Mehman ağayev



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə1/25
tarix25.12.2016
ölçüsü3,18 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   25

 
                                                   
MEHMAN  AĞAYEV 
 
 
 
 
                                  
 
 
 
 
 
 
 
NEFROLOGİYA 
 
 
                                
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı – 2007 
 
1
 

                       MEHMAN  AĞAYEV 
 
 
 
 
 
 
 
 
 
 
NEFROLOGİYA 
 
 
                                
 
Azərbaycan Respublikası 
Təhsil Nazirinin 25.06.2007–ci il tarixli, 
752 saylı əmri ilə təsdiq edilmişdir. 
 
 
 
 
 
 
 
 
 
Bakı – 2007 
 
 
 
2
      

      Redaktor:                         prof.  M. M. Ağayev     
 
Rəyçilər:                          prof.  K. İ. Abdullayev               
                                         prof.  C. T. Məmmədov 
                                      
 
 
Mehman Ağayev, “Nefrologiya”  
“ bilov, Zeynalov v  o ullar ”, Bakı- 2007, 352 səh.  
 
 
      
Təqdim olunan kitabda nefroloji biliklərin müasir səviyyəsinə uyğun 
olaraq böyrək və sidik yollarının anatomo-funksional vəziyyəti, onların 
müayinə üsulları  və böyrək xəstəlikləri zamanı müşahidə olunan əsas 
kliniki sindromlar verilmişdir. İfrazat sistemi orqanlarının əsas xəstəlikləri 
– qlomerulonefrit, sidik yollarının infeksiyaları, interstisial nefrit, böyrək 
vərəmi, polikistozu, şişləri, onların etiologiyası, patogenezi, klinikası, 
diaqnostikası  və müalicəsi haqda müasir məlumatlar təqdim olunmuşdur. 
Eyni zamanda orqanizmin başqa orqanlarının patoloji prosesləri – şəkərli 
diabet, hamiləlik, sistem xəstəlikləri, amiloidoz zamanı böyrəklərin 
zədələnməsi, müasir kliniki-laborator diaqnostika və müalicə 
işıqlandırılmışdır. 
Kitab terapevtlər, Tibb Universiteti tələbələri, nefroloqlar, uroloqlar, 
praktiki və ailə həkimləri üçün nəzərdə tutulmuşdur.             
 
 
 
İSBN 5-87459-037-4 
 
 
© 
Mehman Ağayev 2007. 
© “Əbilov, Zeynalov və oğulları” 2007. 
 
 
 
3

 
4
Ön söz 
 
Son onilliklərdə nefrologiyada böyük müvəffəqiyyətlər  əldə 
edilmişdir. Bu inkişaf fizika, kimya, optika və elektronika elmlərinin 
inkişafı sayəsində edilmiş ixtiraların biologiyada, genetikada, 
immunologiyada və tibbdə istifadə olunması, patoloji proseslərin 
hüceyrədaxili və molekulyar səviyyəsinin öyrənilməsinə imkan 
verməsi nəticəsində baş vermişdir. 
Hazırda nefroloqlar böyrək xəstəliklərinin diaqnostikasında ult-
rasəs, doppler, rentgen-radioloji üsullardan, kompyuter tomoqrafi-
yadan, nüvə-maqnit rezonansından, böyrək biopsiyasından geniş isti-
fadə edirlər. Böyrək xəstəliklərinin dəqiq diaqnozunun qoyulması 
üçün qanın geniş biokimyəvi, hormonal, immunoloji müayinələri apa-
rılır, orqanizmin ferment spektri öyrənilir, müxtəlif infeksion amillərin 
aşkarlanması (viruslar da daxil olmaqla) üçün polimeraz zəncirvari 
reaksiyalardan da istifadə olunur. Böyrək xəstəliklərinin terapiyasında 
müasir müalicə üsullarının – periton dializi, hemodializ, ultrafiltrasiya, 
hemosorbsiya, plazmaferez, limfosorbsiya, böyrək transplantasiyası-
nın istifadəsi  nəticələrinin yaxşılaşmasına səbəb olmuşdur. 
Birinci kitabın (“Böyrək xəstəliklərinin semiotikası və diaqnostika-
sı” Bakı, “Təbib”, 1993) nəşrindən 14 il keçdiyindən bu dövrdə nefro-
logiyada  baş vermiş yeniliklər vəsaitdə təqdim olunmuş, bir çox sahə-
lər yenidən işlənmiş və ya əlavə olunmuşdur.  
Müəllif hər hansı təklif və məsləhətə görə müvafiq mütəxəssislərə 
əvvəlcədən məmnunluq və minnətdarlığını  bəyan edir və  dəyərli 
fikirlərin sonrakı nəşrlərdə nəzərə alınacağını bildirir. 
             
Müəllif 
 
 
 
 

     
I  F Ə S İ L
 
 
 
BÖYRƏKLƏRİN  STRUKTURU  VƏ  FUNKSİYALARI 
 
Böyrəklər insanın strukturca ən mürəkkəb və funksiyasına görə ən 
əhəmiyyətli orqanlarına aiddir. Orqanizmin normal həyat fəaliyyə-
tinin saxlanılmasında onların rolu, əhəmiyyəti  əvəzolunmazdır. 
Böyrəklərin strukturu və funksiyaları bir-biri ilə sıx əlaqəlidir. Ekzo- 
və endogen xarakterli təsirlər nəticəsində böyrəklərin makro- və 
mikrostrukturunun pozğunluqları orqanın funksional qabiliyyətinin 
aşağı düşməsi nəticəsində çox halda həyat ilə uyuşmayan, homeos-
tazın ağır dəyişikliklərinə  səbəb olur. Ona görə böyrəklərin mor-
fologiyası  və histologiyası, summar və parsial funksiyalarının öy-
rənilməsi həmişə və indinin özündə də, anatomların və patoloqoana-
tomların, fizioloq və patofizioloqların diqqət mərkəzində durur.  
Fundamental elmlərin (fizika, biologiya və xüsusən immuno-
logiyanın) nailiyyətlərinin nefrologiyada istifadə edilməsi və yeni 
müayinə üsullarının (böyrəklərin biopsiyası  nəticəsində  əldə olun-
muş böyrək toxumasının elektron mikroskopiyası, histokimyəvi, 
immunoflyuoresent, radioimmun, ultrasonoqrafiya, kompyuter to-
moqrafiyası, nüvə-maqnit rezonansı  və başqa) tətbiqi nəticəsində 
böyrək toxumasının və nefronların histoloji strukturu və ultrastruktu-
ru haqda elmi cəhətdən maraqlı  və praktiki aspektdən mühüm 
məlumatlar  əldə edilmişdir. Bunlar da öz növbəsində daha yüksək 
səviyyədə böyrək fiziologiyasını öyrənməyə, yumaqcıq və kanalcıq 
funksiyalarının incə mexanizmlərinin və onların sidik yaranması 
prosesində iştirakı və orqanizmin daxili mühitinin sabitliyinin təmin 
olunmasında (homeostaz) rolunu aşkar etməyə imkan vermiş, böyrək 
və sidik yollarının xəstəliklərinin daha erkən və dəqiq diaqnozunun 
qoyulmasına səbəb olmuşdur. 
 
5

Bundan başqa  əvvəllər məlum olmayan morfogenezin xüsusiy-
yətlərinin aydınlaşdırılması, birincili və ikincili böyrək xəstə-
liklərində ekskretor və inkretor funksiyaların pozğunluqlarını  aşkar 
etmək imkanı əldə olunmuşdur. 
 
BÖYRƏKLƏRİN  MORFOSTRUKTURU 
VƏ YERLƏŞMƏSİ 
 
Böyrəklər – cüt orqan olub, özünəməxsus görünüşə malik - lobya 
formasındadır. Hər bir böyrəyin yuxarı və aşağı qütbü, medial (iç) və 
lateral (bayır) kənarları, ön və arxa səthləri vardır (şəkil 1). Medial 
kənarın ortasında böyrək qapısı  (hilus renalis) yerləşir, buradan 
orqana böyrək arteriyası, sinirlər daxil olur və orqandan böyrək 
venası, limfa damarları xaric olurlar. Burada həmçinin, böyrək ləyəni 
yerləşir. 
 
 
 
 
Şəkil 1. Böyrəyin quruluşu. 
а – ümumi görünüş; b – boylama kəsik; 1 – qabıq maddə; 
2 – beyin maddə; 3 – böyrək qapısı; 4 – böyrək ləyəni; 
5 – böyrək kasacığı; 6 – sidik axarı. 
 
 
6

 
7
Normal şəxslərdə böyrəklərin uzunluğu 12 sm (11-14 sm),   eni 6 
sm (5-7 sm), qalınlığı 3-4 sm-ə  bərabərdir. Böyrəklərin normal 
ölçülərini bilməklə onların polikistoz, pielonefrit və başqa xəstəliklər 
zamanı (bir, ikitərəfli ) kiçilməsi və ya böyüməsini düzgün təyin 
etmək mümkün olur.  
Hər bir böyrəyin yaşlı insanda çəkisi 150-160 qramdır. Böyrəklər 
peritonarxası sahədə, onurğa sütunun yanında, yuxarı qütbü XII döş 
fəqərəsinin yuxarı  kənarı, aşağı qütbü III bel fəqərəsinin yuxarı 
kənarı  səviyyəsində yerləşir. Sağ böyrək qaraciyər tərəfindən aşağı 
sıxışdığından 1/2  fəqərə  aşağı yerləşə bilər. Böyrəklərin boylama 
oxu fəqərənin oxuna nisbətən çəp yerləşir, belə ki, yuxarı qütblər 
fəqərəyə yaxın, aşağı qütblər uzaq yerləşirlər. Normada vertikal 
vəziyyətdə böyrəklər 1/2 fəqərə hündürlüyü qədər yerini aşağı dəyişə 
bilər. Böyrəklərin peritonarxası sahədə stabil vəziyyəti qarın 
divarının əzələsinin tonusu nəticəsində meydana çıxan qarın boşluğu 
daxilindəki təzyiq nəticəsində  təmin olunur. Böyrəklərin vəziy-
yətinin qorunub saxlanmasında böyrək damarları və böyrəkətrafı piy 
toxumasının da rolu vardır. Qarın boşluğu divarının  əzələlərinin 
tonusunun aşağı düşməsi, böyrəkətrafı toxumanın xeyli azalması, 
böyrək damarlarının uzanması böyrəklərin (bir, ya ikitərəfli) müxtə-
lif dərəcəli sallanmasına səbəb olur. 
Böyrəklərin  üstü sərt birləşdirici toxumadan ibarət kapsula ilə 
örtülmüşdür. Böyrək səthi hamar, qəhvəyi rəngdədir. Kəsikdə böy-
rəyin iki qatı-qabıq və beyin maddəsi ayırd edilir. Bu iki qatın 
arasında qövs arteriyaları  və venaları, limfa damarları  və sinirlər 
keçən birləşdirici toxuma qatı yerləşir. Qabıq maddədə lupa altında 
diqqətlə baxdıqda çoxlu sayda qırmızı  rəngdə nöqtəvari törəmələr- 
böyrək cisimcikləri (corpusculus renis) və ya malpigi cisimcikləri 
(corpuscula Malpighii ) görünür (onları ilk dəfə olaraq kəşf etmiş 
alimin  şərəfinə adlandırılmışdır). Qabıq maddəsinin qalınlığı 7-8- 
mm olur, amma çoxlu yerdə o beyin maddənin dərinliyinə, radial 
yerləşmiş sütunlar şəklində  (columnae renalis)  girir. Axırıncılar 
böyrəyin beyin maddəsini böyrək piramidlərinə (pyramides renalis

bölür ki, bunların da əsası xaricə, zirvəsi daxilə yönəlmişdir. Belə 
piramidlərin sayı hər böyrəkdə 8-18-ə qədər olur. Piramidlərin zirvə-
ləri sərt birləşdirici toxuma futlyarına, kiçik böyrək kasacıqlarına 
(calycex) geyindirilir. Bir kasacıq iki-üç piramidin zirvəsini  əhatə 
edərək məməciyi  əmələ  gətirir və odur ki, kasacığın sayı 
piramidlərin sayından az olur. Hər bir məməciyin səthində  yığıcı 
borucuqların (Bellini kanalcıqları) açıldığı 13-15 dəlik vardır, 
bunlardan sidik  axaraq kiçik kasacıqlara və sonra ləyənə tökülür. 
 
NEFRONUN  QURULUŞU 
 
Böyrəyin əsas struktur-funksional vahidi nefrondur (şəkil 2).  
 
 
 
Şəkil 2. Nefronun quruluşu. 
1 – damar yumaqcığı; 2 – kanalcıqların əsas (proksimal) hissəsi;  
3 – Henle ilgəyinin nazik seqmenti; 
4 – kanalcıqların distal hissəsi; 5 – yığıcı borular. 
 
8

Sağlam insanın hər böyrəyində 1,2  mln  nefron vardır. Hər bir 
nefron böyrək və ya malpigi cisimciyi və kanalcıqdan ibarətdir. 
Böyrək cisimciyi nefronun başlanğıc hissəsi olub yumaqcıq və onu 
örtən kapsuladan (Şumlyanski – Boumen kapsulası) ibarətdir. Yu-
maqcıq (qlomerulus) – damar törəməsi kimi, 50 kapillyar ilgəyindən 
ibarət olub gətirici yumaqcıq arteriolası ilə  (arteriola  glomerulis 
afferens seu vas afferens) başlayır və  çıxarıcı yumaqcıq arteriolası 
(arteriola glomerulis efferens seu vas efferens) ilə qurtarır. Kəsikdə 
Şumlyanski – Boumen kapsulası fincan formasında olub daxilində 
yumaqcıq yerləşir və iki qatdan (daxili və xarici) ibarətdir. 
Yumaqcıq kapsulasının daxili (visseral) qatı (səhfəsi) yumaqcıq 
kapillyarlarının divarına bitişərək və eyni zamanda onların xarici 
(epitelial) qatını təşkil edir (şəkil 3). 
 
 
 
 
Şəkil  3. Yumaqcıq (Malpigi cisimciyinin sxemi). 
1 – yumaqcığın gətirici arteriolası; 2 – yumaqcığın çıxarıcı arteriolası; 
3 – yumaqcığın kapilyar ilgəkləri; 4 – kapsula; 5 – kanalcıq. 
 
9

Kapsulanın xarici (parietal)  qatı daxili vərəqdən bir qədər aralı 
yerləşir və nəticədə onların arasında mikroskopik boşluq- Şumlyanski 
– 
 
Boumen kapsulasının boşluğu  əmələ  gəlir. Bu boşluğa filtrasiyadan 
sonra qan plazmasının duru hissəsi - ultrafiltrat, birincili (preventiv) 
sidik daxil olur. Yumaqcıq kapsulasının boşluğu kanalcığın mənfəzinə, 
kapsulanın xarici qatı 
– 
kanalcıq divarına keçir. Yumaqcığın gətirici və 
çıxarıcı arteriyaları bir-birinin yanında yerləşərək onun qütbünü əmələ 
gətirir və  Şumlyanski – Boumen kapsulası ilə örtülmür. Yumaqcıq 
kapillyarları elə bil bu qütbdən asılmış olur. Hesablamalar göstərir ki, 
hər bir nefronun uzunluğu 30-50 mm olmaqla ümumiyyətlə bütün 
nefronların uzunluğu 25 km, yumaqcıqların filtrasiya səthi 1,5 m
2
-
 
ə 
bərabərdir (şəkil 4). 
 
 
 
Şəkil  4. Böyrək yumaqcığının kapilyar ilgəyinin quruluşunun sxemi. 
1 – kapilyarın mənfəzi; 2 – endoteli; 3 – podosit; 4 – pedikulalar; 
5 – trabekulalar; 6 – bazal membrana. 
 
10

 
11
Elektron mikroskopu ilə müayinə etdikdə böyrək kapillyarlarının 
divarının üç qatdan ibarət olması aydınlaşır. Daxili (endotelial) qat 
endotel hüceyrələrindən ibarətdir, onlar biri-birinə yapışmadıqları 
üçün aralarında 100-150 mµ diametrdə deşiklər  əmələ  gəlir. Endo-
telial qat özünəməxsus xəlbir səfhəni təşkil etdiyi üçün lamina fe-
nestrata adlanır. Normada endotelial hüceyrələr arasındakı sahə 
birləşdirici toxumanın  əsas maddəsi olan və  tərkibinə hialuron 
turşusu daxil olan maddə ilə tutulur. Kapillyar divarının xarici qatı 
epitel hüceyrələrindən – podositlərdən ibarətdir. Podositlərin trabe-
kula adlanan uzun protoplazmatik çıxıntıları vardır, onlardan pediku-
la adlanan perpendikulyar vəziyyətdə çıxıntılar ayrılır. Nəticədə po-
dosit özü və onun trabekulaları birbaşa bazal membrana yapışmır və 
ona pedikula vasitəsi ilə söykənir. Bazal membran ilə podosit, 
trabekula və bir-birinə dolaşan çoxlu pedikula arasında ultramik-
roskopik «podositaltı sahə» əmələ gəlir. Onu submikroskopik süngər 
ilə müqayisə edirlər və belə hesab edilir ki, bu sahə qan plazmasının 
duru hissəsini kapillyar daxilindən kapsula boşluğuna «soraraq» yu-
maqcıq filtrasiyasının baş verməsinə səbəb olur. 
Podositlər,  ən çox pedikulalar, bir-biri ilə fibrilyar struktur ilə 
bağlanırlar və deşiyinin ölçüsü 5-12 mµ olan yarığabənzər diafraq-
manı  əmələ  gətirirlər. Yumaqcıq filtrasiyasında yarığabənzər diaf-
raqmanın çox əhəmiyyətli rolu vardır. Xaricdən o podositlərin qliko-
kaliksi ilə örtülmüş, daxildən isə əsas zarın (bazal membranın) xarici 
qatı ilə sərhədlənir. 
Yumaqcıq kapillyarın divarının orta qatını qalınlığı 250-400 mµ 
olan əsas zar təşkil edir. Üç qatdan ancaq bu qat kapillyarlarda dövr 
edən qanla böyrək yumaqcığı kapsulunun boşluğu arasında fasiləsiz 
baryerdir. Elektron mikroskopiyası zamanı əsas zardan üç qat ayrılır: 
mərkəzi (lamina densa), xarici və ya subepitelial (lamina vara 
externa), daxili və ya subendotelial (lamina vara interna). Onda orta 
radiusu 2,9 ± 1 mµ olan dəliklər vardır.  
Yumaqcıq kapillyar ilgəkləri arasında endotel  (kapillyardaxili) və 
podositlər (kapillyarxarici) hüceyrələrdən başqa mezangial hüceyrə-

lər və ya mezangiositlər yerləşir. Onların sitoplazmasında nazik fib-
rillər vardır və bunların hesabına mezangiositlər təqəllüs edir, bu-
nunla da yumaqcıq filtrasiyasında iştirak edir. Mezangiositlər me-
zangial matriks adlanan amorf maddə ilə  əhatə olunur və bununla 
yumaqcıq kapillyarının divarındakı  əsas zar ilə birləşir və  əsas zar 
maddəsini sintez etmək qabiliyyətinə malikdir. Bundan başqa me-
zangiositlər faqositar qabiliyyətə də malikdirlər (şəkil 5). 
 
 
Şəkil. 5 Mezangiyanın quruluşu. 
1 – mezangiositlər; 2 – mezangial matriks; 3 – endotel; 
4 – bazal membran; 5 – podosit; 6 – podositlərin kiçik çıxıntıları;  
7 – kapilyarın mənfəzi. 
 
12

Nefronun böyrək kanalcığı  şərti olaraq üç əsas hissəyə bölünür: 
proksimal və ya I dərəcəli qıvrım kanalcıq; Henle ilgəyi (nefron 
ilgəyi), distal və ya II dərəcəli qıvrım kanalcıq. Henle ilgəyində yo-
ğun enən seqment, nazik enən və nazik qalxan seqment, yoğun qal-
xan seqment vardır və bu da distal kanalcığa keçir. Axırıncı birləşdi-
rici boru ilə  yığıcı boruya açılır. Yığıcı boru nefrona aid deyil və 
çoxlu birləşdirici borudan sidiyi yığır və piramidin zirvəsində olan 
məməcikdəki dəlik vasitəsi ilə kiçik kasacığa daşıyır. Hər bir ka-
nalcığın uzunluğu 35-50 mm-ə qədər olur. 
Nefronun kanalcığın müxtəlif hissələrində onları içəridən örtən 
epitel hüceyrələri histoloji cəhətdən fərqlənir (şəkil 6).  
 
 
   Şəkil 6. Nefronun müxtəlif şöbəkərinin kanalcıqlarının ultrastrukturu. 
1 – proksimal şöbənin qıvrım hissəsinin hüceyrələri; 2 – proksimal şöbənin düz 
hissəsinin hüceyrələri; 3 – Henle ilgəyinin nazik seqmentinin hüceyrələri; 
4 – distal şöbənin düz (qalxan) hissəsinin hüceyrələri; 
5 – distal söbənin qıvrım hissəsinin hüceyrələri; 
6 – yığıcı boruların və əlaqələndirən şöbənin “tünd” hüceyrələri; 
7 – yığıcı boruların və əlaqələndirən şöbənin “açıq” hüceyrələri. 
 
13

 
14
Proksimal kanalcıq epitelisi kub formasında olub daha mürəkkəb 
quruluşa malikdir. Bu şöbənin epitelisi üçün şotkalı haşiyənin olması 
xarakterikdir. Bunlar ultramikroskopik xov olub, sitoplazmanın bar-
maqvari çıxıntısı kimi hüceyrə membranı və qlikokaliks ilə örtülmüş 
olur. Belə mikroxovların sayı proksimal qıvrım kanalcığın bir epitel 
hüceyrəsində 6500-ə çatır və bunun hesabına da hüceyrənin işçi səthi 
40 dəfə artır. Əgər hər iki böyrəkdə 2,5 mln-ə qədər nefron olduğunu 
nəzərə alsaq onlarda olan şotkalı haşiyənin sahəsi təxminən 40-50 
m
2
-ə bərabər olur. Belə ki, şotkalı haşiyə sidiyin əmələ gəlməsində 
kanalcıq reabsorbsiyası vasitəsi ilə böyük iş görmüş olur. 
Epiteli hüceyrələrinin daxilində kanalcıq reabsorbsiyası və sekresi-
yasını  təmin edən çoxlu sayda mitoxondrilər vardır. Hüceyrə sitop-
lazmasında yüksək aktivliyə malik fermentlər – dehidrogenazalar, 
lipoamid-dehidrogenaza, hidrolazalar və şotkalı haşiyədə – qələvi fos-
tataza, ATF-aza, aminopeptidaza və başqa fermentlər vardır ki, bunlar 
da kanalcıqdaxili mayedən yüksək differensə olunmuş proses kimi, 
qlyukoza, aminturşu, zülal, fosfat və s. qana reabsorbsiya edir. 
Henle ilgəyinin enən seqmentinin yoğun hissəsinin epitelisi birin-
ci dərəcəli qıvrım kanalcıq epitelisi strukturunda olur, amma şotkalı 
haşiyə xovlarının azlığı ilə fərqlənir, olan xovlar da qısadır, kobud-
dur, hüceyrələrdə mitoxondriləri və fermentləri azdır. 
Henle ilgəyinin nazik seqmentinin epitel hüceyrəsi kiçikdir, şot-
kalı haşiyəsi olmur, fermentlərin aktivliyi zəif olur. 
Henle ilgəyinin qalxan hissəsinin yoğun seqmentində  və ikinci 
dərəcəli qıvrım kanalcıqlardakı epitel örtüyü proksimal kanalcıq epi-
telisinə oxşayır, amma şotkalı haşiyələri olmur. Bu hüceyrələrin si-
toplazmasında çoxlu mitoxondri, hüceyrədaxili membran vardır. 
Sitoplazmada hidrolitik, qlikolitik fermentlərin, Krebs tsiklinin fer-
mentlərinin yüksək aktivliyi təyin olunur ki, bu da suyun, natriumun 
və başqa maddələrin fakultativ reabsorbsiyası kimi mürəkkəb funk-
siyaları təmin edir. Distal qıvrım kanalcıqlarda və kortikal yığıcı bo-
rularda iki tip epitel hüceyrələri vardır - əsas və əlavə. Əsas hücey-

 
15
rələrin vəzifəsi aldosteron və ADH-nin təsirinə cavab verməklə bə-
dəndə suyun, natriumun və kaliumun miqdarını tənzim edir.  
 
BÖYRƏKLƏRİN  QAN  DÖVRANI 
 
Bədən çəkisinin 1/200 hissəsini təşkil edən böyrəklərdən bir 
dəqiqə ərzində ürək tərəfindən bədənə vurulan qanın 1/4 hissəsi keçir 
(dəqiqədə 1l və ya gün ərzində 1500 l). Beləliklə, böyrək qan 
təchizatı başqa üzvlərin qan təchizatından xeyli intensivdir. Misal 
üçün, 100 q toxumaya düşən qan dövranı böyrəkdə 430 ml/dəq, 
ürəkdə – 66, qaraciyərdə 57, baş-beyində 53 ml/dəq-dir. 
Böyrək arteriyası  (a.renalis) qarın aortasından ayrılır, nisbətən 
böyük damar olub, diametri 9 mm-ə qədərdir. Böyrək qapısına girən-
dən sonra o bir neçə pay, sonra payarası arteriyalara (aa. Interloba-
res), sonra qövsvari arteriyalara (aa. arcuatae) bölünür ki, bunlar da 
paycıqarası arteriyalara və onun dalınca yumaqcıqların gətirici arte-
riyalarına (vaz afferens) bölünürlər. Gətirici yumaqcıq arteriyası yu-
maqcıq kapsuluna daxil olandan sonra yumaqcıq kapillyarlarına bö-
lünürlər və sonra yenidən birləşərək çıxarıcı arteriyanı (vaz efferens
əmələ gətirirlər. 
Yumaqcıq kapsulundan çıxandan sonra çıxarıcı arteriya yenidən 
kapillyarlara bölünür, proksimal və distal kanalcıqların ətrafında tor 
kimi hörülərək onları qidalandırırlar və həmçinin sidik əmələgətirmə 
prosesində istirak edir. Beləliklə, paycıqarası arteriyalar iki dəfə 
kapillyarlara bölünmüş olurlar. Böyrəklərin kapillyar sisteminin 
prinsipial xüsusiyyəti fərqli olduğu üçün «möcüzəli tor» adı almışdır. 
Payarası arteriyalar bir-biri ilə çoxlu anastomoz vasitəsi ilə birləşirlər 
ki, bunların da mühüm kompensator rolu vardır. Kanalcıqyanı ka-
pillyar torun əmələ  gəlməsində Lyudviq arteriolasının  əhəmiyyətli 
rolu vardır, bu da paycıqarası arteriyadan və ya yumaqcığın qətirici 
arteriyasından ayrılır. Əgər yumaqcıq tələf olursa Lyudviq arteriola-
sının hesabına kanalcıqların ekstraqlomerulyar qan təchizatı  təmin 
olunur. 

 
16
Kanalcıqətrafı arterial kapillyar tor vena kapillyarlarına keçir. 
Onlar da birləşərək böyrəyin fibroz kapsulasının altında yerləşən ul-
duzvari venaları əmələ gətirir. Bu venalardan paycıqarası vena başlan-
ğıc götürür və qövs venalarına, bunlar da payarası arteriyanın yanında 
yerləşən eyni adlı venalara tökülürlər. Payarası venalar birləşərək 
böyrək venalarını əmələ gətirir ki, bu da aşağı boş venaya tökülür. 
J. Truetaya görə böyrəklərdə iki qan dövranı mövcuddur-böyük-
qabıq və kiçik-yukstamedulyar və buna uyğun olaraq iki növ nefron-
qabıq və yukstamedulyar. Normada böyrək qabıq qan dövranı 85-
90%, yukstamedulyar qan dövranı 10-15% təşkil edir. 
Böyrəklərin qabıq qan dövranını payarası arteriyalar və onlar ara-
sındakı anastomozlar, Lyudviq arteriolası, gətirici və çıxarıcı yumaq-
cıq arteriolaları, qabıq nefronların yumaqcıq kapillyarları, kanalcıq-
ətrafı arterial və venoz kapillyarları, payarası venalar təşkil edirlər. 
Böyrəklərin yukstamedulyar qan dövranı payarası arteriyanın və 
venasının proksimal hissələri, yukstamedulyar yumaqcıqların gətirici 
və çıxarıcı arteriolaları, yumaqcıq kapillyarları, piramidlərin (arterial 
və venoz) düz damarlarından ibarətdir.  
Qabıq və yukstamedulyar nefronlar arasında  əhəmiyyətli fərq 
vardır. 
Qabıq nefronların yumaqcıqları qabıq maddədə yerləşir. Gətirici 
arteriolanın diametri çıxarıcı arteriolanın diametrindən 1/3 qədər 
çoxdur.  Henle ilgəyi qısadır, böyrəyin beyin maddəsinə yukstame-
dulyar nefronlarda olduğu kimi çox dərinə getmir.  
Yukstamedulyar nefronların yumaqcığı qabıq maddədə yerləş-
məsinə baxmayaraq, beyin maddə ilə  sərhədə yaxın olur. Bu 
yumaqcıqlarda, kortikal nefronlardan fərqli olaraq, gətirici və 
çıxarıcı arteriolaların diametrləri bərabər olur. Çıxarıcı arteriola 
yumaqcıqdan çıxandan sonra kapillyarlara bölünmür, amma 
piramidlərin zirvəsinə doğru gedərək məməciyə çatana qədər bir 
neçə düz damarlar əmələ gətirir, sonra ilgək əmələ gətirərək bunlar 
geri dönür və qabıq maddəyə artıq venoz kapillyar kimi qayıdır. 
Venoz və arterial düz damarlar, gətirici və  çıxarıcı arteriola 

 
17
arasında çoxlu anastomoz vardır. Yukstamedulyar nefronların 
Henle ilgəyi böyrəyin beyin maddəsinin dərin qatlarına gedir, 
piramidlərin zirvəsinə çatır. Yukstamedulyar nefronların düz 
damarları Henle ilgəyinin enən və qalxan hissələri ilə yanaşı 
yerləşir, bu da böyrəyin  əkshərəkət-dönmə-artma sisteminin 
əhəmiyyətli elementi olub, sidiyin osmotik qatılaşması və durulaş-
ması proseslərində əhəmiyyəli rol oynayır. 
Fizioloji halda böyrək qan dövranının 85-90% böyük dövranla 
(qabıq dövranı), amma bəzi patoloji vəziyyətlərdə qanın  əsas 
hissəsi kiçik və ya qısa dövranla hərəkət edir. Belə halda 
yukstamedulyar qan dövranı özünəməxsus  şunt rolunu görür (bu 
fenomen ilk dəfə  J.  Trueta  tərəfindən açılıb və onun şərəfinə - 
Trueta şuntu adlanır). Bu zaman qanın çox hissəsi qabıq yox, beyin 
maddə ilə  hərəkət edir və  maddənin işemiyası, hətta nekrozu baş 
verə bilər. Bu zaman yukstamedulyar düz damarlar genişlənir və 
venadan axan venoz qan arterial qana bənzəyir. Buna görə 
yukstaqlomerulyar yumaqcıqlar təkcə filtrasiya aparatı yox, həm də 
böyrəyin drenaj sistemi rolunu oynayır.  
 
BÖYRƏYİN  LİMFA  SİSTEMİ 
 
Böyrəklərin  qabıq maddəsində limfa sistemi periqlomerulyar və 
peritubulyar zonadan kiçik kapillyarlarla başlayır. Tədricən böyü-
yərək və birləşərək paycıqarası qövs və payarası limfa damarlarını 
təşkil edir, müvafiq arteriya və vena damarlarının yanında yerləşir. 
Böyrək qapısı nahiyəsində böyük limfa damarı əmələ gətirir, bu da 
aortayanı limfa düyünlərinə tökülür. Limfa damarları beyin mad-
dədə qabıq maddəyə nisbətən azdır, onlar düz arteriya və vena boyu 
yerləşir, sonra birləşərək böyük limfa damarı  şəklində qövs limfa 
damarlarına tökülürlər. 
Böyrək limfa damarları paycıqarası, qövs, payarası arteriya və 
venalarla birlikdə birləşdirici toxuma yatağında yerləşir, bir damar 
dəstəsi əmələ gətirirlər. Böyrək limfa sistemi interstisial toxuma ilə 

 
18
birlikdə reabsorbsiyada iştirak edən ikinci həlqədir. Bu funksiyanın 
pozulması böyrək toxumasının ödeminə  və hipoksiyasına səbəb 
olur, kanalcıq epitelisinin distrofiyasına, zülalın kanalcıqda reab-
sorbsiyasının pozulmasına, proteinuriyanın peyda olmasına və 
sonda böyrək toxumasının sklerozuna səbəb olur.  
 
BÖYRƏKLƏRİN  İNNERVASİYASI 

Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə