QİÇS nə
dir?
Vəsait
Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin İnformasiya
-resurs
şöbəsi tərəfindən hazırlanmışdır.
immun sistemi
→ Qazanılmış immun çatışmazlığı sindromu
Hazırda bütün bəşəriyyəti narahat edən problemlərdən biri də hər yerdə
"SPİD" adlandırdığımız qazanılmış immun çatışmazlığı sindromu - QİÇS-lə
mübarizədir. Bu qorxulu xəstəliyi virus törədir. Xəstəliyin beynəlxalq işarəsi
AİDS-dir.
İmmun çatışmazlığı virusunun törətdiyi infeksiya uzunmüddətli gedişə malik
olub, bir neçə müxtəlif mərhələdən ibarətdir. Elə buna görə alimlərin
əksəriyyəti bütün xəstəliyi "İİÇV (insanın immun çatışmazlığı virusu)
infeksiyası" termini ilə ifadə etməyi vacib sayır. QİÇS epidemiyasını
pandemiya adlandırmağa başlayıblar ki, bu da əslində infeksiyanın bütün yer
kürəsinə yayıldığını göstərir. Son zamanlar xəstəlik daha intensiv yayılaraq,
epidemioloji mərkəz artıq Asiyada yerləşmək ərəfəsindədir. Bu bizi daha çox
narahat etməlidir.
İlk vaxtlar belə hesab edirdilər ki,
QİÇS xəstəliyinə əsasən qeyri-
normal cinsi həyat tərzi keçirənlər
tutulurlar. Lakin sonra bu xəstəliklər
narkomanlarda, hətta uşaqlarda da
aşkar edildi. Odur ki, bu sağalmaz
bəlanın səbəblərini araşdırmaq
aktual problemə çevrildi. Müəyyən
edildi ki, QİÇS sağlam adama virusla
yoluxur və ya xəstədən üç yolla keçə
bilər: 1) cinsi əlaqə zamanı, 2) qan
və ya onun preparatları ilə, 3)
hamilə qadının qanı ilə uşağa.
QİÇS törədicisinin müxtəlif
konsentrasiyalarda orqanizmin
bütün mayelərində (sperma, uşaqlıq
boynu ifrazatı, qan plazması, beyin-onurğa beyni mayesi, gözyaşı, ağız suyu,
sidik, qadın südü) tapılmışdır. Lakin xəstəliyin bunlardan hansı ilə yoluxması
məsələsi - mübahisəlidir.
Xəstələnmə kimlərdə daha güclü ehtimala malikdir? İlk növbədə təsadüfi
şəxslərlə çoxsaylı cinsi əlaqədə olanlar həm xəstələnir və həm də xəstəliyi
yayırlar. İkincisi, xarici vətəndaşlarla cinsi əlaqəyə girən qadınlar, üçüncüsü,
narkomanlar, dördüncüsü, donar qanından istifadə edən xəstələr və nəhayət,
biz hamımız yəni QİÇS-in nə olduğunu və qorunma tədbirlərini bilməyənlər
və ya bilib əməl etməyənlər.
Seksual kontaktları olmayan, eləcə də normal sağlam cinsi həyat tərzi
keçirən və bir cinsi partnyoru olan, intim həyatda qarşılıqlı sədaqəti qoruyan
şəxslər QİÇS xəstəliyindən xeyli qorunmuş olur. Xəstəliyin yoluxma yollarını
və onlardan qorunma tədbirlərini bilən, əməl edən şəxslər də QİÇS virusları
ilə yoluxmurlar.
QİÇS insanın immun sistemini parçalayan infeksion xəstəlikdir. İmmun
sistem orqanizmin müxtəlif infeksion xəstəlik törədicilərindən və yad
maddələrdən müdafiəsini təmin edən reaksiya və mexanizmlərinin
məcmusudur. İnsan orqanizmində bu funksiyam yerinə yetirən timus vəzi,
sümük iliyi, limfa düyünləri, dalaq, qaraciyər və s. orqanlardır. İmmun
sistemin mühüm hüceyrələri limfositlər, makrofaqlar və monositlərdir. Sinir
sisteminin hüceyrələri də QİÇS törədicilərinə qarşı çox həssasdır. İİÇV
bilavasitə qaraciyər, ürək, sümük və başqa orqanların hüceyrələrini zədələyir
QİÇS virusu seçici surətdə xüsusən T - limfositləri zədələdiyindən, onlar
orqanizmi xarici və daxili düşmənlərdən - infeksion xəstəlik törədicilərindən
qorumaq funksiyasını yerinə yetirə bilmir. Nəticədə adi halda insan orqanizmi
üçün təhlükəli olmayan mikroorqanizmlər ölümlə nəticələnən infeksiyaların
inkişafına səbəb olur. Eləcə də pozulmuş immun sistem fonunda bədxassəli
şiş hüceyrələri zərərsizləşdirilmir və sürətlə artıb çoxalır ki, bu da təhlükəli
bədxassəli şişlərin artmasına səbəb olur.
QİÇS-lə yoluxmuş bir çox şəxslər qısa müddət ərzində xəstələnir və ölürlər.
Digərləri isə uzun illər virusgəzdirici kimi yaşayırlar. QİÇS virusu ilə
yoluxduqdan sonra inkubasiya dövrü (gizli dövr) 3-6 həftə çəkir. Sonra
xəstəliyin kəskin mərhələsi başlanır. Xəstəliyin əsas əlamətləri: titrətmə,
angina, limfa düyünlərinin böyüməsi, dəridə səpgilər və s. Sonra əlamətlər
keçib gedir, xəstə virusgəzdirici kimi sağlam adamlardan seçilmir. Növbəti
mərhələdə boyun, qoltuqaltı, dirsək və s. limfa düyünlərinin böyüməsi, bəzi
xəstələrdə titrətmə ola bilər. Sonrakı mərhələdə isə xəstəliyə aid olmayan
əlamətlər özünü büruzə verir: qızdırma, çox arıqlama, ümumi zəiflik, iş
qabiliyyətinin və yuxunun pozulması və s. QİÇS ikincili infeksiyalar və
bədxassəli şişlərlə müşayiət olunur və ölümə səbəb olur. Göstərilən
əlamətlər hər bir şəxsi İİÇV infeksiyasından şübhələnməyə və müayinəyə
vadar etməlidir.
Hazırda malyariyaya, şəkərli diabetə, hepatitə, vərəmə və s. tutulmuş,
onkoloji xəstəliyi olan, həmçinin 1 aydan artıq temperaturu düşməyən, ishalı
dayanmayan və s. xəstələrin hamısını QİÇS-ə görə müayinə etmək vacib
hesab olunur.
Həm xəstə, həm də
müalicə edən həkim üçün
QİÇS insana ölüm gətirən
çoxbaşlı əjdahadır. Lakin
diaqnoz vaxtında
qoyularsa, bu təhlükəli
xəstəliyin inkişafını
dayandırmaq mümkündür.
Bu sahədə ən ümidverici
və güclü dərman preparatı
azidotimidin (AZT) sayılır.
Lakin dərmanla müalicə
həkim nəzarəti altında
olmalıdır.
Özünümüalicədən söhbət
belə gedə bilməz.
Özünü lazımi qaydada
aparan və İİÇV
infeksiyasını yaymayan
xəstələri cəmiyyətdən izolə
etməyə ehtiyac yoxdur,
qəsdən digər şəxsləri yoluxduranlar isə cinayət məsuliyyətinə cəlb olunurlar.
Hələ QİÇS-in profilaktikasında effektli peyvənd tapılmamışdır. Xəstəliyin
profilaktikası onun törədicilərinə və yayıcılarına qarşı ciddi mübarizə
tədbirlərindən ibarətdir.
Respublikamızda QİÇS-lə mərkəzləşdirilmiş şəkildə mübarizə məqsədilə
Respublika SPİD-lə mübarizə və profilaktika mərkəzi bir sıra tədbirlər həyata
keçirir. Mərkəzin nəzdində anonim müayinə kabineti fəaliyyət göstərir.
Bundan başqa, bir çox xəstəxana və poliklinikalarda da belə şöbələr təşkil
edilmişdir.
QİÇS-ə görə öz pasport məlumatlarını bildirməklə respublikanın istənilən
şəhər və rayonlarında diaqnostik laboratoriyası olan və QİÇS-i müəyyən
etmək üçün müayinə aparılan müalicə - profilaktika müəssisələrində
müayinə olunmaq mümkündür.
Bakı şəhərində SPİD-lə mübarizə və profilaktika mərkəzinin anonim
kabinetində anonim, yəni pasport məlumatlarını bildirmədən müayinədən
keçmək olar. Burada həm də həkimdən, mütəxəssislərdən QİÇS probleminə
aid bütün suallara cavab və məsləhət almaq mümkündür.
Ümumdünya Səhiyyə
Təşkilatının
proqnozuna görə yaxın
illərdə İİÇV ilə yoluxmuşların sayı 30-
40 milyona çatacaq və 8 ildə bu rəqəm
3-4 dəfə artacaqdır. Bu da hər il
milyondan yuxarı adamın QİÇS
diaqnozu ilə ölümü deməkdir. Buradan
xəstəliklə mübarizənin nə qədər zəruri
olduğu aşkardır. Ümumdünya Səhiyyə
Təşkilatı 1988-ci ildən dekabrın birini
«Ümumdünya QİÇS-lə mübarizə günü»
elan etmişdir. Hər bir ölkədə xəstəliyin
qarşısının alınmasına yönəldilmiş
sanitariya maarifi işi, konfrans, seminar
və digər tədbirlər keçirilməlidir.
Milli adət-ənənələrimiz, dini qaydalarımız xəstəliyin xeyli müddət qarşısını ala
bilmişdi. Lakin müasir gənclərimizin bu adət-ənənələri unutması,
respublikamıza xarici vətəndaşların axını və s. xəstəliklə mübarizəyə daha
ciddi yanaşılmanı tələb edir.
immun sistemi
→ HİV infeksiyası
Bəşər tarixinin ən dağıdıcı, ən təhlükəli epidemiyalarından biri ötən əsrin 80-
ci illərində meydana çıxmış, qısa müddət ərzində bütün qitələrə yayılmış
insanın immunçatışmazlığı virisu infeksiyası, artıq beynəlxalq aləmdə qəbul
olunmuş terminologiya ilə söyləsək, HİV infeksiyasıdır. Məlumat üçün
bildirmək istəyirəm ki, HİV infeksiyasının daşıyıcısı olan ilk xəstə 1981-ci ildə
ABŞ-da qeydə alınmış, 1982-ci ildə bu xəstəliyin ağır formasına "
Qazanılmış
immunçatışmazlığı sindromu
" adı verilmiş, 1983-cü ildə fransız alimi Lyük
Montana, 1984-cü ildə isə amerikan alimi Robert Qallo tərəfindən HİV virusu
kəşf edilmişdir. Həmin vaxtdan ötən 25 il ərzində dünyada 63 milyon insan
HİV infeksiyasına yoluxmuş, onlardan 25 milyonu bu səbəbdən dünyasını
dəyişmişdir. HİV-ə yoluxanların və bu infeksiyadan dünyasını dəyişənlərin
90%-i inkişaf etməkdə olan ölkələrdə yaşayır. HİV-ə yoluxan şəxslərin 70%-
ni 15-39 yaşlı şəxslər, 43%-ni qadınlar təşkil edir.
Azərbaycanda ilk HİV infeksiyası
1987-ci ildə Neft-Kimya İnstitutunun
tələbəsi olan Uqanda vətəndaşında
aşkar edilmişdir. Hazırda ölkəmizdə
2.224 nəfər insan HİV infeksiyasına
yoluxmuş, 274 nəfər isə bu
səbəbdən vəfat etmişdir. HİV-ə
yoluxanların 2.138 nəfəri (96,1%)
Azərbaycan vətəndaşları, 86 nəfəri
(3,9%) isə əcnəbilərdir. Yaş tərkibinə
görə HİV-ə yoluxanların 0,5%-i 15
yaşadək uşaqlar, 91,1%-i isə 19-49
yaşlarında olan şəxslərdir.
"İnsanın immunçatışmazlığı
virusunun törətdiyi xəstəliyin (AİDS)
yayılmasının qarşısının alınması
haqqında" mövcud qanun 1996-cı
ildə qəbul edilmişdir. Həmin vaxt
Azərbaycanda cəmi 2 HİV infeksiyalı
şəxs aşkar edilmiş, HİV-lə
mübarizənin mükəmməl şəbəkəsi
olmamışdır. Ötən müddət ərzində
HİV-ə münasibət həm Azərbaycanda,
həm də dünyada xeyli dəyişmişdir.
Görülən tədbirlərə baxmayaraq,
əsasən, venadaxili narkotik
istifadəçilərinin və əmək
miqrantlarının hesabına, eləcə də
HİV-lə bağlı sanitar-maarifləndirmə
işinin lazımi səviyyədə olmaması,
cəmiyyətdə bu şəxslərə qarşı stiqma
və diskriminasiya yaradan stereotipin
dominantlıq təşkil etməsi səbəbindən
vaxtında müayinə və postkontakt müalicə üçün müraciətlərin edilməməsi,
HİV-dən qorunma mədəniyyətinin formalaşmaması, zərərin azaldılması
proqramlarına inamsız münasibət və bu sahədə lazımi hüquqi bazanın
olmaması kimi səbəblərdən respublikamızda HİV-ə yoluxanların sayı ildən-ilə
artmaqdadır. Qeyd etdiyim 2.224 rəqəmi yalnız müayinə olunaraq diaqnozu
təsdiq edilmiş xəstələrin sayını göstərir. Əsil həqiqətdə isə ölkədə HİV-ə
yoluxmuş, lakin aşkarlanmamış şəxslərin sayı rəsmi statistikadan bir neçə
dəfə çoxdur.
Dünyada tibbi, sosial, hüquqi baxımdan HİV-ə münasibəti bir-birinə
tamamilə zidd olan 2 mərhələyə bölmək olar. Əgər XX əsrin sonlarına qədər
müalicəsi olmayan və sürətlə yayılan bu xəstəliyi hətta tibb mütəxəssisləri və
hüquq müdafiəçiləri "XX əsrin taunu" adlandırır və onu bu xəstəliyə ən çox
tutulan narkomanlara və riskli cinsi davranış tətbiq edən şəxslərə Allahın
cəzası hesab edir, xəstəliyin qarşısının alınmasının əsas yolunu belə şəxslərlə
kontaktın azaldılması və hətta onların cəmiyyətdən izolyasiyasında
görürdülərsə, XXI əsrin əvvəllərində 2 hadisə HİV-ə qarşı dünya
ictimaiyyətinin fikrini tam əks istiqamətdə dəyişdi. Bunlar aşağıdakılardır:
1. Xəstəliyin istənilən mərhələsində infeksiyanın inkişafını dayandıran, xəstə
şəxsin ömrünü və əmək qabiliyyətini xeyli uzadan, zədələnmiş immun
sistemin fəaliyyətini bərpa edə bilən yeni nəsil antiretrovirus preparatlarının
kəşf olunması;
2. BMT-nin Baş Assambleyası tərəfindən 2001-ci ilin iyununda HİV
infeksiyasına və bu infeksiyaya yoluxmuş şəxslərə tibbi, sosial, hüquqi,
mənəvi-əxlaqi münasibətlərin tamamilə yeni müstəviyə keçirilməsini tövsiyə
edən "HİV/AİDS-lə mübarizə işində tərəfdaşlıq" Deklarasiyasının qəbul
edilməsi. Bu Deklarasiya HİV/AİDS-lə mübarizənin 12 rəhbər prinsipini
müəyyənləşdirdi və üzv dövlətlərə tövsiyə etdi.
Hazırda Milli Məclisin müzakirəsində olan "İnsanın immunçatışmazlığı
virusunun törətdiyi xəstəliklə (HİV infeksiyası ilə) mübarizə haqqında" qanun
layihəsi yuxarıda qeyd olunan zərurətlər, Azərbaycandakı və dünyadakı
reallıqlar nəzərə alınmaqla, ÜST-in və BMT-nin tövsiyələri, MDB-nin model
qanunu, 12 ölkənin, o cümlədən, Portuqaliya, İspaniya, CAR, Uqanda, RF,
Moldova, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Gürcüstan
respublikalarının qanunları ətraflı təhlil edilməklə hazırlanmışdır. Qanun
layihəsinin ilk variantında işçi qrupu mövcud qanuna əlavə və dəyişikliklər
edilməsini nəzərdə tuturdu. Lakin layihə üzərində iş prosesində qanunun
fəlsəfəsinin tamamilə dəyişdiyini və mahiyyətcə hər maddəyə əlavə və
dəyişikliyin edilməsi labüdlüyünü nəzərə alaraq tamamilə yeni qanunun
işlənməsini məqsədəuyğun saymışdır. 7 fəsildən, 30 maddədən ibarət qanun
layihəsinin 6 maddəsini əhatə edən I fəslində ümumi müddəalar, əsas
anlayışlar, HİV-lə mübarizənin əsas prinsipləri, bu sahədəki dövlət təminatı,
maarifləndirmə və maliyyələşdirmə məsələləri öz əksini tapır.
Bu qanun layihəsi həm konseptual baxımdan, həm də məzmun etibarı ilə
HİV/AİDS problemlərinə yeni baxışlar sistemini özündə ehtiva edir. Qanunun
yenilikçi mahiyyəti ondan ibarətdir ki, bundan sonra ölkəmizdə HİV/AİDS
hadisəsinə dəhşətli, sürətlə yayılan və əlacı olmayan ağır xəstəlik kimi deyil,
bəşəriyyətin artıq 30 ilə yaxın tanıdığı və mübarizə apardığı, qorunma yolları
məlum olan, yoluxma hadisəsi baş verdikdə müalicə üsulları və dərman
preparatları ilbəil yeniləşən xroniki infeksiya kimi baxmağı öyrənək, HİV-ə
yoluxmuş şəxslərə üzdə deyil, daxilən tolerant münasibət bəsləyə bilək,
onlara nə ikrah hissi ilə baxmayaq, nə də onlara yazığımız gəlməsin. HİV-lə
yaşayan şəxslərin statusunu cəmiyyət tərəfindən şəkərli diabet, hipertoniya,
revmatizm və sairə xroniki xəstəliklərdə olduğu kimi insanın həyat tərzi
olaraq qəbul edilməsinə çalışmalıyıq. Layihədə əks olunmuş zərərin
azaldılması proqramları dünyanın bir çox ölkələrində həm HİV/AİDS
infeksiyasının yayılmasının qarşısının alınması, həm də narkomaniya və
onunla bağlı cinayətkarlığın azaldılması sahəsində uğurla tətbiq edilir.
immun sistemi
→ HIV/AIDS
-
ə
dair 10 fakt
1.
AIDS - bu virus immunçatışmamazlığı virusuna yoluxmağa səbəb olur
və orqanizmin qorunma sistemini dağıdır. AİDS ilə xəstələnmiş insanlar
zəifləyirlər, çünki onların orqanizmi xəstəlik ilə mübarizə aparmaq
qabiliyyətini itirir. Son nəticədə onlar ölürlər. HİV.AİDS-in müalicəsi
yoxdur.
2. Ola bilsin ki, 10 il keçsin və yalnız bundan sonra HİV.AİDS özünü
göstərsin. Onа görə
HİV
ilə yoluxmuş şəxs özünü uzun illər çox
gümrah və sağlam hiss edə bilər, lakin digərini yoluxdura bilər. Yeni
müalicə üsulları belə xəstələrə müəyyən qədər sağlam həyatlarını
davam etdirməyə kömək edə bilir. Ancaq virus bu insanın bədənində
hər zaman qalacaq və o, başqalarını bu xəstəliyə yoluxduracaq.
3. HİV ilə yoluxma insanın bədəninə HİV ilə yoluxmuş bioloji maye
halında daxil olur. Onu da qeyd etmək lazımdır ki, HİV özünün müxtəlif
dərəcələrində yoluxdura bilər. HİV aşağıdakı bioloji mayelərdə olur:
qan, sperma və vaginal ifrazat, döş südündə. Öpüş zamanı ağız
tüpürcəyində virus aşkar edilməyib. Əgər hər iki tərəfdən birinin
ağzında yara varsa, HİV ilə xəstə olan bu yaraya HİV yoluxdura bilər.
Paltar, qab-qacaq vasitəsilə HİV-ə yoluxmaq mümkün deyil.
4. Bütün dünyada virus əsasən cinsi yolla keçir. Avropanın vəMərkəzi
Asiyanın bəzi ölkələrində virus əsasən narkotik maddə qəbul edən
vurduqları iynədən başqa şəxslərin istifadə etməsi nəticəsində keçir.
Gənc qızlar HİV-ə qadınlara nisbətən daha həssasdırlar.
5. Cinsi Yolla Keçən Xəstəliklərə yoluxan insanlarda HİV.AİDS təhlükəsi
ilə yoluxmaların ehtimalı daha çoxdur və onlar infeksiyanı başqalarına
ötürə bilərlər. Belə insanlar müalicə üçün tez bir zamanda həkimə
müraciət etməli və öz partnyorlarını xəbərdar etməlidirlər. Cinsi Yolla
Keçən Xəstəliklərə yoluxmuş adamın HİV-ə yoluxma təhlükəsi 5 dəfə
çoxdur. Həmçinin bu insanların infeksiyanı daha tez ötürmək riskləri də
vardır.
6. Bu xoşagəlməz halları azaltmaq üçün aşağıdakı şərtlər vacibdir: HİV
profilaktikası üçün təsadüfi qorunmamış cinsi əlaqələrdən imtina
etmək.
7. HİV-in digər keçmə üsulu sterilizə edilməmiş iynə, şpris, ülgüc,
bıcaq və başqa alətlərin istifadə edilməsidir. Vena daxilinə narkotik
maddə qəbul edən insanlar HİV/AİDS-ə daha tez yoluxurlar.
Narkotiklərdən istifadə insan şüuruna təsir edir və riskli cinsi əlaqələrin
qurulmasına da səbəb olur.
8. Əgər kimsə güman edir ki, o, HİV-ə yoluxub, elə həmin gün həkimə
və yaxud HİV/AİDS mərkəzinə müraciət etməlidir. Həmin şəxs burada
məxfi məlumatlar ala bilər. HİV testi qanda olan virusu yoluxandan 2
həftə sonra təyin edə bilər. AİDS-ə yoluxma 10 il ərzində inkişaf edə
bilər. Yadda saxlayin ki, hətta AİDS-lə yaşayan insan belə səmərəli və
sağlam həyat tərzi sürə bilər.
9. HİV gündəlik kontaktlardan keçmir, məsələn: qucaqlaşma, əl sıxma,
görüşmə. Hovuzda çimməkdən. Tualetin oturacağından, ümumi yataq
dəstindən, qab-qacaqdan, öskürəkdən və s.
10. HİV/AİDS-ə yoluxan və yaxud yoluxma şübhəsi оlan insanların
diskriminasiyasi insan hüquqlarını pozur, ümumi səhiyyəni təhlükə
altına salır. HİV/AİDS-ə yoluxmuş hər bir insan mərhəməy hissinə
layiqdir.
QİÇS və qadın, QİÇS və kişi
Statistik məlumatlar göstərir ki, qadınlar İİV-ə kişilərə nisbətən daha tez yoluxurlar.
İİV/QİÇS hamıya aiddir və hər kəs ona yoluxa bilər. QİÇS-lə ən çox onun haqqında
məlumatı olmayanlar qarşılaşırlar.
Qadınlar İİV-ə necə yoluxa bilərlər?
- İİV-ə yoluxmuş şəxslə prezervativsiz cinsi əlaqədə olduqda.
- İİV-ə yoluxmuş şəxsin qanı vasitəsilə.
- İİV-ə yoluxmuş qanın köçürülməsi zamanı.
- Eyni şpris və iynələrlə müxtəlif dərman və narkotiklərin yeridilməsi zamanı.
-
İİV-ə yoluxmuş insanın qanı ilə təmasda olmuş tibbi alətlərdən istifadə zamanı (qadın,
diş həkimlərinə və s. müraciət edərkən).
-
Gözəllik salonlarında İİV-ə yoluxmuş insanın qanı ilə təmasda olmuş kəsici alətlərdən
istifadə zamanı (manikür, tatuaj, qulaq deşmə və s.).
- İİV-ə yoluxmuş qadından uşağa - hamiləlik zamanı, doğuş zamanı, ana südü ilə
qidalanma zamanı yoluxa bilər.
Kişilər arasında QİÇS-ə yoluxmalar əsasən erkən və təsadüfi cinsi əlaqələr nəticəsində
baş verir.
Unutmayın!
Yoluxmamağın ən yüksək zəmanətini cinsi əlaqə zamanı istifadə olunan kondomlar
(prezervativlər) verir.
Yoluxmadan tam zəmanəti yalnız təsadüfi cinsi əlaqələrdən çəkinmə verə bilər.
Ailənizə sadiq olun və QİÇS-dən qorunun.
Dostları ilə paylaş: |