Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,95 Mb.
Pdf görüntüsü
səhifə16/45
tarix05.05.2017
ölçüsü3,95 Mb.
1   ...   12   13   14   15   16   17   18   19   ...   45

                                                                                                 NİGAR HƏSƏNOVA                           

   XALİDƏ ZAMANOVA 

AzTU 

 

İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ ELLİPTİK 



CÜMLƏLƏRİN TƏSNİFATI 

 

Açar sözlər: mətn dilçiliyi, koheziya, ellipsis, ellipsisin növləri 



Key words: text linguistics, cohesion, ellipsis, types of ellipsis 

Ключевые слова: лингивистика текста, когезия, эллипсис, типы эллипсиса. 

 

Müasir dilçiliyin ən aktual məsələlərindən biri də  mətn dilçiliyidir. Müvafiq 



olaraq mətn dilçiliyinin tədqiqat obyektini mətn təşkil edir. Mətni xarakterizə edən, 

ona spesifik bir sıra əlamət və xassələr vardır. Bunlardan biri kimi mətnin tamlığını, 

bütövlüyünü qeyd etmək olar. Mətnin bütöv olması onun hərtərəfli dərk olunması 

üçün lazım olan başlıca tələblərdən biridir. Mətnin bütövlüyünü, tamlığını da şərt-

ləndirən bir sıra amillər vardır. Bütöv olmaq üçün mətn eyni zamanda əlaqəli olma-

lıdır (1). 

  Mətndaxili  əlaqələr, onların struktur semantik parametrləri mətn dilçiliyi 

üçün vacib əhəmiyyət kəsb edir. Bu səbəbdən onların öyrənilməsinə bir çox 

linqivistik tədqiqatlar həsr olunmuşdur. Bu tədqiqatlar içərisində M.A.K. Halliday 

və R.Hasanın  əsərlərini vurğulamaq olar. Müəlliflər öz əsərlərində  mətndaxili 

əlaqəliliyi bildirmək üçün koheziya (cohesion) terminindən istifadə etmiş, koheziv 

vasitələrin əhatəli təsvirini vermişdir (2). 

Burada irəli sürülən əsas konsepsiya və konseptual əsasda koheziyanın leksik 

və qrammatik üsullarının təsnifatı çox böyük uğur qazandı. Lakin bununla yanaşı 

qeyd etmək lazımdır ki, həmin konsepsiyanın bütün müddəaları bütün linqivistlər 

tərəfindən qeyd-şərtsiz qəbul edilmədi. 

De Boqrand və Dreslerin koheziya termininin izahı ilə bağlı fikirləri mövcud-

dur. Sözü gedən dilçilər və onlara həmfikir bəzi dilçilər yuxarıda qeyd olunan 

konsepsiyanı tənqid edərkən haqlı olaraq göstərir ki, M.A.K. Halliday mətn əlaqələ-

rində dərinlik və səthi planlar arasında həddi düzgün müəyyənləşdirmir (9). 

Müəyyən məlumatın maksimal dərəcədə səmərəli ötürülməsi üçün mətn sin-

taktik və semantik çərçivəyə malik olmalıdır. Mətn həm də daxili təşkilatlanmaya, 

orqanizasiyaya malikdir (3). 

Mətnin səthi struktur elementləri olan dil ifadələri arasındakı  əlaqələrdən, 

yəni koheziyadan danışmaq lazım gəlir (8). Koheziya linqivistik cəhətdən eksplisit-

dir və mətnin elementləri arasında semantik əlaqələri vurğulamaqla özünü göstərir. 

Ardıcıl cümlələr arasında semantik bağlar koherensiya və koheziya üçün fundamen-

taldır. Fikrimizcə burada tematik ardıcıllıq, qanunauyğunluq olmalıdır. Məhz bu cür 

ardıcıllıq və qanunauyğunluq koheziya ilə koherensiyanın qarşılıqlı əlaqəsini və on-

ların birinin digərini vurğulamasını şərtləndirən amillər sırasına daxildir. 

Ulla Connor koheziyaya aşağıdakı  təyinatı verir:  “ Koheziya cümlələr və 

mətnin hissələri arasında əlaqələri göstərmək üçün istifadə eksplisit linqivistik vasi-

tələrin işlədilməsidir. ”  Bu cür koheziv vasitələr oxucunun öncəki müddəaları mü-

vafiq olanlarla əlaqələndirməyə köməkçi olan ifadə və sözlərdən ibarətdir. (4) 



 

Filologiya  məsələləri – №7, 2013

 

 



145

Mətn tekstuallığın tələblərinə cavab verən kommunikativ hadisədir. Mətnin 

tamlığını  təyin edən standartları mövcuddur ki, bunlara koherensiya ( mətnin alt 

qatlarından bəhs edir, o, mətn istifadəçiləri arasında koqnitiv proseslərin məhsulu-

dur.), intersionallıq və koheziya aiddir. Qeyd edildiyi kimi koheziya mətnin üst qatı-

nın komponentlərindən, yəni bizim eşidib yaxud gördüyümüz real sözlərin əlaqə da-

xilində qarşılıqlı birləşməsini bildirən yollardan bəhs edir. Fikrimizcə  əsas olaraq 

bunlardan aşağıdakıları vurğulamaq lazımdır:  qrammatik-referensiya; substitusiya; 

ellipsis; leksik-qrammatik-bağlayıcı; leksik koheziya; 

Biz bu məqalədə qrammatik  koheziyanın növlərindən biri olan ellipsisdən 

danışırıq. 

Generativ dilçilikdə ellipsis termini bir sıra hadisələrə aid edilir, onların dərk 

edilən mənası linqivistik formalarla ifadə edilən mənasından daha əhatəlidir. Ellip-

sis o zaman yaranır ki, struktur cəhətdən vacib olan buraxılmamış, deyilməmiş ol-

sun. (5) 

Ellipsis leksiko-qrammatik kateqoriyadır. Mətnə xas olan bu hadisə zamanı 

adətən mətn vahidlərinin, yəni sözlər, birləşmələr, budaq cümlələr və s. işlədilmə-

məsi baş verir. Ellipsisdə əvəz etmə mümkündür. Ellipsis anaforik səciyyə daşıyır, 

nadir hallarda katafori ola bilir (4). Bu fenomenon həm yazılı, həm də şifahi mətnlə-

rə xas tipik cəhətdir, baxmayaraq ki, o daha çox danışıqda peyda olur, çünki danışıq 

daha az eksplisit olmağa meyllidir. Ədəbiyyatda, bədii əsərlərdə dialoq, danışıq əla-

və edilirsə o, ellipsislə zəngin olur. 

Ellipsis danışığa xas, situasiyadan doğan tipik hadisədir. Bu məqsədyönlü 

şəkildə edilən bir vasitədir. Ellipsis hadisəsi zamanı söz və ifadələri cümlələrdən 

bilərəkdən, məqsədəuyğun şəkildə buraxılır, baxmayaraq ki, məna başa düşülə bilir. 

Adətən o söz ifadələr buraxılır ki, onlar lüzumsuzdur, onların adı artıq əvvəl çəkilir 

və qeyd olunur. Ellipsis birləşmələrdə, qısa cavablarda və s. müşahidə olunur. Kiçik 

bir nitq nümunəsinə nəzər salaq: 

A.

 

Where are you going? 



B.

 

To town 



Tam cavab belə olmalı idi.  “ I’m going to town ” 

Ümumiyyətlə ellipsis anlaşılması sadə, mətnin  əlaqələnməsində isə olduqca 

mühüm  əhəmiyyətə malik dil fenomenidir. Onun unikallığı lazımı dil vahidinin 

işlənmədiyi hallarda mətnin bütövlüyünün təmin olunması, məzmunu ötürücünün 

niyyətinə müvafiq olaraq çatdırıla bilməsidir. 

Ellipsis bu və ya digər mətndə hər hansısa bir mətn vahidinin ( sözlər, cümlə-

lər, birləşmələr, budaq cümlələr ) işlədilməməsi və yaxud məqsədəuyğun  şəkildə 

buraxılması, asanlıqla bərpası mümkün olsa da, buna ehtiyacın duyulmadığını, 

əsasən şifahi şəkildə ifadə olunan mətnlərə xas, nitqə yüngüllük gətirən, lakin mə-

naya xələl vurmayan danışanın zaman və dil vahidlərinə qənaət niyyətindən irəli gə-

lən,  əvvəlki ifadədən və ümumi mənadan asanlıqla bərpa oluna bilən çox mühüm 

koheziya vasitəsidir. 

Ellipsisin 3 növü vardır:  Nominal ellipsis;  Klausal ellipsis;  Feli ellipsis; 

1-ci növ ellipsis nominal birləşmə daxilində sözün buraxılmasıdır. 

Məsələn, The teacher went to the board and ( he\ the teacher ) wrote on it. 

Feli ellipsis dedikdə feli birləşmə daxilində mövcud hansısa elementin 

buraxılması nəzərdə tutulur. 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



146

Məsələn, Have you been swimming?  Yes, I have (been swimming üçün boş-

luq qoyulmuşdur.) 

I could tell you, but I won’t. 

Elliptik feli birləşmənin mənasının birləşmədəki sözlərdən anlamaq olur. 

Buraxılmış sözlərin yeri bir növ dolu olur. 

Klauzal ellipsisdə ellipsisə fərqli yanaşılır. Budaq cümlə başlanğıc nöqtəsi ki-

mi götürülür. İngilis dilində budaq cümlə müxtəlif nitq funksiyalarının ( təsdiq, 

sual, cavab və s. ) ifadəsi kimi başa düşülür. Bu iki hissədən ibarət olur. Modal ele-

ment və propozisional elementə bölünür.  

Məsələn, The Duke was ( modal element ) going to plant a row of poplars in 

the park ( propozisional element ) 

What were they going?  Holding hands ( They were üçün boşluq qoyulmuşdur ) 

Ellipsis hadisəsi o zaman müşahidə olunur ki, vacib bir struktur element 

cümlədən buraxılır və yalnız əvvəlki mətndəki elementə istinadən bərpa oluna bilir. 

A.  Why’d you only set three places? Paul’s staying for dinner isn’t he? 

Aşağıda müəyyən bədii əsərdən götürülmüş nümunəyə nəzər salaq. 

They hauled Piggy clear of the wreckage and leaned him against tree. The 

night was cool and purged of immediate terror. Piggy’s breathing was little easier. 

Did you hurt, Piggy 

Not much. 

That was Jack and his hunters, said Ralph bitterly. Why can’t they leave us 

alone? 

We gave them something to think about, said Sam. Honesty compelled him to 



go on. At least you did. I got mixed up with myself in a corner. 

I gave one of them what for, said Ralph, Is mashed him up all right. 

He won’t want to come and fight us again in a hurry 

So did I, said Eric. When I woke up one was kicking me in the face. I got an 

awful bloody face, I thing, Ralph. But I did him in the end. 

What did you do? 

I got my knee up, said Eric with simple pride, and I hit him with in the… You 

should have heard him holler! He won’t come back in a hurry either. So we didn’t 

do too badly. 

Ralph moved suddenly in the dark; but then he heard Eric working his mouth. 

What’s the matter? 

Just too loose. 

Piggy drew up his legs. 

You all right, Piggy? 

Thought they wanted the conch. 

Müəyyən əsərdən götürülmüş yuxarıdakı hissə əsasən dialoq nümunələrindən 

təşkil olunmuşdur və bu dialoqlarda müvafiq sözlərin buraxıldığını müşahidə etmək 

mümkündür. Diqqətlə nəzər salsaq, görərik ki, işlədilməyən elementlərin bərpa edil-

məsi istənilən halda mümkündür, lakin onların buraxılması nitqə ağırlıq gətirməmək 

üçün edildiyindən deyilməyən dil vahidlərinin mövcud olduğu ifadələrin verildiyi 

kimi saxlanılması məqsədəuyğundur. 

  Bildiyimiz kimi ellipsis zamanı hansısa bir söz buraxılır. Ellipsis bu cəhət-

dən koheziyanın digər növü subtitusiyanı xatırladır. Bu iki hadisəni ayırmaq çətinlə-


 

Filologiya  məsələləri – №7, 2013

 

 



147

şir, lakin qeyd etmək lazımdır ki, ellipsis sözün birləşmənin cümlənin “sıfır” mor-

femlə əvəz olunmasıdır. Praktiki nöqteyi-nəzərdən hər iki anlayışa ayrıca yanaşmaq 

məqsədə uyğundur. Baxmayaraq ki, substitusiya da, ellipsis də  mətnin hissələri 

arasında mövcud eyni fundamental əlaqəni əhatə edir və bunlar struktur mexanizmi-

nin iki müxtəlif növüdür. Ellipsis deyilməyəni ifadə edir ( something unsaid ). La-

kin o demək deyil ki, deyilməyən anlaşılmayandır,  əksinə “deyilməyən” altında 

“hər vəziyyətdə başa düşülən” nəzərdə tutulur. 



Məsələn., Histories make men wise; poets witty; the mathematics subtle; natu-

ral philosophy deep; moral grave; logic and rhetoric able to contend. 

Yuxarıda verilən cümlələrin strukturlarına nəzər salsaq, görərik ki, birincidən 

başqa hamısının xəbəri buraxılmışdır. Cümlələr mübtəda və komplementdən ibarət-

dir. Budaq cümlələri aşağıdakı  şəkildə  şərh etmək olar. İkinci budaq cümlə  poets 



make men witty; üçüncü cümlə  mathematics make men subtle; dördüncü cümlə 

natural philosophy makes men deep beş və altıncı cümlələr də müvafiq şəkildə şərh 

olunur. 


Məsələn., Do you like Chinese food? 

Yeah. 

Yuxarıda verilən bu nümunədə isə  qənaət prinsipi irəli sürülərək tam cavab 

kimi “I like Chinese food” cümləsi işlədilməmiş, bütün cümlənin məzmunu 

təsdiqləyici bir ədat vasitəsi ilə vermək mümkün olmuşdur. Bu üsul sayəsində nitqə 

ağırlıq gətirməkdən qaçınılmışdır. 

Heç də fakt deyil ki, ellipsis işlənərkən danışan hər hansı bir ifadəni şərh et-

mək üçün öz fon biliklərinə istinad etməlidir, çünki bu hər zaman koheziyanın an-

laşılmasına xidmət edir. Əksinə ellipsis olan yerdə müəyyən struktur boşluq olur və 

bu boşluğun doldurulması üçün nəzərdə tutulan bir vahid lazimi informasiyanın tə-

min olunmasına xidmət edir. 

Yekun olaraq belə nəticəyə gəlmək olar ki həm koheziya, həm də onun ayrıca 

vasitəsi olan ellipsis yerindən və mövqeyindən, işləndiyi mətnin növündən və struk-

turundan, şifahi və yaxud yazılı olmasından, sadə və mürəkkəbliyindən və bu kimi 

bir sıra amillərdən aslı olmayaraq mətnin təşkilatlanmasında olduqca mühüm 

əhəmiyyətə malikdir. 

Koheziyanın ( eləcə də ellipsisin ) rolu mətndə daxili əlaqəliliyi təmin edib, 

onu qoruyub saxlamaqla, mətnin anlaşıqlı, mənalı olmasına zəmin yaratmaq, nəticə 

etibari ilə onun koherensiyasını təşkil etməkdən ibarət olur. 

Mətnin üst qatının komponentləri kimi koheziya növləri və vasitələri onun də-

rin qatlarındakı məzmununun önə çıxarılmasına koqnitiv proseslərin məhsulu olan 

koherensiyanın aydın şəkildə təqdimatına xidmət edir. 

                                         

Ədəbiyyat 

 

1.



 

A.Məmmədov  “Mətnin yaranmasında formal əlaqə vasitələrinin sistemi”  Bakı, 

“Elm” 2001. 144s səh 25-58 

2.

 



Halliday, M.A.K. and Hasan, R., Cohesion in English. London:  Loğman, 

(1976) 


3.

 

Галъперии И.Р.  Текст как объект лингивистических иследований. Москва, 



1981. 

 

Filologiya  məsələləri – №7, 2013

 

 



148

4.

 



Contrastive Rhetoric: Cross-Cultural Aspects of Second-Language Writing. 

Cabridge, Cambridge University Press 1996 

5.

 

Halliday, M.A.K. “Dimensions of discourse analysis: grammar” in T.A.Dijk 



(1985) Handbook of Discourse Analysis vol 2 London: academic press, 1985 

6.

 



Hasan R. Grammatical cohesion in spoken and written English. Part II, London, 

1968 


7.

 

I.R.Galperin “Stylistics”,  Moscow  “Higher school” 1977 p.231-232 



8.

 

Ə.Abdullayev “Aktual Üzvlənmə;  Mətn və diskurs.”  “Zərdabi”  LTD MMC, 



Bakı 2011. Səh. 176-217 

9.

 



www.wikipedia.org 

N.Hasanova 

                                                                                                                 X.Zamanova 

Ellipsis english 

Summary 

 

  This article deals with one of the types cohesion – ellipsis. Here the types of 



ellipsis are singled out and studied. The peculiarities of ellipsis are analyzed on the 

basis of certain examples.In the article the main conception of elliptic sentences is 

also analized in English and Azerbaijani and noticed the thoughts of wellknown 

scientists and lingnists. 

 

Н.Гасанов 



Х.Заманова 

Эллинтические придложения 

Резюме 

 

В етой статъе рассматривается один из видов когезии эллипсис. Здес вы-



деляются  и  изучаются  определенные  виды  эллипсиса.  Свойства  эллипсиса 

анализируются на базе конкретных применов. В статъе также анализируются 

основные  концерсия  эллинтические  придложения  в  англиском  и  азербайд-

жанском  язык 

 

Rəyçi:                   R.Cəfərov 



                   filologiya üzrə  fəlsəfə doktoru 

 

 



 

 

 



 

 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



149

MƏSMƏ  MÜTƏLLİMOVA 

OdlarYurdu Universiteti 

mesmemutellimova@gmail.com 

 

ŞEKSPİR SONETLƏRİNDƏ İŞLƏNMİŞ BƏZİ SİNTAKTİK ÜSLUBİ 



PRİYOMLAR VƏ ONLARIN TƏRCÜMƏDƏ QORUNUB SAXLANILMASI 

 

Açar sözlər: Şekspir Soneti, sintaktik fiqurlar, poetik tərcümə 

Keywords : Shakespearian Sonets,syntactical figures ,poetic translation 

Kлючевые слова : сонеты Шекспира,синтаксические фигуры, поэтического 

перевода 

 

Teatr sənətinin qüdrətli ustası Vilyam Şekspir yaradıcılığı son dərəcədə şaira-



nə bir keyfiyyətə malikdir. Ehtiraslar tərənnümçüsü,ürək ustası  Şekspirin qüdrətli 

və parlaq istedadının məhsulu olan sonetlərində  həyat hadisələrinə, insan ömrünə 

fəlsəfi baxış, hər şeyə qadir məhəbbətin əbədiliyi əsas motivlərdir. Şekspirdən öncə 

Con Milton,Tomas Qrey,Vilyam,Vordsvors kimi şairlərin sonet yazmış olmasına 

baxmayaraq, bu şer növü özünün ən yüksək zirvəsini  Şekspir yaradıcılığında tap-

mışdır. V. Şekspir təxminən 1590-cı illərdə qələmə aldığı 154 sonetində dosta səda-

qətinin, qadına mehr-ülfətinin, məhəbbətinin gözəl, yadda qalan bədii lirik lövhələ-

rini yaratmışdır.Şairin sonetlər silsiləsinin gözəlliyi, məftunediciliyi ondadır ki, bur-

da şerin dili ilə həyat, sevgi həqiqəti bəşəri duyğularla yoğrulmuşdur. Hər misranın 

arxasında  şairin özü, sözü oxucu ürəyindən xəbər verir, onu düşündürür, narahat 

edir. Bax, sonetin ecazkarlığı, böyüklüyü də elə bundadır.  

Başlıcası budur ki, sonetlər V.Şekspirin özü və sözü haqda oxucuda müəyyən 

təsəvvür yaradır, hər dəfə onları oxuduqca şairin mənəvi zənginliyinin dərin ideya-

estetik, fəlsəfi duyğularının poetik ifadəsinə heyran olursan. 

O, sonetlərində qeyri-adi, bənzərsiz bir gözəllikdən söhbət açmışdır. “Qara 

rəng gözəllik olaydı gərək” deyən şairin qadın gözəlliyini ilhamla vəsf etmişdir. 

 

Gözəl sayılmazdı əvvəl qara rəng, 



İndi gözəlliyə tək odur varis. 

Sünilik hər yerdə adlanır qəşəng, 

Təbii boyadan qalmayıb bir iz. 

 

Sonetlər həmişə 14 misradan ibarət olmuşdur. Amma, Şekspir soneti eyni say-



lı misralardan ibarət olsa da, klassik İtaliya sonetinin düzümündən-quruluşundan 

fərqlənmişdir. Onun qafiyə sistemi belədir: abab cdcd efef gg. 

Azərbaycan oxucusu isə  Şekspirin sonetləri ilə 1955-ci ildən-sonetlərin iste-

dadlı şairimiz Tələt Əyyubov tərcüməsinin ilk nəşrindən tanışdır. Ədəbi fikir tarixi-

mizdə bu haqda maraqlı mühakimələr söylənmiş, tanınmış alim və ictimai xadim 

Cəfər Cəfərov “Vilyam Şekspir. Sonetlər və poemalar” (Bakı, 1964) kitabına yaz-

dığı ön sözdə sonet tərcümələrini T. Əyyubovun ən yaxşı xidmətlərindən biri kimi 

qiymətləndirmişdir S.Mustafanın  Şekspirdən etdiyi tərcümələr bütövlükdə 

uğurludur.  


 

Filologiya  məsələləri – №7, 2013

 

 



150

Orijinaldakı sonetlərlə S.Mustafanın etdiyi əksər tərcümələri müqaisə etdikdə 

bu fikrə gəldik: mütərcim ingilis sözlərini heç də Azərbaycan sözləri ilə əvəz etmə-

mişdir. O, sonetlərdəki Şekspir “mən”ini, Şekspir ruhunu Azərbaycan şerinin gözəl 

deyiminə çevirmişdir. “...Şekspir poeziyadır, tapmaca, bilməcə deyildir. Ona görə 

də mütərcimin şair kimi hərəkət etmək qüdrəti olmalıdır” ( V.Petrov). 

Tərcümə zamanı orijinal mətndə olan dil vasitələri hədəf dildə olan dil 

vasitələri ilə  əvəzlənir. Bu proses kortəbii deyil,şüurlu surətdə gedir.Tərcüməçi 

orijinaldakı elementləri həm məna,həm üslub baxımından tam əvəz edə biləcək 

vasitələrin tapılması yönündə axtarışlar aparır. 

 

Aşağıdakı misala nəzər yetirək : 



Why should false painting imitate his cheek? 

And steel dead seeing of his living me? 

Why should poor beauty indirectly seek 

Roses of shadow since his rose is true? (sonet 67, 5-8) 

 

Onun gül yanağı canlı çiçəkdir, 



Sənət oğurluyub soldurur nədən? 

Uydurma gözəllik nəyə gərəkdir, 

Onun gözəlliyi həqiqət ikən? (tərc.edən S.Mustafa) 

 

Sonetlər ənənəvi olaraq iki böyük qrupa bölünür – Sadiq sevgili(fair lord 1 -



126) və tutqun gözəl (dark lady 127-154). Sonetləri oxuyarkən ardıcıl olaraq bu 

surətlərə rast gəlirik  Sadiq sevgili məzmunlu sonetlərdə  iki gəncin bir birinə dərin 

məhəbbəti tutqun gözəllə bağlı sonetlərdə isə bir gəncin cavabsız sevgisi nakam 

məhhəbbəti təsvir olunur Lirik qəhrəman örəyindəki idarə edilə biməyən hislərlə öz 

ağlının mühakiməsi arasında ümidsiz bir vəziyyətdə qalır  Şairin emosiyaları sevgi 

və qəzəb paxıllıq və xəsislik arasında tərəddüd edir Pyeslərinin çoxunda  olduğu ki-

mi sonetlərdə də xoşbəxt olmayan sonluq gerçəkləşməyən arzular gəncin ona iztirab 

verən qisqanclıqdan doğan iztirabın təsviri var(sonet 79- 86). 

Tutqun gözəllə bağlı olan sonetlər lirik qəhrəmanın gözəl olduğu qədər 

etinasız olan bir qıza  qarşısıalınmaz məhəbbət hisləri ilə başlayır,sondasa qəhrəma-

nın bu ehtirası sağalmaz bir xəstəliyə çevrilir .Bu xəstəlik yalnız gözəlin baxışı ilə 

sağalır. 

İngilis dilində  də nitq hissələri 2 əsas funksiya daşıyır 1) sintaktik semantik 

funksiya 2)üslubi funksiya 

Üslubi funksiyanın mahiyyəti ondan ibarətdir ki,cümlədə sözlərin yeri dəyiş-

dikdə sözün sintaktik funksiyası və cümlənin mənası dəyişmir,əksinə bu və ya digər 

üzv aktuallaşdırılaraq daha qabarıq nəzərə çarpdırılır . 

 

a)



 

  Xəbərin inversiyası : 

          Nor marble, nor the gilded monuments 

          Of princes shall outlive his powerful (sonet 55, 1-2) 

 

          Şahların surəti - mərmər heykəllər 



          Dözümdə şerimə bərabər olmaz. (t.e - S.Mustafa) 

 

Filologiya  məsələləri – №7, 2013

 

 



151

Göründüyü kimi bu hissədə xəbərin yeri dəyişilərək məna qüvvətlənmişdir. 

Şekspir ingilis dilinin sintaktik fiqurlarından,bədii təsvir vasitələrində 

ustalıqla istifadə edərək sonetlərə yeni rəng qatmışdır. 

b)

 

Məna paralelizmi : 



Even in the eyes of all posterity 

That wears this world out to the ending doom 

So till judgement that yourself arise 

You live in this and dwell in lovers eyes (sonet 55, 11-14) 

 

Ölümün gözünə dik baxa-baxa 



Hər cür ədavəti keçib aşarsan, 

Ta qiyamət günü çatana qədər 

Mənim şeirlərim seni hifz edər. (S.Mustafa) 

 

      Məna paralelizmi zamanı söz həm həqiqi,həm də məcazi mənada işlədilir. 



c)

 

Klimaks – söz və ifadələrin hər birinin özündən  əvvəlkinə nisbətən 



semantik cəhətdən daha tam və dolğun, daha təsirli olması : 

         

Tired with all these , from these would i be gone 

Save that, to die, i leave my love alone  (sonet 66, 13-14) 

 

Hər yerdə saxtalıq, hər yerdə zillət. 



Ölüm istəyirəm, çarə budur, bax, 

Səni tək qoymağa qıymıram ancaq. 

 

‘Save that’, ‘to die’, ‘leave alone’ – sonetdə sinonimlər kimi işlənmişdir. To 



die əvvəlki i be gone ifadəsinə nisbətən güclü, leave alone isə əvvəlkilərdən daha 

güclü şəkildə təsvir olunub. 

d)

 

Sadalama – bir birilə zəncirvari şəkildə bağlı olan əşyaları ,obyekləri bir 



birinə bağlayır : 

  Tərcümənin özünəməxsus amillərindən biri də ayrı ayrı müəlliflər tərəfindən 

tərcümə edilmiş mətnlərin də bir-birindən üslub baxımından fərqlənməsidir. Hər bir 

müəllifin öz dəsti-xətti və öz üslubu onun tərcümələrində  də özünü göstərir. 

Misallara nəzər yetirək: 

 

Lo in the orient when the gracious light  



Lifts up his burning head, each under eye 

Doth homage to his new appearing sight 

Serving with looks his sacred majesty (sonet 7, 1-4) 

 

Burada həyat ilə Günəşin hərəkətinin metaforik müqayisəsi vardır . 



 

Sabir Mustafanın tərcüməsi : 

Od qızı qaldırıb odlu başını  

Qızıl beşiyindən durar hər səhər. 

Yer üzü görəndə qəlb sirdaşını 

Ona məhəbbətlə səcdə eliyər. 



 

Filologiya  məsələləri – №7, 2013

 

 



152

Mütərcim od qızı ,odlu baş kimi epitetlərdən istifadə edərək orijinalın  əsas 

məzmununu dəqiq verə bilmiş  Şekspir üslubunu qoruyub saxlaya bilmişdir. 

130-cu sonetdə  şair suspens dən istifadə etmişdir.Azərbaycan dilində bu 

üslubi-vasitə  tərdid adlanır.Şair deyəcəyi fikri yubadaraq  şerin sonunda oxucuya 

çatdırır.Şekspir sonetdə bu fiqurdan məarətlə istifadə edərək oxucunu intizarla 

mətni sonacan oxumasını təmin edə bilmişdir: 

 

My mistress eyes are nothing like the sun  



Corol is far more red than her lips’ red  

If snow be white , why then breasts are dun  

If hairs be wires , black wires grow on her head 

And yet, by heaven I think my love as rare 

As any she belied with false compare 

 

Günəşə bənzəmir yarımın gözü, 



Mərcan tək al deyil al dodağı da. 

Zülfü də sünbülə oxşamır, düzü, 

Yoxdur sinəsində qar ağlığı da 

O heç geri qalmaz, inanıram mən,  

Yalan təşbehlərlə bəzənmişlərdən. (Sabir Mustafa) 

 

Tərcümə prosesində mətn dəyişikliyə məruz qalır.Tərcümə prinsiplərinin əsas 



məqsədlərindən biri də iki dil formasının əvəzlənməsi ilə müşayiət olunan tərcümə 

prosesində  məna eyniliyinin maksimum səviyyədə qoruyub saxlamaq,mətnlər 

arasında qanunauyğun  əlaqələri müəyyənləşdirməkdir.Sonetdə gördüyümüz kimi 

yarın gözünün-Günəşlə,saçlarının-sünbüllə ,sinəsini-qar ağlığı ilə müqayisəsi  tərcü-

mədə də olduğu kimi qorunub saxlanılmışdır. 

Şekspir sonetləri üslubi vasitələrlə çox zəngindir.Şekspir sonetlərinin yığcam-

lığında böyük fikir ifadə etməsi,çox şaxəli məna çaları ilə konkretliliklə mücərrəd-

liyi ümumiləşdirilmiş şəkildə poetik dilin üslubi imkanlarından istifadə etməsi onun 

son dərəcə unikal qabiliyyətini nümayiş etdirir. 

 

Ədəbiyyat 



 

1. Vilyam Şekspir. Seçilmiş  əsərləri.  İki cilddə. II cild. “Öndər nəşriyyat”, Bakı, 

2004, 304 səh. 

2 .“ The sonnets William Shakespeare” , published 2005. 

3. K.Cəfərova.Şeir tərcüməsinin sintaktik – üslubi məsələləri.Bakı Slavyan 

Universiteti,2004 

4. Bəylərova A. M. Azərbaycan bədii dilində sintaktik- üslubi vasitələr/A. M. Bəy-

lərova . - 2007 

5.”Sonetlər və poemalar” V.Şekspir,tərc.edən T Əyyubov, Bakı Azərnəşr. 1964 

6. Abbasquliyev T.İngiliscədən Azərbaycan dilinə  tərcümənin qrammatik 

əsasları.Baki – Elm, 1971- 144 səh. 

 

 


1   ...   12   13   14   15   16   17   18   19   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə