NƏSĠMAN YAQUBLU
AZƏRBAYCAN LEGĠONERLƏRĠ
BAKI – 2005
RƏYÇĠLƏR:
Professor MUSA QASIMLI,
Professor İSMAYIL MUSAYEV,
Tarix elmləri doktoru AYDIN BALAYEV
ELMĠ MƏSLƏHƏTÇĠLƏR: Ramiz Abutalıbov, Maarif Teymur
Müəllijin redaktəsində nəĢr edilir
Yaqublu N. Azərbaycan legionerləri. Bakı: “Çıraq”, 2005, 336 səh.
Oxuculara təqdim olunan bu monoqrafiyada İkinci Dünya müharibəsinin
oxucularımız üçün çox maraqlı məqamları açıqlanmışdır. XX əsr tariximizdə və
bütövlükdə tarix elmimizdə hadisə sayılacaq elmi monoqrafiyada ilk dəfə olaraq
Azərbaycan legionerlərinin fəaliyyəti araşdırılır.
70 mindən çox azərbaycanlı legionerin fəaliyyətinə aydınlıq gətirən bu əsər
çox zəngin arxiv materialları və sənədlər əsasında yazılıb. Monoqrafiyada İkinci
Dünya mühuribəsi ilə bağlı du çoxlu yeni faktlar, məlumutlar verilir ki, bu da
şübhəsiz oxuculurın böyük marağına səbəb olacaq.
Müəllifin dərin elmi araşdırmalarının məhsulu olun bu monoqrafıya
azərbaycanlı legionerlər haqqında Azərbaycanda nəşr edilən ilk əsərdir.
N 0501000000 01 -2005
067
© “Çıraq”, 2005
MÜNDƏRĠCAT
Müəllifdən
Giriş
I bölüm. Azərbaycanın işğalı, xalq kütləsinin zorla sovetləşdirmə əleyhinə
mübarizəsi.
Sovet İttifaqında mövcud rejimə qarşı etirazlar
II bölüm. SSRİ dövlətinin müharibə təhlükəsini yaratması. Stalinin müharibəyə
hazırlıq planı
III bölüm. Faşizmin yaranması. Hitlerin hakimiyyətə gəlişi.
Almaniyanın müharibəyə hazırlıq planı
IV bölüm. Ribbentrop-Molotov paktının imzalanması.
Polşanın Almaniya və Sovet İttifaqı tərəfindən işğal edilməsi. İkinci Dünya
hərbinin başlanması
V bölüm. Alman-Sovet müharibəsinin başlanması.
Stalinin səhvləri. Azərbaycanlıların ordu hissələrində incidilməsi. Sovet
əsgərlərinin kütləvi olaraq Almaniya tərəfınə keçməsi
Vl bölüm. Sovet legionerləri. Legionların təşkili
VII bölüm. Azərbaycanlı “xivilər” - legionerlər.
Azərbaycan legionunun təşkili
VIII bölüm. Azərbaycan legionerləri. Mayor Fətəlibəyli Düdənginski.
Legionerlərin uğurlu döyüşləri
IX bölüm. 1943-cü ildə Berlində Milli Azərbaycan Qurultayının keçirilməsi.
Qurultayın qəbul etdiyi qərarlar
X bölüm. Azərbaycan legionerlərinin mətbu fəaliyyəti.
“Azərbaycan”, “Hücum” qəzetləri, “Milli Birlik” jurnalı
XI bölüm. Vlasov Komitəsinin yaradılması. Azərbaycan legionerlərinin və digər
legionerlərin “Vlasov Komitəsi”nə etirazları. Azərbaycanın müstəqilliyini
Almaniyanın tanıması
XII bölüm. Azərbaycan legionerləri İkinci Dünya hərbinin sonlarında
XIII bölüm. İkinci Dünya müharibəsindən sonrakı illərdə Azərbaycan
legionerlərinin fəaliyyəti
XIV bölüm. Azərbaycan legionerlərinin ədəbi-bədii, ideoloji-siyasi irsi
Nəticə
Ədəbiyyat siyahısı
Adlar göstəricisi
MÜƏLLĠFDƏN
Əziz oxucu!
Azərbaycan legionerləri haqqında bu ilk kitabı çox çətinlik və yaradıcılıq
əziyyəti ilə başa gətirmişəm. Yetmiş minə qədər həmvətinimizin bu günə qədərki
taleyi ilə bağlı faktları araşdırmaq, sistemləşdirmək, daima mətbuatımızda təhrif
edilmiş həqiqətləri aydınlaşdırmaq olduqca çətin idi. Lakin bu iş görülməli, bu
tədqiqat aparılmalı idi. Digər xalqlarda legionlarla bağlı kitablar nəşr edilmiş və
elmi əsərlər hazırlanmaqdadır. Lakin Azərbaycan elmində hələlik bu mövzuda heç
bir tədqiqat işi ortalığa qoyulmamışdır.
Bu mövzu uzun illər boyu sovetlər məmləkətində qadağan edilmiş,
yasaqlanmışdı. O insanlar hamısı Sovetlər İttifaqının mövcud qanunlarına görə
“Vətən xaini” elan edilmişdi. Onlar yaşamağa imkan tapdıqları öz vətənlərində
belə “ikinci dərəcəli” insanlar cərgəsinə qoyulurdular və əksər hüquqlardan
məhrum edilirdilər. Çoxları uzaq Sibirin sürgünlərində həyatını başa vurur, bəziləri
vətənə qayıda bilməyib, dünyanın ayrı-ayrı ölkələrində işıqlı ömürlə vidalaşırdılar.
Amma vətən həsrəti, yurd sevgisi, Azərbaycana ürəkdən bağlılıq hissləri onları tərk
etmirdi. Harada yaşamaqlarından, hansı ölkədə olmaqlarından asılı olmayaraq
onlar Ana vətənimiz Azərbaycanı sevirdilər, o məhəbbətlə yaşayırdılar. Elə bu
sevginin, bu bağlılığın nəticəsi idi ki, onlar özlərindən sonra zəngin bir irs, maraqlı
tarix qoyub gediblər. O tarixi öyrənmək isə bizim borcumuzdur. Sonralar tanınmış
şairimiz Bəxtiyar Vahabzadə ilə hərdən söhbətləşəndə o da xarici səfərlərində
legionerlərlə görüşdüyünü qeyd edir, bu mövzunun olduqca maraqlı olduğunu
söyləyirdi.
Mərhum Prezident Əbülfəz Elçibəylə də söhbətlərimdə o, bu mövzunun
araşdırılması vacibliyini bildirirdi.
Bu tarixi bilgimə ilk işıq tutan şəxslərdən biri dəyərli vətəndaşımız, milli
mücahidimiz, hazırda Türkiyənin Ankara şəhərində yaşayan doktor Məhəmməd
Kəngərli olmuşdu. 1990-cı ildə onunla Ankarada görüşəndə mənə kifayət qədər
bilgi, məlumat, sənədlər vermişdi və onları sonradan mətbuatda çap etdirib,
kitablarımda mənbə olaraq bəhrələnmişdim. (1991-ci ildə nəşr edilən “Məhəmməd
Əmin Rəsulzadə” kitabımda, 1997-ci ildə çap olunan “Müsavat Partiyasının
Tarixi” kitabımda bu mövzuya geniş toxunmuşam).
Bu mövzu ilə bağlı araşdırmalarıma ən yaxın kömək göstərən insanlardan
biri YUNESKO-nun Azərbaycan təmsilçisi Ramiz Abutalıbovdur. Olduqca
xeyirxah, vətənpərvər və dəyərli bir insan olan Ramiz bəy həqiqətən mənə bu
faktların əldə edilməsində böyük yardımçı oldu. Mayor Ə.F. Düdənginskiyə aid
çoxlu sayda sənədlərdən və legionerlərlə bağlı Almaniyada, Fransada nəşr edilmiş
kitablardan bəhrələnməyimə imkan yaratdı. Dəyərli ziyalımız olan Ramiz
Abutalıbov hələ 70-ci illərdən legionerlərlə və mühacirlərlə əlaqə saxlamış, onların
taleyi ilə maraqlanmışdır. Həmin illərdə o, mühacirətdə yaşayan Ələkbər
Topçubaşi, Məmməd Məhərrəmov, Timuçin Hacıbəyli, Qədir Süleymanoğlu,
Məcid Musazadə və onun həyat yoldaşı İrena xanım, Əli Həsənzadə ilə yaxından
təmasda olmuşdur. Ramiz Abutalıbovun ən böyük xidmətlərindən biri də onun
görkəmli mühacir C.Hacıbəylinin arxivini Azərbaycan Mərkəzi Dövlət Arxivinə
verməsidir.
Mövzu ilə bağlı araşdırmalar aparakən tanınmış ziyalımız Mərkəzi Dövlət
Arxiv İdarəsinin Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurov da
mənə böyük xeyirxahlıq etdi. Arxiv sənədlərindən bəhrələnməyimdə onun
qayğıkeşliyini də heç zaman unutmaram.
Mövzunu araşdırarkən Ə. Fətəlibəyli Düdənginskinin mərhum bacısı oğlu
Abid bəy Tahirlinin də köməyindən bəhrələnmişəm. Abid bəy Ə.Düdənginski
ailəsinə aid olan çox qiymətli sənədləri mənə etibar etdi. Uzun müddət sürgün
həyatı yaşamış bu mehriban və sadə qəlbli insan kitabın nəşr olunacağını böyük
həsrətlə gözləyirdi. Lakin amansız əcəl buna imkan vermədi.
Qeyd edim ki, istər Ramiz bəydə, istər Maarif bəydə, istərsə də Abid bəydə
bu mövzuya böyük, o insanlara isə diqqətli münasibət hiss edirdim. Və onlar haqlı
olaraq legionerlərimizin fəaliyyətini tariximizin ayrılmaz səhifəsi olaraq qəbul
edirlər.
İstər Məhəmməd bəyə, istər Ramiz bəyə, istərsə də Maarif bəyə kitaba
göstərdikləri köməyə görə dərin təşəkkürlərimi bildirirəm və Abid bəyə “Allah
rəhmət eləsin” deyirəm.
Kitabın materiallarının hazırlanmasında kompüter yığıcısı Nəzakət
Muradovanın zəhmətini xüsusi qeyd etmək istəyirəm. Nəzakət xanım çox böyük
əziyyətlə və eyni dərəcədə maraq, həvəslə bu əsərin yığılmasını başa çatdırdı. Ona
bir daha dərin təşəkkürlərimi bildirirəm.
Kitabın dizayn işlərinin və tərtibatının başa çatdırılmasında böyük köməklik
göstərən İsmayıl Eyyubova da dərin minnətdarlığımı bildirirəm.
Kitabın korrektə olunmasında isə jurnalist Jalə xanım İsmayılova böyük
zəhmət çəkmişdir və mən ona da çox təşəkkürlər edirəm.
Mərkəzi Dövlət və Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivinin
materiallarından bəhrələnməyimə imkan yaratdığına görə Azərbaycan Respublikası
Mərkəzi Dövlət Arxivinin direktoru A.Paşayevə təşəkkür edirəm.
GĠRĠġ
1939-cu ildə İkinci Dünya müharibəsi başlandı. 1941-ci ilin iyunun 22-də
Almaniya dövləti SSRİ üzərinə hücum etdi. Bu hücumla daha da geniş sərhədləri
əhatə edən müharibə Sovetlər Birliyində “Böyük Vətən müharibəsi” adı ilə təqdim
olunmağa başladı. Uzun illər müddətində Sovet İttifaqında ali və orta məktəblərin
tarix kitablarında müharibənin mövcud, real faktlarla təqdimatından uzaqlaşma
meyyləri müşahidə edilmişdir. Belə ki, Almaniya-SSRİ müharibəsinin dərinliyinə
müdaxilə olunmamış faktlar birtərəfli qaydada oxuculara çatdırılmışdır. Bu,
şübhəsiz ki, XX əsr tarixinin bütövlükdə təhrif olunması kimi qəbul edilməlidir.
Müharibənin başlanması sovet dövlətinin daxilində zorla, üstüörtülü saxlanılan
çoxlu sayda problemləri aşkarladı. Böyük amansızlıq və terrorla qurulmuş ölkədə
açıq fəaliyyət göstərən müxalifətin mövcudluğu da qeyri-mümkün olmuşdu. Eyni
zamanda, almanların işğal etdiyi ərazilərdə Sovet rejiminin ideoloji əsaslarının
güclü olmadığı da aşkarlanmışdı.
Bu, həqiqət idi ki, Sovetlər Birliyi ayrı-ayrı xalqların azad yaşamaq
hüquqlarından məhrum edilməsi nəticəsində yaranmışdı. Milli müstəqilliyin
gerçəkləşməsində və azadlıq, müstəqillik hallarına qarşı olan kommunist
rejimindən əhalidə ciddi narazılıq vardı.
Qeyd edək ki, 1918-1920-ci illərdə mövcud olmuş, xalqımızın müstəqil
dövlətlər cərgəsində yaşamasını təmin etmiş Azərbaycan Xalq Cümhuriyyətinin
süqutundan sonra ölkədə geniş müqavimət hərəkatı başlanmış, məmləkətin ayrı-
ayrı bölgələrində onlarla silahlı üsyanlar olmuşdu.
XX əsrdə Azərbaycan xalqının əldə etdiyi ən böyük qənimət, şübhəsiz ki,
1918-1920-ci illərdə qurduğu azad, müstəqil, demokratik dövlətdir. Təəssüflər ki,
sonrakı durum, hadisələrin qarışıqlığı, beynəlxalq aləmdəki mürəkkəbliklər,
Rusiyada bolşevizmin güclənməsi, kommunist ideyalarının geniş xalq kütlələrini
aldadıcı mahiyyətdə əhatəsi və nəhayət, Azərbaycan daxilində mövqe
müxtəlifliyinin olması, ermənilərin isə xəyanəti Azərbaycanı müstəqillik
haqlarından məhrum etdi.
Azərbaycanda mövcud Sovet rejiminə qarşı mübarizə 20-ci, 30-cu, 40-cı
illərdə də müxtəlif formalarda davam etmişdir.
Azərbaycandakı mövcud rejimdən narazılıq son nəticədə İkinci Dünya
hərbində özünün ilkin bəhrələrini verdi. Almaniya dövlətinin SSRİ-yə müharibə
elan etməsi çoxlarında Hitlerin bolşevik rejimini tezliklə devirəcəyi ehtimalını
gücləndirdi. Çoxlu sayda könüllülər Almaniya hökümətini dəstəklədi, Sovetlər
Birliyinə qarşı silaha sarıldı. Qeyd etməliyik ki, keçmiş sovetlər məkanında
yaşayan əksər xalqların nümayəndələri də Almaniya ordusuna keçməyə üstünlük
verirdi. Yəni, Almaniya höküməti nəzarətində rusların, ukraynalıların, gürcülərin,
ermənilərin, Şimali Qafqaz xalqlarının legionları formalaşırdı. Tanınmış rus
generalı Vlasovun və digər yüksək rütbəli zabitlərin Almaniya hökümətini
dəstəkləməsi ciddi mənəvi-psixoloji problemlər idi və Sovet ordusunda əsaslı
narazılıqların olduğunu bildirirdi.
Azərbaycandan olan mayor Əbdürrəhman Fətəlibəyli-Düdənginskinin,
Məcid Qarsalaninin, Abbas bəy Atamalıbəyovun, Fuad Əmircan və başqalarının
Almaniya hökuməti orqanları ilə təmas qurması, Azərbaycan legionlarının təşkilinə
rəsmi icazə istəmələri, bu istiqamətdə çalışmaları geniş olaraq öyrəniləsidir.
Böyük öndər, Azərbaycan Milli Qurtuluş Hərəkatının ideoloqu M.Ə.
Rəsulzadənin isə siyasi danışıqlara üstünlük verməsi, Azərbaycanın müstəqilliyinin
Almaniya dövləti adından tanınmasına çalışması da az araşdırılmış mövzudur.
Azərbaycan legionerlərinin fəaliyyətini araşdırmaqda məqsəd XX əsrin
Azərvaycan tarixşünaslığındakı boşluğu doldurmaq, eyni zamanda təhrif edilmiş
mühüm tarixi dövr haqqında obyektiv məlumat verməkdir. Bu məqsədin
gerçəkləşməsi üçün tədqiqatçı aşağıdakı vəzifələrin yerinə yetirilməsini
məqsədəuyğun hesab edir:
-uzun illər boyu mövcud olmuş Sovet dövləti və Stalin rejimi Sovet
İttifaqında, eləcə də o İttifaqa daxil olan respublikalarda insanların azad və
demokratik qaydalarl yaşayışına imkan yaratmamış, ölkədə sərt terror rejimi hökm
sürmüşdür;
-mövcud Sovet quruluşu ölkə vətəndaşlarının hüquqlarını əlindən almış,
saxta təbliğat silahı ilə onları istismar alətinə çevirmişdir;
-digər mövcud rejimdən narazı qalan sovet xalqları, o cümlədən,
Azərbaycan xalqı imkan düşəcəyi təqdirdə milli müstəqillik uğrunda mübarizəyə
hazır olmuşdur;
-İkinci Dünya müharibəsinin başlanması ilə Azərbaycan legionerləri
faşizmin bolşevizmə qarşı sərt mübarizəsindən bəhrələnib, sovet rejiminə qarşı
mücadilə aparmışlar;
-Azərbaycan
legionerləri çətin şəraitdə olmalarına baxmayaraq,
Azərbaycanın müstəqilliyi uğrundakı mübarizəni dayanmadan yürütmüşlər;
-Azərbaycan legionerlərinin hərbi və siyasi fəallığı nəticəsində Almaniya
höküməti Azərbaycanın müstəqilliyini tanımışdır;
-Azərbaycan legionerlərinin 1943-cü ildə Berlində keçirdikləri Milli
Azərbaycan Qurultayı əhəmiyyətinə görə mühüm tarixi hadisə olmuşdur;
-Azərbaycan legionerlərinin Almaniyada müxtəlif mətbuat orqanlarını
yaradıb tariximizi, ədəbiyyatımızı, mədəniyyətimizi təbliğ etmələri böyük
əhəmiyyətə malikdir;
-İkinci Dünya müharibəsi illərində Almaniyada fəaliyyət göstərən
Azərbaycanın ayrı-ayrı siyasi xadimlərinin və nüfuzlu hərbçi legionerlərinin
köməyi ilə minlərlə yurddaşımızın həyatı xilas edilmişdir.
Tədqiqatın əsas vəzifələrindən biri də Azərbaycan legionerlərinin ayrı-ayrı
ölkələrdəki fəaliyyətini araşdırmaq, Azərbaycan diasporunu formalaşdırmaq
cəhdlərini öyrənməkdir. Bu məqsədlə, Azərbaycan legionerlərinin XX əsrin 50-60-
cı illərdəki müxtəlif ölkələrdə olan fəaliyyətləri də ciddi olaraq araşdırılmışdır.
Tədqiq olunan mövzunun ayrı-ayrı istiqamətləri haqqında müxtəlif əsərlər
nəşr edilsə də, Azərbaycan legionerlərinin fəaliyyəti, mübarizəsi, döyüşləri, sonrakı
taleləri ilə bağlı sənədlərin, mənbələrin əldə olunması olduqca çətindir.
Azərbaycan legionerləri haqqında ilkin yazılara mətbuatımızda 1990-cı ildən
başlayaraq rast gəlmək mümkündür. Ayrı-ayrı legionerlərin fəaliyyətindən bəhs
edən bu məqalələrdə Azərbaycanın XX əsr tarixinin yeni çalarları hiss olunmaqda
idi. (93, 94, 95, 107, 124, 125, 137, 153, 148, 165, 185, 198, 199, 200)
N.Yaqublunun, T.Qurbanın, X.İbrahimlinin, H.Sadığın, M.Teymurovun,
M.Əlizadə və başqalarının oxuculara təqdim etdiyi bu yazılar böyük maraqla
qarşılanırdı. İlk dəfə olaraq “Yeni Müsavat”, “Aydınlıq”, “Səhər” və digər mətbu
orqanlarda legionerlərin adları çəkilməyə başladı.
1991-ci ildə tədqiqatçı N. Yaqublunun “Məhəmməd Əmin Rəsulzadə”
kitabı nəşr edildi (196). Otuz min tirajla çap olunan bu əsərdə ilk dəfə idi ki, geniş
şəkildə
Azərbaycan
legionerlərinin
fəaliyyəti
işıqlandırılırdı.
Əsərdə
legionerlərimiz haqqında əhatəli və sistemli məlumatlar əksini tapmışdır.
Mövzunun geniş açımına növbəti cəhdi tədqiqatçı alim X. İbrahimli
göstərmişdir. 1996-cı ilin sonlarında “Elm” nəşriyyatı tərəfindən çap edilən
“Azərbaycanın siyasi mühacirəti” əsərində (132) o, Azərbaycan legionunun
fəaliyyəti ilə bağlı maraqlı mənbələr açıqlayırdı.
1997-ci ilin əvvəllərində N. Yaqublunun “Müsavat Partiyasının tarixi” əsəri
çap edildi. (195) Geniş araşdırma mövzusu olan kitabda Azərbaycan
legionerlərinin fəaliyyətinə də xüsusi fəsil ayrılmışdı. Buna baxmayaraq,
Azərbaycan legionerləri və legionları haqqında məlumatlar olduqca azlıq təşkil
edirdi.
1993-cü ildə Rana təxəllüslü müəllifin “Onlar türklərdir” kitabı nəşr edildi.
(177) Xatirələr üslubunda yazılmış bu kitabda Azərbaycan legionerlərinin
Sovetlərə qarşı apardığı döyüşlər və müharibədən sonrakı taleləri haqqında maraqlı
məlumatlar vardır.
2000-ci ildə “Azadlıq” qəzetində MTN əməkdaşı M. Cəfərlinin Azərbaycan
legionerləri ilə bağlı yazıları nəşr edildi. Müəllif ilk dəfə olaraq legionerlərimizin
hərbi və mətbu fəaliyyəti haqqında maraqlı açıqlamalar verirdi. Məqalələrdə
müəyyən nöqsanlar olsa da, mövzunun öyrənilməsi baxımından əhəmiyyətlidir.
(96, 97, 98, 99, 100)
2000-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin orqanı olan “Sərhəd” qəzetinin
xüsusi buraxılışında İkinci Dünya müharibəsində əsir düşən azərbaycanlıların
siyahısı açıqlandı. Sayı 70 mindən çox göstərilən siyahının açıqlanmasının
Azərbaycan legionerlərinin həyat və fəaliyyətinin araşdırılması baxımından
əhəmiyyəti böyük idi. (186)
2001-ci ildə “Üç nöqtə” qəzetində keçmiş legioner Əbdülqədir Həmidovun
böyük həcmli xatirələri çap olundu. (190, 191, 192, 193)
Dövrün proseslərini öyrənmək baxımından həmin xatirələrin də dəyəri
yüksəkdir.
Bundan əlavə, Azərbaycan mətbuatının digər nümunələrində də
legionerlərin fəaliyyəti ilə bağlı son vaxtlar müəyyən materiallar nəşr edilmişdir.
(129, 103, 104)
Eyni
zamanda,
tədqiqatımızda
azərbaycanlıların
İkinci
Dünya
müharibəsindəki iştirakı ilə bağlı respublikamızda nəşr olunan tədqiqat işlərinə və
əsərlərə də diqqət yetirilmişdir. (151, 25, 204)
İkinci Dünya müharibəsindən sonra Sovet İttifaqında sırf ideoloji və
təbliğatı, həm də müharibə tarixi istiqamətdə çap edilmiş əsərlər də diqqətimizdən
kənarda qalmamışdır. (250, 267, 269, 285, 294, 298, 299, 301, 302, 303, 304, 305,
306, 307, 310, 311, 313, 314, 315, 322, 331, 345, 347, 350, 230, 231, 233, 236,
239, 244, 259, 329, 331, 376, 379, 258, 276) Bu da mövzunun araşdırılmasında
əsaslı mənbələr sayıla bilər.
Mövzunu araşdırarkən, Almaniya mənbələrinə və alman tədqiqatçılarının
əsərlərinə də müraciət etmişik. Belə ki, dövriyyəyə gətirilən əsərlər sırasında
tanınmış alman tədqiqatçısı P. Mühlenin “Qamali xaç ilə Qızıl yıldız arasında”
kitabı (395) zəngin arxiv materialları əsasında yazılmışdır. Əsərdə ayrı-ayrı
xalqların təmsilçiləri olan legionerlərin fəaliyyəti bütün genişliyi ilə əksini
tapmışdır.
Kitabda Azərbaycan legionerlərinin təbliğat istiqamətində gördüyü işlər
haqqında məlumatlar da az deyil. Bundan əlavə, müəllif Almaniya höküməti
rəhbərliyinə aid çoxlu sənədlərlə, tanınmış siyasətçilərə, şəxslərə aid yazışmalarla
bağlı da oxucuları bilgiləndirmişdir. Ensiklopedik informasiya verməsi və müxtəlif
xalqlara aid legionların fəaliyyətini əhatə etməsinə görə kitab böyük əhəmiyyətə
malikdir.
Dəyərli məlumatlarla zəngin olan digər tədqiqat əsərinin müəllifi isə
tanınmış alman alimi Yoahim Hoffmandır. Hərb tarixinin görkəmli raşdırıcısı olan
Hoffmannın 1976-cı ildə Almaniyanın Frayburq şəhərində nəşr edilən “Şərq
legionerlərinin tarixi” (393) əsəri oxucularda böyük maraq doğurdu. Müəllif yeni
və orijinal mənbələr əsasında Şərq hissələrinin yaranması, Polşada məskunlaşması,
legionlarda təbliğat, dini məsələlərə önəm verilməsi, hüquq və təhlükəsizlik
problemlərinin önə çəkilməsi hallarını geniş olaraq açıqlamışdır. Kitabda Krım
tatarlarını, Azərbaycan legionerlərinin fəaliyyəti elmi dövriyyəyə gətirilmişdir.
Əsərdə Şərq legionları qərargahı ilə Almaniya hakim dairələri arasında
münasibətlər geniş açıqlanmış, legionların təşkilati quruluşlarına da
toxunulmuşdur.
Mövzunun öyrənilməsi baxımından alman tədqiqatçısı Y. Hoffmanın digər
əsərinin – “Vlasov ordusunun tarixi”nin də əhəmiyyəti böyükdür. Bu dəyərli
tədqiqat əsəri 1990-cı ildə Parisdə rus dilində nəşr edilib. “Yeni Rus tarixi”nin
araşdırılması seriyası ilə səkkizinci kitab olaraq buraxılan əsər tanınmış yazıçı
A.İ.Soljenitsinin ümumi redaktorluğu ilə nəşr olunmuşdur. (371) Əsərdə yalnız
Vlasov ordusunun deyil, bütövlükdə Alman məqamlarındakı legionların taleyi ilə
bağlı çoxlu maraqlı faktlar açıqlanır.
Qeyd edək ki, Y. Hoffmanın istər 1971-cü ildə nəşr edilən “Almanlar və
kalmıklar” əsəri, (391) 1976-cı ildə istərsə də çap olunan “Şərq legionları tarixi”nin
bir neçə dəfə təkrar nəşri seçilən mövzunun aktuallığını sübut edirdi. Almaniyada
legionerlərlə bağlı bir sıra kitablar da çap edilmişdir. (387, 390, 392)
Bundan əlavə ayrı-ayrı xarici ölkələrdə nəşr edilmiş bir sıra dəyərli əsərlər
də tədqiqatımızın əsas mənbəyi olmuşdur. Belə ki, ABŞ-da, Fransada, İtaliyada və
Kanada da keçmiş sovet legionerlərinin fəaliyyətini əhatə edən kitablardan da
faydalanmaq mümkündür. (385, 401, 386, 388, 394, 397, 210, 213, 248, 375)
Azərbaycan legionerlərinin fəaliyyətini öyrənərkən tədqiqatımızda onların
həmin dövrdə Almaniyada nəşr etdikləri mətbuat nümunələrindən də
bəhrələnmişik. Legionerlərin nəşr etdikləri “Hücum”, “Azərbaycan” qəzetləri,
“Milli Birlik” jurnalı olduqca əhəmiyyətli mənbələrdir. Çətinliklə əldə etdiyimiz
“Azərbaycan” qəzetinin müəyyən nüsxələrindən ciddi mənbə olaraq faydalanmışıq.
(6, 7, 8)
Mövzumuzu araşdırarkən Almaniyanın Münhen şəhərində çap olunmuş
“Azərbaycan” jurnalının materiallarından da bəhrələnmişik. (2, 3, 9, 10, 11)
Azərbaycan Milli Birliyinin orqanı olan bu dərgi həm Azərbaycan, həm də rus
dilində nəşr olunurdu. Jurnalda Ə. Düdənginskinin, C. Hacıbəylinin və
başqalarının çoxlu sayda dəyərli yazıları çap edilmişdir. Legionerlərin fəaliyyətinin
tədqiqi baxımından jurnalda çap olunan müxtəlif xatirə yazılarının da əhəmiyyəti
dəyərlidir. Azərbaycan legionerlərinin İkinci Dünya müharibəsindən sonrakı
taleyinin öyrənilməsi baxımından da jurnal ciddi mənbə olaraq qəbul edilə bilər.
Mövzumuzu araşdırarkən Türkiyədəki mənbələrdən ciddi bəhrələnmişik.
Keçmiş legioner B. Mirzə haqqında bu ölkədə nəşr edilmiş kitabında Azərbaycan
legionerləri ilə də bağlı maraqlı məlumatlar vardır. (400) Bundan əlavə, mövzunun
tədqiqi prosesində Türkiyədə yaşayan tanınmış mücahid Məhəmməd Kəngərlinin
zəngin arxiv sənədlərindən də istifadə etmişik. Hazırda Türkiyədə yaşayan,
həmyerlimiz olan, Azərbaycan Milli Mərkəz başqanı M. Kəngərlinin mühacirət
tariximizlə bağlı maraqlı arxivi vardır.
Eyni zamanda, Türkiyədə nəşr edilən “Azərbaycan” (12, 4), “Mücahid” (18,
19), “Türk yolu” (403) jurnallarındakı materiallardan geniş istifadə etmişik.
İstanbulda nəşr edilən “Türk yolu” jurnalının yeddinci sayı bütövlükdə mayor
Fətəlibəyli-Düdənginskiyə həsr olunub, jurnaldakı yazılar Azərbaycan legionunun
yaradılmasının, fəaliyyətinin geniş öyrənilməsinə böyük köməklik göstərir.
Azərbaycan legionu probleminin açıqlanmasında, obyektiv həllini gözləyən
sualların aydınlaşmasında bu yazıların faydası vardır.
Qeyd edək ki, bu mövzunu araşdırarkən Rusiyada, Belorusiyada,
Qazaxıstanda, Gürcüstanda nəşr edilən kitablara, mənbələrə də istinad etmişik.
Belə ki, Hitlerlə, Stalinlə, faşizm və bolşevizmlə əlaqəli son illərdə nəşr edilmiş
əsərlər də diqqətimizdə olmuşdur. Y.Ribbentropun, V. Suvorovun, Göbbelsin və
digərlərinin kitablarında, xatirələrində maraqlı faktlara rast gəlmək mümkündür.
Bu əsərlərdə və memuarlarda İkinci Dünya hərbi zamanı Almaniya hökümətinin və
Sovet dövlətinin çoxlu məqamları görünməkdədir. (214, 228, 229, 249, 260, 265,
271, 272, 278, 273, 274, 287, 290, 291, 288, 316, 335, 336, 337, 338, 342, 340,
341, 346, 377, 378, 152, 138, 211, 251, 300)
Azərbaycan legionerlərinin əllinci illərdəki fəaliyyətinə geniş yer ayırmaqda
məqsəd, bu dövrdə keçirilən konfransları, yığıncaqları, tədbirləri sistemləşdirmək,
Azərbaycan istiqlal mübarizəsinin tərkib hissəsi olaraq araşdırmaqdır. Bu illərdə
keçmiş mühacir və legionerlərin fəallığı ilə keçirilən Münhen, Visbaden, Ştarnberq
konfransları materiallarının hərtərəfli təhlili vardır.
Bundan əlavə, Azərbaycan Respublikası Dövlət Arxivinin incəsənət və
ədəbiyyat bölməsində maraqlı sənədlər mühafizə olunur. Bu arxivdə C.
Hacıbəyliyə, Yusif İsmayılzadəyə (fond 661) və Ramiz Abutalıbova (fond 648) aid
fondlarda bilavasitə legionerlərlə bağlı çoxlu sənədlər vardır. (80, 81)
Mövzumuzla bağlı Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və
İctimai Hərəkatlar Arxivində ciddi materialar mühafizə olunur. (26, 27, 28, 34 və
s.) Bu materiallarda müharibəyə və sovet dövlətinin yanlış hərbi siyasətinə aid
məlumatlar çoxluq təşkil edir. Bununla əlaqədar Rusiya dövlətindəki müəyyən
arxiv sənədlərinə də diqqət yetirmişik (247, 332, 373, 374).
Bundan əlavə, YUNESKO-nun Azərbaycan təmsilçisi Ramiz Abutalıbovun
şəxsi arxivindəki materiallar böyük maraq doğurur. Həmin sənədlərdə Ə.
Fətəlibəylinin şəxsi gündəlikləri, yazıları, qeydləri tədqiqatımızda geniş
öyrənilmişdir. R. Abutalıbovun şəxsi arxivindəki Ə. Düdənginskiyə aid məktublar
da maraqlı və tədqiq olunasıdır.
Ə. Fətəlibəylinin yaxın qohumu A. Tahirlinin şəxsi arxivində də
Azərbaycan legionerləri ilə bağlı dəyərli sənədlər vardır və həmin yazılar da
tədqiqatımızda öz əksini tapmışdır.
Dissertasiyanın hazırlanmasında müxtəlif mənbələrdən istifadə edilmişdir.
Bu mənbələri beş qrupa bölmək olar:
Birinci qrupa 1988-ci ildən başlayaraq Azərbaycanda nəşr edilməyə
başlayan qəzetlərdə, jurnallarda və başqa kitablardakı məlumatlar, rəsmi sənədlər
və xatirələr daxildir. Bu mənada dissertasiyanın hazırlanmasında “Odlar yurdu”,
“Azadlıq”, “Aydınlıq”, “Yeni Müsavat”, “Üç nöqtə”, “Ekspress” qəzetindəki
materiallardan geniş istifadə edilmişdir.
İkinci qrupa aid sənədlərə Sovet İttifaqında sırf ideoloji zəmində nəşr
edilmiş kitablar, tədqiqatlar aiddir.
Üçüncü qrupa aid sənədlər Almaniya, Türkiyə, Rusiya və digər Avropa
ölkələrində çap edilmişdir. Tədqiqat işində bu ölkələrdə nəşr olunmuş qəzet, jurnal,
kitab, məcmuə və digər sənədlərdən geniş şəkildə istifadə edilmişdir.
Dördüncü qrupa aid sənədlərə legionerlərin həyat və fəaliyyəti ilə bağlı olan
şəxsi arxiv materiallarını aid etmək mümkündür.
Beşinci qrupa aid sənədlərə isə arxiv materialları – Azərbaycan
Respublikasının Dövlət Arxivinin (ARDA) və Azərbaycan Respublikası Dövlət
Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivinin (ARDSPİHA) fondlarındakı
materiallar, ayrı-ayrı nəşriyyatlarda çap olunan elmi-tarixi kitablar daxildir.
Kitabda Azərbaycan legionerlərinin XX əsr Azərbaycan tarixindəki
mövqeyi ilk dəfə olaraq xüsusi, elmi mövqedən tədqiq olunur. Azərbaycan
legionerlərinin ilkin fəaliyyət dövründən başlayaraq, İkinci Dünya müharibəsindən
sonrakı mübarizəsi ardıcıl olaraq dəqiq və sistemli şəkildə araşdırılır.
Bundan əlavə Azərbaycan-Türkiyə, Azərbaycan-Almaniya əlaqələrinin
müəyyən çalarlarına toxunulur.
Tədqiqat işinin elmi yeniliyi məhz problemin özünün qoyuluşu ilə müəyyən
olunur və əsasən aşağıdakı müddəalarda öz əksini tapır:
-Azərbaycan legionerlərinin fəaliyyəti ilə bağlı ayrı-ayrı məqalələr yazılsa
da, onların həyatı, mübarizəsi və çalışmaları indiyədək ciddi, sistemli, monoqrafik
şəkildə araşdırılmışdır;
-Kitabda Azərbaycan legionerlərinin hərbi, siyasi və mətbu çalışmalarını
əks etdirən ən mühüm mənbə və qaynaqlara istinad edilmiş, onların ictimai-siyasi
fəaliyyəti dövrün ümumi mənzərəsi fonunda araşdırılmışdır;
-Tədqiq olunan problemə yeni tarixi, siyasi, hərbi kontekstdən yanaşılmış,
sovet dövrünün kök salmış ideoloji bağlılığından və prinsiplərindən azad olmağa
cəhd göstərilmişdir;
-İkinci Dünya müharibəsinin başlanması səbəblərinin yeni və əsaslı
mənbələrlə açıqlanmasına xüsusi diqqət yetirilmişdir;
-Tədqiqat işində Azərbaycan legionerlərinin fəaliyyətinin real mənzərəsini
yaratmağa kömək edən çoxlu sayda sənəd və materiallar ilk dəfə olaraq elmi
dövriyyəyə daxil edilmiş, elmi-tarixi problemin həllinə kömək edən yeni ədəbiyyat
və mənbələr tədqiqata cəlb edilmişdir;
-Kitabın materialları və nəticələri XX əsr Azərbaycan tarixinin daha
dərindən öyrənilməsində, mühacirət irsinin və mətbuat tarixinin araşdırılmasında,
Azərbaycan diasporunun fəaliyyətinin tədqiqində, eləcə də təbliğat və təhsil işində
istifadə oluna bilər;
-Tədqiqatdan alınan nəticələr Azərbaycanın XX əsr tarixinin işlənməsində,
ümumiləşdirici əsərlər yazılmasında, təhsil işində, o sıradan ali məktəblərdə
Azərbaycan tarixinin tədqiqində xüsusi kursların keçirilməsində mühüm mənbədir.
Kitab giriş, on dörd fəsil, nəticə və istifadə olunmuş ədəbiyyatların
siyahıısndan ibarətdir. Girişdə mövzunun elmi aktuallığı və əhəmiyyəti
əsaslandırılmış, problemin öyrənilmə səviyyəsi geniş şərh edilmişdir.
Dissertasiyanın on dörd fəslində araşdırılan problem geniş tədqiq olunmuşdur.
Nəticədə XX əsr tarixində Azərbaycan legionerlərinin tarixi mövqeyi
əsaslandırılmışdır.
Tədqiqatımızda araşdırılan tarixin bəzi məqamlarını aydınlaşdırmaq
məqsədi ilə təcrübəli alimlərlə, tədqiqatçılarla məsləhətləşmələr də aparılmışdır.
Mövzu ilə bağlı problemin araşdırılmasında YUNESKO-nun Azərbaycan
üzrə təmsilçisi Ramiz Abutalıbovun, doktor Məhəmməd Kəngərlinin, Maarif
Teymurovun məsləhətlərindən faydalanmağa çalışmışıq.
Açıqlanmasına ciddi ehtiyac duyulan bu mövzu tarix elmimizdə göstərilən
ilk böyük cəhddir. Şübhəsiz ki, zaman keçdikcə, imkanlar olduqca Almaniyada,
Türkiyədə, Polşada, Rusiyada sxalanılan çoxlu sayda yeni arxiv sənədləri
öyrəniləcəkdir. XX əsr Azərbaycan tarixində isə bu boşluğu doldurmağa ehtiyac
vardır.
Dostları ilə paylaş: |