3
NĠZAMÜLMÜLKÜN HƏYAT VƏ FƏALĠYYƏTĠ HAQQINDA
Xacə Nizamülmülk Həsən ibn Əli, səlcuq sultanlarından Alp Arslan
(1063-1072) və Məlik Ģahın (1072-1092) vəziri olmuĢ, Səlcuqilər dövlətinin
geniĢlənib möhkəmlənməsində, ölkənin iqtisadi qüdrətinin artırılmasında, ordunun
qüvvətlənməsində, abadlıq iĢlərinin aparılmasında, elm və mədəniyyətin
yüksəlməsində çox böyük iĢlər görmüĢdür.
Bu dövrlərdə, mübaliğə etmədən
demək olar ki, dövləti sultanlar deyil, Nizamülmülk idarə edirdi
1
.
Nizamülmülk daxili dövlət iĢlərilə yaxından məĢğul olmaqla bərabər,
xarici siyasətə istiqamət verir, din-Ģəriət qayda-qanunlarına dəxalət edir,
məzhəb
və təriqətləri öyrənmək, dövlət və din xadimləri hazırlamaq məqsədilə xüsusi
mədrəsələrin açılmasına təĢəbbüs göstərir və böyük maddi yardım edirdi. Bu
mədrəsələr Sonralar «Nizamiyyə» mədrəsələri adı altında Ģöhrət tapmıĢdı. Bunların
ən məĢhuru bir çox dövlət və din xadimləri, münəccimlər, filosoflar,hüquqĢünaslar
və Ģairlər hazırlamıĢ Bağdad nizamiyyəsi sayılırdı. Bu mədrəsələr Nizamülmülkün
ölümündən Sonra da öz fəaliyyətlərini davam etdirmiĢ və ġərq ölkələrinə böyük
Ģəxsiyyətlər vermiĢdir. Sədi ġirazi kimi bir Ģairin məhz Bağdad nizamiyyəsi
divarları arasında yetiĢdiyini qeyd etmək kifayətdir.
Məxəzlər Nizamülmülkün anadan olması, həyatı
və fəaliyyəti, dini
görüĢləri və əqidəsi haqqında sən dərəcə ziddiyətli məlumatlar verir, onun özü
barədə müxtəlif əhvalatlar, bəzən əfsanəyə oxĢayan rəvayət və hekayələr danıĢırlar.
Bu rəvayətlərin ən məĢhurlarından biri Nizamülmülk, Xəyyam və Həsən Səbbah
əhvalatıdır. Nizamülmülkün «Məcməül-vəsaya» («Vəsiyyətlər toplusu») adlı
əsərindəki
rəvayətə görə guya Nizamülmülk, Xəyyam və Həsən Səbbah gənc
yaĢlarında bir məktəbdə oxuyurmuĢlar, söz verib əhd-peyman bağlayırlar ki, kim
böyük bir mənsəbə çatsa, o birilərini irəli çəksin, onlara kömək etsin. Zahirən
həqiqətə oxĢayan bu rəvayət bəzi tarixi faktlara
əsasən mümkün olduğu halda,
baĢqa faktlar tərəfindən tamamilə qeyri-adi görünür.Tarixi faktlara görə, biz əsrinin
sən dərəcə görkəmli alim və Ģairi olan Xəyyamın doğrudan da NiĢabur
yaxınlığında kənd aldığını, orada yaĢayaraq yaratdığını, Həsən Səbbahın sarayda
vəzifə aldığını görürük. Lakin digər tərəfdən bu üç tarixi Ģəxsiyyət arasında olan
yaĢ fərqləri onların gənclikdə bir yerdə oxuya biləcəyini tamamilə Ģübhə altına
alır.Tarixdən məlum olduğu üzrə, Nizamülmülk 1018-ci ildə, Xəyyam 1040-cı ildə
anadan olmuĢdur. Həsən Səbbahın anadan olduğu il isə məxəzlərdə göstərilmir.
Beləliklə, Nizamülmülkün yaĢı 22-23-ə çatdıqda Xəyyam anadan olmuĢdur. Bu
qədər yaĢ fərqləri olan adamların gənc yaĢlarında bir mədrəsədə oxuya biləcəyini,
əlbəttə ciddi bir hökm kimi qəbul etmək olmaz. Əgər Nizamülmülkün ölərkən bəzi
məxəzlərin göstərdiyi kimi
2
, doxsan altı yaĢda olduğu ehtimal edilərsə, onun
1
BSE, ikinci nəĢri,29 c,səh.603
2
ġəmsəddin Sami, Qamüsül-əlam,6-cı cild,səh.4587-88
4
anadan olduğu il, 1018 deyil, (Nizamülmülk 1092-ci ildə vəfat etmiĢdir) 996-cı il
olmalıdır. Məxəzlərin verdiyi məlumata əsasən, Nizamülmülk (Xacə Qəvaməddin
Əbu-Əli Həsən bin Əli) bir rəvayəta görə Ġranın Ģərqində
Tusun zadəgan
nahiyəsində, baĢqa rəvayətə gorə isə Nuqan məhəlləsində 408 hicri-qəməri, yəni
1017/18-ci miladi illərində anadan olmuĢ, ilk təhsilini də burada almıĢdır. Sən
dərəcə istedad və bacarığa malik olan Həsən bin Əli hələ gənc yaĢlarından divan
iĢlərinə həvəs göstərmiĢ, dövründə çox dəbdə olan Ģəriət qanunlarını böyük
aludəliklə öyrənmiĢ, hədis və rəvayətləri əzbərləmiĢ, katiblik, dəbirlik sənətlərinə
məharətlə yiyələnmiĢdir. Az müddət içərisində yuxarıda adları çəkilən peĢələrdə
Ģöhrət tapdığından əvvəlcə Bəlx hakimi Əli bin ġadanın xidmətində katiblik
vəzifəsində iĢləmiĢdir.
ġeferin fars dilində nəĢr etdirdiyi «Vəzirin tərcümeyi-halı» kitabında
oxuyuruq: «bir müddət Bəlxin əmiri ibn ġadanın yanında olub katiblik edirdi».
VaxtaĢırı ibn ġadan Xacəyə deyirdi: «Ey Həsən, yaman kökəlibsən».
Sonra nəyi
vardısa tutub əlindən alar və deyərmiĢ:» Sən katibsən, qələmin sənə bəsdir». Ġbn
ġadanın xəsisliyi kimi qələmə verilən bu söhbətin özündə də arabir
Nizamülmülkün «çox kökəldiyi», varlanıb dövlət sahibi olduğu açıq-aydın nəzərə
çarpır. Əlbəttə, bu vəziyyətə nə ġadan dözə bilərdi, nə Nizamülmülk. Ona görə bir
müddət iĢlədikdən Sonra katiblikdə etdiyi bəzi özbaĢınalıq və qeyri-qanuni iĢlərə
yol verildiyindən mal və əmlakı müsadirə edilmiĢ, oranı tərk edərək Davud bin
Mikayıl Səlcuqun yanına qaçmıĢdır.
Artıq saray iĢlərinə, xüsusilə divan və katiblik həyatına yaxĢı bələd olan,
sarayda baĢ verən düĢmənçilik paxıllıq, yaltaqlıq, ürəyə girmək, nifrət salmaq, xalq
əmlakının necə talan edildiyini, rəiyyət və millətdən haqlı-haqsız
vergilərin necə
toplandığını, bunların kiçik və böyük məmurlar tərəfindən necə mənimsənildiyi
üsullarına vaqif olan, özü də belə iĢlərin ləzzət və əziyyətini dadmıĢ Nizamülmülk
üçün Davud bin Mikayılın ürəyinə yol tapmaq, ona qulluq göstərmək, irəli
çəkilmək, torpaq, dövlət və qul sahibi olmaq o qədər də çətin deyildi.
Çünki o
dövrdə hamı belə edirdi. Ona gorə də Nizamülmülk və «Siyasətnamə»dən
danıĢarkən
marksizmin öyrətdiyi və həqiqətin göstərdiyi kimi, yalnız tarixi
Ģəraitdən çıxıĢ etmək, o dövrdə baĢ verən hadisələri yalnız o dövrün süzgəcindən
keçirmək lazımdır.