Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,95 Mb.
Pdf görüntüsü
səhifə43/45
tarix05.05.2017
ölçüsü3,95 Mb.
1   ...   37   38   39   40   41   42   43   44   45

 

В  этой  статье  рассказывается  об  Английской  поэзии  и  Востоке.  В  это 

время великие Английские поэт Байрон писали много стихов. 

Он в своих стихах воспевали традиции Восточных народов. В этой пое-

ме показаны Восточные традиции. Эти традиции очень воспримчивы и нравс-

твыенны. 

 

 Reyhan Quliyeva  



Description of Easten traditions in Byron’s poems 

Summary 

 

This article is told about English poetry and the East in XIX century. In this 



period great English poet Bayron wrote a lot of poems.  

He showed the East people's traditions in his poems. In this poem he gave the 

description of Easten traditions. These descriptions are too fantastic, attractive. 

 

Rəyçi: Dosent  Fəridə İsmayılova 



 

Filologiya  məsələləri – №7, 2013

 

 



421

                                                                                            FATMA AĞAMİROVA 

Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət 

Universitetinin Xarici dillər kafedrası 

 

MUZEY  TƏLƏBƏLİYİN DƏYƏR ORİYENTİRLƏR SİSTEMİNDƏ  

 

Açar sözlər: muzey, tələbə gəncliyi,estetik dəlil,mədəni irs,mənəvi təcrübə. 

Key words: museum, young students, aesthetic motive, cultural heritage, expe-

rience field of culture. 



Ключевые  слова:  музей,  студенческая  молодежь,  эстетический  мотив, 

культурное наследие, духовный опыт. 



 

Ali təhsil alınan zaman müasir abituriyentlər üçün aparıcı  dəlil gənclərin 

müəyyən ixtisasa meylini ifadə edən peşəkar dəlildir. Bu zaman əməyin maddi mü-

kafatlanmasında, stabil yüksək gəlirin təminatında maraq , peşəkar fəaliyyətinin 

gələcək  sahəsinin seçimində , vəzifəyə   tez qalxmada , əhəmiyyətli hakim səlahiy-

yətlərini və yüksək pul gəlirinə zəmanət verən sosial statusa nail olmasında vasitə 

kimi ali təhsilin rolunun görünən dərəcədə güclənməsi baş verir. Lakin abituriyent-

lərin müəyyən hissəsi üçün (son illərin müvafiq sosial sorğu zamanı respondentlərin 

1/3 hissəsini təşkil edən) ali təhsil ilk növbədə humanitar funksiyanı həyata keçirt-

məyə kömək edir, və ali məktəbə  qəbul zamanı bu abiturientlər hər şeydən çox öz 

mədəniyyətlərinin və  mənəvi inkişaflarının səviyyələrini  qaldırılmasının  imkan-

larını yüksək qiymətləndirirlər.  

Tələbə yaşlarında gənclərə xas olan müasir şəraitdə artan gərginlik, müasir 

tələbələrin mühitində  və  dəyər dünyasında müxtəliflik, onların istiqamətlərinin və 

yaşayış şəraitlərinin ziddiyyatları, təəssüratlarının  gərginliyi və  emosional  dəyiş-

kənliyi, onların şəsxi dəyər oriyentasiyalarının aydınlaşması və stabilləşməsi məq-

sədi ilə  mənəvi axtarışa ehtiyac duyulur. Lakin öz mədəniyyətlərinin səviyyələrin-

dən məmnun olmayan tələbələr,onların mənəvi inkişafına təkan verən  müasir so-

siomədəni müəssisələr tərəfindən təqdim edilən şəraitdən zəif istifadə edirlər. 

Müasir  şəraitdə  keçmişin mədəni  irsinə,  vətən  və   dünya tarixinin bir çox 

əsrslər ərzində bəşəriyyət tərəfindən toplanmış  mənəvi   təcrübəsinə  müraciət  xüsusi  

əhəmiyyət  daşıyır.  Tək fəlsəfə və mədəniyyətşünaslıqda  deyil, gündəlik təcrübədə də  

bu  gün Azərbaycanın və dünyanın yeni  yüzillikdə  inkişaf  istiqamətini  müəyyən edən  

səmtlərin  axtarışı  izlənilir. Məhz buna görə,bizim günlərdə  tələbə    gəncliyi üçün  

hansının ki, çiyinlərinə  yaxın gələcəkdə Azərbaycanın  və bütün bəşəriyyətin taleyinə 

görə  məsuliyyət düşəcək,özünə yeni tərzdə  cəlb edən, keçmişin  dəyərlərinin  mü-

hafizəçiləri  kimi  muzeylər   yüksək əhəmiyyət  kəsb  edirlər.   

Tələbə auditoriyası həyatın mənasını  və identifikasiya əsaslarını, böhran və-

ziyyətlərinin aşırılmasında, həssaslığın, qavramanın tərbiyə olunmasında və eyni 

zamanda  davamlı həyat oriyentirlərin yaranmasında, sosial mühitin qeyri-stabillik 

şəraitində adaptasiyanın yüngülləşməsində, tələbələrə köməklik göstərməyə imkan 

verən mühüm potensiala malik olan muzey tərəfindən xüsusi diqqət tələb edir. Bu-

nunla bərabər tələbələlər tərəfindən deklarasiya edilən muzeylə qarşılıqlı  əlaqə 

məmmuniyyətsiz qalır, çünki onların real davranışları, muzeyə müraciətləri ilə   təs-

diqlənmir, bu da tələbələrin muzeylərə əlaqəsinin hərtərəfli  və dərin  təhlilin  zə-


 

Filologiya  məsələləri – №7, 2013

 

 



422

ruriyyətini yaradır, hansı ki onların  getmələrinin dəlillərində, audotiriyanın konkret 

muzey arasında maraqların paylanmasında, tələbələrin bu mədəniyyət müəssisəsin-

dən və onun daha çox cazibəyə    malik  olan  tərəfləri və komponentləri haqqında 

təssəvürlərində daha  aydın ifadə olunmalıdır.  

 Tələbələrin muzeyə olan  maraqlarının   məzmunlu  tamlığını müəyyən edən  

tələbat-dəlil  sahəsinin  öyrənilməsi  göstərdi ki, onlar üçün muzeyə gedişinin  apa-

rıcı dəlilləri bunlardır: 1) estetik dəlil (muzeydə gözəl əşyalarla görüş zamanı  xüsu-

si ləzzət almağ istəyi və muzeyin təkrarolunmaz mühütünə daxil olunma istəyi);     

2) hər şeyi bilmək həvəsi və ya öyrənmək həvəsi( dünya görüşülərini genişləndir-

mək niyyəti,  ən müxtəlif xarakterli məlumatları almaq istəyi); 3)  peşəkar maraq 

(muzeylərə  səfər tərdis tapşırıqların  yerinə yetirilməsi, peşə biliklərin və ya 

bacarıqlarının inkişafı, ixtisaslaşmanın  yüksəldilməsi  vasitəsi olanda); 4) rekreasi-

on dəlil (istirahət  etmək, yüngülləşmək və güclərini bərpa etmək imkanı).  

Bu zaman aparıcı dəlil kimi estetik dəlil çıxış edir , bu isə onu  göstərir  ki, 

tələbələr  daha çox muzeyi dərin təəssüratlar, aydın emosiyalar, gözəllikdən zövq 

almaq, gözəlliyə toxunmağın mənbəyi kimi  dərk etməyə meyillidirlər.  

Muzey vasitələrinin köməyi ilə peşəkar  təkmilləşmə  dəlilin  əhəmiyyəti  

humanitar ali məktəblərin və  incəsənət ali məktəblərinin  tələbələri üçün artır. 

Muzey kolleksiyalarına müntəzəm və sistematik müraciət edən tələbələr ara-

sında da bu dəlilin təsiri nəzərəçarpan dərəcədə artır  və muzeyə rekreasion-əy-

ləncəli yanaşmanı  rəhbər tutma meyilliyi aşağı düşür. Bundan əlavə, tələbələr , 

hansılar ki daha tez-tez (başqaları  ilə müqayisədə) muzeylərə gedirlər, həyat təcrü-

bəsinin  və mənəvi inkişafın əvəzedilməz mənbələri kimi onlara  olan tələbatı daha 

kəskin duyurlar.  

Yuxarıda qeyd olunan dəlillərlə müqayisədə muzeyə gedən zaman şəxsiyyət 

arası ünsiyyətə tələbat  tələbələr üçün o qədər də  əhəmiyyətli olmur.  

Tələbələrin nöqteyi-nəzərlərindən, bu sosiomədəni instituta müraciətinin 

təşəbbüskarı olan dəlillərin reallaşmasını təmin edən muzeyin auditoriyaya  əsas və 

aparıcı  təsiri kolleksiyadır, hansı ki dəyərlərin, müxtəlifliyin, bolluğun tələblərinə 

cavab verən  əşyaların qeyri-adiliyini təqdim etməlidir.  

Cəzbedici muzey kolleksiyalarına  və ayrı-ayrı muzey əşyalarına  tələbələr 

verdiyi xüsusiyyətlər arasında onlar üçün  daha tez-tez rast gəlinən,  daha əhəmiy-

yətli həmin əşyaların  dəyər xüsusiyyətləridir(onların əhəmyyəti). Beləliklə, tələbə-

lərin muzeyə münasibətlərində onun mənası və təxsis edilməsi ifadə  edilir, hansılar 

ki yüksək müsbət sosial əhəmiyyətə(dəyərə) malik olan əşyaların yığılmasında,  

saxlanmasında, öyrənilməsində, izah edilməsində ifadə olunur, bu da tələbələrin 

muzeyə marağına tarixi, elmi, memorial, bədii və digər xarakteri verir.  

Muzey təsirinin təkrarolunmamasını, xüsusiliyini tələbələr muzey əşyaları ilə 

bərabər,həmçinin muzey mühütinin müxtəlif  komponentlərinin   qavranması zama-

nı hiss edirlər, və onların təssəvürlərinə görə bu komponentlər  əşyalarla sıx bağ-

lıdırlar, muzeyə getməkdən təəssüratı gücləndirirlər və  gələnlərin diqqətini cəlb 

edirlər. Bu əlaqədə tələbələr böyük rolu muzeyin binasına və onun ayrı-ayrı xassiy-

yatnamələrinə (eksteryerin və interyerin bədii üstünlüklərinə, tarixi və memorial 

əhəmiyətinə, yerləşdiyi yerə və ətraf mühitə) və həmçinin ekspozisiyanın arxitektur-

bədii həllinə, onun müxtəlf  tərtib edənlərə ayırırlar. 



 

Filologiya  məsələləri – №7, 2013

 

 



423

Muzeyin məşhurluğu və tamaşaçılar arasında  şöhrəti həmçinin tələbələrin  

maraqlarını fəallaşdıra bilər, baxmayaraq ki, bu amil onlar üçün ən vacib deyil. 

Muzey fəaliyyətinin bütün növləri arasında ən cəzbedici tələbələrə ekspozisi-

ya-sərgi işi sayılır. 

Bundan başqa, gəlmə zamanı onlara verilən güzəştlərin təsirinə görə tələbələr 

muzeyin əlçatmasının vacibliyini qeyd edirlər.  

Muzey işinin nəzəriyyəçilərinin və praktiklərinin mövqelərinin araşdırması 

göstərir ki, muzey tələbələrə təqdim edə biləcəyi bütün müxtəlif imkanların reallaş-

masının  və bu potensialda tələbə fəallığının inkişafı  zəruriyyəti  tələbəlik və mu-

zey arasında qarşılıqlı əlaqə təşkil etməsinə və həyata keçirilməsinə bir sıra tələblər  

irəli sürür. 

Hazırkı şəraitdə ən tələb olunan və perspektiv muzey işinin nəzəriyyəçilərinin  

və  praktiklərinin əksəriyyəti ali məktəb proqramların   əsasında   muzey  və  tələ-

bəliliyin qarşılıqlı  əlaqəsini və  tələbələrin peşəkar hazırlıqlarının  təkmilləşməsini 

sayırlar.Bu zaman tələbələrin peşəkar hazırlığı onların mənəvi təcrübəsinin daimi və 

arasıkəsilməyən  zəngilləşdirilməsi  ilə uyğunlaşmalıdır. Beləliklə, ali məktəb tələ-

bələrinin mədəniyyətlərinin inkişafı  və peşəkar inkişafı muzeyin tələbəliklə  işində 

aparıcı  məqsəd kimi müəyyən edilir, bu da aşağıdakı prinsiplərə riayət edilməsini 

tələb edir: 

-ekspozisiyaların quruluşu zamanı, sərgilərin təşkili və onların interpretasiya-

ları zamanı, müxtəlif formalı muzey-pedaqoji fəalyyətinin mövzusunu müəyyən 

edilməsi zamanı və muzey materialın seçilməsi zamanı fənnləararsı yanaşmanın hə-

yata keçirilməsi; 

- tələbələrlə qarşılıqlı əlaqə zamanı didaktik, humanist  yanaşmanın  uyğun-

laşması, bu da gələcək mütəxəssis şəxsiyyətinin harmonizasiyasına və inteqrasiyası-

na təkan verir; 

-didaktik xarakterli ekspozisiyanın quruluşu və  tədris muzey fəaliyyətlərinin 

fəallaşması;   

-tələbələrin  məlumat  tələbatını daha tam ödəməyə imkan verən müasir texni-

ki vasitələrinin  muzeydə istifadəsi ; 

- tədris (ali məktəb) və muzey-pedaqoji  proqramların  dəqiq koordinasiyanın 

təmini və həmçinin ali məktəb müəllimlərinin və muzey  işçilərinin onların həyata 

keçirilməsində  hərəkətlərinin uyğunluğu. 

Tələbələrin  muzeylərin onlara verə biləcəyi imkanlar  haqqında lazımi səviy-

yədə olmayan bilikləri muzeylərin fəaliyyətləri haqqında ali məktəb tələbələrin  mə-

lumatlandırılmasına    və həmçinin onun məşhurlanması və şöhrətlənməsinə yönə-

lən sistematik  tədbirlərin keçirilməsini  tələb edir. 

Mütəxxəsislərin  əksəriyyəti muzey və    tələbələrin qarşılıqlı  əlaqəsi zamanı  

“rekreasion tərtib edənin” gücləndirilməsinin aktuallığını  qeyd edirlər, bu da 

gələnlərin komfort şəraitdə relaksasiyanın təminatını və güclərin bərpasını nəzərdə 

tutur.  


Müasir tələbəliliyin muzey mədəniyyətinin səviyyəsinin nəzərə alınması  zə-

ruriyyəti və onun inkişafına kömək  bu auditoriyanın muzey abidələrinin qavranma-

sına əvvəlcədən hazırlıq tələbini  irəli sürür, bu da ali məktəb şagirdləri ilə işdə ayrı 

istiqamətin xarakterini alır.  



 

Filologiya  məsələləri – №7, 2013

 

 



424

Tələbələr muzeylərin ekspozisiya-sərgiişinə verdiyi üstünlük (onun fəaliyyəti-

nin digər növləri ilə müqayisədə) onun həyata keçməsinin müəyyən prinsiplərə ria-

yət edilməklə dəstəklənməlidir, hansılara ki, nəzəriyyətçilərin və praktiklərin  fikri 

ilə, bunlar aiddir: 

1.Ifadəlilik: müasir tələbələırin maraqlarına toxunan ardıcıl, dəqiq və aydın 

elmi əsaslanmış konsepsiyanın keçirilməsi; 

2.Həqiqilik və  əşyalılıq: həqiqi  əşyalar ekspozisiyasında  maddi abidələrin 

üstünlüyü ; 

3.Arxitektur-bədii həllin ekspozisiyanın mövzusuna və konsepsiyasına 

uyğunluq; 

4.Göstərilən  materialların  müxtəlifliyi; 

5. Yeniliyin və muzey ənənələrinə sadiqliyinin harmonik  tənzimlənmiş 

uyğunluğu , bu da eksperiment aparmaq imkanı verir, hansı ki öz mənəviyyətinə və 

funksional istiqamətinə və muzeyin məzmunluğuna zidd deyil; 

6. Ekspozisiya yaradıcılarının  yüksək elmi və peşəkar səviyyəsi; 

7.Tələbələrin qavramaqlarına əlçatmazlığı.  

Tələbə  auditoriyasının  və   muzeylərin qarşılıqlı əlaqəsinin prioritet məqsəd-

lərinin nail olunmasının  zəruri şərti onun fəallığının oyanması və stimullaşdırması-

dır, onun özünü ifadə etməyə olan həvəsi , onun yaradıcı potensialının acılması, bu 

da aşağıdakıları tələb edir:  

-tələbəliklə işin fərdi və differensial formalarını; 

-  əsas  dialoq  ünsiyyət  metodun istifadəsi və bu formaların strukturlarına  

teatrallaşma elementləırin daxil edilməsi ; 

-pedaqoji formalarının məqsədli ustiqamətinin və mövzunun genişləndirməsi 

və həmçinin muzey fəaliyyətlərinin prezentasiya hesabına müxtəlif  növlərinin  mu-

zey materiallarının geniş tarixi-mədəni kontekstdə mədənyyətin inkişafında müasir 

tendensiyaların nəzərə alınmaqla; 

-yuxarıda qeyd edilən istiqamətlərin və tələbələrlə iş prinsipinin reallşmasının 

effektliyni yüksəltməyə imkan verən müasir texniki vasitələrin tətbiqi.  

Muzeylərin konkret tələbə audotoriyası ilə qarşılıqlı  əlaqənin prioritet isti-

qamətlərinin müəyyən edilməsi  və bu fəaliyyət çərçivəsində ən aktual məsələlərin 

həllinə  gətirə bilən yolların seçimi əhəmiyyətli dərəcədə muzey əməkdaşlarının 

gələnlərin kateqoriyasının xarakterik  xüsusiyyətlər haqqında təəssüratlarda və  

onun muzeyə münasibətində əsaslanır.   

 Muzey işçilərinin bu təsəvvürləriin araşdırılması zamanı və bu məlumatların 

tələbələrin özləri muzeyə hansı münasibət bəslədiklərini və bu sosial-mədəni insti-

tutu necə qavradıqlarını bu məlumatlarla müqayisə zamanı   bəzi ziddiyyətlər aşkar 

olunmuşdur. 

Belə ki, adətən muzey işçiləri tələbələrin muzeylərlə ünsiyyətdə bilik  tələba-

tının təsirini həddindən artıq qiymətləndirməyə meyillidirlər. Düşünürlər ki, dünya 

görüşünün genişləndirilməsi, hər  şeyi bilmək həvəsinin artması  tələbələr üçün ilk 

növbəli məna daşıyıcılarıdır. Bununla belə tələbələr üçün muzeyə getdikləri zaman 

aparıcı dəlil estetik dəlildir, hansı ki, muzey tərərfindən saxlanılan mənəvi təcrübə-

nin qavranması ilə bağlıdır, muzeydə nümayiş edilən əşyaların və muzey mühitinin 

insanda təkrarolunmaz hisslərin oyada bilən bir amildir (ekspozisiyanın arxitektur 



 

Filologiya  məsələləri – №7, 2013

 

 



425

bədii həllini, kolleksiya prezentasiyasının xüsusiyyətlərini, muzey binasının bədii 

üstünlüklərini və s. daxil edərək). 

Bilik tələbatlarının əhəmiyyətinin həddindən artıq çox qiymətləndirilməsi və 

estetik dəlilin rolunun azalması tələbəliyə ünvanlanan muzey-pedaqoji fəaliyyətinin 

təşkilinə ancaq məlumat yanaşmasının istifadəsinə gətirə bilər, bu da nadir hallarda 

ekspozisiya-sərgi, ekskursiya işində və muzey fəaliyyətinin digər  istiqamətlərində 

həddindən artıq çox məlumatlandırılmanın təhlükəsini yaradır. 

Muzeyə getmə zamanı hər kiminləsə ünsiyyətdə olmaq tələbatın  rolu muzey 

işçiləri tərəfindən həmçinin bir qədər həddindən artıq çox qiymətləndirilir, çünki, 

tələbələr belə imkanı onlar üçün muzeylə qarşılıqlı əlaqə zamanı ən az aktual mə-

sələ kimi baxılır. Yəqin ki, bu tələbatın ödənilməsi üçün tələbələr boş vaxtlarının 

keçirilməsinin digər üsullarına üstünlük verirlər.  

Daha çox dərəcədə muzey gəncliyin həyat təcrübəsinin zənginləşməsinə kö-

mək edir, onun mənəvi təkmilləşdirilməsinə və daxili dünyasının harmonizasiyasına 

kömək edir, o zaman ki, muzey işçiləri hesab edirlər ki, muzeylərə müraciət edər-

kən tələbələr ən az dərəcədə bu dəlili rəhbər tutmağa meyllidirlər. 

Tələbə auditoriyasını muzeyə cəlb edən birinci dərəcəli xüsusiyyətlər  arasın-

da muzey işçiləri kolleksiyanın zənginliyini və məzmunluğunu qeyd edirlər. Onların 

fikrinə görə, tələbə auditoriyasını  cəlb edən  əsas amil muzey tərəfindən nümayiş 

etdirilən məlumatın spesifik xüsusiyyətləridir, və məhz bunda onlar muzey kolleksi-

yasının  bütün üstünlük və zənginliyini nümayiş etdirmək imkanlarını görürlər . 

Eyni zamanda tələbələrin muzey haqqında təsəvvüründə kolleksiyanın ən əsas 

xüsusiyyəti onun dəyəri olur. Buna uyğun olaraq muzeydə nümayiş olunan əşyalar 

tələbə auditoriyasının gözündə xüsusi statusa malikdir, hansı ki, onları məişət gün-

dəlikliyindən və adilikdən qaldırır. Beləliklə, tələbələr muzeydə gördükləri hər bir 

şey ilk növbədə qeyri-adi olmalıdır, yüksək müsbət sosial əhəmiyyəti etməlidir. Bu-

nunla əlaqədar olaraq tələbələr üçün adiliyin və gündəlikliyin çərçivəsindən  çıxan 

dəyərlərin digər qeyri-adi dünyanın açılmasında öz işini daha ardıcıl həyata keçirən 

muzey dəyişməyən cazibə qüvvəsinə malikdir. 

Əgər bundan sonra da tələbələr tərəfindən muzey fəaliyyətinin cəlbedici as-

pektlərinin qiymətlərini muzey işçilərinin öz qiymətləriylə müqayisə etsək, onda so-

nuncular tərəfindən muzeyin geniş məshurluğu tələbələrin marağının cəlb edilməsi 

üçün daha çox əhəmiyyətə malikdir. Lakin  bu amil tələbə auditoriyasını tək ekspo-

zisiyasının estetik cəlbediciliyi deyil, həmçinin muzey binasının onun arxitektur si-

masından daha az əhəmiyyətli olur. Muzeyin şöhrəti və geniş məşhurluğu sözsüz ki, 

tələbələrin çoxları üçün bu sosial-mədəni institutun müəyyən xarakteristikalardan 

biridir, onun cazibəsinin mütləq  şərtlərindən birinin simasından daha çox onun 

əhəmiyyətinin ictimai etirafının sübutu qismində çıxış edərək.. Yuxarıda qeyd edi-

lən tələbələr tərəfindən muzeylərin qavranmasının nəzərə almamağı ona gətirib çı-

xara bilər ki, muzeylərin fəaliyyəti haqqında məlumatlandırma və tələbəlik mühitin-

də onun reklamlaşma lazımi dərəcədə effektli olmayacaq. 

Müasir şəraitdə, tələbəliyin sosial-demoqrafik tərkibində, onun dəyər orienta-

siyaları sistemində, tələbat dəlil mühitində və onun sosiallaşma və özünü realizə şə-

raitində baş verən  əhəmiyyətli dəyişikliklər zamanı, muzey-pedaqoji fəaliyyətinin 

effektli həyata keçirilməsi onun baza əsaslarının, praktiki yanaşma prinsiplərinin bu 



 

Filologiya  məsələləri – №7, 2013

 

 



426

auditoriyanın tələbatlarının sorğu iş metodlarının və formalarının müəyyən edən  

daima müqayisə zamanı mümkündür.  

Muzey mədəniyyət mərkəzlərinin gəncliyin keçmişin bilikləri ilə  zənginləş-

dirilməsində, onun dəyər  düşüncəsini və  mənəvi  kamilliyin inkişafına  imkan ya-

radmasında mühüm rolu olmalıdır .Müasir tarixin ziddiyatları  tələbələrin  tələbat və 

sorğularının mənasını dəyişdirir,  onların yeni idealların və mənəvi istiqamətlərinin  

axtarışlarında  xüsusi maneələr yaradırlar. Müasir  şəaritdə   tələbələrin dəyişən ma-

raqların və tələbatların öyrənilməsi aktual məsələdir,  hansı ki, cox hallarda  təlim-

maarif və elmi müəssisələrin  Azərbaycanın yeni nəslin  yaranmasına  müsbət  təsir 

göstərmək bacarığını müəyyən edir. Tələbə  gəncliyin dünyagörüşünün  geniş-

lənməsi  işinə, mədəni  səviyyəsinin artırılması işinə daxil edilən muzeylər üçün bu 

məsələlərin həll edilməsi   xüsusi əhəmiyyət  daşıyır.Tələbələrin mədəniyyətinin  

inkişafı və  dərinləşməsi ilə bağlı muzeylərin və ali tədris müəssisələrin birqə  səy-

ləri Azərbaycanın XXI  əsrin mənəvi kamil, yaxşı   təhsil almış və yüksəkmədəni , 

yeni nəslinin hazırlanmasının vacib hissələrindən biridir.  

  

Ədəbiyyat 



 

1.

 



Boqaçeva İ.A.” Bədii muzeyin    tələbəliyin  mədəniyyətinin formalaşmasında 

rolu” 


2.

 

İ.A. Boqaçeva .“SSSR bədii muzeylərində elmi- tədqiqat işi: tez. və məruzələr 



toplusu. M. İ N E U M, 1991 

3.

 



Burlikina M. İ. “Muzey və tələbə : muzeyin tələbə həyatında rolu” 

4.

 



M. İ. Burlikina “Muzey və elm: elmi konfransının materialları, 1997 (ölkənin ali 

məktəb muzeylərinin tarixi” 

5.

 

Muzey tikintisinin aktual məsələləri : Muzey və müştəri,  M.: N İ İ K, 1979” 



6.

 

Yureneva T.Yu. “Muzey dünya mədəniyyətində. – M, Rus. slovo, 2003” 



7.

 

V.P. Qriskeyeviç, A.A. Qujalovskiy: “Muzey işi və tarixi mədəniyyətinin, irsin 



mühafizəsi”-Minsk: Belarus Universitetinin nəşri  2003 

F.Agamirova 

The  role of museums in the life of students 

Summary 


 

In the current context apply to cultural heritage of the past, experience in the 

field of culture, collected by the humans along the centuries of the history of the 

world is of special importance. However, not only in philosophy and culture study, 

but also in our daily practice search for guides determining development vector of 

our country in a new century are observed. Just therefore, museums nowadays 

attracting young students who are safekeepers of the wealth of the past and who are 

considered to be responsible for the fate of Azerbaijan and the whole world in 

foreseeable future are of great importance.   

 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



427

Ф.Агамирова 

Роль музеев в жизни  студентов 

Резюме 


 

В  современных  условиях  особую  важность  приобретает  обращение  к 

культурному  наследию  прошлого,  духовному  опыту,  накопленному  чело-

вечеством за многие века отечественной и мировой истории. Не только в фи-

лософии и культурологии, но и в повседневной практике сегодня наблюдается 

поиск ориентиров, определяющих вектор развития нашей страны и мира в но-

вом  столетии.  Именно  поэтому  в  наши  дни  обретают  такую  высокую  зна-

чимость  музеи  как  хранители  ценностей  прошлого,  по-новому  притяги-

вающие к себе студенческую молодежь, на плечи которой в недалеком буду-

щем ляжет ответственность за судьбы Азербайджана и всего человечества. 



 

Rəyci:                Aygün Əbdülova 

                 filologiya elmləri namizədi, dosent 

 

 


1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə