İKİNCİ
HİSSӘ
Ey yerin-göyün hakimi,
mәrhәmәtini әsirgәmә,
mәnә düzünü de, Әylis mәni yaradıb,
yoxsa mәn Әylisi yaratmışam?..
DAŞ YUXULAR
47
İlahi, bu yer nә yerdi belә!
Yәni doğrudanmi dünya deyilәn şey çayların әyri
qırağından baş alıb sıldırımlı dağların tәpәsinә dikәlәn
nәrdivandı? Әylisdimi bura ? Necә olur görәsәn ensiz dar
dәrә bircә göz qırpımında qәfil genişlәnir, genişlәnir,
dünya boyda olur. Doğrudanmı Әylis bu qәdәr böyüyüb?
Yoxsa burdakı bütün daşları toplayaraq ucalara gedәn bir
nәrdivan qurub ki, oradan baxanda balaca, әl içi boyda
Әylis dәrәsi yox, göz işlәdikcә genәlәn bütün dünya
görünsün. Bu necә mәkandı, İlahi !
Bәlkә bu dağlar vavilion Allahının Mesapotomiyadakı
Daş darvazasıdır. Bәlkә Akropoldur? Bәlkә bu batıq-
çıxıqlar, pillәkәnlar göy üzündәki Parfenona açılır? Vә
nәdәn, nә üçün onun qövüsvari pillәkәnlәri Dionis
teatrının daş oturacaqlarını xatırladır? Bәlkә dә Әylisin
yuxarı hissәsindәki Vuraqırd adlanan daş dünyaya Ahәng
demәk daha düz olardı. (Vuraqird ermәnicә Vardakert
toponiminin tәhrif olunmuş şәkilidir. Vardakert kilsәsi (
Müqәddәs Xristofor kilsәsi) Әylisin әn qәlbi yerindәdir).
Amma hәlә belә demәk tezdir. Çünki Saday Sadıqlının
durduğu daş pillәkәndәn Vuraqirdın daş kilsәlәrinin bircәsi
dә görünmürdü. Axı o, bu ecazkar, İlahi mәkanına mәhz
ahәng dalınca gәlmişdi, artist onu görürdü, әgәr o ilahi
ahәngdarlıq olmasaydı bundan sonra gedilәsi yol da
mәnasını itirәrdi.
Artist can atdığı o uzaq mәkana qovuşmaq üçün bu
daş pillәlәrlә üzüyuxarı hәlә çox dırmaşmalıydı : di gәl,
ayaqlarının heyi azalmışdı, әllәri sözünә baxmırdı,
başındakı ağırlıq vucudunu çәkib aparmağa imkan
vermirdi. Artist heç olmasa bircә pillәkәni dә qalxmağa
DAŞ YUXULAR
48
can atırdı, amma dәrhal qüvvәsini itirirdi. Bax onda Saday
soyuq kәlәkötür daş çıxıntının üstünә uzandı, bir az özünә
gәldi, yenidәn qırmızı bişmiş kәrpicdәn hörülәn, hәlә dә
görünmәyәn kilsәyә doğru hәrәkәt etmәyә başladı. Elә ki,
o bir qәdәr irәlilәyirdi, qәribәdir hәmәn an arxada
qoyduğu dikdir yeni başdan irәli sürüşürdü. Dәrә boyunca
axan çay qırağından başlayıb göyün üzünә qәdәr yüksәlәn
pillәkәnlәrin daş dünyası zәlzәlәdәn titrәyir, o titrәyәn,
yellәnәn daş dünyanın müsafiri Saday Sadıqlı yadına sala
bilmirdi ki, haradadır, nә axtarır? Yoxluğun vә
mәkansızlığın dәhşәtli qorxusu içindә batıb boğulurdu.
Artist belә dünyaya huşunu itirәndәn sonra
düşmüşdü.
Hәmin gün sәhәr saat on bir, on iki radәlәrindә
evdәn çıxıb Parapet tәrәfә gedirdi. Hansısa sirli bir qüvvә
yenә dә Saday Sadıqlının düşüncәsinә hakim kәsilmişdi
mübhәm bir qüvvә onu Eçmiәdzinә dartırdı. Saday Sadıqlı
heç vaxt Eçmidzindә olmamışdı. Ancaq axır macallar, az
qala hәr gecә yuxuda nahamar daşların, qayaların arası ilә
ona tәrәf gedirdi vә yuxusundakı bu çәtin yol Vuraqırda
aparan, kitablarda oxuduğu, videolarda gördüyü daş
pillәkәnlәrә dirәnir, ilişib qalırdı. Eçmiәdzinә yollanmaq,
törәtdiklәri әmәlә görә müsәlmanların bağışlanılmasını
dilәmәk niyyәti Saday Sadıqlının ürәyindә Sumqayıt
hadisәlәrindәn sonra, gecәlәrin birindә baş qaldırmışdı.
Sonralar Saday Sadıqlı ayırd elәyә bilmirdi: bu fikir onun
ağlına yuxuda yoxsa gerçәkli hәyatda gәlib. Ancaq hәmin
sәhәr o, yuxudan qıvraq oyandı, yuyundu, iştahla sәhәr
yemәyi yedi, lәzzәtlә çay içdi vә hәtta bu sәmavi ideyanın
mәğzini sevimli arvadına danışmaqdan özünü saxlaya
DAŞ YUXULAR
49
bilmәdi. Son zamanlar әrinin pisxoloji durumundan
rәndicә düşәn Azadә xanım hәmәn gün işdә canını
qoymağa yer tapmadı, axşam isә Mәrdәkana zәng çalıb
baş verәnlәrin hamısını atasına nağıl elәdi.
İndi tibblә vidalaşan doktor Abasәliyev az qala
tәlәbәlik illәrindәn müxtәlif mәnbәlәrdәn Әylisin tarixi ilә
әlaqәdar qarışıq mәlumatlarla dәrindәn tanış idi. Elә bu
sәbәbdәn dә çәtinlik çәkmәdәn diaqnoz qoydu:
«Depressiv-maniyak sindiromu» - dedi, sözünün
hәqiqiliyinә özü dә inanan kimi oldu vә dәrhal da sonrasını
zarafata saldı: - Nәdi, bәlkә Katalikosu sünnәt elәmәyә
gedir? Qoy getsin, mane olma. Uzaq başı Vuraqırdacan
gedә bilәcәk. - Sonra isә mövzunu tamam dәyişdi, gәnclik
şövqü ilә yeni әylәncәsi barәdә söz açdı. - Aza, dünәn
axsam o vaxtlarda yaşamış ermәni tacirinin gündәliklәr
kitabını tapmışam. Hәmin ermәni savadsız imiş, amma
yaxşı tacir olub. Kitabı yazmaqda mәqsәdi dә bu olub ki,
ondan sora gәlәnlәr ticarәt elәmәyin әsas qaydalarını
bilsinlәr. Aza, bu adam Әylisin dәhşәt vurğunu imiş.
Mәәttәl qalıram, Әylis niyә ermәniyә bu qәdәr doğmadı?
Onun nәyinә lazım idi çaqqalların vә ilanların yaşadığı,
daşı, qayası tarlasından vә suyundan milyon dәfә çox olan
bu yerdә cәnnәt xülyasına düşmәk? Mәgәr dünyada
ermәniyә yer azlığıdır? Heç bilmirәm nәyә görә Eçmiәdzin
bu qәdәr mәşhurlaşıb. Bir-iki dәfә olmuşam orda. Amma
indi qoca vaxtımda başa düşürәm ki, Allahın evi Әylisdir!
Eçmiәdzin Әylisin yanında ağzından süd iyi gәlәn uşaqdır.
Eçmiәdzin katalikosundan Sadaya müәllim çıxmaz. Qoy
ora getsin, hәqiqi müәllimin hüzuruna: - Abasәliyev
zarafatla әlavә elәdi.
DAŞ YUXULAR
50
- Eh, sәn dә, papa! Hәr şeyi zarafata salırsan, -
Azadә xanım bir az incik sәslә dedi. - O, hәr bir Bakı
ermәnisinin halına elә yanır, guya onları qorumaq tәkcә
bunun borcudur. Ermәni onun üçün canından әzizdir.
Guya onlar mәlәkdirlәr, göydәn uçub gәliblәr, biz isә
cәlladıq, onların qanını içirik. Mәәttәl qalmalı işdi, tәkcә o
zamanın Әylis ermәnilәrini deyil, burdakıların da
ucdantutma hamısını bizim taxtabaş qara-qışqırıqçılardan
üstün tutur. Öz gözü ilә heç vaxt görmәsә dә Әylisdә
türklәrin ermәnilәrә qarşı törәtdiyi qәtliamı unuda bilmir.
Papa, onun belә olmağının baiskarı sәnsәn.
- Elә deyil, qızım, bu mәsәlәyә mәnim heç bir
qarışacağım yoxdur. O, anadangәlmә düzgün, vicdanlı,
insaflı adamdır. İş onda deyil, indiki ermәnilәr necәdir,
әsas mәsәlә budur ki, biz necәyik. Sadayın keçmişdәki vә
ya indiki ermәniylә nә işi. Onu düşündürәn bizim
millәtimizdir. Sәn ki bilirsәn o, yağışdan sonra çıxan
göbәlәk kimi dünyanın harasına desәn sәpәlәnmiş
millәtini necә sevir, elә buna görә dә taxtabaş qara-
qışqırıqçılardan fәrqlәnir. - Doktor uzun müddәt susdu.
Sonra hәr ağrısını öz ağrısı bildiyi qızıyla isti, mehriban
sәslә danışmağa başladı. - Sәn "Leyli vә Mәcnun"u
oxumusan. Yadındadı, Mәcnunun ata tәrәfinin qoşunu qәti
qәlәbә üçün Leylinin qohum-әqrabasının üstünә cumanda
o nә oyun durquzur? Dava nәyin üstündә idi? Dava onun
üstündә idi ki, valideynlәri öz qızlarını ayrı qәbilәdәn olan
dәliyә vermәk istәmirdilәr. Leylinin dәrdindәn dәli-divanә
olan Mәcnun neynәdi, hәlledici mәqamda düşmәn tәrәfә
adlayıb özününkülәrә qarşı vuruşdu. Çünki ortada hәqiqi
sevgi vardı. Hәqiqi sevgi sәrhәd tanımır. Bu sayaq yalnız
DAŞ YUXULAR
51
qadını vә vәtәni sevmәk olar. Sevgi tәmiz güzgü kimidi,
qızım, orada yalnız xeyirxahlıq vә mәrhәmәt әks olunur.
Әsl sevgi hәyatda qazanılmır, onu Allah әta edir. Bizim
Mәcnunun da dәrdi bax bu idi. Yaxşı ki, qızım, belә
xәstәliyin әlacı hәlә tapılmayıb, - doktor Abasәliyev indiki
vәziyyәtdә çarәsizliyini ifadә edәn qәhәr dolu sәslә susdu.
Elә onda da doktor Abasәliyev telefondaca qızına
Әylis haqqında bir saatacan uzun nitq irad elәdi. Amma o
telefon söhbәti Azadә xanımı nәinki toxtatdı, әskinә daha
bәrk tәlaşlandırdı, ona elә gәldi ki, bütün kişilәr tәdricәn
olan ağıllarını da itirirlәr.
"Bu bizim Vәng kilsәsidir - eynәn Eçmiәdzindәkinin
oxşarı". Bu sözlәri bir zaman Abasәliyev Vәng kilsәsinin
hәyәtindә kürәkәninә demişdi (Vәng - kilsәnin
azәrbaycanca adıdır. Mәbәd bizim eranın I әsrindә apostol
Varfolomey tәrәfindәn tikilib. Kilsәnin inşa olunduğu
mәhәllә Vәng adlanır). Mәsәlәnin qәribәliyi var, artist
haradan bilәrdi vә nә tәhәr olur ki, Eçmiәdzinә gedәn
saysız-hesabsız yollardan biri Vәng kilsәsindәn keçir? Kim
nә deyir desin, artıq o, Vuraqırda oxşayan, әzablı
pillәkәnlәrdәn, eniş-yoxuşdan ibarәt daş dünyadan
addımbaaddım, bitdә-bitdә keçmişdi. Aman Allah, bu ki,
Vәng kilsәsinin eynidir.
Günәşin sarımtıl, bәnövşәyi şәfәqlәri qollu-budaqlı
ağcaqovaq, gilas ağaclarının çәtirlәri arasından süzülәrәk
kilsәnin daşdan yonulmuş günbәzinin tәn ortasına düşür,
oradan isә әks olunaraq, rәngini dәyişmәdәn, gurluğunu
azaltmadan dağların әn uca nöqtәlәrinә әlәnirdi.
Saday Sadıqlı bir dәfә günәşin gah yanlardan saçaraq
ağac çәtirlәri arasından keçәn, gah kilsә günbәzindә, gah
DAŞ YUXULAR
52
da dağların әn uca zirvәsindә hava kimi, ruh kimi dolaşan
şәfәqlәrini Allahın tәbәssümü, böyük yaradanın nәzәrlәri
adlandırmışdı. Bunu Allah özü dә çoxdan bilirdi. Axı başqa
necә ola bilәr ki, Saday Sadıqlı huşsuz halda Bakı
xәstәxanalarından birindә döşәli qala vә hәm dә elә o
huşsuz, can hayında ikәn Әylisdә Vәng kilsәsini görә, o
kilsәnin günbәzindә od tutub yanan gün işığını, hәyәti,
bağları, gilas ağaclarının qalxıb göylәrә meydan oxumağını
görә.
Yayın әvvәllәri idi. 1952-ci ilin iyun ayı. Pişpişә
ağacları gül açmışdı. İydәnin, yasәmәnin, akasiyanın
çiçәklәri salxım-salxım olub budaqlardan sallanırdı.
Üstәlik, Әylisdә Anıx adlandırılan, әsilindә Aniko kilsәsinin
qarşısındakı da müxtәlif növ topa-topa әlvan gül-çiçәklәr
әkmişdi. Kilsәnin qonşuluğunda, Allahın evini odun, ot-әlәf
ambarına çevirәn Mirәli kişinin hәyәtindә sarı lәçәklәrini
tәzә-tәzә açmağa başlayan günabaxanlar bu cәnnәt
mәkanın axar-baxarını bir az da artırırdı. Danışırlar , guya,
bir vaxtlar yuxarıda sarımtıl-narıncı nur içindә alışıb yanan
günbәz qarlı dağlar qәdәr, dünyanın hüdudsuzluğu vә
gözәlliyi qәdәr möhtәşәm imiş. Rәssam Lüsi, Haykanuşun
on üç-on dord yaşlı nәvәsi yenә dә mәbәdin - Vәng
kilsәsinin hәyәtindә idi. O yay Lüsi ilk dәfә Yerevandan
Әylisә tәtilә gәlmişdi, ilk gündәn başalayaraq sәhәrdәn
axşamacan kilsәnin hәyәtindәn aralanmamışdı. Eyni
kilsәnin rәsmini neçә dәfә çәkmәk olar, İlahi? Bәlkә kilsә
mәsәlәnin gözә görünәn tәrәfidi? Bәlkә o sәhәrlәr vә
axşam üstü yuxarıda, günbәzdә nur saçan Allah
tәbәssümünü görür vә inanır ki, onu fırça ilә kağıza
köçürmәk olar? Yoxsa daha hansı sәbәbә görә sәhәrdәn
DAŞ YUXULAR
53
axşama eyni mәnzәrәni çәkir, çәkir. Bәlkә dә o, mәbәdin
Ezmiәdzindәkinin tam oxşarı olduğunu hәmәn vaxtlar
bilirmiş? Sadayın bütün bunları başa düşmәyi sonranın işi
idi. Hәlә onda Saday gәlәcәk qayınatasının adını da
bilmirdi.
Doktor Abasәliyevin uzun illәrdәn sonra qızı ilә
birlikdә orada peyda olması Әylisin hәyatında böyük
hadisә sayılmışdı : 60-cı illәrin әvәllәri idi, Saday
inistitutda oxuyurdu. Nә zamansa Zülfünün atası Hacı
Hәsәn İranda, İraqda, Anadoluda tacirlik elәmişdi, Әylisdә
isә onun şәxsi torpağı, tәsәrrüftı, mal-qarası vә digәr
mülkiyyәti vardı. Ermәni-azәrbaycanlı davasının
başlamasından İsfahanda xәbәr tutan Hacı Hәsәn geri
dönüb topdağıtmaz әmlakından çәkidә yüngül, vәzindә
ağır nәyi vardısa toplayıb ömürlük Bakıya üz tutdu. Uzun
illәrdәn sonra doktor Abasәliyev Әylisә gәlәndә onların
müsәlman mәhәllәsindәki ikimәrtәbәli evi demәk olar ki,
dağılmışdı. Xoşbәxtlikdәn istisna hal kimi birinci
mәrtәbәdә iki otaq salamat qalmışdı. Doktor Abasәliyev
hәmәn otaqlardan birinә әl gәzdirib qızıyla orada
yaşamağa başladı, eyni zamanda hәyәtin başında özü
üçün qabağı dәhlizili balaca bir otaq da düzüb-qoşdu.
Hәmkәndlilәrinin aktiv kömәyi bәhrә verdi, heç bir ay
ötmәmiş inşaat işlәri başa çatdı, hәtta hәlә o vaxtacan
әylislilәrdәn bir kimsәyә qismәt olmayan әlçatmaz arzu da
yerinә yetdi: evin damını şiferlә örtdülәr. Doktor
Abasәliyev yeni mәnzilin tikintisi ilә bahәm istirahәtindәn
dә qalmırdı. O, hәr sәhәr xeyli aralıdakı Vәng kilsәsindә
başa çatan gәzintiyә çıxırdı. Uzun ziyarәt yolunun axır
başında, kilsәnin hәyәtindә qaynayıb axan bulağın göz
DAŞ YUXULAR
54
yaşı kimi tәmiz suyun üz-gözünә vurdu, ovcunu qoşa açıb,
doyunca içir, sonra da o saf sudan evә aparmaq üçün
Bakıdan gәtirdiyi termusa doldururdu. Abasәliyev
soyadına Әylisdә böyük ehtiram vardı. Bu hörmәt-izzәti
Abasәliyev hәr adımbaşı hiss edirdi vә tәbii ki, buna görә
çox mәmnun olurdu. Ona bәslәnәn ehtiram vә hörmәt
kәnddә keçirdiyi hәmәn yay günlәrindә dә doktora lәzzәt
verir, canına sarı yağ kimi yayılır, Әylis camaatı ilә doğma
kәndin yetirib bitirdiyi mәşhur, qәnimәt adam arasında sıx
ünsiyyәt yaranırdı.
Doktor Abasәliyevin sәlahiyyәti var idi ki, istәdiyi evin
qapısını döysün vә o evin yiyәsinә lazım olan sözü desin.
O, özünәmәxsus tәrzdә qapısını vaxtlı-vaxtında süpürüb
tәmizlәmәyәn, yaxud zir-zibilini çayın qırağına tökәn
arvadları danlayırdı. Xәstәlәrin imdadına çatır, әlindәn
gәlәn yardımı әsirgәmirdi. O, cәmi bircә dәfә kilsәni şәxsi
anbara çevirәn Mirәli kişi ilә elә tәrzdә danışdı ki, ermәni
Ankanın uzun müddәtdәn bәri apardığı davaya nöktә
qoyuldu. Mirәli kişi hәmәn gün nәinki kilsәdәn әlini çәkdi,
üstәlik oranı tәmizlәdi, gülә-gümüşә döndәrib kilsәnin
açarını şәxsәn öz әli ilә Ankaya tәslim elәdi.
Doktor Abasәliyevin dediyinә görә bir vaxtlar Әylisdә
on iki kilsә olub. Saday Sadıqlıya hәmin kilsәlәrdәn
sәkkizinin yeri mәlumdur. Yerdә qalanların xarabalığı
hardadı, bunu heç doktor Abasәliyev dә bilmir. Әslindә
movcud olan sәkkiz kilsәni dә kilsә adlandırmaq olmaz,
yeri bilinir, uçuq-söküklәrdi. Onlardan әn qәdiminә
әylislilәr İstazın deyirlәr. İndinin özündә heç bir әylislini
inandıra bilmәzsәn ki, hәqiqәtdә İstazın deyilәn bir söz
yoxdu. Bunun gerçәk ifadәsi Astvasadundu, söz ermәni
DAŞ YUXULAR
55
dilindәdi. Allah evi demәkdi. İndi onun zirzәmiyә dirәnәn
ikicә divarı qalıb. Nә zamansa bura ermәnilәrin Mәkkәsi,
Mәdinәsi olub. Yalnız zirzәmisi salamat qalan bu «ermәni
Mәkkәsi» kәnddәn xeyli aralıda, çılpaq dağların dibindә,
dәrmana bir ağac bitmәyәn, bir әlcә kölgә üzünә hәsrәt
qalan, yayın cırcırama istisindә daşı, qayası tәndir kimi
alışıb yanan yerdә idi vә indi zirzәmidә çobanlar vә mal-
heyvan daldalanırdı. Sanki salamat divarlar da Allahın
evinin nişanәsi kimi qalmış vә zaman-zaman insanlara
xatırladır ki, Allahın evi bir özgә yerdә deyil elә burdadır,
budur.
Digәr üç mәbәddәn biri ( Әylisdә kimsә xatirlamır ki,
onları nә zaman dağıdıblar) Ağ kilsә, o birilәri Yetim kilsә
vә Meydan kilsә imiş. Ümumiyyәtlә salamat qalanlar
Vuraqırdda - Vәngdә Daş kilsә vә Dop idi - keçmişdәki
möhtәşәmliyi qoruyub saxlayan abidәlәr baxımsız vә
Allahsız qalmışdılar. Kilsәlәrin dördünü elә tikmişdilәr ki,
hәrәsinin arxasında bir dağ dayanırdı. Tәbii ki, Әylisin
müsәlman әhalisi bunun fәrqinә vara bilmәzdilәr. Ancaq
bu, belә idi vә kilsәnin belә tikildiyini, hәr kilsәnin
arxasından bir dağ yüksәldiyini, belә bir ahәngdar
düzülüşü, anlam üçün ermәni olub tarixin әlifbasın
bilmәyә ehtiyac yoxdu. Hәr kilsә arxasında dayanan dağın
rәngindәdir, sanki onu tikmәmişdilәr, elәcә dağdan kәsib
elә o dağın qucağına qoymuşdular ki, Allah әtrafı seyr
elәyәndә әziyyәt çәkmәsin, rahat-rahat baxa bilsin. Ayrı-
ayrılıqda hәr kilsә yaxasında tikildiyi dağın doğmaca
balasıydı elә bil. Saday Sadıqlı doktor Abasәliyevin
özündәncә hәmәn yay eşitmşdi ki, Vәng ermәnicә «
monastr» demәkdir. Saday ilk dәfә bax elә orda Vәng
DAŞ YUXULAR
56
kilsәsinin hәyәtindә gәlәcәk qayınatasına rast gәldi. İlk
kәlmәdәn söhbәtlәri tutdu, söhbәtlәşdilәr, o vaxtlar bir-
birinә qarşılıqlı ehtiyac hiss etdilәr vә xoş münasibәtlәr
sonradan dostluğa çevrildi. Hәmin yay onlar (adәtәn
ikilikdә, hәrdәnbir Azadә dә onlara qoşulurdu) bağ-
baxçadan keçib, bulaqdan içib, kilsәlәrә baş çәkib
doyunca gәzib dolaşdılar. Hava sәrin olan vaxtlarda hәtta
dağın o üzünә aşıb qonşu kәndlәrә gәzmәyә gedirdilәr.
Çox vaxt axsamlar danışır, sәhәrlәr qәrarlaşdırdıqları
yerdә görüşürdülәr. Bәzәn Abasәliyev lap ertәdәn qalxıb
Sadaygilә gәlir, onu tәlәsdirirdi, « tәlәs, cavan oğlan, bir
azdan gün qalxacaq ». O zamanlar Abasәliyev Sadaya
cavan oğlan deyirdi.
O yay günlәrin hәr biri, Әylisdә Abasәliyevlә birgә
keçәn vaxtlar yalnız Әylis haqda olan maraqlı әhvalatlarla
deyil, hәm dә havasındakı sәfalı quru istisiyilә uzun illәr
bir bayram tәәssüratı kimi Sadayın yaddaşından silinmәdi.
Bir dә tәzә-tәr yaşıllığıyla, bir dә neçә-neçә çeşmәlәrinin
dadıyla vә tәbii ki, әn çox da adamlarının mehribanlığıyla
yaddaşına hәkk olundu.
Axşamlar danışdılar ki, sabah görüşüb, ikilikdә
Vuraqırddan xeyli aralıda yerlәşәn Әylisin çoban
yataqlarına baş çәksinlәr. Bundan irәli dә yay tәtillәrindә
Saday istәmişdi, gedib çoban yataqlarını görsün. Sadayın
uşaqlıq dostu, yeddi il onunla bir sinifdә oxuyan Camal elә
yedinci sinifdә mәkdәbdәn aralanıb qoca çobana
qoşularaq kolxozun mal-qarasını, qoyun-danasını
otarmağa getmişdi. O vaxtdan bu vaxta Camalın yay
aylarında kәndә gәlmәyә imkanı olmurdu. Tәkbaşına
dağlar aşıb uşaqlıq dostu ilә görüşmәk Sadaya da çәtin
DAŞ YUXULAR
57
idi. Vәng kilsәsinә qәdәr olan yol dümdüz idi, hәmin o
dümdüz yolun sonunda çayın qırağına düşüb yoxuş cığıra
çıxdılar. Dağlardan sızan balaca Әylis cayının suyu adi bir
bulaq axarı qәdәr olar, ya olmazdı. Hәm dә onun suyu
ürәk yanğısını biran da söndürәn bulaq suyu qәdәr soyuq
deyildi. Amma uzun yolun istiliyi canlarını bürüyәndә elә
bu çayın suyu da kara gәlirdi. Birtәhәr dәhnәnin yanına
çatdılar. Elә orada anladılar ki, bәlәdçi vә at, yaxud eşşәk
olmasa ora gedib çıxa bilmәyәcәklәr. Elә buna görә dә
çobanların açdığı dar cığırla geri dönüb günortaya yaxın
Әylisin әn uca nöqtәsindә qәrar tutan Vәng kilsәsinә
yetişdilәr.
Saday kilsәyә uşaqlıqdan bәlәd idi. Orada saysız-
hesabsız göyәrçinlәr mәskәn salmışdı. Ona görә dә
cammat arasında bu yerin ikinci adı « Göyәrçin bazarı »
idi. Onlar kilsәnin hәyәtinә girәndә göyәrçinlәrdәn әsәr-
әlamәt qalmamışdı. Görünür, quşlar su vә dәn dalınca
bağlara, tarlalara uçub getmişdilәr. Elә buna görә dә
kilsәnin qalın divarlarının arasında mövcud dünya vә
atmosferlә heç bir әlaqәsi olmayan sakitlik vә sәsizlik,
insansızlıq vә zamansızlıq hakim idi. Hәtta kilsәnin içini
dolduran hava da bu dünyanın havası deyildi, yad hava
idi. Düz xәtlә boyunca uzanıb künbәzin dörd pәncәrәsini
yarıb keçәn gün işığı hәmişәki Әylis işığına bәnzәmirdi,
sanki çox uzaq vә gözәgörünmәz bir mәkandan axıb
gәlirdi. Künbәzin aşağı hissәsindә axır macallarda әmәlә
gәlmiş, yarıqdan sızan gün işığı nәsә yad dünyanın sirli-
sehirli ovqatını yaradırdı. Çayın qırağından başlayıb yuxarı,
kilsәyә aparan daş pillәkәnlәr Sadayın uşaqlıq yuxularına
çox girmişdi.
DAŞ YUXULAR
58
Uşaq vaxtlarında Saday çayın qırağından başlayıb
yuxarıya, addım-addım kilsәyә tәrәf dikәlәn daş
pillәkәnlәri görmüşdü, o pillәkәnlәrә dayaq olan dayanan
meydançanı görmüşdü. Vә bununla yanaşı o yüksәklikdәn
geriyә, çayın qırağına yenәn, möhkәm daşlardan hörülü
daracıq yol da yadındaydı. Amma doktor Abasәliyevlә
uğursuz sәfәrdәn geri döndüklәri gün Sadaya elә gәldi ki,
ömründә heç zaman bu kilsәni, ona qalxan daş yolu, daş
divarları, bu qәribә, qәdim Vuraqırdda olan yeganә yolu
görmәyib.
Qulu elә hәmin Qulu idi, dәyişmәmişdi. Nә zaman ki,
tutması tuturdu, dәrhal evdәn çıxır, sәhәrdәn axşamacan
bir hovur toxtamadan darvazanın qabağında fırlanır, ağzı
köpüklәnә-köpüklәnә öz-özüylә danışırdı. Onu danışdıran
sәbәb isә guya bu idi ki, kimsә hәr gün su arxına zәhәr
tökür vә o zәhәr dә onun hәyәtinә axır. Qulu hәmәn
"mәrdimazarları" ağlı
kәsәn dәrәcәdә, belәcә
zәrәrsizlәşdirirdi. O, evinin üstünә daş atan, damına
dırmaşan uşaqlara nifrin yağdırırdı. Ayrı yerlәrdәn gәlәn,
qozbel arvadı vә evdә qalıb qarımış naxoş qızı ilә yaxınlıq
elәmәk istәyәn hansısa cavan oğlanları hәdәlәyirdi.
Doktor Abasәliyev pul çıxarıb Qulunun cibinә basdı.
O, susdu vә tәәccüblә uzun-uzadı doktor Abasәliyevә
baxdı.
- Nәdir, Qulu. Tanımadın mәni? - doktor soruşdu.
Pessimis Qulu bir qәdәr fikirlәşdi vә birdәn doktorun
çiyninә vurub dedi:
- Zülfü deyilsәn? Böyründәki yoldaşını isә o saat
tanıdım, uşaq olanda bütün günü boş-boşuna aralıqda
DAŞ YUXULAR
59
veyillәnirdi. - Bu dәfә Qulu doktorun çiynini bir az da bәrk
dürtmәlәdi - Bәri bax, Zülfü, sәn hara, bura hara?
- Gәldim, baxım görüm sәn öz cinlәrinlә necә yola
gedirsәn - deyә doktor Abasәliyev cavab verdi vә ehmalca
Sadaya göz vurdu. Hә, Pessimis, yenә onlar sәnә nә
pıçıldayırlar? Gecә gәlirlәr, yoxsa gündüzlәr dә qır-saqqız
olub yaxandan әl çәkmirlәr?
- Söz tapdı danışmağa, - Qulu rәncidә oldu - adını da
doxtur qoyub.
- Demәli cinlәrlә dostluğu pozmusan? De görüm bu il
hәyәtdә bir şey әkә bildin?
- Әlbәttә әkmişәm, elә şey olar? - Pessimis Qulu uca
sәslә dillәndi vә tez dә söhbәti dәyişdi. - Heç denәn bu
alçaqlar qoyurlar ki, әkdiyimizdәn bir şey әlә gәlә?
- Deyirsәn, cinlәri yanından qovmusan, hә?
- Belә yerdә cin durmaz! Buranın adamları cindәn
dәhşәtlidir. - Pessimis Qulu darvazanı tәpiklә itәlәyib açdı
- Budur, özün bax, әclaflar hәyәtә gәlәn suyu zәhәrlәdilәr,
nә ki ağac var quruyub.
Saday hәyәtә göz gәzdirdi: әsasәn әrik, orda-burda
gilәnar, armud, fındıq, şaftalı ağaclarıydı. Gilas ağacına
mәmәlәri dizinәcәn sallanan keçi bağlanmışdı. Divarın
dibindә әkilәn zirinc kollarının dibindә bir neçә toyuq vә
cücә eşәnәk atırdı. Hәyәtә heç nә әkilmәmişdi. Heç bir
ağac-zad da qurumamışdı.
Onlar Qulunun darvazasından çıxanda:
- Sәn ki bilirsәn, cavan oğlan, bu çoxdanın dәlisidi -
Abasәliyev dedi. Onlar daş döşәnmiş dar yolla üzü aşağı
gedәndә yan-yörәdәki evlәrә nәzәr sala-sala Sadaya
gözlәnilmәz, qorxulu vә qәribә әhvalat danışdı.
|