Гендер и Цели Развития Тысячелетия



Yüklə 2,17 Mb.
səhifə1/41
tarix02.01.2022
ölçüsü2,17 Mb.
#2718
  1   2   3   4   5   6   7   8   9   ...   41




Qərb Universiteti BMT Əhali Fondu Gender Araşdırmalar

(UNFPA) Mərkəzi




«GENDER VƏ TƏHSİL:

İNSAN VƏ CƏMİYYƏT»
Respublikanın ali təhsil müəssisələrinin

aspirant və dissertantları üçün

Yay məktəbinin materialları


Bakı, Azərbaycan

4-8 sentyabr 2006-cı il


Kifayət Ağayeva



Müasir qadın araşdırmalarının tədqiqat strategiyaları

İngilislərin köhnə bir misalı var «Dünya kişilərindir: Qadının yeri evdir». Elizabet Cenuey bu məsələni «Kişi dünyası; Qadın yeri; Sosial Mifologiyanın Araşdırılması» (Man`s World: Woman`s place: A Study in Social Mithology) əsərində belə şərh etmişdir. “Dünyanın cinsi əlamətə görə bölünməsi hələ də saxlanılır, ən əsası hökm sürür. Qadının yeri burada artıq müəyyən edilmişdirsə, onda aydın məsələdir ki, qalan bütün dünya kiməsə, başqasına məxsusdur, nəticə etibarı ilə – allah bu yerdə yoxdursa – bu yer kişilərindir». Belə bölüm beyinimizə və mədəniyyətimizə elə möhkəm həkk olunub ki, bunun illuziya olmamasına heç kəs şübhə etmir.

Patriarxat cəmiyyət strukturu qadın araşdırmaları üçün həmişə başlanğıc olub, bu struktur dünyanın əksəriyyət ölkələri üçün xarakterdir. Belə cəmiyyətdə kişi maraqları qadın maraqlarını həmişə üstələyir. Bu güc münasibətləri əməyin bölgü prosesi ilə başlayır, cəmiyyətin sosial təşkili forması ilə bitir. Bu sistem sosial fərqi, bioloji fərqlər ilə əsaslandırır. Patriarxat münasibətlər struktur xarakter daşıyır: bunlar həm institutlarda, həm də cəmiyyətin sosial praktikasında mövcuddur. Əgər patriarxat Şərqdə sistem kimi mövcuddursa, dünyanın digər regionlarında Avropa, Amerika, Kanada da bu çoxsaxəlidir və çoxsaylıdır. Patriarxat cəmiyyətdə həyat fəaliyyətinin iki sferası var, ictimai və özəl, özəl hissəsinin yüksək statusu yoxdur. Bu sferanın fərqliliyi hakimiyyət və kişilərin arasındaki tabeçilikdə əks olunur, qadınlar ümumi inhisar olunmuş sfera olan «özəl» sahəyə sıxışdırılmışdır. Yalnız «qender» sosial cinsinin gündəmə gəlməsi bu münasibətlərə yenidən baxmaq imkanı vermişdir.

İlk dəfə bioloji və sosioloji cinsin fərqləndirilməsi ideyası Marqaret Mid tərəfindən «Üç primitiv cəmiyyətdə cins və temperament» (1935) kitabında irəli sürülmüşdür. Bu əvvəlcə feminist ideya kimi hesab edilsə də, sonralar digər elmlər də cins və gender arasında fərqdən bəhs etməyə başladılar. Bioloji nöqteyi nəzərdən cins anadan qəlmədir, onu seçmirlər. Amma sosial cinsi insan bütün həyatı boyu qazanır. Davranış normativlərə malik olur və bunlar da onu kişi və qadın kimi xarakterizə edir.




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin