MƏMMƏdov qəRİb xəLİlov mahmud


Dənizə çirkli gətirmələrin atılması –



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə31/75
tarix04.05.2017
ölçüsü4,78 Mb.
1   ...   27   28   29   30   31   32   33   34   ...   75

Dənizə çirkli gətirmələrin atılması – əsasən çay mənsəblərində yerləşən limanların torpaqtəmizləmə iş-

ləri tələb olunur. Bu çoxlu miqdarda gətirmələrin qarışmasına səbəb olur. Təmiz gətirmələrin qarışması xüsusi 

ekoloji ziyan vurmur. Lakin qazılıb atılan materialın bir hissəsi (10 %-ə qədəri) ağır metallarla, neft məhsulları, 

biogen və xlor-üzvi birləşmələrlə çirklənmiş olur. Neva, Yekatirinovka deltalarının axınları suyun dibində topla-

nan 1 ton qum və lilin tərkibində 40 kq –a qədər qurğuşun toplanır.  



Sənaye tullantıları və təmizləyici qurğuların çöküntülərinin dənizə atılması da xüsusi problem sayılır. Bu 

maddələr olduqca zəhərli ola bilər. Belə maddələrin dənizə atılması olduqca təhlükəlidir.  

Qabarma və ləpədöyən zolaqda və dəniz səthində plastik zibillərin yayılması da ayrıca özünəməxsus prob-

lem hesab olunur. Hətta açıq dənizdə də belə zibillərə rast gəlinir, bura müxtəlif qablamalar, müxtəlif əşyalar, 

sintetik plyonkalar, plasmas torlar, butulkalar və s. daxildir. Belə zibillər praktiki olaraq çürüməyə məruz qal-

mır, su üzərində və çimərliklərdə uzun müddət qalır.  

1950-1992-ci illərdə Sovet İttifaqı tərəfindən Buzlu Şimal okeanı sularında aktivlik cəmi 2,5 milyon kyürü 

olan nüvə tullantıları, 15 reaktor, «Lenin» atom  buzqıranının quraşdırılması, 13 qəzaya uğramış sualtı gəmilərin 

reaktorları basdırılmışdır.  

Böyük Britaniya tərəfindən İrlandiya dənizində, Fransa tərəfində isə Şimal dənizində radioaktiv tullantılar 

basdırıldı. Buradan çirkləndiricilər Barens dənizinə keçir.  

Bəzi dəniz məməli heyvanları və quşları plastik zibilləri udduqda pis hala düşür, bəzən isə məhv olur.  



 

186


 

Dünya okeanı fiziki çirklənməyə də (radioaktiv və istilik çirklənməsinə) məruz qalır. Radioaktiv məhsul-



lar Okeana nüvə silahlarının sınaqdan keçirildiyi, həcminin xüsusi kanteynerlərdə radioaktiv tullantıların atılma-

sı və onların zədələnməsi zamanı baş verərək suda olduqca geniş əraziləri əhatə edir. Mikroneziyada 50-ci illər-

də 50-dən artıq nüvə partlayışı keçirilmişdir. Minə yaxın ada, öldürücü radiasiya təsirinə məruz qalmışdır.  

Plasmas məmulatlar gəmiçilik üçün ciddi təhlükə yaradır. Onlar gəmilərin avar vintlərinə dolaşaraq çox 

vaxt onların qəzasına səbəb olur. Onlar bir çox təkrar olunmaz flora və faunanın məhvinə, ada sakinlərinin qor-

xulu xəstəliklərinə səbəb olmuşdur. Hələ indiyə qədər burada anormal uşaqlar doğulur, onların çoxu doğulduq-

dan sonra tez bir vaxtda ölür.  

Okeanın istilik çirklənməsi də təhlükəlidir. Elektrik stansiyaları və digər mənbələrdən atılan isti sular sahil-

yanı ekosistemlərin ekoloji tarazlığını ciddi surətdə pozur. Alimlərin hesablamalarına görə hər 8-10 il müddətin-

də okeana atılan isti suların miqdarı iki dəfə artır. 

- Okeanın ən zərərli kimyəvi çirkləndiriciləri neft və neft məhsulları hesab olunur. Hər il dəniz və okeanlara 

6...10 milyon ton neft daxil olur. Sular ən çox tankerlər və sualtı qazma işləri zamanı neftin sızması nəticəsində 

çirklənir. Dünya okeanının antropogen çirklənməsinin təxminən yarısı gəmiçiliyin payına düşür.  

1973-1984-cü illər arasında ABŞ-da ətraf mühitin qorunması və energetika institutu suyun neftlə çirklən-

məsinin 12000 hadisəsini qeydə almışdır. 1977-ci ildə axıdılan neftin ümumi miqdarı 8,2 milyon hallon (1 hal-

lon 3,8 litrdir), 1985-ci ildə isə 21,5 milyon ton təşkil etmişdir. 1970-1982-ci illər ərzində dünyada 169 böyük 

tanker qəzası və 17000 2-ci dərəcəli neftin axması qeydə alınmışdır. 

Ən böyük ekoloji fəlakət gəmilərin qəzası zamanı tankerlərdən axan neftlə  əlaqədardır. «Amoko-Kadis» 

tankerinin Fransanın sahilləri yanında batması nəticəsində 220 min ton neft okeana buraxılmasıdır (1978-ci il-

də). 


 

 

 



1989-cu ildə «Ekson-Valdes» tankerinin yolundan çıxması zamanı Alyaskada Prins-Uilliam körfəzində deşilməsi nə-

ticəsində 39 min ton neft axmış və 550 km sahilyanı ərazinin çirklənməsinə səbəb olmuşdur.  

«Naxodka» adlı Rusiya tankeri Yapon dənizində 1997-ci il yanvarın 2-də fırtına zamanı parçalanıb suyun 

dibinə batdı. Dənizə 5 min ton mazut tökülərək Yaponiyanın baş adası sayılan Xonsyunun sahil ərazisinin bö-

yük hissəsinin çirklənməsinə səbəb oldu. Balıq və diğər dəniz məhsullarına olduqca böyük ziyan dəydi, Yaponi-

yanın mühüm istirahət zonasının çimərlikləri çirklənməyə məruz qaldı. Qeyd etmək lazımdır ki, belə qəzalar hər 

il dəfələrlə baş verir. 

Dəniz və okeanların neftlə çirklənməsi balıqçılıq, turizm və digər fəaliyyət sahələrinə böyük iqtisadi ziyan 

yetirir. Yalnız 1 ton neft dənizin 12 km

sahəsini örtür. Suyun səthində neft pərdəsi (təbəqəsi) bütün fiziki-kim-



yəvi prosesləri dəyişir: suyun səthinin temperaturu yüksəlir, qaz mübadiləsi pisləşir, balıqlar köçür və ya məhv 

olur. Suyun dibinə çökən neft uzun müddət bütün canlılara ziyan verir. 

Neft və neft məhsulları bütün canlı orqanizmlərə və bioloji zəncirin bütün həlqələrinə öldürücü təsir göstərir. Dəniz 

və okeanların səthindəki neft pərdəsi okean və atmosfer arasında olan enerji, istilik, rütubətlik və qaz mübadiləsini poza 

bilər. Son nəticədə okeanın səthindəki neft təbəqəsi okeanda fiziki-kimyəvi və hidroloji şəraitə, həm də Yerin iqliminə 

və atmosferdəki oksigen balansına təsir göstərə bilər.  

Neftlə çirklənmə  dənizlərin bioloji tarazlığına böyük zərbə vurur. Neft ləkələri günəş  şüalarını buraxmır, 

suda oksigenin dəyişməsini ləngidir. Bunun nəticəsində  dənizdə yaşayan canlıların  əsas qida məhsulu olan 

planktonun çoxalmasını dayandırır. 

Neftin həll olan komponentləri çox zəhərlidir. Onlar əksəriyyət hallarda balıqların, dəniz  quşlarının ölümü-

nə səbəb olur, dəniz heyvanlarının ətinin dad keyfiyyətinə mənfi təsir göstərir. Əgər mayalanmış balıq kürüsünü 

olduqca az qatılıqlı neft məhsulları olan akvariuma yerləşdirsək onların rüşeymlərinin (embrionlar) çoxusu 

məhv olacaq, salamat qalanları isə eybəcər şəkil alacaqdır. 


 

187


Okean suyunun səthində neftin olduqca nazik qatı tozsoranın sücgəci kimi bir çox çirkləndirici maddələri 

özündə tutub saxlayır. Neft pərdəsində pestisidlər, ağır metalların ionları – toksikantlar toplanaraq canlıların hə-

yatına böyük təhlükə yaradır. 

 



Dünyada pestisidlərin istehsalı ildə 200 min tona çatır. Onların nisbətən kimyəvi davamlılığı, həmçinin 

yayılma xarakteri böyük həcmdə dəniz və okeanlara daxil olmasına şərait yaratmışdır. Suda daim xlor üzvi mad-

dələrin toplanması insanların həyatı üçün ciddi təhlükə yaradır. 

Pestisidlər Baltik, Şimal, İrlandiya dənizlərinin müxtəlif rayonlarında, Biskay körfəzində, İngiltərə, İslandi-

ya, Portuqaliya və İspaniyanın qərb sahillərində aşkar edilmişdir. DDt və heksaxloran Antarktidada istifadə edil-

mədiyinə baxmayaraq çoxlu miqdarda suitilərin və antarktika pinqvinlərinin qaraciyər və piylərində tapılmışdır. 

DDt və digər xlor üzvi maddələr atmosfer havasının asılı kalloid hissəciklərində toplana və ya aerozolların dam-

la hissəcikləri ilə birləşərək uzaq məsafələrə aparıla bilər. Bu maddələrin Antarktidada aşkar olunması ABŞ və 

Kanadada onların intensiv istifadə edilməsi ilə əlaqədar okeanın çirklənməsidir. Okean suları vasitəsilə zəhərli 

kimyəvi maddələr Antarktidaya qədər gəlib çatır. 



 

10.4. Dəniz sahillərinin və  

daxili dənizlərin ekoloji problemləri 

Dəniz sahilləri antropogen  təzyiqlərə daha çox məruz qalan və bu təzyiqlər durmadan artan şəraitdə quru, 

okean və atmosferin qarşılıqlı əlaqədə olan Yer səthinin bir hissəsidir. Bu üç geosferin qarşılıqlı əlaqəsi nisbətən 

enli olmayan zonası olmaqla, həm də spesifik sahilyanı təbii təsərrüfat sistemi fəaliyyət göstərən enli zolaqdır. 

Dəniz sahilboyu ərazi dedikdə adətən şərti olaraq dəniz səviyyəsindən 200 m-ə qədər izogips və dəniz sə-

viyyəsindən 200 m qədər izobat arasındakı ərazi başa düşülür. Dəniz sahilboyu təbii-təsərrüfat sistemi – ekosfe-

rin olduqca mühüm komponenti olub həm dünya təsərrüfatına, həm də qlobal təbii proseslərə təsir göstərir.  

 



200 m ilə + 200 m arasında yerləşən dəniz sahili zonası aşağıdakı əsas xüsusiyyətlərilə seçilərək ekos-

ferdəki olduqca mühüm rolunu göstərir. 

 

Bu zonada dünya əhalisinin 60%-ə qədəri yaşayır; 



 

Bu, Yer səthinin 18%-ni təşkil edir; 



 

Burada dünya əhalisinin 2/3 –si yaşayır (1,7 milyard); 



 

Burada dünyanın ilkin bioloji məhsulunun 25%-ə qədəri formalaşır. 



-Dünyada ovlanan balığın 90%-ə  qədəri bura düşür. Sahil zonası Dünya okeanının  cəmi 8%-ni tutur və 

onun həcmi 0,5%-ə qədər təşkil edir. Lakin burada okeanın bioloji məhsulunun 18-33%-i formalaşır. Sahil zo-

nası çayların gətirmə axınlarının çirkləndirici maddələrlə birlikdə 75-90%-ni qəbul edir (udur). Burada dünyada-

kı müasir yumşaq (ovulan) çöküntülərin 90%-i akkymulyasiya olunur. Burada həmçinin karbon qazının qlobal 

tsiklinin aktiv hissəsindən ayrılan üzvi maddələrin 80%-i toplanır. 

Yuxarıdakı məlumatlar sahil zonasının mühüm ümumdünya əhəmiyyəti olduğunu göstərir.  

İqlimin dəyişməsilə əlaqədar okeanın səviyyəsinin qalxmasının sahilyanı zolağa təsiri aşağıdakı kimi göstə-

rilir; 


 

Dənizin çoxillik orta səviyyəsinin qalxması nəticəsində bir başa su basan zonalar; 



 

Sahillərin dağılması nəticəsində sahil xəttinin geri çəkilməsinin ölçüsü; 



 

Fırtına vaxtı su basan zona. 



Dünya okanının səviyyəsinin 2100-cü  ilə qədər 20-86 sm, orta hesabla 50 sm qalxması gözlənilir. Bu isə 

sahilyanı zonaya arzu olunmaz təsir göstərəcəkdir. Artıq XX əsr dövründə suyun səviyyəsinin qalxması dünya-

nın qum  sahillərinin 70%-i dağılma vəziyyətindədir. 

Sahilyanı ekosistemlər bioloji müxtəlifliyi baxımından dünyada ən zəngin ekosistemlərdən olub dünya sa-

hillərinin demək olar ki, yarası dağılmaq, hətta məhv olmaq təhlükəsi   qarşısındadır. 

Daxili dənizlərin rejimi Dünya okeanı ilə su mübadiləsinin yavaş getməsilə fərqlənir. Daxili dənizlərin xü-

susiyyətləri bu su sututarların hövzələrinin geniş ərazilərində gedən proseslərdən çox asılıdır. Daxili dənizlərə 

çoxlu çay sularının axması, onların morfoloji xüsüsiyyətləri ilə əlaqədar Dünya okeanı ilə zəif su mübadiləsinin 

yaranması daxili dənizlərin sularının okean sularına nisbətən 2-3 dəfə aşağı duzluluğuna səbəb olur. Çay suları 

ilə sutoplayıcılardan çirkləndiricilərin gətirilməsi daxili dənizlərin ekoloji vəziyyətinə ciddi təsir göstərir. Onlar 

bütün akvatoriyasında, xüsusilə sahilyanı zonada getdikcə artan antropogen yükə məruz qalır. 

 

10.5. Dəniz və okeanların qorunması 

1954-cü ildə Londonda Beynəlxalq konfrans keçirilərək dəniz mühitini çirklənmədən qorumaq üzrə 

dövlətlər qarşısında razılaşdırılmış məqsəd qoydu. Bəşəriyyət tarixində ilk dəfə Beynəlxalq hüquqi sənəd qəbul 

edilərək dövlətlər dəniz mühitini qorumağı öhdələrinə götürdülər. Dənizləri neftlə çirklənmədən qorumaq üzrə 

1954-cü il Beynəlxalq konvensiya BMT tərəfindən qeydə alındı. 

Dünya okeanının qorunması haqqında sonrakı fikir (qayğı) öz ifadəsini 1958-ci ildə BMT–in Cenevrədə də-

niz hüququ üzrə keçirdiyi I Beynəlxalq konfransının 4 konvensiyasında öz ifadəsini tapdı: açıq dəniz haqqında; 

ərazi dənizi və ona bitişik zona haqqında; kontinental şelf haqqında; balıqçılıq və dənizin canlı resurslarının qo-



 

188


runması haqqında. Bu konvensiyalar dəniz hüququnun prinsipləri və normalarını hüquqi baxımdan möhkəmlət-

di. 


Açıq dəniz dedikdə nə ərazi dənizinə və nə də istənilən dövlətin daxili sularına aid olmayan dənizin bütün 

hissəsi başa düşülür. Açıq dəniz haqqında Cenevrə konvensiyası dəniz mühitini çirklənmədən qorumaq məqsə-

dilə dəniz mühitini neftlə, radioaktiv tullantılarla və digər zərərli maddələrlə çirklənməsinin qadağan olunması 

və həyata keçirilməsi üzrə hər bir ölkənin qarşısında qanunlar işləyib hazırlamaq vəzifəsini irəli sürdü. 

Beynəlxalq Konvensiyalar dəniz mühitinin çirklənməsinin qarşısını almaqda müəyyən rol oynadı.1973-cü 

ildə Londonda dənizin çirklənməsinin qarşısını almaq üzrə Beynəlxalq Konfrans çağrıldı. Konfrans gəmilərin 

suyu çirkləndirməsinin qarşısını almaq üzrə Beynəlxalq Konvensiya qəbul etdi. 1973-cü ilin konvensiyası dəni-

zin yalnız neftlə deyil, həm də digər zərərli maye maddələrlə, həmçinin tullantılarla (çirkab suları, gəmilərin zi-

bili və s.) çirklənməsinin qarşısını almaq üzrə tədbirlər nəzərdə tutur. Konvensiyaya əsasən hər bir gəminin ser-

tifikatı – vəsiqəsi olmalıdır. Bu vəsiqədə gəmilərin gövdəsi, mexanizmləri və başqa təchizatının saz vəziyyətdə 

olmasını və dənizi  çirkləndirmədiyi göstərilir. 

Sertifikata əsasən gəminin limana daxil olması inspeksiya tərəfindən yoxlanılır. Xüsusi rayonlarda (bura həmçinin 

Baltik və Qara dəniz aiddir) tankerlərdən neftli suların dənizə axıdılması tamamilə qadağan olunur. Bütün nəqliyyat gə-

miləri atılan suları təmizləyən qurğularla təchiz olunur, tankerlər neft qalıqları dənizə axıdılmadan yuyulur. Gəmidə çir-

kab, o cümlədən təsərrüfat –məişət sularını təmizləmək və zərərsizləşdirmək üçün elektrokimyəvi qurğular yaradılmış-

dır.  

Sahil - təmizləyici qurğular gəmilərdən düşən işlənmiş suları çirkabdan yalnız təmizləmir, həm də min ton-



larla nefti regenerasiya (bərpa) edir. 

Gəmilərdə  şlamları, tullantıları və zibilləri təmizləmək üçün qurğular qoyulur. 

Quru yüklərin yanacaq sisternlərini yumaq üçün üzən təmizləyici stansiyalar yaradılır. Quruluşuna görə on-

lar samovar və tozsoran olan kombaynı xatırladır. İki qazanlı böyük suqızdırıcı qurğu suyu 80-90

C qızdırır, na-



soslar isə onu tankerə çəkir. Çirkli su yuyulmuş neftlə birlikdə yenidən təmizləyici stansiyaya daxil olaraq üç 

kaskadlı çökdürücüdən keçir. 

Liman akvatoriyasını  təsadüfi düşən neft çirkləndiricilərindən sistematik təmizləmək üçün üzən nefttopla-

yıcılarından tstifadə olunur. NSM –4 nefttoplayıcısı limandan 10 dəniz mili məsafədə sahil boyu və açıq dəniz 

reydlərində dəniz dalğasının gücü 3 bal, küləyin gücü 4 bal olduqda dəniz suyunu təmizləmə qabiliyyətinə ma-

likdir.  

Yaponiyada dənizdə iri neft ləkələrini qısa müddətdə təmizləyən nadir texnologiya hazırlanmış və təcrübə-

dən keçirilmişdir. «Kansay- Sanqe» korparasiyası əsas komponenti xüsusi hazırlanmış düyü qabığı olan ASWW 

reaktivi buraxmışdır. Bu preparat su səthi üzərində səpələnmiş neft ləkələrini yarım saat ərzində özünə soraraq 

onu qatı kütləyə çevirir. Su üzərindən həmin kütlə adi torla yığılır. 

Amerika alimləri Atlantik okeanda suya dağılmış nefti təmizləmək üçün orijinal üsul tapmışlar. Neft plyon-

kasının altına müəyyən dərinlikdə keramik lövhə buraxılır. Ona akustik qurğu birləşdirilir. Vibrasiyanın təsiri 

altında neft qalın qatla əvvəlcə lövhə qoyulan yerə toplanır, sonra isə su ilə qarışaraq fəvvarə vurur. Lövhənin 

altına qoyulmuş yüksək gərginlikli elektrik cərəyanı fəvvarəni alışdırır və neft tam yanır. Əgər akustik qurğunun 

gücü kifayət qədər deyilsə neft ancaq bərk kütləyə çevrilir və mexaniki yolla sudan kənarlaşdırılır. 

Sahilyanı suların səthindən yağ ləkələrini kənarlaşdırmaq üçün ABŞ alimləri yağ hissəciklərini özünə çəkən 

polipropilen modifikasiyasını yaratmışlar. 

1982-ci ildə BMT –nin ekspert qrupu çirklənmənin hansı növləri ilə mübarizə aparılmasını müəyyənləşdirdi. 

Bu siyahıda neft, ağır metallar və radioaktiv maddələr birinci sırada durur. Hazırki dövrə qədər neftlə çirklən-

məyə qarşı bir çox tədbirlər işlənib hazırlanmışdır. 

 Neft 

ləkələri sahildən uzaqda və az miqdarda olarsa öz-özünə təmizlənə bilər. 



Nefti çökdürmək üçün işlənən metodlardan biri neft ləkələrinə tabaşir tozu tökülür, bu zaman tabaşir nefti 

özünə çəkir və suya batır. Bu metod problemi həll etmir. Belə ki, neft  suyun dibində qalaraq okeanın dərin su 

biotasını zəhərləyir. 

Qeyd edək ki, Dünya okeanında elə orqanizmlər yaşayır ki, onlar özünə məxsus «Sanitar» rolunu oynayaraq, 

suyu təmizləyir. Belə ki, molyusklar qida tapdıqda, suyu özünün qəlsəmə quruluşundan keçirərək süzür. Alimlə-

rin hesablamalarına görə ölçüsü 2 sm olan hər bir dəniz molyuskası (midiya) sutka ərzində özündən 12 litr təmiz 

su keçirir. Okeanın biofiltratının təmizlədiyi suyun ümumi həcmi 100 km

3

  təşkil edir. Ehtimal ki, çirklənməyə 



qarşı istiqamətlərdən biri belə «Sanitar» növlərin sayını artırmaqdır.  

Lakin Okeanın mühafizəsi və  səmərəli istifadəsi məsələsinin həllinin  əsasının qarşısında 3 təxirəsalınmaz 

məsələ durur: 

1)

 



Okeanın bütövlüyü təsərrüfat fəaliyyətinin effektiv qlobal rejiminin tənzimlənməsini tələb edir. 

2)

 



 Bir çox regional dənizlərin resuslarını ayrı-ayrı dövlətlərin istismar etməsi resurslarından istifadənin regi-

onal nizamlanmasının müəyyən öhdəçiliklərini tələb edir. 

3)

 

Okean üçün quru mənbələrdən ciddi təhlükənin olması effektiv milli fəaliyyət tələb edir.   



 

189


Lakin neftlə çirklənməni tam aradan qaldırmaq üzrə effektiv üsulların axtarışında bir çox nailiyyətlər  əldə 

olunmağına baxmayaraq bu problemin həlli haqqında danışmaq hələ tezdir. Çirklənməni təmizləməkdə yalnız 

ən effektiv metodların tətbiqi ilə dəniz və okeanların təmizliyini təmin etmək mümkün deyil. Çirklənmənin qar-

şısının alınması kimi mühüm vəzifəni bu işdə marağı olan bütün ölkələrin birgə səyi lazımdır.  



 

10.6. Xəzər dənizinin ekoloji problemləri 

 

10.6.1. Ümumi səciyyəsi 

 

Xəzər dənizi Yer kürəsinin ən böyük gölü olub, geniş materik depressiyasında yerləşmiş qapalı su tutarıdır. 



Hazırda Xəzərin 6500-6700 km-lik (adalarla birlikdə 7000 km) sahil xəttində beş dövlət yerləşmişdir. Bu öl-

kələrdə sahil xəttinin uzunluğu aşağıdakı kimidir: Azərbaycan Respublikası- 825, Qazaxstan-2320, İran İslam 

Respublikası – 900, Rusiya Federasiyası – 695, Türkmənistan –1200 km. 

Meridian boyunca Xəzər dənizinin uzunluğu 1200 km-ə yaxındır, orta eni – 310 km, ən böyük eni 435 km, 

ən kiçik eni 195 km-dir. Hazırda dənizin səviyyəsi Dünya Okeanı səviyyəsindən 27,3 m aşağıdır. Dənizin bu sə-

viyyəsində onun səthinin sahəsi 392600 km

2

, sularının həcmi isə 78648 km



3

-dir, bu həcm Yer kürəsindəki ümu-

mi göl su ehtiyatının 44%-ni təşkil edir. (Məmmədov 2001). 

 

Cədvəl 10.1. 

Xəzərin əsas morfometrik elementləri 

 

Hissə 

Səthin sahəsi, 

min km


Suyun həcmi 

min km



Ən dərin 



yeri 

Şimal 

104,6 0,49 

2,0 

Orta 138,2 



26,75 

788 


Cənub 149,8 

51,40 


1025 

Dəniz, 


bütövlükdə 

392,6 78,64  1025 

 

 

Xəzərin suyiğma hövzəsi 3,1-dən 3,5 min km



2

-ə qədərdir, bu ərazi dünyada olan qapalı su hövzələrinin 10%-

ni təşkil edərək şimaldan cənuba 2500 km uzanır, eni isə qərbdən şərqə 1000 km-ə yaxındır. 9 dövlətin (Azər-

baycan, Qazaxstan, İran, Gürcüstan, Ermənistan, Özbəkistan, Rusiya, Türkiyə) ərazisi bütövlüklə və ya qismən 

bu hövzəyə daxildir. 

Xəzərdə müxtəlif böyüklükdə ümumi sahəsi 350 km

2

-ə bərabər olan 50-ə qədər ada vardır. Adaların bir qis-



mi Bakı və Abşeron arxipelaqlarında birləşmişdir.  

Xəzər dənizi on böyük körfəzə malikdir: Komsomolets, Manqışlaq, Qazax, Qara-Boğaz-Göl, Türkmənbaşı, 

Türkmən, Qızıl-ağac, Həştərxan və Qızlar, Xəzərin İran sahilində iki böyük körfəzi var: Çirkən və Ənzəli. (keç-

miş Pəhləvi)  

Xəzər dənizinə 130-dan çox çay axır. Onlardan doqquzu delta xarakterlidir (cədvəl 10.2). 

Volqa Xəzərə tökülən ən böyük çay sayılır. Səth axınları hüdudlarında bu çayın suyığma hövzəsinin sahəsi 

min km

2

- dir. (Məmmədov, 2001). 



 

190


Cədvəl 10.2. 

 

Xəzərin iri çaylarının səciyyəsi (Məmmədov, 2001) 

 

 

 

Çayın adı 

Del


tas

ın

ın ad



ı 

 

 



Su axımı, km

 



Gətirmələrin axımı, 

mln. ton 

Deltanın baş-

lanğıcında  

Dənizdə Deltanın baş-

lanğıcında 

D

ə-

niz-



də  

Ural 500 

7,00  6,60 

2,7 


2,7 

Volqa 18000 

243,00  233,00 

14,0 


6,0 

Terek 8900 

8,90 

8,40 15,1 



11,9 

Sulak 70 

4,40 

4,00 13,2 



1,6 

Samur 80 1,63 

1,63 4,7 

Kür 204 



7,80  15,309 

39,7  17,1 

Səfidrud 1800 4,67 

3,93  31,0 

31,0 

Xaraz 315 



0,96 

0,67 2,4 

1,7 

Görgənrud 630  0,49 



0,39 

3,1 


2,5 

 

Xəzərin əsas limanları: Bakı (ən böyüyü), Türkmənbaşı, Həştərxan, Mahaçqala, Aktan, Atırau, Bəndər-Ən-



zəli, Nouşəhər. 

 

10.6.2. Xəzər dənizinin ekoloji vəziyyəti 

Bu bölmə tanınmış su mikrobioloqu – ekoloq M.Ə.Salmanovun (1999) Azərbaycanın çaylarının və  Xəzər 

dənizinin çirklənməsi və ekoloji durumu üzrə uzun illər boyu apardığı tədqiqatların nəticələri əsasında yazılmış-

dır. Apardığı tədqiqatlara əsaslanaraq müəllif qeyd edir ki, planetimizdə Xəzər dənizi qədər amansız ekoloji 

depressiyaya məruz qalan başqa sututar tapmaq çətindir.  

Hələ 1940-50-60-cı illərdə Xəzər dənizində aparılan 10 minlərlə məxvi seysmik partlayışlar (hər biri 10 kq-

dan 1,5 ton çəkisi olan trotil «şaşkilər»), Cənubi Xəzərin açıq hissəsində və başqa sahələrdə xüsusi hərbi poli-

qonlarda sınaqdan keçirilən raketlər Xəzər dənizinin altını üstünə çevirmiş, xoşbəxtlikdən o, bu günki günə kimi 

«salamat» qalmışdır. 

M.Ə.Salmanovun 1961-ci ildə apardığı müşahidələr zamanı müəyyən edilmişdir ki, 70 kq çəkisi olan partla-

yıcının partladılması  nəticəsində partlayışın epimərkəzində 85-100 m radiusunda ixtiofauna tamamilə  məhv 

olur, onun 60 %-i dənizin dibinə çökür, plankton həyat qabiliyyətini itirir, su, yanma məhsulunun terrigen hissə-

cikləri ilə zənginləşir, dib çöküntüləri şumlanır (qarışır) və su bulanaraq şəffaflığı azalır, epimərkəzində pH 3-4 

göstərici aşağı düşür. 

Xəzər dənizinin azsulu və dolusulu dövrləri olmuşdur, lakin 1940-cı ilə qədər onun bioloji məhsuldarlığı həmi-

şə yüksək olmuşdur, fauna-flora özünün sabit keyfiyyət vəziyyətini saxlamışdır. 

Xəzər dənizinin ekoloji vəziyyətinin dəyişməsində  dənizin səviyyəsinin tərəddüdü və çirklənməsi  əsas rol 

oynayır. Qlobal miqyasda isə Xəzərin dəyişməsi dənizin və onun hövzəsinin çirklənməsinin artması nəticəsində 

baş vermişdir. M.Ə.Salmanovun (1999) qeyd etdiyi kimi Xəzərin çirklənməsi barədə olduqca çoxlu məlumatlar 

mövcuddur, bu məsələ ilə yüzlərlə mütəxəssislər məşğul olmuş, onlarla simpozium, konfranslarda müzakirə 

olunmuş, ən yüksək səviyyədə qərarlar qəbul edilmişdir. Xəzərin təmiz saxlanmasının vacibliyi bütün xəzəryanı 

dövlətlər tərəfindən təsdiq edilsə də o, yenə də həmişə olduğu kimi çirklənməkdə davam edir. 

Xəzərin çirklənməsində başlıca yeri neft və neft məhsulları, sonrakı yeri isə kimyəvi çirklənmə tutur.  

Hazırda Xəzərə tökülən çaylar dənizi üzvi maddələrlə, biogen elementlərlə də zənginləşdirir. Apardığı tədqi-

qatlara əsaslanaraq M.Ə.Salmanov (1999) belə nəticəyə gəlir ki, Xəzərin ekosistemlərinin sabitliyini bərpa et-

mək üçün çayların axınına sanitar nəzarət ən mühüm tədbirlərdən biri sayılmalıdır. Tədqiqatçının Volqa, Kür, 

Ural və Terek çaylarında apardığı kompleks tədqiqatlar göstərdi ki, hazırda bu çaylarda özünütəmizləmə proses-

ləri hər yerdə pozulmuşdur.  

Xəzər dənizinin çoxkomponentli çirklənməsi bir çox sənaye obyektləri növlərinin məskunlaşdığı mühitin sa-

nitar- gigiyena vəziyyətinin dəyişməsinə təsir göstərən amil olmuşdur. Qiymətli balıq növlərinin kütləvi qırılma-

sı adi hadisəyə çevrilmişdir. 

1   ...   27   28   29   30   31   32   33   34   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə