Əbu Əli Həsən ibn Əli Xacə



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə1/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
  1   2   3   4   5   6   7   8   9   ...   100
Siyasetname




Əbu Əli Həsən ibn Əli Xacə 
Nizamülmülk 
SĠYASƏTNAMƏ 
Bakı, 
“Çıraq” 2007 
 
 



Əbu Əli Həsən ibn Əli Xacə Nizamülmülk, Siyasətnamə, 
Bakı. “Çıraq” 2007.Səh.273 
 
 
 
 
 
ISBN 5-552-01366-7 
 
 
 
 
 
©“Çıraq” nəĢriyyatı, 2007 



NĠZAMÜLMÜLKÜN HƏYAT VƏ FƏALĠYYƏTĠ HAQQINDA 
 
Xacə Nizamülmülk Həsən ibn Əli, səlcuq sultanlarından Alp Arslan 
(1063-1072) və Məlik Ģahın (1072-1092) vəziri olmuĢ, Səlcuqilər dövlətinin 
geniĢlənib möhkəmlənməsində, ölkənin iqtisadi qüdrətinin artırılmasında, ordunun 
qüvvətlənməsində, abadlıq iĢlərinin aparılmasında, elm və mədəniyyətin 
yüksəlməsində çox böyük iĢlər görmüĢdür. Bu dövrlərdə, mübaliğə etmədən 
demək olar ki, dövləti sultanlar deyil, Nizamülmülk idarə edirdi
1

Nizamülmülk daxili dövlət iĢlərilə yaxından məĢğul olmaqla bərabər, 
xarici siyasətə istiqamət verir, din-Ģəriət qayda-qanunlarına dəxalət edir, məzhəb 
və təriqətləri öyrənmək, dövlət və din xadimləri hazırlamaq məqsədilə xüsusi 
mədrəsələrin açılmasına təĢəbbüs göstərir və böyük maddi yardım edirdi. Bu 
mədrəsələr Sonralar «Nizamiyyə» mədrəsələri adı altında Ģöhrət tapmıĢdı. Bunların 
ən məĢhuru bir çox dövlət və din xadimləri, münəccimlər, filosoflar,hüquqĢünaslar 
və Ģairlər hazırlamıĢ Bağdad nizamiyyəsi sayılırdı. Bu mədrəsələr Nizamülmülkün 
ölümündən Sonra da öz fəaliyyətlərini davam etdirmiĢ və ġərq ölkələrinə böyük 
Ģəxsiyyətlər vermiĢdir. Sədi ġirazi kimi bir Ģairin məhz Bağdad nizamiyyəsi 
divarları arasında yetiĢdiyini qeyd etmək kifayətdir. 
Məxəzlər Nizamülmülkün anadan olması, həyatı və fəaliyyəti, dini 
görüĢləri və əqidəsi haqqında sən dərəcə ziddiyətli məlumatlar verir, onun özü 
barədə müxtəlif əhvalatlar, bəzən əfsanəyə oxĢayan rəvayət və hekayələr danıĢırlar. 
Bu rəvayətlərin ən məĢhurlarından biri Nizamülmülk, Xəyyam və Həsən Səbbah 
əhvalatıdır. Nizamülmülkün «Məcməül-vəsaya» («Vəsiyyətlər toplusu») adlı 
əsərindəki rəvayətə görə guya Nizamülmülk, Xəyyam və Həsən Səbbah gənc 
yaĢlarında bir məktəbdə oxuyurmuĢlar, söz verib əhd-peyman bağlayırlar ki, kim 
böyük bir mənsəbə çatsa, o birilərini irəli çəksin, onlara kömək etsin. Zahirən 
həqiqətə oxĢayan bu rəvayət bəzi tarixi faktlara əsasən mümkün olduğu halda
baĢqa faktlar tərəfindən tamamilə qeyri-adi görünür.Tarixi faktlara görə, biz əsrinin 
sən dərəcə görkəmli alim və Ģairi olan Xəyyamın doğrudan da NiĢabur 
yaxınlığında kənd aldığını, orada yaĢayaraq yaratdığını, Həsən Səbbahın sarayda 
vəzifə aldığını görürük. Lakin digər tərəfdən bu üç tarixi Ģəxsiyyət arasında olan 
yaĢ fərqləri onların gənclikdə bir yerdə oxuya biləcəyini tamamilə Ģübhə altına 
alır.Tarixdən məlum olduğu üzrə, Nizamülmülk 1018-ci ildə, Xəyyam 1040-cı ildə 
anadan olmuĢdur. Həsən Səbbahın anadan olduğu il isə məxəzlərdə göstərilmir. 
Beləliklə, Nizamülmülkün yaĢı 22-23-ə çatdıqda Xəyyam anadan olmuĢdur. Bu 
qədər yaĢ fərqləri olan adamların gənc yaĢlarında bir mədrəsədə oxuya biləcəyini, 
əlbəttə ciddi bir hökm kimi qəbul etmək olmaz. Əgər Nizamülmülkün ölərkən bəzi 
məxəzlərin göstərdiyi kimi
2
, doxsan altı yaĢda olduğu ehtimal edilərsə, onun 
1
BSE, ikinci nəĢri,29 c,səh.603 
2
ġəmsəddin Sami, Qamüsül-əlam,6-cı cild,səh.4587-88 



anadan olduğu il, 1018 deyil, (Nizamülmülk 1092-ci ildə vəfat etmiĢdir) 996-cı il 
olmalıdır. Məxəzlərin verdiyi məlumata əsasən, Nizamülmülk (Xacə Qəvaməddin 
Əbu-Əli Həsən bin Əli) bir rəvayəta görə Ġranın Ģərqində Tusun zadəgan 
nahiyəsində, baĢqa rəvayətə gorə isə Nuqan məhəlləsində 408 hicri-qəməri, yəni 
1017/18-ci miladi illərində anadan olmuĢ, ilk təhsilini də burada almıĢdır. Sən 
dərəcə istedad və bacarığa malik olan Həsən bin Əli hələ gənc yaĢlarından divan 
iĢlərinə həvəs göstərmiĢ, dövründə çox dəbdə olan Ģəriət qanunlarını böyük 
aludəliklə öyrənmiĢ, hədis və rəvayətləri əzbərləmiĢ, katiblik, dəbirlik sənətlərinə 
məharətlə yiyələnmiĢdir. Az müddət içərisində yuxarıda adları çəkilən peĢələrdə 
Ģöhrət tapdığından əvvəlcə Bəlx hakimi Əli bin ġadanın xidmətində katiblik 
vəzifəsində iĢləmiĢdir. 
ġeferin fars dilində nəĢr etdirdiyi «Vəzirin tərcümeyi-halı» kitabında 
oxuyuruq: «bir müddət Bəlxin əmiri ibn ġadanın yanında olub katiblik edirdi». 
VaxtaĢırı ibn ġadan Xacəyə deyirdi: «Ey Həsən, yaman kökəlibsən». Sonra nəyi 
vardısa tutub əlindən alar və deyərmiĢ:» Sən katibsən, qələmin sənə bəsdir». Ġbn 
ġadanın xəsisliyi kimi qələmə verilən bu söhbətin özündə də arabir 
Nizamülmülkün «çox kökəldiyi», varlanıb dövlət sahibi olduğu açıq-aydın nəzərə 
çarpır. Əlbəttə, bu vəziyyətə nə ġadan dözə bilərdi, nə Nizamülmülk. Ona görə bir 
müddət iĢlədikdən Sonra katiblikdə etdiyi bəzi özbaĢınalıq və qeyri-qanuni iĢlərə 
yol verildiyindən mal və əmlakı müsadirə edilmiĢ, oranı tərk edərək Davud bin 
Mikayıl Səlcuqun yanına qaçmıĢdır. 
Artıq saray iĢlərinə, xüsusilə divan və katiblik həyatına yaxĢı bələd olan, 
sarayda baĢ verən düĢmənçilik paxıllıq, yaltaqlıq, ürəyə girmək, nifrət salmaq, xalq 
əmlakının necə talan edildiyini, rəiyyət və millətdən haqlı-haqsız vergilərin necə 
toplandığını, bunların kiçik və böyük məmurlar tərəfindən necə mənimsənildiyi 
üsullarına vaqif olan, özü də belə iĢlərin ləzzət və əziyyətini dadmıĢ Nizamülmülk 
üçün Davud bin Mikayılın ürəyinə yol tapmaq, ona qulluq göstərmək, irəli 
çəkilmək, torpaq, dövlət və qul sahibi olmaq o qədər də çətin deyildi. Çünki o 
dövrdə hamı belə edirdi. Ona gorə də Nizamülmülk və «Siyasətnamə»dən 
danıĢarkən marksizmin öyrətdiyi və həqiqətin göstərdiyi kimi, yalnız tarixi 
Ģəraitdən çıxıĢ etmək, o dövrdə baĢ verən hadisələri yalnız o dövrün süzgəcindən 
keçirmək lazımdır. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin