K.Bünyadzadə
Gəncliyin
fəlsəfəsi
Bakı – 2009
-2 -
Könül Yusif qızı Bünyadzadə
Gəncliyin fəlsəfəsi
Bakı, “Nurlar”, Nəşruyyat Poliqrafiya Mərkəzi, 2009, 256 səh.
İki hissədən ibarət olan bu kitabın birinci hissəsində gəncliyə xas
bir sıra keyfiyyətlərin fəlsəfi təhlili verilir, hər bir hissin, duyğunun
primitiv səviyyədən ən ali dərəcəyə qədər yüksəlməsi, bu yolda hansı
mərhələlərdən keçməsi izlənir, cəmiyyətin gənclərin həyatında oynadığı
rol araşdırılır. Gəncliyin öz hikmətinin, öz harmoniyasının, öz
qanunlarının olması fikrini əsaslandırmaq üçün həm klassik, həm də mü-
asir dövrün Şərq və Qərb filosflarına, şairlərinə müraciət edilmişdir.
Kitabın ikinci hissəsi isə ictimai həyatın və onun ayrı-ayrı
hadisələrinin elmi məqalələr, fəlsəfi esse və hekayətlər vasitəsilə
özünəməxsus təhlilindən ibarətdir.
Kitab geniş oxucu kütləsi, xüsusilə gənclər üçün nəzərdə
tutulmuşdur.
İSBN: 978-9952-450-28-6
”K.Bünyadzadə”, 2009
- 3 -
Müəllifdən
Hər kitab, həcmindən asılı olmayaraq, müəllifin öz
oxucusuna demək istədiyi bir sözdür. Zamanından, məkanın-
dan, şəraitdən asılı olaraq bu söz müxtəlif formalarda deyilə
bildiyi kimi, müxtəlif də qəbul edilir. Yəni hər sözün bir neçə
baxış bucağı var. Bu bucağı təyin edən isə ruhun və tə-
fəkkürün səviyyəsidir.
«Gənc» sözü fars dilindən tərcümədə (
ﺞﻨﮔ
) «xəzinə,
özündən sonra zəngin irs qoymaq», – deməkdir. Görünür,
ömrün ən parlaq illəri, həyat enerjisinin aşıb-daşdığı vaxt-
lar, istedadın, potensialın kəşf olunduğu dövr təsadüfən
gənclik adlandırılmır. Kitabın da məqsədi oxucuları məhz bu
xəzinə ilə tanış etməkdir.
Xəzinəni, qiymətli daş-qaşları tapmaq, əldə etmək özü
də asan iş deyil, amma onu cilalayıb içindəki, mahiyyətin-
dəki nuru, gözəlliyi aşkarlamaq daha böyük səy, ustalıq,
məharət tələb edir. Yəni hissin, emosiyanın bolluğu genetik
istedadın özündə saxladığı zənginliyi, bu zənginliyin bərq
vuran parıltısını ətrafa saçmaq üçün yetərli bir potensiala
malik olsa da, hər halda onun cilalanmağa ehtiyacı vardır.
Təsadüfi deyildir ki, gənclər öz qəlbinin potensialını
adətən sənət vasitələri ilə ifadə edirlər və bunların arasında
poeziya yüksək ülvi duyğuların tərənnümü üçün ən uyğun
vasitədir. Lakin bu zəngin duyğu potensialının sadəcə duyğu
-4 -
şəklində deyil, cilalanmış halda, yəni fikir, düşüncə, fəlsəfə
səviyyəsində ifadə oluna bilməsi üçün, bir tərəfdən uzun
illərin təcrübəsinə, digər tərəfdən də “zər qədrini bilən
zərgərlərə”, ustadlara və nəhayət, zəmanənin, mühitin
yetkinliyinə ehtiyac vardır.
Gənc-i «cilalayanlar» onu sıradan birinə də, bütün
varlığının nuru ilə göz qamaşdıran mükəmməl bir sənət
əsərinə və ya kamil bir İnsana da döndərə bilərlər.
Eyni zamanda, hər bir gənci ən qiymətli daşdan daha
dəyərli edən bir amil də var ki, bu – ruhdur. Məhz ruhunun
saldığı işıqla gənc öz ağlının gücünü hiss edər, iradəsi möh-
kəmlənər, naqis bir varlıq, yoxsa kamil bir İnsan olmaq
arasında düzgün seçim edə bilər.
İki hissəli «Gəncliyin fəlsəfəsi»ni iki ayrı-ayrı hissin
ifadəsi də adlandırmaq olar. Birinci – gəncliyə kənardan,
obyektiv bir baxışdır. Burada söhbət çox az yaşamış, lakin
elə gənc yaşlarından parlamağa başlamış, dünyadan tez
köçsələr də böyük estetik-mənəvi xəzinə qoyub getmiş
gənclərdən gedir. İkinci isə – gəncliyin subyektiv təqdi-
matıdır. Birinci – keçilmiş təcrübələrin, yaşanmış ömürlərin
təhlili, ikinci – çıxarılmış nəticələrin təzahürüdür. Birinci –
həyatın hər üzünə dik baxan gözlərə və həqiqəti görən göz-
lərdir, ikinci – onların gördüklərini görmək, yaşamaq və
yaşatmaq cəhdidir.
- 5 -
Dostları ilə paylaş: |