Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti
Fakültə: Filologiya Alman dili
İxtisas: Filoloq
Fənn: Azərbaycan tarixi
Qrup: FL-164
Müəllim: Məmmədov Nuru
Tələbə: İsrafilova Nigar
BAKI-2022 Milli şüurun və ideologiyanın yayılmasında Əli bəy Hüseynzadənin və M.Ə.Rəsulzadənin rolu. XX əsrin əvvəllərində Həsən bəy Zərdabi, Əhməd bəy Ağaoğlu. Əli bəy Hüseynzadə və Məhəmməd Əmin Rəsulzadə yalnız islamçılıq deyil, türk millətlərinin birliyi, yəni “turançılıq-türkçülük” ideyası uyğunda da fəal mübarizə aparmışlar. Hətta həmin dövrdə, xüsusilə 1900-1910-cu illərdə Ə. Ağaoğlu və başqaları”İslam millətçiliyi”ideyasına uyğun olaraq, əsasən İslam tarixi və fəlsəfəsini tədqiq etdiyi halda Ə. Hüseynzadə bu ideyanın hər ikisini eyni dərəcədə araşdırmış, hətta islamçılıqla müqayisədə türkçülüyə nisbətən çox önəm vermişdir. Əslində burada heç bir ciddi fikir ixtilafından, ziddiyyətdən söhbət gedə bilməz. Bu mütəfəkkirlərin əsas məqsədi bəllidir: Müsəlman-Türk dünyasının qurtuluşu. Bu qurtuluş yolunda isə bir qədər fərqli taktikaların seçilməsi, fərqli mülahizələrin səslənməsi təbiidir. Digər tərəfdən bütün türklər, о cümlədən müsəlman türkləri üçün din və millət demək olar ki, həmişə eyni mahiyyət daşımışdır. Bu baxımdan, həmin dövrdə milli-dini demokratik cəbhəni təmsil edən ziyalılarımızdan bir qisminin, İslam-Türk dünyasının nicatı üçün islamla çulğalaşmış türklüyə (Y. Akçuraoğlu, Ə. Hüseynzadə və b.), digərlərinin türklüyə çulğalaşmış islama (Ə. Ağaoğlu, Q. Qarabəyov və b.) üstünlük verməsi təbiidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ƏIi bəy Hüseynzadəni “Türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynayan, müasir cəmiyyət quruculuğunda demokratik prinsiplərin ənənəvi dəyərlər zəminində bərqərar olmasının vacibliyini irəli sürən və müstəqil milli dövlətçiliyin nəzəri əsaslarının işlənib hazırlanmasında yaxından iştirak edən, eləcə də çox şaxəli fəaliyyəti boyunca yaratdığı zəngin fəlsəfi-publisistlik, ədəbi-elmi irsi sayəsində Azərbaycan maarifçiliyi tarixinə qiymətli töhfələr verən görkəmli ictimai xadim...” adlandırmışdır.
XX əsrin əvvəllərində islamçılığın və türkçülüyün, xüsusilə siyasi türkçülüyün ən böyük mübarizə adamlarından olan Əli bəy Hüseynzadə (1864-1940) hələ, 1905-ci ildə rus inqilabından öncə turançılığı təbliğ etmişdir. Buna örnək XIX əsrin sonlarında Ə. Hüseynzadənin qələmə aldığı bir seridir:
Sizlərsiz ey qövmi-macar, bizlərə ixfvan (qardaş),
Əcdadımızın müştərəkən mənşəyi Turan!
Bir dindəyiz biz, həpimiz haqpərəstan;
Mümkünmü bizi ayırsın İncil ilə Quran? .
Bu baxımdan ilk turançı hesab olunan Ə. Hüseynzadə, ancaq turançılığı şiddət və qətiyyətlə müdafiə etməmişdi, yəni o, daha çox mədəni, şairanə turançı olmuşdur. Fikrimizcə, bir çox müəllifin (Y. Akçuraoğlu və b.) də təsdiqlədiyi kimi Ə. Hüseynzadədə əsl türkçülük fəaliyyəti Rusiya-Yaponiya müharibəsi ərəfəsində meydana çıxmışdır .
Əli bəy Hüseynzadənin nəzəri-fəlsəfi yaradıcılığının Azərbaycan dövründəki (1905-1910) iki istiqaməti: 1) mütərəqqi ruhlu islamçılıq və türkçülük, yaxud da “islamlaşmaq, türkləşmək və avropalaşmaq” kimi qeyd edilən “üçlü” düsturu; 2) və “osmanlı türkçülüyü” ideyalarını fərqləndirmək lazım gəlir.
Ə. Hüseynzadə ilk olaraq 1904-cü ilin noyabrında Misirdə nəşr olunan “Türk” qəzetinə göndərdiyi “Məktubi-məxsus” məqaləsində, bəzi istisnaları nəzərə almasaq, bütövlükdə Y. Akçuraoğlunun “Üç tərzi-siyasət” əsərindəki “osmançılıq, islamçılıq və türkçülük” ideolojisi ilə razılaşdığına işarə etmişdir. Belə ki, Ə. Hüseynzadə də Y. Akçuraoğlu kimi “osmanlı milləti” ideyasını rədd edərək, əsas diqqəti müasir ruhlu islamçılıq və türkçülük üzərində cəmləşdirmiş, yeni ideyanın islam-türk anlayışlarının bütövlüyü ətrafında yaranmasını vacib saymışdır. Bununla bəгаbəг, Ə. Hüseynzadə Yusif bəyin “üçlü” proqramında islamçılıq və türkçülüyün vəhdəti halından kənara çıxarılaraq, ayrı-ayrılıqda götürülüb siyasiləşdirilməsinə etiraz etmişdir. Ə. Hüseynzadə hesab edirdi ki, hələlik bu məsələnin siyasiləşdirilməsi, xüsusilə də islamçılıq və türkçülüyə bölünməsi doğru deyildir. Bu mənada, o, ayrı- ayrılıqda “islamçılıq” və “türkçülük” ideyalarının yaranmasının əleyhdarı kimi çıxış edir: “Süni olaraq ayrıca pantürkizm, panislamizm adları ilə məslək icadıma nə lüzum vardır?” deyə səsini ucaldırdı. Ə. Hüseynzadə ilk illərdə mədəni türkçülük və mədəni islamçılıqdan çıxış edərək, hər iki ideyanın bütövlüyünü, birliyini irəli sürür, bu mənada bütün türk millətlərinin milli-dini birliyini zəruri hesab edirdi. Əslində о yaxşı anlayırdı ki, türklərin həyatında vəhdət təşkil etməklə yanaşı, ayrı-ayrılıqda da islamçılıq və türkçülüyün özünəməxsus yeri və rolu vardır. Bu baxımdan Ə. Hüseynzadə mədəni cəhətdən islamı və türklüyü bütöv şəkildə gördüyünü ifadə etsə də, siyasi cəhətdən hər bir türk millətinin milli kimliklərini (türklüklərini) və dinlərini (islamçılıqlını) tanımalarmı, bilmələrini də vacib sayır: “Müsəlmanlar və özəlliklə türklər, hər yerdə olursa-olsun, istər Osmanlıda, istər Türküstanda, istər Baykal gölü ətrafında, ya Qaraqorum civarında olsun, bir-birilərini (yəni türklüklərini F.Ə.) tanıyacaq, sünnilik, şiəlik və daha bilməm nəlik adları ilə məzhəb təəssübünü azaldıb “Qurani-Kərimi” anlatmağa qeyrət edəcək, dinin əsasının Quran olduğunu (yəni həqiqi islamlıqlarını - F.Ə.) biləcək olurlarsa, əl verməzmi?” .
О daha sonra qeyd edirdi ki, əsl məsələ nə surətlə çalışmaq, nəyə çalışmaq və öyrənməkdir. Yəni bir millət üçün hər şeydən əvvəl arzu ediləcək qüvvətdir, bir millətin qüvvət qazanması eyni fikirli adamlar arasında mənəvi dəyərlərin inkişafı ilə bağlıdır, xüsusilə qarşılıqlı sevginin artmasına çalışmalıdır. Eyni zamanda, o, Rusiyada “tatar” adlı millətin olmadığını, krımlıların, orenburqların, kazanlıların və s. türk oğlu türk olduğunu vurğulamaqla da , türkçülüyü müəyyən qədər islamçılıqdan fərqləndirmişdir. Bu baxımdan bir daha qeyd edirik ki, bu məqaləsində Ə. Hüseynzadə mədəni baxımdan milli-dini bütövlük ideyasından çıxış etməklə yanaşı, müsəlmançılığın və türklüyün ayrı-ayrılıqda dərkini də vacib hesab etmişdir: “Müsəlmanız, onun üçün dünyanın hər nərəsində xeyirxahı bulunduğumuz din qardaşlarımız tərəqqi etsə biz о tərəqqiyi əz canü dil alqışlarız! Türküz, ona görə də türküz. Türkün hər yerdə tərəqqi və təkamül ilə məsud olmasını arzu ediriz” . Bununla da, Ə. Hüseynzadə müəyyən mənada “ümmət” və “millət” anlayışlarını bir-birindən fərqləndirmiş, sonuncu məfhuma elmi dəqiqlik və konkretlik gətirməyə çalışmışdır .
Türklüyü və müsəlmanlığı bir-birindən fərqləndirməsi Ə. Hüseynzadənin Azərbaycanda olduğu dönəmdə türklərin etnoqrafiyasına, dilinə, mədəniyyətinə, qədim dini-fəlsəfi təlimlərinə, ümumilikdə türk tarixinə həsr etdiyi yazılarında da öz əksini tapmışdır. Çünki Ə. Hüseynzadə türklərin dünya tarixi və mədəniyyətinin inkişafında oynadıqları fövqəladə mühüm rolu yaxşı bilir və həmin ənənələrin bir zamanlar yenidən dirçələcəyinə inanırdı: “Çəkilin ortadan! Mədəniyyət gəlir. Təbriz mücahidlərinin, Səttar xanların qalibiyyəti ilə gəlir” . Deməli, Ə. Hüseynzadə nə qədər milli-dini bütövlükdən çıxış etsə də, türk xalqlarının, о cümlədən Azərbaycan türklərinin bir millət kimi təşəkkül tapmaları üçün milli və dini kimliklərini müəyyən mənada bir-birindən ayırıb siyasi iradə nümayiş etdirmələrini də zəruri hesab etmişdir.
Нəг halda, 1905-ci il rus inqilabına qədər, “Məktubi-məxsus” məqaləsindən göründüyü kimi, Ə. Hüseynzadə əsasən müasir ruhlu islamçılıq və türkçülüyün vəhdətindən çıxış etmişdir. Belə ki, o, bütün müsəlmanları bir-birinə qardaş adlandırmış və türkdilli xalqların hamısının sinfi mənsubiyyətlərində asılı olmayaraq birləşməyə çağırmışdır. Bu mənada, ilk dövrlərdə türk-müsəlman xalqlarının nicatı uğrunda doğru yolun nə bolşevizmlə, nə də rasionalizmlər deyil, milli və müasir ruhlu islamiyyətlə bağlı olmasına inanan Ə. Hüseynzadənin fikrincə, bu yolun tərəfdarları mütərəqqi islamçılardır.
Bizə elə gəlir ki, Ə. Hüseynzadə mütərəqqi ruhlu islamçılıq və türkçülüyün (türkləşmək, islamlaşmaq və avropalaşmaq) vəhdəti ideyasını “Həyat” qəzetinin ilk sayında qələmə aldığı “Qəzetimizin məsləki” məqaləsində açıq şəkildə ifadə etmişdir. Bu məqaləsində o, M.F. Axundzadə, H. Zərdabi və başqa sələflərində fərqli olaraq tərəqqipərvər ruhlu milli-dini ideyaları sistemləşdirməyə çalışaraq, onun başlıca prinsiplərini müəyyənləşdirmisdir.
M.Ə. Rəsulzadə, Y. Akçuraoğlu, Z. Gökalp, M.B. Məmmədzadə və başqaları etiraf edirlər ki, Ə. Hüseynzadə 1906-1907-ci illərdə nəşr olunan “Füyuzat” jurnalında “islam əqidəli, türk qanlı və Avropa qiyafəli bir insan olalım” - deməklə, bütün türk xalqlarının ortaq məfkurəsinə çevrilən “türkləşmək, islamlaşmaq və müasirləşmək” ideyasının təməlini qoymuşdur. Ə. Hüseynzadənin bu üçlü” düsturuna görə, hər müsəlman-türk müasir ruhlu milli və dini birlikdən çıxış etməlidir. Çünki Ə. Hüseynzadənin ideoloji- fəlsəfi baxışlarında milli və dini kimlik bir yerdə götürülürdü. Bunu, Ə. Hüseynzadə belə izah edirdi ki, islam istisna olmaqla türklərin əksəriyyəti başqa dinlərə ciddi şəkildə meyl və istedad göstərməmiş, göstərənlər isə öz etnik mənsəblərini belə unutmamışlar. Ancaq müsəlman türklər həm islam aləminin mühüm bir istinadgahına çevrilmiş, həm də öz tayfa və milliyyətlərini qoruyub-saxlamışlar .