Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə6/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   2   3   4   5   6   7   8   9   ...   174
Nizamidə  azərbaycançılıq

I  BÖLMƏ

DÖVLƏTÇİLİK İDEYALARI

Dövlətçilik  bu  giin  və  gələcəkdə  bi­

zim hər bir vətəndaşımızın,  cəmiyyətin,  döv­

lətin  vəzifəsidir.  Dövlətçilik  Azərbaycanın 

müstəqilliyim,  ərazi  bütövlüyünü  qoruyub 

saxlamaqdır.  Azərbaycanın  müstəqilliyini 

möhkəmləndirməkdir.  Dövlətçilik  hər  bir 

vətəndaşın qəlbində  olmalıdır.

Heydər Əliyev

1.  Nizaminin ictimai  mühiti

Nizami  öz  təxəyyülündə  yaratdığı  və  bədii  əsərlərində 

canlandırdığı  dövlətçilik ideyalarını Azərbaycan məkanına gə­

tirib  çıxarmışdır.  Dövlətçilik  ideyaları  Nizaminin  əsərlərində 

mərkəzi  bir xətt kimi  keçib  gedir.  Nizami  şair idi,  mütəfəkkir 

idi,  bənzərsiz  bədii  əsərlərin  yaradıcısı  idi.  Nizami  öz  ölməz 

əsərləri  ilə  elə  bir  ədəbi-bədii  məktəb  yaratmışdı  ki,  onun 

dövründən  keçən 900 ilə yaxın bir müddətdə bəşəriyyətə töh­

fə  verdiyi  mənəvi  irs  yaşayır  və  bundan  sonra  da  yaşayacaq­

dır.  Nizamini  düşündürən  dövlətçilik  ideyaları  da  bu  ölməz 

sərvətin  içərisində  daim  canlı  olaraq  qalır.  Nizami  öz  bəşəri 

ideyalarına  bədiilik  donu  geyindirərək  onları  yaşadır.  Bu 

ideyalar əsrlərin  və  zamanların  yol  yoldaşı  kimi  daim  onlarla 

birlikdə  sonsuzluğa  doğru  gedir.  Ancaq  soruşula  bilər  ki, 

Nizami əsrarəngiz ədəbi-bədii əsərlərin yaradıcısı  olduğu  hal­

da  nə  üçün  dövlətçilik  ideyalannı  öz  əsərlərinin  apancı 

xəttinə  çevirmişdir?  Cavab  budur:  Nizami  dövrün  ictimai 

hadisələrini  dərindən  -dərinə  bildiyinə  görə  cəmiyyətdə  baş 

verən  sosial  münasibətlərə  bir  Azərbaycanlı  təsəvvüründən 

yanaşdığına  görə,  xalq  dühasından  gələn  milli  və  mənəvi



1   2   3   4   5   6   7   8   9   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə