II mövzu. Ürək -damar sisteminin patoloji fiziologiyası
Mühazirənin planı:
Qan dövranı çatışmazlığı
Ürək çatışmazlığı
Damar çatışmazlığı
Koronar qan dövranı çatışmazlığı
Ürəyin işemiya xəstəlikləri
Ürəyin keçirici sisteminin pozulmaları və aritmiyalar
Qan damarlarının patoloji fiziologiyası
Damar tonusunun neyrohumoral tənziminin pozulmaları
İnkişaf etmiş ölkələrdə əhalinin 15-20%-i ürək-damar patologiyalarından əziyyət çəkir. Ürək-damar patologiyasının rastgəlmə tezliyini artıran risk amillərinə stress, mənfi emosiyalar, hiperxolesterinemiya, arterial hipertoniya, piylənmə, hipodinamiya, nikotinizm, spirtli içkilər, çay, kofe və digər “məişət dopinqlərinin” həddən çox qəbulu, endokrin sistemin bəzi xəstəlikləri (şəkərli diabet, hipotiroz və s.) aiddir. Ürək-damar patologiyaları aşağıdakı kimi qruplaşdırılır:
qan dövranı çatışmazlıqları;
koronar qan dövranı çatışmazlıqları və ürəyin işemiya xəstəlikləri;
ürəyin keçirici sisteminin pozulmaları və aritmiyalar;
qan damarlarının patoloji fiziologiyası.
Dostları ilə paylaş: |