Hematologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Hematologiyanın ümumi məsələləri



Yüklə 1,18 Mb.
səhifə1/18
tarix29.12.2016
ölçüsü1,18 Mb.
#3867
  1   2   3   4   5   6   7   8   9   ...   18
Hematologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu


Hematologiyanın ümumi məsələləri
1) Hematoloji analizatorlar vasitəsilə təyin edilən MCV göstəricisi nəyi əks etdirir?

A) Eritrositlərin orta həcmini

B) Eritrositdə hemoqlobinin orta konsentrasiyasını

C) Hemotokriti

D) Eritrositdə hemoqlobinin orta miqdarını

E) Anizositozu


Ədəbiyyat: Клиническая лабораторная аналитика (Под редакцией В.В.Меньшикова), М.: Лабинформ-РАМЛД, 1999.
2) Hematoloji analizatorlar vasitəsilə təyin edilən MCH göstəricisi nəyi əks etdirir?

A) Anizositozu

B) Eritrositdə hemoqlobinin orta miqdarını

C) Eritrositlərin orta həcmini

D) Hemotokriti

E) Eritrositdə hemoqlobinin orta konsentrasiyasını


Ədəbiyyat: Клиническая лабораторная аналитика. (Под редакцией В.В.Меньшикова), М.: Лабинформ-РАМЛД, 1999.
3) Hematoloji analizatorlar vasitəsilə təyin edilən MCHC göstəricisi nəyi əks etdirir?

A) Eritrositdə hemoqlobinin orta miqdarını

B) Eritrositdə hemoqlobinin orta konsentrasiyasını

C) Anizositozu

D) Eritrositlərin orta həcmini

E) Hemotokriti


Ədəbiyyat: Клиническая лабораторная аналитика. (Под редакцией В.В.Меньшикова), М: Лабинформ-РАМЛД, 1999.
4) Hem nəyin dəmirlə birləşməsidir?

A) Porfirin və zülalın

B) Koproporfirinin

C) Protoporfirin və zülalın

D) Protoporfirinin

E) Zülalın


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
5) Qan yaranmanın kök hüceyrəsi morfoloji cəhətdən hansı hüceyrəyə bənzəyir?

A) Blast hüceyrəyə

B) Limfositə

C) Polimorfonuklear neytrofilə

D) Fibroblasta

E) Monositə


Ədəbiyyat: Ф.Э.Файнштейн и др. Болезни системы крови. Ташкент.: Медицина, 1980
6) Bunlardan hansı patoloji hemoqlobinə aid deyil?

A) HbD


B) HbF

C) HbS


D) HbC

E) HbE
Ədəbiyyat: Наследственные анемии и гемоглобинопатии. ( Под редакцией Ю.Н.Токарева и др.). М.: Медицина, 1983.


7) Bunlardan hansı patoloji hemoqlobinə aid deyil?

A) HbA2


B) HbE

C) HbC


D) HbD

E) HbS
Ədəbiyyat: Наследственные анемии и гемоглобинопатии. ( Под редакцией Ю.Н.Токарева и др.). М.: Медицина, 1983.


8) Hb Barts hansı polipeptid zəncirlərdən ibarətdir?

A) α2δ2


B) γ4

C) α2 γ2


D) α2β2

E) β4
Ədəbiyyat: Наследственные анемии и гемоглобинопатии. ( Под редакцией Ю.Н.Токарева и др.). М.: Медицина, 1983.


9) HbH hansı polipeptid zəncirlərdən ibarətdir?

A) α2δ2


B) γ4

C) α2 γ2


D) α2β2

E) β4
Ədəbiyyat: Наследственные анемии и гемоглобинопатии. ( Под редакцией Ю.Н.Токарева и др.). М.: Медицина, 1983.


10) HbA hansı polipeptid zəncirlərdən ibarətdir?

A) β4


B) α2δ2

C) α2β2


D) α2 γ2

E) γ4
Ədəbiyyat: Наследственные анемии и гемоглобинопатии. ( Под редакцией Ю.Н.Токарева и др.). М.: Медицина, 1983.


11) HbF hansı polipeptid zəncirlərdən ibarətdir?

A) β4


B) α2 γ2

C) α2δ2


D) γ4

E) α2β2
Ədəbiyyat: Наследственные анемии и гемоглобинопатии. ( Под редакцией Ю.Н.Токарева и др.). М.: Медицина, 1983.


12) HbA2 hansı polipeptid zəncirlərdən ibarətdir?

A) β4


B) α2 γ2

C) α2δ2


D) γ4

E) α2β2
Ədəbiyyat: Наследственные анемии и гемоглобинопатии. ( Под редакцией Ю.Н.Токарева и др.). М.: Медицина, 1983.


13) Eritrositlərin çökmə sürətinin artmasının səbəblərinə nə aid deyil?

A) Qanda qaptoqlobulinin və alfa-2-makroqlobulinin miqdarının dəyişilməsi

B) Qanda patoloji immunoqlobulinlərin konsentrasiyasının artması

C) Fibrinogenlərin miqdarının artması

D) Qlobulin fraksiyalarının miqdarının artması

E) Öd turşularının konsentrasiyasının artması


Ədəbiyyat: Клиническая лабораторная аналитика ( Под редакцией В.В.Меньшикова), М: Лабинформ-РАМЛД, 1999.
14) Eritropoetinin hasilinin artması zamanı müşahidə olan eritrositoz hansı hal üçün xasdır?

A) Sadalananların heç birinə

B) Polisitemiyaya

C) İtsenko-Kuşinq sindromuna

D) Hiperhidratasiyaya

E) Sadalananların hamısına


Ədəbiyyat: Клиническая лабораторная аналитика ( Под редакцией В.В.Меньшикова), М: Лабинформ-РАМЛД, 1999.
15) Hansı halda retikulositlərin miqdarının artması baş verir?

A) Hemolitik sindromda

B) Sadalananların hamısı düzgündür

C) Hipoplastik anemiyada

D) Xərçəngin sümüklərə metastazında

E) Aplastik anemiyada


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
16) Hansı halda retikulositlərin miqdarının artması baş vermir?

A) Şüa xəstəliyində anemiya zamanı

B) Posthemorraqik anemiya zamanı

C) B12-defisitli anemiya zamanı müalicə fonunda

D) Hemolitik anemiya zamanı

E) Bütün cavablar düzgündür


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
17) Sağlam insanın periferik qanında retikulositlərin əsas kütləsini nə təşkil edir?

A) Nüvəli retikulositlər

B) Tozvari retikulositlər

C) Qeyri tam torşəkilli retikulositlər

D) Tam torşəkilli retikulositlər

E) Yumaqcıqvari retikulositlər


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
18) Qan yaxmalarının boyanılması üçün hansı üsuldan istifadə olunur?

A) Romanovski-Qimza üsulu

B) Pappenqeym üsulu

C) Sadalananların hamısından

D) Noxt üsulu

E) Sadalananların heç birindən


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
19) Qanda hemoqlobinin miqdarının ən dəqiq və münasib təyini üsulu hansıdır?

A) Hemoqlobin molekulunda dəmirin miqdarının təyini üsulu

B) Hemiqlobinsianid üsulu

C) Sadalananların heç biri

D) Qazometrik üsul

E) Sali üsulu


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
20) Leykositlərin mütləq miqdarı nədir?

A) Qanın 1 litrində leykositləırin miqdarı

B) Bütün cavablar düz deyil

C) Leykoformulada müxtəlif növ leykositlərin faizlə miqdarı

D) Bütün cavablar düzdür

E) Periferik qan yaxmasında leykositlərin miqdarı


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
21) Nisbi neytrofilyoz termini nəyi ifadə edir?

A) Neytrofillərin mütləq miqdarının azalması

B) Neytrofillərin faizlə ifadə edilən miqdarının azalması

C) Neytrofillərin mütləq miqdarının artması

D) Neytrofillərin mütləq miqdarının normada olduğu halda onların faizlə ifadə edilən miqdarının artması

E) Neytrofillərin mütləq və faizlə ifadə edilən miqdarının artması


Ədəbiyyat: Клиническая лабораторная аналитика ( Под редакцией В.В.Меньшикова) М: Лабинформ-РАМЛД, 1999.
22) Hemoqlobinin molekulunun tərkibinə nə daxildir?

A) Protoporfirin və dəmir

B) Protopofririn və qlobin

C) Porfirin və dəmir

D) Hem və qlobin

E) Qlobin və dəmir


Ədəbiyyat: Клиническая лабораторная аналитика ( Под редакцией В.В.Меньшикова), М: Лабинформ-РАМЛД, 1999.
23) Hematokrit göstəricisi nə zaman yüksəlir?

A) Sadalananların hamısı düz deyil

B) Anemiyalar zamanı

C) Cavabların hamısı düzdür

D) Eritrositozlar zamanı

E) Hiperhidrotasiya zamanı


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
24) Leykositoz nə zaman müşahidə edilir?

A) Hipersplenizm zamanı

B) Şüa xəstəliyi zamanı

C) Sümük iliyinin hipoplaziyası zamanı

D) Sümük iliyinin aplaziyası zamanı

E) Leykozlar zamanı


Ədəbiyyat: Клиническая лабораторная аналитика ( Под редакцией В.В.Меньшикова) М: Лабинформ-РАМЛД, 1999.
25) Hemopoetik kök hüceyrəsi hansı xüsusiyyətlərə malik deyil?

A) Qanyaranmanı tənzimləməyə

B) Özünü saxlamağa

C) Yetişmiş hüceyrələrin funksiyasını yerinə yetirməyə

D) Sitokimyəvi inertliyə

E) Polipotentliyə


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
26) Hemopoetik kök hüceyrəsi hansı xüsusiyyətlərə malikdir?

A) Bütün sadalanan xüsusiyyətlərə

B) Özünü saxlamağa

C) Polipotentliyə

D) Qanyaranmanı tənzimləməyə

E) Sitokimyəvi inertliyə


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
27) Sümük iliyinin mikroəhatə elementlərinə nə aid deyil?

A) Osteoblastlar və osteoklastlar

B) Fibroblastlar

C) Makrofaqlar

D) Neytrofillər

E) Retikulyar hüceyrələr


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
28) Sümük iliyinin mikroəhatə elementlərinə nə aiddir?

A) Sadalanan bütün hüceyrələr

B) Retikulyar hüceyrələr

C) Osteoblastlar və osteoklastlar

D) Fibroblastlar

E) Makrofaqlar


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
29) Sümük iliyinin hüceyrələri hansı funksiyaları yerinə yetirirlər?

A) Sadalananların hamısını

B) Hemopoezin tənzimlənməsini

C) Dayaq funksiyasını (mexanositlər)

D) Trofik funksiyasını

E) Mikroəhatə funksiyasını


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
30) Eritroblastlara nə xasdır?

A) Yetişmədən asılı olaraq hüceyrənin müxtəlif ölçüləri

B) Hemoqlobinləşmədən asılı olaraq sitoplazmanın rənginin dəyişilməsi (bazofil, oksifil)

C) Nüvədə nukleolların olmaması

D) Xromatinin təkərvari strukturu sonraki piknozlaşma ilə

E) Sadalananların hamısı


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
31) Sümük iliyi punktatının hüceyrələri arasında eritroblastların miqdarı orta hesabla təşkil edir:

A) 40%-dən çox

B) 5-10%

C) 30-40%

D) 10-20%

E) 25-30%


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
32) Leyko-eritroblastik indeks nədir?

A) Periferik qanda eritrositlərin neytrofil leykositlərə nisbəti

B) Periferik qanda eritrositlərin bütün leykositlərə nisbəti

C) Sümük iliyində leykositlərin yetişməmiş formalarının eritroid sırasının bütün hüceyrələrinə nisbəti

D) Sümük iliyində leykositlərin yetişmiş formalarının eritroid sırasının bütün hüceyrələrinə nisbəti

E) Sümük iliyinin bütün növ hüceyrələrinin eritroid sırasının bütün hüceyrələrinə nisbəti


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
33) Normada leyko-eritroblastik indeks nəyə bərabərdir?

A) 1:3


B) 1:1

C) 3:1


D) 10:1

E) 5:1
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.


34) “Anizositoz” termini nəyi ifadə edir?

A) Eritrositlərin rənginin intensivliyinin dəyişilməsini

B) Periferik qanda nüvəli eritrositlərin meydana çıxmasını

C) Eritrositlərin diametrinin dəyişilməsini

D) Eritrositlərin formasının dəyişilməsini

E) Eritrositlərin miqdarının dəyişilməsini


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
35) Meqaloblastik eritropoez nə zaman müşahidə edilir?

A) Bütün sadalanan hallar zamanı

B) Autoimmun hemolitik anemiyanın krizi zamanı

C) Hamiləlik zamanı

D) Mədə xərçəngi zamanı

E) B12 defisitli anemiya zamanı


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
36) Meqaloblastik sırasının hüceyrələri eritroblastik sırasının hüceyrələrindən nə ilə fərqlənir?

A) Sitoplazmanın erkən hemoqlobinləşməsi ilə

B) Nüvənin radial qıcıqlanmasının olmamağı ilə

C) Sadalanan əlamətlərin hamısı ilə

D) Daha böyük ölçüləri ilə

E) Zəngin sitoplazma ilə


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
37) Qranulositlər harada əmələ gəlir?

A) Dalaqda və limfa düyünlərində

B) Dalaqda

C) Sümük iliyində

D) Qara ciyərdə

E) Limfa düyünlərində


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
38) Trombositlər harada əmələ gəlir?

A) Sümük iliyində

B) Qara ciyərdə

C) Dalaqda

D) Limfa düyünlərində

E) Dalaqda və limfa düyünlərində


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
39) Periferik qanda siderositlərin və sümük iliyində sideroblastların artması nə zaman müşahidə edilir?

A) Hipoplastik anemiya zamanı

B) Çoxsaylı mieloma zamanı

C) Qurquşunla zəhərlənmə zamanı

D) Dəmir defisitli anemiya zamanı

E) Vərəmə qarşı preparatların qəbulu zamanı


Ədəbiyyat: Ф.Хейхоу, Д.Кваглино. Гематологическая цитохимия. М.: Медицина, 1983
40) Periferik qanda siderositlərin və sümük iliyində sideroblastların artması nə zaman müşahidə edilir?

A) Hipoplastik anemiya zamanı

B) Çoxsaylı mieloma zamanı

C) Dəmir defisitli anemiya zamanı

D) İrsi və qazanılmış hemoxromatoz zamanı

E) Vərəmə qarşı preparatların qəbulu zamanı


Ədəbiyyat: Ф.Хейхоу, Д.Кваглино. Гематологическая цитохимия. М.: Медицина, 1983
41) Periferik qanda siderositlərin və sümük iliyində sideroblastların artması nə zaman müşahidə edilir?

A) Vərəmə qarşı preparatların qəbulu zamanı

B) Dəmir defisitli anemiya zamanı

C) Talassemiya zamanı

D) Hipoplastik anemiya zamanı

E) Çoxsaylı mieloma zamanı


Ədəbiyyat: Ф.Хейхоу, Д.Кваглино. Гематологическая цитохимия. М.: Медицина, 1983
42) Periferik qanda siderositlərin və sümük iliyində sideroblastların artması nə zaman müşahidə edilir?

A) Hipoplastik anemiya zamanı

B) Dəmir defisitli anemiya zamanı

C) Çoxsaylı mieloma zamanı

D) Xronik hemolitik anemiyalar zamanı

E) Vərəmə qarşı preparatların qəbulu zamanı


Ədəbiyyat: Ф.Хейхоу, Д.Кваглино. Гематологическая цитохимия. М.: Медицина, 1983
43) Periferik qanda siderositlərin və sümük iliyində sideroblastların artması nə zaman müşahidə edilir?

A) Refraktor sideroblast anemiya zamanı

B) Dəmir defisitli anemiya zamanı

C) Hipoplastik anemiya zamanı

D) Vərəmə qarşı preparatların qəbulu zamanı

E) Çoxsaylı mieloma zamanı


Ədəbiyyat: Ф.Хейхоу, Д.Кваглино. Гематологическая цитохимия. М.: Медицина, 1983
44) Periferik qanda bazofillərin mütləq sayının artması hansı hal üçün xas deyil?

A) Xronik mieloleykoz

B) Estrogenlərlə müalicə

C) Allergik vəziyyətlər

D) Hemofiliya

E) Kəskin leykoz


Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии. http://blood.ru/files/specialists/clinika/+070707-OAK.pdf
45) Periferik qanda bazofillərin mütləq sayının artması hansı hal üçün xas deyil?

A) Xronik mieloleykoza

B) Kəskin leykoza

C) Aplastik anemiyaya

D) Mielofibroza

E) Estrogenlərlə müalicəyə


Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии. http://blood.ru/files/specialists/clinika/+070707-OAK.pdf
46) Periferik qanda bazofillərin mütləq sayının artması hansı hal üçün xas deyil?

A) Estrogenlərlə müalicəyə

B) Xronik mieloleykoza

C) Eritremiyaya

D) Qalxanabənzər vəzin hipofunksiyasına

E) Trombositopenik purpuraya


Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии. http://blood.ru/files/specialists/clinika/+070707-OAK.pdf
47) Periferik qanda neytrofilyoz hansı hal üçün xas deyil?

A) Mielofibroz

B) Eritremiya

C) Kəskin və xronik leykoz

D) Hemolitik anemiya

E) Aplastik anemiya


Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии. http://blood.ru/files/specialists/clinika/+070707-OAK.pdf
48) Periferik qanda neytropeniya hansı hal üçün xasdır?

A) Aplastik anemiya

B) Hemolitik anemiyalar

C) Mielofibroz

D) Xronik leykoz

E) Kəskin leykoz


Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии. http://blood.ru/files/specialists/clinika/+070707-OAK.pdf
49) Periferik qanda mütləq limfositoz hansı hal üçün xasdır?

A) Mielofibroz

B) Xronik limfoleykoz

C) Kortikosteroidlərin qəbulu

D) Xronik mieloleykoz

E) Hemolitik anemiyalar


Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии. http://blood.ru/files/specialists/clinika/+070707-OAK.pdf
50) Mütləq monositoz hansı hal üçün xasdır?

A) Bakterial infeksiyalara

B) Bəsitlər tərəfindən törədilən xəstəliklərə

C) Monositar və mielomonositar leykozlara

D) Sadalananların hamısı düzdür

E) Kollagenozlara


Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии. http://blood.ru/files/specialists/clinika/+070707-OAK.pdf
51) Trombositopeniya hansı hal üçün xasdır?

A) DDL-sindromu

B) QİÇS

C) Təzədoğulanlarda məxmərəy



D) Şüa xəstəliyi

E) Sadalananların hamısı düzdür


Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии. http://blood.ru/files/specialists/clinika/+070707-OAK.pdf
52) Periferik qanda plazmositlər nə zaman aşkar olunur?

A) Yenitorəmələrdə

B) Kollagenozlarda

C) Şüalandıqdan sonrakı vəziyyətlərdə

D) Virus infeksiyalarında

E) Sadalananların hamısı düzdür


Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии. http://blood.ru/files/specialists/clinika/+070707-OAK.pdf
53) Sümük iliyində plazmatik hüceyrələrin yüksək faizi nə zaman müşahidə edilir?

A) Kollaqenozlar zamanı

B) Sadalanan xəstəliklərin hamısında

C) İnfeksion mononukleoz zamanı

D) Valdenstrem xəstəliyi zamanı

E) Mieloma xəstəliyi zamanı


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
54) Qranulositlərə nə xasdır?

A) Sadalananların hamısı

B) Eozinofil spesifik dənəvərlik

C) Bazofil spesifik dənəvərlik

D) Neytrofil və bazofil spesifik dənəvərlik

E) Neytrofil spesifik dənəvərlik


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
55) Blast hüceyrələrində nüvə-sitoplazma nisbəti necədir?

A) Bərabər olur

B) Düzgün cavab yoxdur

C) Fərqli olur

D) Sitoplazmanın xeyrinə olur

E) Nüvənin xeyrinə olur


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
56) Mieloblast hansı morfoloji əlamətlərə görə təyin olunur?

A) Nüvədə nukleolların (nüvəciklərin) mövcudluğu ilə

B) Hüceyrənin düz dəyirmi forması ilə

C) Sadalanan əlamətlərin cəmi ilə

D) Azurofil dənəvərliyi və Auer çubuqlarını daxil etməklə bazofil sitoplazma ilə

E) Nüvənin zərif torşəkilli quruluşu ilə


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
57) Rəng göstəricisinin azalması nə zaman müşahidə edilir?

A) İmmun hemolitik anemiyada

B) Eritrositopatiyada

C) Talassemiyada

D) Sadalanan anemiyaların hamısında

E) Fol turşusu defisitli anemiyada


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
58) Aşağı rəng göstəricisi hansı xəstəliyə xasdır?

A) Sadalanan xəstəliklərin heç birinə

B) Qurquşunla intoksikasiyaya

C) Sadalanan xəstəliklərin hamısına

D) Paroksizmal gecə hemoqlobinuriyasına

E) Dəmir defisitli anemiyaya


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
59) Yüksək rəng göstəricisi hansı xəstəliyə xasdır?

A) Sadalanan xəstəliklərin hamısına

B) Fol turşusu defisitli anemiyaya

C) Sadalanan xəstəliklərin heç birinə

D) Transkobalaminin irsi yoxluğuna

E) B12 defisitli anemiyaya


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
60) Eritrositdə hemoqlobinin orta miqdarı nə zaman yüksəlir?

A) Bədxassəli şişlər zamanı anemiyada

B) Talassemiyada

C) Dəmir defisitli anemiyada

D) Oraqvari hüceyrəli anemiyada

E) Meqaloblast anemiyada


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
61) Eritrositlərin orta həcmi nə zaman artır?

A) B12 defisitli anemiyada

B) Oraqvari hüceyrəli anemiyada

C) Dəmir defisitli anemiyada

D) Talassemiyada

E) Bədxassəli şişlər zamanı anemiyada


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
62) Eritrositlərin anizositozu nə zaman qeyd olunur?

A) Yenitorəmələrin sümük iliyinə metastazlarında

B) Makrositar anemiyada

C) Mielodisplastik sindromda

D) Sadalananların hamısı düzdür

E) Dəmir defisitli anemiyada


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.
63) Mielokariositlərin miqdarının artması nə zaman müşahidə edilir?

A) Hemofiliya zamanı

B) Aplastik anemiyalar zamanı

C) İmmun trombositopeniyalar zamanı

D) Dəmir defisitli anemiya zamanı

E) Xronik mieloproliferativ xəstəliklər zamanı


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.: Ньюдиамед, 2002, 2003, 2005.

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə