aydın təsəvvürlər belə mövcud
deyildir. Ən bəsit formada dövlət qulluğu sistemi dövlət hakimiyyəti orqanlarının
funksiyalarının həyata keçirilməsini təmin edir. Dövlət idarəçiliyi funksiyaları,
onların həyata keçirilməsi prinsipləri haqqında dəqiq təsəvvürlərin formalaşması
dövlət qulluğu sisteminin meydana gəlməsi üçün zəmin yaratmışdır. Dövlət
idarəçiliyinin həyata keçirdiyi funksiyalar dövlətin mövcudluğunun əsas şərtini təşkil
edir. Bu funksiyaların həyata keçirilməsi isə dövlət
qulluğu sistemi sayəsində
mümkün olur (Бариева 31). Bu baxımdan, Azərbaycanda dövlət qulluğu sisteminin
formalaşması tarixi prosesinin inkişaf tendensiyalarının dərindən öyrənilməsi
bütövlükdə milli dövlətçiliyin genezisi haqqında dəqiq təsəvvürlərin yaranması
baxımından əhəmiyyətlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda hazırkı
mərhələdə fəal vətəndaş cəmiyyəti quruculuğu getməkdədir.
Vətəndaş cəmiyyətin inkişafı istənilən halda dövlət idarəçiliyi sistemində yeni
əalmətlər meydana gətirir. Müvafiq olaraq, dövlət qulluğu sistemi də vətəndaş
cəmiyyətinin meydana gətirdiyi reallıqlara uyğun olaraq yeni xüsusiyyətlər kəsb edir.
Ümumiyyətlə, yeni reallıqlar çərçivəsində dövlət idarəetməsinin vəziyyətini təcrübəli
dövlət xadimi, akademik Ramiz Mehdiyev kifayət qədər arqumentləşdirilmiş şəkildə
ifadə etmişdir. Belə ki, akademik Ramiz Mehdiyev yazmışdır: “Qlobal demokratik
yürüşün”
tərkib hissəsi kimi, sosiomədəni fonun dəyişiklikləri postindustrial
dəyərlərin institusionallaşmasına, səmərəli idarəetmə amillərinin formalaşmasına və
şəffaf ictimai qayda qurulmasına imkan yaradır. Demokratiya, bazar təsərrüfatı və
vətəndaş cəmiyyəti idealı tədricən cəmiyyətin inkişaf strategiyasının əsas səmtinə
çevrilmiş, beləliklə də müasir milli dövlətin başlıca vəsilələri olmuşdur”( Mehdiyev
138). Azərbaycanın zəngin dövlətçilik tarixi müasir dövlət qulluğu sisteminin
əlamətlərinin oturuşmasında öz təsiri göstərmişdir. Lakin dövlət qulluğu məhfumu
özümüm bütün siyasi və hüquqi komponentləri ilə elmi dövriyyəyə 1995-ci il 12
noyabrda tarixdə ölkənin ali qanunun-Konstitusiyanın
qəbulundan sonra daha ciddi
oturuşmağa başlamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 55-ci
maddəsi birbaşa dövlət qulluğu ilə bağlı olduğunu qeyd etmək lazımdır. Belə ki, ölkə
Konstitusiyasının bu maddəsində dövlətin idarə olunmasında iştirak etməyin hər
vətəndaşın
konstitusion
hüququ
olduğu
təsbit edilmişdir (Azərbaycan
Respublikasının Konstitusiyası 96). Bununla yanaşı, ölkə vətəndaşlarının dövlət
idarəçiliyinin həyata keçirilməsində iştiraklarının, yəni, dövlət qulluğu sistemində
fəaliyyətinin prinsipləri də aydın ifadəsini tapmışdır. Hesab edirik ki, Azərbaycan
Azərbaycanda dövlət qulluğunun formalaşması… 73
Respublikasında dövlət qulluğu sisteminin
demokratik prinsiplərə, vətəndaş
cəmiyyəti quruculuğu ruhuna uyğunluğunu şərtləndirən başlıca əlamətlərdən biri də
məhz bundan ibarətdir. Artıq qeyd edildiyi kimi, dövlət qulluğu sisteminin
formalaşmasında bu və ya digər səviyyədə dövlətçiliyin meydana gəlməsi və inkişafı
tarixinin izləri özünü büruzə verir. Bu hipotezdən çıxış edərək, Azərbaycanda dövlət
qulluğunun yaranması və inkişafı tarixinin əsas məqamlarına diqqət yetirmək
vacibdir. Azərbaycanın dövlətçilik tarixinin dərin köklərinə dəlalət edən başlıca
məqam
ondan ibarətdir ki, tarixi Azərbaycan torpaqları coğrafiyasında fərqli
dövlətçilik ənənələrinə, idarəetmə mexanizmlərinə malik müxtəlif dövlətlər mövcud
olmuşlar. Müxtəlif dövlətlərin bu və ya digər dərcədə fərqli idarəetmə sistemlərinin
olması ümumilikdə zəngin dövlətçilik və dövlət idarəetmə irsinin formalaşmasını
şərtləndirmişdir. Bu da Azərbaycan ərazisində dövlət qulluğunun tarixinin
zənginliyinə dəlalət edir. Ümumiyyətlə, Azərbaycanda
dövlət quruculuğu tarixinə
diqqət yetirsək görərik ki, ölkədə dövlət qulluğunun formalaşması prosesi özünün
dinamikliyi və ardıcıl getməsi ilə seçilmişdir.