1.1. İqtisadiyyat anlayışı, onun müxtəlif məna və səviyyələri
“İqtisadiyyat” – yunanca “oykos” (ev, təsərrüfat), “nomos” (təlim-qanun) sözlərindən əmələ gəlmiş, hərfi mənada ev təsərrüfatını idarə etmək deməkdir. “Oykonomiya” məfhumu ilə yanaşı bir neçə yüz il ərzində “politeya” məfhumu da işlədilmişd, bu isə mənası ictimai quruluş deməkdir. Geniş mənada bu sözlərdə təsərrüfat və iqtisadiyyatın ictimai quruluşu, ictimai təşkili və onu idarə edən qanunlar ifadə edilmişdir. Yəni iqtisadiyyat elə təşkil və idarə olunmalıdır ki, təsərrüfat gəlirli, cəmiyyət və dövlət isə varlı olsun. Bu məqsədə çatmaq üçün insanlar lap qədimlərdən iqtisadiyyat elminin əsasları və nəzəriyyəsini yaratmışlar və beləcə elmlərin inkişafına nail olmuşlar.
“İqtisadiyyat” terminini ilk dəfə elmi ədəbiyata Aristotel gətirmişdir. Baxmayaraq ki, Ksenofont Ekonomika” əsərini daha əvvəl yazıb, “Politika” əsərində Aristotel iqtisadiyyatın vəzifəsini və hansı sahələri əhatə etməsini aydın şərh etmişdir. Aristotel iqtisadiyyatı ev təsərrüfatını idarə etmək haqqında elm kimi səciyyələndirmişdir.
İqtisadiyyat bir-biri ilə bağlı olan üç sahəni əhatə edir:
Birincisi, cəmiyyətin həyatını zəruri maddi nemət və xidmətlərlə təmin edən xalq təsərrüfatı sahələrinin məcmusu, insanların başlıca fəaliyyət sahəsini;
İkincisi, tarixən müəyyən istehsal üsuluna xas olan və təsərrüfat fəaliyyəti prosesində insanlar arasında yaranan istehsal münasibətlərinin məcmusu, cəmiyyətin iqtisadi bazisini;
Üçüncüsü, iqtisadiyyatın müxtəlif tərəflərini, iqtisadi münasibətləri müxtəlif sahələrdə və istiqamətlərdə öyrənən elmi sistem ini.
Bu sahələrin ayrı-ayrılıqda hər biri iqtisadiyyat kimi başa düşülür. Elmin xüsusi sahəsi olaraq isə iqtisadiyyat bir çox iqtisad elmlərini özündə birləşdirir və cəmiyyətin iqtisadi həyatını nəzəri və praktiki cəhətdən hərtərəfli öyrənir.
İqtisadiyyat müxtəlif səviyyələrdə öyrənilir:
Dostları ilə paylaş: |