Mexaniki dalğalar başa düşülür. Səs mənbəyindən



Yüklə 444,28 Kb.
səhifə1/34
tarix20.11.2023
ölçüsü444,28 Kb.
#163246
  1   2   3   4   5   6   7   8   9   ...   34
KOMMUTASİYA-SİSTEMLƏRİ-MÜHAZİRƏLƏR




SƏS SAHƏSİ VƏ ONUN XARAKTERİSKALARI

Səs dedikdə, maddi elastik mühitdə (qazlarda, bərk cisimlərdə və mayelərdə) yayılan və qulaq tərəfindən qəbul edilən mexaniki dalğalar başa düşülür.


Səs mənbəyindən daxil olan və sonradan fiziki mühitlə yəni hava ilə yayılan mexaniki dalğalar ətraf fiziki mühiti məcburi rəqsə gətirir və nəticədə növbəti hava qatına çataraq, onu da rəqs etməyə məcbur edir. Təsvir edilən proses o vaxta qədər davam edir ki, ətraf mühitin akustik müqavimətinin aradan qaldırılması üçün mexaniki dalğaların enerjisi zəifləmiş olsun. Bundan sonra mexaniki dalğaların ətraf mühütdə yayılma prosesi dayanır.
Səsin fiziki mühitlə yayılarsa bu prosesi səs dalğaları, səsin yayıldığı mühit isə səs sahəsi adlanır.
Səs dalğalarının parametrləri

Ən sadə səs dalğaları harmonik və ya sinusoidal formalı dalğalardır. Bütün dalğalar tezlik, period yəni dövr və anplituda kimi üç əsas parametrlə xarakterizə olunur.


Rəqs - rəqs edən cismin tarazılıq vəziyyətindən hər iki tərəfə meyl etməsi prosesi nəzərdə tutulur.
Səs dalğalarının tezliyi dedikdə, rəqs edən cismin bir saniyə ərzindəki rəqslərinin sayı nəzərdə tutulur. Tezliyin ölçü vahidi Hersdir.
Rəqs dalğalarının periodu bir saata harmonik rəqsin davametmə müddəti başa düşülür. Rəks dalğalarının tezliyi artdıqca onun təkrar olunma periodu azalır.
Səs dalğalarının amplitudu dedikdə, rəqs edən cismin ilkin nöqtədən ən uzaqda yerləşən nöqtəsinə qədər olan məsafəsi başa düşülür.
Aşağıdakı şəkildə mürəkkəb və sadə səs rəqslərinin nümunləri göstərilmişdir.



Səs dalğasının digər parametrləri

Səsin hündürlüyü yəni səviyyəsi, gurluğu və tembridir.


Səsin növləri və onların tezlik diapazonları

Əsas səs dalğaları növləri və tezliyinə görə, kişi və qadın səsləri olmaqla, aşağıdakı kimi tezlik diapazonunu əhatə edir:


Bas 80- 320 hers
Bariton 100- 400hers
Tenor 130-480 hers
Kontralto. 160- 600 hers
Soprano 250- 1200hers
İnsan qulağının ən görkəmli xüsusiyyətlərindən biri qəbul edilən səs dalğalarinin tezlik diapazonudur.
İnsan qulağı tərəfindən hiss edilən ən minimal səsin intensivliyiən güclü eşitdiyi səsin intensivliyi isə 10 -12 vt/m2 –dır
İkinci halda insan qulağı dəhşətli ağrılarhiss edir, qulaq pərdəsi zədələnir və qulaq pərdəsi ağrıya dözməyərək, kar olur.
Beləliklə məlun olur ki, insan qulağı intensivlikləri biri – birindən 10 trilyon dəfə fərqlənən səsləri seçmə qabiliyyətinə malikdir. Xüsusi ilə insan qulağının həssaslığı heyranedicidir. Qulaq təzyiqi 3.107 paskal, amplitudu isə santimetrin milyonda birinə malik su damcısını hiss edir.

Yüklə 444,28 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin