Islamın gözəllikləri


"Elə isə (vaxtlı-vaxtında) namaz qılın, zəkat verin..." (əl-Həcc: 78)



Yüklə 3,26 Mb.
səhifə6/19
tarix01.05.2017
ölçüsü3,26 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   19

"Elə isə (vaxtlı-vaxtında) namaz qılın, zəkat verin..." (əl-Həcc: 78).

Həmçinin namaz xüsusi söz və hərəkətlərdən ibarətdir ki, bu da insanın nəfsini əlavə söz və hərəkətlər etməkdən imtina etdirir. Eləcə də oruc insanı yemək və içməkdən imtina etdirir. Namaz qılan insan namazda üzünü Kəbəyə tərəf yönəldir. Bu haqda Allah taala buyurur:

{                       }، (البقرة: 144)

"(Ya Rəsulum!) Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidülhərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin!..." (əl-Bəqərə: 144).

Bəndənin namaz qılarkən üzünü Kəbəyə tərəf yönəltməsi, onu müqəddəs sayması və ona təzim etməsi İslamın əsaslarından biri olan həcc ilə əlaqələnir.



  1. Namaz, nəfsi Allah taalaya itaətkar olmaq yönündə tərbiyələndirir. Namazın insan nəfsinə gətirdiyi Allah qorxusu, məhəbbət və sevgisi, bəndəyə ibadətin əxlaqi qaydalarını, rübubiyyətin vacib əməllərini öyrədir.

  2. Namaz, müsəlmanlar arasında birlik və mehribançılıq əlamətidir. Müsəlmanların namaz vaxtı hamılıqla bir istiqamətə - Kəbəyə tərəf yönəldiklərini gördükdə insanı birlik və məhəbbət duyğuları çulğayır, bütün müsəlmanların Allahın qulları olduqlarını görür, o, müsəlmanların Rəbbi, qibləsi və dininin bir, varlı ilə kasıb, şərəfli ilə sıravi müsəlman arasında heç bir fərq olmadığının şahidi olur. Həmçinin namaz qılarkən düz qibləyə tərəf yönəlmək insana hər işdə ədalətli və hikmətli olmağı öyrədir. Bir müsəlmana digər qardaşının ağrı-acısına şərik olmağı tərbiyə edir. Həmçinin namaz qılan bəndə cəmiyyətin fəal üzvünə çevrilir. Namaz ona öz vaxtını tənzimləməyi və vədini zamanında yerinə yetirməyi öyrədir. Camaat namazlarında imamın arxasında dayanıb ona tabe olması bəndəyə digər işlərində də itaətkar olmasını aşılayır.

Ümumiyyətlə namazın gözəllikləri həddindən artıq çoxdur və onları sayıb qutarmaq mümkün deyil. Amma dediklərimiz ibrət götürənlər üçün kifayətdir.

Ikinci bölüm: Zəkat vermək:

Zəkat, İslamın üçüncü əsasıdır.

Zəkatın şəriət terminalogiyasında mənası: Allahın razılığını qazanmaq, nəfsi, cəmiyyəti və mal-dövləti təmizləmək üçün, xüsusi mala müəyyən vaxtda təyin edilmiş vacib haqdır.

Bu tərif, zəkatın İslamda ən əhəmiyyətli hədəflərini əhatə edir. Zəkatın digər hədəfləri də mövcuddur. Onları saymaqla bitirmək mümkün deyildir. Həmin hədəflərin bəziləri insanla bağlıdır, digərləri isə ən yüksək əxlaq nümunələridir. İslam bunların hamısını nəzərə almış və zəkatı vacib etmişdir.

Zəkatın ən önəmli gözəlliklərindən aşağıdakıları demək olar.


  1. Allah taala şəriətin çoxsaylı dəlillərində zəkatı namaz ilə bərabər xatırlatmışdır. Bu, onu göstərir ki, insanın nicat tapması bu iki əsasdan asılıdır. Namaz, Allahın qulunun öz vücuduna aid vacib buyurduğu haqq olduğu kimi, zəkat da Allahın insanın mal-dövlətinə və qazancına vacib buyurduğu haqdır. Insan özünün yaradılmasının şükürünü namaz ilə ödədiyi kimi, zəkatla da ona verilən mal-dövlətin şükürünü ödəyir.

  2. Zəkat, paxıllığın, xəsisliyin və tamahkarlığın dərmanıdır. O, belə pis xəstəliklər üçün ən gözəl müalicə üsuludur. İslam şəriəti insanın yaradılışında mal-dövlətə olan sevgini və nəfslərdə olan paxıllığı nəzərə almışdır. Bu haqda Allah taala buyurur:

{     }، (النساء: 128)

"Ancaq nəfslərdə xəsislik (qısqanclıq) həmişə mövcuddur...." (ən-Nisa: 128).

Allah taala bunların hamısını ən gözəl üsulla, mənəvi yolla: təşviq və müjdə yolu ilə müalicə edir. Xəsis nəfsi ən sevimli və istəkli maldan xərcləməyə çağırır. Bu haqda Allah taala buyurur:

{        }، (آل عمران: 92)

"Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmazsınız. ..." (Ali İmran: 92).

Rəbbinin bu çağırışlarını eşidən müsəlman bəndə Onun çağırışına cavab verir və ən istəkli şeylərdən Allah yolunda xərcləyir. Beləliklə də müsəlman dərin hissiyatdan doğan əliaçıqlığa və yaxşılığa adət edir.



  1. Zəkat, ən gözəl əxlaq nümunəsidir. O insanı səxavətli edir və paxıllıq kimi pis sifətlərdən uzaqlaşdırır.

  2. Zəkat, cəmiyyətdə yaşayan fərdlər arasında mənəvi bağlılıqlar yaradır. Zəkat verən müsəlman özünü cəmiyyətin tam üzvü hesab edir. O, cəmiyyət qarşısında üzərinə düşən vacib işləri yerinə yetirir və çətinliklərə üzləşir. Belə olduqda cəmiyyət mehriban bir ailəyə çevrilir. Bu isə Peyğəmbərin  buyurduğu kəlməni təsdiqləyir:

لقول الرسول r «مثل المؤمنين في توادهم وتراحمهم وتعاطفهم كمثل الجسد الواحد إذا اشتكى منه عضو تداعى له سائر الجسد بالسهر والحمى» .رواه البخاري في صحيحه ومسلم.

"Möminlər öz aralarında şəfqət, mərhəmət və əlaqələrinə görə bir vücuda bənzəyirlər. Həmin vücudun hər hansı bir əzası ağrıdıqda digər əzalar da onun ağrısına qızdırma və yuxusuzluqla səs verərlər"1.

  1. Zəkat, İslam qardaşlığından və müsəlman əxlaqından xəbər verən əməli ifadədir. Həmçinin zəkat kasıb insanı cəmiyyət arasında paxıllıq və həsəddən uzaq edir. Çünki onun haqqı varlı adamın malında mühafizə edilir. Ona görə də kasıb müsəlmanın varlı müsəlmanı sevdiyinin, onun üçün dua etdiyinin şahidi olursan. Peyğəmbər  buyurmuşdur:

يقول رسول الله r:«المؤمن للمؤمن كالبنيات يشد بعضه بعضاً». رواه البخاري في صحيحه ومسلم.

"Mömin mömin üçün bir binanın divarı kimidir. Onlar bir-birlərini möhkəm saxlayarlar"2.

Həyatlarını maddəyə əsaslanan mənəviyyat üzərində qurmuş cəmiyyətlərin həyat tərzinə baxsan, onların yaşayışının paxıllıq, nifrət, oğurluq, soyğunçuluq, qətl və s. ilə dolu olduğunu görərsən.



Zəkat verən müsəlman həyatı yaşayan cəmiyyətlərə nəzər salsan, orada məhəbbət, ülfət, şəfqət, xeyir, xoşbəxtlik və s. kimi gözəl məziyyətlərin şahidi olarsan. Bütün bunlar İslamın əzəmətli əsası olan zəkatı həyata keçirməklə mümkün olmuşdur.

  1. Zəkat, əmin-amanlıq və rahatlıq mənbəyidir. Zəkat, İslam şəriətində Allahın lütfündən sonra, imkansızlar üçün ikinci ictimai zəmanətdir. Həmçinin o, cəmiyyəti parçalanmadan və dağılmadan qoruyur. O, ictimai bir sığortadır. Çünki zəkat, Allahın izni ilə kasıblığın, aclığın və xəstəliyin qarşısını alan bir vasitədir. Kasıb insan zəkatda olan payına arxayın olaraq öz həyatını davam etdirir və böyük ümidlərlə yaşayır.

  2. Zəkat, insanı ciddiliyə və işgüzarlığa səsləyir. Mal-dövlət sahibkarlığının bir hissəsinin kasıblara, yoxsullara, miskinlərə, zəkatı yığıb paylayanlara, ürəkləri müsəlmanlığa isinişib bağlanmaqda olanlara, həmçinin borcu ödəməyə imkanı olmayan borclulara və başqalarına nəql edilməsi onları işgüzarlığa və cəmiyyətə qarşı mehriban olmağa çağırır. Beləliklə, onların cəmiyyətə dəyən xeyirləri artır və cəmiyyət təkmilləşər.

  3. Zəkat, yoxsulluğa qarşı aparılan ən gözəl və ən səmərəli mübarizə üsuludur. Buna sübut olaraq İslam şəriətinin bu qanununun ciddi olaraq tətbiq edildiyi qızıl əsrlərə nəzər salmaq kifayətdir. Həmin zamanlar müsəlmanlar arasında zəkat veriləcək kasıb adam qalmamışdı. Zəkat çıxarmaq istəyən bir müsəlman zəkat malını əlində gəzdirir və onu verəcək kasıb insan tapmırdı. Bu açıq-aşkar dəlildir ki, əgər zəkat həqiqi surətdə tətbiq edilsə və onun təşkilatçılığı təmin edilsə, onda onun yoxsulluğa necə son qoyduğunun şahidi olarıq.

Üçüncü bölüm: Oruc tutmaq:

Şəriət terminaloğiyasında orucun mənası: "Müəyyən vaxtda, müəyyən adam tərəfindən xüsusi şeylərdən niyyət edərək özəl şərtlərlə imtina etməkdir".

Oruc tutmaq şəriətin zəruri qanunlarından və İslamın əsaslarından biridir. Quran, hədislər və alimlərin yekdil rəylərində orucun vacib olmasına dair kifayət qədər dəlillər mövcuddur.

Allah taala Quranda buyurur:

{               }، (البقرة: 183)

"Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!" (əl-Bəqərə: 183).

Hədislərdən dəlil: Peyğəmbər  buyurmuşdur:

قال رسول الله r: «بني الإسلام على خمس: شهادة أن لا إله إلا الله وأن محمّداً رسول الله، وإقام الصلاة، وإيتاء الزكاة، وصوم رمضان، وحج بيت الله الحرام لمن استطاع إليه سبيلاً». سبق تخريجه

"İslam beş əsas üzərində qurulmuşdur: Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına və Məhəmmədin Allahın peyğəmbəri olmasına şəhadət vermək, namaz qılmaq, zəkat vermək, Ramazan ayında oruc tutmaq və imkan olduqda Beytülharama (Kəbəyə) həcc etmək"1.

İslam alimləri orucun İslamın beş əsasından biri olaraq vacibliyini yekdilliklə qeyd edərək deyirlər: "kim orucun vacib olmasını inkar edərsə, artıq küfr etmiş sayılır".

Orucun çox böyük faydaları və gözəllikləri vardır və onları sayıb qurtarmaq mümkün deyildir. Orucun ən əhəmiyyətli və ən gözəl faydalarından bunları göstərmək olar:


  1. Oruc, təqvalı olmaq (Allah rizasına, Onun buyurduğu qadağalardan, günahlardan çəkinmək və əmrləri yerinə yetirmək) üçün bir vasitədir. Allah taala buyurur:

{                }، (البقرة: 183)

"Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! (təqvalı olasınız)" (əl-Bəqərə: 183).

Alimlər deyirlər ki, ayədə deyilən: "çəkinəsiniz" - sözü vacib məna daşıyır. Yəni, əgər siz oruc tutsanız o zaman təqva sahibi olacaqsınız. Təqva isə bəndənin ən gözəl və ən əzəmətli qazancı sayılır.



  1. Oruc, Allahın insana verdiyi nemətlərə şükür etməkdir. Bu zaman nəfs yemək, içmək və şəhvətdən imtina edir. İmtina edilən bu əməllər ən gözəl nemətlər sayılır. Onları bir müddət tərk edən adam onların qədir-qiymətini daha yaxşı bilir. Çünki nemətlərin qədrini onlar tükəndikdən sonra bilmək olur. Oruc isə insanı verilən nemətlərə şükür etməyə vadar edir. Nemətlərə şükür etmək ağıl və şəriət baxımından vacibdir. Allah taala oruc tutmaqla verilən nemətlərə şükür etməyə bu ayələrdə işarə etmişdir:

{لَعَلَّكُمْ تَشْكُرُون}

"...Ona şükür edəsiniz" (əl-Bəqərə: 185).

  1. Oruc tutmağın daha bir gözəlliyi nəfsi sındırmaq və şəhvətini idarə etməkdir. Çünki nəfs tox olanda təmənnalı olur, ac olanda isə artıq şeylərdən gözünü çəkir. Ona görə Peyğəmbər  cavanlara müraciət edərək buyurmuşdur:

قال الرسول r وهو يخاطب الشباب: «من استطاع منكم الباءة فليتزوج، ومن لم يستطع فعليه بالصوم فإنه له وجاء». رواه البخاري في صحيحه ومسلم.

"Kimin evlənməyə imkanı varsa evlənsin. İmkanı olma­yanlar oruc tutsunlar. Çünki oruc tutmaq onun dərmanıdır"1.

Belə ki, oruc tutmaq günahlardan çəkin­mək üçün bir vasitədir.



  1. Oruc, insanın iradəsini gücləndirir, ona səbirli olmağı öyrədir və zehninin təmizlənməsinə kömək edir. Müsəlmanın güclü iradəyə böyük ehtiyacı vardır. O, Ramazan ayında şiddətli aclıq və susuzluğa səbir etməklə öz güclü iradəsini göstərir. Oruc olduğu halda belə iradə nümayiş etdirən şəxs, iftar etdikdən sonra da həmin iradəsini qorumaq üçün iradəsinə zidd olan əməllərdən çəkinər və beləliklə, onu mühafizə edər. Güclü iradəyə sahib olan şəxs çox asanlıqla pisə pis, yaxşıya yaxşı deyə bilir. Cəmiyyətin hər acısına davam gətirir. Beləliklə cəmiyyətin fəal üzvlərindən biri olur.

  2. Oruc, insana gözəl əxlaq bəxş etdirir. Oruc tutmaq elə bir məktəbdir ki, oructutanlar orada ən gözəl əxlaq nümunələrinə yiyələnirlər. Həmin nümunələr: təqva, yaxşılıq, əliaçıqlıq, birlik, şəfqət, məhəbbət, səbir və s. bu kimi gözəl xasiyyətlərdir.

Oruc, oructutanlarda rəqabət hissi oyadır. Oruc tutmuş insan şəriətə zidd olan hərəkətlər etməmək üçün öz əməllərini ciddi nəzarət altında saxlayır. Oruc, insanı daxildən tənzim etdiyi üçün, o öz əməllərində şəriətə zidd olan hərəkətlərə yol vermir.

Heç ola bilərmi ki, oruc tutan Allah yanında sadiq, insanlar arasında isə yalançı olsun?

Heç ola bilərmi ki, orucunu xalis Allah üçün tutsun, sonra cəmiyyət arasında ikiüzlülük göstərsin, xəyanət etsin, aldatsın və ya hiyləgər olsun?

Ona görə oruc, ən gözəl əxlaq mənbəyi sayılır. Allah taala da Qurani Kərimdə bu mənaya işarə edərək buyurmuşdur:

{لعلكم تتقون} (سورة البقرة:183).

"...(bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! (təqvalı olasınız)" (əl-Bəqərə: 183).

Alimlərdən biri buyurur: "Orucun zahiri əzaları və daxili gücü onları məhv edəcək amillərdən qorumaqda çox böyük təsiri vardır. Oruc, ürək və digər əzaların sağlamlığını qoruyur. Ehtirasların ondan oğurladıqlarını geri qaytarır. Oruc, təqva üçün ən böyük dayaqdır".



  1. Oruc, İslam ümmətinin: varlı ilə kasıbının, rəhbər ilə sıravisinin, böyük ilə kiçiyinin, kişi ilə qadınının, - birliyini nümayiş etdirən zahiri amillərdən biridir. Hamı oruc tutur, Allahdan günahlarının bağışlanmasını diləyir, eyni vaxtda hamı yemək içməkdən imtina edir və eyni vaxtda da iftar edirlər. Gün ərzində orucla əlaqədar bütün ibadətlərdə, o cümlədən aclıq və məhrumiyyətdə də hamı bərabər olur.

Oruc, oructutanlar arasında bir növ onların hədəflərini və istəklərini birləşdirir və onların arasında vəhdət yaradır. Bu həqiqi birlik böyük və sadiq birlikdən xəbər verir. O birlik, ölkəsindən, cinsindən və irqindən asılı olmayaraq bütün İslam ümmətinin birliyidir. Əgər bunun həqiqətini bilmək və görmək istəyirsənsə əl-Haram məscidində iftar zamanı yaranan mənzərəyə tamaşa et. Bu zaman minlərlə insanın bir saniyə ərzində iftar etdiyini görərsən. Bundan daha aydın birlik nə ola bilər?!.

  1. Orucun insan səhhətinə də çox xeyri vardır. Oruc, insanın bədən hüceyrələrini yeniləməklə onun həyatını təzələyir. Həmçinin zərərli hüceyrələr bədəndən ifraz edilir, mədə və həzm orqanları rahatlanır. Yemək və içməyin tərk etdiyi artıq turşular, qidalar və qalıqlar hamısı ifraz edilir. Tibb alimləri orucun çoxlu xeyirlərini sadalamaqdadırlar. Məsələn, onlar deyirlər: oruc insan bədəninə daxil olmuş artıq rütubəti qoruyur və mədəni, qarın nahiyəsinin törətdiyi zəhərlərin fəsadından təmizləyir, daxili orqanlarda piylənmənin qarşısını alır. Əks halda bunlar, ürək üçün çox təhlükəli olan xəstəliklərdir. Oruc insanı cıdıra çıxarılan at kimi fəal və gümrah edir.

Dördüncü bölüm: Həccə getmək:

Həcc sözü şəriət termini kimi xüsusi əməllərin adı, yaxud Kəbəni və (həccə aid olan) müəyyən yerləri xüsusi tərzdə ziyarət etməkdir.

Həcc, İslamın beş əsasından biri və onun əzəmətli vacib əməllərindəndir. Həccin vacib olması haqda Quranda, hədislərdə və alimlərin buyurduqları kəlamlarda bir çox sübutlar mövcuddur. Yetkinlik yaşına çatmış hər kəsə ömürdə bir dəfə həcc etmək vacibdir.

Həccin vacibliyinə aid Qurandan olan sübut: Allah taala buyurur:

{                   }، (آل عمران: 97)

"Onun yoluna (ərzaq, minik, və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir!" (Ali İmran: 97).

Ayə, həccin vacib olmasına açıq-aşkar sübutdur. Ayədə: "Allah qarşısında borcudur..." sözü, həccin vacib olmasına dəlildir. Alimlər deyirlər ki, həccin bu söz üslubu ilə vacib edilməsi, onun əhəmiyyətli vacibat­lar­dan olmasını bildirir.

Həccin vacib olmasına aid hədislərdən dəlil:

Əbu Hüreyrə deyir: Bir gün Peyğəmbər  bizə müraciət edərək buyurdu:

خطبنا رسول الله r فقال: «أيها الناس قد فرض الله عليكم الحج فحجوا فقال رجل: أكل عام يا رسول الله؟ فسكت حتى قالها ثلاثاً، فقال رسول الله ـ r ـ لو قلت نعم لوجبت ولما استطعتم، ثم قال: ذروني ما تركتكم، فإنما أهلك من قبلكم بكثرة سؤالهم، واختلافهم على أنبيائهم، فإذا أمرتكم بشيء فأتوا منه ما استطعتم، وإذا نهيتكم عن شيء فدعوه». رواه مسلم.

"Ey İnsanlar! Allah sizə həcc etməyi vacib buyurmuşdur. Siz də həcc edin". Bu zaman bir kişi: Ey Allah Elçisi, hər ildə? – deyərək soruşduqda Peyğəmbər bir ara susudu. Sonra o kişi həmin sualını üç dəfə təkrar etdikdə Peyğəmbər buyurdu: "Əgər “hə” desəm, onda sizin üzərinizdə vacib olacaq və siz bunu bacarmayacaqsınız. Mənim sizə demədiklərim haqda məndən soruşmayın. Sizdən əvvəlkilər çox sual verdikləri və peyğəmbərlərinin dediklərini dinləmədikləri üçün həlak olmuşdular. Sizə bir işi əmr etdikdə onu bacardığınız qədər yerinə yetirin. Sizi bir işdən çəkindirdikdə isə ondan əl çəkin"1.

Peyğəmbər  buyurmuşdur:

قال: يا رسول الله ما الإسلام؟ قال: «الإسلام أن تعبد الله ولا تشرك به شيئاً،وتقيم الصلاة المكتوبة، وتؤتي الزكاة المفروضة،وتصوم رمضان،وتحج البيت إن استطعت إليه سبيلاً». سبق تخريجه

"İslam beş əsas üzərində qurulmuşdur: Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına və Məhəmmədin Allahın peyğəmbəri olmasına şəhadət vermək, namaz qılmaq, zəkat vermək, Ramazan ayında oruc tutmaq və imkan olduqda Beytülhərəmə (Kəbəyə) həcc etmək"2.

Ümumiyyətlə İslam ümməti və alimləri, yetkinlik yaşına çatmış imkanlı müsəlmana ömründə bir dəfə həccin vacib olmasını yekdilliklə vurğulayırlar.

Həcc, Allahın çağırışına səs verərək, Onun yolunda köç etməkdir. O, hər il gözəl əlaqələr əsasında dünyanın ən şərəfli və müqəddəs məkanında təkrarlanan mərasimdir.

Digər ibadətlər kimi həccin də öz gözəllikləri vardır:



  1. Allaha aid olan tövhidin, sözlə, əməllə və etiqadla edilən ibadətin xalis Allah üçün olmasını göstərmək. İslamın bu əzəmətli əsası digər şəriət qanunları kimi bu əzəmətli qayəni həyata keçirir. Ona görə bu ibadətin başlanğıcı Allahın təkliyini əks etdirən tövhid kəlməsi: "Ləbbeykə Allahummə ləbbeyk, ləbbeykə lə şərikə ləkə ləbbeyk, innəl həmdə vən nimətə ləkə vəl mulk, lə şərikə lək"3 - ilə başlayır. Allah taala buyurur:

{                 }، (الحج: 26)

"(Ya Rəsulum!) Yadına sal ki, bir zaman İbrahimə Kəbənin yerini bildirib belə buyurmuşduq: “Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku edən və səcdəyə qapananlar (namaz qılanlar) üçün (bütlərdən) təmizlə!" (əl-Həcc: 26).

  1. Allahın adını uca tutmaq, Onun adını xatırlamaqla nəfsi, qəlbi və hissyiyatları doldurmaq. Bu haqda Allah taala buyurur:

{          }، (الحج: 28)

"Belə ki, öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara ruzi verdiyi (dördayaqlı) heyvanların üstündə (onları qurban kəsərkən) Onun adını çəksinlər ..." (əl-Həcc: 28). Digər ayədə isə buyurulur:

{                    }، (البقرة:198)



"Ərəfatdan qayıdarkən Məşərülhəramda Allahı xatırlayın. Sizi doğru yola yönəltdiyi üçün Onu yada salın (Ona dua edin), çünki siz bundan əvvəl (doğru yolu) azanlardan idiniz!" (əl-Bəqərə: 198).

{      }، (البقرة: 203)



"(Ey hacılar!) Sayı bəlli olan günlərdə (Mina dağında) Allahı yada salın (təkbirlə zikr edin)..." (əl-Bəqərə: 203).

{     } (البقرة:200)



"Həcc mərasimini tamamlayıb qurtardıqda Allahı yad edin! ..." (əl-Bəqərə: 200)

Bu və digər ayələr göstərir ki, həccin vacib edilməsinin əsas məqsədi Allahı zikr etməkdir. Hədislər bu mənanı açıq-aşkar təkid edir. Aişədən rəvayət olunan hədisdə deyilir:

ففي حديث عائشة رضي الله عنها: «إنما جعل الطواف بالبيت والسعي بين الصفا والمروة، ورمي الجمار لإقامة ذكر الله». رواه أبو داود في سننه والترمذي في سننه، وقال: هذا حديث حسن صحيح.

"Kəbəni təvaf etmək, səfa və mərva arasında səy etmək, cəməratda daş atmaq və Allahı zikr etmək üçündür"1.


  1. Həcc, itaətdə davamlı olmağın, şəhvətə qalib gəlməyin və Allahın razılığını hər şeydən üstün tutmağın gerçəkləşməsi.

{                                   }، (البقرة:197)

"Həcc (mövsümü) məlum olan aylardır (şəvval, zülqədə ayları və zülhiccənin birinci on günü). (Həmin aylarda) həcc ziyarəti vacib olan (həcci özünə vacib bilən) şəxsə həcdə olarkən (qadınla) yaxınlıq, söyüş söyüb pis sözlər danışmaq, dava-dalaş etmək yaramaz. Allah gördüyünüz hər bir yaxşı işi bilir. (Həcc və ya axirət üçün) tədarük görün. Ən yaxşı tədarük (azuqə) isə təqvadır (pis əməllərdən çəkinməkdir). Ey ağıl sahibləri, Məndən qorxun!" (əl-Bəqərə: 197).

Hədislərin birində belə buyurulur:

وفي الحديث: «من حجّ هذا البيت ولم يرفث ولم يفسق رجع كيوم ولدته أمه». رواه البخاري في صحيحه ومسلم.

"Kim həcdə olarkən (qadınla) yaxınlıq etmədən, söyüş söyüb pis sözlər danışmadan həcc (ziyarət) edərsə, anadan doğulduğu gündəki kimi olar"1.


  1. Həcc, İslam vəhdətini və iman qardaşlığını özündə əks etdirir. Qardaşlıq və bərabərlik toxumu səpir. Bu haqda Allah taala buyurur:

{          }، (آل عمران: 97)

"Onun yoluna (ərzaq, minik, və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur...." (Ali İmran: 97).

Ayədə "insanlar" sözü birlikdən xəbər verir. Bu söz digər ayədə:

{bÏiŒr&ur ’Îû Ĩ$¨Y9$# ( (الحج:27)

"İnsanları həccə çağır" (əl-Həcc: 27) – şəklində də qeyd edilir. Bu ibadətdən öncə imanın olmasına baxmayaraq o özündə İslamın əsası olan tövhidi də əhatə edir. Tövhidin həyata keçirilməsi dinin yaşaması deməkdir. Ona görə də insanlara tövhidlə müraciət olunur. Allah taala bu mənanı bir neçə yerdə xatırlayaraq onun əhəmiyyətini nəzərə alır. Allah taala buyurur:

{                     }، (الحج: 25)



"Kafir olub (insanları) Allah yolundan, həm yerlilər, həm də gəlmələr üçün (qiblə, məbəd) etdiyimiz Məscidülhəramdan döndərənlərə və orada zülmə, haqsızlığa meyl etmək istəyənlərə də şiddətli əzabdan daddıracağıq!" (əl-Həcc: 25).

İslamın bu əsasına diqqət yetirdikdə onun, əvvəlindən sonuna qədər İslam vəhdətindən xəbər verdiyinin şahidi olursan. Bunun ən aşkar sübutu: paltarın, sözün, əməlin, vaxtın, yerin, tərəfin və qəsdin eyni olma­sıdır.



  1. Müsəlman bu ibadətdən səbri, xeyirxahlığı və şükürü öyrənir. Həcc, mal-dövlət və bədənlə edilən ibadətdir. Həccə gedən adam müvəqqəti olaraq yola çıxmalı, ailəsindən və vətənindən uzaqlaşmalıdır. Həcc, nəfsi paxıllıq və xəsislikdən təmizləyir, insana davamlı, iradəli və gözəl əxlaqlı olmağı öyrədir.

  2. Həcc mövsümü, ticarət əlaqələrinin və mənfəətlərinin əldə edilməsi üçün gözəl fürsətdir. Müsəlmanlar bu mövsümdə bir-birləri ilə ticarət edir və ticarət təcrübələrindən istifadə edirlər. Şübhəsiz ki, belə ticarət əlaqələri ilə müsəlman dövlətlərinin zəif nöqtələri aşkarlanır və digər dövlətlər tərəfindən qarşılıqlı əlaqələrlə təkmilləşir. Allah taala bizə bu mənfəətləri əldə etməyi əmr etmişdir. Ibn Abbas Həcc surəsinin 28-ci ayəsinin: "Belə ki, öz mənfəətlərinin şahidi olsunlar..." - təfsirində bu mənaya işarə edərək belə buyurmuşdur: "Ayədə deyilən mənfəətlər həm dünya, həm də axirət mən­fə­ətləridir. Axirət mənfəətləri Allah taalanın razılığını qazanmaq, dünya mənfəətləri isə əldə etdiyiniz qurbanlar və ticarətdir".

  3. Həcc, hər il təkrarlanan görüşdür. Bu mövsümdə müsəlmanlar bir-birləri ilə görüşür, vəziyyətləri ilə tanış olurlar. Həmçinin onların sözləri bir olur, cahillər bilmədiklərini alimlərdən öyrənir, varlılar kasıblara qarşı mərhəmət göstərir, bəzi İslam dövlətlərinin ehtiyacları aşkarlanır və s. Ümumiyyətlə həccin faydaları çoxdur. Həcc edən adam özü onları dərk edir və onların şahidi olur.


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə