QİÇS nə dir?



Yüklə 68,23 Kb.
Pdf görüntüsü
tarix21.03.2017
ölçüsü68,23 Kb.
#12183

 

 

QİÇS nə

dir? 

 

 

 

 

 

 

 

 

 

                                                               

Vəsait

 

Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin İnformasiya

-resurs 

şöbəsi tərəfindən hazırlanmışdır.

 

immun sistemi

 

→ Qazanılmış immun çatışmazlığı sindromu



 

Hazırda bütün bəşəriyyəti narahat edən problemlərdən biri də hər yerdə 

"SPİD" adlandırdığımız qazanılmış immun çatışmazlığı sindromu - QİÇS-lə 

mübarizədir. Bu qorxulu xəstəliyi virus törədir. Xəstəliyin beynəlxalq işarəsi 

AİDS-dir. 

İmmun çatışmazlığı virusunun törətdiyi infeksiya uzunmüddətli gedişə malik 

olub, bir neçə müxtəlif mərhələdən ibarətdir. Elə buna görə alimlərin 

əksəriyyəti bütün xəstəliyi "İİÇV (insanın immun çatışmazlığı virusu) 

infeksiyası" termini ilə ifadə etməyi vacib sayır. QİÇS epidemiyasını 

pandemiya adlandırmağa başlayıblar ki, bu da əslində infeksiyanın bütün yer 

kürəsinə yayıldığını göstərir. Son zamanlar xəstəlik daha intensiv yayılaraq, 

epidemioloji mərkəz artıq Asiyada yerləşmək ərəfəsindədir. Bu bizi daha çox 

narahat etməlidir. 

İlk vaxtlar belə hesab edirdilər ki, 

QİÇS xəstəliyinə əsasən qeyri-

normal cinsi həyat tərzi keçirənlər 

tutulurlar. Lakin sonra bu xəstəliklər 

narkomanlarda, hətta uşaqlarda da 

aşkar edildi. Odur ki, bu sağalmaz 

bəlanın səbəblərini araşdırmaq 

aktual problemə çevrildi. Müəyyən 

edildi ki, QİÇS sağlam adama virusla 

yoluxur və ya xəstədən üç yolla keçə 

bilər: 1) cinsi əlaqə zamanı, 2) qan 

və ya onun preparatları ilə, 3) 

hamilə qadının qanı ilə uşağa. 

QİÇS törədicisinin müxtəlif 

konsentrasiyalarda orqanizmin 

bütün mayelərində (sperma, uşaqlıq 

boynu ifrazatı, qan plazması, beyin-onurğa beyni mayesi, gözyaşı, ağız suyu, 

sidik, qadın südü) tapılmışdır. Lakin xəstəliyin bunlardan hansı ilə yoluxması 

məsələsi - mübahisəlidir. 

Xəstələnmə kimlərdə daha güclü ehtimala malikdir? İlk növbədə təsadüfi 

şəxslərlə çoxsaylı cinsi əlaqədə olanlar həm xəstələnir və həm də xəstəliyi 

yayırlar. İkincisi, xarici vətəndaşlarla cinsi əlaqəyə girən qadınlar, üçüncüsü, 

narkomanlar, dördüncüsü, donar qanından istifadə edən xəstələr və nəhayət, 

biz hamımız yəni QİÇS-in nə olduğunu və qorunma tədbirlərini bilməyənlər 

və ya bilib əməl etməyənlər. 

Seksual kontaktları olmayan, eləcə də normal sağlam cinsi həyat tərzi 

keçirən və bir cinsi partnyoru olan, intim həyatda qarşılıqlı sədaqəti qoruyan 

şəxslər QİÇS xəstəliyindən xeyli qorunmuş olur. Xəstəliyin yoluxma yollarını 

və onlardan qorunma tədbirlərini bilən, əməl edən şəxslər də QİÇS virusları 

ilə yoluxmurlar. 

QİÇS insanın immun sistemini parçalayan infeksion xəstəlikdir. İmmun 

sistem orqanizmin müxtəlif infeksion xəstəlik törədicilərindən və yad 

maddələrdən müdafiəsini təmin edən reaksiya və mexanizmlərinin 

məcmusudur. İnsan orqanizmində bu funksiyam yerinə yetirən timus vəzi, 

sümük iliyi, limfa düyünləri, dalaq, qaraciyər və s. orqanlardır. İmmun 



sistemin mühüm hüceyrələri limfositlər, makrofaqlar və monositlərdir. Sinir 

sisteminin hüceyrələri də QİÇS törədicilərinə qarşı çox həssasdır. İİÇV 

bilavasitə qaraciyər, ürək, sümük və başqa orqanların hüceyrələrini zədələyir 

QİÇS virusu seçici surətdə xüsusən T - limfositləri zədələdiyindən, onlar 

orqanizmi xarici və daxili düşmənlərdən - infeksion xəstəlik törədicilərindən 

qorumaq funksiyasını yerinə yetirə bilmir. Nəticədə adi halda insan orqanizmi 

üçün təhlükəli olmayan mikroorqanizmlər ölümlə nəticələnən infeksiyaların 

inkişafına səbəb olur. Eləcə də pozulmuş immun sistem fonunda bədxassəli 

şiş hüceyrələri zərərsizləşdirilmir və sürətlə artıb çoxalır ki, bu da təhlükəli 

bədxassəli şişlərin artmasına səbəb olur. 

QİÇS-lə yoluxmuş bir çox şəxslər qısa müddət ərzində xəstələnir və ölürlər. 

Digərləri isə uzun illər virusgəzdirici kimi yaşayırlar. QİÇS virusu ilə 

yoluxduqdan sonra inkubasiya dövrü (gizli dövr) 3-6 həftə çəkir. Sonra 

xəstəliyin kəskin mərhələsi başlanır. Xəstəliyin əsas əlamətləri: titrətmə, 

angina, limfa düyünlərinin böyüməsi, dəridə səpgilər və s. Sonra əlamətlər 

keçib gedir, xəstə virusgəzdirici kimi sağlam adamlardan seçilmir. Növbəti 

mərhələdə boyun, qoltuqaltı, dirsək və s. limfa düyünlərinin böyüməsi, bəzi 

xəstələrdə titrətmə ola bilər. Sonrakı mərhələdə isə xəstəliyə aid olmayan 

əlamətlər özünü büruzə verir: qızdırma, çox arıqlama, ümumi zəiflik, iş 

qabiliyyətinin və yuxunun pozulması və s. QİÇS ikincili infeksiyalar və 

bədxassəli şişlərlə müşayiət olunur və ölümə səbəb olur. Göstərilən 

əlamətlər hər bir şəxsi İİÇV infeksiyasından şübhələnməyə və müayinəyə 

vadar etməlidir. 

Hazırda malyariyaya, şəkərli diabetə, hepatitə, vərəmə və s. tutulmuş, 

onkoloji xəstəliyi olan, həmçinin 1 aydan artıq temperaturu düşməyən, ishalı 

dayanmayan və s. xəstələrin hamısını QİÇS-ə görə müayinə etmək vacib 

hesab olunur. 

Həm xəstə, həm də 

müalicə edən həkim üçün 

QİÇS insana ölüm gətirən 

çoxbaşlı əjdahadır. Lakin 

diaqnoz vaxtında 

qoyularsa, bu təhlükəli 

xəstəliyin inkişafını 

dayandırmaq mümkündür. 

Bu sahədə ən ümidverici 

və güclü dərman preparatı 

azidotimidin (AZT) sayılır. 

Lakin dərmanla müalicə 

həkim nəzarəti altında 

olmalıdır. 

Özünümüalicədən söhbət 

belə gedə bilməz. 

Özünü lazımi qaydada 

aparan və İİÇV 

infeksiyasını yaymayan 

xəstələri cəmiyyətdən izolə 

etməyə ehtiyac yoxdur, 



qəsdən digər şəxsləri yoluxduranlar isə cinayət məsuliyyətinə cəlb olunurlar. 

Hələ QİÇS-in profilaktikasında effektli peyvənd tapılmamışdır. Xəstəliyin 

profilaktikası onun törədicilərinə və yayıcılarına qarşı ciddi mübarizə 

tədbirlərindən ibarətdir. 

Respublikamızda QİÇS-lə mərkəzləşdirilmiş şəkildə mübarizə məqsədilə 

Respublika SPİD-lə mübarizə və profilaktika mərkəzi bir sıra tədbirlər həyata 

keçirir. Mərkəzin nəzdində anonim müayinə kabineti fəaliyyət göstərir. 

Bundan başqa, bir çox xəstəxana və poliklinikalarda da belə şöbələr təşkil 

edilmişdir. 

QİÇS-ə görə öz pasport məlumatlarını bildirməklə respublikanın istənilən 

şəhər və rayonlarında diaqnostik laboratoriyası olan və QİÇS-i müəyyən 

etmək üçün müayinə aparılan müalicə - profilaktika müəssisələrində 

müayinə olunmaq mümkündür. 

Bakı şəhərində SPİD-lə mübarizə və profilaktika mərkəzinin anonim 

kabinetində anonim, yəni pasport məlumatlarını bildirmədən müayinədən 

keçmək olar. Burada həm də həkimdən, mütəxəssislərdən QİÇS probleminə 

aid bütün suallara cavab və məsləhət almaq mümkündür. 

Ümumdünya Səhiyyə 

Təşkilatının

 proqnozuna görə yaxın 

illərdə İİÇV ilə yoluxmuşların sayı 30-

40 milyona çatacaq və 8 ildə bu rəqəm 

3-4 dəfə artacaqdır. Bu da hər il 

milyondan yuxarı adamın QİÇS 

diaqnozu ilə ölümü deməkdir. Buradan 

xəstəliklə mübarizənin nə qədər zəruri 

olduğu aşkardır. Ümumdünya Səhiyyə 

Təşkilatı 1988-ci ildən dekabrın birini 

«Ümumdünya QİÇS-lə mübarizə günü» 

elan etmişdir. Hər bir ölkədə xəstəliyin 

qarşısının alınmasına yönəldilmiş 

sanitariya maarifi işi, konfrans, seminar 

və digər tədbirlər keçirilməlidir. 

Milli adət-ənənələrimiz, dini qaydalarımız xəstəliyin xeyli müddət qarşısını ala 

bilmişdi. Lakin müasir gənclərimizin bu adət-ənənələri unutması, 

respublikamıza xarici vətəndaşların axını və s. xəstəliklə mübarizəyə daha 

ciddi yanaşılmanı tələb edir. 

 

 

immun sistemi



 

→ HİV infeksiyası

 

Bəşər tarixinin ən dağıdıcı, ən təhlükəli epidemiyalarından biri ötən əsrin 80-



ci illərində meydana çıxmış, qısa müddət ərzində bütün qitələrə yayılmış 

insanın immunçatışmazlığı virisu infeksiyası, artıq beynəlxalq aləmdə qəbul 

olunmuş terminologiya ilə söyləsək, HİV infeksiyasıdır. Məlumat üçün 

bildirmək istəyirəm ki, HİV infeksiyasının daşıyıcısı olan ilk xəstə 1981-ci ildə 

ABŞ-da qeydə alınmış, 1982-ci ildə bu xəstəliyin ağır formasına "

Qazanılmış 

immunçatışmazlığı sindromu

" adı verilmiş, 1983-cü ildə fransız alimi Lyük 



Montana, 1984-cü ildə isə amerikan alimi Robert Qallo tərəfindən HİV virusu 

kəşf edilmişdir. Həmin vaxtdan ötən 25 il ərzində dünyada 63 milyon insan 

HİV infeksiyasına yoluxmuş, onlardan 25 milyonu bu səbəbdən dünyasını 

dəyişmişdir. HİV-ə yoluxanların və bu infeksiyadan dünyasını dəyişənlərin 

90%-i inkişaf etməkdə olan ölkələrdə yaşayır. HİV-ə yoluxan şəxslərin 70%-

ni 15-39 yaşlı şəxslər, 43%-ni qadınlar təşkil edir.  

 

Azərbaycanda ilk HİV infeksiyası 



1987-ci ildə Neft-Kimya İnstitutunun 

tələbəsi olan Uqanda vətəndaşında 

aşkar edilmişdir. Hazırda ölkəmizdə 

2.224 nəfər insan HİV infeksiyasına 

yoluxmuş, 274 nəfər isə bu 

səbəbdən vəfat etmişdir. HİV-ə 

yoluxanların 2.138 nəfəri (96,1%) 

Azərbaycan vətəndaşları, 86 nəfəri 

(3,9%) isə əcnəbilərdir. Yaş tərkibinə 

görə HİV-ə yoluxanların 0,5%-i 15 

yaşadək uşaqlar, 91,1%-i isə 19-49 

yaşlarında olan şəxslərdir.  

"İnsanın immunçatışmazlığı 

virusunun törətdiyi xəstəliyin (AİDS) 

yayılmasının qarşısının alınması 

haqqında" mövcud qanun 1996-cı 

ildə qəbul edilmişdir. Həmin vaxt 

Azərbaycanda cəmi 2 HİV infeksiyalı 

şəxs aşkar edilmiş, HİV-lə 

mübarizənin mükəmməl şəbəkəsi 

olmamışdır. Ötən müddət ərzində 

HİV-ə münasibət həm Azərbaycanda, 

həm də dünyada xeyli dəyişmişdir. 

 

Görülən tədbirlərə baxmayaraq, 



əsasən, venadaxili narkotik 

istifadəçilərinin və əmək 

miqrantlarının hesabına, eləcə də 

HİV-lə bağlı sanitar-maarifləndirmə 

işinin lazımi səviyyədə olmaması, 

cəmiyyətdə bu şəxslərə qarşı stiqma 

və diskriminasiya yaradan stereotipin 

dominantlıq təşkil etməsi səbəbindən 

vaxtında müayinə və postkontakt müalicə üçün müraciətlərin edilməməsi, 

HİV-dən qorunma mədəniyyətinin formalaşmaması, zərərin azaldılması 

proqramlarına inamsız münasibət və bu sahədə lazımi hüquqi bazanın 

olmaması kimi səbəblərdən respublikamızda HİV-ə yoluxanların sayı ildən-ilə 

artmaqdadır. Qeyd etdiyim 2.224 rəqəmi yalnız müayinə olunaraq diaqnozu 

təsdiq edilmiş xəstələrin sayını göstərir. Əsil həqiqətdə isə ölkədə HİV-ə 

yoluxmuş, lakin aşkarlanmamış şəxslərin sayı rəsmi statistikadan bir neçə 


dəfə çoxdur. 

 

Dünyada tibbi, sosial, hüquqi baxımdan HİV-ə münasibəti bir-birinə 



tamamilə zidd olan 2 mərhələyə bölmək olar. Əgər XX əsrin sonlarına qədər 

müalicəsi olmayan və sürətlə yayılan bu xəstəliyi hətta tibb mütəxəssisləri və 

hüquq müdafiəçiləri "XX əsrin taunu" adlandırır və onu bu xəstəliyə ən çox 

tutulan narkomanlara və riskli cinsi davranış tətbiq edən şəxslərə Allahın 

cəzası hesab edir, xəstəliyin qarşısının alınmasının əsas yolunu belə şəxslərlə 

kontaktın azaldılması və hətta onların cəmiyyətdən izolyasiyasında 

görürdülərsə, XXI əsrin əvvəllərində 2 hadisə HİV-ə qarşı dünya 

ictimaiyyətinin fikrini tam əks istiqamətdə dəyişdi. Bunlar aşağıdakılardır: 

 

1. Xəstəliyin istənilən mərhələsində infeksiyanın inkişafını dayandıran, xəstə 



şəxsin ömrünü və əmək qabiliyyətini xeyli uzadan, zədələnmiş immun 

sistemin fəaliyyətini bərpa edə bilən yeni nəsil antiretrovirus preparatlarının 

kəşf olunması; 

 

2. BMT-nin Baş Assambleyası tərəfindən 2001-ci ilin iyununda HİV 



infeksiyasına və bu infeksiyaya yoluxmuş şəxslərə tibbi, sosial, hüquqi, 

mənəvi-əxlaqi münasibətlərin tamamilə yeni müstəviyə keçirilməsini tövsiyə 

edən "HİV/AİDS-lə mübarizə işində tərəfdaşlıq" Deklarasiyasının qəbul 

edilməsi. Bu Deklarasiya HİV/AİDS-lə mübarizənin 12 rəhbər prinsipini 

müəyyənləşdirdi və üzv dövlətlərə tövsiyə etdi.  

 

Hazırda Milli Məclisin müzakirəsində olan "İnsanın immunçatışmazlığı 



virusunun törətdiyi xəstəliklə (HİV infeksiyası ilə) mübarizə haqqında" qanun 

layihəsi yuxarıda qeyd olunan zərurətlər, Azərbaycandakı və dünyadakı 

reallıqlar nəzərə alınmaqla, ÜST-in və BMT-nin tövsiyələri, MDB-nin model 

qanunu, 12 ölkənin, o cümlədən, Portuqaliya, İspaniya, CAR, Uqanda, RF, 

Moldova, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Gürcüstan 

respublikalarının qanunları ətraflı təhlil edilməklə hazırlanmışdır. Qanun 

layihəsinin ilk variantında işçi qrupu mövcud qanuna əlavə və dəyişikliklər 

edilməsini nəzərdə tuturdu. Lakin layihə üzərində iş prosesində qanunun 

fəlsəfəsinin tamamilə dəyişdiyini və mahiyyətcə hər maddəyə əlavə və 

dəyişikliyin edilməsi labüdlüyünü nəzərə alaraq tamamilə yeni qanunun 

işlənməsini məqsədəuyğun saymışdır. 7 fəsildən, 30 maddədən ibarət qanun 

layihəsinin 6 maddəsini əhatə edən I fəslində ümumi müddəalar, əsas 

anlayışlar, HİV-lə mübarizənin əsas prinsipləri, bu sahədəki dövlət təminatı, 

maarifləndirmə və maliyyələşdirmə məsələləri öz əksini tapır. 

 

 

Bu qanun layihəsi həm konseptual baxımdan, həm də məzmun etibarı ilə 



HİV/AİDS problemlərinə yeni baxışlar sistemini özündə ehtiva edir. Qanunun 

yenilikçi mahiyyəti ondan ibarətdir ki, bundan sonra ölkəmizdə HİV/AİDS 

hadisəsinə dəhşətli, sürətlə yayılan və əlacı olmayan ağır xəstəlik kimi deyil, 

bəşəriyyətin artıq 30 ilə yaxın tanıdığı və mübarizə apardığı, qorunma yolları 

məlum olan, yoluxma hadisəsi baş verdikdə müalicə üsulları və dərman 

preparatları ilbəil yeniləşən xroniki infeksiya kimi baxmağı öyrənək, HİV-ə 



yoluxmuş şəxslərə üzdə deyil, daxilən tolerant münasibət bəsləyə bilək, 

onlara nə ikrah hissi ilə baxmayaq, nə də onlara yazığımız gəlməsin. HİV-lə 

yaşayan şəxslərin statusunu cəmiyyət tərəfindən şəkərli diabet, hipertoniya, 

revmatizm və sairə xroniki xəstəliklərdə olduğu kimi insanın həyat tərzi 

olaraq qəbul edilməsinə çalışmalıyıq. Layihədə əks olunmuş zərərin 

azaldılması proqramları dünyanın bir çox ölkələrində həm HİV/AİDS 

infeksiyasının yayılmasının qarşısının alınması, həm də narkomaniya və 

onunla bağlı cinayətkarlığın azaldılması sahəsində uğurla tətbiq edilir. 



 

immun sistemi

 

→ HIV/AIDS



-

ə

 dair 10 fakt 



1.

 

AIDS - bu virus immunçatışmamazlığı virusuna yoluxmağa səbəb olur 



və orqanizmin qorunma sistemini dağıdır. AİDS ilə xəstələnmiş insanlar 

zəifləyirlər, çünki onların orqanizmi xəstəlik ilə mübarizə aparmaq 

qabiliyyətini itirir. Son nəticədə onlar ölürlər. HİV.AİDS-in müalicəsi 

yoxdur.  

 

2. Ola bilsin ki, 10 il keçsin və yalnız bundan sonra HİV.AİDS özünü 



göstərsin. Onа görə 

HİV 


ilə yoluxmuş şəxs özünü uzun illər çox 

gümrah və sağlam hiss edə bilər, lakin digərini yoluxdura bilər. Yeni 

müalicə üsulları belə xəstələrə müəyyən qədər sağlam həyatlarını 

davam etdirməyə kömək edə bilir. Ancaq virus bu insanın bədənində 

hər zaman qalacaq və o, başqalarını bu xəstəliyə yoluxduracaq.  

 

3. HİV ilə yoluxma insanın bədəninə HİV ilə yoluxmuş bioloji maye 



halında daxil olur. Onu da qeyd etmək lazımdır ki, HİV özünün müxtəlif 

dərəcələrində yoluxdura bilər. HİV aşağıdakı bioloji mayelərdə olur: 

qan, sperma və vaginal ifrazat, döş südündə. Öpüş zamanı ağız 

tüpürcəyində virus aşkar edilməyib. Əgər hər iki tərəfdən birinin 

ağzında yara varsa, HİV ilə xəstə olan bu yaraya HİV yoluxdura bilər. 

Paltar, qab-qacaq vasitəsilə HİV-ə yoluxmaq mümkün deyil.  

 

4. Bütün dünyada virus əsasən cinsi yolla keçir. Avropanın vəMərkəzi 



Asiyanın bəzi ölkələrində virus əsasən narkotik maddə qəbul edən 

vurduqları iynədən başqa şəxslərin istifadə etməsi nəticəsində keçir. 

Gənc qızlar HİV-ə qadınlara nisbətən daha həssasdırlar.  

 

5. Cinsi Yolla Keçən Xəstəliklərə yoluxan insanlarda HİV.AİDS təhlükəsi 



ilə yoluxmaların ehtimalı daha çoxdur və onlar infeksiyanı başqalarına 

ötürə bilərlər. Belə insanlar müalicə üçün tez bir zamanda həkimə 

müraciət etməli və öz partnyorlarını xəbərdar etməlidirlər. Cinsi Yolla 

Keçən Xəstəliklərə yoluxmuş adamın HİV-ə yoluxma təhlükəsi 5 dəfə 

çoxdur. Həmçinin bu insanların infeksiyanı daha tez ötürmək riskləri də 

vardır. 


 

6. Bu xoşagəlməz halları azaltmaq üçün aşağıdakı şərtlər vacibdir: HİV 

profilaktikası üçün təsadüfi qorunmamış cinsi əlaqələrdən imtina 


etmək. 

 

7. HİV-in digər keçmə üsulu sterilizə edilməmiş iynə, şpris, ülgüc, 



bıcaq və başqa alətlərin istifadə edilməsidir. Vena daxilinə narkotik 

maddə qəbul edən insanlar HİV/AİDS-ə daha tez yoluxurlar. 

Narkotiklərdən istifadə insan şüuruna təsir edir və riskli cinsi əlaqələrin 

qurulmasına da səbəb olur. 

 

8. Əgər kimsə güman edir ki, o, HİV-ə yoluxub, elə həmin gün həkimə 



və yaxud HİV/AİDS mərkəzinə müraciət etməlidir. Həmin şəxs burada 

məxfi məlumatlar ala bilər. HİV testi qanda olan virusu yoluxandan 2 

həftə sonra təyin edə bilər. AİDS-ə yoluxma 10 il ərzində inkişaf edə 

bilər. Yadda saxlayin ki, hətta AİDS-lə yaşayan insan belə səmərəli və 

sağlam həyat tərzi sürə bilər.  

 

9. HİV gündəlik kontaktlardan keçmir, məsələn: qucaqlaşma, əl sıxma, 



görüşmə. Hovuzda çimməkdən. Tualetin oturacağından, ümumi yataq 

dəstindən, qab-qacaqdan, öskürəkdən və s. 

 

10. HİV/AİDS-ə yoluxan və yaxud yoluxma şübhəsi оlan insanların 



diskriminasiyasi insan hüquqlarını pozur, ümumi səhiyyəni təhlükə 

altına salır. HİV/AİDS-ə yoluxmuş hər bir insan mərhəməy hissinə 

layiqdir.  

 

 



 

 

 



 

 


QİÇS və qadın, QİÇS və kişi

 

Statistik məlumatlar göstərir ki, qadınlar İİV-ə kişilərə nisbətən daha tez yoluxurlar. 



İİV/QİÇS hamıya aiddir və hər kəs ona yoluxa bilər. QİÇS-lə ən çox onun haqqında 

məlumatı olmayanlar qarşılaşırlar.

 

 

 



Qadınlar İİV-ə necə yoluxa bilərlər?

 

- İİV-ə yoluxmuş şəxslə prezervativsiz cinsi əlaqədə olduqda.



 

- İİV-ə yoluxmuş şəxsin qanı vasitəsilə.

 

- İİV-ə yoluxmuş qanın köçürülməsi zamanı.



 

- Eyni şpris və iynələrlə müxtəlif dərman və narkotiklərin yeridilməsi zamanı.

 



İİV-ə yoluxmuş insanın qanı ilə təmasda olmuş tibbi alətlərdən istifadə zamanı (qadın, 



diş həkimlərinə və s. müraciət edərkən).

 



Gözəllik salonlarında İİV-ə yoluxmuş insanın qanı ilə təmasda olmuş kəsici alətlərdən 

istifadə zamanı (manikür, tatuaj, qulaq deşmə və s.).

 

- İİV-ə yoluxmuş qadından uşağa - hamiləlik zamanı, doğuş zamanı, ana südü ilə 



qidalanma zamanı yoluxa bilər.

 

Kişilər arasında QİÇS-ə yoluxmalar əsasən erkən və təsadüfi cinsi əlaqələr nəticəsində 



baş verir.

 

Unutmayın!



 

Yoluxmamağın ən yüksək zəmanətini cinsi əlaqə zamanı istifadə olunan kondomlar 

(prezervativlər) verir.

 

Yoluxmadan tam zəmanəti yalnız təsadüfi cinsi əlaqələrdən çəkinmə verə bilər.



 

Ailənizə sadiq olun və QİÇS-dən qorunun.



 

 

 



Yüklə 68,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin