Heftruz л &1 's s L b e h r u z h ə q q I TÜrk deyiMLƏRİ



Yüklə 17,08 Mb.
Pdf görüntüsü
səhifə36/43
tarix31.01.2017
ölçüsü17,08 Mb.
1   ...   32   33   34   35   36   37   38   39   ...   43

Sıxılmaq  -  darıxmaq,  özünii  narahat  lıiss  etmək,  utanmaq, 
qıpçınmaq.
Yoxmu sənin incilərin,  altun bilərziklərin?
Söylə yavrum,  heç sıxılma!  (206,  s.62).
Sımsığına dəyib -- xətrinə dəyib,  inciyib.
M ən  də  partnixa  gələcəkdi,  çıxdım  getdim,  bu  bunun 
sımsığına dəyib (72,  с.Ш,  s.83).
Sındırmaq -  diz çökdürmək,  yaxşı  oynamaq.
İndi  görürəm  ki,  hamısı  əbəs  imiş,  səni  sındırıblar!  (144, 
s. 127).
Sınıq  könüü -  ürəyi birindən  sınmaq,  incimək.
441

‘Behruz  2hqqi
Türfcjdeyimfon
Gözəl,  sən də muradına çatmadın,
Bənna olub smıq könül yapmadın (32,  c.II,  s. 11).
Ac qarın  doyurmuşam,  sınıq könül sarımışam (144,  s.84). 
Sınıq  könül sarımaq -  birinə yaxşılıq etmək.
Sınmaq  -   çətinliklərlə  üzbəüz  olmaq,  həyatda  nakam
olmaq.
Sırıq  çəkm ək  -  mümkürı  qədər  zülm  etmək,  zor  demək, 
bir evdə olan m eyvəyə və ya bağa sırıq çəkmək.
Nə  arvadım  var,  nə  uşağım  bala,  mən  bu  zamanın  adamı 
deyildim.  Zəm anə m ənə sırıq çəkdi (203,  s.73).
Sırıq çəkdi İskəndər də Daraya,
Biz bilirik  sən getmisən haraya (H.Həkimi).
Sırımaq  -  birinin  başına  börk  qoymaq,  çirkin  qızı  birinə 
ərə  vermək,  dəyərsiz bir şeyi  satmaq.
Arvad:  bütün kişilər fırıldaqdır,  bu gün süd satan kişi  mənə 
bir qəlp pul verib.
Kişi:  ham  o  pul,  ver  bazarda  başqasına  sırıyım.  Arvad: 
qəssaba sırıdım getdi (205,  s,23).
Sısqa -  arıq,  cansız.
Dur ver ki,  bu sısqa bir-iki cam  ilə doymaz 
Ta düşməsə qanmaz (223,  s.58).
Sıtqın  sıyrılması  -  sədaqət və  etimadın  zay olması,  ürəyin 
sınması.
Siçan  deşiyini  satın  alm aq  -   bərk  qorxmaq,  çox  qorxub 
qaçıb gizlənmək.
Çıxardaq  onları  qaçıb  gizləndikləri  siçan  deşiklərindən 
gün  işığına (9,  s.101).
Siçan dəliyini  satın  alm.aq  / mağara  axtarır  gizlənməyə
-  qorxudan  qaçıb  gizlənmək,  qorxudan,  ölümdən  nicat  tapmaq 
üçün hər bir İşə ə l qatmaq.
Kütbeyin düşmən mağara  axtarır gizlənməyə 
Hər biri olmuş odur quli-biyabanım mənim (163).
Eşidən vaxta həvapeyma (təyyarə) muş dəliyin,
Satan olsaydı,  alardıx,  o  da bir günlər idi (168,  səh.  825). 
Siçan  diş -  xırda,  inci kimi  dişləri olan  uşaq.
442
Sidiyi  köpüklənmək  -  oğlan  uşağının  yetkinlik  yaşına 
çatması ilə əlaqədar işlənir.
Siftəm  kor  eləm ək  -   alış-  verişinin  ilk  müştəri  ilə  baş 
tutmaması.
Qədimdə  alış-verişə  gedəndə  ilk  alış-verən edənin  verdiyi 
pula siftə deyərlərdi.
5..  altda  qalar,  dil  altda  qalmaz  --  hər  sözə  bir  cavab 
verən adam.
Keçəl  dil altda qalan  adam deyildi -  dedi,  -  Bəy  sağ  olsun 
(182,  səh.  34).
5..  1.ən çibanı tanımamaq - heç zaddan başı  çıxmamaq.
51..  və farsı ö y rətm ə - özünü ələ salma, məni  aldatma.
Sikkəbərlik  eləm ək  -   nahaqdan  birinin  qabağında
dayanmaq,  başına börk qoymağa çalışmaq.
Ay gözünə dönüm!  O indi mənimlə  sikkəbərlik eləyir (72, 
c.II cild,  səh. 175).
Sikkə  çalmamışıq  ki •  havayı pul tapmamışıq.
Silib süpürmək -  yığıb -yığışdırmaq.
Sövdagərlər  yemədi,  hamısı  geri  qayıtdı,  hamısını  silib- 
süpürüb ötürdü içəri  (46,  s.20).
Şillə vurmaq -  gözlənilməz zərbə  vurmaq.
Bununla  Fəxrəddinə  böyük  bir  sillə  vuracağıq  (234, 
s.443).
Sim ləri  qarışıb  - ruhi cəhətdən normal halda deyil.
Sinə dağı -  unudulmaz yara.
Sızıldar yaralar eylərəm ox-ox,
Demirsən sinənin dağı nədəndi? (32, c.II,  s.49).
Sinədağlı  -   ruzigardan  əzab-əziyyət  görmək,  əzizlərinin 
ölməyinə şahid olmaq.
Zamaııə indi edib sinə dağlı  lalə  məni ( X.Natəvan).
Sinədəftər -  hər şeyi əzbər  bilən.
On  səkkiz  yaşına  kimi  mollaxanada  oxudu,  bütün  elmləri 
sinədəftər elədi (46, s. 155).
Sinəsi dolu -  ürəyi dolu.
Gördüm dostumun sinəsi doludur (9,  s.52).
443

Beliniz  Jfaqqi
П ш ^е^т Ь г^
Sməsi  düyünlü,  dağlı -  dərdli adam  
Acarın  yaz eylədin sən,  ay bimüxvət, bivəfa,
Ац; sinəmdə düyünə bax, dağı gözlə, gözlə sən (32, c.II, s.29). 
Si nəsi düyünlü  -dərdli adam  
Sinəm düyünlüdü,  ciyərim qara,
Əsılisiz  qalmışam qəmgin,  avara (35,  s.485).
Si  ıəsinə dağ çəkmək -  ürəyini yaralamaq.
Baxtımın  qapısın  bağlı qoyubsan,
Çəkib sinəm  üstə dağlar qoyubsan (32,  c.II,  s.81)
Sinəsinə köz basmaq -  yarasının közünü qopartmaq. 
Basıbdı  sinəm  üstə bimürvət  yanar közü,
Yandırır bu sinəmi ol atəşə, narə baxın  (32,  c.II,  s.32). 
Sinəsinə yaman dağ çəkmək -  ağır yara vurmaq.
Neçə  ildi m ən gəzirəm dağları,
Bu sinəmə çəkdin yaman dağları (35,  s.547).
Sinəsini irəli  vermək -  bir işi boynuna götürmək. 
Qalxıb-enən təlatümlü sinəsini  irəli verib qeyzlə:
-Mən dönük deyiləm, Dərviş Həsən!-  dedi (144,  s.140). 
Smo getm ək -  çox istəmək.
Sczün  düzü,  padşah  öz  padşahlığı  üçün  də  çox 
sino 
getmirdi  (9,  s.78).
Oğul,  sözlərim dən  belə  məna  çıxartma  ki,  Petya  dayı, 
qadınsız yaşaya bilmir,  evlənmək üçün sino gedir (1,  s. 176).
Sinsin  ax tarm aq   -hər  yeri  bir-birinə  vurmaq,  nəyisə 
axtarmaqdan  ötrü hər yerə baş vurmaq.
Bir gün bizi bu ölkədə  sinsin  arayarlar (168,  səh.  31).
Siırkə  nə  qədər  tünd  olsa,  öz  qabını  çatladar  -birinin 
xasiyyəti nə qədər pis olsa, özünə  zərər vurar.
Tündləşib  öz qabını  sındırmaq dərəcəsinə gələn  sirkə kimi 
ömür yoldaşım yenə  həmin çığır-bağıra başladı  (253,  s. 153).
Siz  daş  qoyan  yerə  mən  baş  qoyaram  -  nə  işə  o! 
vursanız,  mən  orda candan keçməyə razıyam.
Soğan  kimi soyulmaq -  müflis olmaq, bərk əsəbiləşmək. 
İndisə  soğan  kimi  soyula-soyula:  -qorxma-  dedi.  (296, 
s. 185).
444
‘Beliniz  'Jbqqi
‘M rkjam nhri
Soğan  tək sıxmaq /soymaq - hər şeyini əlindən almaq. 
Tarac  edirlər taxılın,  barın,
Soğan tək soyuban ellik,  həm varın (107).
Soğan  yeməmisən,  için  niyə  göynəyir?  -  əgər  bu  işdə 
günahın  yoxdu,  niyə narahatsan?
Soxa-sox -  yəni,  böyiik-kiçik tanınmayan yer.
Tutalım ki,  zamanın həzrəti- İsası mənəm,
Bu  soxasoxda necə  möcüzə icad eləyim? (Vahid).
Soxan-  soxanlıq -  şuluq.
Çıxcaq ramazan girir məhərrəm,
Bu  şıqda soxan-soxanlıq olmaz (338,  s.52).
Soxulcan  qurdu  -  tüfeyli,  xalqa  faydası  olmayan  insan 
mənasında.
Soxulcanlar nakəsdən,  kəmfürsətdən,
Xəbisdən  mənalı  yaşayırlar,  ey  ədəbi  soxulcan  (265, 
səh. 186).
Sona  başı  -  çayın  üzərində  bəzən  parıltılı  bir  təbəqə 
görünür ki,,  buna deyirlər.
Sonam yasar aldıı  - yaxşının pisə qismət olması.
Əzizinəm yasar aldı,
Gülnurum  yasar aldı,
Tərlana xəbər olsun,
Sonanı  yasar aldı  (33,  s.87).
Soncuqlamaq -  birini vurmaq,  döymək, əziyyət vermək. 
Gələnə noxtasız eşşək kimi, soncuqlayırsan (168, səh. 329).
Son sə h ə r -  fəlakətin axırı,  xoşbəxtliyin  başlanğıcı.
Ç əkər hələ  son səhərin  açılması  (286,  səh.  86). 
Sorulmamış  alçı  durur -dindirməmiş  hər işə  qarışır. 
Soyub  quyruğunda  qoymaq  -   bir  işi  lap  qurtarmağa  az 
qalmış  yarımçıq  saxlamaq.
Biz yorulduq  söyləməkdən,  sən sükutdan  doymadın, 
Saxladın  quyruqda  gön  qaldı  dayandın,  soymadın  (72, 
с.III,  s.311).
Soyuq  baxmaq -  laqeyd qalmaq.
445

Hehruz  9bqqi
Bu  xeyirli  işə  (Gəncədə  açıqlikirli  iranlılar  tə rə fin d ə n   b ir 
„Nəşr-maarif“  cəmiyyətinin  olması)  çox  əşxasm  (iranlıların) 
soyuq  baxmağını  gördükdə, 
idarə 
bunu  cəh alətd ən  
v ə  
əməlsizlikdən bilib (65,  №  1,  səh.  16,  1905).
Soyuqdan 
bəy 
durmaq 

düppədüz 
durm aq, 
tərpənməmək.
Hey soyuqdan quruyub bəy dururam,
Kimdi yengə,  müşata bilməyirəm (  Şəhriyar).
Soyuq  daş -   hissi olmayan ürək.
Soyuq daşa dönüb o gündən ürək
Ürəkdən asılan daşı neynirəm
Soyuq  dillə  dindirmək  -   mehribanlıq  etm əm ək,  quru 
danışmaq.
Hər kimi dindirsən soyuq  bir dillə,
Baxıb yadlar kimi yanından ötər (337,  c.I,  s.  42).
Soyuqluq - məhəbbətsizlik, kin-küdurət.
Şindivar(Azərbaycanın  cənubunda  yer  adıdır)  xanlıq  yeri 
olmuş,  xanı  isə  Marağada  yaşarmış,  nədənsə  Baba  Sultan  ilə 
xanın  arasında soyuqluq var idi (122,  s.l 11).
Soyuq olmaq  - mehriban olmamaq.
Şair var ürəkdən ah çəkib deyir,
Uşaqlıq,  uşaqlıq harda qalmısan?
Kaş tapa biləydim səni bir kərə,
De niyə bu qədər soyuq  olmusan?(210,  s.61).
Bu  xeyirli  işə  (Gəncədə  açıq  fikirli  iranlılar tərəfindən bir 
“N əşr-m aarif’  cəm iyyəti  təsis  olmağı)  çox  şəxsin  (iranlıların) 
soyuq 
baxmasım 
gördükdə 
idarə  bunu  cəhalətdən 
və 
əməlsizlikdən bilib  (65,  1917,  №1,  s .l6).
Soyuqsaqqal olmaq -  hörmətsiz.
Biz  vətən  azadlığı  uğrunda  verdyimiz  vədə  və  sözlərə 
vəfalı çıxmasaq,  xalqm yanında soyuqsaqqal olarıq.
Soyumaq -mehribanlığın  azalması.
M ənim gözlərimdən od axır,  sənsə,
Buz kimi  soyumusan eşitmişəm ki (294,  s.41).
Sövdanı  pul,  davanı  qılınc  -   iş  görmək  üçün  konkret 
imkan,  iş görmək lazımdır.
“ Sövdanı  pul,  davanı  qılınc”  -   rəhm ətlik  ataların  bu 
məsəlini yada saldı ( 253,  s.107).
Sövsək, zəvzək olmaq -  boş-boş danışmaq.
Çox danışma,  çox yemə, çox  yuxlama,
Bağla əngin, olma zəvzək, naz balam (168,  səh.268).
Söyüd  ağacını  qarışqa  yeyər  -  dərdə  dəyməyən  şey  tez 
xarab olar.
Söyüşü Öpüşlə sındırmaq  - m əhəbbətlə utandırmaq.
O  söymək istədi məni,  amma mən, 
söyüşü öpüşlə  sındırdım yaman ( Məhsəti).
Söz altında qalmamaq -  layiqli cavab vermək.
Söz atmaq - birinə qaxınc etmək.
Burda  bir-birinə 
“hom şəhri”, 
“matışqa”, 
“fəspapaq 
osmanlı”,  “acından  ölən  iranlı”,  “qulağı  tüklü  müsəlman” , 
“yurdu bəlli  olmayan” deyənlər çoxdur.  Sənə elə  söz atanın  baş- 
qulağma bax,  gör nə tükdə canavarddır (29,  s.34).
Söz beyninə batmaq -  bir sözü qəbul etmək.
Bic  vələdəznalərə söz batm yor,
Min də nağıl  aç, birin aldatmıyor (267,  s.128).
Söz  çeynəm ək  -   sözün  çürüyün  çıxarmaq,  dönə-dönə 
təkrarlanmaq.
Söz deyən azdır,  söz çeynəyən çox.
Söz çıxmaq -  ixtilaf baş vermək, narazılıq.
Toraz tut haqq hesabı,
Ortamızdan qoyma söz çıxs;n (255).
Söz  dağarcığı  -   sirlərlə  dolu  bir  insan,  çoxlu  maraqlı 
söhbətlər edən kəs.
Sözdə əmması olmaq -  sözü qəti  surətdə  aydın  olmamaq. 
Bir sözün düzgünlüyünə  şəkk eləmək.
Yenə tutdu üzün xəlqə,
Dedi ay qomi-bisəlqə 
G ərəkdi mən deyim xəlqə,
Sözü ki,  onda əm m a var (301, səh.  61).
447

‘lürlçdeymfrri
'Bel'truz  Jbqqi
Sözdən  söz çıxarmaq -sözbaz, bəhanə axtaran.
Arvad ki,  aldın  onu əziz saxla gözündən,
Bəhanələr gətirib,  söz çıxarma sözündən (80,  c.ll,  s.61). 
Söz dəym ək -  incimək, sözün xətrə dəyməsi.
Körpə uşaqlar təki söz m ənə tez dəyir (204,  səh 25).
Sözə baxma, söyləyənə bax - danışılan  sözə diqqət yetir. 
Sözə  qaravul  qoymaq  -   danışanda  ağızdan  çıxan  sö zə 
fikir vermək.
Qız belə dil-dil ötürmə, qaravul qoy sözünə (168, səh. 268).
Sözə tutmaq - məsxərə eləmək; başını qatmaq.
Varlı  yalan desə  yoxsullar gerçək,
Yoxsulun sözünü sözə tutarlar (12,  s.40).
Söz fır-fır fırıldayır -  yəni  söz ağızlara düşür.
Söz  gəzdirən  -  söz  dolandıran,  ara  vuran,  dedi-qodu  ilə 
məşğul  olmaq.  Özgənin  sözünü danışmaq.
Əgər  hərzə  danışmaq  insanların  təbiətində kök  salsa,  get- 
gedə  o:ııda  söz  gəzdirmək,  eyb  axtarmaq  adət  şəkli  alar 
(A.Bakıxanov).
Söz götürmək -  birindən minnət götürməmək.
İstolda oturmaram,
Ağır söz götürmərəm,
Gətir “Quran” əl basım,
Yardan əl götürmərəm (33,  s. 168).
Söz  gü ləşd irm ək   -   höcətləşmək,  mübahisə  etmək,  cavab 
qaytarmaq.
Ərbab  qolçomaqlarına  deyir:  «Tutun  onu,  aparın.  ..  Ta 
bundan sonra söz güləşdirən olmasın» (340).
Söz qalağı  olm aq -   söz yığmı.
Deyir m ənə şairlərim belə-bilə 
Böhtan  dedi,  başım  oldu  söz qalağı (265).
Söz q an ad ın a düzm ək -  şer qoşmaq.
Dünya başına fırlanır,  gözünə qaranlıq çökür.  Handan  hana 
ayılıb başına gələn qəziyyəni  söz qanadına düzür (103,  s. 18).
Söz q ırtm aq   - bir söz qopartmaq,  söz çəkmək.
Ortdan  söz qırtmaq  da hər oğulun işi  deyildi (288,  s. 182).
448
İSrkJafimbri
Söz qurtdalamaq - birinə söz çıxartmaq.
Söz odur ki, həqqə vara -  söz gərək müqəddəs ola.
Həqq olan sözün dəyəri var (20,  s.83).
Söz oynadan -  hazırcavab.
Fikirləşdi  ki,  keçəllər  söz  oynadan  olur.  Qoy  gəlsin 
kefimizi durultsun (103,  s.145).
Söz pəhləvanı -  əlindən iş gəlməyən,  ancaq  dildən pərgar 
olan insan  anlamında.
Söz  sındıran  -  sözü  birinin  ağzında  qoyan,  başqalarının 
fikrinə əhəm iyyət verməyən.
Söz sındıranın sözü  sınar,  boşa gedər,  sözün yerə salarlar.
Söz söz açar, söz göz açar, söz ovuc  açar -   insanın  biliyi 
nə  qədər  çox  olsa,  o  qədər  xoşbəxt  yaşayar.  Bilik  əsasında 
fırıldaqçıların, yalançıların  sirrin açar.
Söz sözü gətirər, arşın  bezi -  söhbət çox uzanar.
Gətirib söz-sözü,  arşın da bezi,
Nahara saxladı axırda bizi  (168,  səh.  526).
Gətirdi söz-sözü  arşın  bezi,
Uzandı  sözüm.
Qarışdı  söz-sözə,  şerin pozuldu  mizanı (168,  s. 149).
Sözsüz  adam  -   soysuz  adam  -   yəni  bir  Adam  elindən, 
tayfasından  uzaq  düşübsə,  deməli  milli  mədəniyyətindən,  milli 
kimliyindən uzaq düşüb.  Ona görə də danışmağa sözü olmaz.
Söz toxuyan -şair,  yalandan birinə dosye düzəltmək.
Babam  toxucu  olmuşdur,  amma  mən  söz  toxuyanam, 
sözləri nəzm ə çəkənəm.
M ənəm  bax bu günün əziz insanı,
M ənəm  söz toxuyan şair Xaqani (  163).
Xəyanətkar  özünü  xilas  etmək,  neçə  günlük  alçaq  və 
iyrənc həyat sürmək  xatirinə öz yoldaşlarını  satıb zindan rəisləri 
ilə  əm əkdaşlıq  edənlərdir.  O  yalan  söz  toxuyur,  öz  töhmət  və 
iddiaları  ilə guya sirləri  açır (248,  s.436-437).
Sözü  at  yerə,  söz  sahibi  götürər  -  söz  kimə  aiddirsə,  o
bilər.
449

‘Befmız
Sözü bir hamamda danış, bir də məsciddə  -  bu  iki  y e rd ə  
söz sürətlə  yayılar.
Sözü  denən  alana,  qulağında  qalana  -   sözü  e şid ə n ə  
demək lazımdır.
Sözü denən alana,  qulağında qalana (103,  s.72).
Sözü  güllə  yerinə  işlir  -  qüdrət  sahibidir,  sözünün  h ə r 
yerdə keçməsi.
Sözü keçən -  sayılan, nüfuzlu.
Ordu 
içində 
sözü 
keçən 
adamların 
ə k sə riy y ə ti 
həqiqətimizə  istinad edər (144,  s. 177).
Sözü kəsərli olmaq -  sözü keçmək.
Sizdən  nigaran  qalsam, 
sözüm  kəsərli  olm az 
v ə 
Adıyüksəklə görüşüm lazımınca fayda verməz (144,  s.148).
Millətlərin  sazimam yalançı bir yığıncaqdır,  sözlərinin  yox 
kəsəri (113,  səh. 110).
Sözü  maqqaşla  ağzından  çəkmək -  az danışan.
Sözümü  qürbətə/ qəribliyə salma -  inarı,  doğrudur.
Şairəm,  sözümü qürbətə  salma,
Qulaq as, dünyada gör bir nə  səsdir (Səhəııd).
Sözün  canı -  sözün məğzi,  mahiyyəti, nəticəsi,  əsli,  kökü.
Sözün  çürüyünü  çıxartmaq  -  həddən  artıq  təkrarlam aq, 
ətrafdakıları  bezdirmək..
Sözün düşünü  uşaqdan soruş - uşaq yalan bilmir.
Sözünə  bir  bağ  sozi  (kəvər)  verməmək  -   yəni 
əhəmiyyət,  dəyər verməmək.
Sözünə bircə bağ sozi vermozlər,
Ustadı olsan da şerin,  qozəlin (291,  səh.  59).
Sözünə söykək durmaq -  tərəfini saxlamaq.
Mövlana  Mahmud  tapılsa,  ümidvaram  o  da  sənin  sənin 
sözünə söykək durar (144, s. 158).
Sözün  keçməməyi  -   birinin  etibarsızlığı  əlamətindədir, 
qüdrətdən düşməsi.
Keçməz sözümüz bir pula sərdar yanında (267,  səh.  46).
Sözün qəlbdə düyün  bağlaması -  sözü ürəyində qalmaq.
Tikançı  söylədi nə üçün?
450
'liirÇdet/xmtm
ттяшттштшшшЗ^т
Dedi:  söz qəlbimdə bağlayıb düyün (Türkoğlu,  s.224).
Sözün tez dəym əsi -  bir sözdən tez incimək, küsmək.
Abam hey nənəmin ağzın əyərdi,
Çox  bilmiş qocaya  söz tez dəyərdi (60,  səh.  129).
Sözün  təkinə  getmək  -   bir  söz  barəsində  uzun-uzadı 
danışmaq
Ay adı xoş  Səkinə,
Getmə sözün təkinə  (193,  səh.  66).
Sözünü  balla  kəsim -  ehtiram əlam əti kimi birinin  sözünü 
kəsəndə işlənir.
Sözünü yerə salmaq -- birinin xahişini həyata keçirməmək.
Söz dedim,
Sözümü yerə  saldı.  (167,  s.76).
Sözü  oyzabuyza 
atmaq  -  m ətləbdən  yayınmaq,  əsl 
m əsələnin üstündən keçmək.
Sözü  oyza-buyza(o  üzə-  bu  üzə)  atmaq  lazım  deyil  (195, 
с.II, s.50).
Sözü  üzə  çəkmək  -   bir  nöqsanı,  eybi  birinin  üzünə 
demək.
Keçən sözü çəkmə  üzə,  amandı,
Hodyan danışmışam,  laf eyləmişəm (32,  C.II,  s.9).
Su   aydınlıqdır öz qapıva  cala  -  bu  yaxşı  işdir,  özıjvo rəva
gör.
Su  başdan  aşıb  ••  iş  o  qədər  xarab  olub  ki,  düzəlməyinə 
ürnid yoxdu.
Su  başdan  aşsa, ya  bir qarış, ya  min  qarış -  yaman  glinə 
düşəndən  sonra,  yamanlığın qədəri önəmli deyil.
Bu aləmin nəşibo-fərazın (eniş-yoxuş) dolanmışam,
Su başdan aşsa,  birdir ğəriqə dərin-dayaz (168,  səli.  472).
Su 
başdan 
bulanıqdır/  balıq 
başdan 
iylənər  - 
cəm iyyətdəki bəlaların  səbəbi yuxarılardadır.
Sub aylıq sultanlıqdıır -  subay  adamın  qayğısı  az olar.
Ay 2'əki müəllim,  subaylıq-sultanlıqdır (9,  s.64).
Su  bulanmasa  durulmaz  -  bəzən  fikir  ixtilafının  qarşıya 
çıxması  bais  olar ki,  münasibətlər daha da yaxşılaşsın.
451

^T ^d eyim b ri^
Hehruz
Su  bülbülü  -  tez-tez  hamama  getməyə  ağrınan  adam . 
Yağışdan bütün islanmış.
Sudan  quru  çıxmaq  -   günahkar  olsa  da,  özünü  günahlı 
göstərməmək,  günahsızlığı  məlum olmaq.
Yaxşı,  bu  saat,  görüm  bu  şalbanın  hesabı,  sözü  n əd ir  ki, 
suya batmaq  istəmir? (72, c.III, s.43).
Su durardı, o durmazdı - çalışqan,  gecə-gündüz işləyən.
Su  gəlon  arxa  bir də  gələr -im kanı  olmuş  adamın  y en ə 
imkanı olar.  Ümid mənasındadır.
-  Nə  olar  ki?  Deyərlər,  su  gəlmiş  arxdan  bir  də  g ələr? 
(253, s.443).
Su  gətirən  deyil,  giüfləri  yaş  edir  -  bir  iş  görən  deyil, 
vaxtı sərf ediir və bizə xərc açır.
Su gətirməyib - havayı gəlməyib.
Suiçim  - bir an içində.
Bir suiçim saatda dörd bir  tərəf oldu adam (148,  s. 183).
Su içimi tək olmaq -  çox rahat, çox zəhmətsiz bir iş.
Bilirəm canım,  sənin əlində  su içimi kimidir (  115, № 2).
Su kəsir - çox soyuq su.
Su kimi axan nitq -  səlis  danışıq tərzi.
Diqqətlə  qarşımda  bayılan  mirzə,  bu  da  Lermontovun 
dağlarda  uçan  ruhu,  Puşkinin  su  kimi  axan  nitqi,  Torlstoyun 
məsihanə fəlsəfəsinə vurulmuş bir uçitel idi (256, səh.  17).
Su kimi içm ək -  əzbər bi İmək.
Onu m ən
Sənələr keçdi ki,
İçdim su kimi (337, c.I, s.45).
Su qiymətinə -  demək olar ki,  havayı, ucuz..
Su qiymətinə hər nə mənə, bolluq, ucuzluq (168,  səh.  20).
Sultan  haqqı  -  gecə  əri  ilə  yatan  qadın  bu  barədə 
qonşulara  bildirmək  üçün  hamam  fitəsini  şəritə  asıb  onları  çay 
içməyə dəvət edirdi.  Buna sultan haqqı deyirdilər.
Suhıya  demə  çəkmək  -   xalqı  avara  qoymaq,  ona  pis 
başçılıq etmək.
Yığışıb əlli nəfər bir gümh icad eləyib,
452
TÜT^dajbnhri
Hefouz  ybqqi
Çəkir milləti bəzi şuluya, bəzi demə (168,  səh.  361).
Sumaq sorur - nəhayət dərəcədə ac, yoxsul olmaq.
Sum-sum  deyincə  birdəfəlik  sumaq  de/  mus-mus 
deyincə 
birdəfəlik  Mustafa  de  - 
sözünün  canını  de, 
ürəyindəkini birdəfəlik açıq söylə.
Su  olan  yerdə  təyəmmünı  olmaz  -   böyük  və  təcrübəli 
adam olan  yerdə təcrübəsiz adamın danışması düzgün deyil.
Su  öz yolun  açar -  bir  milləti həm işə zülm  altında,  təhqir 
altında saxlamaq olmaz.
Su  səhəngi  suda  sınar  -  bir  adam  gördüyü  işin  qurbanı 
olur.  Adətən xətorli  işlərlə məşğul olanlar barəsində işlənir.
“Su  səhəngi  suda  sınar”-  dedi.  Oğru  da  oğurluqda  ölər 
(253,  s.382).
Su  sonasıdır - çox gö
2
;əl  qız,  qadın.
Susuz  aparıb  susuz  gətirmin  -  əlsiz-ayaqsız  adama 
deyilir,  yəni məni aldada bilməzsən.  Mən səndən zirəyəm.
Su  təzə,  bardaq  təzə,  içərlər  məzə-m əzə-  təzə 
evlənənlər  haqda  işlənir.  Yeni  dava-şava  sonra  olacaq  (103, 
s.71).
Su üstündə ocaq qalamaq -olmayan bir iş görmək.
Suyun  üstündə  ocaq  qalamaq  istəyirsən,  suyun  üstündə 
ocaq yanarmı, dillən görüm? (296, s.173).
Su  və  hava  kimi  lazım  olmaq  -   Cənubi  Azərbaycanda 
Milli  Azadlıq  Hərəkatına  hava  kimi,  su  kimi  lazım  olan  bir 
adam,  bura  gələndən  sonra,  yəni  hərəkat  dağıdılandan  sonra 
tamamilə  artıq  insana çevrilmişdi (247,  səh.  40).
Suya  dönmək  -  inanılmaz  bir  sözdən  heyrətə  düşmək; 
zəhmətin hədər olması.
Mayan suya dönsün (38,  s.138).
Suya əl yetirmək -  tualetə  getmək.
Rüfəqa əl yetirib orda suya,
Qılınub ta ki namaz oldu  dua (168,  S.29).
Suya tökmək -  bir zadı həddən artıq ucuz satmaq.
Su  yerinə  qan  yerimək  -   nəhayət  dərəcədə  boğuntu, 
adam öldürmək.  '
453
1   ...   32   33   34   35   36   37   38   39   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə