Mövzusunda magistr dissertasiyasi Ixtisasin şifri və adi: 060643 – “Çoxişlənən malların texnologiyası mühəndisliyi”


Geyim detallarinin həddən artiq ölçülərinin olmasi nəticəsində yaranan qüsurlar



Yüklə 321,53 Kb.
səhifə2/3
tarix17.04.2017
ölçüsü321,53 Kb.
1   2   3

2.2 Geyim detallarinin həddən artiq ölçülərinin olmasi nəticəsində yaranan qüsurlar

Kürəyin arxadan dəstək, onurğa hissənin düz parça ilə örtülməsi tez tez yumşaq gərginliksiz üfüqi qırışların yaranmasına səbəb olur. Bu geniş yayılmış geyim qüsurunun yaran səbəbi -kişi geyimlərində ki arxada əmələ gələn qüsurlu üfüqi qırışların aradan qaldırılması üçün düzgün olmayan yanaşmadan irəli gəlir. Məmulatın orta hissəsinin uzadılması hesabına ,yan hissədəki nisbi uzunluğu qismən qısaldılmış - kürəyin orta hissəsində həm artıq uzunluğun ,həm də kürəyin yuxarı hissəsində üfüqi qırışların yaranmasına gətirib çıxarır. Arxalıqda müəyyən detalın həddən artıq uzunluğu məmulatda özünü müxtəlif cür büruzə verir.Bu da arxa hissənin eninin müəyyən səviyyəsindən asılıdır. Aşağıya doğru enlənən məhsullarda həddən artıq uzunluğun olması,onun aşağı hissədən bədənə daha sıx oturmasına səbəb olur. Siluete daha sıx oturan məhsullarda uzunluğun artıq olması zamanı parça dartılır və büzüşür,incə qatlanmalar lazımı səviyyədən yuxarıda yaranır.Üfüqi qatlanmaların formalaşması üçün zəruru şərt –parçanın aşağı sallanmasına qarşı yaranan qüvvələrin mövcudluğudur. Göstərilən qüsurların aradan qaldırılması üçün ilk növbədə , detalların genişləndirilməsi, daha sonra qüsurun yarandığı yerdə detalın uzunluğunun tənzimlənməsi lazımdır.

Yuxarı kəsiklərin dar hissəsində detalın uzadılması parçanın şaquli əyilməsinə gətirib cıxarır.Qüsurun yaranma səbəbini aradan qaldırmaq üçün qatlanmaların və ya qırışların formal görünüşünü yaratmaq kifayət deyil, həm də parçada fəaliyyət göstərən qüvvələrin istiqamətini və tətbiq nöqtəsi müəyyən edilməlidi.(şəkil 2.17,2.18)

Məhsulda itirilmiş tarazlığın bərpası üçün detalın uzaldılması və qısaldılmasını kəmiyyəti təsdiqlənmiş sapların aşağı salınması və qaldırılması kəmiyyətinə bərabər olmalıdı.Unutmayaqki, dəqiqləşdirilmiş yuxarı kəsik sahələrin müəyyənləşdirmək üçün paltarın yuxarı hissəsindəki əsas sapların əyilməsi nəzərə alınmalıdı.Dəqiqləşmiş (kökləmə) saplarının pis göründüyü məhsullarda detalı tarazlaşdırmaq üçün dəqiqliyi daha az olan üsuldan qatlanmaların çəkilməsi üsulundan istifadə edilir.

Qadın geyminin üst hissəsində yaranan yumşaq sərbəst üfüqi qatlamalarin səbəbi bədənin ekstemal nöqtələr səviyyəsində detalın sıxılıb uzadılması ilə bağlıdır ,bu hissələr qarın ,sinə və yan hissələrdir. Karkaslı kişi geyimlərində bu tip qüsurların olması ehtimalı azdır.Bu qırışlar məhsul bədənin səthi ilə tam təmasda olmayanda, bədənə oturmayan hissələrdə yaranır. Əgər məhsulun boyun hissəsinin bədənlə təması pozularsa bu zaman məhsulun kənarları müəyyən olunmuş vəziyyətdən uzaqlaşır və qüsur yaranır.Əgər düymələr bağlı olarsa bu zaman ön hissədəki artıq uzunluq qatlanmaya və ya qırışa çevrilir.

Qolda sərbəst üfüqi qırışların yaranmasına səbəb qolun üst kəsiklərində lazım olmayan əsassız uzatmaların nəticəsidir.Dirsək kəsiklərinin uzadılması qolun dirsək aşırımında üfüqi qırışların yaranmasına gətirır.Qol yuxarı yarım hissəyə doğru burulur .Əyriliklər qolun yuxarı hissəsində qol kəsiyinin enli olması səbəbindən də yarana bilir.



http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image039.gif 

Şəkil 2.17. Yuxarı hissənin üfüqi qatlamaları



http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image041.gif

Səkil 2.18.Bədən geyiminin ön hissəsindəki sərbəst üfüqi qatlamalar.



http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image043.gif

Şəkil 2.19 .Qolda sərbəst üfüqi qırışlar.



Yaxalıqda sərbəst üfüqi qatlamalar(qırışlar)

Yaxalıqda sərbəst üfüqi qırışların yaranmasına səbəb boyunluğun hündürlüyünün artıq olması,onun darlaşdırılması və aşağı hissələrin genişləndirilməsi ola bilər.Bəzən bu qırışlar dekarativ şəkildə olur,və onlardan qadın paltarlaını bəzəmək üçün istifadə edirlər.Bu zaman yaxanın detallarının bicimində əsas sapların düzgün istiqaməti müəyyənləşdirilməlidir və parçanın xüsusiyyəti nəzərə alınmalıdır.

Bütöv bicimli paltarlara nisbətən ətək və şalvarlarda bədənə oturma məqsədilə əlavə qatlanmaların sayı az olduğundan,belin kəmər nayihəsində sərbəst üfüqi qırışların yaranması üçün şərait yoxdur.Bu qüsurlar şalvarda kəmərin yan səthlərində ön və arxa tikişlərində görünür. (şəkil 2. 19,2.20)

Sərbəst şaquli qırışların yaranmasına səbəb kürək enində parçanin artıq olmasıdır.Qüsur özünü ,detalın normadan böyuk olması bədənə oturmaması şəklində də təzahür edir.Əgər kürək hissədə gözəl forma saxlanılarsa , arxa tikişlərdə ,qoldiblərindəki boşluq qusur sayılmaz.Əksinə əllərin hərəkəti üçün daha yaxşı şərait yaradılmış olar,amma o şərtlə ki,yuxarıda qeyd etdiyimiz kimi arxa hissədə gözəl forma saxlanılsın.(şəkil 2.21)

Karkas astarlı kişi geyimlərində bu qüsurun olması mümkün deyil.çünki, detalın nəzərə çarpaçaq dərəcədə böyük bicimi , sadəcə geyimin böyük formada olmasına gətirib cıxarır. Bu zaman qırışlar yaranmır(şəkil 2.22)

Qolda sərbəst şaquli qırışlar detalın eni normadan artıq olanda qolun üç nöqtələrində, qol detallarında həddən artıq əsassız qabarıq formalarda genişlənmələr və kəsimlər nəticəsində yaranır. Qüsur genişlənmiş hissədə incə şaquli qırışlar şəklində ,təpə nöqtələrinin əks istiqamətində özunu büruzə verir. (şəkil 2.23)

Şalvarın qabaq yarım hisəsində sərbəst qatlamalar ,detalların əsassız genişlənməsi zamanı görünür. Şalvarın Qabaq yarım hissənin daxilində olan qırışlar ,qabaq hissənn tikişlərində görünür.Səbəb qabaq yarım hissədə detalın enində yol verilən nöqsanlardır.(şəkil 2. 24)

Şalvarın arxa yarım hissəsində sərbəst üfüqi qırışlar yan vəorta tikişlərdə gözə çarpır.Şalvarın yan tikişlərində qırışların əmələ gəlməsi,yan kəsiyini həddən artıq əyri olması,yan kəsiklərin orta kəsiklərə doğru sürüşməsindən irəli gəlir. (şəkil 2.25)

Ətəkdə şaquli sərbəst qırışlar arxa tikişə yaxın yan hissədə yaranır.yaranma səbəbi detalların qabarıq səkildə kəsimidir.ətəklərdə xüsusi ölçmələrdən istifadə etmək lazımdır.çunki qadınlarda aşağı ətrafların forması müxtəlif olur. (şəkil 2.26)


 http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image045.gif http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image047.gif

Şəkil 2.20 .Kəmər məhsullarında sərbəst üfüqi qatlamalar(qırışlar)


http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image049.gif
Şəkil 2.21.Arxalıqda sərbəst üfüqi qatlamalar (qırışlar)
http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image051.gif

Şəkil 2.22.Ön hissədə sərbəst şaquli qatlamalar(qırışlar)



http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image053.gif

Şəkil 2. 23.qolda sərbəst şaquli qatlamalar(qırışlar)



http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image055.gif
Şəkil 2. 24.Şalvarın ön yarım hissəsində sərbəst qatlamalar(qırışlar)

Bu növ qüsuru xarakterizə edərkən,məhsul bədənin səthini tam əhatə edir, yalnız kürəyin aşağı hissəsində simmetrik qırışlar,kürəyin qolalti istiqamətində,qırısların çox dərin olmadığı yerdə, arxanın orta tikşinin yuxarı hissəsinə meyilli istiqamətində qüsurlar müşahidə olunur. (şəkil 2. 27)

Göstərilən qüsurun yaranma səbəbini araşdıraq:

1. Məhsulun düzgün müəyyən edilməməsindən balansın pozulmasına səbəb arxanın yan hissəsindəki uzunluğun həmin detalın orta hissəsinin uzunluğuna nisbətən çox olmasıdır.

2. Digər səbəb məhsulun uyğun bədən quruluş tipinə geyindirilməməsi ola bilər,məsələn daha dar çiyinli bədənə malik insan.

Yaranma səbəblərini göz önündə tutaraq qüsurun aradan qaldırılması yollarına baxaq.Birinci halda qüsur ümumi sxem üzrə korrekte edilir : qatlanmaların müəyyənləşdirilməsi, yardımçı nümunələri (model) yaratmaq ,istehsal hissələrini kəsmək və s.

Ikinci halda əgər insanın çiyinləri ensizdirsə, bu zaman çiyinlikdən istifadə edilməlidi,əgər çiyinlik varsa ,qane etmirsə çiyinliyin qalınlığını artırmaq olar.

http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image057.gif

Şəkil 2.25 Şalvarın arxa yarım hissəsində sərbəst şaquli qırışlar



http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image059.gif
Şəkil 2.26 Ətəkdə sərbəst şaquli qatlanmalar(qırışlar)
http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image061.gif

Şəkil 2.27 Arxa kəsimlərdə maili qatlamalar



http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image063.gif

Şəkil 2.28 Yan tikişlərdə maili qırışlar

Bu cür qüsurlu paltar geyinmis insana el arasında adətən belə deyirik : “Elə bil asılqana paltar geyindirmisən” məmulatın mərkəzinə doğru simmetrik qırışlar,kürəyin orta tikişinin yuxarı hissələrinə doğru yaranan qırışlar və s.Qusurun yaranmasına səbəb o ola bilərki,ətək nəzərdə tutulmuş insana geyindirilməyib, geyinən insanın bədən formasına uyğun deyil.Məsələn dar ,ensiz çiyinə malik bədən quruluşlu insan geyinərsə bu qüsur yaranar.Bə yaxud arxa və yanların uzunluğunun düzgün layihələndirilməməsi və düzgün biçilməməsi zamanı bu qusur yarana bilər.(şəkil 2.28)

Qüsur yan tikişlərdə başlayır və bel kəmərinin arxa hissəsidə orta tikişlərə doğru davam edir.Bu zaman kifayət qədər geniş qırışlar yaranır.Arxanın orta kəsimində bu qırışlar itir.Bir qayda olaraq bu cür qüsurlu geyimlər bədənin bud nayihəsidə kip şəkildə oturur.Səbəb kürəyin yan hissələrini orta hissələrinə nisbətən uzun olmasıdır.(şəkil 2.29)

Manikenə və ya insan geyindirilmış geyimdə bel xəttinin üstündə kürərin orta tikişində meyilli qırışlar nəzərə çarpır.Səbəb kürəyin orta kəsik uzunluğunun yan kəsik uzunluğuna nisbətdə duzgun biçilməməsidir.Bəzən düzgün biçilmiş geyimdədə bu qüsura rast gəlinir. Həmin geyim düz qamətli cox iri çiyinli bədən formasına malik insan tərəfindən geyindikdə də bu qüsur muşahidə olunur(şəkil 2.30)

Qüsur çox mürəkkəbdir.insanin əynində olan geyimdəki bu qüsur nəticəsində arxadan boyuna olan təzyiq insanda da narahatcılıq yaradır.Bu zaman gərginlik boyunluqdan ,kürəyin orta tikiş xəttindən başlayaraq aşağıya doğru qırış şəklində nəzərə çarpır.Qüsurun səbəbi biçilmə zamanı kurəyin orta kəsiyinə nisbətən boyunluğun gərəksiz enli və uzun olmasıdır.Amma bəzən düzgün biçilmıs geyimi, qisa gövdəyə və hündür ciyinlərə malik bədən quruluşlu insan geyindiyi zamanıda bu qusura rast gəlinir.Qusuru aradan qaldırmaq ücün nümunə ölcmə zamanı yaranan qüsuru sancaqla düzəltmək daha sınra aradan qaldırmaq lazımdır. (şəkil 2.31)



http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image067.gif
Şəkil 2.29 Bel xəttinin arxasındakı maili qatlamalar

http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image069.gif
Şəkil 2.30 Kürəyin orta tikişinə meyilli qırışlar
http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image071.gif

Şəkil 2.31 Kürəyin orta tikiş xəttindən başlayan və çiyin tikişinə meyilli qırışlar



http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image074.gif
Şəkil 2.32 Boyunlugun yuxarı yarım hissəsində gərginlik
Bu catışmazığı hələ ilk ölçmələrdə və ya hazır məhsulda görmək mümkündür.Çiyin hissəsinə yaxın olan sahədə , boyunlug xətlərində maili gərgin qırışlar yaranır. Materialın deformasiyaya ugraması xarakterinə gorə detalın dartilma istiqamətini müəyyən etmək olar.Çiyin kəsiyindən qol kəsiyinə dogru yönələn qirişlar görunur.(şəkil 2.32)

Qusur- maili qirişlar şəklində qoldibinin yan tikişlərindən başlayaraq bel xətti səviyyəsində məmulatın boyunluguna dogru istiqamətdə mailli qırışlar şəklində özünü büruzə verir.Bu zaman yan kəsiyə dogru kifayət qədər sərbəst və dərin qirişlar yaranır.Boyunluq hissədəki maili qırışlar yoxa cıxır.Qırışın xarakterinin nəzərə alaraq beə qənaətə gəlmək olar ki , qusurun yaranma səbəbi bogazlıgin yan hissəsində detalın uzunlugun orta hissəsinə nisbətdə cox olmasıdır.Düzgün bicilmiş geyimdə bu qusura , həmin geyimi ciyinləri aşagı və ensiz olan bədən formasına malik insan geyinəndə də rast gəlmək olaq.(şəkil 2.33)

Qusur ilk baxışda ön hissədən çiyinə sıx oturmuş ,amma qol altı kəsiklərdə kicik qırışlar şəklində nəzərə carpır.Bu halda nöqsanın səbəbiqol yerinin uzunluğun kifayət qədər olmamasıdır. Nöqsanı aradan qaldırmaq üçün qol yerinin kəsiyini uzatmaq lazımdır.(şəkil 2.34)

Manekenə və insana geyindirilmış geyimdə bu qusur boyun xəttindən yan tikişə qarşı yönələn qırışların gərginliyi ilə özunu buruzə verir.Bu qırışlar müəyyən hissədə yaranır və onlar yerini dəyişmir.Umumiyyətlə gərgin qırışlar - detalın kifayət qədər eninin və uzununun olmaması nəticəsində yaranır.(şəkil 2.35)



http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image076.gif

Şəkil 2.33 Qoldibindən mailli qatlamalar



http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image078.gif

Şəkil 2. 34 Qol kəsiklərinin gərginliyi


http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image080.gif

Şəkil 2.35 Boyun xəttindən yan tikis istiqamətində yönələn qırışların gərginliyi



http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image082.gif

Şəkil 2.36. Bel hissəsinin kəsimlərində maili qirişlar

Manekenə və ya insana geyindirilmiş geyimdə bu qusur bel kəsimlərində daha dərin sərbəst maili qırışlar səklində görunur,yuxarı yan tikişlər hissəsinədə isə getdikcə qusur gözdən itir.Qusurun səbəbi bicim zamanı ön və arxa balansın gözlənilməməsidir.Yəni detalın orta hissəsinin boyu yan hissələrə nəzərən uzun olmasıdır. Bu qusur bəzən düzgun bicilmiş geyimdədə özünü büruzə verir. (şəkil 2.36)

Ciyindən aşagı qoldıbındə maili qirişların yaranma şəkli aşagıdıkı kimidir.Qoldibinin ust hissəsinin ən hundur zirvə nöqtəsindən müxtəlıf istiqamətlərə simmetrik səkıldə yönələn maili qırışlardır.Bu qırışların müəyyən istiqaməti vardır,onların istiqamət vəziyyəyini istənilən kimi idəyişdirmək qeyri mümkündür.Qırışların gərginliyinin yaranma səbəbi məmulatın quruluşuna nəzərən qol dibi,qol yerı kəsiminin ,lazımı qədər hündür və ya uzun olmamasıdır.Bəzən bu qusur qısa qoldibi qusuru adlanır.(şəkil 2.37.)

İnsan və ya manekenə geyindirilmiş məhsulda bu qüsur bir çox xirda maili qırıslar səklində aşkarlanır,onlar qolun orta xəttinə simmetrik şəkildə yerləşir ,bədənin çiyin nöqtəsi istiqamətində yönəlmiş olur.Bu qırışlar bərkidildiyi üçün hərəkət edə bilmir.Qırışların gərginlik xüsusiyyətlərini nəzərə alraq,onların yaranma səbəblərini aradan qaldırmaga çalışaq.Yada salaq ki, reqlan qolların konstruksiyası xüsusi iki tikişlı (yəni yuxarı sap və aşağı sap) çertyoj,ülgi əsasında aparılir.Qüsurun səbəblərindən biri reqlan qolun yuxarı kəsimində uzunluğun düzgün seçilməməsidi.Reqlan qollarin üst hissəsin ele kəsilməlidiki,çiyin hissəsinın kəsimi məsafə baxımından daha genış olmalıdı,Qoldibinin kəsimi düzgün aparilarsa.qüsur aradan qalxar.(şəkil 2.38)

Tikilmiş qoldibi qolun dirsək aşırımı sahəsində orta və aşağı hissələrinə təzyiq edir.Bu cox genış yayilmış qüsurdur. Bu qüsur insan əllərini sərbəst səkildə yanına salarkən nəzərə carpır.(şəkil 2.39)

 

http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image084.gif

Şəkil 2.37. Qolun üst hissəsinin maili qırışları





http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image086.gif

Şəkil 38 .Reqlan biçimli qollarin maili qırışları


http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image088.gif
Şəkil 2.39 Qolun dirsək hissəsinin gərgin maili qatalanmaları(qırışları)
http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image090.gif
Şəkil 2.40.Qolun ön hissəsinin gərgin maili qatlanmaları(qırışları)

http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image092.gif
Şəkil 2.41 .Şalvarın addım tikişlərindəki maili qatlanmalar(qırışlar)
http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image094.gif
Şəkil 42.Şalvarın yan tikişlərinə meyilli qırışlar.

Bu qüsurlar şalvar şəxs tərəfindən geyinildiyi zaman nəzərə çarpır.Yan tikişlərin yuxarısıda hər tərəfdən öndən arxadan sagdan və soldan aydin nəzərə çarpan sərbəst meylli qırışlar yaranır.Onlar şalvarın hər iki yarisindakı orta və qabaq tikişın yuxari hissəniə dogru yönəlir.Yaranan qatlamalarsərbəst xarakterlidirlər,yəni hərəkət edirlər.(şəkil 2.42)

Yaranma səbəbi:Şalvarın yan kəsimlərinin dilim kəsimlərinə nisbətdə artıq uzantinin olmasıdır.

Nöqsanı aradan qaldırmaq üçün üfüqi qatlanmani, sancaq ilə tutdurulması tövsiyə olunur .sonra isə,qabaq kəsiyin önə və orta kəsiyin arxa kəsiy xətlə cəmləyərək mail qırışların dərinliyini azaldiriq. Sonra sancaqlar olmadan məhsulun koməkçi şablonu hazırlanır. Hissələrin kağız üzərində yeni konturları qeyd edilir.Şablon kəsilir və onun üzərində şalvarın ön və arxa hissəsi yenidən biçilir

İnsan eynində olan məhsulda bu qusur özünü aşağıdakışəkildə biruzə verir: Yəni,detalın yuxarı hissələrində yaranan qüvvələrin dartılması nəticəsində maili gərgin qatlar şəklində şalvarın orta və ön aşağı tikiçindən yuxarı yan tikişinə qədər qirisların olması və onlarin istiqaməti gostərirki, bu istiqamətdə olan detalların eni kifayət qədər deyil. Bu qusur kəsik cib kisəsi formalı şalvarlarda daha qabarıq nəzərə carpır. O vaxt cib əlavə qüvvələrin təsiri altında sanki açılır.Yan kəsim hissəsi bu zaman qırışır, onun astarı görünür.Qeyd etmək lazımdır ki, bəzən cibləri duzgun bicilmiş şalvarda da bu qusura rasr gəlinir. Belə bir qüsuru boyuk bədən qurulusuna malik olan insanin oz olcüsünə uygun olmayan şalvar geyindikdə da ola bilər(şəkil 2.43)Qusuru aradan qaldirmaq ücün salvarın ön yarım hissəsində üst və yan tikişlərinin kuclərində uzatmalar etmək lazimdir.Bu qusurlar insanın əynində olan ətəyinaşagıdan yuxarıya dogru ,ön və arxa orta kəsiklərindən yan hissələrə yönələn maili qırışlarlar şəklində nəzərə carpır.Ətək bu qusur nəticəsındə sanki yuxarı dartılır. Bu qusur detalların yalnız birində özünü büruzə verə bılər.qusurun yaranma səbəbi parcanın ön və arxa detallararının uzunlugunun az olması , ətəyin orta və yan hissəsinin uzunlugunun düzgün hesablanmamasıdır.(şəkil 2.45)

http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image096.gif

Səkil 2.43. Şalvarın qabaq yarim hissəsinin yan tikişlərində yaranan maili gərgin qarsaqlarin qüsuru.



http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image098.gif
Şəkil 2.44.Ətəyin yanındakı maili katlanmalar

http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image100.gif

Şəkil 2.45. Ətəyin ortasında maili qırışlar.



http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image102.gif
Şəkil 46.Kürəyin yan kəsim hissələrində künc qırışları

İnsanın bədən formaları ilə geyim səthi arasındakı uyğunsuzluq.

İnsanın bədən formaları ilə geyim səthi arasındakı uyğunsuzluq başqa nöqsanlardan xüsusi ilə ona görə fərqlənir ki, düz material və qatlanmayan səthlər arasında dəyişikliklər baş verir. Qatlanmayan səthi təyin etməyin sadə üsilu vardır.Yalnız düz sahədə yaranan düz xətlər qatlana bilər.Düzxətli sahədə əmələgələn iki qonşu çəp xətlər qatlana bilməz. Düz müstəvidə birbirinə yaxın xətlər o zaman qatlana bilər ki, ya kəsişməli,ya da paralel olmalıdır.

İnsanın bədən quruluşunu öyrənən zaman bel,çiyin,bud,sinə nahiyələrində ikili əyriliklər müşahidə etmək olar.Burada ixtiyari xətt ancaq səthə bir nöqtə ilə toxuna bilər. Düz materialın belə səthlə toxunması ,ancaq kiçik bir sahələrdə deformasiya zamanı materilaın sıxılması və gərilməsi zamanı baş verə bilər. Geyimin insan Bədəninə sıx oturan ekstremal nöqtələrin bir birinə nəzərən yerlərinin dəyişməsinə inkan vermək olmaz. Cünki bu zaman geyim forması ilə bədən forması arasında uygunsuzluq yaranar.(şəkil 2.46)

http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image104.gif

Şəkil 2.47 İnsanın bədən forması və geyimin çiyin hissəsi arasındakı uyğunsuzluğu

http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image106.gif
Şəkil 2.48.Qarın nahiyəsində qabarıqlıqın kifayət qədər olmaması

 

http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image108.gif



Şəkil 2.49. Döş nahiyəsində az qabarıqlıq

http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image110.gif
Şəkil 2.50 Kəmər hissəsinin yan ətraf nahiyələrində künc büzmələri
http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image112.gif
Şəkil 2.51. Şalvarın arxa yarımhissəsinin künc büzmə qüsurları

Digər hisssələrə nibətən arxanın qısa olması həmin məhsulun bir cox yerində nöqsanlara gətirib cıxarır.Yaxalıq arxadan boyundan aşagı cəkilir,qolaltından kurəklərə dogru kunc əyrilikləri yaranır,arxanin orta tikisi büzülür,yan tikislər arxaya dogru dartılır ,orta hissə aşagı sallanır.Məhsulun yuxarı hissəsindəki dartılmalar, kürəyin qabarma nöqtələrinə dogru yönəlır,həmcinin aşagı hissələr isə spiral səklində burulur.(şəkil 2.52)

Arxa hissənin uzadilması- boyunluq altinda kondələn qırışların əmələ gəlməsinə səbəb olur. Kurəyin yuxarı hissələri sallanır, aşagı hissələr isə spiral səklində on yarım hissələrə dogru qalxır.(şəkil 2.53)

Qisa bortun geyimin balansina göstərdiyi təsir uzun arxalıgın göstərdiyi təsir kimidir. Bu zaman nöqsanlar arxa tərəfdən kurək hissəsidə daha cox nəzərə carpır. Nöqsanları aradan qaldirmaq ucun optimal olcusu olan arxa hissəni qisaltmaqdansa bortu uzatmaq məqsədəuygundur.(şəkil 2.54)

Uzun bort qüsuru qisa arxalıgın yaratdigi qüsur kimidir. Lakin bu zaman geyim balansınin pozulması duzgun ölcudə biçilmiş arxalıga gorə deyil ,borta görə olur. Ona gorə arxalıq uzərində duzəlişə ehtiyac yoxdur, bortun konstruksiyası üzərində düzəliş aparmaq lazımdır.( şəkil 2.55)

Bu qusur zamanı dirsək tikişi qolun daxili tərəfinə dogru yerini dəyişir,qolun on açırım hissəsi isə aşagı dogru darlaşır. Daxilə dogru qatlanan qollarda bu o qədərdə nəzərə carpmır. Əyrilikləri düzəltdikdən sonra aşirmaları duzgun bərpa etdikdə qusur aradan qalxır.(şəkil 2.56)

Bu qüsurun ilkin əlmətləri qolun ön aşırımında eninə əyriliklərin yaranması vəqolun dirsək asırımında gərilmənin dartılmanın yaranması şəklində olur.(şəkil 2.57)

Digər qüsurlardan fərqli olaraq bu qusur istehlakcı tərəfindən o qədər də nəzərə carpmır. Cunki məisətdə əl hərəkətlərinin əksəriyyəti önə yönəlmış vəziyyətdədir. Bu qusur dirsək aşırımı tərəfindən, ön aşirımdakı gərginlik səklində görunur.(şəkil 2.58)

Qusurun zahiri təzahürü qüsuru ön yarım hissədə üfüqi qatları və şalvarının arxa hissəsində çəkilmələri üçün təhsillə bağlıdır. Kütlə məmulatları bud-çanaq kəmər arxa hissəsində cəmlənmişdir. Şalvarın ətəyi dabana dogru yerini dəyişir ,bu da şalvar ətəyində enin qusuru səklində görünür(şəkil 2.59)

Şalvarının bu konstruktiv çatışmazlıgı ayaqlarda azadhərəkətı yaratsada, lakin məmulatların kürək tərəfdən xarici görünüşünü pisləşirdirir. Qüsur, xüsusilə arxa yarım hissədə omba üzərində uzunluq boyu və üfüqi qatlar şəklində üzə çıxır.



http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image114.gif
şəkil 2.52 Arxanın qısalıgı qusuru

http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image116.gif
Şəkil 2.53Uzun arxalıq qüsüru

http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image118.gif
Şəkil 2.54.Qısa bort
http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image120.gif

Şəkil 2.55.Uzun bort



http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image122.gif

Şəkil 2.56.Qolun burulması


http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image124.gif

Şəkil 2.57.Qolun arxaya yönəlməsi


http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image126.gif

Şəkil 2.58.Qolun önə yönəlməsi


http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image128.gif

Şəkil 2.59. Şalvarın ön yarım hissələrinin uzantı qusuru


http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image134.gif

 
http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image130.gif


Şəkil 2.60.   Şalvarın arxa yarım kəsiyinin uzadılması


Aşağıda şalvar pəncənin ön hissəsinə doğru yerini dəyişirlər. Qüsur aşagı ətrafları hamar olan şəxslərdə daha çox üzə çıxır.

Şalvarının arxa yarım hissəsində üfüqi qırışlar qoymaqla bütün hissələri taraz vəziyyətə qaytarmaqla balansın tənzimlənməsi mumkündür. Qüsurun az nəzərə carpması ücün yaxud da arxa yarım hissəni qısaldılmaqla, ön yarım hissəni uzatmaqla və ya eyni zamanda hər iki yarım hissəni bel xəttindən şalvarının dizindəki xəttinə qədər dəyişdirilməsi lazımdır.(şəkil 2.60)



Dinamik uygunsuzluq qüsuru

VI qrup qüsurlarda nəzərəçarpacaq xarici təzahürlər yoxdur, amma insan hərəkət zamanı aşkarlanır. Məsələn, artıq dərin qol yeri - əl hərəkəti çətinləşdir , şalvarının qabaq kəsiklərinin artıq uzunluğu isə yalnız ayaqları hərəkət zamanı üzə çıxır.Bədənlə dinamik uygunluluq məmulata bel, sinə, omba hissələrə edilən əlavələrdən asılıdır. Bu artımın dinamikası və möhkəmliyi materialın elastikliyini nəzərə almaqla və insan geyimində bədəninin ölçüləri nəzərə alınmaqla hesablanmalıdır. Məmulatda dinamik uygunluluq xarakteristikasını yaxşılaşdırmaq ucun yaranan nöqsaları geyim məmulatlarının müvəqqəti ölcmə zamanı aradan qaldırılması lazımdır.Bu nöqsanları aradan qaldırmaq üçün geyim detallarını yenidən düzəltmək lazım gəlir kı, bu da bəzən məmulatların sıxılmasına və qısaldılmasına gətirib çıxarır.

Qüsurun yaranma səbəbi həddən artiq dərin qol dibi və ensiz qolların olmasıdır.qolun arxaya yönələrək tikilməsi və qol dibinin körəyin arxa tərəfinə dögru yerini dəyişməsidir. Qüsurun yaranma səbəblərinin araçdirilması yeni qusurların onların yeri ,yaranması haqqında bizə məlumar verir. Dərin qol dib həm də materialın aşağı yan hissələrinin yuxarı qalxmasına səbəb olur. Qol dibinin yerdəyişməsi kürək hissəsində üfüqi dartilmaya səbəbolur. Düzəlişlər yaranan qüsurların aradan qaldırılması ilə aparılır(şəkil 2.63)

Ayaqlarını hərəkətinə cətinlik yaradan təsir şalvarının qabağının alınması üçün arxa yarım hissə ön yarım şalvarının qatları və eninə çəkmələri şəklində özünü göstərir. u



http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image134.gif

http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image132.gif
Şəkil 2.61. Şalvarın ön yarım kəsiyinin uzadılması

http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image134.gif


Şəkil 2.62. Şalvarın ön yarısının yan tikişlərinin uzanması
http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image136.gif
Şəkil 2.63.Əlin qalxması zamanı çətinliklər
zədəni səbəb ola biləcək kifayət qədər uzunluğu orta kəsiyi arxa yarım dənə ön kəsiyi uzunluğuna artıq yanında şalvarının ola bilər.

Şalvarının qüsuru düzəltmək üçün detalların yan kəsilişində dayaq səthinə şalvarının nöqtə ətrafında dönmə yolu tövsiyə olunur. Orta tikişi yerdəyişməsi zirvələri orta kəsiyi uzadılması ilə yanaşı yarım arxa kəsiyi шагового hissəsinin eninin artmasına gətirib çıxarır. Yerdəyişmə zirvəsinə yan kəsiyi yarım qabaq onun əyri yeri artırır ki, kəsiyə ön qatları həcmini azaldır.(şəkil 2.64)

7.Konstruktiv nöqtələrin dəyişməsi nəticəsində əmələ gələn qüsurlar.

Layijələndirmə zamanı konstruktiv nöqtələrin optimal vəziyyətdə olmaması nümunəvi modelin yaranmasında çatışmamazlıqlar əmələ gətirir.Bu qüsurlara şaquli və üfüqi qatlanmalar,sağ və sol əyintilər,qeyri kafi və ya həddən artıq ölçülər,balansın pozulub,genişlənməsini aid etmək olar.

Ən mühüm konstruktiv nöqtələr geyim detallarının dayaq səthində yerləşir və detalların kəsim hissələrində nəzarət quraşdırma (montaj) nöqtələri ilə üst-üstə düşür.

Əksəriyyət konstrukriv nöqtələr dörd istiqamətdə dəyişir: sağ,sol,yuxarı,aşağı.(şəkil 2.65)



http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image139.gif
Şəkil 2.64.Ayaq hərəkətlərində cətinlik yaradan qusur


http://abc.vvsu.ru/books/u_konst_de/obj.files/image141.gif

Şəkil 2.65. Məmulatın kəsiklərindəki nəzarət quraşdırma nöqtələri

Kataloq: application -> uploads -> 2016
2016 -> Təqdimatların hazırlanması (Powerpoint, Word, Excel)
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda
2016 -> «magиstratura mяrkяzи»
2016 -> Övlяt иqtиsad unиversиtetи «magиstratura mяrkяzи» Abbasov Cavid Sadiq o
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda
2016 -> İmtahanın keçiriləcəyi tarix «15» may 2016-cı il Otaq 412
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ
2016 -> 2016-cı il Otaq 412 Sıra№-si
2016 -> AZƏrbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet mag stratura m
2016 -> Bayramov Rəşid Mahir oğlu «Dövlətin sosial siyasətinin maliyyə təminatında büdcənin rolu»

Yüklə 321,53 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə