Bəzi tfh ilə insanlar hələ qədim zamanlardan qarşılaşsalar da, digər bir qismi antroporgen fəaliyyətin genişlənməsi ilə yaranmış və yalnız son 100 ildə diqqəti cəlb edir



Yüklə 2,03 Mb.
səhifə12/14
tarix28.04.2017
ölçüsü2,03 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   14

3.6. Zəlzələ


Yeraltı təkanların nəticəsində baş verən yer səthinin tərpənməsinə zəlzələ deyilir. Zəlzələlərin baş verməsinə əsas səbəbi yer səthinin dərin qatlarında baş verən tektonik proseslərdir .Yer kürəsində hər il 100 minlərlə zəlzələ qeydə alınır.

Zəlzələ ocaqlarının mərkəzlərinə hiposentr, hiposentrin yer səthindəki proyeksiyasına episentr deyilir. Episentrin ətrafında ən çox dağıntılara məruz qalan sahə pleystoseyst adlanır. Zəlzələnin güçünü təyin etmək üçün 12 ballıq beynəlxalq seysmik şkaladan (MSK-64) istifadə edilir.



Seysmik şkala

Bal


Zəlzələ-nin adı

Qısa səciyyəsi

1-4

Zəif


Yalnız seysmik cihazlarda qeyd olunur. Əhalin az qismi hiss edir. Əşyaların, qab-qacağın, pəncərə şüşələrinin yüngül cingiltisi və tərpənməsindən, qapıların cırıltısından hiss edilir.

5-7

Güclü


Binalar tərpənir. Mebel silkələnir. Yatanlar oyanır. Hamı hiss edir. Divarlardan asılmış şəkillər düşür, binalar yüngül zədələnir.

8-10

Dağıdıcı


Yerlərdə çatlar əmələ gəlir. Heykəllər yerindən tərpənir və ya aşır. Daş evlər çox zədələnir və dağılır. Torpaqda iri çatlar əmələ gəlir. Uçqun və sürüşmələr baş verir. Dəmir yol relsləri əyilir.

11-12

Fəlakət


Çoxlu sürüşmələr, uçqunlar baş verir. Daş evlər tamam dağılır. Yer səthində böyük dəyişiklər baş verir. Çaylar məcrasını dəyişir. Heç bir tikinti davam gətirmir.

XX əsrdə ən güclü zəlzələ ABŞ-da Prin-Uilyam körfəzində (10-11 bal, 1964), Yuqoslaviyada Skopye şəhərində (9-10 bal, 1963), Mərakeşdə Aqadir şəhərində (11 bal, 1960), Türkmənistanda Aşqabadda (9 bal, 1948), Spitakda (10 bal 1988), Rusiyada Zabaykalyedə (9-10 bal, 1957) və s. göstərə bilərik.

Göstərilən zəlzələlər ən dəğıdıcı zəlzələlərdən hesab edilsələr də tarixdə ən dağıgıcı və ən çox insanların tələfatına səbəb olanı 24 yanvar 1556-cı ildə Çinin Şansi Əyalətində baş vermiş zəlzələ hesab edilməlidir və bunun nəticəsində 830 min nəfər insan tələf olmuşdur.

Dünyanın ayrı-ayrı ölkələrində baş vermiş bəzi dağıdıcı zəlzələlərlə yanaşı Azərbaycanda da 1139, 1192-ci ildə Gəncə zəlzələsini, 1667, 1669, 1671, 1828, 1840, 1842, 1859, 1869, 1872, 1889, 1902-ci illərdə Şamaxıda baş vermiş dağıdıcı zəlzələləri də misal göstərə bilərik. Onu göstərmək kifayyətdir ki, bizim fikrimizcə tam inandırıcı olmasada 1867-cı ildə baş vermiş zəlzələ nəticəsində 80 mindən çox adamın öldüyü qeyd olunsa da bu zəlzələ Azərbaycan tarixində ən dağıdıcı zəlzələ hesab edilə bilər. Göründüyü kimi Azərbaycan da dünyanın ən aktiv seysmik rayonlarından hesab edilir.

Azərbaycanın ərazisində çoxsaylı zəlzələlərin öyrənilməsi onların tektonik strukturlarla əlaqəliliyi bizə imkan verir ki, zəlzələləri və seysmik ocaqları xarakterizə edək.

Azərbaycanda təkrar olunmasına və dağıdıcılığı gücünə görə birinci yeri Böyük Qafqaz dağlarının cənub-şərqində yerləşən Şamaxıdır. Burada zəlzələnin gücü 9-10 bala çatır. Tarixi tədqiqatçıların yazdıqlarına görə burada güclü zəlzələlər hər 3-10 ildən bir təkrar olunur. 9-10 ballıq seysmik zonaya Azərbaycanda Şamaxıdan başqa onun ətrafları, Zənqəzur dağının ətrafı, 8 ballıq seysmik zonaya isə B. Qafqaz dağlarının cənub yamacları yəni Gəncə şəhərinin ətrafları, kiçik Qafqaz dağlarının cənub-şərq yamacları, yəni bütün Naxçıvan MR daxildir. Azərbaycanda seysmik hadisələrin öyrənilməsi əsaslı sürətdə keçmişin tarixi xroniki mənbələrə söykənir. Cihazlar vasitəsilə zəlzələnin öyrənilməsi ancaq XX əsrə aiddir. Azərbaycanda da zəlzələlərin əsaslı sürətdə öyrənilməsi və onlar haqda ətraflı məlumatlara ancaq axrıncı 100-150 ili rast gəlinir. Burada əsasən dağıdıcı xarakterə malik olan zəlzələlərdən xəbər verilir. Azərbaycan zəlzələləri haqında A. V. Abixin, K. M. Sulukidzenin, İ. V. Muşketovun, İ. A. Orlovanın, V. Veberin, M. V. Malinovski, M. A. Qaşqayın, A. A. Əlizadənin, M. Müseibovun və başqalarının əsərlərində rast gəlinir. Zəlzələ haqqında ilk məlumatlar X əsrə aiddir. XII əsrdə isə Azərbaycanda 4 dağıdıcı xarakterli zəlzələ olduğu qeyd olunur. Bu məlumatların çox da geniş və ətraflı olmamasına baxmayaraq Azərbaycanda seysmik halların və onların yayılması barədə məlumat almağa əsas verir. XV əsrin ortalarından XVII əsrin axırlarına qədər zəlzələnin tam siyahısı aparılmış və göstərilmişdir. Ən güclü və dağıdıcı zəlzələlər 1662, 1669, 1671 illərdə Şamaxıda olmuşdur. 1667-ci ildə olan zəlzələ Azərbaycan tarixində ən güclü zəlzələ hesab edilir. Belə ki, bu zəlzələdə 80 minə yaxın adam həlak olmuşdur. 1671 ildən 1806 ilə qədər Azərbaycanda zəlzələ olduğu barədə ətraflı məlumatlara rast gəlinmir. Lakin XX əsrdə Azərbaycanda 200-ə qədər zəlzələ olması və bunların 88-i Şamaxıda olub ki, bunlardan da 1828, 1840, 1842, 1859, 1869, 1872, 1889, 190 illərdə də olan zəlzələlər daha dağıdıcı olması məlumdur.

Çox təəsüf ki, yuxurıda göstərdiyimiz illərdə olan zəlzələlərin xaritələri yoxdur. 30-31 may 1859 ildə olmuş Şamaxı zəlzələsini əks etdirən 3 xəritə isə çox sxematikdir və elmi maraq kəsb etmir.

Çoxsaylı mənbələr göstərir ki, zəlzələ ilin hər hansı bir fəslində baş verə bilər. Lakin qışda olan zəlzələ böyük insan itkilərinə səbəb olur. Çünki ilin bu fəslində insanlar oturaq həyat keçirir. Azərbaycanda 1830 ildən 1930 ilə qədər olan zəlzələlərin 1/3 qış fəslində olmuşdur. Bu illər ərzində ən seysmik qış 1902 ilin qışı olmuşdur. Bu vaxt 40-a yaxın zəlzələ olmuşdur ki, bunların da arasında 4 yanvar 1869 ildə, 1 fevral 1871 ildə, 28 yanvar 1872 ildə, 13 fevral 1902 ildə Şamaxı zəlzələləri ən dığıdıcı hesab eilə bilər. 2 yanvar 1842 və 2000-ci ildə Abşeron yarımadasında olmuş zəlzələləri də bunlara aid etmək olar.

«Qış zəlzələlərindən» fərqli olaraq yazda, yayda və pıyızda olan zəlzələlər kənd təsərrüfatına böyük ziyan vurur. Dağıntı həmçinin zəlzələdən sonra əmələ gələn daşqınla, yanğınla, sürüşmə ilə əvəz olunur. 7-14 avqust 1828 ildə Şamaxıda, 1 iyul 1840-da Tircanda (İsmayılı rayonu), 11 iyun 1908 olan zəlzələləri buna misal gətirmək olar.

Gecə baş verən zəlzələlər daha qorxuludur. Bu zaman dərin yuxuya getmiş insanlar xilas olmaq üçün heç bir şey edə bilmirlər. Belə zəlzələlərdən sonra sağ qalmış adamlar bəziləri qorxudan və əsəb gərginliyindən kor olurlar. Nitqini və danışıqlarını itirə bilirlər. Həmçinin gecə vaxtı olan zəlzələlər zamanı xilas etmə işləri aparmaq çətinləşir. Dağılmış evlərin altında qalmış insanları vaxtında xilas etmək olmur.

Akademik Q. V. Abix yazır: Şamaxı üçün 1859 ildə baş vermiş zəlzələ kimi faciəli zəlzələ olmamışdır, hansı ki, şəhər bir neçə saniyəyə dağılmış və 8000 adam tələf olmuşdur. Göstərilən müddət ərzində (XIX əsr) Lənkaranda 25, naxçıvanda 20, Şuşada 14 dəfə zəlzələ olmuşdur.

Xatırladılan mənbələrdən coğrafi cəhətdən ən maraq doğuranı V. Veberin işidir. (1903), 1902-ci il 31 yanvar tarixli Şamaxı zəlzələsini təsvir edərək müəllif 150 kənd haqqında məlumat vermiş, onların yerləşdiyi ərazini, əhali sayını, sıxlığını, milli tərkibini, onların məşğuliyyətini, tikintilərinin xarakterini və s. göstərmişdir. (səh. 17-26, 58-61). Müəllif tərəfindən verilmiş məlumatlar ümumiləşdirilmiş şəkildə 3.2 saylı cədvəldə göstərilmişdir:


Cədvəl 3.2

Yaralanların sayı

Yaşayış məntəqəsinin adı

Yaşayış binalarının sayı

Dağılmış evlərin sayı

Zədələnmiş evlərin sayı

Dağılmış və zədələnmiş mal tövlələri və at damları

Ölənlərin sayı

60

Cəmi:

9084

3496

3943

4163

86

Tarixi mənbələrin təhlilinə əsasən demək olar ki, son 150 ildə Zaqafqaziyada, o cümlədən Azərbaycanda seysmoaktivlik keçmiş dövrlərə nisbətən daha intensiv olmasına baxmayaraq müasir dövrdə baş vermiş zəlzələlərin gücü kifayət qədərdir və onların ümumxalq rifahına vurduqları zərərlər daha böyükdür.

Azərbaycanda ən axrıncı seysmoaktivlik 1981-ci ilin sonu, 1982-ci ilin əvvəllərində və 2000-ci ildə özünü göstərmişdir. Belə ki, Qafqazın cənub-şərq qurtaracağında baş vermiş 3 yeraltı təkanın gücü 7-8 bal gücündə olmuşdur. Zəlzələ nəticəsində İsmayıllı rayonu və onun ətraf kəndləri – İcan, Yəlincək, Göytəpə, Ruşan, Bank, Küşəncə və s. güclü dağıntıya məruz qalmış. 2000-dən yuxarı yaşayış binası dağılmış və ya zədələnmişdir. 11 məktəb, bir sıra istehsal sahələri, mədəni – məişət müəssisələri dağılmışdır. Dağıntıya ən çox məruz qalan o binalar olmuşdur ki, onların tikintisi zamanı seysmik tələblərə riayət olunmamışdır. İsmayıllı zəlzələsi seysmik tələblərə riayyət olunmağın vacibliyini bir daha təsdiq etdi.

Azərbaycanın seysmik rayolaşmasına əsasən gücü 8-9 bala çatan ərazilər ümumi respublika ərazisinin 30 %-ni təşkil edir ki, buruda 4 ml-dan çox əhali yaşayır. Bu ərazilərdə 1890 kənd, 25 şəhər və şəhər tipli qəsəbə yerləşir. İndi isə əhalinin perspektiv məskunlaşması və məhsuldar qüvvələrin yerləşdirilməsi zamanı zəlzələlərin törədə biləcəyi və onlardan necə və hansı müdafiə vasitələrinin əhalinin məskünlaşdığı (keçmişdə) və məskunlaşacağı ərazilərdə tətbiq olunan imkanlara baxaq.

Ç. B. Medvedyev və İ. V. İabelin (1967) ağır nəticələrə səbəb ola biləcəq zəlzələlərdən qaçmağın 3 yolunu göstərirlər: birinci ən sadə yol, odur ki, zəlzələlərin baş verəcəyi əraziləri müəyyənləşdirmək və həmin ərazilərdən istifadə etməmək. Bu yol ən azı ona görə sərfəli deyildir ki, zəlzələyə məruz qalmış ərazilər 1000 il mənimsənilmiş və bu ərazilərdə əhali daha sıx məskunlaşmışdır. Belə ərazilərə Şamaxı şəhəri və onun ətraflarını misal göstərmək olar. Təsadüfü deyil ki, son üç əsrdə Şamaxıda 11 dəhşətli zəlzələ olmuş, şəhər dəhşətli dağıntılara məruz qalmış və hər zəlzələdən sonra yenidən tikilmişdir.

Məhz bu səbəbə görə V. Veber tədqiqat işləri apararaq 1902-ci il Şamaxı zəlzələsindən sonra yazılmışdır: « çıxış yolu yox idi; Yeni şəhərin tikilməsi qərarı (köhnəsinin yaxınlığında) ona görə qəbul olundu ki, yeni seçilmiş ərazi seysmik cəhətdən təhlükəsiz idi, şəhərin tikintisi üçün həm əlverişli və münasib idi və köhnə şəhərə yaxın idi. Həm də yeni şəhər yeni görkəmdə, yaşayış üçün daha təhlükəsiz binalarla əvəz olunmalı idi.» (Veber 1903, səh. 52).

Məlumdur ki, həmişə insanlar çalışırlar ki yaşadıqları köhnə mənimsənilmiş ərazilərə, xsusən dağlıq rayonlara xas olan, bərəkətli torpaq sahələri, zəngin bitki örtüyünə, su ehtiyatlarına malik olan ərazilərə qayıtsın. Bu xüsusiyyət dağlıq və dağətəyi ərazilərdə kənd təsərrüfatı ilə məşğul olan, zəlzələ nəticəsində dağıntıya məruz qalan əhali üçün ənənəvi haldır. Zəlzələlərin ayrı-ayrı fəsadlarına qarşı uzun müddət mübarizə aparan insanlar, bəzən ona qarşı bəzi müdafiə vasitələri tapmış olsalar da, bunlar heç də həmişə tam səmərə vermir.

Əhali zəlzələdən qorunmaq üçün digər iki yoldan istifadə etməsi məqsədə uyğundur. Bunlardan biri – ikincisi zəlzələlərin proqnozlaşdırılması, digəri isə antiseysmik tikintilərinin aparılmasıdır.

Zəlzələnin dəqiq proqnozlaşdırılması insan tələfatına yol verməməyə, böyük maddi ziyandan qaçmağa imkan versə də, obyektiv dağıntılardan (evokuasiya tədbirləri görülməsinə baxmayaraq) xilas olmağa imkan vermir. «Zəlzələnin ən dəqiq proqnozu, belə bizi zəlzələyə davamlı binalar tikmək məsuliyyətindən heç də azad etmir» (Medvedyev, Şebalin 1967, səh. 13). Yüksək seysmik ərazilərdə tədqiqatlarla məşğul olan mütəxəssislərin fikrincə «zəlzələlərə nəzarət və onların proqnozlaşdırılması perspektivi hansı səviyyədə olmasından asılı olmayaraq, insan itkilərini və iqtisadi ziyanları ən aşağı səviyyəyə (minimum) endirmək üçün mütəxəssislər öz yaradıcılıq işlərini və əməklərini daha etibarlı tikinti normativ və mükəmməl konstruksiyaların yaradılmasına yönəltməlidirlər.» (Eybi. 1982)

Bina və qurğuların tikintisi zamanı antiseysmik vasitələrdən istifadə olunması dağılmaqdan xilas edir, lakin bu vasitələr hələlik çox baha başa gəlir. Zəlzələyə davamlı seysmik vasitələrdən istifadə olunması 7 ballıq zəlzələ zamanında tikintinin 4%, 8 ballıq zonada 8%, 9 ballıq zonada isə xərci 12% baha başa gəlməsinə səbəb olur. (7 baldan az qüvvə ilə baş vermiş zəlzələnin vurduğu ziyan – itkilər praktik olaraq hesaba alınmır).

9 ballıq az mənimsənilmiş ərazilərdə dəymiş ziyanın ən aşağı səviyyədə olma səbəbi onunla izah olunmalıdır ki, burada əhalinin istifadəsi üçün yaşayış evləri və qurğularının az olması, ərazinin zəif məskunlaşması ilə əlaqədardır. Deməli, yüksək seysmoaktivlik zonasına düşən ərazilərin öyrənilməsi və istifadə üçün mənimsənilməsi ən aşağı səviyyədədir. 7 ballıq zəlzələ zonasında zəlzələyə davamlı vasitələrdən istifadə olunması müddəti 150 ilə çatır və bu qurğu və tikililərin iqtisadi maya dəyəri özünü doğruldur. 8 ballıq zəlzələ zonasında tikinti və qurğulardan istifadə müddəti 110 ilə, 9 ballıq zonada 40 ilə çatır. Bütünlüklə, seysmik ərazilərdə yerləşən dövlətlər hər il anti seysmik tədbirlərə (elmi-tədqiqatlara, layihələşdirməyə, tikintiyə, zərər çəkmiş rayonlara yardım və s.) 1 mlrd. dollardan çox vəsait xərcləyirlər. Yuxarıda qeyd edildiyi kimi, zəlzələ zonasından «yaxa qurtarmağın» yeganə yolu həmin ərazidən uzaqlaşmaq qeyri realdır. Seysmikliyin azalması və anti seysmik tədbirlərə vəsaitin xərclənməsini azaltmaq üçün seysmik ərazilərin ayrı-ayrı sahələri arasındakı seysmik fərqini nəzərə almaq vacib şərtdir. Seysmik cəhətdən təhlükəli hesab olunan nəhəng arealların ayrılması müxtəlif mikrosahələrin təbii xüsusiyyətlərini nəzərə almır, çünki həmin areallar zəlzələlərin olmasına müxtəlif cür reaksiya verirlər. Onlardan bəziləri böyük dağıntılara məruz qalır, digərləri isə onların dağıntılarına qarşı daha davamlı olur. İkinci tip mikrosahələr daha güclü zəlzələlərə qarşı dözümlü olur ki, belə sahələr ehtiyat sahələri hesab edirlər və belə sahələrdə mürəkkəb və baha başa gələn müdafiə işlərini təşkil etmədən müxtəlif tikililəri yerləşdirmək olar. Qruntların müxtəlif olmasından asılı olaraq seysmik aktiv zonada yeraltı təkanların gücü 1-4 bal arasınada dəyişə bilər. (Nikonov, 1984 səh.179). Müvafiq mikro ərazilərin seçilməsi yeni tikintilərin aparılmasına əlavə vəsait ayrılmasının qarşısını alır, yeni qurğu və binaların, yaşayış məntəqələrinin salınmasına imkan verər və dəymiş ziyanın qarşısını alır. Məhz buna görə də seysmik fəallığın hiss olunduğu ərazilərə mikrorayonlaşma aparılmalı, hər bir obyektin seysmik təhlükəyə məruz qalma dərəcəsi aydınlaşdırılmalıdır.

Bununla belə, seysmik təhlükəli hesab olunan bütün Azərbaycan ərazisində mikroseysmitk rayonlaşma aparılmamışdır. Belə rayonlaşma yalnız iri şəhərlər olan Bakıda, Gəncədə, Sumqayıtda, Şamaxıda, Sabirabad və b. şəhərlərdə aparılmışdır.

Respublika Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq edilmiş tikinti normativləri və zəlzələlərin gücü bütövlükdə, inzibati rayonların seysmik rayonlaşmasına əsasən aparılır ki, bu da konkret ərazilərdə müxtəlif obyektlərin yerləşdirilməsi zamanı ola biləcək real təhlükəni nəzərə almağa tam imkan vermir.

Bir sıra tarixi səbəblərin təsiri altında Azərbaycanın seysmik cəhətdən təhlükəli hesab olunan rayonlarında kənd təsərrüfatının güclü inkişafı sabit və möhkəm məskunlaşma areallarında cəmləşmişdir. Baxmayaraq ki, zəlzələ və b. təbii fəlakətlər belə ərazilərdə daima təkrarlanma təhlükəsi var respublikanın başqa yerlərində əvvəl özlərinin tarix boyu məskunlaşdıqları əraziləri əvəz edə biləcək, həm də zəlzələ və digər təbii fəlakətdən qoruna biləcək ərazilər tapa bilmirlər. Buna görə də çalışmaq lazımdır ki, torpağı, mədəni landşaftı, yerli-əkinçilik ənənələri, vərdişləri ilə seçilən əvvəllər məskunlaşmış ərazilər, baş verəcək zəlzələlərdən yüksək effektivlik metodlarla müdafiə olunsunlar. 8-9 ballıq ərazilərdə dağıntılar nəticəsində dəymiş ziyan çox yüksək maddi səviyyə ilə müəyyən olunursa, bu da həmin ərazilərin iqtisadi qiymətləndirilməsi zamanı mütləq nəzərə alınmalıdır. (Məs: rayon planlaşmasında, məskunlaşma ərazilərinin bərpası layihələrinin tərkibi zamanı ərazilərin perspektiv inkişafı üçün planlaşdırılması və s.). Belə şəraitdə qorunması çətin və həm də, baha başa gələn obyektlər üçün daha münasib ərazilər, asan qorunan obyektlər üçün seysmik ərazilər ayrıla da bilər.

Yüksək seysmik ərazilərdən məcbüri istifadə şəraitində həmin ərazilərin spesifik xüsusiyyətlərinə uyğun olan xüsusi müdafiə vasitələri işlənib hazırlanmalıdır. Belə şəraitdə – birincisi yerin təbii şəraiti (hansıki, həmin ərazidə yaşayış məntəqəsi və digər obyektlər tikiləcək), relyefini, yeraltı süxurlarının meyl və hərəkət istiqamətini, bu ərazilərdə dağıdıcı proseslərlə müşaiyət olunan zəlzələlərin zəncirvari xarakterlərə malik olub, sellərlə sürüşmələrlə və daş uçqunları və s. nəticələnə biləcəyi nəzərə alınmalıdır.

Məhz bunlara əsasən təbiətşünaslar, mühəndislər, elə müdafiə vasitələri işləyib hazırlamalı, elə elmi tövsiyyələr verilməlidirlər ki, həmin ərazilərdə tikilmiş yaşayış binaların, ictimai müəssisələrin, yolların, bəndlərin və körpülərin təhlükəsizliyi təmin edilə bilsin.

Zəlzələnin baş vermiş şəraitindən asılı olmayaraq, çoxlu miqdarda faktlar sübut edir ki, ən çox dağıntıya məruz qalmış binaların əksəriyyəti yumşaq süxurlar üzərində tikilməsidir və əksinə daha möhkəm özül süxur üzərində tikilmiş binalar çox az dağıntıya məruz qalır1. Zəlzələ zamanı tikintilərin dağılma təhlükəsizliyi ən çox dərəcədə binaların layihələşdirilməsindən və tikinti materialları və onların keyfiyyətindən asılı olur. Seysmikliyi tam nəzərə almadan və aşağı keyfiyyətli materiallardan tikilmiş binalar adətən daha çox dağıntıya məruz qalır.

Bizim ölkəmizdə seysmik davamlılığa malik tikinti sahəsində çox iş görülmüş və bunun nəticəsində seysmik təhlükəli olan ərazilərdə sənaye və mülki obyektlərin tikilməsinə mane olmur və bunun sayəsində belə yeni yaşayış məntəqələri və hündür binalar inşa edilir. Buna misal olaraq əvvəllər 2-3 mərtəbəli evlərdə yaşamaq təhlükəli hesab olunurdusa, hal-hazırda zəlzələlərə davamlı hündür yaşayış binaları tikilməkdədir. Belə binaların zəlzələ etibarlılığı, onların seysmik cəhətdən qorunmasına zəmanət verir.

Azərbaycan hökumət orqanları səyi nəticəsində layihə və elmi tədqiqat institutları şəhərlərin və müxtəlif tikintilərin seysmik müdafiəsi üçün tədbirləri işləyib hazırlamışlar. Binaların və digər qurğuların tikintisində mühəndis texniki üsullardan istifadə, zəlzələlərdən müdafiə məsələləri qanunvericilik yolu ilə təsbit olunmuşdur.

Yeni yaşayış məntəqəlirinin tikilməsi zamanı həmişə zəlzələ ehtimalı nəzərə alınırsada zəlzələlərin dağıdıcı təsirindən müdafiə məsələlərində hələdə bir sıra həll edilməmiş problemlər qalmaqdadır.

Bu məsələlərin aydınlaşması üçün Şamaxı zəlzələlərini nəzərdən keçirək. Axırıncı 150 ildə burada 200-dən çox zəlzələ qeydə alınmışdır. Seysmik rayonlaşmaya dair nəşr olunmuş məlumatlara görə Şamaxı-İsmayıllı və Zəngəzur bölgələrində 7 ballıq zəlzələ 30-50 ildən bir ola bilər, qalan ərazilərdə bu gücdə zəlzələ hər 100-150 ildən bir, 8 ballıq zəlzələ 100-200 ildən bir, 9 ballıq zəlzələ isə 300 ildən bir gözlənilir. («Seysmik rayonlaşma»-1980, səh.146-147). Şamaxı-İsmayıllı zonasında aparılmış uzun müddətli müşahidələrin sayəsində aydın olmuşdur ki, son 210 ildə ən azı 3 dəfə 9 ballıq zəlzələ, 30-35 ildə 8 ballıq zəlzələ 1 dəfə, 7 ballıq zəlzələ isə 10-12 ildən bir baş vermişdir.

Bununla belə Şamaxı yenə əhalisi sıx olan və tikilməkdə davam edən bir bölgədir.

Əfsuslar olsun ki, əvvəlki zəlzələlərin nəticələri çox vaxt tez unudulur. Şamaxı şəhərinin əhalisi kənd yerlərindən gələnlərin hesabına surətlə artır ki, bu da əhalinin yaşayış yerləri və həyətyanı sahələrlə təmin olunmasına böyük çətinliklər törədir. Bu səbəbdən bəzi yerli hakimiyyət orqanları gəlmələrə ev tikmək üçün seysmik təhlükəli və sürüşmə ehtimallı sahələrdə yer ayrır. Buna misal olaraq son illər ərzində şəhərin şərq hissəsindəki rayon xəstəxanının yanı dəfələrlə sürüşmədən dağılmış və onlara yaşayış evləri yararsız hala düşmüşdür. Şəhərin bu hissəsi yüksək seysmik və fəal sürüşmələr zonası hesab olunduğundan belə ərazilərdə kiçik təkanlar belə burada ciddi dağıntılara səbəb ola bilər. Şəhərin bu hissəsində hər bir tikinti işləri dayandırılmalı, bu ərazi təsərrüfat və yaşayış üçün qadağan ərazi elan edilməlidir. Bütünlüklə isə, Şamaxı şəhərinin iqtisadi inkişafı ilə bağlı onun ərazisinin böyüklüyü və tikintisi haqda ciddi düşünülməli, əsaslandırılmalı və şəhərin yeni baş planında işlənib realizə olunmalıdır.

Biz Şamaxı rayonundakı zəlzələlərin dinamikliyini nəzərdən keçirərkən aşkar etdik ki, Şamaxı şəhəri və onun ətrafındakı yaşayış məntəqələri axırıncı yüz əlli il ərzində dəfələrlə dağılmış və insan tələfatına səbəb olmuşdur. Dağılmış sahələrin böyük hissəsi rayonun şimal-qərbində (Şamaxı şəhəri yaxınlığında) yerləşir. Tarixən bura öz yüksək iqtisadi potensialı ilə seçilir.

İnzibati rayon əhalisinin 60%-dən çoxu hal-hazırda adı çəkilən ərazidə və Şamaxı şəhərində yaşayır. Əsasən Şamaxı şəhərində, Sabir və Yusif Məmmədəlyev qəsəbələrindəki Laləzar kəndindəki bəzi fərdi təsərrüfatlardan və yaşayış binalarından başqa demək olar ki, yerdə qalan ərazilərdə 9 ballıq zəlzələnin tələblərinə davamlı heç bir tikinti yoxdur.

1902-ci il dağıdıcı zəlzələdən sonra bütün rayondakı yaşayış məntəqələri yenidən tikilmişdir. O vaxtdan çox zaman keçsədə, demək olar ki, tikililər əksəriyyəti köhnədir, bir hissəsi isə qəza vəziyyətindədir. Bütün yaşayış məntəqələrindən ancaq bir neçəsində olan binaları 8 ballıq zəlzələ gücünə davam gətirə biləcək hesabı ilə tikilmişdir: buna Mərəzə, Mədrəsə, Göylərdağ, Damlamaca və s. göstərə bilərik.

Rayonun 8 ballıq ərazisi ta qədimlərdən əsasən yaylaq və qışlaq kimi istifadə olunduğundan belə ərazilərdə daimi yaşayış yerləri yox idi, buna görə də dağıntıların dərəcəsi və insan qurbanlarının sayı çox az olurdu.

Rayonun kənd təsərrüfatının ixtisaslaşdırılmasındakı gedən dəyişikliklər bölgənin bu bölgəsində əhalinin oturaq həyata keçməsinə təsir göstərmiş və bunun nəticəsində burada olan yaşayış məntəqələrində seysmik vəziyyətlə hesablaşmadan tikinti işləri aparılır. Bunu nəzərə alaraq, əsas diqqət texniki qurğuların, yaşayış məntəqələrinin və təsərrüfat obyektlərinin müdafiəsinə cəlb olunmaldır. Layihə institutları tərəfindən Şamaxı rayonu üçün yaxın və uzaq pespektiv üçün layihəsi ynidən işlənməlidir. Rayonda olan yaşayış məntəqələrindən Qaladəsi, Dədəgünəş, Çuxanlı, Çaylı, Çaqan, Acıdərə, Çobanı, Meysarı, Əngək və b. Bu məntəqələr dəfələrlə zəlzələlərə, sürüşmələrə məruz qaldıqları üçün iqtisadi cəhətdən zəif inkişaf etmişlər və buna görədə gələcəkdə perspektivsiz kəndlər siyahısına əlavə oluna bilərlər. Eyni zamanda Sağıyan və Çarxan kəndləri təhlükəli ərazilərdə yerləşdikləri üçün onların gələcək yüksək inkişafı ilə çətin ki razılaşmaq olar. 150 il ərzində bu kəndlər 4 dəfə dağılmışlar, indi də seysmik müdafiəsiz yenidən tikilmə nəticəsində hətta 7-8 ballıq təkan onları dağıda bilər.

Ola biləcək 8-9 ballıq zəlzələ nəticəsində dağıntıları və insan tələfatını azaltmaq üçün bütün yaşayış məntəqələri diqqətlə yoxlanılıb, hətta 9 ballıq zəlzələyə davam gətirə bilən binaları aşkara çıxarmaq lazımdır ki, seysmik tələblərə cavab verməyən binaları müəyyən edilsin.

Eyni zamanda nəzərə almaq lazımdır ki, çoxlu yaşayış məntəqələrini daha təhlükəsiz yerlərə köçürmək üçün böyük kapital qoyuluşu lazımdır. Bundan başqa, torpaqların intensiv istifadəsi şaraitində yeni tikililər üçün çoxlu əlverişli sahələrin tapılması praktiki surətdə mümkün deyildir. Ancaq birinci növbədə heç olmasa həmin kəndlərdə tikinti işlərini dayandırmaq lazımdır. Rayonun səlahiyyətli orqanları yeni tikintiləri qadağan etməli və yeni tikililəri bütün növ təbii fəlakətlərdən dövlət sığortası təmin edilməlidir.

Daha böyük kəndlərə gəlincə isə, yararsız tikililəri aşkar edəndən sonra, onları antiseysmik müdafiə tədbirləri nəzərə alınaraq bərpa işləri həyata keçirilə bilər. Əgər hər bir kənddə heç olmasa zəlzələyə davamlı 50-100 ev tikilərsə küllü miqdarda maliyyə vəsaiti qənaət oluna bilər. Bu yaşayış məntəqələrini «perspektivsiz» elan etmək iqtisadi baxımdan əlverişli olmazdı, çünki bu, sonda həmin ərazilərin ixtisaslaşmış sahələrin ixtisarına gətirib çıxara bilər, məsələn: Gürcüstanın dağlıq rayonlarında baş verdiyi kimi, belə ki, indi həmin rayonlarda əhalinin geri qaytarmaq siyasəti həyata keçirilir.

Yüksək seysmikliyi olan rayonlarda antiseysmik tədbirlər, bu rayonlarda tikililərin qadağası və ya məhdudlaşdırılması üsulları təhlükəsizlik kimi istifadə olunur. Seysmik təhükənin nəzərə alınmamasını 1981-ci illərin sonunda 1982-ci ilin əvvəllərində İsmayıllı rayonunda, 2000-ci ildə Bakıda baş vermiş zəlzələ əyani nümayiş etdirirdi. İsmayıllı zəlzələni tədqiq edən komissiyanın çıxardığı nəticə belə idi: «Yaşayış və başqa binaların belə kütləvi dağılması onların çoxunun çay daşlarından, çiy kərpicdən və s. tikilməklə heç bir təhlükəsizlik qaydalarına riayət olunmaması ilə izah olunur. Lakin düzgün formalı (kubik) daşdan tikilmiş binalar seysmik dağıntıya davam gətirərək ciddi zədə almayıblar».

1902-ci ildə bu rayonlarda baş vermiş dağıdıcı zəlzələlərin birini tədqiq edərkən V.Veber belə yazırdı: «Ən davamlı evlər taxtadan. Yonulmuş daşdan olanlardır, ən davamsızı isə qaya parçalarından, çay daşlarından tikilənlərdir». Daha sonra o yazır: «Güclü zəlzələlərdən sonra insanlar keçirdikləri həyəcanları unudub həmin yerdə, həmin materiallardan həmin evlərdən tikmələri təəccüb doğurur». /Veber 1903, S-52/. Əgər yuxarıda göstərilən hər iki nəticəni tutuşdursaq (tarixi və müasir), onda aydın olur ki, xarakterizə edilən rayonlarda evlər tikərkən zəlzələnin daha güclü ola biləcəyi unudulur və bu fakt nəzərə alınmır.

Bunu biz Özbəkistanın Qəzli şəhərində baş vermiş zəlzələnin timsalında aydın görə bilərik belə ki, burada 1976-cı ildəki 8 ballıq dağıdıcı zəlzələdən sonra Qəzli yenidən tikildi. Lakin 8 il sonra, 1984-cü ildə daha güclü 9 ballıq zəlzələdən yenidən dağıldı və yenidən quruldu. Başlıca səbəb respublika iqtisadiyyatında mühüm yer tutan qaz sənayesi yaxınlığında yerləşən Qəzlinin yenidən tikilməsinin layihələşdirilməsi vaxtı zəlzələnin ağlasığmaz gücünün nəzərə alınmamasıdır2.

Seysmik rayonlardakı binaların istismarı təcrübəsi göstərir ki, zəlzələdən dağılmış binaların təmir xərcləri antiseysmik tədbirlərin xərclərindən dəfələrlə çox olur. «Hesablamalar nəticəsində məlum olur ki, 1966-cı il Daşkənd zəlzələsində az müdafiə olunmuş və heç müdafiə olunmamış binaların təmirinə 9 ballıq gücündə olan zəlzələ vaxtı sərf olunandan on dəfə artıq vəsait sərf olunub. («Daşkən zəlzələsi», 1971-ci il, səh.542)».

Bunu nəzərə alaraq, respublikanın yüksək seysmik rayonlarında nəinki dövlət, şəxsi tikililərin həmin rayonların zəlzələ ehtimalına ciddi riayət edilməsi lazımdır.

Ölkəmizin yüksək seysmikliyi və tez-tez təkrarlanması ilə seçilən ayrı-ayrı rayonlarında zəlzələ zamanı bina və tikililərin özünü necə aparmasını izləyən məntəqələr şəbəkəsi yaradılır. Belə məntəqələrin şəbəkəsi mühəndis-seysmik xidmətə (MSX) daxildir.

Özbəkistan və Tacikistanın təcrübəsini nəzərə alaraq Azərbaycanda da MSX məntəqələr şəbəkəsi genişləndirilməlidir. Bu şəbəkənin əsas mərkəzi, artıq qeyd edildiyi kimi, axırıncı üç əsr ərzində on bir dağıdıcı zəlzələyə məruz qalmış Şamaxı ola bilər. Yaxşı olardı ki, zəlzələ təhlükəli zonalarda planlaşdırma zamanı zəlzələnin mənfi təsirlərinin və başqa təbii fəlakətlərin öyrənilməsinə diqqəti yönəltmək üçün seysmoloqlar və sosial-iqtisadi coğraflar birlikdə tövsiyyələr işləyib hazırlasınlar.

Yuxarıda deyilənləri nəzərə alıb aşağıdakı nəticələri çıxarmaq olar:

1. Güclü zəlzələnin harada və nə vaxt baş verəcəyini dəqiq proqnozu verilə bilmədiyindən zəlzələnin törətdiyi dağıdıcı və zərərdən qorunma tədbirləri götürülməlidir ki, bu da əsasən iki istiqamətdə aparılmalıdır: 1- Tiknti zamanı aşkar təhlükəli rayonlardan imtina etmək lazımdır. 2- Zəlzələ təhlükəsi olan rayonlarda tikililərin çox möhkəm və etibarlılığını təmin etmək. Düzdür, tam antiseysmik binaların layihələşdirilməsi və tikilməsi hələlik mövcud deyildir, amma buna nail olmaq olar. Bundan ötrü əvvəlki zəlzələlərin təcrübəsinə əsaslanmaq lazımdır.

2. Azərbaycanın bütün ərazisində mikroseysmik rayonlaşdırmanın aparılmaması ayrı-ayrı yerlərdə tikinti işlərinin aparılmasına çətinlik törədir. Bunu nəzərə alaraq, respublikanın mikroseysmik rayonlaşdırılması və böyük miqyaslı xəritələşirilməsi çox vacib və lazımlıdır. Bu işləri birinci növbədə Şamaxı-İsmayıllı zonasında, Naxçıvanda aparmaq lazımdır, çünki bu rayonlarda 8-9 ballıq zəlzələ ehtimalı respubllikanın başqa rayonlarından daha yüksəkdir.

3. Şamaxı-İsmayıllı, Ordubad rayonlarında müntəzəm olaraq keçmişdə olmuş və gələcəkdə ehtimal olunan dağıdıcı zəlzələləri nəzərə alaraq, bu zonalarda mühüm dövlət əhəmiyyətli və çətin müdafiə olunan dövlət binalarının tikintilərini qadağan etmək lazımdır. Bütün tikinti işlərini ciddi nəzarətdə saxlamaq (xüsusilə də fərdi tikililəri) lazımdır ki, bu zaman antiseysmik qaydalara riayət olunsun.

4. On ballıq zəlzələlər və aktiv sürüşmələr baş vermə ehtimal olan əraziləri təsərrüfat və tikinti işləri üçün qadağa qoymaq, həmin yerləri istirahət üçün meşə-parklara çevirmək lazımdır.

Zəlzələnin hansı dəqiqə, saat, gün, ay, il olacağını hələlik tam dəqiq müəyyən edilmədiyindən zəlzələyə qarşı həmişə hər an hazır olmaq lazımdır. Bunun üçün hər bir ağlı kəsən şəxs aşağıdakı məsələləri bilməlidir. İşığın yandırıb, södürülmə yerləi, qaz və su kranlarının yerləri, evdə olan pul, qiymətli daş-qaş, sənədlər əvvəlcədən elə yerlərdə saxlanılmalıdır ki, onları vaxt itirmədən bir neçə saniyə ərzində ələ götürmək imkanı olsun. Göstərilən əşyalar içərisində zəlzələnin kecə olmaq ehtimalı nəzərə alaraq hökmən kiçik fanarda saxlamaq lazımdır.

Yaşadığınız mənzilin zəlzələ vaxtı ən davamlı və etibarlı yerləri olan əsasən dəhlizə çıxışı olan qapı boşluğu, aparıcı divarların əsas çıxış və giriş qapısına yaxın olan küncləri haqda ailə üzvləri hamısı əvvəlcədən məlumatlandırılmalıdır.

Ola bilsinki, ailə üzvlərinizdən bir qismi məktəbdə, institutda, iş başında və s. olarkən zəlzələ baş verə bilər. Bunu nəzərə alaraq, onlara özlərini hər bir konkret halda necə aparmalarını başa salın. Misal üçün təhsil müəssisələrində dərs vaxtı zəlzələ baş verərsə çalışıb həyacanlanmamağa, qorxmamağa riayət etməklə xarakterizə edilən ən təhlükəsiz yerdə dayanmalı, belə yer artıq tutulubsa, yoxdursa partanın və ya mizin altında özünüzə yer seçib əlinizlə başınızı tutun. Yüksək mərtəbəli binada yerləşən təhsil müəssisələrini və s. iş yerlərini tərk edərkən birinci olaraq əvvlcə birinci, ikinci, üçüncü və s. mərtəbələrdə olanlar binanı basabas və səs-küy salmadan tərk etməlisiniz, pəncərələrin şüşələrinin qırılıb tökülməsini və eləcədə kənar divarlarının tez dağıntıya məruz qalmasını nəzərə alaraq onlara yaxın olan çarpayılardan istifadəni məhdudlaşdırın.

İlk təkanlar olan kimi rəflərdə olan əşyalar (ələlxüsus qabaqcadan, kitablar) tökülür, çılçıraqlar (əgər onların asılqanları uzundursa) kəskin hərəkət, titrəyiş nəticəsində tavana dəyir və sınır. Buna görə də özünüzü belə hallardan qorumağa çalışın.

Mənzilinizdən, əsas qapıdan dəhlizə çıxan yerlərdə ağır və yolunuzu kəsə biləcək hər bir əşyaları (soyuducu, kitab rəfləri, seyf və mebelləri) elə yerləşdirin ki, titrəyiş vaxtı üstünüzə yıxılmasın və tez mənzildən çıxmaq üçün sizə və ailə üzvlərinizə mane olmasın.

Şəhər yerlərində binalarda (mənzillərdə) layihələrdə nəzərdə tutulmayan tikinti quraşdırma işlərinin aparılmasına, zirzəmilərdə bünövrə və yükdaşınan divarların sökülüb, yenidən qurulmasına, rekonstruksiya edilməsinə qəti yol vermək olmaz. Binaların bayır tərəfində və fasadlarında yeni, əlavə inşa edilən balkon və s. tikililər binaların normadan əlavə və qeyri bərabər yuklənməsinə səbəb olur. Bu da zəlzələ vaxtı binanın daha çox dağılmasına səbəb olur. Belə halların qarşısı qətiyyətlə alınmalıdır.

Zəlzələ vaxtı onu bilmək lazımdır ki, dağıdıcı zəlzələlər vaxtı təkanların davam etmə müddəti bir neçə saniyyəyə bərabər olur. İlk təkanlar baş verdikdən sonra müəyyən fasilələr baş verir və yenidən təkanlar təkrarlana bilər. Əksər hallarda ilk təkanlar ən böyük dağıdıcı gücə malik olurlar. İlk təkanlar baş verdiyi vaxt bina və mənzilin içərisində cırıltı, şaqqıltı, gurultu və s. səslər eşidilməyə başlayır. İlk andan belə səslər, insanları qorxunc vəziyyətə salır, adamlar psixi stres vəziyyəti keçirirlər. Belə anlarda ən vacib məsələ özünüzü ələ alın və ümidsizliyə qapanmayın. Əgər siz mənzildə olarkən ilk təkan baş verirsə o vaxt heç nə haqda (var-dövlət, əşya və s.) fikirləşmədən mənzildə ən təhlükəsiz ərazini (dəhlizə açılan qapı boşluğunu, əsas (aparıcı) divarların yaxın künclərini) seçin və orada təkanların olub qurtarmasını gözləyin. Ən vacib məsələ, mənzilin dəhliz giriş qapısını açıq saxlayın, çünki ilk təkanlardan sonra qapı pərçimlənə bilər. Bu isə sizin və ailə üzvlərinizin təhlükəsiz əraziyə çıxışınızı çətinləşdirə bilər. Nəzərə alsaq ki, bina, mənzil dağılsa belə, qapının açıq olması sizin sonradan həyatınızı xilas etməkdə mühüm rol oynaya bilər. Çılçıraqların yellənməsini, əşyaların rəflərdən düşməsini, cingilti, xışıltı, gurultu hiss etdikdə qorxu və vahimə hissini özünüzdən uzaqlaşdırmaqla, ola biləcək güclü təkanları gözləmədən, əgər siz həyət evində və ya hündür mərtəbəli binanın birinci, ikinci mərtəbəsində yaşayırsınızsa. Əgər qiymətli əşyaları, sənədləri götürüb evi və ya mənzili təcili tərk edib, binadan aralı təhlükəsiz açıq ərazidə dayanın.

Yuxarı mərtəbələrdəsinizsə, əgər 10-15 saniyə müddətində liftdən istifaə etmədən mənzili tərk edə bilərsinizsə, mənzili tərk edin. Göstərilən 10-15 saniyə mənzili tərk etmək üçün sizə kifayət etməzsə, mənzili tərk etməyin. Yuxarıda qeyd olunduğu kimi, mənzilin təhlükəsiz hissələrində (əsas çıxış qapısının arasında, küncdə, dirək altında və s.) dayanın və ilk təkanları gözləyin və sonra mənzili tərk edin. Zəlzələ olmayan vaxtlarda çalışın yüksək mərtəbəli binaların pilləkənləri tez alışan, partlaya bilən, böyük həcmli ağır lazımsız əşyalarla tutulmasın, sərbəst gediş-gəlişə mane olmasın. Binada yaşayan hər bir şəxs buna nəzarət etməlidir.

Zəlzələlərin hansı fəsillərdə olacağını bilmək də hələlik qeyri mümkündür. Bununla belə qış aylarında baş verən dağıdıcı zəlzələlərdə daha çox insan tələfatı olur. Buna səbəb insanların bu vaxt daha çox oturaq həyat sürmələridir. Biz 1830-1930-cu illərdə Azərbaycanda olmuş zəlzələləri nəzərdən keçirdikdə onların 1/3-nin qış aylarında olduğunu görərik. Bu nöqteyi nəzərdən 1902-ci il ən seysmik (qış) ili olmuş və 40-a qədər zəlzələ qeydiyyata alınmışdır. Bunlardan ən dağıdıcısı 4 yanvar 1869-cu il, 1 fevral 1871-ci il, 28 yanvar 1872-ci il, 13 fevral 1902-ci il Şamaxı zəlzələlərini, 2 yanvar 1842-ci il Abşeron yarımadasında (Məştağada) olan zəlzələni misal göstərə bilərik.

Yaz, yay, payızda baş verən zəlzələlər dağıntılarla yanaşı daşqınlara, sürüşmələrə, yanğınlara və s. səbəb olur. Bunlara 7-14 avqust 1828-ci ildə Şamaxı, 1 iyul 1840-cı ildə Araratda (Naxçıvan), 11 iyun 1908-ci ildə Tircanda (İsmayıllı r-nu) baş vermiş zəlzələləri misal göstərə bilərik.

Belə zəlzələlərdən sonra sağ qalanların bir qismi qorxu və psixi pozuntulara məruz qalır, kor olurlar, danışıq qabiliyyətlərini itirirlər.

Ürək, qan-damar, şəkər xəstələri arasında daha çox ölüm hallarına təsadüf olunur. Ümumiyyətlə gecə vaxtı insanların həyatını xilas etmək işi çətinləşir.

Özünüzü qorumaq imkanlarınız məhdud olduqda, heç olmasa düşən əşyalardan və yüngül daş və divardan qopan suvaqdan qorunmaq üçün stolun, çarpayının altında və rəflərin, şifonerin içərisində özünüzü qoruyun.

Zəlzələ gecə vaxtı baş verdiyi anda kibritdən, alışqandan, şamdan, neft lampasından çalışın istifadə etməyin, çünki evinizdə və dəhlizdə olan qaz kəmərlərinin zədələnməsi nəticəsində qaz sızması baş verər və bunun nəticəsində yanğın baş verər.

Zəlzələ vaxtı imkanınız olub küçəyə çıxa bilsəniz və ya zəlzələ vaxtı küçədəsinizsə qırılmış elektrik xətti məftillərindən, dağılmaqda olan binaların tökülən daş və digər əşyalarından özünüzü qorumaq üçün açıq, təhlükəsiz yer seçib həyatınızı qoruyun.

Əgər zəlzələ vaxtı siz avtomobildəsinizsə hərəkətinizi dayandırın, binalardan, körpülərdən, yeraltı keçiddən, hasarlardan və s. kənar təhlükəsiz yerdə dayandırıb əsas təkanların olub qurtarana qədər maşınınızı tərk etməyin.

Dünya təcrübəsində zəlzələnin proqnozlarını vermək müxtəlif elm sahələri mütəxəssisləri qarşısında duran ən mühüm problemlərdən biri olsada hələlik öz müsbət həllini tapmamışdır. Çin, Yapon, Amerikalı elm mərkəzləri və alimlərinin zəlzələlərin olmasına dair verdikləri 1000-lərlə proqnozlar içərisində bir və ikisinin dəqiq olması müəyyən olsada, hələlik zəlzələnin ola bilməsinin 100 faizlik proqnozu haqda fikir söyləyə bilmərik. Bununla belə zəlzələdən bir neçə saat əvvəl bulaqların bir qisminin suyu bulanır və ya müvəqqəti kəsilir, ev heyvanları (pişik, it, at və s.) tez-tez mırıldayır, ulayır, kişnəyir, balıqlar, quşlar dağıdıcı zəlzələlərin vaxtından əvvəl özlərinin davranışlarında, hərəkətlərində, biruzə verirlər. Bunu nəzərə alaraq ən aktiv zəlzələ ocaqlarına yaxın yerləşən şəhər və yaşayış məntəqələrində yaşayan insanlar evlərində belə heyvanları saxlamaqla onlar çox vaxt öz həyatlarını heyvan, quş və balıqların vasitəsilə xilas edə bilirlər. Uzun müddətli fasilələrdən sonra (30-50 ildən bir) baş verən zəlzələlərin olacağını əvvəlcədən heyvan, quş və balıqlarla müəyyən etmək insanlar üçün çətin olur. Yəni bu barədə vərdişlərin olmaması buna imkan vermir. Misal üçün Bakıda son dağıdıcı zəlzələ 160 ildən sonra baş verdiyindən, insanlar zəlzələ olan günü heyvanların qeyri-adi davranışlarına, hərəkətlərinə fikir verməmişlər, ancaq zəlzələ olub qurtardıqdan sonra ev heyvanları və quşların belə hərəkətlərinin zəlzələnin olması ilə izah edirlər.

İnsanların xasiyyətləri müxtəlif olduğu kimi, onların zəlzələyə və onun təzadlarına da baxışları (münasibətləri) müxtəlif olur. Əgər adamlar dağıdıcı zəlzələdən şikəst olmasalar, yaralanmasalar belə olmuş zəlzələnin şahidi olan adamlar (insanlar) uzun müddət (bəzən bir neçə ay) zəlzələnin qorxusu ilə yaşayırlar. Onlara hər bir titrəyiş (tavanın, polun, divarın, çılçırağın və s.) keçmiş zəlzələni xatırladır və sanki onların zəlzələ qorxuları təzələnir. Dünyanın bir çox ölkələrində təbii fəlakətlər vaxtı insaların keçirdikləri stresləri neytrallaşdırmaq üçün (mütəmadi fəaliyyət göstərən) reabilitasiya mərkəzləri fəaliyyət göstərir və bu mərkəzlər insanları belə ağır stres vəziyyətindən çıxardırlar. Artıq 2000-ci ildə baş vermiş zəlzələdən sonra Bakı şəhərində də belə mərkəzlər fəaliyyət göstərməyə başlamış və çox müsbət nəticələr əldə etmişlər. Burada çalışan psixiatr, psixoloq və tibb mütəxəssisləri adamların əvvəlki inamlarını özlərinə qaytarır və onların sağlamlıqlarını bərpa edirlər. Göstərilənləri nəzərə alaraq zəlzələ vaxtı çalışın heç vaxt umidsizliyə qapınmayın və soyuqqanlı olun əgər siz buna əməl edə bilsəniz dağıdıcı zəlzələdən həyatınızı (sağlamlığınızı) qorumaq ehtimalı daha çox olar.

Siz bilməlisiniz ki, bir neçə saniyə ərzində verən təkanlar ən dağıdıcı və güclü olmaqla, ondan sonra baş verən təkanlar əvvəlki təkanlardan dağıdıcı qüvvəsinə görə zəif olmaları ilə seçilirlər. Belə təkanlar olarkən siz binanı və ya mənzilinizi (əgər onlar tam dağılmayıblarsa) tərk edə bilərsiniz.

İlk təkanlardan sonra, həyətə, küçəyə çıxıb yaranmış şəraiti və vəziyyəti ayırd edin və tam təhlükəsiz ərazidə dayanın. Elə yer seçin ki, ev, bina hasar dağıdıcı şəraitdə onlar sizə xətər yetirməsin, itirməmək üçün yanınızda ağac, radio, teleqraf stolbasının olmasına fikir verin və lazım gəldikdə onlardan yapışın.

İlk güclü təkanlardan sonra kimisi ayaqyalın, kimisi yarımçılpaq vəziyyətdə ev və mənzilləri tərk edirlər. Kimlər isə özlərini pəncərə və balkonlardan atırlar.
3.7. Şiddətli küləklər

Külək, atmosferdə havanın yer səthinə paralel hərəkəti, təzyiqin üfiqi istiqamətdə qeyri-bərabər paylanmasından əmələ gəlir.

Azərbaycanın coğrafi mövqeyi, səth quruluşu: üç tərəfdən Böyük və Kiçik Qafqaz, Talış dağları, 825 km-lik məsafədə Xəzər dənizi suları ilə əhatə olunması və s. amillər güclü küləklərin baş verməsinə səbəb olur.

Küləklərin TF-ə çevrilməsi üçün onların surətinin 21 m/saniyə­dən artıq olması kifayət edir. Bunun üçün belə küləklərin davam etmə müddətləri də vacibdir. Gücü 21 m/saniyədən və ondan güclü küləklər ildə 140, Sumqayıtda 121, Maştağada 52, Bakıda 50, Artyomda 40 günə bərabər, yüksək dağlıq və dağətəyi ərazilərdə 1-5 günə bərabər olmuşdur.

Göründüyü kimi Abşeron yarımadası şiddətli küləklərin ən çox təkrarlandığı reqion olmaqla, burada bəzən gücü 40 m/saniyəyə çatan küləklər də müşahidə edilir. Belə güclü küləklər 25 oktyabr 1945-ci ildə, 12-13 fevral 1952-ci ildə, 20-21 noyabr 1957-ci ildə, 18-20 mart-26 sentyabr 1980-cı, 10 noyabr 1999-cu ildə Bakıda, 4 sentyabr 2001-ci ildə Gəncədə, 9-11 fevral 2002-ci ildə Dəvəçidə, 16 fevral 2002-ci ildə Göyçayda müşahidə edilmişdir.

Şiddətli küləklər Azərbaycanda tez-tez təkrarlansalar da onlar uzun müddətli fasilələrlə sürəti 32 m/saniyəyə çatan küləklər hər il 3,8 m/san. 5 ildən bir, 40 m/saniyəyə çatan küləklər isə 20 ildən bir, onların davam etmə müddəti 2 saatdan 20 saata qədər, nadir hallarda isə Abşeronda 48 saata qədər davam edib.

Abşeron üçün daha xarakterik külək Nord-Şimal yerli adı Xəzri olan küləkləri ildə orta hesabla 100 gün təkrarlanır və belə küləklərdən sonra havanın hərarəti yayda 5-60, qışda isə bəzən 10-120 aşağı düşür. Nordlar yayda havanın mülayimləşməsinə, qışda isə kəskin soyumasına və bəzən güclü qar yağmasına səbəb olur. Bu tipli Şimal, Şimal-qərb küləkləri respublikanın dağlıq ərazilərində xüsusi olaraq Naxçıvan MR xüsusi olaraq qış aylarında baş verdiyi vaxtlarda havanın hərarəti bəzən 20-300 aşağı düşür, normadan bir neçə dəfə artıq qar yağır. Belə hallar 2002-ci il qış aylarında Naxçıvan MR ərazisində müşahidə edilmiş havanın temperaturu 400 -yə çatmışdır. Belə ekstremal keçən qış Naxçıvan MR bütün təsərrüfat sahələrinə, insanların həyat tərzinə və sağlamlığına çox böyük iqtisadi zərərlər vurmuşdu.

Abşeronda havanın formalaşmasında bütün il boyu əsən cənub küləyi olan gilavarın böyük rolu vardır. Gilavar qışda havaya mülayimlik, yayda isə quraqlıq gətirir. Gilavar ilin isti vaxtlarında şiddətli küləklərlə müşayət olunduqda tozlu, qumlu tufanlara səbəb olur. Respublika ərazisində Abşerondan başqa, Kür-Araz ovalığında, dəniz sahili boyu ərazilərdə, Naxçıvan MR-da belə küləklərin daha çox təkrarlanması müşahidə edilir.

Şiddətli küləklər avtomobil, dəmir yolu, hava nəqliyyatının ritmik fəaliyyətini pozur, dəniz, çay, göl və su anbarlarında güclü dalğalar yaradır, tozlu, qumlu tufanlara, torpaq erroziyasına səbəb olur, yerüstü elektrik və rabitə xətlərini yararsız hala salır, bağları, üzümlükləri, ağacların budaqlarını sındırır və ya kökündən çıxarır, yolları, arxları, kanalları, kollektorları, hasar və evlərin dibini torpaq, qumla doldurur və bəzən də belə yerlərdə qum təpələri əmələ gətirir, yaşayış evlərinin, təsərrüfat binalarının dam örtüyünü, (krişalarını) pəncərələrini, istixanaları sındırır, yararsız hala salır.

Əfsuslar olsun ki, Abşeron dünyanın ən küləkli reqionu olsada, hələlik küləklərin gücündən istifadə olunmur. Qonşu İranın təcrübəsindən istifadə etməklə çoxlu külək elektrik stansiyaları inşa etmək olar.

Azərbaycanda əsən güclü küləklərlə əlaqədar baş verən qara yellərin, quraqlıqların qumlu, tozlu tufanların təkrarlanması, məhdud əhatə dairəsi, respublikada görülən tədbirlər torla qoruyucu yaşıllıqlar, yeni salınmış meşələrin sahəsinin artması, suvarılan əkin sahələrin genişlənməsi və s. Nəticədə göstərilən TFH-i kəskin surətdə azalmış və onların Respublika iqtisadiyyatına vurduğu zərərlər çox cüzi olduğundan bu məsələlərə kitabda ətraflı yer ayrılmamışdır. Bəzən də insan təlafatına da səbəb olur. Belə küləklərdən sonra şəhərlərdə toz, qum, torpaq zibillikləri təmizləmək üçün çoxlu texnika, işçi qüvvəsi və maliyyə vəsaiti tələb olunur. İnsanların səhətinə xüsusi olaraq ürək xəstəlikləri qan təzyiqi, rematizm və s. olan insanlar belə küləklər vaxtı daha çox əziyyət çəkirlər.

Göstərilən TFH-i baş verərkən pəncərə və qapıları bağlamaq, küçəyə çıxarkən yuxarıdan düşən daş, şüşə və s. əşyalardan özünüzü qorumaq üçün çalışan divarlara eyvanlara yaxın yerlərdən açıq elektrik xətlərinin altından; maşınların altında qalmaq, cərəyanları (skvoznyak) çox güclü olan küçələrdən ehtiyatla keçin, kiçik yaşlı uşaqları belə vaxtda evdən bayıra (küçəyə) buraxmayın, güclü küləklərə çox həssas olan xəstə adamlara küçəyə çıxmaq məsləhət görülmür.

Küçə və bağlardan keçərkən qırıla biləcək ağaclardan özünüzü qoruyun. Maşınınızı hündür və iri ağaclar altında dayandırmayın.

Yaşıllıq məqsədi ilə əkilən ağacların küləklərə daha davamlı olanlarından istifadə edin, güclü küləklər vaxtı ağacları, kolluqları, yaşıllıqları suvarmayın.




Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə