Məhəmməd Əmin Rəsulzadə
1
AZƏRBAYCAN CÜMHURİYYƏTİ
Ön söz əvəzi
(M.Ə.Rəsulzadə Azərbaycan, hürriyyət və istiqlal haqqında)
Böyük dünya müharibəsi böyük Rusiya inqilabını doğurdu. Böyük Rusiya
inqilabı isə millət hüququnu bütün genişliyi ilə meydana atdı.
* * *
İnsanlara hüriyyət, millətlərə istiqlal!
* * *
Ah, Azərbaycan! Biz sənin haqqını tələb etmək deyil, yalnız adını söyləmək
üçün nə qədər məruzələrə rast gəldik, nə qədər töhmətlərə məruz qaldıq!
Azərbaycan muxtariyyəti diyorduq: soldan və sağdan hər növ hücuma məruz
qalırdıq.
Biz, Azərbaycan torpaqlarını qızdıran atəşi-müqəddəsi köksümüzdə
bəsləmək istiyoruz: bizə Moskvada yanacaq “məşəli” nişan veriyorlardı. Biz elmə,
mədəniyyətə öz dilimizin, öz mədəniyyətimizin ruhu, rəngi ilə pərvərdə edilmiş bir
millət çıxarmaq istiyoruz: bizə Ərəbistanı göstəriyorlardı.
* * *
Haqq verilməz, alınır! Budur, türk inqilabının təsdiq etdiyi əski həqiqət!
* * *
Səfir bulundurmaya haqqı olmayan bir istiqlalı istəməyiz!
* * *
Bakı, Azərbaycan atəşkədəsinin ocağı olduğu kimi Azərbaycan fikrinin də
mənbəyi idi.
* * *
Fikri, milli və siyasi istiqlalların kökü iqtisadi istiqlaldadır.
* * *
Gələcək – millətləri süngü gücü ilə yapma rejimə boyun əydirmənin deyil,
milli hakimiyyətə, haqqa və hürriyyətə dayanan istiqlalçılığındır.
* * *
1
Azərbaycan dövri-istiqlalına bolşeviklər “MÜSAVAT DÖVRÜ” deyirlər.
Fəqət xalq bu dövrə AZƏRBAYCAN DÖVRÜ deyir. ...Xalqın düşüncəsində
AZƏRBAYCAN məfhumu coğrafi bir mənadan ziyadə fikir və əməl şəklində
təcəssüm ediyor. İstiqlal xaricində onun üçün bir Azərbaycan yoxdur.
* * *
Kommunizm nə yaparsa yapsın, Rusiya imperializmi hangi rəngə girirsə-
girsin, meydanda bir həqiqət var: millətlər kəndilərini tanımışlar.
Şərq millətlərinin xilas və nicatına aid şüarlar ilə bolşeviklər sözdə
millətlərin hüququna, hürriyyətinə və istiqlalına hörmətkardırlar. Işdə isə digər
imperialistlərdən heç də fərqli deyildirlər.
* * *
Üsyan və qanla səri-kara gələn bir qüvvət üsyan və qanla da gedəcək. Bu
gün bu üsyanı yapan müntəzəm bir qüvvət yoxsa da yarın o qüvvət kommunizmin
kəndi vücuda gətirdiyi təşkilat hüceyrəsindən olsa da doğacaqdır.
* * *
Kommunizm rejimi süqut etmək məcburiyyətindədir.
* * *
Dünya ingilabat və müharibələrində axan qanlar daima yeni məfkurələrin
tövlidinə səbəb olmuş deyilmidir?
* * *
Azərbaycanın bu qədər fəlakətlər nəticəsində əldə etdiyi bir qazanc varsa, o
da istiqlal fikrinin
rüsuxudur.
Şimdi istiqlal və hakimiyyəti-milliyyə sevdası ilə yaşayan bir Azərbaycan
gəncliyi vardır ki, Çekanın amansız edamlarına rəğmən gecə-gündüz çalışıyor, ilk
fürsət və imkanı bəkləyib duruyor. Bu fürsət gəlincə o, meydana çıxacaq və o
zaman yanıq könlündə atəşin cizgilərlə mənən mənquş
(nəqş) bulunan bayrağı
maddətən yüksəldərək deyəcək.
BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ!
2
BİR MÜTALİƏ
Əzizim, Əmin arkadaş! “Azərbaycan Cümhuriyyəti” ünvanı ilə vücuda
gətirdiyiniz əsər haqqında fikir və mütaliəmi soruyorsunuz... Cahan hərbinə qədər
Azərbaycanın həyati-hərsiyyə və ictimaiyyəsini yaxından-uzaqdan az-çox təqib
edə bilmişdim. Fəqət hərb başladıqdan sonra buna layiq vəchlə davam bittəb
mümkün olmadı. Iki qardaş türk şəhəri olan İstanbulla Bakı və ələlümum Türkiyə
ilə Azərbaycan arasında sövqi-hadisat ilə peyda olan qalın sis pərdəsi bir şey
görməyə, eşitməyə, duymağa mane oldu. Bu gün pərdə yavaş-yavaş qalxıyor. Siz
də bu pərdəni qaldıranlardan biri olursunuz. Həqiqət
yekdigərə müariz tərəfləri
dinləməklə meydana çıxarıla bilir. Ötədən bəri hökmləri vermək üçün “Audiatur et
altera pars” yəni “digər tərəflər də dinlənməli” qaydasına riayəti kəndimə bir
vəzifə ittixaz etmiş olduğumdan əsəriniz haqqında ancaq bu nöqteyi-nəzərdən
bəyani-mütaliə edə bilərəm: Siz Azərbaycanın ən böhranlı zamanlarında fəal bir
mücahid sifətilə çalışdınız, bir çox mühüm vəqaye və hadisatı rəyüleyn yaxından
gördünüz, müxtəlif cərəyanların içində bulundunuz və sərgüzəştlərlə mali bir həyat
yaşadınız!.. Və zatən mövcud və müsəlləm olan elm və irfanınıza, əlbəttə, pək çox
qiymətdar və müfid müşahidat və məlumat əlavə etdiniz və şübhəsiz, bunları
əsərinizdə qeyd və təsbitə çalışdınız. Lakin Siz Azərbaycanda bir tərəfi, bir firqəyi,
bir firqəyi-siyasiyyəyi təmsil ediyorsunuz. Arzunuza rəğmən nə dərəcədə bitərəf
qala bilirsiniz, bunu şimdiki halda təyindən acizəm. Məmafih, şübhə yoxdur ki,
əsəriniz bir boşluğu dolduruyor: Türkiyə nəşriyyatının ən böyük qüsurlarından biri
qonşu məmləkətlər, ələlxüsus həmcivar türk ölkələri haqqında
sədrə şəfa verəcək
kafi məlumatı ehtiva etməməsidir. Bu cəhətlə əsəriniz, hadisatı vəlov vəhidülcanib
bir zaviyəyi-röyətdən görüyor fərz edilsə belə, mətbuatımıza pək qiymətli bir
hədiyyə olacaqdır. Çünki mövzu
vəziyyəti-iqtisadiyyə və siyasiyyəsi ilə aləmşümul
bir əhəmiyyəti haiz olan Bakının, Azərbaycanın və dolayısı ilə bütün Türklüyün
müqəddəs və müəzzəz istiqlalı, istiqbalı məsələlərinə təmas ediyor. Bir xalqın, bir
millətin asudə və müsəmmər bir həyata, rifah və səadətə nail ola bilməsi nasıl
sünufi-ictimaiyyə beynində iqtisadi bir təsanüd və ədalətin vücuduna vabəstə isə
öylə də aləmin, bütün bəşəriyyətin sülh və asayiş nemətlərindən mütənəim ola
bilməsi beynəlmiləl münasibətdə ədalət və insaf məfhumlarının hakim və cari
olması ilə qabildir. Beynəlmiləl insaf və ədalətdən doğan sülhi-ümumiyi-aləm isə
Azərbaycanın dəxi hürriyyət və istiqlalını istilzam edər. Ancaq bu istiqlalın
mücahidləri, nigahbanları qəvi və mütəqəyyiz olmalıdırlar!.. İzmir iqtisad
konqresində “İqtisadi misaq” proqramında bir də “Kitab bayramı” ehdasından bəhs
olunuyor. Ümid edirəm ki, “Azərbaycan Cümhuriyyəti” ilk “Kitab bayramı”
ziyafətində ən dadlı, ən müğdi qidayi-ruhiyyələrindən biri olur və türk istiqlalının
mücahidlərini, nigahbanlarını bəslər, təqviyyə edər və oyandırar!
HÜSEYNZADƏ ƏLİ
2
3
MÜQƏDDİMƏ
Şübhəsiz ki, Şərq pək dərin bir həyəcan içində bulunuyor. Hərbi-ümuminin
sarsıtdığı bu aləm əsrlərdən bəri məluf olduğu ətalətdən silkinərək ciddi bir həyat
əsəri göstəriyor.
Bütün dünyayı rəşədar edən bu həmləyi-inqilab bittəb İslam millətlərini dəxi
istila etdi. Milliyyət dövri-təşəkküllərini adlayan məmləkətlərdə əvamili-
ictimaiyyəyi təhriklə ictimai inqilab məfkurəsini doğuran bu həmlə, İslam
məmləkətlərində digər bir inqilab məfkurəsi doğurdu: hakimiyyəti-milliyyə
məfkurəsi.
Anadolu türklüyünü əqilləri şaşırdan tarixi bir möcüzə ehdasına
sövq edən
məfkurəyi-istiqlal, bütün Şərq millətlərinin müqəddəs məfkurəsidir.
Hakimiyyət və istiqlal məfkurəsi ilə aşılanan Şərq hərəkati-milliyyəsi hənuz
sərmənzili-məqsudinə doğru rəhsipar oluyor. Gediləcək daha çox yol var. Xətər və
məşəqqətlərlə dolu olan bu yolu sühulətlə gedə bilmək üçün həmrah bulunan
şərqlilər yekdigərini bilmək zərurəti-qətiyyəsindədirlər. Aləmi-islam “Fətə`arafu”
əmri-Quranisinə bilxassə bu zamanda riayət etmək zərurətindədir.
Məqami-xilafəti haiz bulunan Türkiyə aləmi-İslamın ittihad mərkəzidir.
Hakimiyyəti-milliyyə əsası ilə qurulan yeni Türkiyə - türk əqvamının ümid
nöqtəsidir. Milli məfkurənin şanlı zəfərini təmsil edən böyük Türkiyə Şərq
millətlərinin əməl məşəlidir.
Əvət! Türkiyə ilə Şərq, İslam və bilxassə Türk aləmi arasında mövcud
rabitəyi-hissiyyə isbata möhtac bir qəziyyə deyildir. Fəqət bu rabitənin elmi bir
təarüf üzərinə müstənəd olduğu məətəəssüf isbata pək möhtacdır. Əsri-hazırın
vasiteyi-təarüfi, məlum ki, mətbuatdır. Şərq mətbuatına müraciət edərsək, şərqliləri
yekdigərini tanıdacaq mənbəyi-təarüf kaç kitab buluruz?!...
Halbuki Avropada “Şərqiyyat” bəlli-başlı bir elmdir. Burada həyatını Şərqə
həsr etmiş alimlərlə bərabər Şərqə aid nə qədər kitablar, nə qədər məcmuələr
bulursunuz! Burada məsaili-Şərqiyyə ilə mütəvəğğil müəssisat
yalnız lisaniyyat,
ətiqiyyə, tarix və ədəbiyyat kimi məbahisi-elmiyyə ilə məşğul olmayıb, Şərqdə
güzəran edən siyasi, ictimai, iqtisadi vəqaye və cərəyanları dəxi günü-günə təqib
və məmləkətlərini daima tənvir
edirlər.
Biz şərqlilərin bu babdakı məlumatımız isə qırıq, dönük qəzetə həvadisi ilə
mütərcəm məqalələrə inhisar ediyor. Biz biliyoruz ki, Əfqanıstan elani-istiqlal
eyləmiş. Azərbaycan cümhuriyyət təsis etmiş, İran əcnəbi əsgərlərdən təmizlənmiş,
İraq, Hicaz
3
və Fələstin mandat təhtinə alınmış, Hindistanda bir hərəkati-milliyyə
varmış, Misir davayi-istiqlal ediyormuş. İştə bu qədər. Bundan fəzlə məlumat
edinmək üçün ciddi bir mərcə və geniş məlumatı haiz bir mənbə ararsaq, tək bir
kitaba dəstrəs olacağımız pək müstəhildir.
Bu hal “Təarufi” işkal edən ən böyük nöqsanlardandır. Bu nöqsanın bütün
Şərq millətlərinə nə dərəcədə isnad edildiyini cəsarətlə iddia edə bilməzsək də,
İslam aləminə aid olan qismində israr edə biliyoruz. Bu nöqsan bilxassə aləmi-
İslamın mərkəzi və türk əqvamının ümidgahı bulunan Türkiyədə pək müəssirdir.
4
Məsələn, mövzumuz Azərbaycan məsələsini alalım: təmas etdiyimiz
əşxasdan bu məsələnin Türkiyə əfkari-ümumiyyəsincə nə dərəcədə möhtaci-tənvir
olduğunu öyrəndik. Məsələn, Milli Azərbaycan ilə şimdiki Azərbaycan arasındakı
fərqi bir çoxları idrak edəmiyorlar. Azərbaycanın müstəqil ikən get-gedə bütün
hüququnun Rusiyaya nədən tərk edildiyini, azərbaycanlıların buna nə üçün razı
olduqlarını soranlara rast gəldik. Bolşeviklərin Azərbaycana millət tərəfindən
çağrılmış olduqlarına inananlar var. Bolşeviklərə qarşı çıxarılan üsyanlar nasıl
anlaşılmış, nasıl tələqqi edilmiş?!.. Bu da pək fəci bir hekayə. Bolşevik idarəsində
bulunan Azərbaycanı məsud görənlər də yox deyil. Xülasə, cəhldən mütəvəllid bir
çox sui-təfəhhümlər, yanlış təsəvvürlər və bundan doğan iğbirar ki, iki qardaş
millət arasında arzu olunmayan infial və darqınlığı mucib oluyor.
Biz kəndi hesabımıza “Milli Azərbaycan nəşriyyatı” ünvani-ümumisi ilə
nəşr edəcəyimiz bir silsileyi-rəsail ilə Azərbaycan əhvalına aid mövzuları tənvir
etmək surətilə bu babdakı təarüf nöqsanını azaltmaya səy edəcəyiz.
Azərbaycan Cümhuriyyəti aləmi-İslamda təşəkkül edən ilk cümhuriyyətdir.
Bu Cümhuriyyət eyni zamanda bir türk hökümətidir; təbiri-digərlə kiçik
Türkiyədir.
Kiçik Türkiyə xalqı ilə Böyük Türkiyə xalqı arasındakı münasibət iki qardaş
münasibəti qədər səmimiyanədir. Bu səmimiyyətin ən canlı dəlili “Sevr”
müahidəsinin
4
hökmi-edamı altında müztərr ikən belə, Türkiyə əfkari-ümumiyyəsi
Azərbaycan istiqlalının “Etilaf” dövlətlərincə təsdiqini kəndi məsərrəti kibi
təəyyüd eyləməsi idi. Vətənim, Azərbaycan xalqı dəxi bolşevik istilası altında
inləməkdə ikən Türkiyənin möcizeyi-zəfərini mənimsəməklə sevinmişdir.
Keçirdiyimiz bu istilahə günlərində Osmanlı imperatorluğunun ünsüri-əslisini
təşkil edən Anadolu türklüyü yeni bir höküməti-milliyyə təsis ediyor. Bu
hökümətin xarici siyasəti Şərqdəki vəzifəsini hüsni-ifa etmək istərsə, qənaəti-
acizanəmizcə Azərbaycan Cümhuriyyətinin müqəddəratına laqeyd qalmaması icab
edər. Bu nöqteyi-nəzərdən Azərbaycan məsələsi Türkiyə üçün ciddi düşünüləcək
bir məsələdir.
Bir məsələyi ciddi düşünmək, o məsələyi iyicə tədqiq etmək və öyrənməklə
qabil olur. Artıq beynəlmiləl bir şəkli haiz olan Azərbaycan məsələsi, eyni
zamanda, Türkiyə üçün əhəmiyyəti-həyatiyyəyi haiz Qafqasiya məsələsinin də bir
cüzidir.
Halbuki bu məsələdə dəxi Türkiyə nöqteyi-nəzərindən möhtaci-tənvir bir
çox cəhətlər vardır.
Biz bu xüsusdakı nəşriyyatımıza ibtida “Azərbaycan Cümhuriyyətinin
təşəkkülü və şimdiki vəziyyəti”ni izahla başlamayı mürəccəh bulduq. Hərb və
ixtilal günlərində cərəyan edən kaç sənəlik vüquat ilə, bu vüquata təqəddüm edən
ədəbi və hərsi hadisələri bir vəchi-ixtisar təlxis etmək surətilə zati-məsələ haqqında
ümumi bir fikir vermək cəhətini düşündük. Vəqaye və hadisatı nəql edərkən
vaqiələrin şəxslərindən ziyadə hadisələrin səbəblərinə əhəmiyyət verdik.
Iləridə, tövfiq olursa, davam etdirəcəyimiz nəşriyyatın bir müqəddiməsini
təşkil edən bu risaləmizlə möhtərəm Türkiyə qarelərində Azərbaycan məsələsi
üzərinə ciddi bir təvəccöhi-nəzər cəlbinə müvəffəq olursaq, vəzifəmizi görmüş ədd
edəriz.
5
Nəticədə yazılarımızda İstanbul şiveyi-ədəbisindən təbaüd görülürsə, Azəri
olduğumuz hesabı ilə möhtərəm qarelərimizdən qüsura baxmamalarını rica eyləriz.
I
AZƏRBAYCAN XALQI
Hərbi-ümumidən
5
əvvəlki rəsmi coğrafiyaya görə Azərbaycan, şimali İranda
vaqe Təbriz ilə həvalisinə deyilirdi. Hərbdən və böyuk Rusiya ixtilalından sonra
dillərdə dolaşan Azərbaycan salifüzzikr Azərbaycanın Şimalında Cənubi-Şərqi
Qafqasiya qitəsindən ibarətdir ki, mərkəzi Bakıdır.
Azərbaycanlılar milliyyət etibarilə türk, din etibarilə İslam, mədəniyyəti-
əsasiyyə etibarilə şərqlidirlər.
Kəndi ləhceyi-məxsusəsilə Anadolu türkcəsinə yaxın bir şivə ilə qonuşan
Azərbaycan türkü müxtəlif şivələrə malik və olduğu yerlərə nisbətlə müxtəlif
isimlər daşıyan böyük Türk ağacının bir dalıdır.
Azəri türklərinin hal-hazırda oturduqları yerlər min əl-qədim türk xalqı ilə
məskun idi. Gərək Bakı, Gəncə, Şamaxı, İrəvan ilə Təbriz, Marağa, Ərdəbil və
sairə kibi vilayətlər və gərək Muğan, Arran, Qarabağ və Qaradağ kibi məmləkətlər
daima türk elinin oturağı və türk xanlarının ovlağı olmuşdur. Bu yerlər
kəndilərində bir çox türk sülalərinin irili-ufaqlı hökümətlər qurduqlarını və illərlə
səltənət sürdüklərini görmüşlərdir.
İdil
6
nəhrinin Quzğun dənizə
7
töküldüyü yerində böyük bir səltənət quran
Xəzər türkləri miladi 700 sənələrində Qalmık səhrası və Qumık sahili ilə aşağıya
doğru enmiş, Muğan çölünə yayılmışlardır. Daha sonra onları digər türk axınları
təqib eyləmiş, böyük Çingiz ilə Teymurun cəngavər köçəbələri Kür nəhri boyu ilə
Araz nəhri hövzələrinin, Ceyhun ilə Seyhuna mümasil bulduqlarından kəndilərini
oturaq etmişlərdir. Səlcuqilər zamanında buralar artıq qəti bir surətdə türk
məmləkəti halına qoyulmuşdur. Səlcuqlardan sonra bu ərazi əldən-ələ keçmiş,
müxtəlif hökmdar sülalələri idarəsində qalmışdır. Fəqət yekdigərini təqib edən bu
sülalələr dəxi əksəriyyən türk olub, böyükləri münqəriz olduqda yerlərini, kiçik də
olsalar, yenə birər türk xanlığına tərk etmişlərdir. Bunlardan Azərbaycan
Atabəyləri namı ilə elani-istiqlal edən Şəmsəddin Eldəniz sülaləsi 80 sənə hökümət
sürmüşdür. Bu vaqiəyi-istiqlal 541 sənəsində Gəncədə elan olunmuşdur. Bundan
başqa, Qaraqoyunlu və Ağqoyunlu türkmən sülalələri dəxi burada hökümət
eyləmişlərdir.
Bundan yüz sənə müqəddəm Rusiya çarizmi tərəfindən istiqlal və
mövcudiyyətlərinə xatimə verilən Dərbənd, Quba, Lənkəran, Şəki, Şirvan, Bakı,
Qarabağ, Gəncə, İrəvan və Naxçıvan xanları dəxi azərbaycanlı türk hökmdarları
idi.
Türklərin buradakı hökmranlıqları Hindistan, Ərəbistan, İran və Misirdə
olduğu kibi başqa cinsdən bir xalqa əsgəri bir sinif olaraq hökümət sürməkdən
6
ibarət olmamışdır. Osmanlılardan başqa əksər türk köçəbələri hökümət etdikləri
xalqa təməssül etmişkən, Azərbaycan türkləri – kütlə etibarilə – milliyyətin rükni-
mühümmünü təşkil edən lisanlarını halilə ibqa etmişlərdir.
1808 sənəsi ilə 1828 sənələri arasında, başda qəhrəmani-milli Cavad xanın
8
dastani bir müdafiəsi olmaq üzrə, müxtəlif səhifələrə girən mücadilə və müharibəsi
nəticəsində Azərbaycan xanlıqları kəndi mənliklərini haqqı ilə dərk etmədən,
kəndisini idrak etmiş milli bir sima göstərmədən, tamamilə İran hərs və nüfuzi-
mənəvisi altında ikən – mövqelərini müasir bir ordu ilə gələn rusun qüvvəti-
bazusuna tərk və qəzaya təslim oluyorlarsa da, xalq kəndinə məxsus ədəbiyyatı,
şairləri, aşıq və dərvişləri ilə hüzn və məsərrətini kəndi lisanı ilə tərənnüm ediyor
və kəndi idrakı ilə bir vücud olduğunu sezdiriyordu.
Əvət! Rəhləsi üstündən enməyən Füzulisi, Koroğlu ilə bağrıyanıq Kərəmə
ağlayan aşıqları, bu aşıqların ürək dağlayan sazları ilə çobanların ruha sinən
türküləri, çocuqların sevə-sevə oxuduqları maniləri, anaların yavrularını
uydururkən çağırdıqları ninniləri – xəvasının düşüncəsilə – kəndisini İranlı bilən
bu xalqın müdhiş bir zəlalətdə olduğunu göstəriyor:
– Xeyir, deyil, sən türksən! – diyordu.
II
ƏDƏBİ VƏ MİLLİ İNTİBAH
Bu türklər Azərbaycanı ikiyə bölən Araz nəhrinin iki tərəfində sakin olub və
qismən İrana şu və ya bu surətlə bağlı nimmüstəqil bir halda yaşadıqları zaman
məhkum bir millət deyil, hakim olaraq yaşıyorlardır. Çünki əsrlərdən bəri İranın
hakim sinifini türklər təşkil ediyordu.
Azərbaycan xalqı idarəcə gördüyü ağırlığı başqalarından deyil, öz cinsindən
gördüyü üçün həqiqi məhkumiyyətini, mənəviyyatca başqa bir hərsin məhkumu
olduğunu dərk etmiyordu. O get-gedə farslaşıyordu. Xəvas təhsilini farsca görüyor,
fars tərbiyəsi alıyor, fars kibi düşünüyor və kəndisinin doğrudan-doğruya iranlı
olduğuna qane oluyordu. Xalqın həll və əqdini əlində bulunduran bu xəvas
kibi
mənəviyyatına hakim olan üləma sinfi dəxi eyni ruhda, eyni tərbiyədə və eyni
zehniyyətdə idi.
Fars ədəbiyyatına Nizamilər, Xaqanilər, Məhsətilər kibi ustadlar bəxş edən
bu torpaqda yetişən Azərbaycan xəvası pək təbii idi ki, bir zaman Süleyman
Qanuninin belə az qala qəbul elədiyi Sədi lisanı qarşısında əriyib kəndiliyindən
keçmiş, türk ilə türkcəyə xor baxmışlardı.
İranın o parlaq və cahanbəha ədəbiyyatı və o ədəbiyyat sayəsində tərbiyə
bulan qüvvətli mənəviyyatı qarşısında təslim olub da təməssül edən türk xəvasının
bittəb
əvam üzərinə də böyük təsiri olacaqdı, həm olmuşdu. Türkcə, əvam və köylü
lisanı ədd olunmuş, lisani-rəsmi və ədəbi olmaq üzrə farsi təmim eyləmiş, nəticədə
tühəf bir millət vücudə gəlmişdi: dili başqa, yazısı başqa bir millət!
Mavərayi-Araz Azərbaycanının
9
halı bu haldır. Orada hər kəs türkcə söylər,
fəqət iş yazıya gəlincə farsi kəsilir.
7
Xəvas düşdüyü bu yanlış girəvənin çıxılmaz bir yol olduğunu sezmədiyi
halda əvam, pək də laqeyd deyildi. Xalq qeyri-təbii olan bu hala ünsüri bir
müqabilə yapıyordu. Türk xalqı xəvasdan heç bir kimsənin əhəmiyyət vermədiyi
bu hala kəndi milliyyətindən isqat
edilməsinə qarşı qiyam etmişdir. Bu qiyamın
qəhrəmanları xalq hissiyyati-şairanəsindən mülhəm və bu hissiyyata tərcüman olan
aşıqlar idi.
Laədri
müəlliflərin yaratdığı “Koroğlu”, “Əsli və Kərəm”, “Aşıq Qərib”
və sair bu kibi dastanlar, ürək yaxan aşıq sazlarının ruhnəvaz ahəngləri altında
Azərbaycan türk kütləsinin qəlbinə öylə siniyor, öylə yerləşiyordu ki, onunla deyil
farsın “Nuşafərini”, “Fərhad və Şirini”, hətta Firdovsi ilə Hafizi belə rəqabət
edəməzdi. O, öz Firdovsisini, öz Hafizini, öz Sədisini, kəndindən doğma türk
şairini və ruhundan xəbər verən Azərbaycan müğənnisini arıyordı.
Bərəkət versin ki, xəvasının həpsi kəndisindən üz döndərməmişdi. Iştə bu
doğduqları mühitə daha ziyadə mərbut qalan Azərbaycan şairləri xalqın zövqünü
tətmin üçün türkcə şerlər yazmağa başladılar. Xalq ədəbiyyatı yanında bir də yazı
ədəbiyyatı vücuda gəldi.
Bu xüsusda yalnız Azərbaycanın deyil, bütün türklüyün dahi şairlərindən,
azərbaycanlılarca Əbu şüəra künyəsini daşıyan Füzuli mərhumun dərin bir nüfuzu,
böyük bir mürşidliyi vardır.
Füzuli Azərbaycanda hər yerdən ziyadə mərufdur. Azərbaycanın ən çox
oxuduğu və ən çox sevdiyi şair Füzulidir. Azərbaycan şeri son zamanlara qədər
adətən Füzuliyi tənzirdən ibarət idi. Füzuli divanı hər yerdən ziyadə Təbrizdə
basılmışdır. Hafiz divanı farslar üçün nə isə, Azərbaycan türkləri üçün də Füzuli
divanı odur.
“Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim,
Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur.
Bəndə tovfiq olsa bu düşvarı asan eylərəm.
Növbahar olğac dikəndən bərgi-gül izhar olur”
– deyə türkcə yazmağa başlayan Füzuli, zamanında təsəvvür olunan “düşvarı”
həqiqətən asan eyləmişdir. Füzuliyə böylə bir əzm təlqin edən zamanı, eyni
zamanda, müasiri bulunan İran şahını belə türkcə şerlər yazmağa sövq
eyləmişdir.
10
Bu böyük şair və dahinin müvəffəqiyyəti ilə türkcə şer yazmaq
“sühuləti” kəşf edildikdən sonra Füzulini tənzir və təqlid edənlər çoxaldı.
Azərbaycan türk ədəbiyyatı müstəqil bir cərəyan aldı.
Bu ədəbiyyatın hankı xüsusiyyət və müvəffəqiyyətlərlə irəlilədiyini və nə
kibi əsərlər vücuda gətirdiyini göstərmək kəndi başına müstəqil bir mövzu təşkil
edir. Burada isə biz yalnız bu qədərini söyləmək istəriz ki, Azəri ədəbiyyatının
təkamülü tıbqı Füzulinin həyati-ədəbisinə bənzər. Füzuli ilk öncə farsicə yazmış,
sonra türkcəyə başlamış, türkcə yazarkən də ibtida Azərbaycan şivəsi ilə yazmış.
Bağdadın Osmanlılara keçidindən sonra Füzuli lisanı getdikcə osmanlılaşmış, Şərq
şivəsindən təbaüdlə Qərb şivəsinə yaxınlaşmışdır.
Azərbaycan ədəbiyyatı da böylədir: azərbaycanlılar ibtida farsicə yazmışlar,
sonra sırf Azərbaycan şiveyi-məhəlliyyəsi ilə yazan Füzuliməşrəb şairləri ilə
qocaman bir dövr davam eyləmişdir. Bu dövrdə əvvəl Qövsi, Nəbati, sonra Vaqif,
8
Seyid Əzim, Ləli, Raci kibi şairlər yetişmişdir. Nəhayət, üçüncü dövr gəlmiş: Qərb
həyat və əfkarının təsirinə girən Azərbaycan ədəbiyyatı Osmanlı türk
ədəbiyyatından mülhəm, müasir ədəbi türkcə ilə yazmaya başlamışdır. Bir tərəfdən
də Osmanlı ədəbiyyatı təsirində bulunan bu dövrün şairləri Əbdülsəlimzadə
Məhəmməd Hadi, Sabir, Hüseyn Cavid, Əhməd Cavad, Səhhət, Müznib və
sairləridir.
Şimali Azərbaycan, Rus təhti-idarəsinə keçdikdən sonra siyasi hüququnu
kamilən itirmiş, məhkumiyyətin acısını təmamilə dadmışdı. Əvvəlki zamanda o,
gördüyü hərs məhkumiyyətini müştərək bir din və müştərək mədəniyyət təsiri ilə
sezmiyordu. Çünki o zaman milliyyəti – sözün bu günkü mənası ilə – daha müdrək
deyildi. Getdikcə farslaşan Azərbaycan türkü bu dəfə ruslaşdırma siyasətinə məruz
qalıyordu. Təbii idi ki, bu hal xalqın həssas əsəblərinə toxunuyor, müdafiəyi-nəfs
hisslərini dərindən qıcıqlandırıyordu. Bunun üçün də xalq kəndisini düşünməyə
məcbur idi.
Çarizm, Azərbaycanı ruslaşdırmaq üçün iki cəbhədən gəliyordu: bir tərəfdən
xalqın hissiyyati-diniyyəsini idarə edən üləma və mollaları kəndi kontroluna tabe
tutur, digər tərəfdən də milli tərbiyəyə meydan verməyərək xalqı rus məktəblərində
(uşkol) oxumağa icbar ediyordu. Birinci məqsədin təmini üçün şiə və sünnilərə
məxsus olmaq üzrə ayrı-ayrı iki idarəyi-ruhaniyyə təsis eyləmiş, bütün molla və
əfəndiləri bu idarə vasitəsilə kəndisinə tabe birər məmur kibi qullanmışdı. Ikinci
məqsədi təmin üçün də müəyyən ruslaşdırma proqramı ilə uşkollar (məktəblər)
təsis edilmişdi.
Xalqda nə bu məmurluğu qəbul edən mollalara etimad, nə də məzkur
uşkollardan çıxan bəyzadələrə etibar vardı. Hökümət tərəfindən təyin olunan
mollalara “dəftər mollası”,
11
rus uşkolundan oxuyan gənclərə də “rus balası” deyən
xalq kəndi hissi-fitrisilə sezdiyi ruslaşdırma siyasətinə bildiyi kibi müqabilə
etmişdir. O, dəftər mollasına öz “axund”unu, hökümət uşkoluna kəndi
“məktəbxanə”sini qarşı qoymuşdu.
Hər nə qədər xalqın möhkəm tutduğu “axund” ilə “məktəbxana” tamamilə
kəndisinin deyil, Iran nüfuzunun müəssisələri olsa da, ruhuna yabançı bulunan
rusluğa qarşı bu müəssisələr daha milli, daha doğma idi. Buna görə də o,
“axund”un hürriyyəti və “məktəbxana”nın istiqlalı üçün yapdığı mübarizədə pək
haqlı və bu mübarizə dəxi pək məqul idi. Çünki o, siyasətən məğlub olmuşsa da
mənən bərbad olmaq istəmirdi.
Fəqət xəvas yenə yanılmışdı. Vaxtilə Firdovsinin romantizmi, Sədinin dərin
hikməti, Hafizin dadlı qəzəlləri qarşısında bayılan “mirzə” bu dəfə də
Lermontovun dağlarda uçan ruhu, Puşkinin su kibi axan nitqi, Tolstoyun məsihanə
fəlsəfəsinə vurulmuş bir “uçitel” idi
12
.
Sənələr keçdi, bir tərəfdə “mirzə”, digər tərəfdə “uçitel” durdu. Bunlar bir
çox zaman anlaşmadılar. Farslaşmış mirzə kibi ruslaşmış uçitel dəxi xalqın hədsən
duyduğu mətləbi bir çox zaman dərk edəmədi. Nəhayət, bir çox kəcvaclardan
keçildi. Məktəb və mədrəsələrə qarşı üsulsuz mübarizələrdən sonra “uçitel”
məqsədi anladı, bildi ki, Sədini də, Tolstoyu da türk xalqına öyrətmək, türkü
onlarla aşina etmək həm lüzumlu, həm faydalıdır. Fəqət bununla bərabər, türkü
9
kəndi Sədisindən, kəndi Tolstoyundan məhrum etmək olmaz. Sədini, Tolstoyu və
sair dünya məşahiri-ədibini anlamaq üçün kəndi Füzulilərini, Nəbatilərini – nə
qədər kiçik də görünsələr, Seyidlərini, Sabirlərini, Cavidlərini, Cavadlarını
öyrənməlidirlər.
Bu zəmində rus məktəbi vasitəsilə mədəniyyəti-hazirəyi az-çox dərk etmiş
ürəfa ilə xalq arasında yekdigərini anlamaq dövrü başladı.
Bundan 50-60 sənə əvvəl müasir Azərbaycan ədəbiyyatının binası quruldu.
Şərq mədəniyyəti ilə mükəmməl surətdə mücəhhəz və rusca vasitəsilə də Qərb
mədəniyyətinin əsasatı ilə aşina bulunan Mirzə Fətəli Axundzadə ilə başlayan
teatro ədəbiyyatı, Nəcəf bəy Vəzirov, Əbdürrəhim Haqverdiyev, Sultan Məcid
Qənizadə, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə kibi mühərrirlər
tərəfindən tənzir və idamə edildi. Mirzə Fətəlinin komediyaları türk aləmində
yazılmış ilk komediyalardır. Münəqqidlərcə “Şərq Molyeri” ləqəbini qazanan
Mirzə Fətəlinin məcmuəyi-asari ruscaya, almancaya, ingiliscəyə, qismən də
fransızcaya tərcümə edilmişdir.
Teatrodan bəhs edincə, Azərbaycan musiqisindən bəhs etməmək qabil
deyildir. Teatro sənəti Azərbaycanda olduğu kibi İslam aləminin heç bir tərəfində
irəliləməmişdir. Burada türkcə opera, operetta təsis edilmişdir. Ilk Azərbaycan
bəstəkarı Üzeyir bəy tərəfindən güftəsi Füzulinin olmaq üzrə “Leyli və Məcnun”
operası bəstələnmiş, bundan başqa “Əsli və Kərəm”, “Aşıq Qərib”, “Şah Abbas və
Xurşudbanu” kibi digər operalarla, “Arşın mal alan” kibi operettalar dəxi butun
Qafqasiyada, İranda, qismən də Türkiyədə məşhurdur. “Arşın mal alan” operettası
İstanbul səhnələrində amaturlar tərəfindən göstərildiyi kibi, ermənicə, gürcücə və
ruscaya dəxi tərcümə edilmiş və teatro mövsümlərində dəfələrlə təkrar
olunmuşdur.
Teatro yazılarını mütəaqib qəzetə təsisinə başlanmış, 1875 sənəsində
mərhum Məlikzadə Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetəsi təsis olunmuş,
bundan sonra Ünsizadələr tərəfindən təsis olunan “Ziyayi-Qafqas” ilə “Kəşkül”
qəzetələri çıxmışdır. Birincisi 1877 sənəsi rus-türk müharibəsi zamanındakı
nəşriyyatından dolayı hökümət tərəfindən qapadılmış, ikincilər də bir kaç nüsxə
çıxdıqdan sonra kəndiliklərindən təvəqqüfə uğramışlardır (1880 və 1891).
1905 tarixinə qədər Azərbaycan ədəbiyyat və mətbuatı müntəzəmən təsis və
tərəqqi edəməmişdir. Yalnız 1903 və 1904 sənələrində Tiflisdə intişar edən “Şərqi-
Rus” qəzetəsi bu uzun sükut dövrünü bitirmişdir. Şahtaxtınski Məhəmməd ağa
tərəfindən təsis olunan bu qəzetə bir sənə davam etdikdən sonra Bakıya nəql
eyləmiş və burada qapanmışdır. Fəqət Rusiya inqilabi-səğirini təşkil edən 1905
sənəsi, Rusiya türkləri üçün milli inkişaf dövrünün ibtidasını təşkil eyləmişdir.
Müəssisati-ictimaiyyə ilə hürriyyəti-mətbuat nöqteyi-nəzərindən bir parça
müsaidat ilə nəticəpəzir olan bu inqilabdan bilistifadə bütün Rusiya türklərində
olduğu kibi Azərbaycan türklərində də sürətli bir hərəkəti-milliyyə başladı. Bu
hərəkət bir tərəfdən milli mətbuat təsisi, digər tərəfdən də milli məktəb və ümuri-
diniyyənin millətin kəndisi tərəfindən müntəxəb əşxas və müəssisat vasitəsilə idarə
edilməsi davasından ibarət idi.
10
Bakı bu hərəkəti-milliyyənin mərkəzi idi. 1914 sənəsi hərbi-ümumisinin
ibtidasında Bakıda türkcə iki yovmi qəzetə (“İqbal” və “Sədayi-həqq”) nəşr
olunurdu. Müsəlmanların hüququnu müdafiə məqsədilə bir də rusca “Kaspi”
qəzetəsi çıxıyordu. Bundan başqa, bir kaç ədəd də türk mətbəəsi mövcud
bulunuyordu. Bu qəzetlər 1905-ci sənəsində möhtərəm Ağaoğlu Əhməd bəylə
Hüseynzadə Əli bəy tərəfindən təsis olunan “Həyat” və “İrşad” qəzetələrinin
başladıqları mücadiləyi-milliyyəyi davam etdiriyorlardı. Hərbi-ümumi əsnasında
təsis edilən “Açıq söz”
13
qəzetəsi dəxi bu davayı müdafiə ediyordu. “Açıq söz” ilk
dəfə olaraq o vaxta qədər Qafqasiya müsəlmanı və yaxud tatarı deyilən xalqın türk
olduğunu sərahət və israrla meydana qoymuş və bu xüsusda hərb sansoru ilə
mübarizə etmək zərurətində qalmışdı. Mətbuati-yovmiyədən başqa bir kaç həftəlik
ədəbi, siyasi və məzah qəzetləri dəxi nəşr olunurdu ki, bunlar miyanında
Dostları ilə paylaş: |