NƏSİman yaqublu



Yüklə 0,96 Mb.
səhifə1/14
tarix26.02.2017
ölçüsü0,96 Mb.
#9865
  1   2   3   4   5   6   7   8   9   ...   14
NƏSİMAN YAQUBLU

XOCALI


SOYQIRIMI

XOCALI HAQQINDA


Mənbələrdə Xocalı ərazisi “Müqəddəs yurd” adlandırılır və müqəddəslərin uyuduğu diyar, müqəddəs məkan, yer mə­na­sını verir. “Xoca” - türk sözü olub, türkdilli xalqların dilində hör­mətli, müqəddəs şəxslərə deyilir. Buradakı “lı” şəkilçisi “el”, “oba”, “yer-yurd”, “məkan” ifadə edən mənsubiyyəti bildirir.

Xocalı Soyqırımına qədər Xocalıda 7 (yeddi) min nə­fər­dən çox əhali yaşayıb. Dağlıq Qarabağ Muxtar Vilayətində Şu­şa­dan sonra azərbaycanlılar yaşayan ən böyük yaşayış məskəni olub.

Xocalının rayon olaraq ümumi ərazisi 0,97 min kv km-dir.

Əhalisi əsasən əkinçilik, üzümçülük və heyvandarlıqla məş­ğul olub.

Burada 2 tam orta, 1 ibtidai məktəb, 3 məktəbəqədər müəs­sisə, 1 mədəniyyət evi, 3 klub, 3 kitabxana, 1 feldşer-mama mən­təqəsi, 100 çarpayılıq xəstəxana, bank, telekommunikasiya qov­şağı, Şəki İpək fabrikinin, Gəncə Tikiş fabrikinin, Bakı Dəz­gah­qayırma zavodunun filialları və s. fəaliyyət göstərib.

Araşdırmalara görə Xocalı abidələri kompleksi b. e. ə. II-I minillikləri əhatə edir və buraya kurqan, daş, qutu, torpaq qə­birləri və s. daxildir.

Xocalıdakı kurqandan aşkar edilən bir gil qabdakı buğda təs­viri 3-4 min il bundan əvvəl də sakinlərin əkinçiliklə məşğul­lu­ğu­nu göstərir.

1978-ci ilə qədər Xocalı Xankəndi rayonunun, 1978-ci il­dən 1991-ci ilə qədər Əsgəran rayonunun Xocalı kəndi adlanıb.

1991-ci ildə noyabrın 26-da Dağlıq Qarabağın Muxtar Vila­yət statusu ləğv edilib, Xocalıya rayon statusu verilib, keç­miş Əsgəran rayonunun bütün kəndləri və Xankəndi şəhəri ona ta­be edilib.

Xocalının Milli qəhrəmanları – Əlif Hacıyev, Tofiq Hü­se­ynov, Aqil Quliyev, Hikmət Nəzərəli, Tabil Həsənov, Natiq Əh­mədov, Şakir Salahov, İnqilab İsmayılogv, Ələsgər Nov­ru­zov, Füzuli Rüstəmov, Araz Səlimov (həlak olublar) və Möv­süm Məmmədov (sağdır).

Xocalı soyqırımında 613 nəfər həlak olub:

Uşaqlar – 63 nəfər;

Qadınlar – 106 nəfər;

Qocalar – 70 nəfər;

8 ailə tamamilə məhv edilib;

27 ailənin yalnız 1 üzvü qalıb;

25 uşaq hər iki valideynini itirib;

30 uşzaq valideynlərindən birini itirib;

239 ailə öz başçısını itirib;

487 nəfər yaralanıb, onlardan:

Uşaqlar – 76 nəfər;

200 nəfərin ayaqlarını don vurub;

1275 nəfər əsir götürülüb;

1165 nəfər girovluqdan azad edilib;

155 nəfər itkin düşüb;

Azərbaycan dövlətinə və əhalinin əmlakına 01.04.1992-ci il ta­rixinə qədər 5 milyarad rubl də­yə­rin­­də ziyan vurulub.


XOCALI SOYQIRIMINI TANIYAN DÖVLƏTLƏR:
MEKSİKA

Şimali Amerikada yerləşir, paytaxtı Mexiko şəhəridir;

Milliyyəti – meksikalı;

Milli dili – ispan dili;

Müstəqilliyi – 16 iyul 1810-cu il, elan etdiyi vaxt – 27 iyul 1821-ci il;

əhalisi – 111 milyon nəfər;

katoliklər – 89%; protestantlar – 6%; digər inanclılar – 5%;

idarəçilik sistemi – Respublika.


Meksika Senatı Xocalı soyqırımını tanıdı 
30.01.2012 | 23:02

Bu qərar ən böyük və aparıcı Latın Amerikası dövlətlərindən birinin parlamenti tərəfindən qəbul olunub 

"Qafqazinfo"nun məlumatına görə, Meksika Senatı Xocalı soyqırımını rəsmən tanıyıb. 

Senatın qərarının əhəmiyyəti ondan ibarətdir ki, ilk dəfə olaraq Xocalı soyqırımı xarici parlament tərəfindən qanunvericilik aktı səviyyəsində tanınıb. 

Bundan əlavə, bu qərar ən böyük və aparıcı Latın Amerikası dövlətlərindən birinin parlamenti tərəfindən qəbul olunub.

Qeyd edək ki, Azərbaycan xalqının fəlakət və faciəsi, əsasən Xocalı əhalisinin erməni silahlı qüvvələri tərəfindən kütləvi qətlə yetirilməsi, ümumilikdə işğal olunmuş ərazilərdə etnik təmizləmə haqqında həqiqətlərin dünyaya çatdırılması Azərbaycan üçün vacib şərtdir.

. PAKİSTAN

Cənubi Asiyada yerləşir;

Dövlət dili urdu və ingilis dilləri;

ərazisi – 796, 095 kv km;

1956, 23 mart - Pakistan İslam Respublikası adlanıb.
Daha bir ölkə Xocalını soyqırımı kimi rəsmən tanıdı- Qətnamənin mətni 
01.02.2012 | 15:57

Pakistan Senatı Azərbaycanın Xocalı şəhərində baş vermiş hadisələri soyqırımı kimi tanıyıb. 

Çərşənbə günü Pakistan Senatının Beynəlxalq mü­nasibətlər komitəsinin iclasında 1992-ci ildə Azərbaycanın Xo­calı şəhərində erməni silahlı birləşmələri tərəfindən törədilən faciəli hadisələrin soyqırım kimi tanınması barədə qətnamə yekdilliklə qəbul edilib. Bu barədə Trend-ə qətnamənin təşəbbüskarı senator Hacı Qulam Əli İslamabaddan telefonla bildirib.

Bu komitənin qərarı əsasdır və Senatın özünün qərarı hesab edilir.

Sənəddə göstərilir ki, Senat Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğalını və 1992-ci ilin fevralında erməni silahlı birləşmələri tərəfindən törə­dilən soyqırımı pisləyir. Senat bir daha Azər­baycan ərazilərinin toxunulmazlığını təsdiqləyir və onun beynəlxalq çərçivədə qəbul olunmuş sərhədlərini tanıyır.

Senat habelə beynəlxalq ictimaiyyətdən Ermənistanı BMT TŞ-nin Dağlıq Qarabağ üzrə qəbul etdiyi qətnamələri yerinə yetirməyə çağırmağı xahiş edir, eləcə də Xocalıdakı faciəli hadisələrin günahkarlarının məsuliyətə cəlb edilməsinə çağırmağı tələb edir.

"Pakistan Ermənistan-Azərbaycan, Dağlıq Qara­bağ münaqişəsi məsələsində həmişə Azərbaycanın yanında olacaq", - senator deyib.

1992-ci il fevralın 26-da Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərinin mülki əhalisinə hücum ediblər və onların beynəlxalq ictimaiyyət tərəfindən soyqırımı kimi tanınan əməlləri nəticəsində öz etnik mənsubiyyətinə görə yüzlərlə adam qətlə yetirilib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Qafqazinfoya daxil olan qətnamənin mətnini diqqəti­nizə təqdim edirik:

1) Xarici Əlaqələr Komitəsi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını və 26 fevral 1992-ci il tarixində erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş Soyqırımı pisləyir.

2) Komitə Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazi bütövlüyünü və suverenliyini bir daha təsdiq edir. 

3) Komitə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına dair qətnamələrinin yerinə yetirilməsini tələb edir, beynəlxalq ictimaiyyəti və beynəlxalq təşkilatları Ermənistanı bu qərarları yerinə yetirməyə səsləməyə çağırır. Beynəlxalq ictimaiyyət bu Soyqırım üçün məsuliyyət də müəyyən edə bilər. 

4) Komitə Azərbaycan Respublikasının Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istiqamətində səylərini dəstəkləyir. 

Bir az əvvəl Meksika Senatı Azərbaycanın Xocalı şəhərində baş vermiş hadisələri soyqırım kimi tanıyıb.

1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələri Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı soyqırım aktı həyata keçirib. Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilib, dinc sakinlərə amansızcasına divan tutulub. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyulub, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilib, 487 dinc Xocalı sakini ağır yaralanıb və 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.


BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
Məlumatlar Qafqazinfo.az. saytından götürülüb.
ALLAH ÖLƏNLƏRƏ RƏHMƏT ETSİN!
Ю

lümün alovlu nəfəsi hər yandan onların üs­tü­nə axırdı. Zalımın qara qılıncı gü­nah­sız­la­rın başına endirildi. Gecənin qaranlığı tö­kü­lən nahaq qanlardan qızarmağa başlayırdı. Göy üzünü qalın ma­təm buludları örtmüşdü. Dilsiz körpələrin ahı, fəğanı yük­sə­lirdi göylərə. Rəhmsiz insanların işgəncə torunda çır­pı­nan ağsaçlı analar ucalardan uca sandığımız ulu Tan­rı­nı səsləyirdi. Ulu Tanrı da kömək əlini uzatmırdı çırpınıb, al-qan içində inildəyənlərə. Deyəsən, Ulu Tanrı yaratdığı bən­dəsinin bu zülmkarlığından bərk peşiman idi. ...Qırmızı qa­na bürünmüş qaranlıq gecə hər yandan ölüm yağdırırdı in­san­ların üstünə. Kəsilirdi, doğranırdı adamlar. Vaxt­sız-vədəsiz dünyasını dəyişirdi insanlar! Onlara zülm edi­lir, divan tutulurdu o gecə! O qanlı gecədə ölənlər, itənlər yü­z­lərlə, minlərlə idi... Allah sizə rəhmət eləsin, ölənlər! Qəb­ri­niz nurla dolsun!

“Bismillahir rəhmanir rəhim!

Rəhmli, mərhəmətli Allahın adı ilə!

Həmd [şükr və tərif] olsun Allaha-aləmlərin Rəb­binə!

[Bu dünyada hamıya] rəhmli [axirətdə isə ancaq mö­min­lərə] mərhəmətli olana,

Haqq-hesab [qiyamət gününün] sahibinə!

Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək di­ləyirik!

Bizi doğru yola yönəlt!

Nemət verdiyin kəslərin yoluna!

Qəzəbə düçar olanların və [haqdan] azanların yoluna yox!”

Müqəddəs "Quran" kitabındaıı "Əl-Fatihə" surəsi.

RUHLAR ÖLMÜR

"Allah öləndən sonra hər bir mömini və kafiri dirildəcəkdir ki, ixtilafda olduqları məsələləri onlara izah etsin və qiyamət günü ölülərin diriləcəyini inkar edənlər də yalançı olduqlarını bilsinlər".

Müqəddəs “Quran" kitabından “Ən-Nəhl”

["Bal arısı"] surəsi.
Pak və təmiz insanların ruhu ölmür! Gü­nah­sız qətlə yetirilənlərin ruhu daim yaşayıb qa­ti­lə sıxıntı gətirir. Ruhlar ölmür, ruhlar ya­şa­yır. Onlar heç zaman gözümüzə görünmür. Amma daim bizimlədir. Sevincli, xoş günlərimizə şadlanır, qəm­gin, nisgilli halımıza pərişan olur. Ruhlar addımbaaddım bi­zi izləyir, kafir zərbəsindən, şeytan nəfəsindən qorumağa ça­lı­şır. Ruhlar hər vasitə ilə gözümüzə görünməyə cəhd edir və bundan ötrü hansı işgəncələri çəkir! Çətinliklə də ol­sa, min bir əziyyətlə başa gəlsə də ruhlar bu müqəddəs is­təklərinə çatır: biz ən çox yuxularımızda onları görürük. Bə­zən huşa gedəndə ruhlar gözümüzə görünüb tez də çə­ki­lib yox olur. Ruhlar çırpınır, ruhlar əzab çəkir, bizi sayıq do­lan­mağa çağırır, təhlükələrdən xəbərdar edir. Ruhlar öl­mür, ruhlar yaşayır!

Bir tanışımın qəribə ifadəsi: Anamın üzünü gör­mə­mişəm. Mən lap balaca olanda o dünyadan köçüb. Am­ma tez-tez yuxuda ağ paltarlı qadın görürəm. O, həmişə mə­nə qayğı göstərir, mehriban və şirin sözlər deyir, isti nə­vazişiylə oxşayır məni. Bəzən nəzərdə tutduğum hansısa bir yerə getməyi qadağan edir. Yaxud da məsləhət bilir ki, han­sısa işi görüm, kimlərləsə görüşüm. Yaxşı adamlar de­y­ir ki, o, anamın ruhudur, məndən nigaran olduğuna görə tez-tez yuxuma girir. Doğrudanmı insanın ruhu yaşayır?

Qatil nələr söyləyir? Bir günahsızı qətlə yetirən ca­van oğlanla həbsxana kamerasında söhbət edirdim. Oğ­lan çox peşiman idi bu cinayətə görə. Məqsədim isə oğ­la­nın psixoloji sarsıntılarından yazmaq idi. O, çəkdiyi əzab­lar­dan, sıxıntılardan danışdıqdan sonra qəfildən dedi: Bi­lir­sən, bu əziyyətlərə dözə bilərəm. Amma bir şey işgəncə ve­rir mənə. Gözümü yuman kimi, öldürdüyüm adam gəlib du­rur qabağımda. Nə edirəmsə, gözüm önündən çəkilmir. Bu, məni bərk əsəbiləşdirir, dilxor edir. Yata bilmirəm, yu­xusuz qalıram.

...Qatil oğlana əzab verən günahsız öldürdüyü ada­mın ruhu idi. Ruh ona əzab verib qisasını alırdı.

Yenə bir qəribəlik: Biri danışırdı ki, atam, anam, qar­daş və bacım avtomobil qəzasında həlak olandan sonra ge­cələr evə girməyə qorxuram. Mənə elə gəlir ki, evdə kim­sə var. Hərdən otaqda şıqqıltı, hətta addım səsləri də eşi­dirəm.

Oğlan nahaqdan narahatlıq hissi keçirmirdi. Doğ­ma­larının ruhu evdə dolaşıb gəzir, onu tək qoymurdu.

...Ruhlar ölmür, ruhlar yaşayır. Pak və təmiz in­san­la­rın ruhu daim aramızda dolaşır.

XX əsrin ən böyük faciəsi olan Xocalı qırğınından son­ra görüşüb söhbət etdiyim onlarla atasız, anasız qalmış, doğ­malarını itirmiş adamlar bu sözü ürək ağrısı ilə təkrar edir­dilər: onları tez-tez yuxuda görürük. Bizə elə gəlir ki, on­lar diridir, sağdır, yenə bir gün yanımıza qayıdacaqlar. Ya­zıq xocalılar nahaqdan demirdi bu sözü. Onların itirdiyi doğ­ma adamların pak və müqəddəs ruhu hələ yaşayır və hər zaman yaşayacaqdır!

XOCALI FACİƏSİ

1992-ci il fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən böyük faciəsi - Xocalı soyqırımı baş verdi. Yüzlərlə insan al qanına qəltan edilib qətlə yetirildi. Düşmən kini, küdurəti içinə yığıb kimsəyə aman vermədi. Kafir erməni həmin o dəhşətli gecədə ağbirçək anaya da güllə atdı, ağsaqqal qocaya da, südəmər körpəyə də. Düşmən amansız idi və xislətindəki bütün insani hissləri kənara qoyub quduz canavara dönmüşdü. O, türk qanına həris idi və bu qandan içdikcə hiddətlənir, ehtiraslı bir qüvvə ilə köməksiz ovunun üstünə atılır, insafın, mərhəmətin nə olduğunu bilmirdi. Onun qəlbində yalnız bir "istək" alovlanırdı: Türk qanı içmək! Bacardıqca çox içmək türk qanını! Onun ulu babaları da həmişə belə etmişdi - türk qanı içmək həsrətiylə yaşamışdılar. İndi o məkrli babaların kinli övladları bu istəyi həyata keçirirdilər. İnsanlıq adına yazılmayan bütün vəhşilikləri köməksiz insanların taleyinə qanlı güllələrlə həkk edirdilər. Körpə naləsindən, ağbirçək ana yalvarış­la­rın­­dan xoşhallanırdı bu kafirlər - ermənilər! Er­mənilər doğ­rudanmı kafirlik edirdi həmin o günü? Er­mə­nilər Allah xofundan ehtiyat etmirdilərmi? Bir də kafirdə han­sı insani hiss, düşüncə olur ki, Allah adından da eh­ti­yat­lan­sın?

KAFİR KİMDİR?

"Kafir olanları cəhənnəm odu gözləyir. Orada nə onların ölümünə hökm olunar ki, ölüb canları qurtarsın, nə də əzabları yüngülləşər. Biz hər bir kafiri belə cəzalandırırıq!"

Müqəddəs "Quran" kitabından Fatir ["Yaradan"] surəsi.


Həmin o Xocalı soyqırımında ermənilərin vəh­­şiliyi, etdikləri hərəkətlər yalnız ka­fi­rə məxsusdur. Bu zülmü, işgəncəni yal­nız kafir edə bilər. Kafir qəlbi yalnız kin, küdurət bitirir, zülm yağdırır, ölüm alovu saçır. Kafir işıqları söndürüb zül­mət­lər yağdırandır! O, təbəssümləri sildirib, iztirablar ye­ti­rəndir, insanların xoş gününü, güzəranını qılınclayıb, cə­­hənnəmə döndərəndir! Amma nə zamansa Allahın qə­zə­bi­­nə gələcək kafir! Köməksizliyin ahı, kimsəzislərin qar­ğışı bir gün tutacaq kafiri! Onu amansız bir ölüm alovunda yan­­dıracaq!

Allah kafiri kafir kimi yaratmayıb. Onu da insan ya­ra­dıb, adamlıq nuruna boyayıb. Amma kafir erməni xə­ya­nət­lər və şeytanlar arasında böyüdüyündən insanlıqdan kə­nar olur, Allahın buyurduğu pak yoldan uzaqlaşır. Kafir er­məni Allahın bu müqəddəs kəlamını nahaqdan unudur:

"Ey insan! Sən ölənə qədər Rəbbinə doğru çalışıb ça­balayırsan. Sən ona qovuşacaqsan! Sənin qısa ömrün gün­dən-günə səni Allaha yaxınlaşdırır. Ölümün gəlib çat­ması Allah dərgahına qovuşmaq deməkdir. Öləndən sonra Al­lahın hüzuruna gedib dünyada etdiyin yaxşı, pis əməl­lərin əvəzini tamamilə alacaqsan. Yaxşı əməllər etmisənsə, xoş halına. Pis əməllər etmisənsə, vay halına!"

Kafir erməninin inanıb sitayiş etdiyi xristian dininin mü­qəddəs kitablarında da onun vəhşiliyi qəbul edilmir, Al­lahın yanında cəzalanacağı ilə hədələnir.

Kafir erməni Xocalıda törətdiyi qırğına görə, bütün din­lərin müqəddəs kitablarındakı işgəncələrə məruz qa­la­caq­dır. Böyük Allah adına, müqəddəs insan adına ləkədir ka­fir erməni! O bu cinayətlərinə və Allah kəlamını eşit­mə­di­yinə görə yer üzündən silinib atılmalı, cəhənnəm odunda qa­lanıb yanmalıdır.

Ey yer üzünün haqsevər, həqiqətpərəst insanları! Bu vəh­şiliyin, zülmün qabağında ermənini cəzasız qoymayın! Bü­tün qəlbində bu dəhşətli faciəyə ağrıyıb, zülmkar er­mə­ni­ni, kafirlik libasına bürünmüş bu qorxunc varlığı hər yan­dan qovub uzaqlaşdınn! Qoy o tənhalıq səhrasında ya­nıb, yanıb külə dönsün! Kafir ermənidən qorunun, özünüzü göz­ləyin, ey insanlar! Ey adı nurlu Məhəmmədin övladları! Ka­fir ermənidən həmişə ehtiyatlanın! Kafir erməni insan qa­nı içəndir!

HADİSƏ OLMAYA BİLƏRDİMİ?

O

qanlı soyqırımdan az bir müddət keçsə də, indi çox acı həqiqətlər aşkarlanıb. Onlar könül açmır, ürək se­vin­dir­mir. Təəssüfün, peşmançılığın qanlı zəncirində boğur ada­mı. Ağrı içində qovrula-qovrula bir acı həqiqətin hök­mü ilə razılaşırsan: O dəhşətli qırğın olmaya bilərdi!



Bəs günahkarı kimdir bu soyqırımın? Faciə kimin la­qeyd­liyi, biganəliyi ucbatından baş verdi? Bu xalqın taleyi ilə oynayan kimlər idi? Hansı çirkin məqsədə qurban ver­di­lər bu xalqı? O "niyyət", o "məqsəd" məgər işgəncə ilə ölən analardan, bacılardan, qardaşlardan uca idimi bu adam­lar üçün? Niyə vaxtında tədbir görüb xalqı xilas et­mə­dilər? Axı, bunu vaxtında etmək olardı! Kafir erməninin ac­göz­lüklə, türk qanına hərisliklə pusquda dayandığını "o adam­lar" - yəni özümüzkülər məgər bilmirdimi? Axı niyə bu qəti addımı atıb xalqı tələdən çıxarmadılar?

Hadisə olub keçsə də səbəbkar tapılmır. Qatilin kim­li­yi bilinir. Və qatil özünü gizlətmir də. Amma səbəb­kar hələ ki, tapılmır. Qatil ermənidir. Bəs səbəbkar kimdir?

İndi çoxları bu sözü təkrarlayır: Xocalı siyasətin qur­ba­nı oldu. Doğrudanmı belədir? Doğrudanmı kimlərsə ha­ki­miyyət ehtirasına bürünüb Xocalı camaatını qırğına ver­di? Əlbəttə ki, həqiqət nə zamansa üzə çıxacaq, qaranlıq sual­lar aşkarlanacaq.

Amma bir həqiqət də məlumdur: əgər cəhd gös­tə­ril­səy­di, qeyrət və ürəyiyananlıq edilsəydi xocalıları xilas et­mək olardı. O zaman XX əsrin ən böyük və dəhşətli qırğınlarından biri baş verməzdi.

XOCALI ÇOXDAN MÜHASİRƏDƏ İDİ

Faktlar göstərir ki, Xocalı çoxdan düşmən mü­ha­si­rə­sində i­di. Ətraf mühitlə, doğma Azərbaycanla əlaqə de­mək olar ki, kəsilmişdi. Xocalı camaatının taleyi nazik bir te­l­dən asılmış kimiydi. Adamlar da, Azərbaycan hö­kü­mə­ti­nin r­əhbərləri də bu nazik telin tezliklə qırılacağını bi­lir­di­lər. Vaxtilə böyük həvəslə Xocalıda geniş yaşayış evləri ti­kib, yüzlərlə qaçqını orda yerləşdirən başçılarımız qısa bir za­manda buraya xərclənən milyonlarla pulun havaya sov­rulacağını hiss etmişdilər.

Sonradan görüşüb söhbət etdiyim bəzi Xocalı sa­kin­ləri ürək ağrısı ilə deyirdilər: "Əslində Xocalının düş­mə­nə verilməyində hökümət başçılarımız maraqlı idi. Çün­ki yalan işlər adı ilə milyonlarla pul yeyilmişdi. Axı, o mil­yonları ört-basdır etmək lazım idi”.

Belə çıxır ki, həm də pul ehtirasının, var-dövlət alu­də­çiliyinin qurbanı olmuşdu yazıq xocalılar!

Xocalı mühasirə əzabının qanlı tikanları ilə hörül­müş­dü. Baş verən son hadisədən sonra ümid yolu yalnız ha­va nəqliyyatına idi.

Xocalı şəhərinin Baş prokuroru Atakişi Ata­ki­şi­ye­vin ifadəsi:

- 1991-ci ilin noyabr ayının 28-də Əsgəran rayo­nu­nun içərisində bizim UAZ markalı maşında 3 nəfər öl­dük­dən sonra Əsgəran yolu bağlandı. Hətta bir neçə gündən son­ra ermənilər Əsgəran qalasını böyük panellərlə hör­dü­lər. Yol kəsildi. Xocalıların kənara çıxması ancaq hava xət­tindən asılı qaldı. Vetolyotlarla sursat, ərzaq və digər tə­c­hizat vaxtında təmin olunmadı. Hətta çörək də çox vaxt ve­to­lyotla daşınırdı. Xankəndində silah düzəldən zavodun da­­yandırılması ilə əlaqədar biz öz təşəbbüsümüzlə elektrik xət­ti­ni kəsdirmişdik. Son üç ay idi ki, işığımız da ya­n­mır­dı...

Camaatın işığı da kəsilmişdi, çörəyi də yox idi. Xalq yiy­əsiz, kimsəsiz, başsız halda təhlükə pəncəsində qorxu çə­kir­di. 1992-ci il yanvarın 28-də isə Xocalı şəhərini bö­yü­düb r­ayon etmişdilər. Təəssüflər olsun ki, həmin fərmanı im­za­layanlar çoxdan o rayonu da, orada yaşayanları da unut­muş­dular. Bəs o fərman imzalayanlara real məlumat çat­dırılırdımı?

Rayonun Baş prokuroru Atakişi Atakişiyevin ha­di­sə­dən iki ay əvvəl - 1991-ci il dekabrın 27-də respublika rəh­bərliyinə göndərdiyi xəbərdarlıq teleqramı:

Təcili teleqrafla, Bakı, Azərbaycan Respublikasının prezidenti A. Mütəllibov yoldaşa:

Surəti Respublika prokuroru Murad Babayev yol­da­şa:

Sizə müraciət edərək bildirirəm ki, DQMV-nin Cə­mil­li və Tuğ kəndlərindən azərbaycanlıları erməni qul­dur­la­rı çıxartmışlar. Malıbəylidə vəziyyət olduqca ağırdır. Dağ­lıq Qarabağda erməni quldurları üçün ən təhlükəli yer Xo­calıdır. Çünki Xocalı Əsgəranın və Stepanakertin orta­sın­da yerləşir. Burada dəmir yolu və aeroport vardır. Xo­calı şəhərinə Əsgəran ilə Stepanakert arasında olan yol 25-30 gündür ki, kəsilmişdir. Gediş-gəliş yoxdur. Bu günə ki­mi belə çətin vəziyyətdə heç bir kömək olmadan yaşayırıq. Xüsusilə yerli milis şöbəsi, aeroport milisi, öz yaratdığımız milli müdafiə dəstələri fədakarlıq göstərir. Bu­na baxmayaraq vəziyyət getdikcə çətinləşir. Ona görə ki, 25 - 30 gündür yol işləmir. Vertolyot işləmir. Dağlıq Qa­rabağ Muxtar Vilayəti üzrə qərargah indiyə kimi bizə heç bir kömək edə bilməmişdir. 10 gündür ki, maşın, heç bir şey işləmir. Ərzaq malımız yoxdur. Müharibə və­ziy­yə­tin­də bütün bunlara dözmək olar. Lakin bir şeyə dözmək müm­kün deyil - hər şeyimiz qurtarmışdır. Bizi başa düşün ki, nə demək istəyirik. Artıq xalq Xocalını tərk etmək üz­rə­dir.

Əziz rəhbərimiz, Xocalı əhalisi Xocalını tərk etdik­də Əsgəranla Stepanakert (Xankəndi) arası açılacaq. Azərbaycanın bu iş­lərdə çəkdiyi əziyyət hədər olacaq. Sonra DQMV-də və­ziy­yət daha da ağırlaşacaq. Onu bilirəm ki, hələ Xocalı şə­hə­rini bu günə kimi heç kim gözüylə görüb müşahidə edib mə­lumat çatdırmayıb. Sizdən artıq xahiş edirik ki, bizə la­zım olan şeyləri çatdırasınız. Köməklik edəsiniz. Xocalıda heç bir idarə, müəssisə, məktəb və kolxoz, sovxoz işləmir, fəa­liyyəti dayanmışdır. Əziz rəhbərlərim, yaralıları apar­ma­ğa təcili yardım maşını yoxdur. Yaralıları heç bir yerə apar­maq mümkün deyil. Adi sar­ğı materialı da yoxdur. Açıq müharibə şəraitində yaşamaq çətindir. Biz sizdən tə­xirə salınmadan kömək və ümid gözləyirik. Əziz rəh­bər­lərim, sonra bizim üçün gec olar. Xocalıda un da yoxdur. Bi­zə təcili yardım edin.

Xocalı şəhər prokuroru A.Atakişiyev.

Beləcə, ulularımızın qədim yaşayış yeri olan Xocalı göz görə-görə məhvə gedirdi. Neçə yüzilliyin nəfəsini özün­də yaşadan, Assuriya padşahlığı dövrünə aid məzarlar ta­pılan, təkgöz adamın meyidi uyuyan, bir qədim top lülə­sindən 48 kiloqram qızıl çıxarılan, 30 metrə kimi torpağa bat­mağı ehtimal olunan bu qədim və sirli-sehirli diyar biga­nəliyin, laqeydliyin ucbatından dağılıb gedirdi. Xocalı ca­maatı ulu babaları uyuyan bu torpağa öz sədaqətlərini, hər istə­yin fövqündə dayanan məhəbbətlərini bildirirdilər. Ac­lıq və ehtiyac içində əzab çəksələr də, dözüb dayanır, mü­qəd­dəs ana yurddan, ulu torpaqdan ayrılmaq istəmirdilər.

Yaxınlıqda, cəmi iki addımlıqda dayanmış xain düş­mən isə hər şeyi görür, ehtiyatla, düşünülmüş planla kö­məksiz xocalıların üstünə gəlirdi.

Lənətlənmiş rəhbərlərimiz isə susur, düşmənin bu as­ta addımlarını ögeyliklə izləyirdilər.

Ağdam qərargahında isə qəribə oyunlar gedirdi. Döv­lət nümayəndələri əsassız məlumat verirdilər mət­buatda: Xocalı bizimdir! Xocalını heç kim bizdən ala bil­məz! Heç kimin bizə gücü çatmaz və s. Bunlar hamısı gü­lünc və boğazdan yuxarı deyilən ibarələr idi. Əslində isə Xo­calı sarsılır, məhvə aparılırdı.

Ağdamda isə oyunlar davam edirdi. Xocalıya yol aç­maq­dan ötrü dəfələrlə əməliyyat planı hazırlandı. Amma hər dəfə bu plan kimlər tərəfindənsə pozuldu. Əməliyyat plan­larından biri belə idi: "Bir zirehli teplovoz, zirehli va­qon, dəmir yolunu söküb tikən aqreqat, vaqonlarda qum, çın­qıl, vaqonların qabağında isə yolun təhlükəsizliyi üçün boş vaqonlar qoyulmalı idi. Həmin zirehli qatarda 2 tank var­dı. Saat 6-da Əsgərana girib Xocalı yolunu açmaq lazım idi".

Lakin əməliyyat keçirilmədi, kimlər tərəfindənsə po­zuldu.

Növbəti "əməliyyatlar" belə idi: "Zabratdan iki "kro­kodil" hərbi vertolyot göndərilmişdi. O, iki gün Dağlıq Qara­bağ ətrafında fırlandı, guya ki, Əsgəranda, Nax­çı­va­nik­də, Xanabad və Noraguhdakı erməni silahlı dəstələrini "bom­baladı". Lakin sonradan məlum oldu ki, bu əməliyyat da uğurla başa çatdırılmayıb.


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin