Дисперс системлярдя агрегатив давамлылыг вя коагулйасийа



Yüklə 1,81 Mb.
səhifə1/16
tarix01.01.2022
ölçüsü1,81 Mb.
#50848
  1   2   3   4   5   6   7   8   9   ...   16
Eldar muellim-XII Fesil-1


XII Fəsil

Dispers sistemlərdə aqreqativ davamlılıq koaqulyasiya
12.1. Dispers sistemlərin davamlılığının növləri
Dispers sistemin davamlılığı dedikdə onun halının və əsas xas­sə­lə­ri­nin: dispersliyi, dispers faza hissəciklərinin dispers mühitin bütün həcmində bə­­rabər paylanması və hissəciklərarası qarşılıqlı təsirin xarakterinin za­man­dan asılı olmayaraq sabit qalması başa düşülür. Bu anlamda sərbəst dispers sis­­temlərdə dispers faza hissəciklərinin aqreqasiyaya (iriləşməyə) və çök­mə­­yə davamlılığı nəzərdə tutulur.

Dispers sistemlərin davamlılığı məsələsi kolloid kimyanın əsas mə­sə­lə­­lərindən biridir. Çünki dispers sistemlərin əsas sinfi olan liofob kolloid sis­­temlər termodinamik davamsızdır.

N. P. Peskovun (1920) təklifilə dispers sistemlərin davamlılığı iki növə bö­­lünür: sedimentasion (kinetik) və aqreqativ. Sedimentasiyon davamlılıq his­­səciklərin sistemin bütün həcmində bərabər paylanmasına imkan verir, yə­­ni ağırlıq qüvvəsinə əks təsir göstərərək hissəciklərin çökməsinə və ya sət­­hə çıxmasına mane olur. Bu növ davamlılığın əsas şərtləri yüksək dis­pers­­lik və dispers faza hissəciklərinin Broun hərəkətində olmasıdır. Se­di­men­­tasiya və sedimentasyon tarazlıq IX fəsildə nəzərdən keçirilmişdir.

Dispers sistemlərin aqreqativ davamlılığı dispers faza hissəciklərinin aq­­re­qasiyaya müqavimət göstərmək qabiliyyətidir. Bütün dispers sistemlər on­­ların əmələ gəlmə mexanizminə görə P.A.Rebinderin təsnifatına əsasən iki sinfə bölünür: liofil və liofob. Liofil dispers sistemlər termodinamik da­vam­­lı olur, fazalardan birinin dispersləşməsi yolu ilə öz-özünə əmələ gəlir və stabilizator tələb etmir. Bu sistemlər əmələ gəldikdə sistemin sərbəst ener­­jisi enerjisi azalır: . Liofob dispers sistemlər termodinamik da­vam­­sızdır, özbaşına əmələ gəlmir. Bu sistemlər dispersləşmə və kon­dens­ləş­­­mə yolu ilə stabilizator iştirakında əmələ gəlir. Liofob sistemlər üçün , yəni onlar izafi səth enerjisinə malikdir. Ona görə də bu sis­tem­lər­də hissəciklərin özbaşına iriləşməsi prosesləri gedir, yəni xüsusi səthin azal­­ması hesabına səth enerjisinin azalması baş verir. Belə sistemlər aq­re­qa­­tiv davamsız olur.

Dispers sistemləri liofil və liofob siniflərə bölmək üçün Rebinder və Şu­kin tərəfindən meyar təklif edilmişdir:

(12.1)

burada, – fazalararası gərilmənin böhran qiyməti; – hissəciyin qatılığı və formasını nəzər alan əmsal; k – Bolsman sabiti; Tmütləq temperatur; a – dispers faza hissəciyinin orta ölçüsüdür.

Bu tənliyin fiziki mənasını yaxşı başa düşmək üçün onun hər tərəfini -na vuraq, onda alarıq:

(12.2)

(12.2) ifadəsindən aydındır ki, tənliyin sol tərəfi səth enerjisini, sağ tə­rə­­fi isə istilik hərəkətini xarakterizə edir. Əgər səth enerjisi istilik ener­ji­sin­dən kiçik olarsa ( ), onda dispers sistem liofil və əksinə, əgər səth ener­­jisi istilik enerjisindən böyük olarsa ( ), onda sistem liofob olur.

Hissəciklərin böyüməsi iki yolla ola bilər: izotermik distillə və koa­qul­ya­­siya. İzotermik distillədə maddə kiçik hissəciklərdən onun kimyəvi po­ten­­si­alının kiçik olan iri hissəciklərə daşınır (Kelvin effekti). Nəticədə kiçik his­­səciklər tədricən həll olur, irilər isə böyüyür. Dispers sistemlər üçün da­ha xarakterik və daha ümumi olan koaqulyasiyada hissəciklər bir-birnə ya­pı­­şır və ya qovuşur. Ümumi mənada koaqulyasiya dedikdə dispers sis­tem­lə­­rin aqreqativ davamlılığının itirilməsi başa düşülür.

Duru dispers sistemlərdə koaqulyasiya sedimentasion davamlılığın it­mə­sinə və yekunda fazaların ayrılmasına (təbəqələşməsinə) gətirir. Dar mə­na­da hissəciklərin yapışması koaqulyasiya, hisəciklərin qovuşması isə ko­a­l­es­sensiya adlanır. Dispers faza hissəcikləri maye olduqda onların qo­vuş­ma­sı baş verir. Qatı sistemlədə koaqulyasiya nəticəsində fəza quruluşlu sis­tem­lər əmələ gəldiyindən fazaların ayrılması baş vermir. Bu sistemlərdə dis­pers mühit bərabər paylanmış olur.

Hal-hazırda sedimentasiyon və aqreqativ davamlılıqlar haqqında tə­səv­vür­lər kondensasiyon davamlılıq anlayışı ilə tamamlanır. Kondensasiyon da­­vamlılıq dedikdə dispers sistemdə koaqulyasiya zamanı əmələ gələn aq­re­qatların quruluş və möhkəmliyi nəzərdə tutulur.

Kondensasiyon davamlı sistemlər davamsız aqreqatlar (flokullar) və ya yumşaq çöküntülər əmələ gətirir. Onlarda hissəciklər fərdi mü­təhər­rik­li­yi­ni itirir, lakin onlar bu vəziyyətdə uzun müddət qala bilir. Buna dispers fa­za hissəcikləri arasında yerləşən dispers mühit təbəqələri imkan verir. Be­lə quruluşlu aqreqatlar müəyyən şəraitdə yenidən ayrı-ayrı hissəciklərə da­ğı­la bilir, yəni peptidləşməyə məruz qala bilir.

Kondensasiyon davamsız sistemlər davamlı quruluşlu aqreqatların əmə­­lə gəlməsi ilə xarakterizə olunur. Buna hissəciklərin bir-birilə bilavasitə fa­­za kontaktları, kristallaşma prosesləri və hissəciklərin böyüməsi səbəb olur. Belə quruluşlar dönməyən olur.


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin